Məhkəmə qərarları › İş №1(001)-453/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-453/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-453/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, H.Babaşov küçəsi, 5 saylı evin 31-ci mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu xəstəxanasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,235 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 14:30da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon,H.Babaşov küçəsi, 5 saylı yaşayış binasının qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş və orada saat 16:00-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol cibindən bir ədəd qara rəngli kağıza bükülmüş təmiz çəkisi 0,235 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır.28 fevral 2023-cü il tarixdə istaqram sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı adlandıran bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə söhbət edən zaman sonuncu bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olur, istəsə onun üçün də, təşkil edə bilər. O da, razı olmuşdur. Həmin şəxs narkotik vasitənin olduğu yerin məlumatını ona göndərmiş, o, həmin şəxsin dediyi kimi Sabunçu rayonunun Sabunçu qəsəbəsində xəstəxananın yaxınlığına gedərək dediyi yerə baxıb gizlətdiyi psixrotrop maddəni götürmüş, 10 manat pulu psixotrop maddəni götürdüyü yerə qoymuşdur. 01 mart 2023-cü il tarixdə saat 14:30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 5 saylı yaşayış binasının qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. 7-ci Polis Bölməsində video çəkiliş aparmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl üzərində olan geyimdə qeyri-qanuni olan əşyalaran olub-olmadığı soruşulmuş, o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən qara rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərinə baxış keçirilmişdir, hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Sorğu zamanı üzərindən təqdim etdiyi bükümün içərisində «patı» yəni metamfetamin olduğunu bildirmişdir. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. O,daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid2 oğu ifadəsində göstərdi ki, 01 mart 2023-cü il tarixdə Binqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 5 saylı evin 31-ci mənzilində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməsində şübhəliliyi barədə məlumat daxil olmuşdur. Həmin şəxsin ifşa olunması üçün bölmə rəisinə raportla müraciət olunmuş və əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuşdur. Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və onun bilavasitə əməliyyat məlumatında göstərilən xarici əlamətlərindən əməliyyat məlumatlarında göstərilən şəxsin xarici əlamətləri ilə eynilik daşıyan bir nəfər şəxsin özünü şübhəli göstərdiyini və göstərilən ünvanın, yəni H.Babaşov küçəsi, 5 saylı evin yaxınlığında tək olaraq görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyənləşdirib, əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra öz razılığı ilə Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirmişlər. Orada həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə zamanı hüquq və vəzifələri izah olunmuş, üzərində olan qanunla qadağan edilmiş əşyaları və maddələri təqdim edilməsi təklif edildikdə həmin şəxs əynində olan gödəkçənin sağ yan cibindən qara rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və hər hansı qeyri qanuni əşya və ya maddə aşkar olunmamışdır.Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində «patı» yəni metamfetamin olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edimiş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zanamı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 30-32 vərəqlərindəki Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı polis mayoru Zaur Qüdrətov tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlayarkən ona üzərində olan hər hansı qanunsuz əşyanı könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd qara rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla izah etmişdir ki, bükümün içərisində psixotrop maddə metamfetamin vardır. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarının 36-40-cı vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 02 mart 2023-cü il tarixli, 6/259 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Rüstəmov imza…» sözləri və imzalar olan kağız paketdə 01 ədəd büküimdə təmiz çəkisi 0,235 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının siyahısına (siyahı 1) daxildir. Tədqiqata 0,05 qram metamfetamin sərf edilmiş, metamfetaminin qalıq çəkisi 0,185 qram təşkil edir. İş materiallarının 95-96-cı vərəqlərindəki məhkəmə-narkolojı ekspertizasının 04 mart 2023-cü il tarixli, 1276 saylı rəyi ilə müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 88-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarının 19-cu vərəqindəki şübhəli şəxsin tutulması haqqında 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 78-79-cu vərəqlərindəki təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 03 mart 2023-cü il tarixli qərarından və iş materiallarının 80- 81-ci vərəqindəki Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik leytenantı Rasim Məmmədovun 03 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarının 142-143-cü vərəqlərindəki Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 20 iyun 2023-cü il tarixli, 1(001)-453/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzğün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,185 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı polis mayoru Zaur Qüdrətov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1 ünvanında çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərar olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,185 qram psixotrop maddə metavmfetamin məhv edilsin. Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar