Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-46/2024 09.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta- təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də kuryer işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 233-4.2.2 və 233-4.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, 17 yanvar 1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Hacıyev Ceyhun Ramazan oğlu 2016-cı ildə kimliyi istintaqa məlum olmayan “Abdullah” ləqəbli şəxsin vasitəsilə Azərbaycan Respublikasının hüdudlarından kənarda olan Fətullayev Rəşad Akif oğlu ilə tanış olmuş və 2022-ci ilin sentyabr ayında maddi maraq (pul vəsaiti) müqabilində sonuncu ilə 95 ədəd “Bakcell” MMC-yə və 63 ədəd “Azerfon” MMC-yə məxsus GSM nömrələri, 01 ədəd 128 nömrə tutumuna malik və işlək vəziyyətdə olan, 01 ədəd 8 nömrə tutumuna malik və işlək vəziyyətdə olmayan olmaqla ümumilikdə 02 ədəd “Simbox” avadanlıqlarını və 01 ədəd “Huawei” markalı data kartı aparıb yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən “Azəriqaz” İB-yə məxsus 480032144599 nömrəli qaz sayğacının quraşdırıldığı evdə elektrik cərəyanı ilə təmin etməyə və telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsinə dair qabaqcadan razılığa gəlmişdir. Belə ki, Hacıyev Ceyhun Ramazan oğlu qabaqcadan əldə olunmuş razılıq əsasında 2022-ci ilin sentyabr ayında maddi maraq (pul vəsaiti) müqabilində tamah məqsədilə qrup rəhbəri Fətullayev Rəşad Akif oğlunun şəxsiyyəti istintaqa məlum olmayan tanışı vasitəsilə ona göndərdiyi 01 ədəd 128 nömrə tutumuna malik və işlək vəziyyətdə olan, 01 ədəd 8 nömrə tutumuna malik və işlək vəziyyətdə olmayan olmaqla ümumilikdə 02 ədəd “Simbox” avadanlıqlarını, 01 ədəd “Huawei” markalı data kartı və 95 ədəd “Bakcell” MMC-yə və 63 ədəd “Azerfon” MMC-yə məxsus GSM nömrələri - (0708186862, 0705755498, 0705690515, 0707883132, 0708860112, 0709600112, 0708755748, 0708606791, 070-560-73-96, 070- 0708755632, 560-75-13, 0705971134, 0705971248 0705971147, 0705971145 0705971200, 0705971163, 0705971179, 0705971118, 0705971146, 0708606792, 0705971123, 0708755782, 0705971075, 0705971086, 0705971324, 0705971235, 0702062055, 0702062042, 0702062041, 0702062038, 0702062036, 0702062035, 0702062034, 0702062013, 0702062017, 0702062031, 0707113351, 0773117844, 0773116645, 0773116194, 0708399782, 0708399984, 0708323407, 0708400138, 0773155905, 0773155903, 0773155893, 0773155894, 0773155892, 0708333471, 0708333472, 0708333478, 0708333479, 0708333467, 0708333462, 0708333468, 0773155914, 0773155897, 0773155895, 0773155891, 0773155900, 0773155901, 0553891325, 0552160873, 0552577685, 0552637187, 0552644601, 0552725134, 0552730466, 0552744935, 0552759564, 0552907013, 0553049644, 0553093948, 0553129039, 0553145813, 0553168342, 0553192368, 0553231971, 0553263751, 0553368395, 0553444863, 0553446153, 0553469906, 0553618740, 0553748852, 0553758439, 0553817487, 0553826524, 0553885043, 0553894463, 0553987189, 0554028645, 0554081561, 0554171267, 0554194285, 0554330756, 0554601105, 0554641731, 0554660152, 0554669154, 0554677109, 0554687235, 0554719082, 0554735306, 0554801237, 0555043622, 0555146876, 0555213073, 0555309378, 0555435277, 0555548982, 0555572355, 0555572356, 0555624825, 0555673478, 0555686836, 0555773600, 0555926483, 0555964493, 0556134632, 0556193592, 0556199752, 0556205431, 0556322150, 0556426250, 0556536184, 0556778422, 0556780130, 0556967417, 0557052101, 0557066755, 0557155238, 0557258590, 0557409825, 0557446265, 0557453211, 0557615093, 0557813189, 0557815621, 0557956714, 0558030915, 0558039778, 0558125675, 0558154371, 0558412118, 0558508976, 0558516955, 0558672574, 0558818978, 0558930204, 0559052101, 0559086256, 0559176820, 0559398352, 0559475243, 0559622685) Bakı şəhəri, Binəqədi rayonu ərazisində sonuncudan təhvil alaraq cinayətkar niyyətini davam etdirmək məqsədilə özünün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən “Azəriqaz” İB-yə məxsus **********99 nömrəli qaz sayğacının quraşdırıldığı evə gətirib elektrik cərəyanına qoşmaqla aktivləşdirərək fəaliyyətini təmin etmiş və bu əməllər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ümumilikdə 89,579.38 (səksən doqquz min beş yüz yetmiş doqquz manat otuz səkkiz qəpik) manat məbləğində zərər vurulması ilə nəticələnmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 233-4.2.2 və 233- 4.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə Bakı şəhəri ərazisində “Nərimanov” metrostansiyasının yaxınlığındakı “Metro Park” adlı binada yerləşən namaz otağında “Abdullah” ləqəbli şəxslə tanış olmuşdur. Bundan sonra o, həmin ərəfələrdə təxminən günorta vaxtlarında Abdullah ləqəbli şəxslə təxminən bir ay birgə namaz qılmış və aralarında səmimi münasibətlər yaranmışdır. Həmin vaxtlarda onların aralarında baş tutmuş söhbətlərin birində Təqsirləndirilən şəxs “Abdullah” ləqəbli şəxsə maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, “Abdullah” ləqəbli şəxs isə Təqsirləndirilən şəxs mobil nömrəsini “Zeyd” ləqəbli şəxsə verəcəyini və sonuncunun ona maddi vəziyyətinin düzəlməsi üçün gəlirli iş təklif edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs “Abdullah”a razılıq verdikdən sonra 2017-ci ilin əvvəllərində “Abu Zeyd” ləqəbli X1 ilə “Telegram” mobil tətbiqində xarici ölkənin rabitə şəbəkəsinə məxsus mobil operatora aid telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş profildən əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs Rəşad Fətullayevlə əlaqə saxlamağa başladıqdan sonra “Abdullah” ləqəbli həmin şəxslə bir daha nə əlaqə saxlaya, nə də görüşə bilməmişdir. Təqsirləndirilən şəxs “Zeyd” ləqəbli Rəşad Fətullayevdən ona təklif olunmuş qarşılığında maddi qazanc əldə edəcəyi işin nədən ibarət olduğunu soruşduqda, sonuncu ona həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan “Opel Vectra” markalı avtomobilin gizli saxlanc yerinə qanunsuz olaraq telekommunikasiya xidmətlərinin təşkili üçün nəzərdə tutulmuş bir avadanlıq quraşdırılacağını və həmin avadanlığı avtomobilində saxlayaraq fəaliyyətini gizli formada təmin edəcəyi təqdirdə hər ay Təqsirləndirilən şəxs təxminən 500 (altı yüz) manat məbləğində pul vəsaitini çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs isə maddi vəziyyəti ilə bağlı çətinlikləri olduğu qeyd olunan avadanlığın avtomobilinə quraşdırılması barədə təklifi qəbul etdikdən sonra “Zeyd” ləqəbli Rəşad Fətullayev ona Bakı şəhərində yerləşən hazırda xatırlamadığı bir ünvana getməyini və həmin ünvanda əvvəlcədən qeyd etdiyi avadanlığın onun istifadəsində olan avtomobilə quraşdırılacağını bildirmişdir. Təqsirləndirilən şəxs hazırda xatırlamadığı həmin ünvana çatdıqda yol kənarında dayanmış bir neçə nəfər ona yaxınlaşaraq “Zeyd”in tanışı olduqlarını bildirmiş bundan sonra avtomobilin alt hissəsini salon tərəfdən sökərək Təqsirləndirilən şəxs həmin vaxta qədər görmədiyi bir avadanlıq quraşdıraraq sonradan həmin yeri əvvəlki formada bağlamış və ona bu avadanlığı söndürüb-yandırmaq üçün nəzərdə tutulmuş idarəetmə pultunu vermişlər. Bundan təxminən bir neçə ay sonra, yəni 2017-ci ilin yay aylarında Təqsirləndirilən şəxs həmin vaxt idarə etdiyi “Opel Vectra” markalı avtomobil DTX əməkdaşları tərəfindən saxlanılan zaman sonuncular Təqsirləndirilən şəxs avtomobildə hər hansı qanunsuz qurğu quraşdırılıbquraşdırılmadığını soruşduqda sonuncu qeyri-səmimilik göstərərək DTX əməkdaşlarına avtomobilə heç bir qanunsuz qurğunun quraşdırılmadığını bildirmişdir. Bundan sonra DTX əməkdaşları avtomobilə baxış keçirib qeyd olunan avadanlığı siqnal vasitəsilə aşkar edərək götürmüş, lakin müvafiq əməl həmin vaxt kriminallaşdırılmadığı üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamış və ona bir daha bu cür əməllər törətməməsi istiqamətində xəbərdarlıq olunmuşdur. O 2022-ci ilin sentyabr ayında “Zeyd” ləqəbli X7 ilə “Telegram” mobil tətbiqi ilə əlaqə saxlayan zaman sonuncu ona 01 ədəd 128 nömrə tutumuna malik və işlək vəziyyətdə olan, 01 ədəd 8 nömrə tutumuna malik və işlək vəziyyətdə olmayan olmaqla ümumilikdə 02 ədəd “Simbox” avadanlıqları, 01 ədəd “Huawei” markalı data kart, 95 ədəd "xxxx" MMC-yə məxsus və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələri adını Təqsirləndirilən şəxs demədiyi tanışı vasitəsilə ona göndərəcəyini və həmin qurğu və GSM nömrələri təhvil alaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, “Cəfər Cabbarlı” küçəsindəki fərdi yaşayış evində quraşdıraraq fəaliyyətini təmin etməyi tapşırmış və bunun müqabilində ona dəqiq məbləğini demədiyi miqdarda pul vəsaiti verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də Rəşad Fətullayevə razılığını bildirmiş və həmin qurğu və GSM nömrələri Rəşad Fətullayevin tanışı olan tanımadığı şəxsdən Bakı şəhəri Binəqədi rayonu ərazisində təhvil alaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, “Cəfər Cabbarlı” küçəsindəki fərdi yaşayış evinə gətirib quraşdırmış və fəaliyyətini təmin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bundan xeyli əvvəl DTX əməkdaşları onun idarə etdiyi avtomobili saxlamış və avtomobili xüsusi texniki vasitə ilə yoxlayan zaman orada qadağan olunmuş aparatı aşkar etmiş və bu barədə ona xəbərdarlıq etmişlər. Daha sonra bütün dünyada eləcə də Azərbaycan Respublikasında baş verən və uzun müddət davam edən karonavirus pandemiyası ilə bağlı olaraq o uzun müddət işsiz qalmış və aləsinin maddi ehtiyaclarını ödəməkdə xeyli çətinlik çəkmişdir. Eyni zamanda özü də həmin virusa yoluxmuş, bir müddət xəstəxanada müalicə almışdır. Həmin ərəfələrdə Zeyd ləqəbli Rəşad Fətullayev adlı həmin şəxs onun ailəsinə maddi yardım göstərmişdir. X8 yaşadığı fərdi yaşayış evində həmin aparatları quraşdırmağı ondan tələb edəndə o, Rəşad Fətullayevi ona karantin dövründə kömək etməsi səbəbindən məcburiyyət qarşısında qalaraq onun təklifini qəbul etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, ona qarşı verilmiş olan mülki iddiada göstərilmiş məbləğlə razı deyil, belə ki, həmin cinayəti o tək yox, Zeyd ləqəbli şəxslə birgə törətmişdir. O, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkir, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Ailədən yeganə qazanc gətirən şəxs özüdür, hazırda Karaca mağazalar şəbəkəsində sürücü olaraq işləyir və oradan aldığı əmək haqqı ilə ailəsini dolandırmağa, övladlarına təhsil verməyə çalışır. Hazırda tək istədiyi onun barəsində yüngül cəzanın təyin edilməsi, azadlıqda qalması və övladlarına təhsil verə bilməsidir. Çünki uşaqlarının da gələcəkdə onun kimi səhvlər etməsini istəmir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 233-4.2.2 və 233-4.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə "xxxx" MMC tərəfindən verilmiş mülki iddianı müdafiə edərək Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 89,579.38 (səksən doqquz min beş yüz yetmiş doqquz manat otuz səkkiz qəpik) manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu 358,74 ( üç yüz əlli səkkiz manat yetmiş dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 12 oktyabr 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuş və bu nikahdan onların iki övladı olmuşdur. 2013-cü ildən hazıradək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən “Azəriqaz” İB-yə məxsus **********99 nömrəli qaz sayğacının quraşdırıldığı evdə ailəsi ilə birgə yaşayır və 2022-ci ilin sonlarında yaşadıqları həmin evi təmizləyərkən yataq otağındakı şkafın üstündə ona məlum olmayan qurğu və avadanlıqların olmasını müşahidə etmişdir. Bundan sonra Şahid3 qeyd olunan qurğu və avadanlıqların nə olduğu barədə Təqsirləndirilən şəxs soruşduqda, sonuncu ona müvafiq predmetlərin “Wİ-Fİ” şəbəkəsinə qoşulmaq üçün nəzərdə tutulduğunu bildirmiş və onun parolunu Şahid3 vermişdir. Onun həmin həmin avadanlıq və qurğuların hansı tarixdən etibarən evdə olması barədə məlumatı olmamış və 17 yanvar 2023-cü il tarixdə özünün şəxsən iştirakı ilə DTX əməkdaşları tərəfindən yaşadığı yuxarıda qeyd olunan ünvana keçirilmiş baxış zamanı həmin ünvandan telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili üçün nəzərdə tutulmuş VOİP-GSM formasında fəaliyyət göstərən 01 ədəd 128 nömrə tutumuna malik və işlək vəziyyətdə olan, 01 ədəd 8 nömrə tutumuna malik və işlək vəziyyətdə olmayan olmaqla ümumilikdə 02 ədəd “Simbox” avadanlıqları, 01 ədəd “Huawei” markalı data kart, 95 ədəd "xxxx" MMC-yə və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona həmin qurğunun “Abu Zeyd” adlı şəxsdən əldə etdiyini və 2020-ci ildə Təqsirləndirilən şəxs “COVİD-19” virusuna yoluxduğu üçün işdən ayrıldığı zaman “Abu Zeyd” adlı şəxsin ona maddi yardım göstərdiyi üçün sonuncudan maddi asılılığının yarandığını və bu səbəbdən həmin qurğunu evdə saxladığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 01 ədəd 128 nömrə tutumuna malik və işlək vəziyyətdə olan, 01 ədəd 8 nömrə tutumuna malik və işlək vəziyyətdə olmayan olmaqla ümumilikdə 02 ədəd “Simbox” avadanlıqları, 01 ədəd “Huawei” markalı data kart, 95 ədəd "xxxx" MMC-yə və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən “Azəriqaz” İB-yə məxsus **********99 nömrəli qaz sayğacının quraşdırıldığı evdə Ceyhunun yataq otağındakı şkafın üzərinə quraşdırılmışdır. Onun həmin avadanlıq və qurğuların əsl funksiyası barədə heç bir məlumatı olmamış və bu barədə oğlu Təqsirləndirilən şəxs heç nə soruşmamışdır. Belə ki, o 17 yanvar 2023-cü il tarixdə işdən qayıdarkən təxminən axşam saat 20:00 radələrində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən “Azəriqaz” İB-yə məxsus **********99 nömrəli qaz sayğacının quraşdırıldığı evə çatdıqda, həyat yoldaşı Şahid1 və oğlu Təqsirləndirilən şəxs arvadı Şahid3 ona DTX əməkdaşları tərəfindən evə baxış keçirildiyini və oradan 01 ədəd 128 nömrə tutumuna malik və işlək vəziyyətdə olan, 01 ədəd 8 nömrə tutumuna malik və işlək vəziyyətdə olmayan olmaqla ümumilikdə 02 ədəd “Simbox” avadanlıqları, 01 ədəd “Huawei” markalı data kart, 95 ədəd "xxxx" MMC-yə məxsus və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr aşkar edildiyni bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona “COVİD-19” pandemiyası ilə əlaqədar işini itirdiyi zaman “Zeyd” ləqəbli şəxsin ona müntəzəm olaraq maddi yardım göstərdiyini və buna görə də ondan asılılığının yarandığı üçün onun yuxarıda adı çəkilən avadanlıq və qurğuların quraşdırılması barədə tapşırığını icra etdiyini bildirmişdir. Bundan başqa oğlu Təqsirləndirilən şəxs ona həmin avadanlıq və qurğuların qanunsuz olduğunu və müvafiq cinayət məsuliyyətinə səbəb olacağını bildiyini etiraf etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə saat 15:45 radələrində o, DTX əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən “Azəriqaz” İB-yə məxsus **********99 nömrəli qaz sayğacının quraşdırıldığı evə keçirdikləri baxışda hal şahidi qismində iştirak etmiş, bu zaman ondan başqa hal şahidi qismində Şahid5, ev sakini Təqsirləndirilən şəxs və mütəxəssis olaraq Hikmət Quliyev iştirak etmişdir. DTX əməkdaşlarından biri Təqsirləndirilən şəxs, ona, digər hal şahidinə və mütəxəssisə baxış keçirilməsi haqqında məhkəmənin qərarını elan edərək malik olduqları hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra DTX əməkdaşları o, Şahid5 adlı digər hal şahidi, ev sakini Təqsirləndirilən şəxs və mütəxəssis olaraq Hikmət Quliyevin iştirakı ilə evə baxış başlanmış, evə daxil olduqda Təqsirləndirilən şəxs könüllü olaraq arvadı Şahid3 ilə birgə yaşadıqları evin yataq otağında yerləşdirilmiş geyim şkafının üzərindən 95 ədəd "xxxx" MMC-yə məxsus və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr, 01 ədəd 128 nömrə tutumuna malik və işlək vəziyyətdə olan, 01 ədəd 8 nömrə tutumuna malik və işlək vəziyyətdə olmayan olmaqla ümumilikdə 02 ədəd “Simbox” avadanlıqlarını və 01 ədəd “Huawei” markalı data kartı DTX əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin predmetlər Şahid4 və baxışın digər iştirakçılarının iştirakı ilə sellofan torbalara qablaşdırılaraq DTX-nin möhürü ilə möhürlənmişdir. Baxış qurtardıqdan sonra bu barədə protokol tərtib olunmuş və sonda protokol Şahid5 da daxil olmaqla digər baxış iştirakçıları Təqsirləndirilən şəxs, digər hal şahidi və mütəxəssis protokolla tanış olaraq orada hər şeyin düzgün tərtib olunduğunu gördükdən sonra protokolu öz imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə saat 15:45 radələrində o, DTX əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən “Azəriqaz” İB-yə məxsus **********99 nömrəli qaz sayğacının quraşdırıldığı evə keçirdikləri baxışda hal şahidi qismində iştirak etmiş, bu zaman ondan başqa hal şahidi qismində Şahid4, ev sakini Təqsirləndirilən şəxs və mütəxəssis olaraq Hikmət Quliyev iştirak etmişdir. DTX əməkdaşlarından biri Təqsirləndirilən şəxs, ona, digər hal şahidinə və mütəxəssisə baxış keçirilməsi haqqında məhkəmənin qərarını elan edərək malik olduqları hüquq və vəzifələrini izah etmiş, bundan sonra baxış başlanmışdır. DTX əməkdaşları o, Şahid4 adlı digər hal şahidi, ev sakini Təqsirləndirilən şəxs və mütəxəssis olaraq Hikmət Quliyevin iştirakı ilə evə baxış başlanmış, evə daxil olduqda Təqsirləndirilən şəxs könüllü olaraq arvadı Qönçə Hacıyevə ilə birgə yaşadıqları evin yataq otağında yerləşdirilmiş geyim şkafının üzərindən 95 ədəd "xxxx" MMC-yə məxsus və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr, 01 ədəd 128 nömrə tutumuna malik və işlək vəziyyətdə olan, 01 ədəd 8 nömrə tutumuna malik və işlək vəziyyətdə olmayan olmaqla ümumilikdə 02 ədəd “Simbox” avadanlıqlarını və 01 ədəd “Huawei” markalı data kartı DTX əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin predmetlər Şahid5 və baxışın digər iştirakçılarının iştirakı ilə sellofan torbalara qablaşdırılaraq DTX-nin möhürü ilə möhürlənmişdir. Baxış qurtardıqdan sonra bu barədə protokol tərtib olunmuş və sonda protokol Şahid5 da daxil olmaqla digər baxış iştirakçıları Təqsirləndirilən şəxs, digər hal şahidi və mütəxəssis protokolla tanış olaraq orada hər şeyin düzgün tərtib olunduğunu gördükdən sonra protokolu öz imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə, ibitdai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Rusiya Federasiyasının vətəndaşı X5, eləcə də şəxsiyyəti istintaq məlum olmayan Zeyd ləqəbli Ukrayna sakini və qeyrilərinin barəsində CM-in 233-4.2.2 və 234-4.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində “Azəriqaz” İB-yə məxsus **********99 nömrəli sayğacın quraşdırıldığı evə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində “Azəriqaz” İB-yə məxsus **********99 nğmrəli sayğacın quraşdırıldığı evə Təqsirləndirilən şəxs, hal şahidləri Şahid4 və Şahid5, mütəxəssis Hikmət Quliyevin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı 01 ədəd 128 nömrə tutumuna malik “Simbox” avdanlığını, 01 ədəd “Huawei” markalı data kartı, 13 ədəd "xxxx" MMC-yə və 26 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr və 01 ədəd 8 nömrə tutumuna malik “Simbox” avadanlığı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, mənzilə “Huawei” markalı İMEİ kodu **********9738 olan Bakcell data kart vasitəsi ilə “TP-Lİnk” Routerinə qoşulmaqla internet şəbəkəsinə çıxış təmin edilmişdir. Routerin 1 ədəd ethernet portu 128 portluq “Sim box” avadanlığına qoşulmuşdur. Baxış zamanı avadanlıqlar işlək vəziyyətdə olmuşdur. “Sim box” avadanlığına sim nömrələr fiziki olaraq qoşulmuşdur. Avadanlığa daxil olan 119 ədəd mobil nömrə Azerfon və Bakcell şəbəkəsinə məxsusdur. Azerfon MMC tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, sorğu edilən nömrələrin sorğulanan müddət ərzində çıxış zənglərinin müddəti 2.342.636 saniyə və həmin zənglərin müddətinə uyğun olaraq ödənilən məbləğ 1721.64 AZN təşkil edir. Sim box aparatının üzərində olan Azerfon mobil operatoruna məxsus həmin mobil nömrələrdə 21 ədədi göstərilən müddətdə istifadə edilməmişdir. Bakcell MMC tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, sorğu edilən nömrələrin sorğulanan müddət ərzində çıxış zənglərinin müddəti 9.817.460 saniyə və həmin zənglərin müddətinə uyğun olaraq ödənilən məbləğ 8.919.64 AZN təşkil edir. Sim box aparatının üzərində olan Bakcell mobil operatoruna məxsus həmin mobil nömrələrdən 8 ədədi göstərilən müddətdə istifadə edilməmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli arayışdan görünür ki, “Lisenziyalar və İcazələr” haqqında Azərbaycan Respublikası qanununa əsasən, beynəlxalq telekomminikasiy kanallarının təşkili və İP-telefoniya(internet telefoniya) lisenziya tələb olunan fəaliyyət növləridir. Təqsirləndirilən şəxs qeyd edilən ünvanda quraşdırılmış avadanlıqlardan istifadə olunmaqla yuxarıda sadalanan rabitə xidmətlərinin təşkil olunmasına lisenziya verilməmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli, 3-27/2-726/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş ümumilikdə 158 ədəd olmaqla, 95 ədəd "xxxx" MMC-yə və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr vasitəsilə ümumilikdə 89,579.38 (səksən doqquz min beş yüz yetmiş doqquz manat otuz səkkiz qəpik) manat məbləğində zərər vurulduğu qeyd olunmuşdur. 07 mart 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, 4 nəfər kişi əksi çap edilmiş fotocədvəl iş üzrə şahid Təqsirləndirilən şəxs tanınma üçün təqdim edilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, “mənə təqdim edilmiş fotocədvəldə əks edilmiş şəxslərdən 4 şərti say ilə qeyd olunmuş fotoşəkil Zeyd adı ilə tandığım şəxsə məxsusdur. Belə ki, mən telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili üçün nəzərdə tutulmuş avadanlıq və qurğuları həmin şəxsin tapşırığı ilə əldə etmiş və yaşadığım ünvana quraşdırmaqla fəaliyyətini təmin etmişəm”. 13 mart 2023-cü il tarixli kompleks məhkəmə kompyuter-texniki və mühasibatlıq ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, hazırkı cinayət işi üzrə kompleks məhkəmə kompyuter-texniki və mühasibatıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, məhkəmə kompyuter-texniki ekspertizanı aparan ekspertlərin qarşısında aşağıdakı suallar qoyulmuşdur: - tədqiqata təqdim edilmiş qərarın təsviri hissəsində göstərilən avadanlıq və qurğuların təyinatı nədir, hansı üsulla hazırlanmışlar və işlək vəziyyətdədirlərmi? - tədqiqata təqdim edilmiş göstərilən avadanlıq və qurğulardan istifadə etməklə rabitə şəbəkələrinə qoşulmaq və həmin şəbəkələrin telefon xətlərindən istifadə etməklə nəzarətdən kənar beynəlxalq danışıqlar aparmaq mümkündürmü? 2.2 Məhkəmə-mühasibatlıq ekspertizasını aparan ekspertlərin qarşısında aşağıdakı sual qoyulsun: - Ukrayna Respublikasının sakini “Zeyd” ləqəbli X4 tapşırığı əsasında Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs, Rusiya Federasiyasının vətəndaşı X5 və qeyriləri tərəfindən qanunsuz təşkil edilmiş beynəlxalq danışıq müddəti ərzində ümumilikdə 89579,38 manat ziyan vurulması mümkündürmü, müsbət halda onların hər biri tərəfindən vurulmuş zərərin məbləği nə qədərdir? xx.xx.2023-cü il tarixli “maddi sübutların təhvil verilməsi haqqında” aktdan görünür ki, ekspertiza keçirildikdən sonra 01 ədəd 128 nömrə tutumuna malik “Simbox” avadanlığını, 01 ədəd “Huawei” markalı data kartı və 95 ədəd "xxxx" MMC-yə və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr- (**********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ***-***-**-**, **********, **********, **********, **********, **********, ********** **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********,**********, **********, **********, **********, **********, **********, **********, **********, ********** **********, **********, **********,**********, **********, ********** **********, **********, **********, **********,**********, ********** **********, **********, **********, **********, **********, ********** **********, **********, **********,**********, **********, ********** **********, **********, **********,**********, **********, ********** **********, **********, **********, **********, ***-***-**-**, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********. **********, **********, **********, **********, **********) və 01 ədəd 32 nömrə tutumuna malik “Simbox” avadanlığı və ona aid 32 ədəd anten qurğusu Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən qablaşdırılaraq Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsinin Maddi sübutlar otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2023-cü il tarixli 5/380-9/1870 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “TP-LİNK” markalı arxa markalanma göstəricisinə görə MR3420” modelli router, bir ədəd səkkiz ədəd “SİM” danışıq kart tutumlu “GolP” markal markalanma göstəricisinə görə “8M2ARMVS19020113” seriya nömrəli “Simbox” tipli qurğu, 1 ədəd yüz iyirmi səkkiz ədəd “SİM” danışıq kart tutumlu arxa markalanma göstəricisinə “DB00-0050-5500-0002” seriya nömrəli “Simbox” tipli qurğu, bir ədəd otuz iki ədəd “SİM” ds kart tutumlu arxa markalanma göstəricisinə görə “DB58-0820-7732-0008”seriya nömrəli “Simbox” tipli qurğu və bir ədəd üzərində "xxxx" yazısı olan (Huawei markalı E3131B m data kart hal-hazırda işlək vəziyyətdədirlər. Ekspertizaya təqdim edilmiş Azİn Telecom MMC tərəfindən tərtib edilmiş 29 yanvar 2023-cü il tarixli akt məlumatlarına əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin beynəlxalq stansiyalarda qeydiyyatdan keçmədən mobil operator şəbəkələrinə 12.160.096 saniyə beynəlxalq giriş telefon danışıqlarının təşkil olunduğu nəzərə alınmaqla, həmin beynəlxalq giriş telefon danışıqlarının ümumilikdə 89.579,38 manat təşkil etdiyi müəyyən olundu. Ekspertizaya təqdim edilmiş 29 yanvar 2023-cü il tarixli akt məlumatlarında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin beynəlxalq stansiyalarda qeydiyyatdan keçmədən mobil operator şəbəkələrinə qoşulmaqla müəyyən edilmiş beynəlxalq giriş telefon danışıqlarının müddəti ümumilikdə müəyyən edilmiş, həmin danışıq müddətinin kimlər tərəfindən, hansı həcmdə olduğu qeyd edilmədiyindən sualda qeyd edilən şəxslər üzrə ayrı-ayrılıqda hansı məbləğdə danışığın aparıldığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İqtisadiyyatın Əks-Kəşfiyyat Təminatı Baş İdarəsini tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Respublika rabitə şəbəkəsinə ötürülmüş icazəsiz beynəlxalq giriş zəngləri beynəlxalq komnutasiya sistemlərində qeydiyyatdan keçmədən internet üzərindən Bakı şəhəri, Binəqədi kəndi Cəfər Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Simbox avadanlıqlarına ötürülmüşdür. Daha sonra səs trafiki həmin ünvandan internet İP qoşulma vasitəsi ilə ünvan 4uraşdırılmış Simbox avadanlığına qoşularaq sonlandırılmaqla ərazidə yerləşən operatorlara ötürülmüşdür. Qeyd olunanları və ünvanların birgə fəaliyyət göstərməsini nəzərə alaraq səs trafikinin və dəymiş ziyanın ünvanlar üzrə ayrı-ayrılıqda hesablanması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd 128 nömrə tutumuna malik “Simbox” avdanlığını, 01 ədəd “Huawei” markalı data kartı, 95 ədəd "xxxx" MMC-yə və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr və 01 ədəd 32 nömrə tutumuna malik “Simbox” avadanlığı və ona aid 32 ədəd anten qurğusu maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 233-4.2.2 və 233-4.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 233-4.2.2 və 233-4.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 233-4.2.2 və 233-4.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Binəqədi rayon icra hakimiyyəti başçısının Binəqədi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, iki övladı var. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində qeydiyyatsız yaşayır. Təqsirləndirilən şəxs barəsində Binəqədi qəsəbə nümayəndəliyinə heç bir əks məlumat daxil olmamışdır. Balakən rayon icra hakimiyyəti Balakən şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Balakən şəhər İƏD üzrə nümayəndəliyə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. “Azemis” Elektron İnformasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Hacıyev Fərid və xx.xx.2014-cü il təvəllüdlü Hacıyeva Aişə Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, yol nəqliyyat hadisəsi baş verdikdən sonra zərərçəkmiş şəxsə müalicə olunması üçün maddi yardım göstərməməsi və onunla maraqlanmaması kimi halları nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 233- 4.2.2 və 233-4.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 128 nömrə tutumuna malik “Simbox” avdanlığını, 01 ədəd “Huawei” markalı data kartı, 95 ədəd "xxxx" MMC-yə və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr və 01 ədəd 32 nömrə tutumuna malik “Simbox” avadanlığı və ona aid 32 ədəd anten qurğusu hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək məcburi qaydada dövlət nəfinə alınmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 233-4.2.2 və 233-4.2.3-cü maddələri ilə cinayət işi baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən mülki iddia təmin edilməlidir. Belə ki, cinayət işi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə istintaq sənədləri onu deməyə tam əsas verir ki, Təqsirləndirilən şəxs digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah məqsədi ilə telekommunikasiya operatorunun telekommunikasiya şəbəkəsinə mobil nömrə sim-kartları quraşdırılmaqla internet şəbəkəsi vasitəsilə qəbul edilən beynəlxalq telefon edən “Simbox” adlanan qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətləini təşkil edərək "xxxx" MMC-yə 89,579,38 (səksən doqquz min beş yüz yetmiş doqquz manat, otuz səkkiz qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş mülki iddia ərizəsi ilə bağlı aşsağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Rusiya Federasiyasının vətəndaşı X5, eləcə də şəxsiyyəti istintaq məlum olmayan Zeyd ləqəbli Ukrayna sakini və qeyrilərinin barəsində CM-in 233-4.2.2 və 234-4.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərilə cinayət işi başlanmışdır. İbtidai istintaq zamanı X9 Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə 03 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1, 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həmin tarixdə barəsində axtarış elan edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi və 12 mart 2020-ci il tarixdə Rəşad Fətullayevin və qeyrilərinin Azərbaycan Respublikası hüdudlarından kənarda olması ilə əlaqədar olaraq müvafiq cinayət işi üzrə icraatın dayandırılması müəyyən olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai araşdırmasının uzun müddət davam etməsinin, nəticə etibarı ilə onun hüquq və vəzifələrinin pozulmasının qarşısını almaq üçün ********* nömrəli cinayət işindən X7 və qeyrilərinin barəsində olan AR CM-nin 32.3, 233-4.2.2 və 233.44.2.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs X6 qarşı irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs həmin cinayətləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməsi göstərilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs(mülki iddiaçı) isə həmin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərə almadan həmin cinayət nəticəsində vurulmuş olan zərərin bütün məbləğinin yəni 89.579.38 manatın Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan əlavə məhkəmədə cinayət işinin materialları tədqiq edilərkən də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah məqsədi ilə telekommunikasiya operatorunun telekommunikasiya şəbəkəsinə mobil nömrə sim-kartları quraşdırmaqla internet şəbəkəsi vasitəsi ilə qəbul edilən beynəlxalq telefon trafikinin təşkil etməklə Azİn Telecom MMC-yə 89,579.38 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəməyədək icraat zamanı cinayət işi üzrə təyin edilmiş ekspertizada vurulmuş ziyanın bununla bağlı ekspert qarşısında sual qoyulsa da, ekspert rəyində həmin danışıq müddətinin kimlər tərəfindən, hansı həcmdə olduğu qeyd edilmədiyindən sualda qeyd edilən şəxslər üzrə ayrı-ayrılıqda hansı məbləğdə danışığın aparıldığını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda həmin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, eyni zamanda cinayət nəticəsində vurulmuş olan ziyanın yalnız hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmadığını, vurulmuş ziyanın hansı hissəsinin Təqsirləndirilən şəxs tərəfindən vurulmasının məhkəmə istintaqı dövründə müəyyən etməyin uzun müddət alacağı, bununla da cinayət işinin məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola biləcəyini nəzərə alaraq hesab edir ki, verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsinə dair qəbzin mövcud olması göstərilsə də, zərərçəkmiş şəxsin nümayəndəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qaununun tələblərinə əsasən dövlət orqanları tərəfindən verilmiş mülki iddia ərizələrinə görə dövlət rüsumunun ödənilməməsini bildirmiş, buna baxmayaraq mülki iddia ərizəsinin “xahiş edirəm” hissəsində həm vurulmuş zərərin, həm də ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Beləliklə məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin mülki iddiasının baxılmamış saxlanılması qənaətinə gəlir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 41 (qırx bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 41 (qırx bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.2 və 233-4.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 128 nömrə tutumuna malik “Simbox” avdanlığını, 01 ədəd “Huawei” markalı data kartı, 95 ədəd "xxxx" MMC-yə və 63 ədəd "xxxx" MMC-yə məxsus GSM nömrələr və 01 ədəd 32 nömrə tutumuna malik “Simbox” avadanlığı və ona aid 32 ədəd anten qurğusu hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək məcburi qaydada dövlət nəfinə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Mülki iddiaçı Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-46/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-46/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver