Məhkəmə qərarları › İş №1(001)-47/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-47/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-47/2023 18.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, 3-cü dərəcəli əlilliyi olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.1, 221.2.2 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, 31 may 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən ictimai yer hesab edilən “Zirvə” şadlıq sarayında Təqsirləndirilən şəxs2 ilə iş yoldaşları Şahid14 oğlunun “kiçik toy” məclisində iştirak edib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən məclisdə səsləndirilən musiqinin dəyişdirilməsinə etiraz əlaməti olaraq və bunu bəhanə edib heç bir əsaslı səbəb olmadan, öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş əxlaq normalarına etinasızlıq göstərməklə birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə toy məclisində iştirak edən çoxsaylı insanların istirahətini pozduğuna, bununla bağlı ona edilən iradlara əhəmiyyət verməyərək nalayiq söyüşlər və qeyri-etik ifadələr işlətdiyinə görə toy sahibi Şahid14 tərəfindən zaldan foyeyə çıxarıldıqdan sonra ictimai qaydaların kobud surətdə pozulması ilə bağlı qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək foyedəki kreslonu vurub aşırmaqla oradakı insanların da rahatlığını pozduğu üçün Şahid14 tərəfindən sakitləşdirilərək şadlıq sarayından küçəyə çıxarıldıqdan sonra yaşadığı ünvana evlərinə yola salınarkən həmin məclisdə iştirak edən və orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxs2 həmin yerə yaxınlaşaraq evə yola salınmasına etirazını bildirməklə onu müdafiə etdiyini görüb, bundan daha da ürəklənib Təqsirləndirilən şəxs2lə birlikdə bir qrup şəxs halında sarayın qarşısında toplaşan çoxsaylı insanlara və onların iradlarına əhəmiyyət vermədən, onlara irad tutan şəxslərin ünvanına, eləcə də ünvansız nalayiq söyüşlər işlətməklə təxminən 30 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etdiklərinə görə toy məclisinin keçirildiyi şadlıq sarayının inzibatçısı Şahid12 tərəfindən həmin ərazidə xidmətdə olan Azərbaycan Respublikası DİN-nin X10 Alayının əməkdaşlarına hadisə barədə mobil telefon vasitəsilə verilmiş məlumat əsasında xidmətdə olan X11 2-ci patrul bölüyünün polis nəfərləri, polis serjantı Zərərçəkmiş şəxs1, polis serjantı Zərərçəkmiş şəxs2, polis serjantı Zərərçəkmiş şəxs3 ictimai qaydanın qorunması sahəsində üzərilərinə qoyulmuş xidməti vəzifələrinin icrası ilə bağlı hadisə yerinə gəlib xuliqanlıq hərəkətlərinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nizam intizama dəvət etmiş, lakin onlar ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşlarının ictimai qaydanı pozmamağı tələb etməsinə məhəl qoymayıb qanuni göstərişlərini icra etməmiş, polis əməkdaşlarının ünvanına da təhqiramiz ifadələr işlədərək, onlara qarşı zor tətbiq edəcəyi ilə hədələmiş, polis əməkdaşları tərəfindən onlar sakitləşdirilərək evlərinə yola salınması üçün taksi təşkil edilməsini də təklif etdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı acıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərini dayandırıb bir müddət sakitləşsələr də, lakin sonradan heç bir əsaslı səbəb olmadan evə getməkdən imtina edərək yenidən ünvansız naliyiq ifadələr işlədərək insanları narahat etdiklərinə görə qanunamüvafiq tədbir görülməsindən ötrü Binəqədi RPİ-nin 5-ci polis bölməsinə getmək üçün xidməti avtomobilə əyləşməyi onlara təklif edən Azərbaycan Respublikasının X10 Alayının 2-ci patrul bölüyünün polis nəfərlərinin qanuni tələblərinə tabe olmayaraq Ramzi Bağırov xidməti avtomobilin arxa giriş qapısının kənarlarına ayaqlarının hər ikisini dayamaqla əyləşməkdən imtina etmiş, hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı zor tətbiq etməklə müqavimət göstərərək polis nəfəri Zərərçəkmiş şəxs1 sol qoluna sağ yumruğu ilə zərbə vurub ona dərəcəsi təyin edilmədiyinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 xidməti geyiminin sol qolunda olan şevronu sağ əli ilə qəsdən dartıb qoparmış, avtomaşına əyləşdirildikdən sonra da avtomaşının oturacaqlarına və polis əməkdaşlarına ayaq zərbələri ataraq onlara qarşı müqavimət göstərməkdə davam etmiş, daha sonra polis əməkdaşı Zərərçəkmiş şəxs2 sağ mil-bilək oynağı nahiyəsinə yumruq, sol said nahiyəsinə təpik zərbələri vuraraq, həm ümumilikdə, həm ayrı-ayrılıqda dərəcəsi təyin edilmədiyinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir.

2. Təqsirləndirilən şəxs2 xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, 31 may 2022-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən ictimai yer hesab edilən “Zirvə” şadlıq sarayında Təqsirləndirilən şəxs1 ilə iş yoldaşları Şahid14 oğlunun “kiçik toy” məclisində iştirak edib, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən həmin məclisdə iştirak edən, spirtli içki qəbul edib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan iş yoldaşı Təqsirləndirilən şəxs1 şadlıq sarayının məclis zalında səsləndirilən musiqinin dəyişdirilərək başqa musiqi ilə əvəz edilməsinə etiraz olaraq və bunu bəhanə edib heç bir əsaslı səbəb olmadan sonuncunun törətdiyi xuliqanlıq hərəkətlərinə qoşularaq “Zirvə” şadlıq sarayın qarşısında öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş əxlaq normalarına etinasızlıq göstərməklə birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında orada toplaşan çoxsaylı insanlara və onların iradlarına əhəmiyyət vermədən, onlara irad tutan şəxslərin ünvanına, eləcə də ünvansız nalayiq söyüşlər işlətməklə təxminən 30 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etdiklərinə görə şadlıq sarayının inzibatçısı Şahid12 tərəfindən həmin ərazidə xidmətdə olan Azərbaycan Respublikası DİN-nin X10 Alayının əməkdaşlarına hadisə barədə mobil telefon vasitəsilə verilmiş məlumat əsasında xidmətdə olan X11 2-ci patrul bölüyünün polis nəfərləri, polis serjantı Zərərçəkmiş şəxs1, polis serjantı Zərərçəkmiş şəxs2, polis serjantı Zərərçəkmiş şəxs3 ictimai qaydanın qorunması sahəsində üzərilərinə qoyulmuş xidməti vəzifələrinin icrası ilə bağlı hadisə yerinə gəlib xuliqanlıq hərəkətlərinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nizam intizama dəvət etmiş, lakin onlar ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşlarının ictimai qaydanı pozmamağı tələb etməsinə məhəl qoymayıb qanuni göstərişlərini icra etməmiş, polis əməkdaşlarının ünvanına da təhqiramiz ifadələr işlədərək, onlara qarşı zor tətbiq edəcəyi ilə hədələmiş, polis əməkdaşları tərəfindən onlar sakitləşdirilərək evlərinə yola salınması üçün taksi təşkil edilməsini də təklif etdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı acıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərini dayandırıb bir müddət sakitləşsələr də, lakin sonradan heç bir əsaslı səbəb olmadan evə getməkdən imtina edərək yenidən ünvansız naliyiq ifadələr işlədərək insanları narahat etdiklərinə görə qanunamüvafiq tədbir görülməsindən ötrü Binəqədi RPİ-nin 5-ci polis bölməsinə getmək üçün xidməti avtomobilə əyləşməyi onlara təklif edən Azərbaycan Respublikasının X10 Alayının 2-ci patrul bölüyünün polis nəfərlərinin qanuni tələblərinə tabe olmayaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-nin 5-ci PB-nə aparılmasına mane olmaq məqsədilə Azərbaycan Respublikasının X10 Alayının 2-ci patrul bölüyünün polis nəfərlərinin xidməti formalarından tutub dartmaqla hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə fəal müqavimət göstərmiş, daha sonra o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xidməti avtomobilin arxa giriş qapısının kənarlarına ayaqlarının hər ikisini dayamaqla avtomobilə əyləşməkdən imtina edərək avtomaşına əyləşdirildikdən sonra da avtomaşının oturacaqlarına və polis əməkdaşlarına ayaq zərbələri atmaqla onlara qarşı müqavimət göstərməkdə davam etmiş, bundan başqa avtomobilə əyləşdirilən zaman qəsdən dirsəyi ilə Zərərçəkmiş şəxs1 burun nahiyəsinə bir dəfə zərbə vuraraq dərəcəsi təyin edilmədiyinə görə sağlamlığa zərərvurmayan xəsarət yetirərək hakimiyyət nümayəndələrinə xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 “Türkeş” mebel fabrikində işlədiyi zaman tanımış, lakin aralarında hər hansı səmimi münasibət olmamışdır. 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Zirvə” şadlıq sarayında əvvəllər iş yoldaşı olduğu Əmirin oğlunun kiçik toy məclisində iştirak etmiş, məclisdə Təqsirləndirilən şəxs2 da iştirak etmiş, onlar fərqli masalarda əyləşmişlər. Məclis vaxtı çoxlu miqdarda spirtli içki qəbul etmişdir. Məclisin sonlarına yaxın səsləndirilən musiqidən xoşu gəldiyi üçün sevincli şəkildə rəqs edirmiş, lakin həmin musiqi yarımçıq saxlanılıb, yeni musiqi səsləndirilməyə başlayan zaman, o, əsəbiləşərək, ünvansız nalayiq ifadələr səsləndirməyə, onu sakitləşdirməyə çalışan şəxsləri əli ilə itələməyə başlamışdır. Saat 23 radələrində özüözünə deyinə-deyinə məclis zalından foyeyə doğru getmiş, foyedə dayandığı zaman deyinməyə davam etdiyindən toy sahibi Əmir onun yanına gələrək “çıx rədd ol get, qanqaraçılıq yaratma” deyə bildirmişdir. Sərxoş olduğundan Əmirə “mənə niyə belə deyirsən, get başqalarına de” deyə bildirərək ağlamağa başlamış və foyedə olan kreslolardan birini əli ilə aşırmışdır. Bundan sonra Əmir qolundan tutaraq onu şadlıq sarayından çölə çıxarmışdır. Bundan sonra ətrafdakılar onu sakitləşdirmək məqsədilə kənara çəksələr də, o, nalayiq ifadələr sələndirməkdə və ətrafdakılarla mübahisə etməyə davam etmişdir. Həmin vaxt Ruslan onun yanına gələrək köməklik məqsədilə evə getməsini bildirmişdir. O da içkili olduğundan mübahisə etməyə davam etmiş, lakin həmin mübahisə dava-dalaş xarakterli olmamışdır. Ruslan da onun yanına gəldikdən sonra konkret kiməsə ünvanlamadan nalayiq ifadələr səsləndirməyə başlamışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları özlərini təqdim edərək onu intizamlı olmağa dəvət etməklə sakitləşmələrini bildirsələr də, o, aqressiv hərəkətlərlə cibindən bir manat pul çıxarıb “buna görə gəlmisiniz, çıxın gedin” deyərək pulu polis əməkdaşlarına doğru uzatmışdır. O, içkili olduğundan polisləri ələ salmağa çalışmış, əsassız gəldikləri demək istəmiş, pul vermək niyyəti olmamışdır. Ruslan da polis əməkdaşlarına yaxınlaşıb onu özünün evə yola salacağını bildirmişdir. Polis əməkdaşları hər ikisini intizamlı olmağa dəvət etsələr də, onlar polisin qanuni tələbinə tabe olmamışlar. Daha sonra polis əməkdaşları ətrafdakılara səslənib onları evə yola salmalarını bildirmişlər. Hətta polis əməkdaşları özləri hər ikisindən ev ünvanlarını soruşub onları taksi ilə yola salmaq istəsələr də, onlar evlərinin ünvanını deməmişlər. Polislərin qanuni tələblərindən sonra hər ikisi bir müddət sakitləşib, öz qanunsuz hərəkətlərini sonlandırmışlar. Hətta həmin vaxt ətrafda olan şəxslərdən bəziləri onların sakitləşdiyini görüb çıxıb getmişlər. Lakin bir qədər sonra yenidən əsəbindən ünvansız nalayiq ifadələr səsləndirməyə başlamışdır. Nalayiq ifadələr səsləndirməyə davam etdiyindən polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. Lakin o, polislərin qanuni göstərişlərinə tabe olmayaraq müqavimət göstərməyə başlamış, polis əməkdaşlarının qolundan tutub dartışdırıb-itələmiş, hətta polis əməkdaşlarından birinin qoluna zərbə vuraraq, qolundakı şevronunu da qoparmışdır. Polis əməkdaşları onu polis avtomobilinin arxa oturacaqlarına əyləşdirmək istəyən zaman polis əməkdaşlarına təpik zərbələri ataraq zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmin vaxt sonradan adının Elnay olduğunu bildiyi polis əməkdaşının qoluna təpiklə zərbə vuraraq onu buraxmalarını bildirmişdir. Həmin vaxt Ruslan da polis əməkdaşlarının qolundan tutub çəkərək onu avtomobilə mindirmələrinə mane olmağa çalışmışdır. Polis əməkdaşları onu avtomobilə əyləşdirmək istəyən zaman sonradan adının Bahadur olduğunu bildiyi polis əməkdaşına da yumruq zərbəsi atsa da, sonuncu həmin zərbədən yayınmışdır. Polis əməkdaşları onu avtomobilə əyləşdirdikdən sonra Ruslana da polis avtomobilinə əyləşməsini bildirmişlər, lakin sonuncu da polislərin qanuni tələbinə tabe olmayaraq zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, polis əməkdaşları Ruslanı avtomobilə əyləşdirmək istəyən zaman, sonuncu ayağı ilə ətrafa zərbələr atmış, yerə yıxılıb ayağını avtomobilin arxasına dirəməklə avtomobilə minməməyə çalışmışdır. Polis əməkdaşları Ruslanı polis avtomobilinin yan siyirməli qapısından avtomobilə mindirməyə nail olmuşlar. Həmin vaxt iki polis əməkdaşı Ruslanı yan siyirməli qapıdan əyləşdirmək istəyirmiş, Bahadur isə avtomobilin sürücü oturacağında əyləşərək digər polislərə kömək məqsədilə Ruslanı avtomobilin içərisinə doğru çəkmişdir. Ruslan yenə də zor tətbiq etməklə müqavimət göstərərək dirsəyi ilə Bahadurun burnuna vurmuşdur. Polis avtomobili ilə polis bölməsinə gedərkən yolboyu hər ikisi avtomobilin qabaq oturacaqlarını təpikləmişlər. Bundan sonra polis əməkdaşları onları Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə aparmış, həmçinin onları sərxoşluq müayinəsindən keçirmişlər. Polis bölməsində olduqları vaxt onlar səs-küy salmışlar ki, onları buraxsınlar. Bölmədə olan zaman onlar heç bir polis əməkdaşını vurmamışlar, onlara zor tətbiq etməmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, əvvəllər “Türkeş” mebel fabrikində mebel ustası kimi işləmiş, sonradan daha sərfəli iş tapdığından oradan ayrılmışdır. Təqsirləndirilən şəxs1 həmin fabrikdə işlədiyi zaman aradabir bəzi işlərə kömək etmək üçün fabrikə gəlib getmişdir. Ramizi həmin vaxtlarda tanısa da, sonuncu ilə hər hansı formada münasibəti olmamışdır. 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Zirvə” şadlıq sarayında iş yoldaşı Əmirin oğlunun kiçik toy məclisində iştirak etmiş, məclisdə Ramiz də iştirak etmişdir. Onlar fərqli masalarda əyləşmişlər. Məclis vaxtı o, çoxlu miqdarda spirtli içki qəbul etmiş, saat 23 radələrində evə getmək üçün şadlıq sarayından çıxdıqda şadlıq sarayının qarşısında bir neçə nəfər şəxsin nalayiq ifadələr işlətdiyinə görə Ramizi sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Ramiz nalayiq ifadələri konkret olaraq kiməsə ünvanlamamışdır. Əmir Ramizə çıxıb getməsini bildirsə də, Ramiz sakitləşməmişdir. Həmin vaxt Əmir ərkyana Ramizin üzünə yumruqla vurmuşdur. Bir neçə nəfər şəxsin Ramizlə mübahisə etdiyini görüb onları sakitləşdirib dava-dalaş yaranmaması üçün çalışmış, Ramiz mübahisə etsə də, həmin mübahisə dava-dalaşa xarakteri daşımamış, yəni Ramiz kiməsə zor tətbiq etməmiş və ya zor tətbiq edəcəyi ilə hədələməmişdir. Həmin vaxt o da konkret olaraq kiməsə ünvanlamadan nalayiq ifadələr səsləndirmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Həmin vaxt o, şadlıq sarayının qarşısında bir neçə nəfər şəxslə, Ramiz isə “Azza” şirniyyat mağazasının qarşısında bir neçə nəfər şəxslə mübahisə edirmişlər, mübahisə dava-dalaş xarakteri daşımasa da, hər ikisi nalayiq ifadələrdən ifadələrdən istifadə edirmişlər. Polis əməkdaşları əvvəlcə Ramizə yaxınlaşıb intizamlı olmağa dəvət etmişlər. Ramiz polisin qanuni tələbinə tabe olmamış, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək, cibindən pul çıxarıb “buna görə gəlmisiz” deyə bildirməklə pulu polis əməkdaşlarına uzatmışdır. O, polis əməkdaşlarına yaxınlaşıb Ramizi özü evə yola salacağını bildirmişdir. Sərxoş olduğundan polis əməkdaşlarına yaxınlaşıb onların qolundan tutaraq Ramizi evə özünün aparacağını təkrar etmişdir. Polis əməkdaşları onu da intizamlı olmağa dəvət etmişlər. Daha sonra polis əməkdaşları ətrafdakılara səslənib onları evə yola salmalarını bildirmişlər. Hətta polis əməkdaşları özləri Ramizdən və ondan ev ünvanlarını soruşub onları taksi ilə yola salmaq istəmişlər, lakin onlar sərxoş olduqlarından yaşadıqları evin ünvanını deməmişlər. Ramiz həmin vaxt nalayiq ifadələr səsləndirməyə davam etdiyindən, polis əməkdaşları daha ağır nəticələr baş verə biləcəyi ehtimalına qarşı onu polis bölməsinə dəvət etmişlər. Lakin sonuncu polislərin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Ramiz polis əməkdaşlarının qolundan tutaraq dartmış, hətta polis əməkdaşlarından birinin formasının şevronunu da qoparmışdır. Daha sonra polis əməkdaşları Ramizi polis avtomobilinin arxa oturacaqlarına əyləşdirmək istədikləri zaman sonuncu polis əməkdaşlarına təpik zərbələri atmışdır. Həmin vaxt o da polis əməkdaşlarının qolundan tutub çəkərək Ramizi avtomobilə mindirmələrinə mane olmağa çalışmışdır. Polis əməkdaşları onu uzaqlaşdırmaq istəsələr də, sərxoş olduğundan yenə də polis əməkdaşlarına müqavimət göstərmişdir. Ramizi əyləşdirdikdən sonra polis əməkdaşları ona da polis avtomobilinə əyləşməsini demişlər, lakin o, polis bölməsinə getməyə qorxduğundan polislərin tələbinə tabe olmamışdır. Belə ki, polis əməkdaşları onu avtomobilə əyləşdirmək istəyən zaman, o, ayağı ilə ətrafa zərbələr atmağa başlamış, yerə yıxılıb ayağını avtomobilin arxasına dirəməklə avtomobilə əyləşmək istəməmişdir. Polis əməkdaşları onu polis avtomobilinin arxa siyirməli qapısından avtomobilə mindirməyə nail olmuşlar. Həmin vaxt iki polis əməkdaşı onu həmin qapıdan əyləşdirmək istəmişlər. Sonradan adının Bahadur olduğunu bildiyi polis əməkdaşı isə avtomobilin sürücü oturacağında əyləşərək digər polislərə kömək məqsədilə onu avtomobilin içərisinə doğru çəkirmiş, o, dirsəyi ilə Bahadurun burnuna vurmuş, lakin Bahaduru vurmaqda məqsədi ona zədə yetirmək olmamışdır, sadəcə olaraq polis əməkdaşları onu bölməyə aparmasınlar deyə əllərindən çıxmağa çalışmışdır. Bundan sonra polis əməkdaşları onları Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə aparmışlar, həmçinin onları sərxoşluq müayinəsindən keçirmişlər. Polis bölməsində olduqları zaman onlar səs-küy salsalar da, o hər hansı şəxsə zor tətbiq etməmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Azərbaycan Respublikası DİN-in X11 2-ci patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Xidmət etdiyi patrul bölüyünün dislokasiya ərazisi Binəqədi rayon polis idarəsinin 5-ci və 7-ci polis bölmələrinin ərazisidir. O, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin dislokasiya ərazisində xidmət edir. Vəzifəsi xidmət etdiyi ərazidə ictimai asayişin qorunmasından ibarətdir. 13 may 2022-ci il tarixdə “Kəpəz Hospital”da burnunda olan çəpər əyriliyi ilə bağlı cərrahi əməliyyat olunmuş, 28 may 2022-ci il tarixdə yenidən xidmətə qayıtmışdır, əməliyyat barədə iş yoldaşlarının da xəbəri olmuşdur. Burnu təzə əməliyyat olunduğundan onu kənar təsirlərdən qorumaq üçün xüsusilə səy göstərmişdir. 31 may 2022-ci il tarixdə növbədə olmuş, növbətçilik qrafikinə əsasən həmin gün saat 20:00-da növbəyə başlamışdır. Onlar növbədə üç nəfərdən ibarət ekipajla patrul fəaliyyəti aparmışlar. Həmin gün onunla birlikdə eyni bölükdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 də xidmətdə olmuşlar. Həmin gün saat 23 radələrində Binəqədi rayonu ərazisində “Elit” ticarət mərkəzinin qarşısında olduqları zaman Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 17/1 ünvanında yerləşən “Zirvə” şadlıq sarayının Faiq adlı adminstratoru Elnayın mobil telefonuna zəng edərək restoranda münaqişə olduğunu bildirməklə ora gəlmələrini xahiş etmişdir. Onlar münaqişə barədə rəhbərliyə məruzə etmişlər və çağırış üzrə hadisə yerinə getmişlər. Həmin ünvana çatdıqları zaman “Zirvə” şadlıq sarayının qarşısında insanların toplaşdığını və mübahisə etdiklərini, sonradan adının Ramiz olduğunu bildiyi şəxsin “Azza” şirniyyat mağazasının yanında olan bir neçə nəfər şəxslə, sonradan adının Ruslan olduğunu bildiyi şəxsin isə restoranın qarşısında başqa şəxslərlə mübahisə etdiyini görmüşdür. Onlar mübahisə edən şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, ictimai asayişi pozmamağa, intizamlı olmağa dəvət etmişlər. Təqsirləndirilən şəxs1 yaxınlaşdıqları vaxt, sonuncu onlara qarşı aqressiv hərəkətlər edərək ünvanlarına təhqiramiz ifadələr işlətmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs1 bir daha intizamlı olmağa dəvət etmişlər, lakin sonuncu sakitləşməyərək hərəkətlərini davam etdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 orada olan insanların gözü qarşısında nalayiq ifadələr səsləndirərək, onları kəllə ilə vurmaqla hədələmişdir. O, Təqsirləndirilən şəxs1 ona kəllə atmaq istədiyini hiss edib ondan uzaq dayanmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 hərəkətlərinin davamı olaraq cibindən bir manat pul çıxarıb “bunların da pulunu verəcəyik gedəcək” deyə bildirməklə pulu ona uzatmışdır. Təqsirləndirilən şəxs2 əvvəlcə nisbətən sakit hərəkətlər etsə də, sonradan onlara yaxınlaşaraq, aqressiv hərəkətlərlə, ünvansız nalayiq ifadələr səsləndirərək Ramizi özünün evə yola salacağını, onlara çıxıb getmələrini bildirmişdir. X9 yenə də intizamlı olmağa dəvət etmişlər, profilaktik söhbətlər apararaq onları sakitləşdirmişlər və hər iki şəxs öz qanunsuz hərəkətlərini sonlandırmışlar. Hətta Ramiz onlarla sağollaşaraq artıq hər hansı qanunsuzluq etməyəcəyini bildirmiş, Ruslan da Ramizin sakitləşdiyini görüb sakitləşərək kənara çəkilmiş, eyni zamanda ətrafdakı şəxslərdən də artıq hər hansı mübahisə olmadığını görüb gedənlər olmuşdur. Ramiz və Ruslanı sakitləşdirdikdən sonra yenidən mübahisə yarana biləcəyini ehtimal edib onları evlərinə yola salmaq istəmişlər, bu səbəbdən orada olan şəxslərə səslənərək qohumlarından kimsə varsa gəlib evlərinə aparmasını bildirmişdir. Ətrafdakı şəxslərdən heç kimin yaxınlaşmadığını görüb Ramiz və Ruslanı özü taksi ilə yola salmaq istəmiş, lakin sonunculardan ev ünvanlarını soruşsalar da, deməmişlər. Bir qədər sonra Ramiz ünvansız nalayiq ifadələr səsləndirməyə başlamışdır. Ətrafdakı şəxslərlə mübahisə yaranaraq daha ağır nəticələrə səbəb olmasının qarşısının alınması, həmçinin barəsində qanuni tədbir görülməsi üçün Təqsirləndirilən şəxs1 Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə dəvət edərək ondan xidməti avtomobilə əyləşməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs1 onların qanuni tələbinə tabe olmayaraq avtomobilə əyləşməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 qolundan tutaraq avtomobilə əyləşmək üçün gətirmək istədikləri vaxt sonuncu sağ əli ilə onun sol qoluna zərbə vuraraq, o cümlədən həmin əli ilə sol qolundakı şevronu qopararaq xidməti formasını zədələmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacaqlarına əyləşdirmək istəyəndə sonuncu ayağı ilə avtomobili təpikləmiş və ayağını avtomobilə dirəyib özünü yerə yıxaraq avtomobilə əyləşməmək üçün müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs1 onun və iş yoldaşlarının üzərinə təpik zərbələri atmaqla, qanuni tələblərinə tabe olmayaraq, onlara xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmin vaxt Ramiz Elnayın sol qoluna təpiklə, sağ qoluna isə yumruqla zərbə vurmuşdur. Ramizi avtomobilə əyləşdirmək istədikləri vaxt Ruslan gəlib onu və iş yoldaşlarını xidməti formalarından tutub dartışdıraraq, buna mane olmağa çalışmışdır. Onlar bir neçə dəfə Ruslana sakit olub, oradan uzaqlaşmasını bildirsələr də, sonuncu israrla fiziki müqavimət göstərməyə davam etmişdir. Ramizi avtomobilin yan oturacağından içəri əyləşdirməyə birtəhər nail olmuşlar. Həmin vaxt Ramiz ona sağ əli ilə yumruq zərbəsi atmış, lakin o, həmin zərbədən yayınmışdır. Bundan sonra Ruslanı da barəsində qanuni tədbir görülməsindən ötrü polis bölməsinə dəvət edərək, avtomobilə əyləşdirməyə cəhd etdikdə Ruslan ayağını avtomobilin arxa tərəfinə dirəyərək müqavimət göstərməyə, o cümlədən onların üzərinə təpik zərbələri atmağa başlamış, lakin onlar həmin zərbələrdən yayınmışlar. Həmin şəxsləri avtomobilə əyləşdirməyə çətinlik çəkdiklərindən avtomobildə olan radio-ötürücü vasitəsilə kömək çağırmışlar. Eynur və Elnay Ruslanı avtomobilin arxa siyirməli qapısından əyləşdirməyə çalışarkən, o, avtomobilin sürücü oturacağında dizi üstə dayanaraq kömək üçün əli ilə Ruslanı tutub içəri doğru çəkirmiş, həmin vaxt Ruslan “burax məni deyərək” qəsdən dirsəyi ilə onun burnuna zərbə vurmuş, burnundan qan axmağa başlamış, salfetlə qanı təmizləyərək avtomobili Binəqədi rayon polis idarəsinin 5-ci PB-nin inzibati ərazisinə aparmışdır. Avtomobildə olduqları zaman Ruslan və Ramizin əlləri qandalla bağlı olmuş və onlar polis bölməsinə çatanadək oturacaqları təpikləmişlər. Həmin şəxsləri bölməyə gətirib hadisə barədə raportla məruzə etmişlər. Orada olduqları vaxt Ramiz və Ruslan öz hərəkətlərinin davamı olaraq ona, Eynura və Elnaya müqavimət göstərməyə davam etməklə müvəqqəti saxlama yerinə yerləşdirilmələrinin qarşısını almaq üçün uca səslə etiraz etmişlər. Həmin vaxt Ramiz sərxoş olduğundan ehtiyatsızlıqdan ayağı bölmədə olan oturacaqlardan birinə ilişərək aşırmış, lakin həmin oturacağa hər hansı zərər dəyməmişdir. Bundan sonra hər iki şəxsi sərxoşluq müayinəsindən keçirməyə aparmışlar, onlarda orta dərəcəli sərxoşluq olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Azərbaycan Respublikası DİN-in X11 6-cı patrul bölüyündə, 2020-ci ildən isə 2-ci patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Xidmət etdiyi patrul bölüyünün dislokasiya ərazisi Binəqədi rayon polis idarəsinin 5-ci və 7-ci polis bölmələrinin ərazisidir. O, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin dislokasiya ərazisində xidmət edir. Vəzifəsi xidmət etdiyi ərazidə ictimai asayişin qorunmasından ibarətdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 31 may 2022-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirən zaman tanımış, sonuncularla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. 31 may 2022-ci il tarixdə növbədə olmuşdur. Növbətçilik qrafikinə əsasən həmin gün saat 20:00-dan növbəyə başlamışdır. Növbədə üç nəfərdən ibarət ekipajla patrul fəaliyyəti aparmışlar. Həmin gün eyni bölükdə xidmət etdiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə birlikdə xidmətdə olmuşdur. Çağırış nömrəsi 2424 olan “Fiat” markalı **-PF-*** dövlət qeydiyyat nömrəli polis avtomobilində xidmət aparmışlar. Saat 23 radələrində Binəqədi rayonu ərazisində “Elit” ticarət mərkəzinin qarşısında olduqları vaxt Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 17/1 ünvanında yerləşən “Zirvə” restoranının əvvəldən tanıdığı Faiq adlı administratoru onun mobil telefonuna zəng edərək restoranda münaqişə olduğunu bildirmiş və ora gəlmələrini xahiş etmişdir. Münaqişə barədə rəhbərliyə məruzə etmişlər və çağırış üzrə hadisə yerinə getmişlər. “Zirvə” şadlıq sarayının qarşısına çatdıqda ətrafda insanların toplaşdığını, sonradan adının Ramiz olduğunu bildiyi şəxsin “Azza” şirniyyat mağazasının yanında olan bir neçə nəfər şəxslə, sonradan adının Ruslan olduğunu bildiyi şəxsin isə restoranın qarşısında başqa şəxslərlə mübahisə etdiklərini görmüşdür. Onlar mübahisə edən şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, ətrafda insanların olduğunu, səs-küy salaraq insanları narahat etdiklərini bildirməklə, ictimai asayişi pozmamağa, intizamlı olmağa dəvət etmişlər. Ramizə yaxınlaşan kimi sonuncu aqressiv hərəkətlərlərlə onların ünvanına təhqiramiz ifadələr işlədərək, onları kəllə ilə vuracağını bildirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmişdir. Ramiz hərəkətlərinin davamı olaraq cibindən bir manat pul çıxarıb “bunların da pulunu verəcəyik gedəcək” deyə bildirərək pulu Bahadura doğru uzatmışdır. Daha sonra Ruslan da, onlara yaxınlaşaraq, aqressiv hərəkətlərlə, ünvansız nalayiq ifadələr səsləndirərək, “sizi vuraram, gedin burdan” deyib, onları zor tətbiq etməklə hədələyərək çıxıb getmələrini tələb etmişdir. Onun və iş yoldaşlarının tələblərindən sonra Ramiz və Ruslan sakitləşib öz qanunsuz hərəkətlərinə son qoymuşlar. Həmin şəxslər mübahisə etməyi dayandırdıqdan sonra sərxoş vəziyyətdə olduqlarını və yenidən mübahisə edə biləcəklərini nəzərə alıb onları evlərinə yola salmaq istəmişlər. Lakin nə özləri ev ünvanlarını bildirmişlər, nə də ki, ətrafdakı şəxslərdən onları uzaqlaşdıran olmuşdur. Bir qədər keçdikdən sonra Ramiz yenidən ünvansız nalayiq ifadələr səsləndirməyə başlamışdır. Olduqları yer həm yolkənarı, həm də şadlıq sarayının qarşısı olduğundan, həmçinin toy məclisi yekunlaşdığından ətrafda çoxlu sayda insanlar olmuşdur. Ramizin yenidən kiminləsə mübahisə etməsinin qarşısını almaq və barəsində qanuni tədbir görmək məqsədilə sonuncunu Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə dəvət edərək ondan xidməti avtomobilə əyləşməsini xahiş etmişlər. Ramiz onların qanuni tələbinə tabe olmayaraq avtomobilə əyləşməkdən imtina etmişdir. Ramizi xidməti avtomobilə əyləşdirmək üçün gətirmək istədikləri vaxt sonuncu Bahdurun qoluna zərbə vuraraq, sol qolundakı şevronu qoparmaqla xidməti formasını zədələmişdir. Hər üçü qollarından tutaraq Ramizi xidməti avtomobilin arxa oturacaqlarına əyləşdirmək istədikdə, sonuncu ayağı ilə avtomobilə və onların üzərinə doğru təpik zərbələri atmaqla onların qanuni göstərişinə tabe olmayaraq, ona və iş yoldaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmin vaxt Ramiz qəsdən onun sol qoluna təpiklə, sağ qoluna isə yumruqla zərbə vuraraq hər iki qolunu zədələmişdir, Eynurun ünvanına isə nalayiq ifadələr işlətmişdir. Eyni zamanda Ruslan da hər üçünün xidməti formalarından tutub dartışdıraraq, onları uzaqlaşdırmağa və Ramizi xidməti avtomobilə əyləşdirmələrinə mane olmağa çalışmışdır. Ruslandan dəfələrlə oradan uzaqlaşmasını xahiş etsələr də, sonuncu fiziki müqavimət göstərməyə davam etmişdir. Ramizi avtomobilin yan oturacağından içəri əyləşdirməyə çalışarkən sonuncu qəsdən Bahadura yumruq zərbəsi atmış, lakin Bahadur həmin zərbədən yayınaraq kənara çəkilmişdir. Ramizi avtomobilə əyləşdirdikdən sonra Ruslanı da barəsində qanuni tədbir görülməsi üçün polis bölməsinə dəvət edərək, avtomobilə əyləşməsini xahiş etmişlər, lakin sonuncu bundan imtina etmişdir. Ruslanı qollarından tutaraq avtomobilə əyləşdirməyə çalışdıqda sonuncu ayağını avtomobilin arxa tərəfinə dirəyərək müqavimət göstərməyə, onların üzərinə təpik zərbələri atmağa başlamış, lakin onlar həmin zərbələrdən yayınmışlar. Ruslanı avtomobilin yan siyirməli qapısından əyləşdirməyə çalışarkən Bahadur radio-qəbuledici vasitəsilə kömək çağırmışdır. O və Eynur Ruslanı avtomobilin arxa siyirməli qapısından əyləşdirməyə çalışarkən, Bahadur avtomobilin sürücü oturacağında dizüstə dayanaraq Ruslanı içəri doğru çəkməklə onlara kömək etmişdir. Həmin vaxt Ruslan dirsəyi ilə qəsdən Bahadurun burnuna zərbə vurmuşdur. Bahadurun burnundan qan axmağa başlamış, sonuncu salfetlə qanı təmizləmiş və xidməti avtomobili Binəqədi rayon polis idarəsinin 5-ci PB-nin inzibati ərazisinə gətirmişlər. Avtomobilə əyləşdirdikdən sonra hər iki şəxsin qollarını qandalla bağlasalar da, onlar polis bölməsinə çatanadək dayanmadan avtomobilin oturacaqlarını təpikləməklə onları buraxmalarını tələb etmişlər. Bölmədə olduqları zaman Ramiz və Ruslan öz hərəkətlərinin davamı olaraq ona, Eynura və Bahadura müqavimət göstərməklə müvəqqəti saxlama yerinə yerləşdirilmələrinin qarşısını almaq üçün qışqıraraq etiraz etmişlər. Ramiz və Ruslanı gətirmələri barədə məruzə etdikdən sonra hər iki şəxsi sərxoşluq müayinəsindən keçirib, yenidən bölməyə qaytarmışlar. Həmin vaxt artıq Ramiz və Ruslan öz qanunsuz əməllərini dayandırmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, 2012-ci ildən Azərbaycan Respublikası DİN-nin X11 2-ci patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Xidmət etdiyi patrul bölüyünün dislokasiya ərazisi Binəqədi rayon polis idarəsinin 5-ci və 7-ci polis bölmələrinin ərazisidir. O, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin dislokasiya ərazisində xidmət edir. Vəzifəsi xidmət etdiyi ərazidə ictimai asayişin qorunmasından ibarətdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 31 may 2022-ci il tarixdə hadisə baş verən zaman tanımış, sonuncularla hər hansı ədavət və ya düşmənçiliyi olamışdır. Belə ki, 31 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1lə birlikdə xidmətdə olmuşdur. Çağırış nömrəsi 2424 olan “Fiat” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı polis avtomobilində xidmət apararkən saat 23 radələrində Binəqədi rayonu ərazisində “Elit” ticarət mərkəzinin qarşısında olduqları zaman Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 17/1 ünvanında yerləşən “Zirvə” restoranının inzibatçısı Faiq adlı şəxs Elnaya zəng edərək restoranda münaqişə olduğunu bildirməklə, ora gəlmələrini xahiş etmişdir. Rəhbərliyə məruzə edib, çağırış üzrə hadisə yerinə getdikləri zaman sonradan adının Ramiz olduğunu bildiyi şəxsin “Azza” şirniyyat mağazasının qarşısında bir neçə nəfər şəxslə mübahisə etdiyini, həmin şəxslərin Ramizi sakitləşdirməyə çalışdıqlarını, sonradan adının Ruslan olduğunu bildiyi şəxsin isə restoranın qarşısında başqa şəxslərlə mübahisə etdiyini görmüşdür. Onlar mübahisə edən şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, dağılmalarını xahiş etmişlər. Ramizə yaxınlaşan kimi sonuncu onların ünvanına təhqiramiz ifadələr işlədərək, onları vuracağını bildirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməyə başlamışdır. Ramiz hərəkətlərinin davamı olaraq cibindən bir manat pul çıxarıb «bunların da pulunu verəcəyik gedəcək» deyə bildirməklə pulu Bahadura doğru uzatmışdır. Daha sonra Ruslan da onlara yaxınlaşıb aqressiv hərəkətlərlə, ünvansız nalayiq ifadələr səsləndirərək, onları vurmaqla hədələməklə getmələrini tələb etmiş, Ramizə kömək məqsədi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməyə başlamışdır. O, iş yoldaşları ilə birlikdə hər iki şəxsə etdikləri hərəkətlərin qanunsuz olduğunu, bu cür etməklə insanları narahat etdiklərini, ictimai asayişi pozduqlarını bildirərək sakitləşmələrini tələb etdikdən sonra onlar öz qanunsuz hərəkətlərinə son qoymuşlar, hətta onlarla sağollaşaraq gedəcəklərini bildirmişlər. Həmin şəxslər mübahisə etməyi dayandırdıqdan sonra sərxoş vəziyyətdə olduqlarını və yenidən mübahisə edə biləcəkləri nəzərə alıb onları evlərinə yola salmaq qərarına gəlmişlər. Bu səbəbdən Ramiz və Ruslandan ev ünvanlarını soruşmuşlar, lakin sonuncular ev ünvanlarını bildirməmişlər. Bir qədər keçdikdən sonra Ramiz yenidən ünvansız nalayiq ifadələr səsləndirməyə başlamışdır. Hər hansı ağır nəticə baş verməsin qarşısını almaq və barəsində qanuni tədbir görülməsi üçün Ramizi Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə dəvət edərək, avtomobilə əyləşməsini xahiş etmişlər. Lakin Ramiz məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmaq məqsədilə onlara müqavirrət göstərməyə başlamışdır. Sonuncu onların qanuni tələbinə məhəl qoymayaraq polis bölmə sinə getməkdən imtina etmiş, Ramizi xidməti avtomobilə əyləşdirmək istədikləri vaxt sonuı cu qəsdən Bahdurun qoluna zərbə vurmuş və sol qolundakı şevronu qopararaq xidmət, fo nasını zədələmişdir. Hər üçü Ramizi xidməti avtomobilin arxa oturacağına əyləşdirmək istəsə də, sonuncu ayağı ilə avtomobilə və onların üzərinə təpik zərbələri atmaqla qanuni tələblərinə tabe olmayaraq, ona və iş yoldaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmin vaxt Ramiz onun ünvanında nalayiq ifadələr səsləndirmiş, həmçinin Elnayın hər iki qoluna qəsdən təpiklə və yumruqla zərbələr vurmuşdur. Ramiz müqavimət göstərən zaman Ruslan da onun və iş yoldaşlarının xidməti formasından tutub dartışdıraraq, Ramizin polis bölməsinə aparılıb məsuliyyətə cəlb olunmasının qarşısını almaq üçün onlara mane olmağa başlamışdır. Onlar Ruslanı uzaqlaşdırmağa çalışsalar da, sonuncu qanunsuz hərəkətlərinə davam etmişdir. Ramizi avtomobilin yan oturacağından içəri əyləşdirmək istəyərkən sonuncu qəsdən Bahadura yumruq zərbəsi vurmuş, lakin Bahadur həmin zərbədən yayınaraq kənara çəkilmişdir. Onlar Ramizi birtəhər avtomobilə əyləşdirməyə nail olmuşlar. Ruslanı da barəsində qanuni tədbir görülməsi üçün polis bölməsinə dəvət edərək, avtomobilə əyləşməsini bildirmişlər. Sonuncu onların üzərinə təpik zərbələri atmağa başlamış, lakin onlar həmin zərbələrdən yayınmışlar. O və Elnay Ruslanı avtomobilin arxa siyirməli qapısından əyləşdirməyə çalışarkən, Ruslan qəsdən dirsəyi ilə Bahadurun burnuna zərbə vurmuş, Ruslanı da avtomobilə əyləşdirməyə nail olduqdan sonra Binəqədi rayon polis idarəsinin 5-ci PB-yə gəlmişlər. Avtomobildə olduqları zaman da hər iki şəxs dayanmadan avtomobilin oturacaqlarını təpikləmişlər. Bölməyə çatdıqdan sonra da Ramiz və Ruslan öz hərəkətlərinin davamı olaraq ona, Eynura və Bahadura müqavimət göstərməyə davam edərək müvəqqəti saxlama yerinə yerləşdirilməsinin qarşısını almaq üçün qışqıraraq etiraz etmişlər. Sərxoşluq müayinəsi nəticəsində hər iki şəxsdə orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Sərxoşluq müayinəsindən keçib polis bölməsinə qayıtdıqda hər iki şəxs artıq sakitləşərək öz qanunsuz hərəkətlərini dayandırmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 göstərmişdir ki, 2003-cü ildən X3 xidmət edir, 2020-ci ildən etibarən isə Binəqədi RPİ- nin 5-ci polis bölməsinin məsul növbətçisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 09:00-dan xx.xx.2022-ci il tarixdə saat 09:00-dək xidmətdə olmuş, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Azərbaycan Respublikasının DİN-nin X10 Alayının 2-ci patrul bölüyünün polis nəfərləri polis serjantı Zərərçəkmiş şəxs2, polis serjantı Zərərçəkmiş şəxs1 və polis serjantı Zərərçəkmiş şəxs3 iki nəfər şəxsi növbətçisi hissəyə gətirmişlər. Polis əməkdaşları raportla bölməyə müraciət edərək bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə saat axşam saatlarında Zirvə şadlıq sarayının qarşısında bir neçə nəfərin toplaşdığını görmüşlər, həmin şəxslərə yaxınlaşdıqda 2 nəfər şəxsin dava-dalaş etdiyini və nalayiq ünvansız söyüşlərdən istifadə etdiyi üçün onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər içkili halda olduqları üçün polis əməkdaşları söyüb tabesizlik göstərmişlər. Buna görə də Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirmişlər. Polis bölməsinə gətirilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərxoş olduqları üçün növbətçi hissədə oturacaqda oturmaqdan imtina etmiş, ayaq üstə durmuşlar, içkili olduqları üçün də bir neçə dəfə oturacağı ehtiyatsızlıqdan aşırmışlar. Növbətçi hissədə olan heç bir əşyada zədə yetirməmiş, ona və digər polis əməkdaşlarına zor tətbiq etməmişlər. Həmçinin həmin vaxt heç bir nalayiq ifadə işlətməmişlər. Qeyd etdiyi kimi içkili olduqları üçün onlar sərxoşluq müayinəsindən keçirilmiş, daha sonra barələrində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Binəqədi RPİ-nin 5-ci polis bölməsinin polis sahə rəisi Şahid2 qəbuluna aparılmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci ildən X3 xidmət edir, 2021-ci ildən etibarən isə Binəqədi RPİ- nin 5-ci polis bölməsi, polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 09:00-dan xx.xx.2022-ci il tarixdə saat 09:00-dək xidmətdə olmuş, həmin gün yəni, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Azərbaycan Respublikasının DİN-in X10 Alayının 2-ci patrul bölüyünün polis nəfərləri polis serjantı Zərərçəkmiş şəxs2, polis serjantı Zərərçəkmiş şəxs1 və polis serjantı Zərərçəkmiş şəxs3 iki nəfər şəxsi növbətçi hissəyə gətirmişlər. Polis əməkdaşları raportla müraciət edərək bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə saat axşam saatlarında “Zirvə” şadlıq sarayının qarşısında bir neçə nəfərin toplaşdığını görmüşlər, həmin şəxslərə yaxınlaşdıqda 2 nəfər şəxsin dava-dalaş etdiyini və nalayiq ünvansız söyüşlərdən istifadə etdiyi üçün onlara yaxınlaşıb özlərini təqdim etmiş tabesizlik etdikləri üçün 5-ci polis bölməsinə gətirmişlər. Polis əməkdaşların saxladıqları şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşlar. Həmin raportun icrası ona həvalə edildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərxoş olduqları üçün sərxoşluq müayinəsindən keçirilmiş, daha sonra barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edib xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Məhkəməsinə göndərmişdir. Lakin Binəqədi rayon Məhkəməsində toplanmış materialda cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək toplanmış material Binəqədi rayon prokurorluğuna göndərilmişdir. O, növbədə olduğu müddətdə xidməti otağı növbətçi hissədən ayrı olduğu üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bölməyə ilkin gətirilən vaxt görməmiş, polis əməkdaşların raportu əsasında onları qəbul etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bölmədə olan zaman hər hansı formada qeyri etik ifadələrdən istifadə etmələrinin, növbətçi hissədə əşyaların dağıtmaların şahidi olmamış, səs-küy eşitməmişdir. Onun xidməti otağında olan zaman da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona heç bir müqavimət göstərməmişlər. Sonradan növbətçisi hissədə işləyən Şahid1la söhbət edən zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərxoş olduqları üçün bir-neçə dəfə ehtiyatsızlıqdan oturduqları oturacağı aşırtmışlar. Lakin həmin oturacaqlar sınmamış, polis bölməsinə ziyan dəyməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, “Türkeş dekor” mebel fabrikində istehsalat müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 əvvəllər onunla bir neçə yerdə mebel ustası kimi işləmişdir. Həmçinin Sabunçu rayonunda yaşadığı vaxtlarda Ramizlə qonşu küçələrdə yaşamış, sonuncunu uşaqlıqdan tanımışdır. Təqsirləndirilən şəxs2 2009-cu ildən tanıyır, onunla da birlikdə mebel ustası kimi çalışmışdır. Ruslan bir ay əvvələ qədər hazırda işlədiyi “Türkeş dekor” mebel fabrikində işləmiş, sonradan başqa iş tapması ilə əlaqədar işdən ayrılmışdır. xx.xx.2022-ci il tarixdə “Zirvə” şadlıq sarayında oğlunun kiçik toy mərasimi olmuşdur. Məclisə Ramiz və Ruslanı da dəvət etmişdir. Məclis vaxtı hər ikisi çoxlu miqdarda spirtli içki qəbul etmişlər. Təxminən saat 23 radələrində “Zirvə” şadlıq sarayınının foyesində olduğu zaman Ramizin sərxoş vəziyyətdə, yanında onu sakitləşdirməyə çalışan bacanağı İsmayılı, köhnə iş yoldaşı Sahili və iş yoldaşı Elçini əli ilə itələyə-itələyə və ictimai yerdə nalayiq ifadələr səsləndirərək məclis zalından çıxaraq foyeyə çıxdığını görmüşdür. Ramizə yaxınlaşıb nə olduğu ilə maraqlanıb sakitləşdirməyə çalışdıqda “məndən niyə soruşursan, onlara de” deyə bildirmişdir. O, Ramizə “çıx get, problem yaratma” deyə bildirmişdir. Bundan sonra Ramiz qəsdən foyedəki kreslonu əli ilə aşırmışdır. Daha sonra isə toydakı şəxslər narahat olmasın deyə Ramizin qolundan tutub şadlıq sarayından çölə çıxarmışdır. Çölə çıxdıqdan sonra Ramizi yola salmaq istəsə də, sonuncu deyinərək getmək istəmirmiş, onunla mübahisə etməyə davam edirmiş. Ramizə “get, qan-qaraçılıq saldın” deyə bildirmişdir. Şadlıq sarayının qarşısında çoxlu sayda insanlar olmuş və Ramiz nalayiq ifadələr səsləndirmişdir. Ramiz ətrafda narahatçılıq yaratdığı üçün ona bir neçə dəfə xəbərdarlıq edib evinə getməsini bildirsə də, nalayiq ifadələr səsləndirməkdə davam etdiyindən, məclisin sonu olduğundan orada qadınlar olduğundan həmin hərəkətlərdən çəkindirmək məqsədilə bir dəfə sol əli ilə Ramizin sağ üz nahiyəsinə yumruqla, bir dəfə sağ ayağına təpiklə vurmuş, ardınca isə sol üz nahiyəsinə də yumruqla vurmuşdur. Daha sonra Ruslana yaxınlaşıb nə olduğunu soruşduqda “mən bunu yola salacam” deyib Ramizin yanına getmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları Ruslanı və Ramizi intizamlı olmağa dəvət edərək onları sakitləşdirməyə çalışmışlar. Lakin polis əməkdaşlarının səylərinə baxmayaraq Ramiz və Ruslan sakitləşməmişlər. Polis əməkdaşları gəldikdən sonra o, hadisə yerindən getmişdir. Sonradan hadisə yerində olmuş iş yoldaşlarının eşitmişdir ki, polis əməkdaşları Ramizi və Rsulanı polis bölməsinə aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, “Türkeş dekor” mebel fabrikində rəngsaz vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 eyni fabrikdə işlədiyi Şahid14 tanışı kimi tanımışdır. Əvvəllər Ramizi bir neçə dəfə görsə də, onunla hər hansı əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 təxminən 2022-ci ilin əvvəllərindən tanımış, Ruslan bir vaxtlar onun işlədiyi fabrikdə işləmiş, sonradan başqa iş tapması ilə əlaqədar işdən ayrılmışdır. xx.xx.2022-ci il tarixdə “Zirvə” şadlıq sarayında Əmirin oğlunun kiçik toy mərasimi olmuşdur. Məclisdə həmçinin o, Ramiz və Ruslan iştirak etmişlər. Məclis qurtardıqdan sonra şadlıq sarayından çölə çıxmış, həmin vaxt foyeyə diqqət etmədiyindən hər hansı mübahisənin olmasını görməmiş, bir qədər sonra şadlıq sarayının qarşısında dayandığı zaman Ramiz və Əmir çölə çıxmışlar. Ramiz ünvansız nalayiq ifadələr səsləndiririb, konkret olaraq kiməsə ünvanlamasa da, ətrafdakıları zor tətbiq etməklə hədələyərək, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən qanunsuz hərəkətlər etmişdir. Şadlıq sarayının qarşısında qadınlar olduğundan Əmir Ramizə “çıx get, qan-qaraçılıq salma” deyə bildirmişdir. Daha sonra Ruslan da hadisə yerində o tərəf-bu tərəfə gedibgəlmiş, Ramizə kömək məqsədilə sonuncunu sakitləşdirmək istəmiş, ünvansız nalayiq ifadələr sələndirirmiş, ətrafdakılarla mübahisə etmişdir. O, Ramizi “Azza” şirniyyat mağazasının qarşısına gətirib sakitləşdirmək istəsə də, sonuncu ünvansız söyüşlər ifadələr səsləndirməyi davam etmiş, aqressiv hərəkətlər nümayiş etdirmiş, həmin vaxt iş yoldaşı Elçin Ruslanı “Zirvə” şadlıq sarayının qarşısında sakitləşdirməyə çalışmışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onlara yaxınlaşıb Ramizi intizamlı olmağa dəvət etdikləri zaman sonuncu polisləri vurmaqla hədələyərək, onların ünvanına təhqiramiz ifadələr işlətmiş, hətta cibindən bir manat pul çıxarıb polis əməkdaşına uzadaraq çıxıb getmələrini bildirmişdir. Bundan sonra Ruslan da polislərə yaxınlaşıb ünvansız nalayiq ifadələr sələndirməklə, Ramizi özü evə yola salacağını bildirərək, polis əməkdaşlarından çıxıb getmələrini tələb etmişdir. Polis əməkdaşları yenə də Ruslanı və Ramizi intizamlı olmağa dəvət etmişlər və həmin şəxslər sakitləşərək öz qanunsuz hərəkətlərini sonlandırmışlar. Polis əməkdaşları Ramiz və Ruslanı taksi ilə evə yola salmaq istəsələr də, sonuncular ev ünvanlarını bildirməmişlər. O, həmin vaxt hadisə yerindən uzaqlaşmış. Sonradan iş yoldaşı Elçinin sözlərindən ona məlum olmuşdur ki, polis əməkdaşları Ramiz və Ruslanı polis bölməsinə aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid9 Abbas oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından Zirvə” şadlıq sarayında isə inzibatçı vəzifəsində işləmiş, əsas vəzifəsi şadlıq sarayında olan ofisiantlara nəzarət etməkdən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə “Zirvə” şadlıq sarayında Şahid14 adlı şəxsin oğlunun kiçik toy məclisi olmuşdur. Toy məclisinin sonlarında musiqi səsləndirilib rəqs edildiyi vaxt sonradan adının Ramiz olduğunu bildiyi şəxs məclis zalında təxminən saat 23 radələrində hər hansı səbəb olmadan aqressiv hərəkətlər etməyə başlamışdır. Bir qədər sonra məclisdə iştirak edən şəxslərin Ramizi foyeyə çıxardıqlarını görmüşdür. O, məclis zalının girişində dayanaraq foyeni müşahidə etməyə başlamış, Ramiz foyedəki kresloda oturaraq öz-özünə deyindiyinə görə Əmir onun yanına gəlmiş, bundan sonra Ramiz foyedəki kreslonu itələyib aşırmış lakin həmin kresloya hər hansı zədə dəyməmişdir. Əmirin Ramizi şadlıq sarayından çölə apardığını görüb bir neçə dəqiqə sonra şadlıq sarayının girişinə doğru getmiş, oradan baxdıqda Ramizin “Azza” şirniyyat mağazasının qarşısında sərxoş şəxslərə xas hərəkətlər etdiyini, polis əməkdaşlarının isə onu intizama dəvət etdiklərini görmüş, daha sonra o, ofisiantlara nəzarət etmək üçün yenidən şadlıq sarayının məclis zalına qayıtmışdır Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid14 onun iş yoldaşıdır. Təqsirləndirilən şəxs1 şəxsən tanımamışdır. Təqsirləndirilən şəxs2 da onun keçmiş iş yoldaşı olmuş, lakin sonuncu ilə yaxın münasibəti olmamışdır. xx.xx.2022ci il tarixdə “Zirvə” şadlıq sarayında iş yoldaşı Əmirin oğlunun kiçik toy mərasimi olmuşdur. Məclisdə Ramiz və Ruslan da iştirak etmişlər. Ramiz məclis ərəfəsində zalda olan masalara yaxınlaşaraq hər kəslə içki içmişdir. Təxminən saat 23 radələrində zalda səsləndirilən musiqilərdən biri dayanıb, növbəti musiqi səsləndirilən zaman Ramiz musiqinin dəyişdirilməsindən narazı qalaraq səbəbsiz olaraq hər hansı şəxsə ünvanlamadan, öz-özünə aqressiv hərəkətlər etməyə başlamışdır. Məclisdəki insanları narahat etdiyindən o və bir neçə nəfər Ramizi sakitləşdirməyə çalışaraq məclis zalından foyeyə doğru aparmışlar. Daha sonra o, yenidən məclis zalına iş yoldaşlarının yanına qayıtmışdır. Bir neçə dəqiqədən sonra sifariş verdikləri taksi gəldiyindən şadlıq sarayından çıxıb getmişdir. Məclis zalından çıxarkən tələsdiyindən foyeyə diqqət etməmişdir. Sonradan iş yoldaşlarının sözlərindən ona məlum olmuşdur ki, Ramiz və Ruslan qanunsuz hərəkətlər etdikləri üçün polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid10 Əl oğlu ifadəsində göstərmişdir ki, o, 10 may 2022-ci il tarixdən “Zirvə” şadlıq sarayında mühafizəçi işləməyə başlamış iş qrafiki saat 21:00-dan növbəti gün saat 09:00-dək olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində “Zirvə” şadlıq sarayına gəlmiş, saat təxminən 23 radələrində sonradan adının Ramiz olduğunu öyrəndiyi şəxsin şadlıq sarayının foyesində bir neçə şəxslə mübahisə etdiyini görmüşdür. Belə ki, Ramiz ünvansız nalayiq ifadələr səsləndirib, konkret kiməsə yönəlməyən aqressiv hərəkətlər edərək, toy məclisində iştirak edən şəxslərdə narahatçılıq yaradırmış. Yanında olan şəxslər Ramizi sakitləşdirmək məqsədilə şadlıq sarayından çölə çıxardıqları zaman, bu hal diqqətini çəkdiyindən onların arxasınca getmişdir. Mübahisənin hansı səbəbdən baş verməsi barədə dəqiq məlumatı olmasa da, Ramizin hərəkətlərindən sərxoş olduğu və əsassız yerə mübahisə etdiyi hiss olunurmuş. Şadlıq sarayından çölə çıxdıqda sonradan toy məclisinin sahibi olduğunu bildiyi şəxs Ramizi sakitləşdirməyə çalışaraq, çıxıb getməsini bildirsə də, Ramiz, ünvansız nalayiq ifadələr səsləndirdiyi, ətrafdakıları zor tətbiq edəcəyi ilə hədələdiyi üçün toy məclisinin sahibi olan sonradan adının Əmir olduğunu bildiyi şəxs Ramizi əli ilə vurmuş və çıxıb getməsini bildirmişdir. Bir qədər keçdikdən sonra sonradan adının Ruslan olduğunu bildiyi şəxs də, mübahisəyə qoşularaq, ünvansız nalayiq ifadələr səsləndirərək, Ramizə kömək məqsədilə sonuncunu özü evə yola salacağını bildirmişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis əməkdaşları Ramizə yaxınlaşdıqda sonunucu onlarla da mübahisə etməyə başlamışdır. Polis əməkdaşları Ramizi intizamlı olmağa dəvət etsələr də, Ramiz sakitləşməyərək, hətta cibindən pul çıxararaq, polis əməkdaşlarına uzatmışdır. Daha sonra Ruslan da, ünvansız nalayiq ifadələr səsləndirərək, polis əməkdaşlarına yaxınlaşıb, aqressiv hərəkətlərlə Ramizi özü evə aparacağını bildirmişdir. Polis əməkdaşları, hər iki şəxsi intizamlı olmağa dəvət etdikdən sonra onlar mübahisə etməyi dayandırıb sakitləşərək öz qanunsuz hərəkətlərini sonlandırmışlar. Həmin şəxslər sərxoş olduqlarından polis əməkdaşlarından biri ətrafdakılara səslənib əgər qohumlarından kimsə varsa Ramiz və Ruslanı evinə aparmasını istəmişdir. Daha sonra polis əməkdaşı sonuncuların ev ünvanları ilə maraqlanaraq, taksi ilə yola salmaq istəsələr də, hər iki şəxs ünvanlarını bildirməmişlər. Bir qədər sonra Ramiz yenidən ünvansız nalayiq ifadələr səsləndirməyə başlamışdır. Həmin vaxt ətrafda həm toydan çıxan, həm də yoldan keçən qadınlar olmuş, mübahisənin böyüməməsi səbəbindən polis əməkdaşları Ramizi polis bölməsinə aparmaq üçün avtomobilə əyləşməsini xahiş etmişlər. Lakin, Ramiz bundan imtina etmiş və polis əməkdaşlarını əli ilə itələməyə başlamışdır. Polis əməkdaşları Ramizin qolundan tutaraq onu avtomobilə aparmaq istədikləri vaxt Ramiz əli ilə onları vuraraq, həmçinin xidməti formalarından tutub dartaraq, polis əməkdaşlarından birinin formasının şevronunu qoparmışdır. Polis əməkdaşları Ramizi avtomobilin arxa oturacağına əyləşdirmək istədikləri vaxt o, ayağını polis avtomobilin arxasına dirəyib, özünü yerə uzadaraq, həmçinin ayağı ilə polislərə təpik ataraq müqavimət göstərmişdir. Polis əməkdaşları Ramizi avtomobilə əyləşdirmək istədikləri zaman Ruslan onlara yaxınlaşıb hər üç polis əməkdaşının xidməti formalarından tutub dartmaqla Ramizi aparmamaqları üçün müqavimət göstərmişdir. Polis əməkdaşları Ramizi avtomobilə əyləşdirməyə nail olduqdan sonra Ruslandan da avtomobilə əyləşməsini xahiş etmişlər, lakin sonuncu da müqavimət göstərərək polislərin qanuni göstərişlərinə tabe olmamışdır. Polis əməkdaşları Ruslanın qollarından tutaraq onu polis avtomobilinə əyləşdirmək istədikdə Ruslan da eyni qaydada ayağını avtomobilin arxasına dirəyib yerə uzanaraq, polis əməkdaşlarına təpiklə zərbələr atsa da, polis əməkdaşları onu da avtomobilə əyləşdirməyə nail olmuşlar və oradan uzaqlaşmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin may ayının ortalarından “Zirvə” şadlıq sarayının qarşısındakı avtomobil dayanacağında nəzarətçi işləyir. 31 may 2022-ci il tarixdə “Zirvə” şadlıq sarayının qarşısındaki avtomobil dayanacağında olarkən saat 23 radələrində sonradan adının Ramiz olduğunu bildiyi şəxs restorandan bir neçə nəfər şəxslə birlikdə çölə çıxmış və həmin şəxslər şadlıq sarayının qarşısında dayanıb mübahisə etməyə başlamışlar. Digər şəxslər Ramizi sakitləşdirməyə çalışsalar da, Ramiz yenə də sakitləşməyərək ətrafdakıları əli ilə itələyirmiş. Əvvəlcə Ramizin kənardan gəldiyini güman etsə də, sonradan onun toyda iştirak edən şəxslərdən biri olduğunu öyrənmişdir. Ətrafdakılar Ramizi ayırmağa səy göstərdikləri zaman Ramiz bir neçə dəfə yerə yıxılmışdır. Daha sonra sonradan adının Ruslan olduğunu öyrəndiyi şəxs də, mübahisə edənlərə yaxınlaşmış və mübahisəyə qoşulmuşdur. Ruslanın da hərəkətlərindən sərxoş olduğu açıq aşkar hiss olunmuşdur. Mübahisə başlayandan təxminən 15-20 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikləri zaman Ramizin yanındakı şəxslər sonuncunu “Azza” şirniyyat mağazasının qarşısında sakitləşdirməyə çalışmışlar. Həmin vaxt Ruslan da “Zirvə” şadlıq sarayının qarşısında onu sakitləşdirmək istəyən şəxslə sözlə mübahisə etmişdir. Polis əməkdaşları Ramizə yaxınlaşıb onu intizamlı olmağa dəvət etsələr də, sonuncu aqressiv hərəkətlərlə polis əməkdaşları ilə də mübahisə etməyə başlamışdır. Həmin vaxt Ruslan da polislərə yaxınlaşıb aqressiv hərəkətlərlə Ramizi özü evə yola salacağını bildirmişdir. Bir qədər sonra polis əməkdaşları hər iki şəxsi sakitləşdirməyə çalışmışlar. Hətta orada olan polis əməkdaşlarından biri ətrafdakılara səslənib qohumlarından kimsə varsa gəlib Ramizi evə aparmasını bildirmişdir. Eyni polis əməkdaşı Ramizdən də, Ruslandan da evlərinin ünvanını soruşub onları taksi ilə özləri yola salmaq istəmişlər. Lakin hər iki şəxs əvvəlcə sakitləşsələr də, sonra yenidən polislərlə mübahisə etməyə başlamışlar. Polis əməkdaşları Ramiz və Ruslanı polis bölməsinə dəvət etmişlər və polis avtomobilinə əyləşdirmək istəmişlər. Orada olan polis əməkdaşları Ramizi polis avtomobilinə əyləşdirmək istəyəndə Ramiz əli ilə ətrafa zərbələr atmış, polislərin qolundan tutub dartmışdır. Ramizi polis avtomobilinin arxa oturacağına əyləşdirmək istədikdə, sonuncu ayağı ilə polislərə təpik atıb, ayağını avtomobilin arxasına dirəyərək müqavimət göstərmişdir. Həmin vaxt Ruslan da Ramizi avtomobilə mindirməsinlər deyə polisləri tutub dartmışdır. Polis əməkdaşları Ramizi avtomobilə mindirdikdən sonra Ruslanı da avtomobilə mindirmək istəmişlər. Lakin Ruslan da eyni qaydada ayağını avtomobillin arxasına dirəyərək özünü yerə yıxıb polislərə müqavimət göstərmişdir. Daha sonra polis əməkdaşları Ruslanı da avtomobilə əyləşdirərək oradan uzaqlaşmışlar. Səhərisi gün işə gəldikdə “Zirvə” şadlıq sarayında mühafizəçi işləyən Şəmsəddin hadisə baş verən yerdə “Azza” mağazasının sağında saxladığı “Toyota” markalı avtomobilini göstərib hadisə vaxtı əzildiyini bildirmişdir. Həmin avtomobilin arxa hissəsi içəri doğru batmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid14 onun bacanağıdır. Təqsirləndirilən şəxs1 şəxsən tanımasa da, Əmirin iş yoldaşı olduğundan bir neçə dəfə görmüş, Təqsirləndirilən şəxs2 isə hadisədən sonra tanımışdır. xx.xx.2022-ci il tarixdə “Zirvə” şadlıq sarayında Əmirin oğlunun kiçik toy mərasimi olmuşdur. Məclisdə Ramiz və Ruslan da iştirak etmişlər. Təxminən saat 23 radələrində toy məclisinin sonlarında “Zirvə” şadlıq sarayınının məclis zalında olduğu zaman səslənən musiqi dəyişdikdən sonra Ramiz aqressiv hərəkətlər etməyə başlamışdır. Lakin Ramizin hərəkətləri heç kəsə qarşı yönəlməmişdir. Ramiz məclis vaxtı çoxlu miqdarda spirtli içki qəbul etdiyindən musiqinin dəyişdirilməsinə etiraz olaraq öz-özünə deyinməyə, məntiqsiz danışmağa, ünvansız nalayiq ifadələr səsləndirməyə başlamışdır. O, bir neçə nəfər şəxslə birlikdə Ramizi məclis zalından foyeyə çıxarmış, daha sonra məclis zalına ailəsinin yanına qayıtmışdır. Bir neçə dəqiqədən sonra şadlıq sarayından çölə çıxdıqda Ramizin Əmir və bir neçə nəfər şəxslə mübahisə edərək, ətrafdakıları zor təbiq etməklə hədələdiyini görmüşdür. O da Ramizi sakitləşdirməyə çalışmış, lakin sonuncu sakitləşməyərək qanunsuz hərəkətlərini davam etdirmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları Ramizə yaxınlaşanda sonucu polislərə qarşı aqressiv hərəkətlər edərək, onların ünvanına təhqiramiz ifadələr işlətməyə, zor tətbiq edəcəyi ilə hədələməyə başlamışdır. Bu zaman Ruslan da onlara yaxınlaşıb mübahisəyə qoşulmuşdur. Polis əməkdaları hər iki şəxslə söhbət edib onları sakitləşdirdikdən sonra sonuncular qanunsuz hərəkətlərini dayandırmışlar. O, həmin şəxslərin sakitləşdiyini görüb evinə getmişdir. Sonradan Əmirin sözlərindən onlara məlum olmuşdur ki, Ramiz və Ruslan polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, “Türkeş dekor” mebel fabrikində sex rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə iş yoldaşı Əmirin yanında görmüşdür. Təqsirləndirilən şəxs2 ilə bir vaxtlar “Türkeş dekor” mebel fabrikində işləmiş, sonradan sonuncu başqa iş tapması səbəbindən fabrikdəki işindən ayrılmışdır. xx.xx.2022-ci il tarixdə “Zirvə” şadlıq sarayında iş yoldaşı Şahid14 oğlunun kiçik toy mərasimi olmuşdur. Məclisdə Ramiz və Ruslan da iştirak etmişlər, məclis vaxtı hər ikisi çoxlu miqdarda spirtli içki qəbul etmişlər. Təxminən saat 23 radələrində “Zirvə” şadlıq sarayının məclis zalında olduğu zaman məclisin sonlarında səslənən musiqilərdən biri sonlandırıb, yeni musiqi səslənidirilməyə başlanılan zaman Ramiz musiqinin dəyişməsinə etiraz olaraq aqressiv hərəkətlər etməyə başlamışdır. Lakin onun hərəkətləri konkret hər hansı şəxsə yönəlməmişdir. Belə ki, Ramiz sərxoş olduğundan ünvansız nalayiq ifadələr səsləndirərək özü-özünə deyinmişdir. Həmin vaxt məclisdə olan şəxslərə narahatlıq yaratmaması üçün bir neçə nəfər şəxslə birlikdə Ramizi sakitləşdirməyə çalışaraq foyeyə çıxarmışlar. Həmin vaxt Ramiz kiməsə xəsarət yetirməsə də, onu və sonuncunu sakitləşdirməyə çalışan şəxsləri itələyib ətrafdakı şəxslərə açıqca hörmətsizlik nümayiş etdirən hərəkətlər etmişdir. Foyeyə çıxdıqdan sonra Əmir Ramizə yaxınlaşıb nə olduğu ilə maraqlanıb sakitləşdirməyə çalışdıqda Ramiz yenə də deyinməyə davam etmiş, o cümlədən orada olan kreslolardan birini də itələyib aşırmışdır. Əmir Ramizə “yedin, içdin, get, problem yaratma” deyə bildirmişdir. Bundan sonra Əmir Ramizin qolundan tutub onu şadlıq sarayından çölə çıxarmışdır. O, həmin vaxt çölə çıxmamışdır və foyedə oturmağa davam etmişdir. Bir qədər sonra Ruslan yanına gəlmiş, birlikdə çay içib evə getmək üçün şadlıq sarayından çölə çıxmışlar Çölə çıxdıqda şadlıq sarayının qarşısında Ramizlə Əmirin sözlə mübahisə etdiyini görmüşdür. Əmir Ramizə “qanqaraçılıq saldın, çıx get evinə” deyə bildirmiş, Ramiz yenə də deyinirmiş, ünvansız nalayiq ifadələr səslənirirmiş. Həmin vaxt şadlıq sarayının qarşısında qadınlar olmuşdur. Ramizin nalayiq ifadələr səslənidirdiyinə görə Əmir Ramizi yumruqla vurmuşdur. Ruslan Ramizi özünün yola salacağını bildirməklə Ramizin yanına gedərək, konkret kiməsə ünvanlamadan nalayiq ifadələr səsləndirmişdir. Bir neçə nəfər Ramizi “Azza” şirniyyat mağazasının qarşısına apararaq orada sakitləşdirməyə çalışırmışlar. Bu zaman o da Ruslanı şadlıq sarayının qarşısına doğru apararaq orada onu sakitləşdirməyə çalışmışdır. Hətta məclisdən çıxan şəxslər də Ruslana sakitləşməsini bildirmişlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları Ramizə yaxınlaşan kimi sonucu polislərə qarşı aqressiv hərəkətlər edərək, onların ünvanına təhqiramiz ifadələr işlədərək, zərbə yetirəcəyi ilə hədələyərək çıxıb getmələrini bildirmiş və cibindən bir manat çıxarıb polis əməkdaşlarına uzatmışdır. Daha sonra Ruslan da Ramizə kömək məqsədi ilə mübahisəyə qoşulmuş və ünvansız nalayiq ifadələr səsləndirməklə polislərdən çıxıb getmələrini tələb etmiş və Ramizi özü evə yola salacağını bildirmişdir. Polis əməkdaşları hər iki şəxslə bir qədər söhbət apardıqdan sonra onlar sakitləşərək, mübahisəni sonlandırmışlar. Hətta polis əməkdaşları özləri taksi ilə hər iki şəxsi evinə yola salmaq istəsələr də, Ramiz və Ruslan ev ünvanlarını bildirməmişlər. Daha sonra Ramiz yenidən nalayiq ifadələr səsləndirdiyinə görə polis əməkdaşları sonuncunu barəsində qanuni tədbir görülməsindən ötrü polis bölməsinə dəvət etmişlər. Lakin Ramiz polislərin qanuni tələbinə məhəl qoymamışdır. Bundan sonra polis əməkdaşları Ramizin qolundan tutaraq onu polis avtomobilinə mindirmək istəyərkən Ramiz polislərə əli ilə zərbə vurub çıxıb getmələrini bildirmişdir. Hətta Ruslanın sözlərindən Ramizin polis əməkdaşlarından birinin formasındakı şevronunu da qopartdığını öyrənmişdir. Polislər Ramizi avtomobilə əyləşdirməyə apardıqlarından, Ruslan Ramizi polislərin əlindən almaq üçün onların yanına qaçmışdır. Polis əməkdaşları Ramizi avtomobilə əyləşdirdikləri vaxt sonuncu ətrafa, həmçinin polislərin üzərinə doğru təpik zərbələri atmış, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Ramizi avtomobilə əyləşdirmək istədikləri vaxt Ruslan Ramizi polis əməkdaşlarının əlindən almaq üçün polislərin qolundan tutub onları dartıb itələmişdir. Həmin vaxt Ruslanı tutub saxlamaq istəsə də, Ruslan yenə də polislərin üzərinə gedərək onların xidməti formalarından tutub dartmışdır. Polis əməkdaşları Ramizi avtomobilə əyləşdirdikdən sonra Ruslanı da polis bölməsinə dəvət etmişlər. Ruslan imtina etdiyindən polis əməkdaşları sonuncunun qolundan tutub onu avtomobilə əyləşdirmək istədikdə sonuncu da, eyni qayada ayağını avtomobilə dirəyib, təpik zərbələri atmışdır. Polis əməkdaşları Ruslanın zərbələrindən yayınmışlar. Bundan sonra poli əməkdaşları birtəhər Ruslanı da arxa siyirməli qapıdan avtomobilə mindirməyə nail olmuşlar. Həmin vaxt polis əməkdaşlarından biri sürücü oturacağında diz üstə dayanaraq digər iki polis əməkdaşına kömək məqsədi ilə Ruslanı içəri doğru dartırmış. Ruslan yenə də zor tətbiq etməklə müqavimət göstərirmiş. Bundan sonra polis əməkdaşları hər iki şəxsi polis bölməsinə aparmışlar. Məhkəmə iclasına çağırılmış Şahid3, Şahid5, Şahid6 və Şahid12 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 315-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli 2/12500 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 orta dərəcəli sərxoşluq aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli 2/12501 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 orta dərəcəli sərxoşluq aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş tünd göy rəngli kitelə baxış keçirilmiş, baxış zamanı kitelin sol qolunun yuxarı hissəsində şevron yapışdırılmış cibin kənarlarının sağ və alt hissələrdən zədələnmiş vəziyyətdə olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olmuş tünd göy rəngli kitelə baxış keçirilmiş, baxış zamanı kitelin sol qolunun bilək nahiyəsində düymə yerinin boş vəziyyətdə olması olması və sapların qırılmış halda olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs3 əynində olmuş tünd göy rəngli kitelə baxış keçirilmiş, baxış zamanı kitelin üzərində zədə aşkar edilmməmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllər ünvan 3 ünvanında yerləşən “Zirvə” şadlıq sarayı və şadlıq sarayının qarşısında baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer ünvan 3 ünvanında yerləşən “Zirvə” şadlıq sarayı və onun ətrafıdır. Şadlıq sarayı avtomobillərin mütəmadi hərəkət etdiyi iki istiqamətli magistral yolun kənarında yerləşir. Şadlıq sarayının qarşısında çoxlu sayda avtomobil və insanlar vardır. Şadlıq sarayı üçmərtəbəlidir, sarı rəngdə boyanmışdır, əksər hissəsi şüşələrlə əhatə olunmuşdur. Şadlıq sarayına daxil olduqda sağa və sola doğru pilləkənlər qalxdığı görünür. Sol tərəfdən qalxan pilləkənlərlə ikinci mərtəbəyə qalxdıqda şadlıq sarayının foyesi olduğu görünür. Foyeyə qalxdıqda divarlar boz-sarı rəngdə bəzəklidirlər. Foyedən sağda şadlıq sarayının məclis zalı yerləşir. Foyedə bir neçə yerdə kreslo və divanlar vardır. Hadisə yerinə baxışda iştirak edən Şahid9 foyenin sol küncündə olan iki ədəd kreslo, bir ədəd divan və bir ədəd stol yerləşən hissəni göstərərək xx.xx.2022-ci il tarixdə təxminən saat 23:10 radələrində Təqsirləndirilən şəxs1 bir neçə nəfər şəxslə həmin yerdə mübahisə etdiyini, daha sonra həmin şəxslərin birlikdə şadlıq sarayından çölə çıxdıqlarını bildirmişdir. “Zirvə” şadlıq sarayından çölə çıxdıqda sağ tərəfdə “Azza” şirniyyat mağazası yerləşir. Hadisə yerinə baxışda iştirak edən Şahid9 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Azza” şirniyyat mağazasının qarşısında polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymayaraq zor tətbiq etməklə polis əməkdaşlarına müqavimət göstərdiklərini bildirmişdir. Hadisə yerinə baxış zamanı “Azza” şirniyyat mağazasının, “Zirvə” şadlıq sarayının video-müşahidə kameralarının, o cümlədən yaxınlıqda olan TŞ8-075 nömrəli təhlükəsiz şəhər kamerasının hadisə yerini müşahidə etdiyi müəyyən olunmuşdur. “Zirvə” şadlıq sarayının video-müşahidə kamerasının serverinin yaddaşı video-görüntüləri 48 saat müddətində saxladığından hadisə anının video-görüntülərini əldə etmək mümkün olmamışdır. “Azza” şirniyyat mağazasının videomüşahidə kamerasının xx.xx.2022-ci il tarixə saat 23:00-dan 00:00-a qədər olan videogörüntüləri baxışda iştirak edən Samir Qafarov tərəfindən könüllü olaraq təqdim edilmişdir. Video görüntülər bir ədəd diskə köçürülərək protokola əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış protokoluna əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:28-də Təqsirləndirilən şəxs1 boz rəngli kostyum, qara rəngli köynək geyinmiş kişi cinsli şəxslə birlikdə mübahisə edərək, “Azza” şirniyyat mağazasının qarşısına gəlirlər. Həmin şəxs Təqsirləndirilən şəxs1 iki dəfə yumruqla, bir dəfə təpiklə zərbə vurur. Bundan sonra həmin şəxs “Zirvə” şadlıq sarayının qarşısına doğru gedir. İki nəfər şəxsin Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışdığı görünür. 23:30-da Təqsirləndirilən şəxs1 yanındakı şəxslərlə “Zirvə” şadlıq sarayı istiqamətinə doğru gedir. 23:32-də Təqsirləndirilən şəxs2 və qara rəngli qısaqol köynək, tünd göy rəngli şalvar geyinmiş kişi cinsli şəxslə söhbət edə-edə “Azza” şirniyyat mağazasının qarşısına gəlirlər. 23:33-də Təqsirləndirilən şəxs1 “Zirvə” şadlıq sarayının qarşısında mübahisə etdiyi, Təqsirləndirilən şəxs2 həmin mübahisəni görərək Təqsirləndirilən şəxs1 yanına getdiyi görünür. 23:35-də acıq göy rəngli şalvar Və açıq göy rəngli uzunqol köynək geyinmiş bir nəfər kişi cinsli şəxs Təqsirləndirilən şəxs1 “Azza” şirniyyat mağazasının qarşısına gətirir. 23:37-də DİN X10 Alayının polis nəfərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 “Fiat” markalı polis avtomobili ilə hadisə yerinə gəlirlər. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarını görərək aqressiv hərəkətlər etməyə başlayır. 23:45-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birini qucaqlayaraq yerə yıxılırlar. 23:47-də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qolundakı şevronundan tutub dartaraq şevronunu qopardır. Zərərçəkmiş şəxs1 yerdə şevronunu axtardığı görünür. Eyni vaxtda Eynur Mahirli və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 polis avtomobilinə əyləşdirməyə cəhd etsələr də, Təqsirləndirilən şəxs1 polis nəfərlərinə zor tətbiq etməklə müqavimət göstərir. Həmçinin Təqsirləndirilən şəxs2 polis əməkdaşlarını tutub dartaraq Təqsirləndirilən şəxs1 avtomobilə əyləşdirilməsinə mane olur. 23:48:43-də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yumruq zərbəsi atır. Təqsirləndirilən şəxs2 polis əməkdaşlarını tutub dartmaqla Təqsirləndirilən şəxs1 avtomobilə əyləşdirilməsinə mane olmaqda davam edir. 23:49-da Elnay Arifli və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 polis avtomobilinə əyləşdirməyə cəhd etsələr də, sonuncu təpik zərbələri ataraq zor tətbiq etməklə müqavimət göstərir. 23:50-də Zərərçəkmiş şəxs1 avtomobilin sürücü oturacağında əyləşir. 23:51-də polis əməkdaşları Təqsirləndirilən şəxs2 arxa siyirməli qapıdan avtomobilə əyləşdirmək istəsələr də, sonuncu zor tətbiq etməklə müqavimət göstərməyə davam edir. 23:52-də polis əməkdaşları Təqsirləndirilən şəxs2 də avtomobilə əyləşdirərək hadisə yerindən uzaqlaşırlar. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən avtomobili 2424 çağırış nömrəli, **-PF-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı polis avtomobilidir. Avtomobil ağ rəngdə olmaqla üzərində sol və sağ tərəfdə göy rəngli zolaqlar vardır. Avtomobilinin mühərrik qapağının üzərində göy rəngdə “ƏLAHİDDƏ ÇPA” sözlər yazılmışdır. Avtomobilin sol və sağ tərəfində “POST PATRUL XİDMƏTİ POLİS” sözləri vardır. Avtomobilin üzərində sayrışan işıqlar quraşdırılmışdır. Avtomobilin üzərində hər hansı bir zədə izləri müşahidə olunmur. Avtomobilə baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə əyləşdirmək istədikləri vaxt sonuncuların xidməti avtomobilin “qəfəs” adlanan arxa hissəsinin təpikləsələr də avtomobilə zədə dəyməmişdir. Avtomobilin qəfəs hissəsinin qapıları açılmış, həmin hissədə hər hansı bir zədə aşkar olunmamışdır. Avtomobildə ümumilikdə iki ön qapı, iki arxa siyirtməli qapı, qəfəs hissəsinin iki laylı qapısı vardır. Avtomobilin sağ arxa siyirtməli qapısını açdıqda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ön oturacaqlara təpiklədiklərini, lakin avtomobilə hər hansı bir zədə dəymədiyini bildirmişdir. Avtomobilin oturacaqlarında, o cümlədən digər hissələrində zədə işləri aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 1112 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - sol qaşüstü nahiyənin, alın nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sağ və sol mil- bilək oynağı nahiyələrinin sıyrıqları və alın nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Vət. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ və sol milbilək oynağı nahiyələrinin sıyrıqları həmin nahiyələrin qandalla sıxılması zamanı əmələ gələ bilmələri istisna olunmur, digər xəsarətlər isə müxtəlif şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə, yəni qarşılıqlı müqavimət zamanı və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və ya bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Vət. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. xx.xx.2022-ci il tarixli, 1110 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ çiyin qurşağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ əlin İİ, İİİ barmaqlarının, sağ mil-bilək oynağı nahiyəsinin sıyırqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ mil-bilək oynağı nahiyəsinin sıyrığı həmin nahiyələrin qandalla sıxılması zamanı əmələ gələ bilmələri istisna olunmur, digər xəsarətlər isə müxtəlif şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə, yəni qarşılıqlı müqavimət zamanı və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və ya bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. xx.xx.2022-ci il tarixli, 1111 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - sol said nahiyəsinin və sağ mil-bilək oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki. həmin xəsarətlər qərarda göstərilən tarixdə və zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni 31,05.2022-ci il tarixdə insan bədəninin hissələri (əl. yumruq, dirsək, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid14 toy görünütülərinin əks olunduğu diski könüllü olaraq istintaq orqanına təqdim etmiş və həmin disk götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Şahid14 təqdim etdiyi diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntünün 12-ci dəqiqəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafda olan digər şəxslərlə birlikdə rəqs edirlər. 13-cü dəqiqə 20 saniyədə səsləndirilən musiqi sonlandırılır və eyni vaxtda yeni musiqi səsləndirilməyə başlayır. Görüntünün növbəti dəqiqələrində Təqsirləndirilən şəxs2 rəqs etməkdə davam edir. Görüntünün 15-ci dəqiqə 20-ci saniyəsinədək Təqsirləndirilən şəxs1 videogörüntüdə görünmür. Həmin vaxtda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışsa da, sonuncunun ətrafdakı şəxslərə qarşı aqressiv hərəkətlər etdiyi görünür. Görüntünün 15-ci dəqiqə 26-cı saniyəsində Şahid4 Təqsirləndirilən şəxs1 rəqs edən şəxslərdən uzaqlaşdırır. 15-ci dəqiqə 41-ci saniyədə Şahid4, Şahid7, Şahid13 və başqa iki nəfər şəxsin Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışaraq məclis zalından foyeyə doğru aparırlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 qeyd olunan şəxslərlə əsəbi şəkildə danışdığı görünür. Görüntünün davamında Təqsirləndirilən şəxs2 rəqs etməkdə davam etdiyi görünür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli, 1113 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarət - burun ucunun qançırı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni 3 1,05.2022-ci il tarixdə dirsəklə endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq şəxsin özü tərəlindən yetirilməsi inandırıcı deyildir. xx.xx.2022-ci il tarixli, 307/MTKŞ-2022 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus polis kitelinin sol qolunun yuxarı hissəsində, şevron yapşıdırılmış cibin üzərində, cibin bayır və alt tikişini əhatə edən, bir ədəd dəlib-keçməyən zədə vardır. Bu zədə sökülmüş zədədir, küt mexanizimdən, paltarın həmin nahiyəsinin dartılması nəticəsində, o cümlədən fiziki qüvvə təsirindən dartınma nəticəsində törənmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus polis kitelinin üzərində zədə aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 315-ci maddəsindən həmin məcəllənin 221.2.1, 221.2.2 və 315-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus polis kitelləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd disk və Şahid14 təqdim etdiyi 01 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfin verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında qeydiyyatdadır, yaşadığı müddətdə haqqında heç bir şikayət daxil olmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında qeydiyyatdır. AZ-İV №379948 nömrəli doğum haqqında şədatnamədən və AZE №11372607 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2019cu il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. AZ-İİ № 830022 nömrəli və AZ-İİİ №549759 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. 138464 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlillik təyin edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.2.1, 221.2.2 və 315-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını və yenə Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 221.2.1, 221.2.2 və 315-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını və yenə Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 221.2.1, 221.2.2 və 315-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus polis kitelləri sahiblərinə qaytarılmalı, iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 75 (yetmiş beş) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 75 (yetmiş beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 75 (yetmiş beş) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 75 (yetmiş beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 450 (dörd yüz əlli) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 75 (yetmiş beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 450 (dörd yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus polis kitelləri sahiblərinə qaytarılsın, iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi 75 (yetmiş beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 450 (dörd yüz əlli) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 75 (yetmiş beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 450 (dörd yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar