Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-462/2022 25.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1979-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonunun Z.Bünyadov prospektində yerləşən “Hunday” avto servisin qarşısında istintaqa məlum olmayan mənbədən 50 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,270 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün, yəni 13 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-si 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin Baksol yolunda piyada gedən zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş və saat 21:00-da Şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın sol yan cibindən üzərində “Safety Matches” yazısı həkk olunmuş bir ədəd kibrit qutusanda təmiz çəksi 5,270 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən o, tutulana qədər 3 il olardı ki narkotik vasitələrdən istifadə edirdi. Həmin narkotik vasitələrini o, müxtəlif vaxtlarda müxtəlif ünvanlardan müxtəlif qiymətə alır. Sonuncu dəfə o, şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuananı 13 aprel 2022-ci il tarixdə almışdır. Belə ki, 13 aprel 2022-ci il tarixdə günorta, təxminən saat 15 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Huday” avto servisin qarşısından keçərkən adını bılmədiyi, üzdən tanıdığı narkotik vasitələrinin satışı ilə məşğul olan tanışından şəxsi istifadəsi üçün 50 manata bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana alıb əynindəki idman şalvarımın cibinə qoydu ki, sonradan ondan istifadə etsin. Həmin gün, yəni 13 aprel 2022-ci il tarixdə, axşam təxminən saat 19 radələrində o, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Baksol yolunda piyada hərkətdə olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər. Həmin şəxslər onun narkotik vasitələrdən istifadə etməsində şübhələnildiyi üçün onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Polis şöbəsində özü verdiyi razılıq ərizəsi əsasında video çəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. Və şəxsi axtarış zamanı o, əynimdəki qara rəngli idman şalvarımın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan üzərinə Setafy Matches sözləri yazılmış bir ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilib götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bır ədəd kibrit qutusu təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq ailənin yeganə gəlir gətirəni olduğunu, himayəsində 2 azyaşlı xəstə uşağın olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ 4-cü PŞnin rəis müavini vəzifəsini müvəqqəti icra edən, polis baş leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə xx xxx 1979-cu ildə ünvan 3 ünvanında qeydiyyat yeri üzrə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində üzərində qaunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat Şöbə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Binəqədi RPİ-si 4-cü Polis şöbəsinin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 da daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 13 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinə getmişdir. Təxminən saat 19 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Baksol yolunda onlar alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin piyada getdiyini görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra o, həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü xx xxx 1979-cu ildə ünvan 3 ünvanında qeydiyyat yeri üzrə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bildirdi ki, onun (Təqsirləndirilən şəxs) qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o (Təqsirləndirilən şəxs), onlarla Binəqədi RPİ 4-cü PŞ-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 4-cü PŞ-nə gəlmişdir. Polis Şöbəsində təhqiqatçı, polis baş leytenantı Malik Əhmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra, Şöbədə təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onun və əməliyyat qrupunun üzvü olan Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşuldu, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edildi. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs könülü olaraq əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etdi. Həmin kibrit qutusuna baxış keçirilən zaman onun içərisindən tünd yaşıl rəngli bitki mənşəlli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildi. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kibrit qutusundaki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasının və həmin bir kibrit qutusu qurdulmuş marixuananı 13 aprel 2022-ci il tarixdə Z.Bünyadov prospektində yerləşən Hunday avto servisin yaxınlığında 50 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş içərisində tünd yaşıl rəngli bitki mənşəlli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusu təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs özü də imzalamışlar. Bundan sonra aparılmış video çəkiliş şaxsi axtarışda iştirak etmiş şəxslərə nümayiş edilmiş, keçirilmiş şəxsi axtarış və götürmə ilə bağlı X11 tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüquqlarının və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəmiz izah olunmuşdur. O ifadəsində göstərmişdir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, əməlini səmimi etiraf etmişdir. Məhkəmə istintaqı zamanı keçirdiyi cərrahi əməliyyatla bağlı şahid Binəqədi RPİ 4-cü PŞ-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı leytenantı Şahid2 məhkəmə iclasında iştirak edə bilmədiyindən ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə xx xxx 1979-cu ildə ünvan 3 ünvanında qeydiyyat yeri üzrə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində üzərində qaunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat Şöbə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Şöbənin rəis müavini vəzifəsini müvəqqəti icra edən, polis baş leytenantı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O, da həmin əməliyyat qrupuna daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 13 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinə getmişdir. Təxminən saat 19 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Baksol yolunda onlar alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin piyada getdiyini görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra əməliyyat qrupunun rəhbəri olan Şahid1 həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü xx xxx 1979-cu ildə ünvan 3 ünvanında qeydiyyat yeri üzrə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs bildirdi ki, onun qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o (Təqsirləndirilən şəxs), onlarla Binəqədi RPİ 4-cü PŞ-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 4-cü PŞ-nə gəlmişdir. Polis Şöbəsində təhqiqatçı, polis baş leytenantı Malik Əhmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra, Şöbədə təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onun və əməliyyat qrupunun rəhbəri Şahid1 iştirakı ilə video çəkiliş aparılmaqla onun (Təqsirləndirilən şəxs) üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşuldu, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edildi. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs könülü olaraq əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etdi. Həmin kibrit qutusuna baxış keçirilən zaman onun içərisindən tünd yaşıl rəngli bitki mənşəlli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildi. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kibrit qutusundaki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasının və həmin bir kibrit qutusu qurdulmuş marixuananı 13 aprel 2022-ci il tarixdə Z.Bünyadov prospektində yerləşən Hunday avto servisin yaxınlığında 50 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş içərisində tünd yaşıl rəngli bitki mənşəlli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusu təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs özü də imzalamışlar. Bundan sonra aparılmış video çəkiliş şaxsi axtarışda iştirak etmiş şəxslərə nümayiş edilmiş, keçirilmiş şəxsi axtarış və götürmə ilə bağlı X11 tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, bizə protokola daxil edilməli olan qeydlər etmək hüququmuz və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəmiz izah olunmuşdur. İştirakçılar tərəfindən, o, cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyi üçün bütün iştiqakçılar tərəfindən, o, cümlədən Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. X11 tərəfindən izah edilmişdir ki, şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi Binəqədi RPİ 4-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən fakt üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə başlanmış, istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş və 15 aprel 2022-ci il tarixdə icraata qəbul edilərək istintaqı aparılmışdır. 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Binəqədi RPİ 4-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Malik Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, 14 aprel 2022-ci il tarixdə cinayət işi aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2022-ci il tarixli 7/362 saylı rəyinə görə Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,270 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vastə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı narkotik vasitə olan qurudulmuş marixuananın 0,02 qramı istifadə olunandan sonra 5,250 qramı qalıq qalmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 16 aprel 2022-ci il tarixli 1867 saylı rəyinə görə Təqsirləndirilən şəxs Kannabiodlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 204704 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə doğulmuşdur və atası Təqsirləndirilən şəxsdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2006-cı il tarixdə doğulmuş X4 adlı iki uşağı vardır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik maddə sayılan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin təmiz çəkisi 5,270 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət əməlini etiraf etməsini, səmimi peşmanlığnı, ailənin yeganə gəlir gətirəni olmasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağın olmasını, CM-in CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılmasının dörd günü hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 4 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, məcburi müalicə təyin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanı axşam saat 24:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini və Abşeron ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 5,250 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-462/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-462/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver