Məhkəmə qərarları › İş №1(001)-455/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-455/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-455/2021 20.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1984-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.11.2007ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Natiq” adlı şəxslə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 29 may 2021-ci il tarixdə saat 00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən fərdi ev tikilinin qapısının açıq olmasından istifadə edib birlikdə içəri qanunsuz daxil olaraq evin zirzəmisindən 01 ədəd “Bosch” markalı 1 200 manat dəyərində preferator, 01 ədəd 170 manat dəyərində “Zenit” markalı preferator, 01 ədəd 230 manat dəyərində kiçik “Bosch” markalı laqonda, 01 ədəd 300 manat dəyərində “Bosch” markalı direl, 600 manat dəyərində ümumi uzunluğu 300 metr, diametri 4 sm-lik işıq kabeli, 20 manat dəyərində 250 ədəd sıxıcı ciloz, 10 manat dəyərində 02 ədəd tərəzi, 10 manat dəyərində 02 ədəd ölçü ölçən metrə, 20 manat dəyərində 02 ədəd daş baltası, 5 manat dəyərində 01 ədəd mala, 30 manat dəyərində 01 ədəd elektrik çaydanı, 15 manat dəyərində 07 ədəd çaydan, 300 manat dəyərində 02 ədəd plasma borunu qaynaq edən ütünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2 910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur.Daimi iş yeri olmadığından müvəqqəti olaraq fəhlə olaraq tikinti işlərində çalışırdı. Təxminən 1 aydan çoxdur ki, Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlı yerdə gündəlik evlərin birində müvəqqəti qalırdı.Hadisə baş verən gün yəni 28 may 2021-ci il tarixdə axşam saat 23.00 radələrində müvəqqəti qaldığı yerin yaxınlığında 1 aydır ki, tanıdığı Natiqlə rastlaşmış və sonuncu ilə bir qədər aralarında söhbət etməyə başlamışdır.Söhbət zamanı Natiq ona yaxınlıqda fərdi tikilinin olduğunu, həmin fərdi tikilidən oğurluq etməyi təklif etmiş, o da sonuncunun ona etmiş olduğu oğurluq barəsində olan təklifi qəbul etmişdir. 29 may 2021ci il tarixdə gecə saat 00 radələrində o, Natiqlə birlikdə piyada şəkildə fərdi tikilinin olduğu ünvan 3 ünvana gəlib çıxmışdır.Qeyd olunan ünvandakı fərdi tikilinin giriş qapısı açıq olduğundan və ətrafda kimsənin olmadığına əmin olduqdan sonra Natiqlə fərdi tikiliyə daxil olmuşdur.Belə ki, fərdi tikilinin birinci mərtəbəsindən zirzəmiyə düşərək burada çoxsaylı tikinti avdanlıqlarının olduğunu görüb həmin avadanlıqlardan 01 ədəd kiçik “Bosch” markalı laqonda, 01 ədəd “Zenit” markalı preferator, 01 ədəd markasını xatırlamadığı preferator, 03 top uzunluğu təxminən 50 metr olan ağ rəngli şunuru vaxt itirmədən oğurlamaq məqsədilə ətrafda olan kisələrin içərisinə doldurub kimsənin gələcəyindən ehtiyat edərək vaxt itirmədən ümumilikdə 03 ədəd kisəni fərdi tikilidən bayıra çıxarıb yaxınlıqda yerləşən gizlin bir yerə aparıb orada gizlətmişdirlər.Həmin vaxtı oğurladıqları əşyaları daşımaq üçün maşın lazım olduğundan piyada şəkildə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerə getmişdirlər.Qeyd olunan ünvanda olan zaman kirayə qaldığı yerin məhəlləsində Firidunlə rastlaşmışdır.Bu zaman onlar Firudinə yaxınlaşıb görüşdükdən sonra Firidun aradabir taksi fəaliyyəti ilə məşğul olduğundan Natiq Firidunə tikintiyə aid əşyaları gətirmək üçün kömək etməsini ondan xahiş etmişdir.Bu məqsədlə onlar birlikdə oğurluq etdikləri ünvan olan ünvan 5na gəlib çıxmışdırlar.Qeyd olunan ünvanda olan zaman o, Natiqlə birlikdə maşından düşüb oğurladıqları əşyaları gizlətdikləri yerdə olan 03 ədəd kisəni qırmızı rəngli “ZAZ” markalı avtomobilə yükləyib oradan Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlı yerə yollanmışdır.Qeyd olunan ünvanda olan zaman gediş haqqı olaraq Natiq Firudinə 20 manat pul verib kisələri maşından boşaltmış və sonuncuları bir kənara yığmışdırlar.Artıq gecə saat 03 radələri idi.Həmin gün saat 08.00 radələrində məhəllədə olan ağ rəngli “Qaz 24” markalı avtomobilə yaxınlaşıb bir neçə yüklər var ki onları Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayona aparılmalı olduğu bildirmiş və həmin avtomobilin sürücüsü heç bir etiraz etmədən onlarla razılaşmış və həmin 03 ədəd kisəni maşına yükləyib qeyd olunan ünvana yollanmışdır.Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində olan zaman Natiq sürücüyə maşını saxlatmağı bildirib maşından düşərək sonuncunu gözləməsini bildirib kənara getmiş, o da sonuncunun dediyi kimi etmişdir.O, Natiqin bir nəfər tanımadığı şəxslə birlikdə söhbət etdiyini görmüş, təxminən 5 dəqiqə keçdikdən sonra Natiq adının sonradan Vüqar olduğunu bildiyi şəxslə onun yanına gəlib maşının baqajında olan kisələrin birində olan preferator və laqondaya baxdıqdan sonra hər ikisinə ümumilikdə 30 manat verəcəyini dedikdə onlar sonuncunun dediyi qiymətlə razılaşmışdırlar, nəticədə isə pulu götürüb maşına minərək oradan yenidən Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlı yerə gəlib çıxmış və maşında qalan 02 ədəd kisəni kənarda bir yerdə gizlətmışdirlər.29 may 2021-ci il tarixdə saat 17.00 radələrində məhəllədə olan zaman Hüseynlə rastlaşmış, Hüseyn məhəllədə uzun müddət yaşadığından, burada olan sakinləri onlardan yaxşı tanıdığından Hüseynə yaxınlaşıb Natiqlə birlikdə tanışlarına məxsus olan “Zenit” markalı preferatoru satmaq fikirlərində olduğunu, həmin əşyaları satmaqda onlara köməklik etməsini xahiş etmişdir.Hüseyn onların təklifləri qəbul etmiş və onlar Hüseynlə birlikdə adını sonradan bildiyi Tofiq adlı şəxslə söhbət etdiyini görüb sonunculara yaxınlaşmışdır.Daha sonra həmin preferatorun tanışlarına məxsus olduğunu bildirib Tofiq adlı şəxsə göstərdikdən sonra yekun olaraq həmin preferatoru 50 manata satmağa razılaşmış, bu zaman Tofiq adlı şəxs bir nəfər şəxslə söhbət etdikdən sonra 50 manat pulu alıb onlara vermiş və həmin puldan 10 manat məbləği Hüseynə vermiş, qalanı isə öz aralarında bölüşdürmüşdürlər.Belə ki, yerdə qalan gizlətdikləri 01 ədəd içərisində şunurlar olan kisədən şunurları çıxarıb yandırmaqla mis əldə etmək istədiyini bildirmişdir. Sonradan isə onun Natiqdən xəbəri olmamışdır. Nəticədə isə 01 iyun 2021-ci il tarixdə isə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları onu qeyd olunan polis qurumuna dəvət edilmiş və burada o, Natiqlə törətmiş olduğu oğurluq əməlini səmimi şəkildə etiraf etmişdir.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, hal-hazırda heç bir rəsmi yerdə işləmir. Ona məxsus olan ünvan 2 ünvanda fərdi tikilinin başa çatdırılması məqsədilə tikinti işləri tam şəkildə başa çatmamışdır.Belə ki, həmin fərdi tikili hər bir tərəfdən hasarlanmışdır.Qeyd olunan ünvandakı fərdi tikilidə ona məxsus olan tikintidə istifadə olunan avadanlıqlar var idi ki, həmin avadanlıqlar tikilinin zirzəmisində saxlanılırdı.Hadisə baş verən gün yəni 29 may 2021-ci il tarixdə ona məxsus olan fərdi tikiliyə baş çəkən zaman tikilinin zirzəmisində olan 01 ədəd “Bosch” markalı preferator, 01 ədəd “Zinet” markalı preferator, 01 ədəd kiçik “Bosch” markalı laqonda, 01 ədəd “Bosch” markalı direl, 300 metr 4 sm-lik işıq kabeli, 250 ədəd sıxıcı ciloz, 02 ədəd tərəzi, 02 ədəd ölçü ölçən metrə, 02 ədəd daş baltası, 01 ədəd mala, 01 ədəd elktrik çaydanı, 07 ədəd çaydan, 02 ədəd plasma borunu qaynaq edən ütünün yerində olmadığını aşkar etmiş və həmin vaxtı anlamışdır ki, qeyd olunan avadanlıqlar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır.O da baş vermiş hadisə ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödəmədiyini və buna görə də, ondan şikayətçi olduğunu bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində (qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə) ifadə verən Şahid1 bildirmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, heç bir rəsmi yerdə işləmədiyindən dayısı Şahid2 məxsus olan “ZAZ” markalı **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sonuncunun icazəsi ilə idarə edərək taksi fəaliyyəti ilə məşğul olur.Belə ki, müştəri olan zaman dayısına məxsus qeyd olunan avtomobildən istifadə etmişdir.O, 29 may 2021-ci il tarixdə gecə saatlarında yaşadığı evin qarşısında saxladığı dayısı Hüseynə məxsus olan avtomobilin yanında dayanmışdı. Bir qədər keçdikdən sonra yaşadığı ünvandan irəlidəki məhəllədə yaşayan və qiyabi olaraq üzdən tanıdığı Natiq və Şahid adlı şəxslər ona yaxınlaşıb görüşmüş, daha sonra Natiq ona özlərinə aid olan 03 kisə yükü Bakı şəhəri Binəqədi rayonu, “Vorobski” adlanan yerdən yaşadığı evə gətirilməli olduğunu və bunun qarşılığında ona gediş haqqı olaraq 20 manat pul verəcəyini bildirmişdir.O, həmin yüklərin özlərinə aid olduğunu dəqiqləşdirdikdən sonra həmin vaxtı müştəri olmadığından sonuncuların xahişini qəbul edib birlikdə “ZAZ” markalı avtomobilə minərək qeyd olunan ünvana yollanmışdırlar.Yolboyu həmin şəxslər öz aralarında heç nə danışmamışlar.Təxminən 10-15 dəqiqə keçdikdən sonra həmin şəxslərin dediyi ünvana gəlib çatan zaman Natiq kimi adını bildiyi şəxs avtomobili saxlatmağı və burada onları gözləməsini bildirdikdən sonra o, avtomobili saxlamış, daha sonra Natiq və Şahid adlı şəxslər avtomobildən düşmüşdürlər. Bir qədər vaxt keçdikdən sonra həmin şəxslər əllərində olan 3 ədəd kisəni avtomobilin baqaj hissəsinə yerləşdirib maşına minərək yaşadıqları ünvan olan Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerə sürməyi ondan xahiş etmişdirlər.Qeyd olunan ünvanda olan zaman Natiq və Şahid adlı şəxslər maşından 3 ədəd yük olan kisəni maşının baqaj olan hissəsindən çıxarıb ona gediş haqqı olaraq 20 manat pul vermiş və o da həmin pulu götürüb artıq gec olduğundan yaşadığı evə getmişdir.Təxminən bir neçə gün keçdikdən sonra polis əməkdaşları onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər və polis qurumunda olan zaman ona məlum olmuşdur ki, Natiq və Şahid adlı şəxslər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən fərdi tikililərin birindən tikinti avadanlıqları oğurlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, hal-hazırda heç bir rəsmi yerdə işləmir.Hadisə ilə bağlı bildirmişdir ki, 29 may 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evinin qarşısında dayanmışdı.Bu zaman qonşuluqda yaşayan Hüseyn yanında olan tanımadığı şəxslə birlikdə ona yaxınlaşaraq əlində olan preferatoru satmaq niyyətində olduğunu bildirmiş və o da təqdim edilmiş preferatora baxdıqdan sonra həmin preferatorun kimə məxsus olub-olmamasını və qiymətini maraqlandıqda həmin şəxs ona ilk olaraq “Zenit” markalı preferatoru 100 manat satmaq fikrində olduğunu və həmin markalı preferatorun yaxın adamına məxsus olduğunu bildirdikdə o, sonuncunun dediklərinə inanıb bu qiymətin baha olduğunu demişdir. Qeyd olunan preferatorun son olaraq qiyməti 50 manat deyildikdə həmin vaxtı yanında olan Zöhrab onu kənara çəkərək həmin preferatoru alıb-almadığını maraqlandıqda o, sonuncuya “istəyirsən sən al, “ demiş və bu zaman Zöhrab həmin markalı preferatoru almaq üçün 50 manat pulu çıxarıb Hüseynin yanında olan tanımadığı şəxslərdən birinə təqdim etmiş, daha sonra həmin preferatoru alıb oradan çıxıb getmişdir.O da öz şəxsi işlərini görməyə başlamışdır.Təxminən bir neçə gün keçdikdən sonra polis əməkdaşları ona zəng vuraraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmiş və burada olan zaman almış olduğu “Zenit” markalı preferatorun oğurluq olması ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, ailəsi ilə birlikdə yaşayır, heç bir rəsmi yerdə işləmədiyindən ona məxsus olan “ZAZ” markalı, **- RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur, həmçinin də aradabir idarə etdiyi avtomobili bacısıoğlu olan Şahid1 da pul qazanmaq üçün verir. Belə ki, 29 may 2021-ci il tarixdə günorta radələrində yaşadığı evin məhəlləsində olan zaman qiyabi olaraq tanıdığı Şahid və Natiq adlı şəxslər ona yaxınlaşıb görüşdükdən sonra Natiq əlində olan “Zenit” markalı preferatorun özünə məxsus olduğunu bildirərək həmin preferatoru ona göstərib evin kirayə pulunu ödəmək üçün pul lazım olduğundan satmaq fikrində olduğunu və müştəri tapmağını ondan xahiş etmişdir.O da sonuncunun xahişini yerə salmamış və bir qədər vaxt keçdikdən sonra o, Tofiqlə təsadüfən rastlaşıb məsələni danışmış, sonuncu ona preferatoru görmək istədiyini, xoşuna gələrsə alacağını bildirmişdir.O da geri qayıdıb Natiq və Şahidi Tofiqin yanına aparmışdır.Daha sonra isə Tofiq, həmin şəxslərin özləri ilə gətirdiyi preferatora baxdıqdan sonra preferatorun qiymətini maraqlandıqda Natiq sonuncuya 50 manata satmaq fikrində olduğunu söyləmişdir.Bu zaman həmin qiymətlə bağlı Tofiqin üzərində yetərli pul olmadığından yaxınlıqda olan Zöhrab preferatoa baxıb dediyi pulu Natiqə verərək preferatoru sonuncudan götürmüşdür.Daha sonra isə Natiq ona preferatorun satılmasında müştəri tapdığı üçün ona 10 manat pul vermiş və o da həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir.Təxminən bir neçə gün keçdikdən sonra polis əməkdaşları onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmiş və polis qurumunda olan zaman ona məlum olmuşdur ki, Natiq və Şahid adlı şəxslər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən fərdi tikililərin birindən tikinti avadanlıqları oğurladıqları, həmçinin də “Zenit” markalı preferatorun oğurluq yolu ilə əldə edilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05.07.2021-ci il tarxili 9/3860 saylı rəyinə əsasən məlum olur ki, 01 ədəd “Zenit” markalı, “3M-3500K” model, göy rəngli, böyük ölçülü perforator istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 170 (yüz yetmiş) manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə və hökmün surətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə diar İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18.04.2001-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2, 177.2.1, 177.2.2, 93-3, 67-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 11.12.2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Həmçinin Təqsirləndirilən şəxs Əli-Bayramlı şəhər Məhkəməsinin 09.03.2006-cı il hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.Bundan başqa, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.11.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 27.06.2014-cü il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır.Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər təyin olunmuş cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən qəbul olunmuş 16.08.2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq oğurluq cnayətini törətdiyi «Natiq» adlı şəxsin müəyyən edilməsi üçün və istintaqa məlum olmayan şəxsin barəsində ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun 27.12.1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf etməsini, törətdiyi cinayət əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin residivini CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir.Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin izahat və ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahid ifadəsi və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir.Belə ki, məhkəmə təqsirləndirilən şəxsin təqsirini qismən etiraf etməsini onu daha ağır cəyəya məhkum olunmaması üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 01 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Binəqədi RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən qəbul olunmuş 01 iyun 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 01 ədəd “Zenit” markalı preferatorun sahibi –Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X1 cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 01 iyun 2021ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “Zenit” markalı preferatorun sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar