Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-461/2023 07.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi X1 Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs QASİMOVA ŞAMİLƏ FƏRZULLA qızının QASİMOV NİCAT MİRƏSKƏR oğlunun iştirakı ilə açıq məhkəmə hazırlıq iclasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs QASİMOVA ŞAMİLƏ FƏRZULLA qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 296 və 297-ci maddəsilə, QASİMOV NİCAT MİRƏSKƏR oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 296 və 297-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı HACİYEVA GÜNAY MƏHƏMMƏDƏLİ qızının şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: HACİYEVA GÜNAY MƏHƏMMƏDƏLİ qızı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, QASİMOV NİCAT MİRƏSKƏR oğlu və QASİMOVA ŞAMİLƏ FƏRZULLA qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı, 147.2-ci, 147.1-ci, 297-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, QASİMOV NİCAT MİRƏSKƏR oğlu və QASİMOVA ŞAMİLƏ FƏRZULLA qızı onun barəsində xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, şikayətlə şər və böhtan xarakterli məlumatlar yazmış, həmin məlumatları məhkəmə iclasında səsləndirmiş, habelə məhkəmə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmələrinə baxmayaraq yalan ifadələr vermişlər. Bundan başqa QASİMOVA ŞAMİLƏ FƏRZULLA qızı Bakı Ağır Cinayətlər Məhkəməsində iclas salonunda zərər çəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə keçirilən məhkəmə iclasında onu təhqir etmiş, sərəf və ləyqətini alçaltmışdır. Bu üsulla onlar ondan təqsirləndirilən şəxsə qarşı etdiyi şikayətini geri götürməsinə nail olmaq istəmişlər. Odur ki, həmin şəxslərə qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, onların cəzalandrılmasını tələb edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin mahiyyətinə uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər xüsusi ittiham qaydasında şikayətin forma və məzmunca Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilməməsini bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində şikayət vermiş şəxs olaraq məşğuliyyət növü və ya vəzifəsini göstərməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2ci maddəsinə əsasən .xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirildiyi halda xüsusi itithamçı HACİYEVA GÜNAY MƏHƏMMƏDƏLİ qızı QASİMOV NİCAT MİRƏSKƏR oğlu və QASİMOVA ŞAMİLƏ FƏRZULLA qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı və 297-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs QASİMOVA ŞAMİLƏ FƏRZULLA qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 296 və 297 maddəsilə, QASİMOV NİCAT MİRƏSKƏR oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 296 və 297 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı HACİYEVA GÜNAY MƏHƏMMƏDƏLİ qızının şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-461/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-461/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver