Məhkəmə qərarları › İş №1(001)-457/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-457/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-457/2022 03.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 fevral 2021-ci il tarixdə saat 06:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin hasar divarından həyətyanı sahəyə qanunsuz daxil olma yolu ilə dolab formalı qəfəsdə saxlanılan, 01 ədədinin dəyəri 60 manat olmaqla 780 manat məbləğində 13 ədəd “Brama” cinsli ev quşlarını gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 aprel 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus tikilməkdə olan kondisioner havalandırma sexinin hasar divarından sexin ərazisinə qanunsuz daxil olaraq girişdə mühafizə üçün tiklmiş otağın qapı kilidini qırmaq yolu ilə içəri daxil olaraq vanna otağında saxlanılan 250 manat dəyərində 01 ədəd qaynaq aparatı,100 manat dəyərində 1 ədəd laqonda, 180 manat dəyərində 1 ədəd preparator, 20 manat dəyərində 20 metrə uzunluğunda uzadıcı qoşqu elektrik naqilindən ibarət alət və avadanlıqları gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 550 manat məbləğin maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 may 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus tikilməkdə olan kondisioner havalandırma sexinin hasar divarından sexin ərazisinə qanunsuz daxil olaraq 1100 manat dəyərində 01 ədəd aliminum pilləkən, hər biri 650 manat olmaqla 3250 manat dəyərində 5 ədəd 10 metrəlik şivellerlərdən ibarət tikinti materialları və alətini gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 4350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 yanvar 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri,Binəqədi rayonu, Zəngəzur küçəsində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin plastik qapısını açma yolu ilə təmir işləri aparılan yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan hər metrəsinin dəyəri 1(bir) manat təşkil edən, hər bağlamasında 90 metr olmaqla 450 metr uzunluğunda 5 ədəd elektrik naqili bağlamalarını, eləcədə hər metrəsi 1(bir) manat təşkil edən 50 metr uzunluğunda yarımçıq bağlamadan ibarət, ümumilikdə 500 (beş yüz) manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o,təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi döngə 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus evin plastik pəncərəsini açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağındakı paltar dolabında saxlanılan pul qabının içərisindən milli pul vahidi 500(beş yüz) manat məbləğində nağd pulları gizli olraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 fevral 2022-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanında yerləşən Şahid2 məxsus fərdi evinin çöldən hasar divarında quraşdırılmış "xxxx" ASC-yə məxsus 247,23 manat dəyərində 01 ədəd «Abşeron» CSS-20 (d 20 mm) markalı 56JDSOG fərdi identifikasiya nömrəli smart tipli su sayağacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 fevral 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK- yolu 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 Sahib oğluna məxsus fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını sındırma yolu ilə binaya daxil olaraq 01 metrəsinin dəyəri 10 manat olmaqla 160 manat məbləğində 16 ədəd vintillər, 01 metrəsinin dəyəri 5 manat olmaqla100 manat məbləğində elektrik kabeli, sanitar qovşağında quraşdırılmış "xxxx"ASC-nə məxsus 01 ədəd 247,23 manat dəyərində **********260 kodlu su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASCyə 247,23 manat, Zərərçəkmiş şəxs5 260 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdik. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 mart 2022-ci il saat 06 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X6, ev 18A ünvanda yerləşən Şahid1 məxsus fərdi evinin çöldən hasar divarı üzərində quraşdırılmış "xxxx"ASC-nə məxsus 275,57 manat dəyərində 01 ədəd **********A0000 abunə kodlu elektrik sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx"ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 mart 2022-ci il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Binəqədi rayonu 411 ATS-na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında quraşdırılmış hər metrəsinin dəyəri 5.81 manat təşkil edən,70 metr uzunluğunda 100x2x0,4 markalı,ictimai əhəmiyyətli rabitə naqillərini kəsib gizli olaraq talayıb ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Binəqədi rayonu 411ATSna 406,7 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 mart 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi 3 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi evin hasarından həyətyanı sahəyə qanunsuz daxil olmaqla evin arxasındakı vanna otağındakı 400 manat dəyərində 01 ədəd “Exspansion-tank” markalı, 0203-6L modelli 32 KV-lıq, 24 litr həcmli kombi qızıdırıcı aparatını gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 mart 2022-ci il tarixdə,saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi 3 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin hasarından həyətyanı sahəyə qanunsuz daxil olmaqla evin arxasındakı vanna otağının 120 manat dəyərində 01 ədəd 2.0m x 0,60m ölçüdə plastik qapısını yerindən çıxarıb yaşayış evinin həyətini tərk etməklə gizli olaraq talayıb ələ keçirmək istəmiş, lakin onu görən Zərərçəkmiş şəxs2 qonşusu tərəfindən hadisə yerində yaxalanmasından ehtiyyat edib qapını ataraq oradan uzaqlaşmaqla, öz iradəsindən asılı olmayan səbəblərdən oğurluq cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, daimi yaşayış yeri olmadığından Bakı şəhərinin müxtəlif ünvanlarında gecəqondularda yaşamış, sonuncu bir neçə ay olar ki,Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi qəsəbəsi, DSK 4 adlanan ərazidəki qeyri yaşayış sahəsində yaşamağa başlamışdır. Gündəlik yaşayış üçün maddi təminatını qarşılamaq üçün küçələrdən plastik, boş energi içki bankaları, polietilen materiallar toplayıb satmaq məcburiyyətində qalmışdır. Lakin tullantı materiallarından əldə etdiyi qəpik-quruşla maddi təminatını qarşılaya bilmədiyindən müxtəlif ünvnlardan oğurluqlar etmişdir. O, 03 fevral 2021-ci il tarixə keçən gecə səhər saat təxminən 5 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi “Məmmədoğlular” avtoservizin arxasındakı ikimərtəbəli evin hasarından həyətə keçib oğurluq etmək üçün həyətə nəzər yetirərkən ev sahibinin səs eşidib həyətə çıxdığını görüb gizlənmişdir. Ev sahibinin evə qayıtmasından sonra hasarın içərisindən divara söykənmiş taxta dolab formalı köşkdə saxlanılan, sonradan sayını bildiyi 13 ədəd cins yetişkin cücəni iki ədəd kisəyə yığıb yaşadığı evə aparmışdır. 2 ədədini özü kəsib yemiş, 11 ədəd cücənin hər birini 5 manatdan məhlədə tanımadığı bir nəfər cavan oğlana satıb 55 manat alaraq özü üçün xərcləmişdir. Bundan başqa, o, 22 aprel 2021-ci il tarixdə, gecə saat 2 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsindəki tikintisi başa çatmamış, Zərərçəkmiş şəxs3 məxsus olduğunu sonradan bildiyi sexin hasarından içəri keçərək darvazanın girişindəki mühafizə otağının qapı kilidini sındırıb içəri daxil olmuşdur. Mühafizə otağında heç nə tapmadığından hamam otağının bağlı qapısının kilidini sındırıb içəri daxil olduqda orada 1 ədəd qaynaq aparatı, 1 ədəd preparator, 1 ədəd laqonda aparatı, təxminən 20 metrə yaxın uzadıcı naqili oğurlayıb yoldan keçən taksi ilə yaşadığı gecəqonduya aparmışdır. Sonra isə laqondadan başqa həmin avadanlıqları Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanımadığı bir nəfər şəxsə 100 manata satmış, əldə etdiyi pulu özünün şəxsi məsrəflərnə xərcləmişdir. Bundan başqa, o, 13 may 2021-ci il tarixə keçən gecə saat 1 radələrində yenidən Zərərçəkmiş şəxs3 məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsindəki sexin hasarından içəri daxil olmuş və orada olan 1 ədəd aliminium pilləkəni və 5 ədəd dəmir şivellerlərin olduğunu aşkar etmişdir. Başqa qiymətli əşya və avadanlıq aşkar edə bilmədiyindən həmin şiveller və pilləkəni oğurlamağa qərar vermişdir. Lakin, şivellerlərin uzun və ağır olmasına görə onları sexdən təkbaşına çıxara bilməyəcəyini başa düşüb evdə olan laqondanı və uzadıcı elektrik naqilini gətirərək şivellerləri kəsib iki yerə bölmüşdür. Bundan sonra onları bir-bir sürüyüb sol divardakı pəncərə yerlərindən yola atmışdır. Sonra isə yolun kənarında dayanıb bir az istirahət etmiş və saat 2 radələrində yoldan keçən, tanımadığı şəxsin idarə etdiyi nömrəsinə diqqət etmədiyi Qazel markalı avtomobili saxlayıb şiveller və aliminium pilləkəni yükləyib yaşadığı yerə getməyi tklif etmişdir. O, yükləri apararkən tanimadığı həmin sürücüyə evini, əmlakını satıb guya Azərbaycandan köçdüyünü deyib onu inandıraraq həmin əşyaları ona satmağı təklif etmişdir. Sürücü həmin əmlakın ona məxsus olduğuna inanaraq pilləkən üçün 30 manat 5 ədədini iki yerə böldüyü, sayca 10 ədəd olmuş şivellerlərin hər birinə 25 manat, ümumilikdə 280 manat pul verərək həmin materialları almışdır. Bundan başqa, o, 21 yanvar 2022-ci il tarixdə, saat təxminən 18 radələrində, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində olan nömrəsiz ünvanda yaşayışın olmadığını görüb ətrafa nəzər salaraq kimsənin olmadığına əmin olduqdan sonra hasardan içəri keçib həyəti gəzib içəri daxil olmağa yer axtarmışdır. Evə daxil olmaq üçün dəmir qapının bağlı olduğunu və onu açmaq mümkün olmayacağını görüb evin sağ tərəfindəki evə bitişik köşkə daxil olaraq plastik qapının kilidinə güc tətbiq edərək açıb birbaşa evin mətbəxinə daxil olmuş və sonra otaqları,vanna otağını gəzərkən vanna otağında 5 ədəd elektrik bağlaması və 1 ədəd yarımçıq bağlamanın olduğunu aşkar etmişdir. Dərhal oradan bir ədəd boş kisə götürüb elektrik naqillərini kisəyə yığıb evin plastik qapısından həyətə və oradan isə hasardan aşıb çölə çıxaraq ünvanı tərk etmişdir. Kisədəki naqilləri Binəqədi rayonu ərazisindəki əlvan metal qəbulu məntəqəsində tanımadığı şəxsə 90 manata satıb əldə etdiyi pulları şəxsi məsrəflərinə xərcləmişdir. Bundan başqa, o, 23 yanvar 2022-ci il tarixdə pulu qurtardığından yenidən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, M.Aslanov küçəsini gəzib yaşayış olmayan ev axtarmağa başlamışdır. Saat təxminən 16 radələrində sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs4 məxsus, 11-ci döngədə yaşıl darvaza qapılı kürsülü bir evin olduğunu görmüş və həmin evin hasarı üzərinə çıxıb həyətə düşməyin mümkün olduğunu anlayaraq əvvəl hasarın üzərinə çıxmış və yan tərəf divardakı plastik pəncərəni əli ilə itələyib açaraq uşaq otağı görünümlü kiçik bir otağa daxil olmuşdur. Otağa düşən kimi dolablara və başqa yerlərə baxıb pul və qiymətli zinyət əşyaları axtarmağa başlamışdır. Başqa qonaq otağı və yataq otağını axtarmağa başlamışdır. Yataq otağındakı ağ rəngli güzgülü, siyirməli qapılı dolabın siyirmələrinin birinə baxdıqda orada qara rəngli pul qabı və pul qabının içərisində 500 manat nağd pulu tapıb götürmüşdür.Pulu tapdıqdan sonra daha axtarışlar aparmadan mənzili tərk edib getmiş və təxminən bir həftə ərzində həmin pulu şəxsi məsrəfləri üçün xərcləmişdir. Bundan başqa, 01 fevral 2022-ci il tarixdə pulu olmadığından növbəti oğurluq üçün ərazi seçmək üçün gəzməyə başlamışdır. Saat təxminən 20 radələrində ünvan 13 ünvanda sonradan adı ona məlum olan Şahid2 məxsus kürsülü, suvanmamış mişar daşı ilə hörülmüş hasarı, şabalıdı rəngli darvazası olan evin yaxınlığında dayanıb ətrafa nəzər yetirmişdir. Evlərin hamısında yaşayışın olduğunu gördükdə yanında dayandığı evin darvazasının sağ tərəf çöl divarına quraşdırılmış su sayğacının olduğunu aşkar etmişvə həmin sayğacı söküb içərisindəki mis metalını satmaq qərarına gəlmişdir.Əvvəlcədən özü ilə götürdüyü çoxfunksiyalı ingilis açarı deyilən açarla sayğacın vintillərini açıb sayğacı oğurlayaraq oradan uzaqlaşmışdır.Sonra qaranlıq bir yerdə sayğacı söküb içərisindəki mis əlvan metalı götürmüş və Binəqədi rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə tanımadığı şəxsə 7 manata satmışdır. Əldə etdiyi pulu şəxsi məsrəflərinə xərcləmişdir. Bundan başqa 17 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK-4 ünvanda, mişardaşı ilə hörülmüş hasarla əhatəyə alınmış, yaşıl darvazalı bir evin yanından keçərkən evdə kimsənin olmadığını görüb həmin evin həyətinə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasarın üzərinə çıxıb həyətə daxil olmuş və evin pəncərələrinin dəmir barmaqlığını həyətdən tapdığı dəmirlə söküb içəri girmiş, orada təmir işlərinin aparıldığını və tam yaşayışın olmadığını görmüşdür.Otaqları gəzib qiymətli bir şey aşkar edə bilmədiyindən sanitar qovşağı kimi təmir edilən yerin divarında quraşdırılmış 1 ədəd su sayğacını, sonra isti döşəmə üçün quraşdırılmış şlanqların ucundakı 16 ədəd vintilləri, elektrik sayğacına uzanan 20 metrəyədək uzunluğu olan qalın kabeli kəsərək oğurlayıb evi tərk etmişdir. Sonra həmin sayğacı söküb içərisindəki əlvan metalı,kabeli Binəqədi rayon ərazisindəki metal qəbulu məntəqəsinə satmışdır.Sayğac üçün 7 manat, kabel üçün 6 manat almış,vintilləri isə qəsəbədə bir nəfər şəxsə hər birini 2 manatdan satıb əldə etdiyi pulları özü üçün xərcləmişdir. Bundan başqa 05 mart 2022-ci il tarixdə, səhər saat 06 radələrində oğurluq etmək üçün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi,X4 gəzişməyə başlamış Küçə ilə gedərkən yolun sağındakı evin təxminən 1,8-2.0 metrə hündürlüyündə mişar daşla hörülmüş hasarının tinində qutu içərisində, sonradan adı ona məlum olan Şahid1 məxsus fərdi yaşayış evinn divarında quraşdırılmış elektrik sayğacının olduğunu aşkar etmişdir.Ətrafda kimsənin olmadığına əmin olduqdan sonra dərhal özü ilə götürdüyü açar və vintaçanla sayğacı qutunun içərisindən açaraq oğurlayıb oradan uzaqlaşmış və kənar bir yerdə sayğacı sökərək içərisindəki mis naqil və metalları Binəqədi rayon ərazisindəki əlvan metal qəbulu məntəqəsində tanımadığı şəxsə 10 manata satmış, əldə etdiyi pulu özünün şəxsi məsrəflərinə xərcləmişdir. Bundan başqa 10 mart 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 ünvanda yerləşən “FAB” boya zavodunun yerləşdiyi ərazidəki küçə ilə hərəkət edərkən sağ tərəf beton plitələrdən qoyulmuş hasarın üzəri ilə dirəklər vasitəsilə çəkilmiş rabitə xəttinin bir tərəfinin qırılıb yerə sallandığını görmüşdür. Həmin kabelləri oğurlamaq qərarına gəlmiş və ətrafa baxıb kimsənin olmadığına əmin olduqdan sonra üstündə olan bıçaqla təxminən 70 metrə uzunluğunda kabeli kəsib oğurlamış və elə həmin gün aparıb Binəqədi rayon ərazisində yerləşən metal qəbulu məntəqəsində tanımadığı şəxsə 20 manata satmış,əldə etdiyi pulu şəxsi məsrəflərinə xərcləmışdir. Bundan başqa,11 mart 2022-ci il tarixdə,saat təxminən 15 radələrində, sonradan adı mənə məlum olan Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 16 ünvanda yaşayışın olmadığını görüb küçədəki nərdivana oxşar əşyanı divara söykəyib hasarın üzərinə və oradanda həyətə düşüb evin arxası tərəfə keçmişdir. Oradakı damda qapı pəncərə,vanna otağında isə quraşdırılmamış ağ rəngli kombi qızdırıcı aparatının olduğunu görüb kombi aparatını oğurlayıb həyət darvazasının bir tay qapısını açaraq dərhal çölə çıxıb oradan uzaqlaşaraq kombini yaşadığı qeyri-yaşayış yerinə aparmaqla orada gizlətmişdir. Bundan başqa, 12 mart 2022-ci il tarixdə səhər saat 10 radələrində təkrar həmin ünvana gedərək evin arxasındakı damın içərisində gördüyü qapı pəncərə oğurlamaq qərarına gəlmişdir.Bir gün əvvəldən darvaza qapısının bir tayını açıq qoyub getdiyi darvaza qapısından içəri daxil olub evin arxasındakı əl-damına yaxınlaşmış və oradakı plastik qapını yerindən çıxarıb özü ilə aparmışdır. Küçəyə çıxıb qapını əlində müəyyən məsafədə daşıyıb aparmaqla uzaqlaşarkən bir nəfər tanımadığı , qonşu olduğunu güman etdiyi şəxsin onu gördüyü və səsləndiyinə görə qapını evin divarına söykəyib hadisə yerindən qaçıb uzaqlaşmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC 2 saylı Rabitə Xidmətləri Mərkəzinin hüquq məsləhətçisi işləyir. Binəqədi rayonu, Mərkəzi Binəqədi qəsəbəsində yerləşən 411 saylı ATS-Rabitə Xidmətləri Mərkəzinin tabeçiliyində olan müəssisədir. xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, DSK yolu, Fab boya fabriki yxınlığındakı telefon kabellərinin oğurlanması barədə tərtib olunmuş akta əsasən məlumatı aşkar etmiş texniki nəzarətçi Şahid3lə əlaqə yaratmış və həmin tarixdə səhər saatlarında qeyd olunan ünvanda naməlum şəxs tərəfindən kabellərin kəsilərək oğurlandığı məlum olmuş və tərtib olunmuş akt İdarənin rəsmi məktubu ilə Binəqədi RPİnin 4-cü PŞ-nə göndərilmişdir. Oğurlanmış həmin kabel “TPP 100x2x0,4” markalı, tək bir xətt olmasına baxmayaraq markasında da qeyd olunduğu kimi içərisində 100 ədəd nazik xətlər, naqillər vardır ki, 100 abunəçiyə xidmət göstərmişdir. Baş idarədən daxil olmuş smetaya əsasən müəssisəyə ümumilikdə 805,98 manat maddi ziyan dəymişdir. Kabelin hər metrəsinin qiyməti 5,81 manat təşkil etdiyindən 70 metrə kabelin dəyəri 406,7 manat təşkil edir, xəttin bərpası üçün əlavə xərclərlə ümumi maddi ziyan 805,98 manat təşkil edir. Hazırkı vaxtadək cəmiyyətə vurulmuş ziyan ödənilməmiş və onlar zərərçəkmiş olaraq Təqsirləndirilən şəxs şikayətçidirlər. Məhkəmədən Təqsirləndirilən şəxs cəzalandırılmasını və cəmiyyət tərəfindən təqdim edilmiş mülki iddianın təmin edilərək sonuncudan 805,98 manat vurulmuş maddi ziyanın, eləcə də dövlət rüsümu kimi ödənilmiş 30 manat pulun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən "xxxx"ASC-nin aparıcı hüquqşünası olaraq çalışır. "xxxx" ASC tərəfindən elektrik sayğacının dəyəri barədə verilmiş cavabı təsdiqləyir və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə,Rəsulzadə qəsəbəsi, X6, ev 18A ünvanda yaşayan abonent Şahid1 adlı abonentin evinə quraşdırılmış **********A0000 abunə kodlu elektrik sayğacının oğurlanması nəticəsində "xxxx" ASC-yə ümumilikdə 275,57 manat məbləğində maddi ziyan dəymişdir. Cəmiyyətə vurulmuş maddi ziyan bugünədək ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidirlər. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 4 il olar ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən 6 sot ərazidə 2 mərtəbəli fərdi yaşayış evi tikdirmiş və bu müddət ərzində ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Orada yaşadığı müddətdə amerika cinsli “Brama” növünə aid toyuq alaraq həyətində bəsləmişdir. Onun 13 ədəd cücəsi olmuşdur. Həmin 13 ədəd cücəni həyətdə hasara söykədiyi dolab formalı taxta, bir tərəfi setkalı qəfəsdə saxlayıb üzərinə qalın palaz parça örtməklə iri elektrik lampası ilə qəfəsi qızdırmışdır. Təxminən bir ay müddətində onları tam kəsib istifadə etmək üçün yararlı vəziyyətə gətirmişdir. 03 fevral 2021-ci il tarixdə ailə üzvləri ilə evdə olmuş və həmin gün səhər saat 06 radələrində evin içərisində saxladığı “budilnik” deyilən balaca itin səsinə oyanıb həyətə çıxaraq yaxınlaşıb toyuqların olduğu yerə baxıb onların yerində olduğunu görərək yenidən evə qayıtmışdır. Yarım saat sonra evdən çıxıb işə gedərkən toyuqların olduğu yerə təkrar yaxınlaşdıqda onların yerində olmadığını görmüşdür. Onların hər birinin dəyəri 60 manat olmaqla 13 ədəd “Brama” cinsli ev quşları olmuşdur. Oğurluq nəticəsində ona 780 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonradan ona Binəqədi RPİ-nin 4cü PŞ-nin əməkdaşlarından Təqsirləndirilən şəxs adlı şəxsin saxlandığını və həmin şəxsin bu oğurluğun törədilməsində şübhəli olduğu bildirilmişdir. Özü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşadığından həmin ərazilərdə qoltuğunda boş kisələr gəzdirərək guya metal qırıntıları topladığını deyən şəxs kimi Zəkəriyyə adlı şəxsi şifahi olaraq tanımışdır. Hazırda ona vurulmuş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 18 ünvanda qeydiyyatda olmaqla, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 19 il olar ki, ailə üzvlərimlə birlikdə yaşayır. 13 may 2021-ci il tarixdə DİN-nin 102 xirmətinə vermiş olduğu məlumat və Binəqədi RPİ-nin 4-cü PŞ-nə ünvanladığı ərizənin mahiyyəti üzrə bildirmişdir ki, yaşdığım evin arxa tərəfində 2020-ci il tarixdə təxminən 300 metrəlik məsafədə 12 sotluq torpaq sahəsi alıb həmin yerdə kondisioner havalandırma sexinin inşa olunmasına başlamışdır.Həmin ərazini iki yerə bölüb iki müxtəlif təyinatlı sex tikməyə başlamışdır. Obyektlərdən solda nəzərdə tutulmuş hissənin girişinə 8 metrəlik təkərli darvaza quraşdırmış, sağdakı obyektlə arakəsmə arasında 3x3m ölçüdə ikimərtəbəli tikinti tikmişdir. Həmin tikilinin 1-ci mərtəbəsində sanitar qovşağı,alətlərin saxlanma yeri, ikinci mərtəbəsində isə mühafizəçi otağı tikdirmişdim.Hər iki sex üçün lazımi tikinti materialları alıb obyektin olduğu yerə gətirib boşaltmış və vaxtı və maddi imkanı olduqca tikintini davam etdirmişdir. Axşam evə getdikdə tikintin alətlərini sanitar qovşağına yığıb dəmir qapını kilidlə bağlayıb getmişdir. 22 aprel 2021-ci il tarixdə səhər saatlarında obyektin darvazasını açıb içəri daxil olmuş və fəhlələr gəlməmişdən qabaq vanna otağına yığılmış alətləri çıxarmaq üçün qapıya yaxınlaşdıqda qapı üzərindəki kilidin zor tətbiq edilməklə qırılaraq açıldığının şahidi olmuşdur. Dərhal içəri daxil olduqda axşam hamama yığdığı 250 manat dəyərində 1 ədəd qaynaq aparatı,100 manat dəyərində 1 ədəd laqonda,180 manat dəyərində 1 ədəd preparator, 20 manat dəyərində 20 metrə uzunluğunda uzadıcı qoşqu naqilinin oğurlandığını aşkar etmişdir. Həmin vaxt rayonda vacib işləri olduğu üçün şikayət etməyə vaxtı olmadığından, işinin dayanmaması üçün öz vəsaiti hesabına yenidən alətlər alıb ustalara vermişdir. 06 may 2021-ci il tarixdə tikinti işləri üçün 5 ədəd 10 metrəlik dəmir şivellerlər alıb sexə boşaltmış və 13 may 2021-ci il tarixdə saat 11 radələrində sexə yaxınlaşıb qapını açıb içəri daxil olduqda 6 may 2021-ci il tarixdə 3250 manata aldığı 5 ədəd 10 metrəlik dəmir şivellerlər, həmçinin 1100 manat dəyərində 1 ədəd aliminium pilləkənin oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermiş və Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. 2022-ci ilin mart ayının sonuncu həftəsində Binəqədi RPİ-nin 4-cü PŞ-dən ona zəng edilərək əmlakımın oğurlanmasında şübhəli olan Təqsirləndirilən şəxs adlı şəxsin saxlandığı barədə məlumat verilmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2021-ci ildə Bakı şəhəri,Binəqədi rayonu, Zəngəzur küçəsində 3 sot torpaq sahəsi alıb yaşayış üçün 5 otaqlı birmərtəbəli fərdi ev tikdirmişdir. Vaxtı və maddi imkanı olduqca həmin ünvana gedib tikinti-təmir işləri aparmışdır. Təmir işlərini başa çatdırmaq üzrə olsada elektrik işləri və digər bir sıra işləri tamamlanmaq üzrə olmuşdur. Sonuncu dəfə 17.01.202-ci il tarixdə işləri saxlayıb ustaları yola salmış və mart ayından etibarən təmir işlərini davam etdirmək istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində həmin ünvana gedərək darvaza qapısı üzərindəki qıfılı açmaq istədikdə bunu edə bilmədiyindən hasarın üzərindən həyətə keçmiş və evin sağ tərəf başında evə bitişik köşkün olduğu və divardan evin mətbəxinə daxil olmaq üçün qoyulmuş plasmas qapının açıq olduğunu aşkar etmişdir.Həmin yerdən otağa daxil olduqda vanna otağına yığıb getdiyi 5 bağlama, hər biri 90 metrə olan 4mm ölçülü, hər bağlamasını 90manata aldığı elektrik naqili bağlamaları, həmçinin 50 metrə uzunluğunda açıq vəziyyətdə olan elektrik naqillərinin oğurlandığını və ona 500 manat məbləğində maddi ziyan vurulduğunun şahidi olmuşdur. Evinə kənar şəxsin oğurluq məqsədilə qanunsuz daxil olduğunu başa düşərək dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və az sonra hadisə yerinə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları gələrək müayinə etmişlər. Bundan sonra PŞ-nə gedərək orada ərizə və izahat vermiş, əmlakının tanımadığım şəxs və ya şəxslər tərəfindən gizli talandığını bildirmişdir. Sonradan polis əməkdaşlarından ona məlum olmuşdur ki, onun əmlakının gizli talanmasında şübhəli olan, əvəllər bu kimi cinayətlər törətməsinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxs saxlanılmışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 21 ünvanda 3 sotluq torpaq sahəsinin daxilində tikdirmiş olduğu 5 otaqdan ibarət fərdi evdə bir ildən artıq müddətdir ki,yaşayır. Ev mişar daşı ilə hasara alınmış, yaşıl rəngli dəmir darvaza quraşdırılmışdır. İşi ilə bağlı hər gün səhər saatlarında evdən çıxıb axşam evə qayıtmışdır. Evdə olmadığı müddətdə həyat yoldaşı və anası evdə olmuşlar. Lakin, 22 yanvar 2022-ci il tarixdə şəxsi işi ilə bağlı ailəliklə Göyçay rayonunun Mirtı kəndinə getmiş və 27 yanvar 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evə qayıdarkən yataq otağının plastik pəncərəsinin açıq olduğunu, otaqların hər birindəki əşyaların dağılıb yerə səpələndiyi, mənzildə axtarış aparıldığının şahidi olmuşdur. Dərhal yataq otağındakı dolabın gözlüyündə qara rəngli dəridən olan pul kisəsinin içərisində saxladığı 500 manat pulun orada olub olmamasına baxdıqda pul qabının içərisindən həmin məbləğdə 5 ədəd 100 manatlıq əskinaslardan ibarət pulların oğurlandığını aşkar etmişdir. Pəncərənin açıq olduğunu gördükdə kənar şəxsin hasarın üzərinə çıxmaqla oradan dəmir barmaqlığı olmayan plastik pəncərəyə zor tətbiq edib açılmaqda içəri qanunsuz daxil olmasını bilmişdir. Sonradan Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarından ona oğurluğu törətmiş, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən edilərək saxlanıldığı məlum olmuşdur. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs5 Sahib oğlunun məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən 10 il olar ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK-4 ünvanda 2 sot torpaq sahəsinin içərisində 6 otaqdan ibarət ikimərtəbəli yaşayış evi tikdirməyə başlamışdır. Uzun müddət keçsədə yaşayış üçün lazım olan təmir işlərini başa çatdıra bilməsədə suvaq, elektrik işləri, qapı-pəncərə, isti döşəmənin şlanqları və vintillərini çəkdirmişdir. Həmin evdə yaşamadığına görə pəncərələrə dəmir barmaqlıqlar qaynaq etmişdir. 18 fevral 2022-ci il tarixdə evə baxmaq üçün həmin ünvana getmiş və darvazanı açmaq istədikdə arxadan bağlı olduğunu aşkar etmişdir. Hasardan qalxıb içəri keçmiş və qapını açıb həyətə daxil olduqda evin pəncərəsinin dəmir barmaqlığının bir tərəfinin yerindən qırılaraq pəncərə açılmaqla içəri daxil olunduğunu aşkar etmişdir. İçəri daxil olaraq otaqları gəzdikdə ilk baxışda oğurluq aşkar etməmiş və həyətə çıxıb sol tərəf divara bitişik əl damı kimi tikdirdiyi tikilinin içərisinə baxdıqda oradan bir il öncə "xxxx"ASC-nin Binəqədi rayon sukanal idarəsi tərəfindən öz vəsaitləri hesabına quraşdırdıqları **********260 kodlu su sayğacının, mətbəx və dəhlizin 1ci mərtəbəsində isti döşəmə üçün çkilmiş şlanqların ucundakı hər birinin dəyəri 10 manat olmaqla 16 ədəd vintillərin, hər metrəsinin dəyəri 5 manat olan 20 metrə uzunluğunda elektrik kabelinin oğurlanması ilə ona 260 manat məbləğində maddi ziyan vurulduğunun şahidi olmuşdur. Dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, hadisə yerinə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əmkdaşları gələrk müayinə etmişlər. Sonradan Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarından ona cinayəti törətmkdə şübhəli olan, əvvəllər bu növ cinayətlər törətməsinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxsin saxlandığı məlum olmuşdur. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 22 ünvanda qeydiyyatda olmaqla, Binəqədi rayonu, Baksol “Stroydetal” adlanan ərazidə ailə üzvləri ilə birlikdə yaşayır.Təxminən 10 il olar ki,Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi 3 saylı ünvanda 4 otaqdan ibarət 2 mərtəbəli ev tikdirmiş, lakin təmir işləri başa çatmadığından həmin evə köçə bilməmişdir. Buna baxmayaraq mütəmadi olaraq həmin ünvana gedərək evə nəzarət etməklə orada müəyyən işlər görmüş və axşamlar yaşadığı ünvana qayıtmışdır.Həmin ev 3,5 sotluq torpaq sahəsinin içərisində tikilmiş, mişar daşı ilə hörülmüş hasarla əhatəyə alınmış, dəmir darvaza quraşdırılmışdır. Evin arxasında əl damı, sanitar qovşağı tikdirsədə oradada təmir işləri başa çatmamışdır. Əl damı, həmçinin vanna otağına plastik qapı quraşdırmış, hər ikisinə ayrılıqda 140 manat pul vermişdir.Əl damının plastik qapısının petləsində nasazlıq olduğundan qapını çıxarıb divara söykəmişdir. Vanna otağının qapısı isə tam yararlı işlək halda olmuşdur.Evə kombi istilik sistemi quraşdırmaq məqsədilə vaxtı olmadığından qardaşı Rasimə 400 manat pul vermişdir ki, ona işlənmiş, ancaq saz vəziyyətdə olan kombi qızdırıcı aparatı alıb gətirsin. Qardaşı Rasim 02 mart 2022-ci il tarixdə Novxanı qəsəbəsində yaxın tanışından 400 manata “Expansion-tank” markalı 0203-6L modelli 32 KV-lıq, 24 litirlik ağ rəngli kombi qızdırıcı aparatı alaraq gətirib onun evinin arxasındakı əl damında yerləşdirmişdir. 12 mart 2022-ci il tarixdə səhər saatlarında qardaşı Rasim ona zəng edərək Hakim adlı qonşunun ona zəng edərək evin darvazasının açıq olması və bir nəfər tanımadığı şəxsin evin həyətindən plastik qapını oğurladıqdan sonra onu görüb küçədə qapını atıb qaçması barədə məlumat verməsini ona danışmışdır. O, bu məlumatdan dərhal sonra qardaşı ilə görüşərək həmin ünvana getmiş və Hakim adlı qonşudan ona məlum olmuşdur ki, bir nəfər sonradan adı məlum olan Təqsirləndirilən şəxs adlı şəxs onun həyətindən plastik qapını apararkən qonşunun onu görməsi səbəbindən qapını divara söykəyib qaçmışdır. Qardaşı ilə birlikdə qapını götürüb həyətə gətirmiş və qardaşı bu barədə zəng edib DN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra onlar qapını aparıb yerinə qoymaq istədikdə əl damındakı kombi qızdırıcı aparatının da oğurlandığını aşkar etmişlər.Az sonra hadisə yerinə Bİnəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları gələrək müayinə etmiş və sonra bu barədə PŞ-də ərizə və izahat verib hadisəyə aydınlıq gətirmişdir. Sonradan PŞ-nin əməkdaşlarından Təqsirləndirilən şəxs adlı, əvvəllər bu növ cinayətlər törətdiyinə görə məhkum olunmuş şəxsin saxlanııldığı, hətta ona məxsus kombi aparatının müəyyən edildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 400 manat dəyərində kombi qızdırıcı aparatı və 140 manat dəyərində plastik qapının oğurlanması ilə ona ümumilikdə 540 manat məbləğində maddi ziyan vurulmuş, nəticədə hər iki əşyası müəyyən edilərək ona qaytarılmışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2019-cu ildən "xxxx" ASC-də hüquqşünas vəzifəsində çalışır və etibarnamə əsasında "xxxx" ASC-ni Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, prokurorluq, istintaq və digər aidiyyatı orqanlarda təmsil edir. Həmin etibarnamə ilə Cəmiyyətin adından bütün növ ərizələri imzalamaq, vermək və işləri aparmaq, Cəmiyyətin işləri ilə əlaqədar sənədləri və arayışları təqdim etmək və almaq, Azərbaycan Respublikası MM-nin 362-ci maddəsinin tələblərinə uyğun olaraq, qanunla iddiaçı, cavabdeh, üçüncü şəxs, zərərçəkmiş, şahidə verilmiş bütün hüquqları həyata keçirməkdən ibarətdir. "xxxx" ASC-nin X7 İdarəsinə istintaq orqanı tərəfindən su sayğacının dəyəri və ASC-yə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsinə dair məktuba cavab olaraq bildirmişdir ki, ünvan 24 ünvanındakı vət. Şahid2 məxsus fərdi evə "xxxx" ASC-nin Binəqədi rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə quraşdırılmış 01 ədəd «Abşeron» CSS-20 (d20 mm) markalı smart tipli su sayağacının dəyəri quraşdırılması ilə birlikdə 247,23 manat təşkil edir. Bundan başqa, Zərərçəkmiş şəxs5 Sahib oğlu adlı abonentə məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK-4 ünvanda yerləşən fərdi evinin sanitar qovşağına "xxxx" ASC-nin Binəqədi rayon Sukanal İdarəsi tərəfindən quraşdırılmış 1 ədəd **********0260 kodlu su sayğacınında dəyəri 247.23 manat təşkil edir ki, 2 ədəd oğurlanmış sayğaca görə "xxxx" ASC-yə ümumilikdə 494.46 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayından "xxxx" ASC-nin Binəqədi sukanal idarəsində nəzarətçi işləyir. Ona təhkim olunmuş ərazi Biləcəri qəsəbəsinin inzibati ərazisidir. ünvan 27 ünvanında olan fərdi evin sahibi Şahid2 abonenti kimi tanıyır. Həmin ünvanda abonent fərdi ev tikdirmiş və "xxxx"ASC Binəqədi rayonu, su kanal idarəsi ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən həmin ünvana sayğaclar şöbəsi tərəfindən sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Şahid2 adlı abonent ona zəng edərək sayğacının oğurlandığını və bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini bildirmiş və o, həmin şəxsin "xxxx"ASC-nin hüquqşünasına yaxınlaşmasını, polisdən arayış alıb Sukanal İdarəsinə təqdim etməsini təklif etmişdir. Abonentin ünvanına quraşdırılmış su sayğacı “ASC”-nin mülkiyyəti sayılır. Abonentlə istehlakçı "xxxx"ASC arasında bağlanmış müqavilə əsasında sayğac abonentin ünvanına ASC-nin vəsaiti hesabına quraşdırılmış və bildiyinə görə həmin sayğac “Abşeron”CSS-20(d20mm) markalıdır, 240-247 manat dəyər təşkil edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 mart 2022-ci il tarixdə səhər saat 07 radələrində yaşadığı ünvan 29 ünvanda yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evində olarkən evin işıqlarının yanmadığını görüb çölə çıxaraq hasarın divarındakı qutunun içərisində "xxxx"ASC tərəfindən quraşdırılmış elektrik sayğacına baxmış və sayğacın yerindən çıxarılaraq oğurlandığının şahidi olmuşdur. Ona görə də, dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və az sonra Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları hadisə yerinə gələrək müayinə etmiş, bu bardə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Şahid1, həmçinin ifadəsində qeyd etmişdir ki, elektrik sayğacını onun ünvanında "xxxx" ASC-nin Binəqədi rayon şöbəsinin əməkdaşları tərəfindən həmin müəssisənin vəsaiti hesabına quraşdırılmış, abonent olaraq "xxxx"ASC-nin abonenti olmuş, sayğacın oğurlanması ilə ona deyil, "xxxx"ASC-yə maddi ziyan vurulmuş,müəyyən vaxt işıqsız qalmışdır. Oğurluq edən şəxsin kim olduğunu bilmir, şübhə etdiyi hər hansı şəxs və ya şəxslər olmamışdır. Sonradan ona sayğacı oğurlamış Təqsirləndirilən şəxs adlı əvvəllər məhkum olunmuş şəxs olması barədə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən məlumat verilmişdir. Həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) manat təşkil edən, hər bağlamasında 90 metr olmaqla 450 metr uzunluğunda 5 ədəd elektrik naqili bağlamalarını, eləcə də hər metrəsi 1 (bir) manat təşkil edən 50 metr uzunluğunda yarımçıq bağlamadan ibarət əmlakı Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində yerləşən fərdi yaşayış evindən oğurlanmışdır. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus 500 manat məbləğində nağd pulu ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində yerləşən fərdi yaşayış evindən oğurlanmışdır. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə məxsus 01 ədəd su sayğacının abonent Şahid2 məxsus ünvan 31 ünvanın hasar divarından sökülüb oğurlanmışdır. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş hüquqi şəxs «Azərişıq ASC-yə məxsus 1 ədəd elektrik sayğacının abonent Şahid1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi,X6, ev 18A ünvanda yerləşən fərdi evin hasar divarından oğurlanmışdır. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Binəqədi rayonu 411 ATS-na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında Fab boya fabrikinin hasar divarboyu quraşdırılmış dirəklər üzərindən çəkilmiş 70 metrə rabitə kabeli xətləri həmin ünvandan oğurlanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Exspansion-tank” markalı, 0203-6L modelli 32 KV-lıq, 24 litr həcmli kombi qızıdırıcı aparatı və 1 ədədə plastik qapı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi 3 saylı ünvanda yerləşən fərdi evdən oğurlanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd plastik qapının Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi,M.S.Ordubadi küçəsi 3 ünvandan Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanıb ələ keçirilməyə cəhd göstərilmiş əmlak olduğu təsdiq olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd kombi qızdırıcı aparatının Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi 3 ünvandan Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanıb ələ keçirilmiş əmlak olduğu təsdiq olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı törətmiş olduğu oğurluq hadisələrini əyani şəkildə göstərib təsvir etmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-301/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 24 mart 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ərizəsi əsasında toplanmış material icraatımda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs5 Sahib oğluna məxsus vintillər, ektrik kabeli və "xxxx"ASC-nə məxsus 01 ədəd su sayğacı Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK-yolu 4 ünvanında yerləşən fərdi evdən oğurlanmışdır. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs6 məxsus 13 ədəd cins ev quşları Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən fərdi evinin həyətindən oğurlanmışdır. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus pilləkən və şivellərlərin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən tikilməkdə olan kondisioner havalandırma sexinin həyətindən oğurlanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli nökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 18 dekabr 2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli, 9/2715 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən - 1 ədəd “Expansiontank” markalı “0203-:L”model, 32KV-lıq, 24 litr həcmli kombi qızdırıcı aparatının 400 manat, 1 ədəd ağ rəngli, 2,0 mx0,60 m ölçülü plastik qapının isə 2022-ci ilin mart ayına olan orta bazar qiyməti 120.00 manat olaraq müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd “Exspansion-tank” markalı,0203- 6L modelli 32 KV-lıq,24 litr həcmli kombi qızıdırıcı aparatı və 1 ədəd 2.0m x 0,60m ölçüdə plastik qapısı maddi sübut qismində tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-723/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 09 iyul 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülki iddaçı, cəmiyyətin nümayəndəsi Nümayəndə1 mülki iddiaçının nümayəndəsi qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.2 və 29,177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər eyni xarakterli cinayət əməlinə götrə məhkum olunmasını, iş üzrə vurulmuş maddi ziyanın ödənilməməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs oğlu, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-301/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 24 mart 2022-ci il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 24 mart 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və 1 (bir) ədəd “Exspansion-tank” markalı, 0203-6L modelli 32 KV-lıq, 24 litr həcmli kombi qızıdırıcı aparatı və 1 (bir) ədəd 2.0m x 0,60m ölçüdə plastik qapısı maddi sübut qismində tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mülki iddianın təmin edilməsi qənaətinə gəlir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğurluq cinayət əməli nəticəsində vurulmuş 805,98 (səkkiz yüz beş manat doxsan səkkiz qəpik) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat pul tutularaq, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 24 mart 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Exspansion-tank” markalı, 0203-6L modelli 32 KV-lıq, 24 litr həcmli kombi qızıdırıcı aparatı və 1 (bir) ədəd 2.0m x 0,60m ölçüdə plastik qapısı maddi sübut qismində tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğurluq cinayət əməli nəticəsində vurulmuş 805,98 (səkkiz yüz beş manat doxsan səkkiz qəpik) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat pul tutularaq, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar