Məhkəmə qərarları › İş №1(001)-470/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-470/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-470/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İmişli rayonu, Çahar kəndində anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,40 qram, 2,63 qram, 2,58 qram və 3 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,47 qram, 0,44 qram, 0,53 qram olmaqla ümumi təmiz çəkisi 9,05 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibində saxlamaqla üzərində daşımış, 08 mart 2024- cü il tarixdə, saat 16:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 17:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,40 qram, 2,63 qram, 2,58 qram və 3 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,47 qram, 0,44 qram, 0,53 qram olmaqla ümumi təmiz çəkisi 9,05 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni, iş olanda qaynaq işləri görür. Bir müddətdir ki,“nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə edir. 05 mart 2024-cü il tarixdə anadan olduğu İmişli rayonu, Çaharlı kəndinə getmək üçün yola düşmüşdür. O, mütəmadi olaraq anadan olduğu kəndə gedib-gəlmişdir. Narkotik vasitəni aldığı şəxsi ona sinif yoldaşı tanıtmışdır. Belə ki, sinif yoldaşı ona “Roma” adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu və istəsə ondan pulla ala biləcəyini demişdir. O, “Roma” adlı şəxslə əlaqə yaratmış, 9 qram narkotik vasitə marixuana alaraq həmin gün şəhərə qayıtmışdır. 9 qram narkotik vasitəyə görə o, 300 manat pul vermişdir. 08 mart 2024-cü il tarixə kimi narkotik vasitədən bir dəfə istifadə etmişdir. Daha sonra evdə onu gizlədə bilməyəcəyini düşünərək iş yerində gizlətməyi qərara almışdır. 08 mart 2024-cü il tarixdə iş günü olmadığı üçün iş yerinə yollanmışdır. Yolda Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları onu saxlamış və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu bölməyə dəvət etmişlər. O, etiraz etməmiş və əməkdaşlarla birlikdə bölməyə getmişdir. Polis şöbəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra özünün xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə özünün razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində qara rəngli gödəkçənin sağ yan cibində olan 03 (üç) ədəd kibrit qutusunda və 03 (üç) ədəd kağız bükülüdə olan narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Sonradan üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Lakin hər hansı bir əşya, qanunsuz maddə aşkar edilməmişdir. Məhkəmədə iclasında təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin narkotik vasitə marixuananı yalnız öz istifadəsi üçün alıb saxladığını, mobil telefonunda olan mesajların yalnız işlə bağlı yazıldığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü yalnız AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, evli olmasını, himayəsində 3 uşağının olmasını, bir uşağının təxminən 1 ay bundan əvvəl doğulmasını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nin sahə rəisi vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. X3 narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin müavinin 08 mart 2024-cü il tarixli qərarı ilə yaradılmış əməliyyat qrupunun üzvü təyin edilmişdir və PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1ylə birlikdə hazırlanmış əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü ildə, saat 16:10-da Binəqədi rayonu, S.S.Axundov küçəsi 31/23, bina 7 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq işlədiyi bölmənin təhqiqatçısının xidməti iş otağına gətirilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış və götürmədə müdafiəçinin iştirak etməməsinə etirazı olmadığını bildirmişdir, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd kibrit qutusunu və 3 ədəd ağ rəngli kağız bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsla aparılan sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümlərin içərisindəkinin “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuananı” xx.xx.2024-cü il tarixdə İmişli rayonunda tanımadığı şəxsdən 300 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən açılmış və içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsi olan narkotik vasitə marixuanaya bənzər maddə olduğu görünmüşdür. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə təhqiqatçı tərəfindən çəkilmiş və bükümlərin ümumi çəkisinin 18,99 qram olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş 06 ədəd bükümdə qurudulmuş marixuana adlanan ot kütləsi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 2015-ci ildən ailə həyatı qurmuşlar, həmin nikahdan 1 övladları vardır. Fəramizlə birlikdə ünvan 4 ünvanında yaşamışlar. Fəramiz usta olaraq çalışmış və evin dolanışığını təmin etmişdir. 08 mart 2024-cü il tarixdə xatırlamadığı mobil nömrədən ona zəng gələrək həyat yoldaşının saxlanıldığı bildirilmişdir. Həmin gün ona məlum olmuşdur ki, həyat yoldaşının üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Fəramizin narkotik vasitələrdən etməsindən məlumatı olmamışdır. Özü işləmədiyindən evi evləndikləri gündən yoldaşı işləyib çalışaraq evi normal dolandırmışdır. Fəramiz evdə və cəmiyyətdə özünü normal aparmış, onda hər hansı bir asılılıq olduğunu görməmişdir. Məhkəmə iclasına çağırılmış digər şahidlər Binəqədi RPİ-nin 5-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 oğlu və bölmənin təhqiqatçısı X14 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Əhmədov X6 RPİ-nin 5-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən 03 ədəd kibrit qutusunda 2,40 qram, 2,63 qram, 2,58 qram və 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,47 qram, 0,44 qram, 0,53 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə olan marixuana aşkar olunaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 7/396 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilən 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,40 qram, 2,63 qram, 2,58 qram və 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,47 qram, 0,44 qram, 0,53 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Binəqədi RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə saat 16:25-də MSY-nə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CMnin 234.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair Binəqədi RPİ-nin müstəntiqi İsa Süleymanov tərəfindən verilmiş vəsatət təmin edilməmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 5-ci PŞ-də şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd kibrit qutusunda təmiz çəkisi 2,40 qram 2,63 qram, 2,58 qram və 03 ədəd bükümdə təmiz çəkisi 0,47 qram, 0,44 qram, 0,53 qram ümumi təmiz çəkisi 9,05 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs kibrit qutusunda və bükümdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd kibrit qutusunda təmiz çəkisi 2,40 qram 2,63 qram, 2,58 qram və 03 ədəd bükümdə təmiz çəkisi 0,47 qram, 0,44 qram, 0,53 qram ümumi təmiz çəkisi 9,05 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli, 3136 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***- **-** saylı mobil telefon nömrəyə baxış keçirilən zaman mobil nömrəyə daxil olan “sms” mətnlərində “salam qaqa internet kesildi emanet məndədir,demesem hörmətsizdiy kimi çıxar deyə yazdım, kontur yoxdur onçun abi səhə dərdləşərik ama istəsən zəng vur mənə”, ona məxsus digər ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan “sms” mətnlərində “salam qaqa necəsən, əmanətin məndədi,dünən maşın tez gəldi,ona görə qoyamadı istiyirsən puluvu vurum kartıva qaqa üzürlü say” kimi “sms” mətnlərinin olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd kibrit qutusunda təmiz çəkisi 2,40 qram 2,63 qram, 2,58 qram və 03 ədəd bükümdə təmiz çəkisi 0,47 qram, 0,44 qram, 0,53 qram ümumi təmiz çəkisi 9,05 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ekspertiza rəyləri, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 12632 nömrəli və xx.xx.2024-cü il tarixli, 429/24 nömrəli məktubla daxil olmuş 02 ədəd disk cinayət işi üzrə sübut kimi qiymətləndirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-925/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və çıxan mesajların məzmunu, siyahısı, arayan və aranan abonentlərin anten məlumatları, həmin nömrələrin kimə məxsusluğu barədə məlumatların «Azərcell MMC» və "xxxx" MMC şirkətlərindən ələ keçirilməsi qərara alınmışdır. Qərar «Azərcell MMC» və "xxxx" MMC tərəfindən icra olunaraq, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan mesaj mətnlərinə dair DVD disk təqdim edilmişdir. Məhkəmə tərəfindən diskdə olan məlumatlara baxış keçirilərkən aşağıdakılar aşkar edilmişdir. Fayl açıldıqda, faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda müxtəlif tipli, yəni “birazdan çıxacaq çölə onda atsa götürə biləsən qaqa”, “Qaqa yoldayam gedirəm şəhərə masındayam acmlram demişəm o uşaq bira”, “Onun nomresin atde mene nece deqaya catarsan”, “Qaqa catram sedereydeyem az qalduq”, “Qaqa cox hirslenmiwem bawim xarab olub onun nomresin atirsan mene yoxsa men iwimi bilim”, “Qara bu biraz gec clxacaq başına donerem məni bağışla gəl şəhərə qa”, “qun quluqundadl naqde desin tokecem ortalqa üzürlü say” tipli, ***- ***-**-** mobil telefon nömrəsi ilə “Qerdew tayqanin qabagindayam”, “Blokuvun qabağındayam hardasan???????”, “Qardawim menle elaqe saxlada” tipli mesajların olması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in və 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2024-cü il təvəllüdlü X1 Fəramiz Mübariz oğlunun övladlarıdır. xx.xx.2022-ci il tarixli, AZ-T 045066 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X12 ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar. xx.xx.2024-cü il tarixli doğum haqqında tibbi şəhadətnamə və əvəzləmə kartından görünür ki, X7 xx.xx.2024-cü il tarixdə kişi cinsli uşağı doğulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini, evli olmasını və himayəsində 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair Binəqədi RPİ-nin müstəntiqi İsa Süleymanov tərəfindən verilmiş vəsatət təmin edilməmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 2,40 qram, 2,63 qram, 2,58 qram, 0,47 qram, 0,44 qram, 0,53 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X11 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 2,40 qram, 2,63 qram, 2,58 qram, 0,47 qram, 0,44 qram, 0,53 qram olan qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar