Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-468/2024 04.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi Nümayəndə2, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.4 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə, saat 03 radələrində sərxoş vəziyyətdə usta köməkçisi işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni sahə adlanan ərazidə yerləşən avtomobil təmiri sexində "xxxx" MMC-in mülkiyətində olmaqla lizinq müqaviləsi əsasında aylıq ödənişlər etməklə xx.xx.2023-cü il tarixli 281/A.T-OUT nömrəli etibarnamə əsasında müvəqqəti idarə etmək hüququ verilən Zərərçəkmiş şəxs3 və onun oğlu Zərərçəkmiş şəxs2 tərəfindən təmir üçün saxladıqları “X12 minik” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə avtomobilin açarlarını götürməklə mühərriki işə salıb həmin vaxt orada olan qohumluq münasibətlərində olduğu cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 onunla birlikdə avtomobildə sərnişin qismində getməsini xahiş edib buna nail olduqdan sonra, avtomobili idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyib sərxoş halda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili Bakı-Sumqayıt şossesində yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 130 km/saat sürətlə idarə edərək həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu qaydalara riayət etməmiş, Bakı- Sumqayıt şossesindən Biləcəri qəsəbəsi istiqamətinə köməkçi yola daxil olub qarşısında hərəkətdə olan Şahid2 idarə etdiyi “BMW 328” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşduqdan sonra idarəetməni itirib hasara vuraraq yararsız hala salmış, nəticədə ehtiyyatsızlıqdan “BMW 328” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 başın tüklü hissəsində ənsə nahiyəsinin mərkəzinə yaxın sağ yarısının cərrahi tikişli əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirməsinə, idarə etdiyi avtomobildə olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağ mil sinirinin postravmatik nevriti ilə müşayiət olunan sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə 15775 (on beş min yeddi yüz yetmiş beş) manat məbləğində xeyli miqdarda maddi ziyan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 isə uzun müddət avtomobildən istifadə etmək hüququndan məhrum olmasına səbəb olan ziyan vurmaqla avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.4 və 263-1.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayında Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən avtomobil təmiri sexində motorist işləyən Dəyanət adlı ustanın yanında təcrübəçi kimi işə başlamışdır. 20 iyul 2023-cü il tarixdə saat 17:00 sadələrində sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxs özünə məxsus olan «X12» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıq səbəbindən avtomobil təmiri sexinə gətirmiş və usta Dəyanətə avtomobildə olan nasazlıq barədə məlumat vermişdir. X9 bildirmişdir ki, gərək avtomobil 1 gün burada qalsın ki, səhər tezdən onu düzəltsin. Rasim də razılaşmış və avtomobili sexdə qoyub açarını da usta Dəyanətə verib getmişdir. 20 iyul 2023-cü il tarixdə saat 23 radələrində yeznəsi Zərərçəkmiş şəxs1la birlikdə kafelərin birində əyləşib pivə içmişlər. 21 iyul 2023-cü il tarixdə saat təxminən 00:30 radələrində müştərinin usta Dəyanətə təmir üçün təhvil verdiyi «X12» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün götürməyə qərar vermişdir. Yalandan Turala demişdir ki, usta tapşırıb ki, sexdə olan avtomobili idarə et, mühərrikdə nəsə problem varsa müəyyən et. Kafe sexin yanında olduğundan kafedən çıxmış və özündə olan açarla sexi açmışdır. Tural ona demişdir ki, avtomobili yerindən tərpətmə, axı sənin sürücülük vəsiqən yoxdur, bundan başqa, sən sərxoş vəziyyətdəsən. O Turala demişdir ki, narahat olma, çox da uzağa getməyəcəyəm, ara yolla idarə edib sexə qayıdacağam. Tural razılaşmış və könülsüz haldu avtomobilə əyələşmişdir. Bundan sonra o avtomobillə Bakı-Sumqayıt şossesi ilə yüksək sürətlə, yəni təxminən 120-130 km/saat sürətlə hərəkət etmiş, təxminən 30-35 dəqiqə həmin avtomobillə hərəkət etmişlər. Onun bu cür avtomobili idarə etməyi Turalı qorxudurmuş, dələlərlə Tural ona demişdir ki, avtomobili saxla, lakin o avtomobili saxlamamışdır. xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində o avtomobillə Bakı-Sumqayıt şossesi ilə təxminən 120-130 km/saat sürətlə hərəkətdə olarkən Biləcəri istiqamətində olan köməkçi yola keçmək istəyən zaman, qarşısında hərəkət edən “BMW” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra hər iki avtomobil müxtəlif tərəflərə getmiş və yolun kənarında dayanmışdır. O və Tural avtomobildən düşmüşlər. Sanki həmin an ayılmışdır. Turalın sağ qolu sallanmışdır, ona demişdir ki, qolu sınıb. Sonra Tural “BMW” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Geri qayıtdıqda Tural demişdir ki, həmin avtomobildə 2 oğlan var, onların ciddi xəsarətləri yoxdur. Sonra həmin iki oğlan avtomobildən düşmüşlər. Bu vaxt Tural ona demişdir ki, qolu sınıb, getdikdə ağrısı artır. O yerdə uzanmış və demişdir ki, dalağı, qabırğaları ağrayır, təcili xəstəxanaya gedək. Bundan sonra o və Tural “X12” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili orada saxlayıb dövlət qeydiyyat nişanına fikir vermədiyi “Prius” markalı avtomobil ilə 1 saylı Kliniki-Tibbi Mərkəzə getmişlər. Orada onlara tibbi yardım göstərmişlər. Bir neçə dəqiqə sonra toqquşduqları “BMW” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişini də TTYM ilə xəstəxanaya gətirilmişlər. Sonradan xəstəxanaya avtomobili sexə verən şəxs də gəlmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynıdır. xx.xx.2023-cü ildə təxminən gecə saat 01 radələrində Ruhan ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən kafedə yeyib içmişlər. Təxminən 40 dəqiqə sonra kafedən çıxandan sonra Ruhan küçədə kafenin yaxınlığında saxladığı “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Həmin avtomobili sonradan adının Zərərçəkmiş şəxs2 bildiyi şəxs Dəyanət ustaya vermiş, Ruhan da Dəyanət adlı şəxsin xəbəri olmadan avtomobilin açarını götürmüşdür. O, Ruhaııa avtomobili sexə aparmasını söyləmiş, Ruhan da ona əyləşməsini onsuz da avtomobili avtotəmir sexinə apardığını demişdir. O,da Ruhana inanaraq avtomobilə əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili 130 km/saat sürətlə Bakı-Sumqayıt yolunda idarə edib Biləcəri istiqamətində olan köməkçi yola keçmək istəyən zaman, qarşılarında hərəkət edən “BMW” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə, daha sonra isə avtomobil hasara dəymişdir. O, avtomobildən yerə düşərək “BMW” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq orada olan 2 nəfər şəxsdən onların sağ-salamat olduqlarını öryəndikdən sonra, yoldan keçən avtomobilə əl etmiş, o və Ruhan həmin avtomobilə əyləşərək xəstəxanaya getmişlər. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında lizinq şərtləri ilə «Hyundai SantaFe» markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Avtomobilə görə 7000 manat ilkin ödəniş etmiş, “TBC Kredit“ BOKT ilə övladı Zərərçəkmiş şəxs2 lizinq müqaviləsi bağlamış və aylıq 792 manat olmaqla, 24 ay pul ödəməli olmuşdur. Sonda avtomobil onun, yaxud övladı Nurlanın mülkiyyətinə keçməli imiş. Müqavilə bağladıqdan sonra xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün “TBC Kredit“ BOKT tərəfindən ona və övladı Nurlana etibarnamə verilmişdir. 2023-cü ilin may və iyun aylarında avtomobilin 792 manat aylıq ödənişlərini oğlu Nurlanla bərabər etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində avtomobildə yaranmış nasazlıq səbəbindən «Hyundai SantaFe» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləcəri qəsəbəsində yerləşən tanıdığı avtomobil ustası Şahid1 məxsus təmir sexinə aparmış və ustaya avtomobildə olan nasazlıq barədə məlumat vermişdir. Dəyanət bildirmişdir ki, gərək avtomobil 1 gün burada qalsın ki, səhər tezdən onu düzəltsin. O, da razılaşmış və avtomobili orada qoyub açarını da Dəyanətə verib getmişdir. xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində polis əməkdaşı ona zəng edib idarə etdiyi «Hyundai SantaFe» markalı,**-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə törətdiyini, sürücünün hadisə yerində olmadığını bildirmişdir. Bundan sonra o, usta Dəyanətə zəng etmiş və avtomobil barədə maraqlanmışdır. Dəyanət demişdir ki, avtomobil sexin qarşısında olmalıdır. O, Dəyanətə polis əməkdaşının ona avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat verdiyini demişdir. Dəyanət 5 dəqiqə sonra yenidən ona zəng etmiş və bildirmişdir ki, məsələni aydınlaşdırıb, onun yanında köməkçi işləyən Ruhan adlı şəxs gecə sexə gələrək avtomobilin açarını icazəsiz seyfdən götürmüş və sonra da avtomobili icazəsiz oradan götürüb getmişdir. Bundan sonra o, hadisə yerinə getmiş və görmüşdür ki, avtomobilə ciddi ziyan dəyib. Hadisədən sonra “Atəşgah Sığorta” tərəfindən avtomobilə dəyən zərərin qiymətləndirilməsi üçün avtomobil servisə göndərilmiş və həmin servis zərəri 15775 manat olaraq qiymətləndirmişdir. O, həmin qiymətləndirmə ilə razıdır, avtomobilə dəyən zərər 15775 manatdır. Ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir və onun ciddi şəkildə cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 digər Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermiş, ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun ciddi şəkildə cəzalandırılmasını tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC in nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında lizinq şərtləri ilə “X12” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 7000 manat ilkin ödəniş etməklə 24 ay 792 manat olmaqla "xxxx" ilə Zərərçəkmiş şəxs2 lizinq müqaviləsi bağlanılmış və sonda avmomobıl Zərərçəkmiş şəxs3 və yaxud Zərərçəkmiş şəxs2 mülkiyyətinə keçməli imiş. Müqavilə bağladıqdan sonra 17 avqust 2023-cü il tarixədək nəqliyyat vasitəsinin idarə etmək üçün “TBC Kredit” BOKT tərəfindən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 etibarnamə verilmişdir. 2023-cü ilin may və iyun aylarında avtomobilin 792 manat aylıq ödənişlərini edilmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 MMC-yə müraciət edərək ona lizinq şərtləri ilə verilmiş Hyundai SantaFe markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir sexindən həmin sexdə usta köməkçisi işləyən X7 tərəfindən qaçırılaraq yol-nəqliyyat hadisəsi törərməsi barədə məlumat vermişdir. Hadisə nəticəsində "xxxx" MMC-yə 15.776 manat maddi zərər dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləcəri qəsəbəsində yerləşən avtomobillərin təmiri sexində motorist işləyir. Təxminən hadisədən iki gün əvvəl Təqsirləndirilən şəxs sınaq müddəti ilə onun yanında köməkçi kimi işləməyə başlamışdır. 20 iyul 2023-cü il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs3 özünə məxsus olan «Hyundai SantaFe» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıq səbəbindən Biləcəri qəsəbəsində yerləşən avtomobil təmiri sexinə gətirmiş və ona avtomobildə olan ansazlıq barədə məlumat vermişdir. O, Rasimə bildirmişdir ki, gərək avtomobil 1 gün burada qalsın ki, səhər tezdən onu düzəltsin. Rasim də razılaşmış və avtomobili sexdə qoyub açarını da ona verib getmişdir. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 ona zəng edib Hyundai SantaFe markalı,**-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoi-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, Rasimə avtomobilin sexin qarşısında olduğunu demişdir. Rasim ona polis əməkdaşının ona avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat verdiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, yanında köməkçi işləyən Ruhan adlı şəxs gecə sexə gələrək avtomobilin açarını seyfdən götürmüş və sonra da avtomobili icazəsiz oradan götürüb getmişdir. Bundan sonra o, hadisə yerinə getmiş və görmüşdür ki, avtomobilə ciddi ziyan dəyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «BMW 328» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində dostu Samurayla görüşmüş və Xətai metrostansiyasının yaxınlığında birlikdə çay içib söhbət etmişlər. 21 iyul 2023-cü il tarixdə saat 02:00 radələrində birlikdə həmin yerdən çıxıb və evə getmişlər. Samuray da, onun kimi Biləcəri qəsəbəsində yaşayır. Saat 02:45-də idarə etdiyi avtomobil ilə Sumqayıt şossesi ilə hərəkətdə olarkən digər köməkçi yola daxil olmaq üçün sürəti azaltmış və təxminən 5-10 km/sürətlə hərəkətini sağ tərəfə meyilli davam etdirən zaman gözlənilmədən arxa tərəfdən bir avtomobil çox yüksək sürətlə onun avtomobili ilə toqquşmuşdur. Toqquşmanın gücündən hiss olunmuşdur ki, həmin avtomobil çox sürətlə hərəkət etmişdir. Toqquşmadan sonra onun avtomobili 2-3 dəfə yerində fırlanmış və sonradan o, huşunu itirmişdir. Daha sonra eşitmişdir ki, dostu Samuray onun adını səsləyir, lakin reaksiya verə bilməmişdir. Təxminən 4-5 dəqiqə sonra özünə gəlmiş və onu ətrafda olan tanımadığı şəxslər avtomobildən çıxarıb yolun kənarında bardürün üzərində otuzdurmuşlar. Bu vaxt görmüşdür ki, dostu Samuray da onun yanındadır, hasarın yanında isə “X12” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Başa düşmüdür ki, onun avtomobili ilə toqquşan avtomobil odur. Lakin həmin avtomobilin sürücüsü orada olmamışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəlmiş və onu, eləcə də dostu Samurayı ayrı-ayrı avtomobillərdə 1 saylı X8 aparmışlar. Orada ona tibbi yardım göstərən zaman tanımadığı iki nəfər şəxs də olmuş və ona məlum olmuşdur ki, onlardan biri onun avtomobili ilə toqquşan “X12” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, digəri isə həmin avtomobildə olan sərnişindir. Lakin o, hadisə barədə onlara heç nə deməmişdir. Tibbi yardım alıb xəstəxanadan çölə çıxan zaman qapıda Nurlan adlı şəxs olmuş və ona bildirmişdir ki, “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili ustaya qoymuş və hadisəni törədən şəxs həmin sexdə işləyir, avtomobili icazəsiz götürüb idarə edərək hadisə törətmişdir. Hadisə nəticəsində aldığı xəsarətin dərəcəsi yüngül olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadələr verərək, Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisindən keçən köməkçi yolda baş vermişdir (cild 1, i.v 8-13). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:03-də Təqsirləndirilən şəxs sexin içərisindən «X12» markalı avtomobilə məxsus açarı götürərək cibinə qoyur, xx.xx.2023-cü il tarixdə saat 02:30-da qeydə alınmış kadrda isə Təqsirləndirilən şəxs “X11» markalı avtomobilə əyləşməsi, sürətlə yola daxıl olması görünür (cild 1, i.v 90). xx.xx.2023-cü il tarixli Qüsur Aktından görünür ki, «X12» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin həcmi 15775 manatdır (cild 1, i.v 38). Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 3-16- 16/2-8/2492 nömrəli rəyindən görünür ki, «X12» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılmasa qadağan yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 130 km/saat sürətlə idarə eldiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, i.v 55-58). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 97-98). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 129-131). Məhkəmə-tibbi ekspertizasının 67/1385 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarət sağ mil sinirinin postravmatik nevriti ilə müşayiət olunan sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün X8 müraciət etdiyi 21 iyul 2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il taridə sərnişin olduğu minik avtomaşınının digər minik avtomaşısı ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər (cild 1, i.v 142-145). Azərbaycan Respublikası DİN-in BDYPİ-in Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu ildə Qobustan rayonunda doğulmuş Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir (cild 1, i.v 170). Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 185.2.4 və 263-1.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 190-192). Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “X12” minik markalı **-AD-*** dövlət qeydiyyat nişanlı və “BMW 328” minik markalı **-XR- *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmış, bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 187-188). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.4 və 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 185.2.4 və 263-1.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v 94). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la razılıq əldə etməsini) Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 185.2.4 və 263-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək qəti cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 45-ci maddəsində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilmə növündə əlavə cəza tətbiq edilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış X12” minik markalı **-AD-*** dövlət qeydiyyat nişanlı və “BMW 328” minik markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, bir ədəd dvd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 135 (yüz otuz beş) manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi X4 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 263- 1.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – “X12” minik markalı **-AD-*** dövlət qeydiyyat nişanlı və “BMW 328” minik markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Bir ədəd dvd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 135 (yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X5, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-468/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-468/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver