Məhkəmə qərarları › İş №1(001)-452/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-452/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-452/2023 09.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Əzimov Ramin Nazim oğlunun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Xəlilov Radil Razil oğlunun, Təqsirləndirilən şəxs Əzimov Ramin Nazim oğlunun, 17 iyul 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-487/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 6 ay müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 08 gün hissəsindən şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Əzimov Ramin Nazim oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əzimov Ramin Nazim oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə olan heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Əzimov Ramin Nazim oğlu xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,195 qram çəkidə narkotik maddə hesab olunan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-ci il tarixdə saat 23:35-də Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PB-nə gətirilmiş və orada saat 01:40-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaret kağızı bükülüdə olan digər şəffaf sellefon bükümdə təmiz çəkisi 1,195 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs Əzimov Ramin Nazim oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 6 il bundan öncə narkotik vasitələrdən istifadə etməyə başlamışdır.2001-ci ildə törətdiyi əmələ görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilmiş, 2021-ci ildə isə törətdiyi əmələ görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:30-da Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsində adının Elşən olduğunu bildiyi şəxslə görüşərək, həmin şəxsdən bir ədəd şəfaf rəngli sellafona bükülmüş kakos kimi tanıdğı narkotik vasitə olan heroini və bir ədəd şəfaf rəngli selafona bükülmüş patı kimi tanıdığı psixotrop maddə olan metamfetaminə ümumilikdə 15 manat pul verərək almışdır.xx.xx.2023-cü il tarixdə saat təxminən 23:35 radələrində ünvan 5 ünvanında yaşadığı evə tərəf gedərkən yolda piyada olduğu zaman iki nəfər şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişdirlər.Həmin şəxslər onu narkotik vasitələrdən istifadədədə şübhəli olduğunu bildirib polis şöbəsinə gətirmişdirlər.Polis şöbəsində olduğu zaman ona hüquq və vəzifələri izah edilərək müdafiəçi tutmaq hüququnun olduğunu bildirdikdə o da ərizə ilə müraciət edərək maddi imkanının olmamasını və dövlət hesabina müdafiəçi təqdim edilməsini xahiş etmişdir. Ərizəsi ilə razılıq verərək video çəkilişdən istifadə etməklə üzərinə baxış keçirilmiş, baxış zamanı ona əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin çıxararaq masanın üzərinə qoymuşdur.Üzərindən aşkar olunmuş narkotik vasitə heroin və digər maddə ağ rəngli boş zərfə qoyularaq qablaşdırılmaqla iştraşçılar və özü həmin zərfi imzalamışdır.R.Əzimov ifadəsində həmçinin göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, əldə etdiyi narkotik maddəni hər hansı bir şəxsə satmaq, hədiyyə vermək və ya ötürmək məqsədi olmamışdır.Məhkəmə baxışı zamanı Əzimov Ramin Nazim oğlu təqsirini etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Hacızadə Emil Fazil oğlu bildirmişdir ki, 05 mart 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda ünvan 5 nömrəsiz fərdi tikilmiş evdə yaşayan Əzimov Ramin Nazim oğlunun qanunsuz olaraq üzərində narkotik maddə gəzdirməsi, istifadə etməsi barədə məlumat daxil olmuşdur.Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Əzimov Ramin Nazim oğlunun cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir.Məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və 05 mart 2023-cü il tarixdə Binəqədi RPİ-nin 4-cı PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddələri əldə etməkdə, gəzdirməkdə və istifadə etməkdə şübhəli bilinən Bakı şəhərində, anadan olmuş Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi döngə 6 nömrəsiz fərdi tikili evdə yaşayan Əzimov Ramin Nazim oğlu həmin tarixdə saat 23:35-də ünvan 5 ünvanında yaşadığı evin yaxınlığında saxlanılmışdır.Əzimov Ramin Nazim oğlu saxlanıldıqdan sonra tərəflərindən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra Əzimov Ramin Nazim oğlu polis şöbəsində xidməti otaqların birinə yerləşdirildir.Əzimov Ramin Nazim oğlunın üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuşdur.Əzimov Ramin Nazim oğluna hüquqları izah olunmuşdur.Şəxsi axtarış və götürmə zamanı Əzimov Ramin Nazim oğlunın əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sözü gedən bükülünü açaraq baxdıqda isə qeyd olunan bükülünün icərisində psixotrop maddəyə bənzər metafetamin və narkotik vasitəyə bənzər heroin aşkar edilmişdir.Sorğu zamanı Əzimov Ramin Nazim oğlu bildirmişdir ki, həmin bükülüdəki içində olan maddə el içində patı və narkotik maddə heroindir.Həmçinin, Əzimov Ramin Nazim oğlu bildirdi ki, həmin metafetamini xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi M. Aslanov küçəsində Elşən adlı üzdən tandığı şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində almışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. E.Hacızadə ifadəsində həmçinin göstərmişdir ki, Əzimov Ramin Nazim oğlunun narkotik vasitə olan heroinin və psxotrop maddələrin satışı ilə məşğul olması barədə onlara heç bir məlumat daxil olmamış, yalnız onun qanunsuz narkotik vasitə əldə etməsi və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid İbrahimov Ruhin Firuz oğlu digər şahid Hacızadə Emil Fazil oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahid ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını, ekspert rəylərini araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Əzimov Ramin Nazim oğlu CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 06 mart 2023-cü il tarixli, 6/1360 nömrəli rəyinə əsasən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində R.Əzimov sözləri və imzalar, qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,195 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.01 ədəd bükümdə təmiz çəkisi 0,592 qram olan ağımtıl rəngli maddə narkotik vasitə və ya psixotrop maddələrə aid deyildir.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı»nın İ siyahısına daxildir.Tədqiqata 0,10 qram heroin sərf edilmiş, heroinin qalıq çəkisi 1,095 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə - narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli, 1804 nömrəli rəyə əsasən müəyyən edilir ki, Əzimov Ramin Nazim oğlunda Kannabinoidlərin qəbul nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya,intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə, hökmə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 487/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Əzimov Ramin Nazim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 6 ay müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 08 gün hissəsindən şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmişdir. Beləliklə, Əzimov Ramin Nazim oğlunun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. Göründüyü kimi, təqsirləndirilən şəxs Əzimov Ramin Nazim oğlunun ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Əzimov Ramin Nazim oğluna cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, habelə əməlində cinayətin residivinin olmasını nəzərə alaraq CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, məhkəmə hesab edir ki, Əzimov Ramin Nazim oğlunun cəzasının əvvəli tutulduğu tarixdən, yəni 06 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Malik Əhmədov tərəfindən qəbul edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Əzimov Ramin Nazim oğlu xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 4(001)-211/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilmiş, Əzimov Ramin Nazim oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əzimov Ramin Nazim oğlu AR CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cəzanın residivi olduğuna görə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Əzimov Ramin Nazim oğlunun cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Əzimov Ramin Nazim oğlunun əməlində cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Əzimov Ramin Nazim oğluna azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Əzimov Ramin Nazim oğlu ekspert rəiynə əsasən qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci - 55 manat təqsirləndirilən şəxs Əzimov Ramin Nazim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan qalıq çəkisi 1.095 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 0,492 qram olan ağımtıl rəngli maddə məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, müdafiəçi Xəlilov Radil Razil oğlu hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 35 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Əzimov Ramin Nazim oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Əzimov Ramin Nazim oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əzimov Ramin Nazim oğlunun cəzasının əvvəli tutulduğu tarixdən tarixdən, yəni 06 mart 2023-ci il saat 23.35 tarixdən hesablansın. Əzimov Ramin Nazim oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Əzimov Ramin Nazim oğlu qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan və qalıq çəkisi 1.095 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,492 qram olan ağımtıl rəngli maddə məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri 55 (əlli beş) manat Əzimov Ramin Nazim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə müdafiəçi Xəlilov Radil Razil oğlu təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 35 saat hüquqi xidmətin dəyəri 210 (iki yüz on) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN- 1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar