Məhkəmə qərarları › İş №1(001)-454/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-454/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-454/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 nümayəndəsi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X17 məhkəməyə müraciət edərək, “QAFQAZİNFO.AZ” və “OXU.AZ” xəbər portallarında barəsində yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağlı X2 CM-in 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə sonuncu barəsində ittiham hökmünun çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırmışdır ki, "QAFQAZİNFO.AZ" xəbər portalının yazarı Nizam Rza xx.xx.2023-cü il tarixdə “Bakının Binəqədi rayon sakini A.Ağayev tanınmış tikinti şirkəti tərəfindən dələduzluqla üzləşdiyini iddia edir” başlıqlı yazı və “OXU.AZ” xəbər portalının yazarı Nəzrin Vahid xx.xx.2023-cü il tarixdə “Bakıda vətəndaş tam ödəniş edərək aldığı üç mənzilin şirkət rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edir” başlıqlı yazı ilə X3 xəbər saytında "xxxx" MMC-nin təsisçisi X17 barəsində böhtan xarakterli məlumatlar yazaraq (https://qafqazinfo.az/news/detail/sipark-vetendasin- 3-menzilini-menimseyib-399899); (https://oxu.az/society/736977) hər iki xəbər portalının öz səhifəsində paylaşmışdır. "QAFQAZİNFO.AZ" və “OXU.AZ” xəbər portalında A.X5 barəsində təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz xarakterli, şərəf və ləyaqətinə toxunan, ictimaiyyət də işgüzar nüfuzumu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. "xxxx" MMC-nin təsisçisi X17 barəsində yayılmış təhqir və böhtan xarakterli məlumatlar aşağıdakılardan ibarətdir:

1. “Qafqazinfo”ya müraciət edən şikayətçi 2017-ci ildən tanıdığı, "xxxx" MMC-nin və SİPARK yaşayış kompleksinin sahibi Taleh Abbasov tərəfindən aldadıldığını bildirib. Belə ki, A.Ağayev T.Abbasovun ona satdığı mənzilləri mənimsədiyini, həmçinin əlavə külli miqdarda pul aldığını deyib. “Taleh tikdiyi binaların yaxşı yerlərdə olmasını, qısa müddətə tikintini qurtaracağını, bu binalardakı mənzillərin qiymətinin daha da bahalaşacağını deyərək məni şirnikləndirdi. Onun təkliflərindən sonra xx.xx.2018-ci il tarixdə müqavilə ilə həyat yoldaşım N.Ağayevanın adına "xxxx" MMC-nin Nərimanov rayonu, M.Sənani küçəsində tikdiyi binadan 313 kv.m sahəli 5 otaqlı, xx.xx.2019-cu il tarixdə isə Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən binadan 93.75 kv.m sahəli 2 otaqlı mənzili öz adıma, dəyərini tam ödəməklə aldım. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə isə həmin binadan daha bir mənzili tam ödənişlə aldım”;

2. “2020-ci ildə X17 və onun şəriki X18 ilə görüşərək onlara Təbriz küçəsində tikilməli olan binanın inşasının dayandığına görə irad bildirdim. Dedilər ki, Yasamal rayonu, H.Cavid prospektində yerləşən "xxxx" MMC-də hazır mənzillər var. Oraya gedib birgə mənzillərə baxdıq və onlarla razılaşdım. Razılaşmamıza görə, mən Təbriz küçəsindəki iki evi və əlavə 73 min dollar ödəniş edərək Yasamal rayonunda H.Cavid prospektində yerləşən tikintisi başa çatmış "xxxx" MMC-nin balansında olan binadan mənzil götürməli idim. Bundan sonra Talehə 38 min dollar verdim. Xaricdən gətizdirdiyim və 35 min dollar dəyəri olan “Toyota” markalı avtomobili də onlara verdim. Lakin sonradan mənzillərin dəyişdirilməsi prosesini müxtəlif bəhanələrlə gecikdirməyə başladılar, hazırda mənə nə yeni, nə də köhnə mənzillər təhvil verilib”;

3. A.Ağayev əlavə edib ki, bir ay əvvəl isə MMC-yə müraciət edərək M.Sənani küçəsində inşası başa çatmış binada olan 313 kv m sahəli mənzilini təmir etdirmək istəyib, lakin şirkət əməkdaşları tərəfindən mənzilinə buraxılmayıb: “.Binanın həyətində Talehlə görüşdüm, ona müqavilələrimin əslini göstərdim. Lakin o, etiraz edərək digər binadakı iki mənzilimin verilməməsinə görə etdiyim şikayəti xatırlatdı və həmin məsələyə görə 150 min manat xərcinin çıxdığını dedi. Mənə bildirdi ki, şikayətimə görə xərclədiyi 150 min manatı ona verim, əks halda M.Sənani küçəsindəki binadan aldığım 5 otaqlı mənzilimi mənə verməyəcək. Mən bundan sonra ondan şikayət edəcəyimi bildirdim və mənzillərimi yenidən tələb etdim. Taleh isə mənə bildirdi ki, onun adamları var, "hara istəyirəmsə, şikayət et”, dedi.”;

4. "xxxx" MMC (“Sipark”) şirkətinin rəhbəri Taleh Abbasov və şəriki Seymur İsayevdən 2018-ci ildə mənzil aldı. Onu təmir etmək istədikdə məlum oldu ki, mənzil başqasına satılıb. Lakin rəhbərlik satmadığını iddia edir. Üstəlik, mənzil alarkən bağlanan müqavilə sənədlərinin saxta olduğunu bildirir. Halbuki, o sənədləri özü verib. Həmin şirkətin rəhbərindən başqa şikayətlər də var;

5. Mənzilin birini 19 mart 2018-ci ildə yoldaşım Nərmin Ağayevanın adına almışam. Nərimanov rayonu, Mövsüm Sənani küçəsindəki “Sipark” yaşayış kompleksində inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, dördüncü mərtəbəsində ümumi sahəsi 313 kvadratmetr olan beşotaqlı, 209 saylı mənzili aldım. Tam müqavilə ilə aldım. Həmin mənzili 2023-cü ilin əvvəllərində təmir etmək üçün yaxınlaşanda şirkət əməkdaşları mən oraya buraxmayıb, başqasına satıldığını dedilər.”;

6. “Bizi mənzillərə buraxmırlar. Taleh Abbasov özü deyir ki, “mənzillər satılmayıb”. Lakin sənədlər saxtadır. Öz verdiyi sənədləri saxta adlandırır. Yəqin, özü saxtalaşdırıb. Haqq-ədalətin bərpa olunmasını istəyirəm”. Böhtan xarakterli xəbərlərdə adı çəkilən Taleh Abbasov "xxxx" MMC-nin və ya SİPARK yaşayış kompleksinin qanuni təmsilçisi deyildir və şirkət adından çıxış etmir. Həmçinin bildiririk ki, A.Ağayev "xxxx" MMC arasında, Nərimanov rayonu, M.Sənani küçəsində tikdiyi binadan 313 kv.m sahəli 5 otaqlı mənzilə dair hər-hansı bir alğı-satqı müqaviləsi mövcud deyildir və "xxxx" MMC-nin təsisçisi X17 şirkətə aid mənzillərin satışı ilə məşğul olmur. Xəbər portalında qeyd edilən yazılarda bildirilir ki, X17 və onun şəriki X18 guya A.Ağayevə digər mənzillərin qarşılığında Yasamal rayonu, H.Cavid prospektində yerləşən "xxxx" MMC-nə məxsus hazır mənzilləri təklif etmişdir. Bununla bağlı qeyd edirik ki, adları çəkilən şəxslər "xxxx" MMC-nin qanuni təmsilçiləri deyildirlər və bu cür səlahiyyətləri yoxdur. Daha sonra xəbərdə qeyd edilir ki, A.Ağayev "xxxx" MMC-nin və SİPARK yaşayış kompleksinin sahibi Taleh Abbasov tərəfindən aldadıldığını bildirib. Belə ki, A.Ağayev T.Abbasovun ona satdığı mənzilləri mənimsədiyini, həmçinin əlavə külli miqdarda pul aldığını deyib. "xxxx" MMC-nin kassasına belə bir pul və ya şirkətin hesabına qeyd edilən avtomobil daxil olmamışdır. Qeyd edilən ünvanlarda yerləşən mənzillər şirkət tərəfindən qanuni əsaslarla digər şəxslərə satılmış və həmin mənzillər üzərində heç-bir mübahisə yoxdur. Eyni zamanda böhtan xarakterli bu məlumatları yazan “Qafqazinfo.az” xəbər portalında paylaşılmış məlumatda məlumatların doğru olması ehtimalını göstərə biləcək hər-hansı müqavilə, maliyyə arayışı və ya kassa mədaxil qəbzləri kimi mühüm əhəmiyyətə sahib sübutlar da təqdim edilməyərək sadəcə "xxxx" MMC-nin təsisçisi X12 nüfuzuna xələl gətirməklə cəmiyyət barəsində ictimaiyyətə doğru olmayan, yalan məlumatlar çatdırmışdır. Həmçinin, (bizi mənzillərə buraxmırlar. Taleh Abbasov özü deyir ki, mənzillər satılmayıb. Lakin sənədlər saxtadır. Öz verdiyi sənədləri saxta adlandırır. Yəqin, özü saxtalaşdırıb. Haqq-ədalətin bərpa olunmasını istəyirəm) qeyd edilən bu ifadədə X19 Abbasovu dələduzluq və saxta sənədlərdən istifadə etməklə günahlandıraraq onun şəxsiyyətinə hörmətsizlik etməklə şərəf və ləyaqətini alçaltmışdır. A.Ağayev öz əsassız iddiaları ilə Taleh Abbasovu külli miqdarda pul vəsaitini mənimsəməkdə və dələduzluq cinayətini törətməkdə günahlandırır. Belə ki, "QAFQAZİNFO.AZ" xəbər portalında “Bakının Binəqədi rayon sakini A.Ağayev tanınmış tikinti şirkəti tərəfindən dələduzluqla üzləşdiyini iddia edir” başlıqlı, xx.xx.2023-cü il tarixli məqalədə əks olunan məlumatlar böhtan olaraq bildirildikdə X12 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Qeyd olunan məqalədə və “OXU.AZ” saytında yayımlanan məqalədə yayımlanmış "etibarından sui-istifadə edib", "dələduzluqla", "pul vəsaitini mənimsəmiş", "məni şirnikləşdirməklə", “mənzillərin dəyişdirilməsi prosesini müxtəlif bəhanələrlə gecikdirməyə başladılar”, “Öz verdiyi sənədləri saxta adlandırır. Yəqin, özü saxtalaşdırıb.” və “Binanın həyətində Talehlə görüşdüm, ona müqavilələrimin əslini göstərdim. Lakin o, etiraz edərək digər binadakı iki mənzilimin verilməməsinə görə etdiyim şikayəti xatırlatdı və həmin məsələyə görə 150 min manat xərcinin çıxdığını dedi. Mənə bildirdi ki, şikayətimə görə xərclədiyi 150 min manatı ona verim, əks halda M.Sənani küçəsindəki binadan aldığım 5 otaqlı mənzilimi mənə verməyəcək. Mən bundan sonra ondan şikayət edəcəyimi bildirdim və mənzillərimi yenidən tələb etdim. Taleh isə mənə bildirdi ki, onun adamları var, "hara istəyirənsə, şikayət et", dedi” kimi söz və ifadələr aid olunduğu şəxs haqqında neqativ anlamlı məlumatları əks etdirir. Həmin məlumatlar təsdiq formasında ifadə olunmuşdur. "QAFQAZİNFO.AZ" və “OXU.AZ” xəbər portalında paylaşılmış məqalələrdə əks olunmuş bu məlumatlar böhtan olaraq bildirildikdə X12 şərəf və ləyaqətini işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Bu ldmi məlumatlar böhtan olub- olmamasının araşdırılması hüquqi araşdırmaya aid məsələdir. Yalan olduğu bilinərək paylaşılmış xəbərdə həmçinin yazılır ki, A.Ağayev bir ay əvvəl "xxxx" MMC-nə müraciət edərək M.Sənani küçəsində inşası başa çatmış binada olan 313 kv m sahəli mənzilini təmir etdirmək istədiyini bildirmişdir. Nəzərinizə çatdırırıq ki, şirkətə belə bir müraciət daxil olmamışdır və bu yayılan məlumat tamamilə yalandır. Son olaraq isə "xxxx" MMC-nin təsisçisi X12 A.Ağayevdən 150 min manat istəməsi və digər məsələlər tamamilə yalan məlumatlardır və böhtan xarakteri daşıyır. Yuxarıda qeyd dilən məlumatlardan və işin hallarından aydın görünür ki, "QAFQAZİNFO.AZ" və “OXU.AZ” xəbər portalında A.X1 qarşı onu nüfuzdan salan, ləkələyən və barəsində böhtan xarakterli, yalan məlumatlar yaymışdır. Şəxsin əməlində CM-nin 147-ci və 148-ci maddələrinin tərkibini yaradan hallar mövcuddur. Göründüyü kimi, barəsində şikayət verilən şəxs A.Ağayev xüsusi ittiham qaydasında şikayət verən barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları KİV-si sayılan xəbər portalında yayaraq ona böhtan ataraq və təqsirsizlik prezumpsiyasını pozaraq onu bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə (dələduzluq, mənimsəmə) ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. CM-in 178-ci maddəsinə əsasən: 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— 178.3.2. eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə; beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 179.3.2-ci maddəsinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama- külli miqdarda törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Göründüyü kimi A.X24 barəsidnə ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış, onun şərəf və ləyaqətini alçaltmaqla işgüzar nüfuzuna xələl gətirmişdir. Qüvvədə olan cinayət qanunvericiliyi ölkəmizdə kimliyindən asılı olmayaraq hər hansı şəxsə qarşı böhtan atılmasını, onun təhqir oiunmasını cəza təhdidi ilə qadağan edir, bu cür əməlləri cinayət hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin “Böhtan” adlanan 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, X11ndə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 147.2,-ci bəndinə əsasən, Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin “Təhqir” adlanan 148-ci maddə - Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, X11ndə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qüvvədə olan CPM-in 37-ci maddəsinin 37.1.-ci bəndinə əsasən, cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Həmin maddənin 37.2.-ci bəndinə əsasən, Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında CM-in 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarında deyilir ki, İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Plenumun Qərarında həmçinin bildirilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenumun Qərarının 5-ci bəndində bildirilir ki, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, X11ndə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. X11 və kütləvi nümayiş etdirildiyi iıalda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Hörmətli məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, tikinti sahəsində xeyli müddətdir ki, fəaliyyət göstərən "xxxx" MMC və X13 barəsində şəxsləri aldatması və ya digər qanuna zidd əməllərinə görə heç-bir ittiham edici məhkəmə aktı çıxmamışdır. X12 təsisçisi olduğu "xxxx" MMC uzun illərdir ki, Azərbaycan Respublikası ərazisində müxtəlif irili xırdalı tikinti layihələrini həyata keçirmiş və müxtəlif təltif və qramotalarla öz nüfuzunu və ictimai rəğbətini qazanmışdır. X17 ictimaiyyət içərisində və öz iş çevrəsində sayılıb seçilən, yüksək nüfuza sahib bir şəxsiyyətdir. Belə bir halda X13 qarşı bu cür əsli olmayan, qərəzli, böhtan və təhqiramiz xarakterli məlumatların yayılmasını böhtan və təhqir kimi qiymətləndirir, şirkət nüfuzunun, şəxsin ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi kimi qəbul edirik. Bu cür əməlləri qəsdən törətmiş A.Ağayev barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılmasını və məsuliyyətə cəl'o olunmalarını zəruri hesab edirik. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 nümayəndəsi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi şikayət ərizəsində göstərilənləri müdafiə edərək, işin məhkəmə baxışına təyin edilməsini və X2 CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təhqir və böhtan xarakterli məlumatların “QAFQAZİNFO.AZ” və “OXU.AZ” xəbər portallarından başqa hər hansı bir yerdə yayılmasının şahidi olmamışlar. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 barəsində verilmiş xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, X7 barəsində olan məlumatı “QAFQAZİNFO.AZ” xəbər portalında paylaşmış, həmin xəbərin “OXU.AZ” xəbər portalında yayımlanmasından onun xəbəri olmamışdır. Ola bilsin ki, “QAFQAZİNFO.AZ” xəbər portalında yayımlanan xəbər “OXU.AZ” reddaktoru tərəfindən həmin portalda sonradan paylaşılmışdır. “QAFQAZİNFO.AZ” xəbər portalındandan başqa heç bir portalda və ya sosial şəbəkələrdə paylaşım və ya məlumat xarakterli yazılar paylaşılmamışdır. X8 barəsində “QAFQAZİNFO.AZ” xəbər portalında yayımladığı məlumatlar təhqir və böhtan xarakteri daşımır. Məhkəmənin hazırlıq iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X14 hüquqlarını müdafiə etdiyi X7 barəsində verilmiş xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğunu və işin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməklə xüsusi ittiham qaydasında şikayət məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, X17 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində barəsində şikayət verilən şəxs X7 tərəfindən məlumatların “QAFQAZİNFO.AZ” və “OXU.AZ” xəbər portallarında yayılmasını göstərmiş, məhkəmə iclasında isə toplanmış sübutlardan müəyyən edilmişdir ki, barəsində şikayət verilən şəxs X7 tərəfindən şikayətdə qeyd olunan məlumatlar “QAFQAZİNFO.AZ” xəbər portalında yayılmışdır. İş materiallarına əlavə edilmiş “QAFQAZİNFO.AZ” xəbər portalınının internet səhifəsinin “Əlaqə” bölməsinin çıxarışından görünür ki, “QAFQAZİNFO.AZ” xəbər portalının yerləşdiyi yer ünvan 1 ünvanındadır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksına aid olan birinci instansiya məhkəməsində baxılır; CPM-in 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir; CPM-in 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır; CPM-in 302-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir və məhkəmə bu halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, X17 xüsusi ittiham qaydasında şikayətində göstərdiyi məlumatlar “QAFQAZİNFO.AZ” xəbər portalında yayılmışdır. Belə olan halda xüsusi ittiham qaydasında şikayətə “QAFQAZİNFO.AZ” xəbər portalının yerləşdiyi yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 CM-in 147.2 və 148-ci maddələri ilə təqsilrəndirilən şəxs qismində cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasına dair X12 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X14 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Məhkəmə, xüsusi ittiham üzrə verilmiş iş materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X14 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X4 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X15 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Xüsusi ittiham qaydasında şikayət məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. X4 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar