Məhkəmə qərarları › İş №1(001)-459/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-459/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-459/2024 04.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.20. Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 1(060)-339/2020 saylı hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-212/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş,məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçlmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs binaya, yəni yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 oktyabr 2023-cü il tarixdə, saat 01.00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən xidməti məqsəd üçün nəzərdə tutulmuş binanın, yəni avtomobil təmir sexinin dəmir materialdan olan açılıb-qatlanan qapısını açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 65 manat olan 82 predmetdən ibarət 1 çamadan açar dəstini, dəyəri 60 manat olan 20 ədəd yağ qutularının açarları olan 1 çamadan açar dəstini, dəyəri 20 manat olan 9 ədəd 15-32 ölçülü açarları olan 1 açar dəstini, 1 ədədinin dəyəri 12 manat olmaqla cəmi 5 ədəd 60 manat dəyərində 30-32 ölçülü böyük açarı, 1 ədədinin dəyəri 9 manat olmaqla cəmi 9 ədəd 81 manat dəyərində 23-27 ölçülü orta açarı, 1 ədədinin dəyəri 7 manat olmaqla cəmi 11 ədəd 77 manat dəyərində 17-21 ölçülü kiçik açarı, 1 ədədinin dəyəri 5 manat olmaqla cəmi 6 ədəd 30 manat dəyərində 13-17 ölçülü kiçik açarı, dəyəri 3 manat olan 1 ədəd boru formalı açarı, 1 dəstinin dəyəri 46 manat olmaqla cəmi 2 dəst 92 manat dəyərində “Toyota Matsu” markalı, 04495-47010 kodlu arxa nakladkanı, dəyəri 13 manat olan 1 ədəd üzərində “X9 90915-YZZE1 Denso BT115010-4121” yazıları olan yağ filterini və 1 ədədinin dəyəri 40 manat olmaqla cəmi 2 ədəd 80 manat dəyərində qranatı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 581 (beş yüz səksən bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən iki il müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən kafedə mühafizəçi işləyir.19 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində piyada gəzişən zaman oğurluq etmək qərarına gəlmişdir.Belə ki, maddi cəhətdən dolanışığında çətinliklər olduğundan pula ehtiyacı yaranmışdır.Asanlıqla da pul əldə etmək üçün oğurluq etməyə qərar vermişdir. S.Bəhlulzadə küçəsində yerləşən giriş qapısının üzərində “dəmirçi rəngsaz” sözləri yazılmış sexi görüb içərisində sata biləcəyi əşyalar olmasını fikirləşmişdir.20 oktyabr 2023-cü il tarixdə saat təxminən 01.00 radələrində ətrafa baxaraq sexə girən zaman onu görəcək şəxslərin olmamasını dəqiqləşdirmişdir.Heç kimin olmadığını və sakitlik olmasını görüb sexin jalüzdən olan qapısına yaxınlaşmışdır. Jalüzün sol tərəf klidlənən yerində qıfılının olmadığını, yəni bağlanmamasmı görmüşdür. Əli ilə jalüzü yarıya qədər qaldırıb içəri daxil olmuşdur. Sexdə “Toyota Prius” markalı avtomobil, yerdə isə 2 ədəd diplomat naborlar olmuşdur.Diplomatları açıb içərisinə baxan zaman orada avtomobil təmiri üçün müxtəlif növ açarların olduğu ona məlum olmuşdur.Bundan başqa sexdə “Toyota Prius” markalı avtomobilə aid ehtiyat hissələri də olmuşdur. Çünki sexdə olan eyni markalı avtomobilin qabaq kapotu qaldırılmış və mühərrik hissəsi sökülmüş halda olmuşdur.Həmin zaman ehtiyyat hissələrini və həmin diplomatları sataraq pul əldə edə biləcəyini fikirləşmişdir.Bundan sonra ehtiyat hissələrini sexdən tapdığı ağ rəngli böyük torbalara yığmış və 2 ədəd diplomat naborları da götürüb sürüyərək sexin qarşısına çıxarmışdır.Bundan sonra həmin əşyaları yaxınlıqda olan yaşadığı evə gətirib həyətdə gizlətmişdir.Gecəni evdə yatmış və hava açıldıqda yuxudan oyanıb açarları və ehtiyat hissələrini satmaq üçün müştəri axtarmışdır.Lakin müştəri tapa bilmədiyi üçün sata bilməmişdir.26 oktyabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və artıq törətdiyi cinayətin aşkara çıxmasını başa düşmüşdür.Hadisəni könüllü olaraq etiraf edərək oğurladığı əşyaları təqdim etmişdir.Qeyd edilən oğurluq hadisəsini tək törətmişdir və həmin zaman ona kömək edən şəxs olmamışdır. Sexdən 2 ədəd içərisində avtomobil təmiri zamanı istifadə edilən açarlar olan diplomat naborları və avtomobil ehtiyat hissələrini oğurlamışdır.Oğurladığı bütün əşyaları da polis əməkdaşlarına təqdim etmişdir.Sexdən başqa heç bir əşya oğurlamamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin avtomobil təmiri, yəni dəmirçi və rəngsaz işləri ilə məşğul olaraq ailəsini dolandırır.Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində olan bir otaqlı qarajı icarəyə götürmüş və orada avtomobil təmiri ilə məşğul olur.Sexdə ondan başqa heç kim işləmir.Sexə özünə məxsus olan bütün avadanlığı,yəni avtomobil təmiri üçün lazimi açarları gətirmişdir.Açarlar diplomat naborlardadadır. Hər gün səhər saat 09-10 radələrində işə başlayır və axşam saatlarında işlərini yekunlaşdırıb gedir.Sexin giriş qapısı jalüzdəndir, sexdə müşahidə kameraları və gözətçisi yoxdur.19 oktyabr 2023-cü il tarixdə səhər saatlarında “Toyota Prius” markalı avtomobilin mühərrikini sökərək təmir etməyə başlamışdır.Həmin günü saat təxminən 2021 radələrində sexi bağlayaraq yaşadığı evə getmişdir.20 oktyabr 2023-cü il tarixdə saat təxminən 16.00 radələrində sexə gəlmişdir.Sexin jalüzünü qaldırıb içəri baxdıqda sexin içərisində olan açar diplomatları və ehtiyat hissələrini görməmişdir.Həmin zaman açar naborların və ehtiyat hissələrinin oğurlandığını başa düşmüşdür.Bundan sonra dərhal DİN- nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir.Bir neçə dəqiqə sonra sexin qarşısına Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları gəlmişdir.Bundan sonra ərizə ilə müraciət etmişdir və polis əməkdaşları sexə baxış keçirib fotoşəkillər çəkilmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1 200 manat maddi ziyan dəymişdir. Belə ki, sexdən 01 çamadan 82 predmetdən ibarət açar dəsti, 01 çamadan 20 ədəd yağ qutularının açar dəsti, 15-32 ölçülü 9 ədəd açar dəsti, 05 ədəd 30-32 ölçülü açar, 09 ədəd 23-27 ölçülü açar, 11 ədəd 17-21 ölçülü açarlar, 06 ədəd 13-17 ölçülü açar, 01 ədəd boru formalı açar, 2 dəst Toyota Matsu markalı,04495-47010 kodlu arxa nakladka, 01 ədəd yağ filteri və 02 ədəd qranat oğurlanmışdır.Həmin açarlar və ehtiyyat hissələri işlənmiş vəziyyətdə və köhnə olmuşdur və bir neçə ay bundan öncə almışdır.Qeyd edilən açar dəstləri və ehtiyyat hissəsləri hər biri ona məxsusdur və işlədiyi sexdən oğurlanmışdır.Həmin açar dəstlərini və ehtiyyat hissələrini xarici əlamətlərinə görə tanıyır.Sexdən oğurlanmış bütün açar dəstləri və ehtiyyat hissələri ona təqdim olunmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, şikayətinin olmadığını bildirmiş bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, zərərçəkmiş şəxsin ifadəsini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış, könüllü təqdim etmə və baxış, ifadənin yerində yoxlanması protokolları, ekspertiza rəyi, əldə edilmiş maddi sübutlar və iş üzrə toplanmış digər materiallarla təsdiq olunaraq sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən üzərində “dəmirçi rəngsaz” sözləri yazılmış avtotəmir sexidir. Baxış zamanı hadisə yerindən heç bir maddi sübut aşkar olunmamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan cinayət işin materialına əlavə edilmiş 26 oktyabr 2023-cü il tarixli “könüllü təqdim etmə, baxış keçirmə və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 01.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi avtotəmir sexindən oğurlayaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən nömrəsiz evin həyətində gizlətdiyi 01 çamadanda 82 predmetdən ibarət açar dəstini, 01 çamadanda 20 ədəd yağ qutu açarını, 15-32 ölçülü 9 ədəd açarı, 05 ədəd 30-32 ölçülü açarı, 09 ədəd 23-27 ölçülü açarı, 11 ədəd 17-21 ölçülü açarı, 06 ədəd 13-17 ölçülü açarı, 01 ədəd boru formalı açar, 2 dəst Toyota markalı avtomobilin nakladkası, 01 ədəd yağ fıltri, 02 ədəd qranatı təqdim etmiş və bu barədə Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Orxan Təhməzli tərəfindən protokol tərtib edilərək qeyd edilən predmetlər götürülmüşdür. İş materiallarında olan cinayət işi üzrə əldə olunaraq götürülmüş 01 çamadanda 82 predmetdən ibarət açar dəsti, 01 çamadan 20 ədəd yağ qutularının açar dəsti, 15-32 ölçülü 9 ədəd açar dəsti, 05 ədəd 30-32 ölçülü açar, 09 ədəd 23-27 ölçülü açar, 11 ədəd 17-21 ölçülü açarlar, 06 ədəd 13-17 ölçülü açar, 01 ədəd boru formalı açar, 2 dəst Toyota Matsu markalı,04495-47010 kodlu arxa nakladka, 01 ədəd yağ fılteri və 02 ədəd qranat iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 28 oktyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanması məqsədilə Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan cinayət işinin materiallarına əlavə edilmiş 30 yanvar 2024-cü il tarixli “ifadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması zamanı, istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməəmtəəşünaslıq ekspertizanın 20 fevral 2024-cü il tarixli, 9/312 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 581,00 manat müəyyən olunur.Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 08 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 1(060)-339/2020 saylı hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-212/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun sexindən oğurlanmış əşyalar ona qaytarılmış və dəymiş ziyan tamamilə ödənilmişdir.Təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.3-cü maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, ilk dəfə az ağır cinayət törətmişdir, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladı var, ailənin yeganə qazanc gətirən şəxsidir, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il saat 19.05 tarixdən 28 oktyabr 2023-cü il saat 14.00 tarixədək 02 gün müddət və 29 yanvar 2024-cü il tarixdən saat 13.20 radələrindən 31 yanvar 2024-cü il tarixədək tutulduğu 02 gün müddət, cəmi 04 müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, kapitanı Ceyhun Əsgərov tərəfindən qəbul olunmuş 26 oktyabr 2023-cü il tarixli qərardan və eyni tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə saat 19.05-də tutulmuşdur.İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ceyhun Əsgərov tərəfindən qəbul olunmuş 28 oktyabr 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir.İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 01 dekabr 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə onun barəsində axtarış elan edilmişdir.İş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Həmzə Əzizov tərəfindən qəbul olunmuş 29 yanvar 2024-cü il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə, saat 13:20-də tutulmuşdur.Bundan sonra, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul edilmiş 31 yanvar 2024-cüil tarixli qərarlara əsasən məlum olur ki, müstəntiq Ceyhun Əsgərovun təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə vəsatətinin müdafiəsindən imtina edilmişdir.Həmçinin, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 31 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin seçilməsi qərara alınmış və o, 31 yanvar 2024-cü il tarixdə buraxılmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 2 evdə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – 01 çamadanda 82 predmetdən ibarət açar dəsti, 01 çamadan 20 ədəd yağ qutularının açar dəsti, 15-32 ölçülü 9 ədəd açar dəsti, 05 ədəd 30-32 ölçülü açar, 09 ədəd 23-27 ölçülü açar, 11 ədəd 17-21 ölçülü açarlar, 06 ədəd 13-17 ölçülü açar, 01 ədəd boru formalı açar, 2 dəst Toyota Matsu markalı,04495-47010 kodlu arxa nakladka, 01 ədəd yağ filteri və 02 ədəd qranatın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il saat 19.05 tarixdən 28 oktyabr 2023-cü il saat 14.00 tarixədək 02 gün müddət və 29 yanvar 2024-cü il tarixdən saat 13.20 radələrindən 31 yanvar 2024-cü il tarixədək tutulduğu 02 gün müddət, cəmi 04 müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 2 evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – 01 çamadanda 82 predmetdən ibarət açar dəsti, 01 çamadan 20 ədəd yağ qutularının açar dəsti, 15-32 ölçülü 9 ədəd açar dəsti, 05 ədəd 30-32 ölçülü açar, 09 ədəd 23-27 ölçülü açar, 11 ədəd 17-21 ölçülü açarlar, 06 ədəd 13-17 ölçülü açar, 01 ədəd boru formalı açar, 2 dəst Toyota Matsu markalı,04495-47010 kodlu arxa nakladka, 01 ədəd yağ filteri və 02 ədəd qranat sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN **********, m/hAZ37NABZ**********000000 1944.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar