Məhkəmə qərarları › İş №1(001)-463/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-463/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-463/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 2001-ci ildə Saatlı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı şəhəri, Nizami küçəsi, 8 saylı evin 8-ci mənzilində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11, nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,084 qram çəkidə psixotrop maddə hesab olunan metafetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 14:10-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və orada üzərinə kecirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd şəffaf selefona bükülmüş təmiz çəkisi 1,084 qram olan ağ kristallik halda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, 17 aprel 2022-ci il tarixdə saat 14:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim edib və üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda əynində olan boz rəngli şalvarın sağ arxa cibindən bir ədəd içərisində ağ rəngli kütlə olan şəffaf rəngli selofan bükülünü və həmin şalvarın sol yan cibindən bir ədəd 5 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra əynində olan, boz rəngli şalvarının və qara rəngli gödəkçəsinın ciblərini açması təklif olunmuş və əynində olan şalvarının və gödəkçənin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabını çıxararaq içərisini nümayiş etdirmiş, ayaqqabının da, içərisindən heç nə aşkar olunmamışdır. Ondan həmin şəffaf rəngli selofan bükülüdəkı ağ rəngli kütlənin nə olduğu soruşulduqda, o bildirmişdir ki, həmin ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra sorğu zaman bildirmişdir ki, həmin psixotrop maddəni həmin gün polis əməkdaşları tərəfindən saxlanmazdan 10 dəqiqə əvvəl Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metafetamin hesab edilən bükülü zərfə qoyularaq qablaşdırılaraq, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, psixotrop maddələrin satışı ilə məşğul olmamış, əldə etdiyi psixotrop maddə olan metafetamini hər hansı bir şəxsə satmaq, hədiyyə vermək və ya ötürmək məqsədi olmamışdır. O,daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdi ki, 16 aprel 2022-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Saatlı şəhərində, anadan olmuş, hazırda Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi döngə 11-də nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz olaraq üzərində psixotrop maddə gəzdirməsi, istifadə etməsi barədə məlumat daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən sonra yaxalanması, narkotik vasitələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və 17 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, gəzdirməkdə və istifadə etməkdə şübhəli bilinən Saatlı şəhəri, Nizami küçəsi, ev 8, mənzil 8-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi döngə 11-də nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:10-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tərəflərindən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilərək təhvil verilmişdir. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxsnın əynində olan boz rəngli şalvarın sağ arxa cibindən şəffaf rəngli sellefona bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sözü gedən bükülünü açaraq baxdıqda isə qeyd olunan bükülünün icərisində ağ rəngli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içərisində olan maddə psixotrop maddə metafetamindir,həmin metefetamini Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində almışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-nin əməliyyat müvəkkili Əhmədov X2 Mirsiyaf oğlunun ifadəsində göstərilən xüsusatları olduğu kimi təsdiq etdi. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 29-30-cu vərəqlərindəki Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürülmə aparılması barədə” 17 aprel 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlayarkən ona üzərində olan hər hansı qanunsuz əşyanı könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd icərisində ağ rəngli kütlə olan şəffaf rəngli sellefona bükülmüş bükülünü çıxararaq könüllü şəkildə təqdim etmiş, sellofan bükülüdə psixotrop maddə metafetamin olduğunu, həmin psixotrop maddəni Binəqədi rayonu, Binəqədi qəsəbəsində Lallar fabrikinin yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümə baxış keçirilərkən ağ kristallik maddənin psixotrop maddə olduğu müəyyən edilmiş, həmin bükülü zərfə qoyularaq qablaşdırılmış və DİN-in 243 saylı möhürü ilə möhürlənmişdir. İş mameriallarının 33-37-ci vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 17 aprel 2022-ci il tarixli, 6/2196 nömrəli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə içərisində bir ədəd bükümdə təmiz çəkisi 1.084 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metafetamindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı» İ siyahısına daxildir. Tədqiqata 0,05 qram metafetamin sərf edilmiş, metafetaminin qalıq çəkisi 1,034 qram təşkil edir. İş materiallarının 107-108-ci vərəqlərindəki məhkəmə - narkoloji ekspertizasının 06 iyun, 2022-ci il tarixli, 3008 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 99-cu vərəqindəki Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarının 88-92-ci vərəqlərindəki təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında Binəqədi rayon məhkəməsinin hakiminin xx.xx.2022-ci il rarixli, 1(001)-426/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 aprel 2022-ci il tarixdən hesablanmışdır. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 08 iyul 2022-ci il tarixli, 1(001)-463/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 5 (beş) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, H.Aslanov küçəsi, döngə 11, nömrəsiz evdə çəkməlidir. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdr. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 65 (altımış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,034 qram psixotrop maddə metamfetamin məhv edilsin. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilsin. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 5 (beş) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 6 (altı) gün gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, H.Aslanov küçəsi, döngə 11, nömrəsiz evdə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 65 (altımış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,034 qram psixotrop maddə metamfetamin məhv edilsin. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar