Məhkəmə qərarları › İş №1(001)-465/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-465/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-465/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-nin Həkim- Sanitar Xidmətinin "xxxx" MMC-də həkim-terapevt işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 aprel 2002-ci il tarixdən "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin "xxxx" MMC-də həkim-terapevt vəzifəsində, eyni zamanda 03 avqust 2017-ci il tarixdən həmin poliklinikanın Həkim Məsləhət Komissiyasının tərkibində həkim terapevt vəzifəsinə işləyərkən vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə üzvü olduğu həmin Həkim Məsləhət Komissiyasına müraciət edən, xx.xx.2011-ci il tarixdən göndəriş verən müəssisədə qeydiyyatda olmuş – xx xxxxx 1962-ci il təvəllüdlü, Lerik rayonu, Züvüç kəndində qeydiyyatda olmaqla Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən yaşayış binasının 9 nömrəli mənzilində yaşayan Şahid2 “X14; Stabil gərginlik stenokardiyası, İİ f.s.; İnfarktdan sonrakı kardioskleroz; Ekstrasistolik aritmiya; Xroniki ürək çatmamazlığı, İİ f.s.; AF=42%” xəstəliklərinin olmasına, həmçinin X22 Xəstəxanasının 26 avqust 2017-ci il tarixli 1124/123 saylı xəstəlik tarixindən çıxarışında “Sabit gərginlik stenokardiyası İİİ f.s., sol mədəciyin arxa diafraqmal nahiyəsinin postinfarkt kardiosklerozu, Qan dövranı çatışmazlığı İİ f.s. (NYHA), çoxsaylı mədəcik ekstrasistolaları” və Akademik C.Abdullayev adına X1 Konsultativ-poliklinika şöbəsinin 29 noyabr 2017-ci il tarixli rəyində “ÜİX, Stabil gərginlik stenokardiyası İİ f.s., infarktdan sonrakı kardioskleroz, hipertaniya xəstəliyi İİİ dərəcə, hipertonik krizlərlə ürək çatışmazlığı İİ f.s., ekstrasistolik aritmiya, dissurkulyator ensefalopetiya, aşağı ətraf venaların varikoz genişlənməsi, xroniki obstruktiv bronxit, xroniki hepatit, xroniki xolesistit, xroniki pankreatit” diaqnozları qeyd olunmasına baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Şahid2 barəsində fərqli diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə sonuncu qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə sonuncunun müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 12 dekabr 2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq qeyd olunan epikriz, çıxarışlar və rəydə göstərilməyən Şahid2 qanuna zidd olaraq əlillik dərəcəsinin təyin edilməsinə əsas olan ağırlaşma diaqnozu qismində “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ İİİ mərhələ və “Tənəffüsün ləngiməsi kardiorespirator çatışmazlığı ağ ciyər ürək çatmazlığı İİ mərhələ” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan xx.xx.2017-ci il tarixli, 4384003AACCG nömrəli elektron göndərişə daxil edib özünə məxsus **********698 saylı elektron imzası, həmçinin cinayətdən xəbərsiz komissiya üzvlərinin elektron imzasından istifadə edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərməklə Şahid2 ümumi xəstəlik səbəbindən beş il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verildikdən sonra 2018-ci ilin yanvar ayından 2022-ci ilin may ayına qədər olan müddətdə ona 13.476,92 manat məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin "xxxx" MMC-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun isə dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 308.1 və 313-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, övladı yoxdur. 2002-ci ildən hal-hazıradək Bakı şəhərində yerləşən 2 saylı Bakı X15nda işləyir, ixtisasca terapevtdir. 2 nömrəli Dəmiryol Poliklinikası MMC-dir, həmin MMC-nin baş həkimi Şahid1dur. Eyni zamanda özü həmin poliklinikada olan həkim-məsləhət komissiyasının üzvüdür. Təxminən qeyd edilən komissiyaya 2017-ci ilin sentyabr ayından üzv olmuşdur. Üzvü olduğu həkim məsləhət komissiyasının funksiyaları - xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfindən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi: - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddəti başa çatmış şəxslərə TSEK tərəfindən əlilliyin təkrar qiymətləndirilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin əmək fəaliyyəti ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və s. ibarətdir. Həkim məsləhət komissiyası tərəfindən müraciət edən şəxslərin xəstəliyi müayinə və müalicə metodları ilə dəqiqləşdirilərək əlillik dərəcələrinin təyinatı üzrə forma 88-lər doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinə göndərilir. Əvvəllər Tibbi Sosial Ekspert komissiyaları rayon ərazisində yerləşsə də, sonradan həmin mərkəzlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidmətinə tabe edilib. 2017-ci ildən isə həkim məsləhət komissiyaları rayonda yerləşməklə müvafiq elektron forma 88 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə göndərir, xidmətin göndərişi əsasında isə TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılır. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən özünə məxsusdur. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt, yəni onun özü tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi-nevroloji xəstəliklər olarsa həkim nevropatoloq tərəfindən, xəstə 18 yaşadək olduqda isə həkim pediatr tərəfindən müayinə olunur, lazım gəldikdə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin forma 88-i sistemə daxil etmək mümkün olmur. 2017-ci ildə həkim məsləhət komissiyasının tərkibində terapevt ilk öncə İradə xanım, daha sonra isə o, özü olmuşdur. Şahid2 2017-ci il tarixdə üzvü olduğu həkim məsləhət komissiyasında ürək xəstəliyi ilə bağlı yoxlanılaraq barəsində TSEK-ə forma 88 göndərilmişdir. Komissiyanın tərkibində kardioloq olmadığından ürək xəstəliyi ilə bağlı əlillik təyin olunması üçün müraciət edən xəstələrə komissiyanın tərkibində terapevt baxır. Həmin vaxtın üzərindən 5 il müddət keçdiyindən Şahid2 xatırlamır, onunla hər hansı tanışlığı yoxdur. Lakin Şahid2 tibbi kartasına baxdıqda sonuncunun özü tərəfindən Kardiologiya İnstitundan rəy, X3, Respublikanski xəstəxanadan epikrizlər və 2011-ci il tarixli Sumqayıt şəhəri 2 saylı xəstəxanasının çıxarışını təqdim etdiyi görünür. Təqdim edilən epikrizlər əsasında Şahid2 diaqnozlarını göndərişdə qeyd edərək TSEK-ə göndərmiş, daha sonra isə həmin şəxsə xəstəliyi ilə bağlı əlillik təyin olunmuşdur. Calal Nazarovun təqdim etdiyi, Kardiologiya İnstitunda ambulator müalicə almasına dair 29 noyabr 2017-ci il tarixli rəydə olan ağırlaşmaları, həmçinin Sumqayıt şəhəri 2 saylı xəstəxanasının 2011-ci il tarixli çıxarışında olan diaqnozları da göndərişdə qeyd etsə də, Kardiologiya İnstitunda 1 günlük ambulator müalicə olduğundan xəstəxananın adını həmin göndərişə qeyd etməmişdir. Adətən göndərişə stasionar müalicə aldığı yerləri qeyd edir. Sumqayıt şəhəri 2 saylı xəstəxanasını göndərişə qeyd etməməsinin səbəbi isə 2011-ci il tarixli çıxarış olması olmuşdur, lakin həmin çıxarışda infarkt keçirdiyi qeyd edildiyindən qanuni olaraq həmin ağırlaşmanı təkrar kimi göndərişdə göstərməliydi, çünki Respublikanski xəstəxananın epikrizindən də göründüyü kimi 2017-ci il tarixdə Şahid2 təkrar infarkt keçirmişdir. Belə ki, sonuncunun müraciəti üzrə onu vizual, heç bir aparata salmadan və digər tibbi nümunələr götürmədən müayinə edib, eləcə də təqdim etdiyi epikrizlərdə göstərilən diaqnozlara baxaraq ona əsas diaqnoz kimi stenokardiyanın digər formaları ÜİX, sol mədəciyin arxa diafraqma divarında postinfarkt kardioskleroz diaqnozunu təyin etmişdir. İşlədiyi yerdə EXO-KQ aparatı olmadığından yalnız vizual müayinə edə bilirlər. Komissiyanın digər üzvlərinin terapevt sahəsi ilə əlaqələri olmadığından onlar göndərişləri sadəcə formal olaraq elektron imza ilə təsdiq edirlər. Şahid2 diaqnozunun ağırlaşmalarında isə i49.4-digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya, i99-qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar QDÇ İİİ mərhələ, i83-aşağı ətraf venalarının varikoz genəlməsi, i22.8-miokardın digər dəqiqləşdirilmiş lokalizasiyalı təkrar infarktı ÜİX. Təkrar sol mədəciyin arxa diafraqma divarında postinfarkt kardioskleroz. Sol mədəciyin ön divarında intramural miokard infarktı, i67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri dissirkulyator ensefalopatiya, R.09.2-tənəffüsün ləngiməsi kardiorespirator çatmamazlığı ağ ciyər ürəy çatmamazlığı İİ mərhələ kimi qeyd etmişdir. İ49.4-də göstərdiyi ağırlaşma Kardiologiya İnstitunun 29 noyabr 2017-ci il tarixli rəyində, həmçinin Respublikanski və X4 epikrizlərində göstərilmiş, i99-da göstərdiyi ağırlaşma X4 epikrizində İİİ dərəcə kimi göstərilmiş, lakin Respublikanski Xəstəxanasının epikrizində İİ dərəcə kimi qeyd edilmişdir, əsas kimi də X4 epikrizini götürmüşdür. İ83-də göstərdiyi ağırlaşma Kardiologiya İnstitunun 29 noyabr 2017-ci il tarixli rəyində göstərilmiş, İ22.8-də göstərdiyi ağırlaşma 2011-ci il tarixli Sumqayıt şəhəri 2 saylı xəstəxanasının çıxarışında göstərilmiş, i67.8-də göstərdiyi ağırlaşma Kardiologiya İnstitunun 29 noyabr 2017-ci il tarixli rəyində göstərilmişdir. Lakin R09.2-də göstərdiyi ağırlaşmanı vizual olaraq müəyyən etmiş, yəni yanaşı xəstəliyində olan xroniki obstruktiv bronxit olması ilə əlaqələndirib yazmışdır. Qeyd edir ki, göndərişdə yazdığı ağırlaşmaları təqdim edilən sənədlərə əsasən yazmış, yalnız R09.2-də göstərdiyi ağırlaşmanı vizual olaraq müəyyən etmişdir. O, elektron imzanın şəxsi olduğunu və istifadə qaydalarını bilir. Lakin həmin imzanı həkim məsləhət komissiyasının digər üzvləri kimi o da poliklinikada kadrlarda işləmiş, hazırda adını xatırlamadığı işçiyə etibar etmişdir. Həmin işçi yalnız onların göstərişləri, diktələri və nəzarətləri altında həmin imzadan istifadə edərək göndərişləri elektron qaydada təsdiq edir, həmçinin Şahid2 da göndərişini onun özünün göstərişi əsasında icra etmişdir. Ona Şahid2 və 2017-ci il tarixdə üzvü olduğu həkim məsləhət komissiyasında ürək xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 88 göndərilmiş digər şəxslərin əlilliyinin təyini ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif edilməmiş və eləcə də verilməmişdir, digər komissiya üzvləri barəsində isə heç bir məlumatı yoxdur. Şahid2 məxsus 2 saylı Bakı X15nda qeydiyyatda olması ilə bağlı ambulator xəstənin tibbi kartasında olan yazıları o, özü qeyd etmiş, həmçinin epikrizləri də həmin tibbi kartaya özü əlavə etmişdir. Şahid2 ambulator xəstənin tibbi kartasına əlavə edilmiş epikrizdə, rəydə və çıxarışlarda tənəffüsün ləngiməsi kardiorespirator çatmamazlığı ağ ciyər ürəy çatmamazlığı İİ mərhələ qeyd edilməsə də, Şahid2 xroniki obustriktiv olduğuna görə vizual baxışla həmin diaqnozu müəyyən edərək sonuncunun adına olan göndərişdə (forma 88) ağırlaşma kimi qeyd etmişdir. Şahid2 tənəffüsün ləngiməsi kardiorespirator çatmamazlığı ağ ciyər ürəy çatmamazlığı İİ mərhələ diaqnozunu təyin edərkən instrumental müayinədən keçirtməmiş, bunun səbəbi isə işlədiyi yerdə bununla bağlı tibbi avadanlıqların mövcud olmaması olmuşdur. Şahid2 məxsus tibbi kartada olan X4 1124/123 nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışında ağırlaşma diaqnozu kimi QDÇ İİİ mərhələ deyil, QDÇ İİ FS (NYHA) kimi qeyd edilmişdir. Kardiologiya institunun rəyində qeyd edilən ürək çatmamazlığı İİİ f.s. yazıldığına görə o da həmin ağırlaşmanı QDÇ İİİ mərhələ kimi qeyd etmişdir. Hesab edir ki, QDÇ İİİ mərhələ ürək çatmamazlığı İİİ f.s. eyni xəstəliyin törəməsidir, bu səbəbdən də belə qeyd etmişdir. “QDÇ İİİ mərhələ” diaqnozu qoyulmuş xəstənin reanimasyon xəstə olmalı olduğunu hesab etməsə də, həmin diaqnozu təyin etmək üçün xəstəyə kliniki baxış, instrumental metod, yəni kardioqrama, EXO-KQ və Rentgen müayinəsinin keçirilməsi vacibdir, o isə bunları etməmişdir. Şahid2 müayinəsi zamanı və ya sonuncunun göndərişinin doldurulmasında ondan bununla bağlı hər hansı şəxs nə xahiş etmiş, nə də ki, tələb etməmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır. Törətdiyi əməlin xırda qanun pozuntusu olduğunu, əməlin cinayət hesab edildiyini bilmədiyini və cinayət olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş 2 saylı Bakı X15 MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o həkim olduğu üçün həkim məsləhət komissiyasının fəaliyyətinin necə olduğunu bilir. 2 dəfə infarkt keçirtmiş xəstəni istehsalata göndərmək olmaz. Cəlal Nəzərov ya işə qayıtmalı idi, ya da ona əlillik dərəcsi müəyyən olunmalı idi. Təqsirləndirilən şəxs o qədər məsuliyyətli həkimdir ki, heç vaxt qreyder sürən maşinist vəzifəsində çalışan işçini ağır xəstəliklərini bilə-bilə istehsalata göndərməzdi. Zərərçəkmiş qismində tanınmış hüquqi şəxs 2 saylı Bakı X15 MMC-nin nümayəndəsi kimi Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəməyə xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona dair gələcəkdə heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hüquqi şəxsin nümayəndəsi kimi Təqsirləndirilən şəxs şikayəTi yoxdur. Məhkəməyə mülki iddia təqdim edərək, Təqsirləndirilən şəxs 13476,92 manat məbləğində maddi zərərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin hesabına tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə xx.xx.2022-ci il tarixli məktubu təqdim edərək Təqsirləndirilən şəxs adından sonuncunun əri X11 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 13476,92 manat məbləğində vəsaitin Fondun hesabına bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 oğlu ifadəsində bildirmişdir ki, 1998-ci ilin iyun ayından hazıradək "xxxx" QSC-nin strukturuna daxil olan 2 saylı Bakı Dəmiryol poliklinikasının baş həkimi vəzifəsində işləyir. Əmək fəaliyyəti dəmiryolçuları dövrü müayinədən keçirmək, habelə vətəndaşları bütün profillər üzrə xəstəlikləri ilə əlaqədar qəbul etmək, müalicə etmək və buna nəzarəti həyata keçirməkdən ibarətdir. 2014-cü ildən səhiyyənin təşkili üzrə tibb üzrə fəlsəfə doktorudur. Rəhbərlik etdiyi poliklinika 2017-ci ildən MMC kimi fəaliyyət göstərir, yəni yalnız dəmiryolçulara deyil, digər vətəndaşlara da xidmət edir. Eyni zamanda həmin poliklinikada olan həkim-məsləhət komissiyasının sədridir, ixtisası stamotoloqdur. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim Məsləhət Komissiyasının tərkibinə daimi üzv kimi həkiməmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə, birləşmiş xəstəxanalarda poliklinika şöbəsinin müdirinə (baş həkimin poliklinika işləri üzrə müavininə), poliklinika müdirinə (baş həkim) həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. 2 nömrəli X15 MMC-də fəaliyyət göstərən HMK-sı bir sədr və 3 üzvdən ibarət olmuş, komissiyanın tərkibində həkim kardioloq olmamışdır. 06 yanvar 2017-ci ildə həkim komissiyasının üzvləri - sədr özü, terapevt həkim kimi İradə Ağasiyeva, həkim cərrah kimi Şahid3, həkim nevropotoloq kimi isə Şahid4 daxil edilmişdir. Bundan başqa üzvlərdən biri də pediatriya bölməsinin müdiri, yəni uşaq xəstəliklərinə baxan Rəsmiyyə Bağırova olmuş, ixtisasca həkim-nevropotoloqdur. 03 avqust 2017-ci il tarixdə isə komissiyanın üzvlərindən həkim terapevt İradə Ağasiyeva işdən azad olunmuş, onun əvəzinə isə üzv kimi həkim terapevt Təqsirləndirilən şəxs daxil edilmişdir. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (35 nömrəli forma) yazılır. Sədri olduğu həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfindən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi : - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddəti başa çatmış şəxslərə TSEK tərəfındən əlilliyin təkrar qiymətləndirilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin əmək fəaliyyəti ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və sairdir. Həkim Məsləhət Komissiyası yuxarıda qeyd olunduğu kimi komissiyaya müraciət edən şəxslərin xəstəliyini müayinə və müalicə metodları ilə dəqiqləşdirərək əlillik dərəcələrinin təyinatı üzrə forma 88-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinə göndərilməsini həyata keçirir. 2017-ci ildən həkim məsləhət komissiyaları müvafiq xəstəxanalarda və ya poliklinikalarda yerləşməklə elektron forma 88 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə göndərir, həmin xidmətin göndərişi əsasında TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılır. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən özünə məxsusdur. Elektron imza özünə məxsus olsa da sistemə həkimin nəzarəti və redaktəsi altında operator özü daxil edir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropotoloq tərəfindən müayinə olunur, lazım gəldikdə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin forma 88-i sistemə daxil etmək mümkün olmur. Sədri olduğu Həkim Məsləhət Komissiyasının tərkibində həkim kardioloq olmadığından ürək xəstəliyi ilə bağlı komissiyaya müraciət edən xəstəni həkim terapevt müayinə etmişdir. Qeyd edir ki, xəstələr ilkin olaraq ürək xəstəliklərini müalicə edən stasionar xəstəxanalarda, yəni X18, Akademik C.M.Abdullayev adına ET Kardiologiya institutunda və digər xəstəxanalarda stasionar qaydada müayinə edildikdən sonra həmin xəstəxanadan əldə etdiyi stasionar müayinə almasına dair epikrizlə rəhbərlik etdiyi poliklinikaya müraciət edir. Bundan sonra rəhbərlik etdiyi poliklinikada sədrliyi ilə komissiya təşkil edilir və epikrizdə göstərilənlər olduğu kimi Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sisteminə daxil edilir (forma 88). Xəstələrin real vəziyyətinə dair göndərişin status lokaliz hissəsində yazılmış mətnlər və stasionar müalicə müddətlərinə dair məlumatların eynilik təşkil etməsinə səbəb budur. Bundan sonra forma 88 o, və digər komissiya üzvləri tərəfindən imzalanır və “online” qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilir. Sözügedən Komissiya isə vətəndaşa əlillik təyin edir və təqaüdün verilməsindən ötrü zəruri sənədlər vətəndaşın yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbəsinə göndərilir. X12 ola bilsin ki, rəhbərlik etdiyi poliklinikaya müraciət etmişdir, lakin həmin vaxtın üzərindən uzun müddət keçdiyinə görə xəstəni hal-hazırda xatırlamır. Cəlal Nəzərovun poliklinikada olan sənədlərinə baxdıqda 2017-ci ildə 2 saylı X15 MMC-də həkim məsləhət komissiyasına ürək xəstəliyi ilə bağlı ona əlillik təyin olunması məqsədilə müraciət etdiyini müəyyən etmişdir. 2017-ci ildə həmin şəxs komissiyaya stasionar müalicə aldığı xəstəxanalardan müayinə sənədlərini təqdim etmişdir. Cəlal Nəzərov ürək xəstəliyindən əziyyət çəkdiyinə görə sədri olduğu həkim məsləhət komissiyasında sonuncunu həmin komissiyanın üzvü həkim-terapevt Təqsirləndirilən şəxs müayinə etmişdir. Çünki həkim məsləhət komissiyasında həkim kardioloq olmadığından Təqsirləndirilən şəxs Cəlal Nəzərovun müraciəti üzrə onu vizual, xəstəni köməkçi diaqnostik müayinələrdən keçirmədən, diaqnoz və ağırlaşmaları dəqiqləşdirmədən, heç bir aparata salmadan və digər tibbi müayinələr götürmədən müayinə edərək, eləcə də xəstənin təqdim etdiyi epikrizlərdə olan diaqnozlara baxaraq ona əsas diaqnoz kimi stenokardiyanın digər formaları, ÜİX. Sol mədəciyin arxa diafraqma divarında postinfarkt, kardioskleroz, ağırlaşma kimi isə digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya, qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar QDÇ İİİ mərhələ, aşağı ətraf venalarının varikoz genəlməsi, miokardın digər dəqiqləşdirilmiş lokalizasiyalı təkrar infarktı ÜİX. Təkrar sol mədəciyin arxa diafraqma divarında postinfarkt kardioskleroz. Sol mədəciyin ön divarında intramural miokard infarktı, beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri dissirkulyator ensefalopatiya, tənəffüsün ləngiməsi kardiorespirator çatmamazlığı ağ ciyər ürək çatmamazlığı İİ mərhələ diaqnozunu təyin etmişdir. Sonradan Şahid2 həkim məsləhət komissiyasından keçirmişlər və Gülşən həkimin forma 88-ə yazdığı əsas diaqnoza və ağırlaşmalara inanaraq həmin diaqnozları təsdiq etmişlər. Əslində, Gülşən həkimin xəstəni vizual müayinə edərək, əvvəlki tibbi sənədlərinə baxıb diqnoz təyin etməsi düzgün deyil, lakin onlarda mövcud tibbi aparatlar olmadığından məcbur qalıb xəstənin stasionar müalicə aldığı xəstəxanalardan təqdim etdiyi epikrizlər əsasında forma 88 doldurulur. Onun bir rəhbər kimi səhvi o olmuşdur ki, Gülşən həkimə etibar etmiş və vizual baxışla təyin etdiyi bəzi diaqnozlara digər komissiya üzvləri kimi o da inanmışdır. Rəhbərlik etdiyi poliklinikada kardioloq-həkim olmadığından qeydiyyatda olan xəstələr, həmçinin Şahid2 poliklinikaya ürək xəstəliyi ilə bağlı müraciət etdiyi halda, həkim-terapevtlər onun xəstəliyi ilə bağlı şikayəti göndərişə qeyd edib ixtisaslaşdırılmış xəstəxanalara göndərir. Həmin xəstələr stasionar müalicə aldığı xəstəxanalardan epikrizləri sədri olduğu HMK-ya təqdim edirlər, HMK-da həkim-terapevt tərəfindən həmin xəstələrin təqdim etdiyi sənədləri forma 88-ə qeyd edərək onlayn qaydada TSEK-ə göndərir. Ona, eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə vətəndaş Şahid2 tərəfindən əlilliyinin təyini ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif edilməmiş və eləcə də verilməmişdir. Həmin şəxsin özü də bunu təsdiq edə bilər. Şahid2 forma-088-nə yazılan epikrizlərdə göstərilməyən əlavə diaqnozları həkim-terapevt Təqsirləndirilən şəxs vizual baxışla müəyyən etmiş və onlar da buna inanmışlar. Təqsirləndirilən şəxs çox savadlı həkimdir və onun qoyduğu diaqnozlar həmişə doğru olur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, əmək fəaliyyətinə 1986-cı ildə Zəngilan rayon, Micivan qəsəbəsində başlamış, 1988-ci ildə isə köçürmə yolu ilə hazırda işlədiyi 2 saylı Bakı X15na təyinat almışdır. İxtisasca həkimcərrahdır. 2 nömrəli Dəmiryol Poliklinikası MMC olmaqla baş həkimi Şahid1dur. O, eyni zamanda həmin poliklinikada olan həkim-məsləhət komissiyasının üzvüdür. Onun özünə elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən özünə məxsusdur. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropatoloq tərəfindən, xəstə 18 yaşadək olduqda isə həkim pediatr tərəfindən müayinə olunur, lazım gəldikdə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 88-i sistemə daxil etmək mümkün olmur. 2017-ci ildə həkim məsləhət komissiyasının tərkibində terapevt Təqsirləndirilən şəxs həkim olmuşdur, həmin vaxtda Gülşən həkimi əvəz edən terapevtin olub-olmamasını xatırlamır. Cinayət işində qeyd edilən Şahid2 və 2017-ci il tarixdə üzvü olduğu həkim məsləhət komissiyasında ürək xəstəliyi ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilmiş digər şəxsləri tanımır, qeyd edilən şəxslər onun xəstəsi olmamışlar. Həmin vaxtın üzərindən 5 il müddət keçdiyindən hansı həkimlərin yoxlamasını bilmir. Həmin xəstələri komissiyanın üzvü olan həkim terapevt müayinə etmiş və göndərişi TSEK-na göndərmişdir. O, yalnız həmin həkimin qoyduğu diaqnozun düzgünlüyünə inanaraq göndərişi elektron imzası ilə təsdiq etmişdir. Yəni həmin şəxslərə hansı diaqnozun qoyulması, onların həkim məsləhət komissiyasından keçərkən ambulator və ya stasionar qaydada müayinə və müalicə olunmaları barədə məlumatı yoxdur. Elektron imzanın şəxsi olduğunu və istifadə qaydalarını bilir. Lakin həmin imzanı həkim məsləhət komissiyasının digər üzvləri kimi o da poliklinikada kadrlarda işləyən, hazırda adını xatırlamadığı işçiyə etibar etmişdir. İşçi yalnız onların göstərişləri olduqda həmin imzadan istifadə edərək göndərişləri elektron qaydada imzalayırdı. Ona, eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə vətəndaş Şahid2 və 2017-ci il tarixdə üzvü olduğu həkim məsləhət komissiyasında ürək xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilmiş digər şəxslərin əlilliyinin təyini ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif edilməmiş və eləcə də verilməmişdir, digər komissiya üzvləri barəsində isə heç bir məlumatı yoxdur. Gülşən həkimin çox savadlı terapevt olduğunu, özünün də onunla məsləhətləşmələr apardığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən 2 saylı Bakı X15 MMC-də həkim nevropatoloq vəzifəsində işləyən Şahid4 Şahid3lə oxşar məzmunda ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs hər kəsin etibar etdiyini, onun çox savadlı həkim olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində bildirmişdir ki, 1983-cü ildən hal-hazıradək Elm-Tədqiqat Kardiologiya institunda həkim-kardioloq kimi işləyir. 2002-2018-ci ilə qədər həmin institutda 1-ci klinik kardiologiya şöbəsinin müdiri vəifəsində işləmiş, 2018-ci ilin təxminən sentyabr ayında isə öz ərizəsi ilə həmin vəzifədən azad edilmişdir. Tibb elmləri namizədidir. 2 nömrəli Dəmiryol Poliklinikasından göndərişlə gələn xəstələr işlədiyi xəstəxanada növbəlik prinsipi ilə həkimlərə yazılırlar. Həkimlər, eləcə də özü xəstəni müayinə edərkən stasionar müalicənin vacibliyi müəyyən olunarsa həmin xəstə stasionar olaraq xəstəxanada qalıb müalicə alır. Bundan sonra xəstənin vəziyyətinə uyğun müalicə həkimi tərəfindən çıxarış, epikriz və ya rəy yazılır, daha sonra həmin sənəd xəstənin özünə təqdim edilir və xəstə də həmin sənədi göndərişlə gəldiyi xəstəxanaya və ya poliklinikaya təqdim edir. Əlavə olaraq qeyd edir ki, ola bilər ki, xəstə göndərişlə deyil, baş vermiş ağrılar səbəbindən bir başa işlədiyi xəstəxanaya müraciət etsin, yəni göndəriş olmadan da xəstə işlədiyi xəstəxanaya müraciət edə bilir. Müraciət edən xəstəyə əgər stasionar müalicə ehtiyac olmursa təqdim etdiyi digər epikrizlərə əsasən həmin xəstəyə rəy yazılır və xəstənin özünə təqdim edilir. Bunun səbəbi odur ki, xəstənin vəziyyəti ağır olmadığından stasionar olaraq onu qəbul etmirlər. Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 5/9-905 nömrəli, 29 noyabr 2017-cı il tarixli Şahid2 dair rəyin surəti ona təqdim edildi, həmin rəy onun tərəfindən tərtib edilmiş, aşağı hissədə, adının, yəni “həkimkardioloq: Şahid5”, həmçinin “Şöbə müdiri: Quliyev S.F.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun göstərişi ilə hal-hazırda adını xatırlamadığı işçisi tərəfindən yazılmışdır. Şahid2 xatırlamır, rəydə göstərilən diaqnozları xəstənin təqdim etdiyi digər xəstəxanalardan aldığı epikrizlər və instrumental müayinələr əsasında yazmışdır. Həmin rəyi yazmaqda məqsədi odur ki, xəstənin stasionar müalicəyə ehtiyacı olmadığından və ağrılı olmayan xəstəliyi olduğundan işlədiyi şöbəyə qəbul etmək mümkün deyil, bunu da rəydə diaqnozlarına əsaslanıb yazmışdır. Lakin hal-hazırda xəstənin ona təqdim etdiyi epikrizlərdə yazan instrumental müayinələri və diaqnozları xatırlamır. Qeyd edir ki, ona təqdim edilən rəydə diaqnoz kimi ÜİX, stabil gərginlik stenokardiyası, infarktdan sonraki kardioskleroz, hipertoniya, ürək çatmamazlığı İİİ f.s., ekstrosistolik aritmiya, disturklyator ensefolopatiya, aşağı ətraf venaların varikoz genişlənməsi, xroniki abstruktik bronxid, xroniki hepatit, qara ciyər durğunluğu, xroniki pankreatit yazmışdır. Həmin diaqnozların bəzilərindən də göründüyü kimi o, tarix qeyd etmiş, həmin tarixlər də onu göstərir ki, təqdim edilən sənədlər əsasında yazmışdır. Həmin xəstənin işlədiyi xəstəxanada stasionar müalicə alıb-almaması barədə məlumatı yoxdur. Xatırladığı qədəri ilə də həmin xəstə daha sonra onun yanına müayinə və müalicə üçün müraciət etməmişdir. Şahid2 göndərişlə müraciət etmiş, lakin stasionar qaydada qəbul olunmadığından Kardiologiya İnstitunda qeydiyyata alınmamışdır. Bildirir ki, i49.4-digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya fakt kimi təsdiq etmiş, həmçinin digər, yəni i83aşağı ətraf venalarının varikoz genəlməsi və i67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri dissirkulyator ensefalopatiya diaqnozlarını da təqdim edilən sənədlər əsasında rəyə yazmışdır. Rəydə qeyd edilən xəstəliklər əlilliyə səbəb deyildir və ambulator müayinə əsasında şəxsə əlillik təyin edilmir. Əlavə olaraq qeyd edir ki, qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar QDÇ İİİ mərhələ həyatı təhlükəli xəstələra aiddir, reanimasyon tədbirlərin dərhal görülməsi vacibdir, həmin diaqnozu təyin etmək üçün xəstəyə kliniki baxış, instrumental metod, yəni kardioqrama, EXO-KQ və Rentgen müayinəsi vacibdir. Həmin xəstəyə vizual baxışla qeyd edilən diaqnozu təyin etmək mümkün deyil. R.09.2-tənəffüsün ləngiməsi kardiorespirator çatmamazlığı ağ ciyər ürəy çatmamazlığı İİ mərhələ diaqnozunu təyin etmək üçün instrumental müayinə mütləq vacibdir, həmin xəstəlikdə də yalnız vizual baxışla diaqnoz təyin etmək mümkün deyildir. Qeyd edilən QDÇ İİİ mərhələ və kodu R.09.2 olan xəstəliklər xroniki xarakter daşıyır və ağırlığı azala bilsə də sağala bilməzlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 ifadəsində bildirmişdir ki, X5 həkim-kardioloq kimi 2014-cü ildən işləyir. 2 nömrəli Bakı Dəmiryol Poliklinikasından göndərişlə gələn xəstələr işlədiyi xəstəxanada növbəlik prinsipi ilə həkimlərə yazılırlar. Həkimlər, eləcə də özü xəstəni müayinə edərək stasionar müalicənin vacibliyi müəyyən olunarsa həmin xəstə stasionar olaraq xəstəxanada qalıb müalicə alır. Bundan sonra xəstənin vəziyyətinə uyğun müalicə həkimi tərəfindən çıxarış, epikriz və ya rəy yazılır, daha sonra həmin sənəd xəstənin özünə təqdim edilir və xəstə də həmin sənədi göndərişlə gəldiyi xəstəxanaya və ya poliklinikaya təqdim edir. Əlavə olaraq qeyd edir ki, ola bilər ki, xəstə göndərişlə deyil, baş vermiş ağrılar səbəbindən bir başa işlədiyi xəstəxanaya müraciət etsin, yəni göndəriş olmadan da xəstə işlədiyi xəstəxanaya müraciət edə bilər. X5 tərtib edilmiş 1124/123 nömrəli, 26 avqust 2017-ci il tarixli Şahid2 dair xəstəlik tarixindən çıxarışın surəti ona təqdim edildi, həmin çıxarış onun tərəfindən tərtib edilmiş, aşağı hissədə, adının, yəni “müalicə həkimi: Bağırov.F” sözlərinin qarşısında olan imza ona məxsusdur. Şahid2 tam olaraq xatırlamasa da, hansısa Dəmiryol İdarəsində qreyderçi işləyən xəstəsinin olduğunu xatırlayır. Çıxarışda göstərilən diaqnozlar da onun tərəfindən yazılmışdır. Şahid2 əsas diaqnoz kimi i20.8-ÜİX; sabit Gərginlik stenokardiyası İİİ f.s,; i21.1-sol mədəciyin arxa diafraqmal nahiyəsin postinfarkt kardiosklerozu, ağırlaşma kimi isə i99- QDÇ İİ f.s. (NYHA) və i49- çoxsaylı mədəcik ekstrasistoliyaları qeyd etmişdir. Xatırladığı qədəri ilə də həmin xəstə daha sonra onuna yanına müayinə və müalicə üçün müraciət etməmişdir. Həmin diaqnozları subyektiv, obyektiv və instrumental laborator müayinələrinə əsasən təyin etmişdir. Hesab edir ki, təyin etdiyi diaqnoz düzgün qoyulmuşdur, çünki həmin vaxtlar xəstə qismən sağalmış, ağrılar isə nisbətən azalmışdır. Şahid2 daha sonra əlilliklə bağlı qeydiyyatda olduğu 2 saylı Bakı Dəmiryol Poliklinikasına müraciət edib-etməməsi barədə heç bir məlumatı olmamışdır. X4 Şahid2 həmin xəstəxanada müalicə almaması barədə istintaqa təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubunda mexaniki olaraq yanlışlıq olmuşdur, bu məsələni qısa müddət ərzində aydınlaşdıracaqdır, yəni Şahid2 X5 müalicə almışdır və tərəfindən tərtib edilmiş, ona təqdim edilən Calal Nazarova aid 1124/123 nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan da göründüyü kimi o, sonuncunun əsas diaqnozunun ağırlaşmasını i99- QDÇ İİ f.s. (NYHA) kimi qeyd etmiş, yəni QDÇ İİİ mərhələ kimi qeyd etməmişdir. Gülşən həkim barəsindəhəmişə yaxşı fikirlər eşitdiyini bildirmişdir. Cəlal Nəzərovun ürəyinə stend qoyulmalı idi lakin onun imkanı yox idi. İndi dövlət büdcəsi vəsaiti hesabına stend qoyulur lakin əvvəllər xəstələrin belə bir imkanı yox idi. Cəlal Nəzərov kimi xəstələr əmək fəaliyyəti ilə məşğul ola bilməz. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayından hal-hazıradək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3 nömrəli mərkəzi TSEK sədri vəzifəsində işləyir. Vəzifəsi komissiya sədri kimi əyani komissiyalarda iştirak etmək, terapiya üzrə xəstələrin qəbulu, onların adlarına tərtib olunmuş tibbi sənədlərin araşdırılması, onlayn qiymətləndirilməsi, şəxsin canlı obyektiv müayinəsi və sairdən ibarətdir. Mahiyyəti üzrə bildirir ki, Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən 2017-ci il tarixdə 2 saylı Dəmiryol Poliklinikasının HMK-da ürək xəstəlikləri ilə bağlı göndərilmiş göndərişlər əsasında əlillik təyin olunmuş şəxslərin barəsində təyin edilmiş komisyon Məhkəmə-tibbi ekspertizasının keçirilməsi zamanı ekspertiza araşdırılmasında iştirak etmişdir. Bununla bağlı olaraq bildirir ki, bir çox müayinədən keçmiş şəxslərin əsas diaqnozları öz təsdiqini tapsalar da, əsas diaqnozun ağırlaşmaları öz təsdiqini tapmamışdır. Belə ki, əlillik təyinatı mövcud olan xəstəliyin müalicə potensialı olmadığı və orqanizimdə patafunksional pozğunluqlar yarandığı halda yaranmış ağırlaşmaya görə müəyyən olunur. Yəni həmin əlillik səviyyəsində olan ağırlaşmalar göndərilən göndərişlərdə qeyd olunmasaydı, həmin şəxslərə əlillik dərəcəsi verilməyəcəkdi. Belə ki, Şahid2 barəsində keçirilmiş tibbi ekspertiza zamanı onda “X14, stabil gərginlik stenokardiyası İİ f.s İnfarktan sonrakı kardioskleroz; ekstrasistolik aritmiya; xroniki ürək çatışmamazlığı, İİ f.s;” xəstəliyiklərinin olduğu müəyyən edilib. Şahid2 adına tərtib edilmiş göndərişdə qeyd olunan əsas diaqnozun ağırlaşmaları hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır. Onun hazırki vəziyyəti ilə və səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş əsas diaqnozun ağırlaşmaları eynilik təşkil etmir, bu da əlillik təyinatı üçün əsas deyildir. Həmin ağırlaşmalar göndərişdə i49.4-digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya, i99-qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar QDÇ İİİ mərhələ, i83-aşağı ətraf venalarının varikoz genəlməsi, i22.8-miokardın digər dəqiqləşdirilmiş lokalizasiyalı təkrar infarktı ÜİX. Təkrar sol mədəciyin arxa diafraqma divarında postinfarkt kardioskleroz. Sol mədəciyin ön divarında intramural miokard infarktı, i67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri dissirkulyator ensefalopatiya, R.09.2-tənəffüsün ləngiməsi kardiorespirator çatmamazlığı ağ ciyər ürək çatmamazlığı İİ mərhələ kimi qeyd edilmişdir. Bunlardan i99-qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar QDÇ İİİ mərhələ və R.09.2-tənəffüsün ləngiməsi kardiorespirator çatmamazlığı ağ ciyər ürəy çatmamazlığı İİ mərhələ ağırlaşmalar qeyd edilməsəydi şəxsə əlillik dərəcəsi verilməyəcəkdi. Əlavə olaraq qeyd edir ki, əgər qan dövranı çatmamazlığı İİ f.s. göndərişdə qeyd edilsəydi belə əlillik təyin edilməyəcəkdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, 30 il müddətində Sanqaçal qəsəbəsində yerləşən Dəmiryol idarəsində sürücü işləmişdir. 07 fevral 2011-ci il tarixdə və 19 yanvar 2020-ci il tarixdə infarkt keçirdiyindən ilk ürək xəstəliyinin olduğunu 2011-ci ildən bilmişdir. Bununla bağlı olaraq Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicə almış, o cümlədən 2016-cı ildə X5, 2017-ci ildə Respublikanski və Kardiologiya institunda müalicələr almışdır. Digər xəstəxanalarda müalicə həkimlərinin adları yadında qalmasa da, X5 müalicə həkimlərindən birinin adı Fəridə, 2 saylı Bakı Dəmiryol poliklinikasında isə müalicə həkimlərindən birinin adı Sara həkim olmuşdur. Həkimlər ona bildiriblər ki, ağır iş görə bilməz, lakin ailə vəziyyəti ilə bağlı olaraq işləmək məcburiyyətindədir. X3 məsləhət biliblər ki, bu xəstəliyə görə pensiya ala bilər. O da bundan sonra sənədlərini hazırlayaraq "xxxx" QSC-nin strukturuna daxil olan 2 saylı Bakı Dəmiryol poliklinikasında adını xatırlamadığı həkimə təqdim etmiş, təxminən 1 ay keçdikdən sonra mobil nömrəsinə barəsində əlilliklə bağlı təqaüd təyin edilməsi haqqında mesaj gəlmişdir. Bundan sonra qeydiyyatda olduğu Lerik rayonunda yerləşən "xxxx" ASCyə müraciət edərək aylıq müavinətin köçürüldüyü plastik kartı əldə etmişdir. İlk vaxtlarda təqaüdü hər ay 210 manat, son vaxtlarda isə təqaüdü hər ay üçün 290 manat olmuş, halhazırda da təqaüd almır. Ona verilən təqaüd dayandırılmışdır. Təxminən 2018-ci ildən pensiya alır. Əlillik təyin olunması ilə bağlı təqaüdə çıxmağı müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul, maddi nemət və sair verməmişdir. Bildirir ki, ürəyində xəstəlik olduğu üçün qanuni yolla təqaüdə çıxmışdır. "xxxx" QSC-nin strukturuna daxil olan 2 saylı Bakı Dəmiryol poliklinikasına sənədlərini təqdim etdikdən sonra sözügedən müəssisəyə bir daha çağırılmamış, həmçinin orada da heç kimə pul və sair maddi nemət təqdim etməmiş, heç kim də bunu ondan tələb etməmişdir. İş yerində əmək haqqısının 800 manat olduğunu, ona təyin edilmiş hazırda isə daynadırılmış pensiya məbləğininin isə 290 manat olduğunu qeyd edərək işləmək istədiyini, maddi imkanı olmadığını bildirmişdir. Təqaüdə çıxmasının ona sərf etmədiyini və bununçün kiməsə maddi və s nemət verməyin absurd olduğunu qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən fakta görə cinayət işi Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə başlanmışdır. 18 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında 28 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, 2017-ci il ərzində Şahid2 və qeyrilərinə dair göndərişlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan 2 saylı Bakı Dəmiryol Poliklinikası tərəfindən ürək qüsurları və ya miakardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dəfə çatışmazlığı diaqnozu ilə rəsmiləşdirilmişdir. Həmçinin, həmin xəstələrin real vəziyyətinə dair göndərişin (Forma 88) status lokaliz hissəsinə yazılmış mətnlər və stasionar müalicə müddətlərinə dair məlumatların eynilik təşkil etməsi də müəyyən edilmişdir. “2 saylı Bakı X15” MMC-nin baş həkimi Şahid1 könüllü olaraq təqdim etdiyi, 19 dekabr 2016 - 28 dekabr 2017-ci illərə aid qeyd edilən poliklinikaya məxsus HMK-dan keçən işçilərin 035 nömrəli hesabat kitabına baxış keçirilməsi haqqında 19 aprel 2022-ci il tarixli baxış protokolundan görünür ki, kitabın üz qabığı ağ rəngdə olmaqla üzərində yuxarı sol hissədə “"xxxx" QSC HSX-nin 2 saylı Bakı X15” sözləri, orta hissədə əlyazma ilə “035 N-li formadan çıxarış” sözləri, həmin sözün aşağı hissəsində “2 saylı Bakı D/Yol poliklinikasında HMK-dan keçən işçilərin hesabat Kitabı” sözləri və aşağı sağ hissədə “HMK-nın sədri: Şahid1, Başlanıb: 19 dekabr 2016-cı il, Qurtarıb: 28 dekabr 2017-ci il” sözləri yazılmışdır. Kitab 98 səhifədən ibarətdir. Kitabın 78-ci səhifəsində “Xəstənin adı, soyadı, atasının adı: Şahid2 və sonuncunun təvəllüdü, ünvanı, iş yeri, əlillik dərəcəsi, təyin edilmiş diaqnozu barədə məlumatlar yazıldığı görünür. Həmin protokola əlavə edilmiş qeyd edilən kitabın 78-ci səhifəsində “Xəstənin adı, soyadı, atasının adı: Şahid2, xx.xx.2017-İİ (ikinci) qr əlil”, “Yaşı: 1962”, “Xəstənin ünvanı: ünvan 4ş-ti”, “HMK-na göndərilmə səbəbi və diaqnoz: i20.8 ÜİX. Stabil gərginlik stenokardiyası İİİ (üçüncü) f.s. i25.2 Postinfarkt kardioskleroz (xx.xx.2017). i49 Ekstrasistolik aritmiya. i50 ÜÇ İİİ f.s. (NYHA). i11.o Arterial Hipertenziya İİİ (üçüncü) dər.çox yüksək risk, tez-tez baş verən hipertonik krizlər. G93.4 Dissirkulyator eksefalopatiya. i80 Aşağı ətraf venaların varikoz genişlənməsi. j44x.abstruktiv bronxit. k76.0 Qaraciyərin piy.distrofyen. k81.1x. xolesistik. k86.1.x.pankreatit” sözlərinin yazıldığı görünür. Komisyon məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2021-ci il tarixli, 866-1/KEŞ nömrəli rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı və xx.xx.2021-ci il tarixdə “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nun Konsultativ-poliklinika şöbəsində aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən onda hal-hazırda “X14; Stabil gərginlik stenokardiyası, İİ f.s.; İnfarktdan sonrakı kardioskleroz; Ekstrasistolik aritmiya; Xroniki ürək çatmamazlığı, İİ f.s.; AF=42%” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Şahid2 adına 2 saylı Bakı X15nın həkim məsləhət komissiyası tərəfindən 4384003AACCG nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə “Stenokardiyanın digər formaları; ÜİX; Sol mədəciyin arxa-diofraqma divarında postinfarkt kardioskleroz”, ağırlaşma: “Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya; Ekstrasistolik aritmiya; Qan dövran sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ, İİİ mərhələ; Aşağı ətraf venaların varikoz genəlməsi; Miokardın digər dəqiqləşdirilməmiş lokalozasiyalı təkrar infarktı, ÜİX; Təkrar sol mədəciyin arxa diafraqmal divarında postinfarkt kardioskleroz; sol mədəciyin ön divarında intramural miokard infarktı; Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri; Dissirkulyator ensefalopatiya; Tənəffüsün ləngiməsi; Kardiorespirator çatmamazlıq; Ağ ciyər çatmamazlığı, İİ mərhələ” diaqnozlar qeyd edilmişdir. Göndərişdə qeyd olunan əsas diaqnozun ağırlaşmaları hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid2 hazırki vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AACCG nömrəli göndərişində qeyd edilmiş əsas diaqnozun ağırlaşmaları eynilik təşkil etmir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid2 adına “2 saylı Bakı X15”nda tərtib edilmiş 4384003AACCG nömrəli göndərişdə qeyd olunan əsas diaqnozun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan təlimat pozğunluğu kimi qiymətləndirilir. Əlavə komisyon məhkəmə-tibbi ekspertizasının 26 aprel 2022-ci il tarixli, 198-1/KEŞ nömrəli rəyindən görünür ki, Şahid2 əyani müayinəsi zamanı və adına tərtib edilmiş forma 88 nömrəli göndərişində (4384003AACCG) onda ağırlaşma qrafasında olan xəstəliklər müəyyən edilməmişdir. Belə ki, adekvat müalicə nəticəsində qeyd olunan ağırlaşmaların remissiyası əldə oluna bilər və tibbi təcrübəyə əsasən xroniki xəstəliklərinin tam sağalması mümkün deyildir. 2 saylı Bakı X15 MMC-nin 03 avqust 2017-ci il tarixli, 28 saylı əmrin surətindən görünür ki, həkim məsləhət komissiyasının işinin təkmilləşdirilməsi, müalicə-profilaktika fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2 saylı Bakı Dəmir Yol Polklinikası MMC üzrə həkim məsləhət komissiyası aşağıdakı tərkibdə təsdiq edilmişdir: Komissiyanın sədri-Şahid1-baş həkim, Komissiyanın daimi üzvləri-Şahid4-Tibbi xidmətin təşkili bölmə müdiri həkim-nevropotoloq, Təqsirləndirilən şəxs-həkim terapevt, Şahid3-həkim cərrah, X7-Pediatriya bölməsinin müdiri. 2 saylı Bakı X15nın 16 aprel 2002-ci il tarixli, 22/K saylı əmrin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdən poliklinikanın sahə terapiya şöbəsinə həkim terapevt vəzifəsinə qəbul edilmişdir. 2 saylı Bakı X15 MMC-dən daxil olan 17 noyabr 2021-ci il tarixli, 296 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim məsləhət komissiyasının üzvü kimi asan imza kodu **********698-dir. Şahid2 sosial arayışından görünür ki, sonuncuya xx.xx.2017-ci il tarixli qərarla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olan Şahid2 məxsus 4384003AACCG nömrəli göndərişdən (forma 88) görünür ki, sonuncunun əsas diaqnoz kimi i20.8-“Stenokardiyanın digər formaları; ÜİX; Sol mədəciyin arxa-diofraqma divarında postinfarkt kardioskleroz”, ağırlaşma kimi i49.4-“Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya; Ekstrasistolik aritmiya; i99-Qan dövran sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ, İİİ mərhələ; i83-Aşağı ətraf venaların varikoz genəlməsi; i22.8-Miokardın digər dəqiqləşdirilməmiş lokalozasiyalı təkrar infarktı, ÜİX; Təkrar sol mədəciyin arxa diafraqmal divarında postinfarkt kardioskleroz; sol mədəciyin ön divarında intramural miokard infarktı; i67.8-Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri; Dissirkulyator ensefalopatiya; R09.2-Tənəffüsün ləngiməsi; Kardiorespirator çatmamazlıq; Ağ ciyər çatmamazlığı, İİ mərhələ” diaqnozları qeyd edilmişdir. Sumqayıt şəhər 2 saylı xəstəxananın 01 mart 2011-ci il tarixli stasionar xəstənin 329 nömrəli tibbi kartasından çıxarışdan, X22 Xəstəxanasının 16 aprel 2011-ci il tarixli 722/146 saylı xəstəlik tarixindən çıxarışından və Akademik C.Abdullayev adına X1 Konsultativpoliklinika şöbəsinin 29 noyabr 2017-ci il tarixli rəyindən görünür ki, Şahid2 təyin edilmiş diaqnozlarda i99-“Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ İİİ mərhələ” və R09.2-“Tənəffüsün ləngiməsi kardiorespirator çatışmazlığı ağ ciyər ürək çatmazlığı İİ mərhələ” diaqnozları qeyd edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 30 yanvar 2017-ci il tarixli, 1068 nömrəli epikrizindən və X22 Xəstəxanasının 26 avqust 2017-ci il tarixli 1124/123 saylı xəstəlik tarixindən çıxarışından görünür ki, Şahid2 “qan dövranı çatmamazlığı İİ f.s.” xəstəliyi qeyd edilsə də, onda i99-“Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ İİİ mərhələ” və R09.2-“Tənəffüsün ləngiməsi kardiorespirator çatışmazlığı ağ ciyər ürək çatmazlığı İİ mərhələ” diaqnozları qeyd edilməmişdir. 2 saylı Bakı X15 MMC-nin təqdim etdiyi Şahid2 aid ambulator xəstənin tibbi kartasından görünür ki, sonuncu qeyd edilən MMC-də 19 mart 2011-ci il tarixdən qeydiyyatdadır. Həmçinin ambulator kartaya Sumqayıt şəhər 2 saylı xəstəxananın 01 mart 2011-ci il tarixli stasionar xəstənin 329 nömrəli tibbi kartasından çıxarışı, X22 Xəstəxanasının 16 aprel 2011-ci il tarixli 722/146 saylı xəstəlik tarixindən çıxarışı, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 30 yanvar 2017-ci il tarixli, 1068 nömrəli epikrizi, X22 Xəstəxanasının 26 avqust 2017-ci il tarixli 1124/123 saylı xəstəlik tarixindən çıxarışı və Akademik C.Abdullayev adına X1 Konsultativ-poliklinika şöbəsinin 29 noyabr 2017-ci il tarixli rəyi əlavə edilməklə qeyd edilən sənədlərdə olan diaqnozlar ambulator kartaya Təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə yazılmışdır. Qeyd edilən diaqnozlarda Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ İİİ mərhələ və Tənəffüsün ləngiməsi kardiorespirator çatışmazlığı ağ ciyər ürək çatmazlığı İİ mərhələ diaqnozları yazılmasa da Təqsirləndirilən şəxs Şahid2 əlillik dərəcəsini təyin etmək məqsədi ilə forma 88 elektron versiyasına həmin diaqnozları rəsmiləşdirmişdir. X4 26 aprel 2022-ci il tarixli, 60 nömrəli məktubundan görünür ki, Şahid2 qeyd edilən xəstəxanada müalicə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olan 27 aprel 2022-ci il tarixli, **********4 nömrəli məktuba əlavə edilmiş məlumatdan görünür ki, Şahid2 2018-ci ilin yanvar ayından 2022-ci ilin may ayına qədər 13476,92 manat pensiya ödənişi almışdır. "xxxx" ASC-nin 20 may 2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs adından sonuncunun əri X11 cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 13.476,92 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs adından sonuncunun əri X11 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 13.476,92 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməklə dövlət nəfinə keçirilməsi qərara alınmış və qərarın icrası Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi və Maddi-texniki təminat şöbəsinin Maliyyə Sektoruna həvalə edilmişdir. “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən, Həkim məsləhət komissiyasının funksiyalarına əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və s. aiddir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016-28 dekabr 2017-ci illərə aid qeyd edilən 2 saylı Bakı X15 MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 78-ci səhifəsinin təsdiq edilmiş surəti, Şahid2 sosial arayışı, 2 saylı Bakı X15 MMC-nin 03 avqust 2017-ci il tarixli, 28 saylı əmrinin təsdiq olunmuş surəti, Şahid2 məxsus 4384003AACCG nömrəli göndərişin (forma 088) surəti, Sumqayıt şəhər 2 saylı xəstəxananın 01 mart 2011-ci il tarixli stasionar xəstənin 329 nömrəli tibbi kartasından çıxarışın surəti, X22 Xəstəxanasının 16 aprel 2011-ci il tarixli 722/146 saylı xəstəlik tarixindən çıxarışın surəti, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 30 yanvar 2017-ci il tarixli, 1068 nömrəli epikrizin surəti, X22 Xəstəxanasının 26 avqust 2017-ci il tarixli 1124/123 saylı xəstəlik tarixindən çıxarışın surəti, Akademik C.Abdullayev adına X1 Konsultativ-poliklinika şöbəsinin 29 noyabr 2017ci il tarixli rəyinin surəti və Şahid2 aid ambulator xəstənin tibbi kartası xx.xx.2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 13 may 2022-ci il tarixli, 1111 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 2 saylı Bakı X15 MMC-nin tərtib etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 18 aprel 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş şəxs qismində, 19 aprel 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 tərəfimdən zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. 16 may 2022-ci il tarixdə “2 saylı Bakı X15” MMC zərərçəkmiş şəxs qismində, 17 may 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adından sonuncunun əri X11 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 13476,92 manat məbləğində vəsaitin Fondun hesabına bərpa edilməsi xahiş edilmişdir. Məktubda Dövlət Sosial X6 1.6-cı bəndinə əsasən Fondun müstəqil balansı, əmlakı və bank hesabı mövcuddur. Nizamnamənin 5-ci bəndində Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyən edilmişdir. Həmin bəndə əsasən, Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin əmək pensiyalarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün ayrılan büdcə vəsaitindən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daxil olan məcburi dövlət sosial sığorta vəsaitindən , maliyyə sanksiyalarından və faiz məbləğlərindən, fəaliytyətindən əldə edilmiş digər gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Həmçinin Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququ vardır. Fondun mənfəətinin Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə, müvafiq olaraq, dövlət büdcəsinə və ya yerli büdcəyə köçürülə bilər. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsinin xərcləri həmçinin əmək pensiyalarının ödənilməsi xərcləri istiqamətində həyata keçirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X10 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vVəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, iş yeri üzrə müsbət xarakterizə edilməsini, vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin olunması, qanuni, ədalətli və əsaslıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016-28 dekabr 2017-ci illərə aid qeyd edilən 2 saylı Bakı X15 MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 78-ci səhifəsinin təsdiq edilmiş surəti, Şahid2 sosial arayışı, 2 saylı Bakı X15 MMC-nin 03 avqust 2017-ci il tarixli, 28 saylı əmrinin təsdiq olunmuş surəti, Şahid2 məxsus 4384003AACCG nömrəli göndərişin (forma 088) surəti, Sumqayıt şəhər 2 saylı xəstəxananın 01 mart 2011-ci il tarixli stasionar xəstənin 329 nömrəli tibbi kartasından çıxarışın surəti, X22 Xəstəxanasının 16 aprel 2011-ci il tarixli 722/146 saylı xəstəlik tarixindən çıxarışın surəti, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 30 yanvar 2017-ci il tarixli, 1068 nömrəli epikrizin surəti, X22 Xəstəxanasının 26 avqust 2017-ci il tarixli 1124/123 saylı xəstəlik tarixindən çıxarışın surəti, Akademik C.Abdullayev adına X1 Konsultativ-poliklinika şöbəsinin 29 noyabr 2017ci il tarixli rəyinin surəti və Şahid2 aid ambulator xəstənin tibbi kartası cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 13.476,92 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməlidir, Təqsirləndirilən şəxs adından əri X11 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına köçürülmüş 13.476,92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il qərarla müstəntiq ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs adından sonuncunun əri X11 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 13.476,92 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməklə dövlət nəfinə keçirilməsini qərara alınmış və qərarın icrasını Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi və Maddi-texniki təminat şöbəsinin Maliyyə Sektoruna həvalə etmişdir. Məhkəmə qeyd edir ki, müstəntiq Təqsirləndirilən şəxs adından sonuncunun əri X11 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 13.476,92 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Dövlət Sosial X6 1.1-ci bəndinə görə Fond - məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.6-cı bəndinə görə Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, loqotipi (emblemi), üzərində Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Nizamnamənin 5.3-cü bəndinə gör Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin əmək pensiyalarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün ayrılan büdcə vəsaitindən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daxil olan məcburi dövlət sosial sığorta vəsaitindən, dövlət icbari şəxsi sığorta sahəsində Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən daxil olan dövlət icbari şəxsi sığorta vəsaitindən, maliyyə sanksiyalarından və faiz məbləğlərindən, fəaliyyətindən əldə olunmuş digər gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Nizamnamnin 5.5-ci bəndinə görə Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququ vardır. Nizamnamənin 5.6-cı bəndinə görə Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə, müvafiq olaraq, dövlət büdcəsinə və ya yerli büdcəyə köçürülə bilər. Nizamnamənin 5.7-ci bəndinə görə Fondun gəlir və xərcləri üzrə əməliyyatlar (saxlanma xərcləri və dövlət icbari şəxsi sığortası vəsaitləri istisna olmaqla) xəzinə hesabı vasitəsilə həyata keçirilir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi müstəntiq Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına köçürməkdə haqlı olmamış, publik hüquqi şəxsə məxsus əmlak üzərində səalahiyyətinə aid olmayan sərəncam vermişdir. Odur ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 13.476,92 (on üç min dörd yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməli, Təqsirləndirilən şəxs adından əri X11 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına müstəntiqin səhvi nəticəsində köçürülmüş 13.476,92 (on üç min dörd yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Həmçinin mülki iddianın icrası 13476,92 (on üç min dörd yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs geri qaytarılması ilə eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016-28 dekabr 2017-ci illərə aid qeyd edilən 2 saylı Bakı X15 MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 78-ci səhifəsinin təsdiq edilmiş surəti, Şahid2 sosial arayışı, 2 saylı Bakı X15 MMC-nin 03 avqust 2017-ci il tarixli, 28 saylı əmrinin təsdiq olunmuş surəti, Şahid2 məxsus 4384003AACCG nömrəli göndərişin (forma 088) surəti, Sumqayıt şəhər 2 saylı xəstəxananın 01 mart 2011-ci il tarixli stasionar xəstənin 329 nömrəli tibbi kartasından çıxarışın surəti, X22 Xəstəxanasının 16 aprel 2011-ci il tarixli 722/146 saylı xəstəlik tarixindən çıxarışın surəti, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 30 yanvar 2017-ci il tarixli, 1068 nömrəli epikrizin surəti, X22 Xəstəxanasının 26 avqust 2017-ci il tarixli 1124/123 saylı xəstəlik tarixindən çıxarışın surəti, Akademik C.Abdullayev adına X1 Konsultativ-poliklinika şöbəsinin 29 noyabr 2017ci il tarixli rəyinin surəti və Şahid2 aid ambulator xəstənin tibbi kartası cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 13.476,92 (on üç min dörd yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilsin. Təqsirləndirilən şəxs adından əri X11 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına köçürülmüş 13.476,92 (on üç min dörd yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs geri qaytarılsın. Mülki iddianın icrası 13476,92 (on üç min dörd yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs geri qaytarılması ilə eyni vaxtda icra edilsin. İş üzrə ekspertiza xərci yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar