Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-453/2025 21.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Nəbiyev Samir Cəmşid oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Beyləqan şəhəri, N.Nərimanov küçəsi, ev 135-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 313 nömrəli orta məktəbin qarşısında yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qanunsuz olaraq yaşayış sahəsində daxil olub xeyli miqdarda ziyan vurmaqla təkrarən oğlurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 15-ci döngədə yerləşən iki mərtəbəli fərdi yaşayış evinin həyətinin hasarından tullanmaqla evin birinci mərtəbəsindəki pəncərəyə əli ilə güc tətbiq edib açmaqla qanunsuz olaraq yaşayış sahəsində daxil olub evin ikinci mərtəbəsində yerləşən yataq otağında paltar dolabındakı rəfdən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 200 manat dəyərində, sarı rəngli, üzərində “585” damğası və “Uğur” yazısı həkk edilmiş, 583/585 əyarlı, 1,08 qram çəkidə qızıl qolbağı, 1 ədəd 5 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış 1,39 qram çəkidə qolbağabənzəri, 1 ədəd 5 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış 1,32 qram çəkidə qolbağabənzəri, 1 ədəd 800 manat dəyərində sarı rəngli, 583/585 əyarlı, 4,18 qram çəkidə qızıl qolbağı, 1 ədəd 8 manat dəyərində sarı rəngli, qiymətsiz metal mis əsaslı ərintidən hazırlanmış, 1,26 qram çəkidə qolbağı, 1 ədəd 10 manat dəyərində üzərində müxtəlif rəngli qaşları olan, sarı rəngli, qiymətsiz metal ərintisindən hazırlanmış, 6,93 qram çəkidə qolbağı, 1 cüt 15 manat dəyərində sarı rəngli, qiymətsiz metal – alüminium əsaslı ərintidən hazırlanmış, 5,27 qram çəkidə sırğanı, 1 dəst 1500 manat dəyərində üzərində “585 ANBER” damğası həkk edilmiş, 583/585 əyarlı, 6,35 qram çəkidə sarı rəngli qızlı-üzükklon-sırğa cütünü, 1 cüt 550 manat dəyərində üzərində “585” damğası olan, 583/585 əyarlı, 2,64 qram çəkidə sarı rəngli qızıl sırğanı, 1 cüt 1400 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları və “750 İTALY” damğası həkk edilmiş (brilyant 1 ədəd təxminən 0,143ct, 9 ədəd hər biri təxminən 0,005ct., ümumi 4/4) 750 əyarlı 3,45 qram çəkidə üzərində brilyant qaşlarla birlikdə sarı rəngli qızıl üzüyü, 1 ədəd 10 manat dəyərində üzərində rəngsiz şəffaf qaşı olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 3,03 qram çəkidə gümüşü rəngli üzüyü, 1 ədəd 850 manat dəyərində üzərində “MİDAS” yazısı həkk edilmiş, 583/585 əyarlı, 4,23 qram çəkidə sarı rəngli, qırıq vəziyyətdə olan qızıl boyunbağı, 1 ədəd 5 manat dəyərində üzərində “K18” damğası həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,33 qram çəkidə sarı rəngli boyunbağını, 4 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli 1 tay sırğanı, 4 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal mis əsaslı ərintidən hazırlanmış, 4,64 qram çəkidə sarı rəngli 1 tay sırğanı, 3 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,24 qram çəkidə sarı rəngli 1 tay qırıq vəziyyətdə olan sırğanı, 1 ədəd 2 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 0,30 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd 2 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış, 0,21 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd 3 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış, 0,69 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd 5 manat dəyərində üzərində “M.F. S.STEEL” yazıları olan qiymətsiz metal ərintisindən hazırlanmış, 2,85 qram çəkidə gümüşü rəngli klonu, 3 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 3,23 qram çəkidə gümüşü rəngli 1 tay sırğanı, 2 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,63 qram çəkidə gümüşü rəngli 1 tay qırıq vəziyyətdə olan sırğanı, 1 ədəd 5 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal mis əsaslı ərintidən hazırlanmış, 4,03 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd 3 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 0,73 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd 3 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 0,81 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd 5 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış, 0,32 qram çəkidə sarı rəngli kilidi, 2 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,05 qram çəkidə gümüşü rəngli 1 tay sırğanı, 1 ədəd 2 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış, 0,22 qram çəkidə gümüşü rəngli məmulat hissəsini, 1 ədəd 3 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,75 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd 2 manat dəyərində qiymətsiz metal Nikkel əsaslı ərintidən hazırlanmış, 2,95 qram çəkidə gümüşü rəngli məmulat hissəsini, 3 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal mis əsaslı ərintidən hazırlanmış, 0,66 qram çəkidə sarı rəngli 1 tay sırğanı, 1 ədəd 6 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış, 9,15 qram çəkidə sarı rəngli kulonu, 1 ədəd 10 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış, 2 ədəd birbirinə dolaşmış 15,33 qram çəkidə sarı rəngli məftilə bənzər predmeti, 1 ədəd 2 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 0,56 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd 10 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları və “XUPİNG” yazısı həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 2,30 qram çəkidə sarı rəngli boyunbağını, 1 ədəd 12 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 3,14 qram çəkidə gümüşü rəngli boyunbağını, 1 ədəd 7 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları və “XUPİNG” yazısı həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 3,75 qram çəkidə gümüşü rəngli boyunbağını, 1 ədəd 30 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan və “925” damğası həkk edilmiş, 925 əsaslı gümüş ərintidən hazırlanmış, 3,25 qram çəkidə boyunbağını, 1 ədəd 6 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları və “XUPİNG” yazısı həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 2,87 qram çəkidə gümüşü rəngli boyunbağını, 1 ədəd 3 manat dəyərində üzərində “925” damğası həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,27 qram çəkidə gümüşü rəngli, kilid keçəcəyi olmayan boyunbağını, 1 ədəd 5 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları və “S.STEEL” yazısı həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 2,65 qram çəkidə gümüşü rəngli boyunbağı və 1 ədəd 40 manat dəyərində üzərində “925” damğası və “Fərid Susən” yazıları olan, 925 əyarlı gümüş ərintidən hazırlanmış, 3,26 qram çəkidə gümüşü rəngli kulonlu boyunbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 6545 (altı min beş yüz qırx beş) manat dəyətində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 21:40 radələrində Zərərçəkmiş şəxs1 mənzilindən oğurluq etdikdən sonra sonuncu ilə eyni həyətdə yaşayan qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 15-ci döngədə yerləşən bir mərtəbəli fərdi yaşayış evinin həyətindəki kiçik hündürlükdə olan daş hasardan tullanıb, evin pəncərəsini əli ilə güc tətbiq edib açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, evin yataq otağında paltar dolabındakı rəfdən 1 ədəd 450 manat dəyərində sarı rəngli, üzərində rəngsiz şəffaf qaşları və “585” damğası olan, 583/585 əyarlı, 2,30 qram çəkidə qızıl üzüyü və 1 ədəd 350 manat dəyərində üzərində kiçik qaşı və gülləri olan qızıl üzüyü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, həqiqətən də ittihamda qeyd edilən ünvanlardan oğurluq etmişdir. O, oğurladığı əşyaları bir üzük istisna olmaqla qaytarmışdır. Sonda Təqsirləndirilən şəxs bir daha cinayət törətməyəcəyini, namaz qılmağa başladığını, tutulduqdan qısa müddət sonra atasının vəfat etdiyini bildirib, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğurluq hadisəsi 2025-ci ilin iyun ayında onun yaşadığı evdə onlar evdə olmadığı vaxt baş vermişdir. Bir üzük və bir kulon istisna olmaqla, oğurlanmış əşyaları ona qaytarılmışdır. Qaytarılmamış əşyalarınının dəqiq bilməsə də, həmin əşyaların qiyməti təxmini olaraq 1.000 manat həddində olmuşdur. Təqsirləndirilən şəxsdən hər hansı şikayəti yoxdur və bununla bağlı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 25 iyun 2025-ci il tarixdə axşam saatlarında, təxminən doqquza işləmiş onlar evdən çıxmışlar, evdə kimsə qalmamışdır. Həmin gün təxminən on birə işləmiş onlar evə qayıtmışlar. O, yaşadıqları evə daxil olduqda bəzi zinət əşyalarının yerdə olduğunu görmüşdür. Bundan sonra o, əşyalarını saxladığı dolabın qapısını açmış və görmüşdür ki, paltarları qarışdırılmışdır. O, bu barədə anasına məlumat vermişdir. Onlar əmisioğluna zəng edərək, oğurluq barədə məlumat vermişlər, sonuncu isə polisə zəng etmişdir. Bir müddət sonra evə polislər gəlmişlər. Ondan oğurlanmış əşyalar bir üzük və bir neçə bijuteriyalar istisna olmaqla qaytarılmışdır. Təqsirləndirilən şəxsdən hər hansı şikayəti yoxdur və bununla bağlı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 onun əmisi qızıdır. Hadisə baş verən gün Aysel ailə üzvləri ilə birlikdə şəhərdə olmuşdur. Şəhərdən qayıtdıqdan sonra Aysel evin pəncərəsinin açıq olduğunu görmüş, evə daxil olduqdan sonra əşyalarının dağıdıldığını, qızıl əşyalarının oğurlandığını aşkar etmişdir. Bundan sonra Aysel ona zəng edərək, bu barədə məlumat vermişdir. O, Ayselgilin evinə gəlmiş və oradan polisə yığaraq, məlumat vermişdir. Bir müddət sonra polislər gəlmiş və araşdırma aparmağa başlamışlar. O, evə daxil olarkən görmüşdür ki, evin pəncərəsi kənardan müdaxilə edilməklə açılmışdır. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 onun baldızı, Zərərçəkmiş şəxs2 isə mərhum qardaşının qızıdır. Təqsirləndirilən şəxsin oğurluq üçün girdiyi evlərdən biri onun, digəri isə rəhmətə getmiş qardaşının evi olmuşdur. Baldızı Zərərçəkmiş şəxs1 övladı Bakıda təhsil aldığından, o, Sulutəpə qəsəbəsində yerləşən və hazırda yaşamadığı evini müvəqqəti olaraq qalmaları üçün Zərərçəkmiş şəxs1 vermişdir. Hadisə baş verən gün onların evində qonalıq olduğundan, həm Süsən, həm də Aysel onun Bakı şəhəri, Yasamal rayonunda yaşadığı evdə olmuşlar. Qonaqlıq qurtardıqdan sonra Süsən və Aysel Sulutəpə qəsəbəsində yaşadıqları evə qayıtmışlar. Bir müddət sonra Süsən ona zəng vuraraq, evdən oğurluq edildiyini bildirmişdir. O, isə yaşadığı ünvandan “102” xidmətini yığaraq, oğurluq hadisəsi baradə məlumat vermiş, özü də oğurluq baş verən evə getmişdir. Evə daxil olarkən evin dağınıq vəziyyətdə olmasını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, qardaşının ailəsinin yaşadığı qonşuluqdakı evdən də oğurluq edilmişdir. Onda olan məlumata görə hər iki evdən qızıl-zinət əşyaları oğurlanmışdır. Məhkəməyə şahid qismində dəvət edilmələrinə baxmayaraq, şahidlər Şahid3 və Şahid4 məhkəmə iclaslarına gəlməmişlər. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclaslarında iştirak etməyən hər iki şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadələr elan olunaraq, tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olduğundan barəsində həmin maddələr ilə cinayət işi başlanmışdır (cild İ, i.v. 1); • “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 15-də yerləşən 1 həyətin içərisində 2 evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild İ, i.v. 13-16); • “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 29 iyun 2025ci il saat 15:30-dan tutulmuş hesab edilmişdir (cild İ, i.v. 54-55); • “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 15-ci döngədə oğurluq etmək məqsədi ilə daxil olacağı evi müşahidə etməsini özündə əks etdirən bir ədəd DVD diskə şübhəli şəxsin və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir (cild İ, i.v. 69); • “zərər çəkmiş şəxs qisminə tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərarlara əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdırlar (cild İ, i.v. 81; 96); • “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild İ, i.v. 108-109); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(001)-471/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 29 sentyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 29 iyun 2025-ci il tarixdən hesablanmışdır (cild İ, i.v. 151-157); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əsgərov X1 Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən CM-nin 143-cü maddəsinin 3cü hissəsi ilə 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən CM-nin 94-cü maddəsinin 2-ci hissəsi ilə 08 il 03 ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2001-ci il tarixdə vaxtından əvvəl şərti olaraq azad edilmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-nin 177.1 və 221.2.1-ci maddələri ilə 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Binəqədi Raypn Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3 və 178.2.4-cü maddələri ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild İ, i.v. 178- 179); • Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(002)-892/2024 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının çəkilməmiş qalmış 01 (bir) il 04 (dörd) ay 01 (bir) gününü çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir (cild İ, i.v. 189-191); • Materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/2540 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş zərgərlik məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (damğası, adları və s.) müəyyən edilərək, Cədvəl 1-də göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 64 manatdır (cild İ, i.v. 204-207); • “X4” MMC-nin 04 sentyabr 2025-ci il tarixli 178 nömrəli “daşınar əmlakın qiymətləndirilməsinə dair obyektlərin tədqiqi” rəyindən görünür ki, qərarın təsviri hissəsində göstərilən qızılın, gümüşün və digər metal əşyaların xx.xx.2025-ci il tarixdə olan ümumi təqribi dəyəri 4497,00 (dörd min dörd yüz doxsan yeddi) manat məbləğində müəyyən edilir. Qərarın təsviri hissəsində qeyd olunmuş bəzi qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və s.) hazırlanmış əşyaların təyinatı müəyyən olunmadığına (qərarda məmulat hissəsi kimi qeyd olunmuşdur), həmçinin istifadə üçün yararsız vəziyyətdə (qırıq olduğu üçün) olduğuna görə, həmin əşyalar üzrə qiymətləndirmə aparılmamışdır (cild İ, i.v. 220-228); • “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurlanmış əşyalara görə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs veriləcək yenidən ittihamda Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi qiymətlərin, X3 yaşadığı evdən oğurlanmış əşyalara görə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs veriləcək yenidən ittihamda Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi qiymətlərin göstərilməsi, “X4”nin 04 sentyabr 2025-ci il tarixli 178 nömrəli rəyinin sübut növü kimi qiymətləndirilməməsi, Zərərçəkmiş şəxs1 məxsus məxsus 1 ədəd sarı rəngli, üzərində “585” damğası və “Uğur” yazısı həkk edilmiş, 583/585 əyarlı, 1,08 qram çəkidə qızıl qolbağı, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış 1,39 qram çəkidə qolbağabənzəri, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış 1,32 qram çəkidə qolbağabənzəri, 1 ədəd sarı rəngli, 583/585 əyarlı, 4,18 qram çəkidə qızıl qolbağı, 1 ədəd sarı rəngli, qiymətsiz metal mis əsaslı ərintidən hazırlanmış, 1,26 qram çəkidə qolbağı, 1 ədəd üzərində müxtəlif rəngli qaşları olan, sarı rəngli, qiymətsiz metal ərintisindən hazırlanmış, 6,93 qram çəkidə qolbağı, 1 cüt sarı rəngli, qiymətsiz metal – alüminium əsaslı ərintidən hazırlanmış, 5,27 qram çəkidə sırğanı, 1 dəst üzərində “585 ANBER” damğası həkk edilmiş, 583/585 əyarlı, 6,35 qram çəkidə sarı rəngli qızlı-üzük-klon-sırğa cütünü, 1 cüt üzərində “585” damğası olan, 583/585 əyarlı, 2,64 qram çəkidə sarı rəngli qızıl sırğanı, 1 cüt üzərində rəngsiz şəffaf qaşları və “750 İTALY” damğası həkk edilmiş (brilyant 1 ədəd təxminən 0,143ct, 9 ədəd hər biri təxminən 0,005ct., ümumi 4/4) 750 əyarlı 3,45 qram çəkidə üzərində brilyant qaşlarla birlikdə sarı rəngli qızıl üzüyü, 1 ədəd üzərində rəngsiz şəffaf qaşı olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 3,03 qram çəkidə gümüşü rəngli üzüyü, 1 ədəd üzərində “MİDAS” yazısı həkk edilmiş, 583/585 əyarlı, 4,23 qram çəkidə sarı rəngli, qırıq vəziyyətdə olan qızıl boyunbağı, 1 ədəd üzərində “K18” damğası həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,33 qram çəkidə sarı rəngli boyunbağını, üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli 1 tay sırğanı, üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal mis əsaslı ərintidən hazırlanmış, 4,64 qram çəkidə sarı rəngli 1 tay sırğanı, üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,24 qram çəkidə sarı rəngli 1 tay qırıq vəziyyətdə olan sırğanı, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 0,30 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 0,21 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 0,69 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd üzərində “M.F. S.STEEL” yazıları olan qiymətsiz metal ərintisindən hazırlanmış, 2,85 qram çəkidə gümüşü rəngli klonu, üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 3,23 qram çəkidə gümüşü rəngli 1 tay sırğanı, üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,63 qram çəkidə gümüşü rəngli 1 tay qırıq vəziyyətdə olan sırğanı, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal mis əsaslı ərintidən hazırlanmış, 4,03 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 0,73 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 0,81 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 0,32 qram çəkidə sarı rəngli kilidi, üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,05 qram çəkidə gümüşü rəngli 1 tay sırğanı, 1 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 0,22 qram çəkidə gümüşü rəngli məmulat hissəsini, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,75 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd qiymətsiz metal Nikkel əsaslı ərintidən hazırlanmış, 2,95 qram çəkidə gümüşü rəngli məmulat hissəsini, üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal mis əsaslı ərintidən hazırlanmış, 0,66 qram çəkidə sarı rəngli 1 tay sırğanı, 1 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 9,15 qram çəkidə sarı rəngli kulonu, 1 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 2 ədəd bir-birinə dolaşmış 15,33 qram çəkidə sarı rəngli məftilə bənzər predmeti, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 0,56 qram çəkidə sarı rəngli məmulat hissəsini, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları və “XUPİNG” yazısı həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 2,30 qram çəkidə sarı rəngli boyunbağını, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan, qiymətsiz metal ərintisindən hazırlanmış, 3,14 qram çəkidə gümüşü rəngli boyunbağını, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları və “XUPİNG” yazısı həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 3,75 qram çəkidə gümüşü rəngli boyunbağını, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları olan və “925” damğası həkk edilmiş, 925 əsaslı gümüş ərintidən hazırlanmış, 3,25 qram çəkidə boyunbağını, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları və “XUPİNG” yazısı həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 2,87 qram çəkidə gümüşü rəngli boyunbağını, 1 ədəd üzərində “925” damğası həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 1,27 qram çəkidə gümüşü rəngli, kilid keçəcəyi olmayan boyunbağını, 1 ədəd üzərində rəngsiz şəffaf qaşları və “S.STEEL” yazısı həkk edilmiş, qiymətsiz metal ərintisindən hazırlanmış, 2,65 qram çəkidə gümüşü rəngli boyunbağı və 1 ədəd üzərində “925” damğası və “Fərid Susən” yazıları olan, 925 əyarlı gümüş ərintidən hazırlanmış, 3,26 qram çəkidə gümüşü rəngli kulonlu boyunbağının maddi sübut kimi tanınması, həmin əşyaların saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 qaytarılmasının nəzərə alınması, 1 ədəd sarı rəngli, üzərində rəngsiz şəffaf qaşları və “585” damğası olan, 583/585 əyarlı, 2,30 qram çəkidə qızıl üzüyün maddi sübut kimi tanınması və həmin əşyanın saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2 qaytarılmasının nəzərə alınması, oğurluq cinayət hadisəsi zamanı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması qərara alınmışdır (cild İİ, i.v. 1-30); • Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/47/2-717/2025 nömrəli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək çəkilmiş cəzası 3 il 6 ay 28 gün, çəkilməmiş cəzası 5 ay 2 gün təşkil edir (cild İİ); • Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs dair heç bir şikayəti və tələbi yoxdur (cild İİ); • Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyildir və ona qarşı hər hansı tələbi yoxdur (cild İİ). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci əsasən maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, 177.2.3-cü maddəsinə uyğun olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, 177.2.4-cü maddəsinə görə isə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin hissənin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin hissənin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci hissə); cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin (17-ci hissə); şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir (18-ci hissə); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir (19-cu hissə); yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür (20-ci hissə); özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə olsun. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci hissə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 2018-ci il 23 aprel tarixli Qərarında göstərilir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4- cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq etdikdən sonra digər Zərərçəkmiş şəxs2 yaşadığı evdən də oğurluq etməklə CM-nin 177.2.2-ci madəsində, zərərçəkmiş şəxslərə məxsus yaşayış sahələrinə qanunsuz daxil olmaqla oğurluq edərək CM-nin 177.2.3-cü maddəsində, Zərərçəkmiş şəxs1 məxsus 6545 (altı min beş yüz qırx beş) manat dəyərində əşyaları talamaqla isə CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə ibitidai istintaq orqanı tərəfindən “X4”nin 04 sentyabr 2025-ci il tarixli 178 nömrəli rəyinin sübut növü kimi qiymətləndirilməməsi və oğurlanmış əşyaların qiymətlərinin zərərçəkmiş şəxslər tərəfindən göstərilmiş qiymətlər əsasında müəyyənləşdirilməsi məsələsinə də münasibət bildirməyi zəruri sayaraq hesab edir ki, ibtidai istintaq orqanı belə qərar qəbul etməkdə haqlı olmuşdur. “X4”nin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir sıra əşyalar üzrə onların təyinatı müəyyən olunmadığına (qərarda məmulat hissəsi kimi qeyd olunmuşdur), həmçinin istifadə üçün yararsız vəziyyətdə (qırıq olduğu üçün) olduğuna görə qiymətləndirmə aparılmamışdır. Məhkəmə istifadə üçün yararsız vəziyyətdə (qırıq) əşyalar üzrə qiymətləndirmə aparılmaması ilə razılaşsa da, tədqiqata təqdim edilmiş əşyaların təyinatının müəyyən olunmaması ilə bağlı qiymətləndirmə aparılmaması hissəsində rəyi əsaslı hesab etmir. Məhkəmənin qənaətinə görə əşyaların təyinatının müəyyən edilməməsi, onların faktiki dəyərinin olmaması anlamına gəlmir. Buna görə də məhkəmə oğurlanmış əşyaların qiymətlərinin zərərçəkmiş şəxslər tərəfindən göstərilmiş qiymətlər əsasında müəyyənləşdirilməsi ilə bağlı ibtidai istintaq orqanın mövqeyi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM 59.1.14) Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırki cinayət hadisəsini törətdiyi zaman onun çəkilməmiş azadlıqdan məhrum etmə cəzası mövcud olmuşdur. Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini xx.xx.2025-cü il tarixdə, yəni məhkumluğu ödənilmədən törətdiyindən, bu hal cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2025-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. CPM-in 197.1.4-cü maddəsinə uyğun olaraq mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. CPM-in 198.1-ci maddəsinə görə bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Belə olan halda iş üzrə maddi sübut qismində tanınaraq, zərərçəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxs2 qaytarılmış əşyalar onların istifadəsində, oğurluq cinayəti zamanı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalı, habelə iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 275 (iki yüz yetmiş beş) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 (beş) ay 2 (iki) günü hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2025-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq, zərərçəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxs2 qaytarılmış əşyalar onların istifadəsində saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış oğurluq cinayəti zamanı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan, Təqsirləndirilən şəxs isə verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-453/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-453/2025
21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver