Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-47/2025 24.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əmisi Şahid2 ilə qonşuluqda yaşayan X3 X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncunun əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmaqla aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin mart ayında Samirə Salamzadənin bilavasitə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 18 mart 2022-ci il tarixdə ünvan 1 ünvanında 10.000 manat məbləğində pul vəsaitini Samirə Salamzadədən alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs X7 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmamışdır. 2008-ci ildə X21 imtahanlarda iştirak edərək topladığı bala əsasən Polis Akademiyasına qəbul olmuşdur. 2013-cü ildə Akademiyanı bitirib Binəqədi RPİ 6-cı PB-nə sahə inspektoru vəzifəsində xidmətə başlamışdır. 2016-cı ildə xidmətini Səbail RPİ 8-ci PB-də sahə inspektoru kimi davam etdirmişdir. 2018-ci ildə xidmətini Pirallahı RPŞ-də sahə inspektoru olaraq davam etdirmişdir. 2020-ci ildə X12 xidmətdə yol verdiyi nöqsanlara əsasən xaric olunmuşdur. Samirə Salamzadə onun əmisi Şahid2 qonşusudur, onu o, uzun müddət ki, tanıyır. Ailəvi əmisi gilin evinə gediş gəlişləri olmuşdur. Samirənin deməsinə görə sonradan onda olan məlumatlara əsasən oğlu X10 xx.xx.2022-ci ildə nənəsi Xədicə Pirəliyevanın yaşadığı ünvan 3 ünvanda Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövrüyyəsinə görə saxlanılmışdır. Barəsində cinayət işi başlanılaraq, məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Samirənin oğlu Rafiqin tutulması barədə onlarla qonşuluqda yaşayan əmisi Şahid2 da məlumatı olmuşdur. Əmisi Şahid2 onlarla söhbət zamanı oğlu Rafiqin işi ilə maraqlanmışdır. Samirə də əmisinə oğlu Rafiqin tutulduğunu, ona köməklik etmək istədiyni, lakin adam tapa bilmədiyini bildirmişdir. X13 polisdə işlədiyini, tanışlarının vasitəsi ilə Samirəyə oğlu Raifqin işinə köməklik edə biləcəyimi bildirmişdir. Söhbət zamanı X13la danışıb ona xəbər edəcəyini demişdir. Bu söhbətdən bir iki gün sonra o əmisi Şahid2 evində qonaq olarkən Samirə əmisi gilə gəlib onunla görüşüb oğlu Rafiqə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O da Samirəyə maraqlanıb xəbər edəcəyini bildirmişdir. 17 mart 2022-ci ildə Samirə onunla əmisi Şahid2 yaşadığı evdə görüşüb söhbət eləmişlər. Söhbət zamanı Samirəyə 10000 manat müqabilində oğlu Rafiqin məhkəməsində köməklik edib onun təqsirləndirildiyi maddəni dəyişdirib istifadəçi kimi yəni AR CM 234.1-ci maddəsinə dəyişdirib, cəmi bir il müddətinə cəza alacağını, bunun üçün mütləq 10000 manat pulu düzəldib verməyini bildirmişdir. Samirə də 18 mart 2022-ci ildə 10000 manat pul düzəldib əmisi Şahid2 onların qonşuluğunda yerləşən evlərində əmisi Rafiqin yanında 10000 manat pulu sayıb ona vermişdir. O, pulu alıb Samirəyə X19 məhkəmədə işini danışıb söz verdiyi kimi maddəsini 234.1-ci maddəyə dəyişdirəcəyini və cəmi bir il müddətinə cəza alacağına söz verib çıxıb getmişdir. Samirə, Rafiq Hüseynovun işinin Bakı Ağır Cinayətlər məhkəməsinə göndəriləndə onunla əlaqə saxlamışdır. O, Samirəyə “narahat olma danışmışam yoluna qoyacam” deyə söz vermişdir. O, Rafiqin dəfələrlə məhkəmə prosesi olsa da məhkəməyə getməmiş və Samirəyə oğlu Rafiqin işini kiminlə danışdığını ona bildirməmişdir. X18 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Samirə, onunla əlaqə saxlayıb, oğlu Rafiq Hüseynova məhkəmənin 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verdiyini bildirmişdir. O Samirəyə işin alınmadığını, həll edə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək, zərərçəkmiş şəxs X8 dəymiş zərərin tərəfindən tam olaraq ödənildiyini və qanunvericilikdə nəzərdə tutulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədiyini bildirərək barəsində olan cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 ifadəsində göstərmişdir ki, İlkin Abbaszadəni o qonşuları olan əmisi Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, oğlu X10 xx.xx.2022-ci ildə anası Xədicə Pirəliyevanın yaşadığı ünvan 3 ünvanda Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövrüyyəsinə görə saxlanılmışdır. Barəsində cinayət işi başlanmış və həbs qətimkan tədbiri seçilmişdir. Oğlu Rafiqin tutulması barədə qonşusu İlkinin əmisi Şahid2 da məlumatı olmuşdur. Şahid2 onlarla söhbət zamanı oğlu Rafiqin işi ilə maraqlanmışdır. O da ona oğlu Rafiqin tutulduğunu, ona köməklik etmək istədiyini, lakin adam tapa bilmədiyini bildirmişdir. Şahid2 ona qardaşı oğlu Təqsirləndirilən şəxs polisdə işlədiyini, tanışlarının vasitəsi ilə ona oğlu Raifqin işinə köməklik edə biləcəyini bildirmişdir. Söhbət zamanı Şahid2 ona qardaşı oğlu İlkinlə danışıb ona xəbər edəcəyini demişdir. Bu söhbətdən iki gün sonra Şahid2 onunla görüşüb İlkinlə danışdığını 10000 manat pul lazım olduğunu bildirmişdir. O, Şahid2 istədiyi məbləğdə pulu olmadığını bildirmişdir. Şahid2 isə ona qardaşı oğlu İlkinlə danışdığını 10000 manat pul istədiklərini ona demişdir. 17 mart 2022- ci ildə İlkinin özü ilə də əmisi Şahid2 yaşadığı evdə görüşüb söhbət eləmişlər. İlkin söhbət zamanı 10000 manat müqabilində oğlu Rafiqin məhkəməsində köməklik edib onun təqsirləndirildiyi maddəni dəyişdirib istifadəçi kimi yəni AR CM 234.1-ci maddəsinə dəyişdirib, cəmi bir il müddətinə cəza alacağını, bunun üçün mütləq istədiyi 10000 manat pulu düzəldib vermələrini bildirmişdir. O da 18 mart 2022-ci ildə 10000 manat pul düzəldib İlkinin əmisi Şahid2 onların qonşuluğunda yerləşən evlərində əmisi Rafiqin yanında 10000 manat pulu İlkin Abbaszadəyə sayıb vermişdir. İlkin pulu alıb ona X19 məhkəmədə işini danışıb söz verdiyi kimi maddəsini 234.1-ci maddəyə dəyişdirəcəyini və cəmi bir il müddətinə cəza alacağına söz verib çıxıb getmişdir. X19 məhkəməsi Bakı Ağır Cinayətlər məhkəməsinə göndəriləndə o İlkinlə əlaqə saxlamışdır. İlkin ona narahat olma danışmışam yoluna qoyacam deyə söz vermişdir. Oğlu Rafiqin dəfələrlə məhkəmə prosesi olsa da İlkin məhkəməyə gəlməmiş və onlara oğlu Rafiqin işini kiminlə danışdığını onlara bildirməmişdir. Sonunda oğlu Rafiq Hüseynova 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. O İlkinlə əlaqə saxlayıb, oğlu Rafiq Hüseynova məhkəmənin 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verdiyini bildirmişdir. İlkin isə ona bəhanələr gətirib, işin alınmadığını, pulu kiməsə verdiyini, onun aldatdıqlarını bildirmişdir. O, İlkindən pulunu tələb edəndə isə İlkin ona bəhanələr gətirməyə başlamışdır. Sonra, İlkin ondan aldığı 10000 manat pulun 3000 manatını əmisi ailəsi vasitəsi ilə göndərmişdir. Qalan 7000 manatı isə bugünə qədər qaytarmamışdır. Zərərçəkmiş şəxs X11 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona son qalıq borcu olan 4000 (dörd min) manat ziyanı tam ödəməklə, borcunu tam şəkildə qaytarmışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs ona borcu qalmadığından onu bağışlayaraq barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, mülki iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İlkin Abbaszadəni o, qonşuları olan əmisi Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, oğlu X10 xx.xx.2022-ci ildə Xədicə Pirəliyevanın yaşadığı ünvan 3 ünvanda Nəsimi RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövrüyyəsinə görə saxlanılmışdır. Barəsində cinayət işi başlanılaraq həbs qətimkan tədbiri seçilmişdir. Oğlu Rafiqin tutulması barədə qonşuları İlkinin əmisi Şahid2da məlumatı olmuşdur. Şahid2 onlarla söhbət zamanı oğlu Rafiqin işi ilə maraqlanmışdır. O da ona oğlu Rafiqin tutulduğunu, ona köməklik etmək istədiyini, lakin adam tapa bilmədiyini bildirmişdir. Şahid2 ona qardaşı oğlu Təqsirləndirilən şəxs polisdə işlədiyini, tanışlarının vasitəsi ilə ona oğlu Raifqin işinə köməklik edə biləcəyini bildirmişdir. Söhbət zamanı Şahid2 ona qardaşı oğlu İlkinlə danışıb ona xəbər edəcəyini demişdir. Bu söhbətdən iki gün sonra Şahid2 ondan xəlvət həyat yoldaşı Samirə Salamzadə ilə görüşüb İlkinlə danışdığını oğlu Rafiqin işinin həll olunması üçün 10000 manat pul lazım olduğunu bildirmişdir. Samirə Şahid2 istədiyi məbləğdə pullarının olmadığını bildirmişdir. Şahid2 isə Samirəyə qardaşı oğlu İlkinlə danışdığını 10000 manat pul istədiklərini bir daha demişdir. 17 mart 2022-ci ildə Samirə İlkinin özü ilə də əmisi Şahid2 yaşadığı evdə görüşüb söhbət eləmişdilər. İlkin söhbət zamanı 10000 manat müqabilində oğlu Rafiqin məhkəməsində köməklik edib onun təqsirləndirildiyi maddəni dəyişdirib istifadəçi kimi yəni AR CM 234.1-ci maddəsinə dəyişdirib, cəmi bir il müddətinə cəza alacağını, bunun üçün mütləq istədiyi 10000 manat pulu düzəldib vermələrini bildirmişdir. Samirədə ona bu barədə danışsa da, lakin ona oğlu Rafiqin işinə kimin köməklik etdiyini deməmişdir. Samirə 18 mart 2022-ci ildə dülətdiyi 10000 manat pulu ondan xəbərsiz İlkinin əmisi Şahid2 onların qonşuluğunda yerləşən evlərində əmisi Rafiqin yanında 10000 manat pulu İlkin Abbaszadəyə sayıb vermişdir. İlkin pulu alıb Samirəyə X19 məhkəmədə işini danışıb söz verdiyi kimi maddəsini 234.1-ci maddəyə dəyişdirəcəyini və cəmi bir il müddətinə cəza alacağına söz verib çıxıb getmişdir. X19 məhkəməsi Bakı Ağır Cinayətlər məhkəməsinə göndəriləndə Samirə İlkinlə əlaqə saxlamışdır. İlkin Samirəyə narahat olma danışıb yoluna qoyacaq deyə söz vermişdir. Oğlu Rafiqin dəfələrlə məhkəmə prosesi olsada İlkin məhkəməyə gəlməmiş və Samirəyə oğlu Rafiqin işini kiminlə danışdığını ona bildirməmişdir. Sonunda oğlu Rafiq Hüseynova 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Həmin zaman Samirə ağlayıb ona 10000 manat pulu kimə verdiyini bildirmişdir. Samirə onun yanında İlkinlə əlaqə saxlayıb, oğlu Rafiq Hüseynova məhkəmənin 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verdiyini bildirmişdir. İlkin isə Samirəyə bəhanələr gətirib, işin alınmadığını, pulu kiməsə verdiyini, onu aldatdıqlarını bildirmişdir. Bundan sonra, İlkindən pulu tələb edəndə isə İlkin başladı onlara bəhanələr gətirməyə. Sonra, İlkin Samirədən aldığı 10000 manat pulun 3000 manatını əmisi ailəsi vasitəsi ilə göndərmişdir. Qalan 7000 manatı isə qaytarmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X11 zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2023-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilməli olan Təqsirləndirilən şəxs həmin gün saat 12:00-da tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək qətimkan tədbirinin şərtləri ona izah olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X1 İlkin Abbas oğlunun üzünə deyərək ifadəsini təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs ünvan 1 ünvanında Şahid2 məxsus yaşayış evində 12 mart 2022-ci il tarixdə Şahid2 qardaşı oğlu Təqsirləndirilən şəxs X4 Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi AR CM-nin 234.4.3-cü maddəsini CM-nin 234.1-ci maddəsinə tövsif etdirilməsinə kömək edəcəyi məqsədi ilə 10000 (on min) manat məbləğində pul verdiyini bildirmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-378/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs X11 tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona son qalıq borcu olan 4000 (dörd min) manat ziyanı tam ödəməklə, borcunu tam şəkildə qaytarmışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs ona borcu qalmadığından onu bağışlayaraq barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, mülki iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə heç bir etirazı yoxdur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 2500 (iki min beş yüz) manat məbləğində pul dövlət büdcəsi hesabına keçirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı ona aid hissəsini tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-378/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Vəkillər X6 Mərkəzinin vəkilləri sırasından vəkil məhkəməyə təqdim edilməsi qərara alınmış, xx.xx.2024-cü il tarixli, 1372 nömrəli vəkil orderinə əsasən Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi üçün dövlət hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Təqsirləndirilən şəxs ona hüquqlarının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə olunmasına etiraz etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-47/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Vəkillər X6 Mərkəzinin vəkilləri sırasından vəkil məhkəməyə təqdim edilməsi qərara alınmış, xx.xx.2025-ci il tarixli, 1704 nömrəli vəkil orderinə əsasən Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi üçün dövlət hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 təyin edilmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, 24 noyabr 2025-ci il tarixədək məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 təqdim etdiyi hesabata əsasən o, 24 noyabr 2025-ci il tarixdə məhkəmə iclasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 5 (beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 24 noyabr 2025-ci il tarixədək təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 24 noyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 385 (üç yüz səksən beş) manat, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 55 (əlli beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 385 (üç yüz səksən beş) manat, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 05 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 55 (əlli beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-47/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-47/2025
24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver