Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-455/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Yekəxana kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Ələkbərov küçəsi, döngə 1 nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsinə dair Qobustan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(026)-162/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5045,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları dünyaya gəlmişlər. Lakin bir müddət sonra münasibətləri korlanmış, faktiki olaraq ər-arvad münasibətləri kəsilmişdir. O, əvvəl tikintilərdə usta və fəhlə kimi işləmiş, qazancı hər ay 700-800 manat olmuşdur. Münasibətləri o qədər pisləşmişdir ki, Nuranə anasına xəsarət yetirdiyi üçün məhkum olunmuşdur. Zərərçəkmiş şəxs uşaqlar üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(026)-162/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Onun barəsində Binəqədi rayon icra şöbəsində icra işi aparılmış, icra məmuru ondan alimentin ödənilməsini tələb etmiş və o, imkanı daxilində alimenti ödəmişdir. Lakin Zərərçəkmiş şəxs təkidi ilə icra məmuru barəsində protokol tərtib edərək məhkəməyə təqdim etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Nuranə bu inzibati cəzanı az bilmiş və apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəmənin xx.xx.2022-ci il tarixli 3(103)- 1174/2022 saylı qərarı ilə həmin qərar qüvvəsində saxlanılmışdır. Hazırda ödənilməmiş olan 5045 manat məbləğində aliment borcundan 550 manat məbləğində ödəniş etmişdir. Maddi vəziyyətinin aşağı olması səbəbindən həmin məbləği tam olaraq ödəyə bilmir, lakin aliment borcunun ödənilməsindən yayınmır. Göstərilənlərin nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları dünyaya gəlmişlər. Münasibətləri pisləşdiyi səbəbindən Gündüz ilə ər-arvad münasibətləri kəsilmiş, Gündüz tikintilərdə usta və fəhləlik etmiş və qazandığını öz ehtiyaclarına xərcləmişdir. Onlar bir müddət Gündüzün evində qalmışlar, Gündüz uşaqları ilə maraqlanmamış, ona qarşı laqeyd olmuş, hər ay təxminən 500-700 manat məbləğində pul qazanmış, lakin yeyib-içmək məclislərini çox sevmiş, evlərində tez-tez dost-tanışları ilə yeyib içmişdir. O, özünə və uşaqlarına qarşı bu cür münasibətə dözməmiş və uşaqlarını götürərək yaxınlıqda olan 3 otaqlı öz evinə köçmüşdür. Təqsirləndirilən şəxs uşaqlarla maraqlanmadığı üçün və maddi cəhətdən uşaqların böyüdülməsində köməklik etmədiyi səbəbindən uşaqlar üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(026)-162/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs açıq şəkildə aliment ödəməyəcəyini bildirmişdir. Gündüz barəsində Binəqədi rayon icra şöbəsində icra işi aparılmış, lakin Təqsirləndirilən şəxs alimenti ödəmədiyi səbəbdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 1264/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətam törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)-1174/2022 saylı qərarı ilə həmin qərar qüvvəsində saxlanılmışdır. İcra üçün Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin cüzi ödənişlər etmişdir. Hazırda Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən verilmiş təqdimat əsasında Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2023-cü il tarixədək ödənilməmiş aliment borcu 5045.0 (beş min qırx beş) manat təşkil edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, artıq bir neçə müddətdir ki, cinayət işi məhkəmənin icraatındadır. Bu müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən 18 sentyabr 2023-cü il tarixdə 550 manat məbləğində ödəniş edilmişdir. Lakin, o aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Gündüaz Qarayev aliment borcunu tam olaraq ödəmədiyi halda onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza ilə cəzalandırılmasını xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)- 162/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci ildə anadan olmuş X9 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən tutulub X5 verilməsi qət edilmişdir. İcra sənədi üzrə Qobustan rayon icra və Probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya təqdim edilmişdir. Təqsirləndirilən şəxs Binəqədi rayon ərazisində yaşaması ilə əlaqədar icra sənədi Qobustan rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2021-cü il tarixli məktubla Binəqədi rayon icra şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxıl olmuşdur, icra sənədinin icrası borclu tərəfindən könüllü qaydada təmin edilmədiyi üçün tələb olunan aliment məbləğinin Təqsirləndirilən şəxs məxsus əmlakı hesabına ödənilməsini təmin etmək məqsədi ilə borcluya məxsus şəxsi əmlakın müəyyən edilməsi üçün görülmüş müvafiq icra tədbirləri zamanı Təqsirləndirilən şəxs məxsus tələbin yönəldilə biləcəyi şəxsi əmlak aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şöbəyə dəvət olunaraq, yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Lakin borclu tərəfindən tələb təmin edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 3(001)- 1264/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətməkdə təqsirli bilinib, 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. X1 həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 3(001 )-1264/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaranmış aliment borcun ödənilməsini təmin etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq təqdim olunmuşdur. Lakin verilmiş xəbərdarlığa baxmayaraq, Təqsirləndirilən şəxs yaranmış borcu ödəməkdən qəsdən yayınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Bakı Regional Məşğulluq Filialının xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatda olması bildirilmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-162/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs tərəfindən 2023-ci ilin fevral ayı daxil olmaqla, cəmi 1355,00 manat məbləğində aliment ödəmiş, aliment üzrə borc isə 5045,00 manat təşkil edir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə aliment borcunu tam ödənilməsi və müntəzəm surətdə ardıcıl olaraq ödənilməsi tələb olunsa da, tələb təmin edilməmişdir. Borclu Qarayev X6 Rayon Məhkəməsinin 2(026)-162/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə münasibətdə onun davam edən hərəkətsizliyi, barəsində edilən inzibati tədbirdən heç bir nəticə çıxarmaması, məhkəmə qərarının icrasına düzgün münasibət göstərməməsi, onun qərəzli olmasına dəlalət edən haldır, sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat verilmişdir.. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid2 oğlu, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(026)-162/2020 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(026)-162/2020 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-256/2022 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qərarını icra etməkdən yayındığına görə borclunun Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə verilmiş təqdimatın təmin edilməsi rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-255/2022 nömrəli qərardadından görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(026)-162/2020 nömrəli icra sənədinin icrası təmin edilənədək borclu, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-1264/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (gün) müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1174/2022 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-1264/2022 nömrəli qərarından verilmiş şikayət təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs aliment üzrə yaranmış borcunun ödənilməsinə yönəldiləsi əmlak müəyyən olunmamışdır. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə tələbkar Zərərçəkmiş şəxs 110 (yüz on) manat ödəmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə tələbkar Zərərçəkmiş şəxs 140 (yüz qırx) manat ödəmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus kartından tələbkar Zərərçəkmiş şəxs 150 (yüz əlli) manat ödənilmişdir. Borclunun ödənişləri barədə sənəddən görünür ki, Təqsirləndirilən şəxs icra sənədinin qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 6400 manat borcdan 1355 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclunun Ədliyyə Nazirliyi İstintaq İdarəsinə məcburi qaydada gətirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat şəxs tutulana qədər dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş və o, Yasamal RPİ-nin X7 azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ümumilikdə 2925 (iki min doqquz yüz iyirmi beş) manat məbləğində ödəniş etdiyini çıxarışlarla təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görürün ki, Təqsirləndirilən şəxs tərəfindən “eManat” ödəmə terminalı vasitəsi ilə tələbkar Zərərçəkmiş şəxs 550 (beş yüz əlli) manat ödənilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmədə cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin şərtlərini pozduğu üçün 07 aprel 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş və iş üzrə icraat təqsirləndirilən şəxs dayandırılmışdır. Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərar ilə cinayət işi üzrə icraat təzələnmiş və həmin tarixdə təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Yasamal RPİ-nin X7 azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 26 may 2023-cü ildən 27 may 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə 26 may 2023-cü ildən 27 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 may 2023-cü ildən 27 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-455/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-455/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver