Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-471/2021 10.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 20 aprel 2021-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən tanışı Koçyigit Fatihə məxsus qarajın qapısını özündə olan açarla açıb içəri daxil olaraq orada sonuncuya məxsus 2000 manat dəyərində «RKS Blazer XR 50» markalı mopedi gizli olaraq talayıb zərər çəkmiş şəxs F.Koçyigitə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikası vətəndaşı Fatihlə kuryer işləyən zaman tanış olmuşdur. Belə ki, Koçyigit Fatih ona «RKS Blazer XR 50» markalı mopedi 2021-ci ilin aprel ayının əvvəllərində alıb vermiş və o, həmin mopedlə Koçyigit Fatihin yanında kuryer işləmişdir. X7 rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi 1 ünvanında qarajı olmuş, lakin qaraj tam təmirsiz halda olduğundan orada moped saxlamaq qaranlıq və zir-zibillə dolu olduğundan mümkün deyildi. Koçyigit Fatih ona həmin qarajı birlikdə təmir edib bir neçə moped alıb ora yığmalarını və bundan sonra başqa şəxslərə də, mopedləri sürmək üçün icarəyə vermələrini təklif etmiş və o, həmin təklif ilə razılaşmışdır. Bundan sonra Koçyigit Fatih qarajın açarını ona vermiş və o, həmin qarajda təmir işlərinə başlamışdır. Bundan bir neçə gün sonra Koçyigit Fatih ona zəng edərək mopedi qaraja qoymasını, daha onunla işləmək istəmədiyini demişdir. O, Koçyigit Fatihin bu hərəkətini başa düşməyib sonuncudan səbəbini soruşmuş və Koçyigit Fatih ona vara olmasını bildirərək daha onunla işləmək istəmədiyini demişdir. O, Koçyigit Fatihlə bir qədər söhbət etdikdən sonra sonuncu ona qarajı səliqəyə salıb tam qurtardıqdan sonra mopedi ona verər biləcəyini demişdir. O, Koçyigit Fatihin bu hərəkətindən əsəbiləşib həmin mopedi oğurlamaq qərarına gəlmişdir. Belə ki, 20 aprel 2021-ci il tarixdə saat 01 radələrində həmin qaraja gəlmiş, özündə olan qarajın açarı ilə qarajın qapısını açaraq mopedi qarajdan çıxarmış, qapını bağlamadan dərhal mopedə əyləşib sürüb getmişdir. Bundan sonra o, həmin mopedi satmaq istəmiş və bir neçə şəxsə göstərsə də, mopedi alan olmamışdır. O, həmin mopedi təxminən 1 ay sürmüş və 2021-ci ilin may ayının 23-də mopedi «28 may» metrostansiyasının yaxınlığındakı “Tantuni” dönər köşkünə sürmüşdür. Belə ki, orada kuryerlər olmuş və fikirləşmişdir ki, kuryerlərə mopedi satar. Mopedlə ora gələndə tanışı Xanları görmüşdür. O, Xanlara mopedin özünə məxsus olmasını deyərək satmaq istədiyini bildirmişdir. Xanlar bir-iki nəfər kuryer işləyən tanışı olduğunu və onların moped istədiklərini demişdir. Bundan sonra o, Xanlarla mopedə minmiş və mopedi sürərkən «28 may» metrosunun yaxınlığında polislər onu saxlamışlar. Zərərçəkmiş şəxs X2 oğurlamış olduğu mopedin qaytarılaraq, onunla barışmasını, habelə törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Bakı şəhərində yaşadığı müddət ərzində ünvan 4 ünvanda qaraj almışdır. O, Türkiyə Respublikası vətəndaşı olduğu üçün «RKS Blazer XR 50» markalı mopedi dostu X4 adına 3724 manata almışdır. O, mopedi aldıqdan sonra mopedi Təqsirləndirilən şəxs vermiş və sonuncu ilə faizə işləmişdir. Ona məxsus qaraj təmirsiz olduğu üçün orada moped saxlamaq mümkün olmamış və o, Təqsirləndirilən şəxs təklif etmişdir ki, həmin qarajı birlikdə təmir edib və bir neçə moped alıb ora yığaraq həmin mopedləri başqa şəxslərə icarəyə versinlər. Seymur da onunla razılaşmış və o, qarajın açarının bir nüsxəsini Seymura vermişdir. Seymur həmin qarajı təmir etməyə başlamış və eyni zamanda da ona məxsus «RKS Blazer XR 50» markalı mopedi sürməklə kuryerlik etmişdir. Sonradan o, Seymur avara uşaq olmasını öyrənib sonuncu ilə yollarını ayırmaq qərarına gəlmişdir. O, bundan sonra Seymura zəng edərək idarə etdiyi ona məxsus mopedi qaraja qoymasını və daha onunla işləmək istəmədiyini demişdir. Lakin qarajın açarını o, Seymurdan götürməmiş və qarajın təmizlik işlərini davam etdirməsini tapşırmışdır. Seymur da gətirib mopedi qaraja qoymuşdur. 19 aprel 2021-ci il tarixdə saat 22 radələrində o, özünə məxsus mopedi ünvan 5 ünvanındakı qarajda sxalayıb çıxıb getmişdir. 20 aprel 2021-ci il tarixdə saat 10 radələrində onun yanına gələn digər kuryer X9 ona zəng vuraraq qarajın qapısının açıq olmasını və mopedin yerində olmadığını bildirmişdir. O, dərhal evdən çıxıb qaraja yaxınlaşmış və qarajın qapısından asdığı qıfılın açıldığını, lakin qıfılın üzərində hər hansı zədə olmadığını aşkar etmişdir. O, bundan sonra baş vermiş hadisə barədə polisə məlumat vermişdir. O, sonradan həmin hadisəni Təqsirləndirilən şəxs tərəfindən törədilməsini öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış moped ona geri qaytarıldığından aralarında barışıq olmuş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, özünə məxsus mopedlə müxtəlif ünvanlarda kuryer işləmişdir. Sonradan mopedi satmış və bir müddət işsiz qalmışdır. Sonuncu iş yeri 28 may metrostansiyasının yaxınlığındakı “Tantuni-dönər” köşkü olmuş, orada bişirilən dönərləri mopedlə ünvanlara çatdırmaqla kuryerlik etmişdir. O, Seymuru uzun müddətdir ki, tanımış və sonuncu da kuryerlik ilə məşğul olmuşdur. 23 may 2021-ci il tarixdə o, 28 may metrosunun yaxınlığında olan zaman təsadüfən Seymur o, olduğu yerə gəlmiş və həmin zaman sonuncu ağ rəngli «RKS Blazer XR 50» tipli mopedi sürmüşdür. Seymurla söhbət edən zaman sonuncu sürdüyü mopedin özünə məxsus olmasını və satıb yenisini almaq istədiyini demişdir. O, Seymura moped istəyən kuryerlər olduğunu deyib sonuncu ilə birlikdə mopedə əyləşib həmin kuryerlərin yanına getmişlər. Yolda olan zaman polis əməkdaşları onu və Seymur saxlayaraq Binqədi RPİ-nin 7-ci PB-nə gətirmişdir. Polis bölməsində olan zaman Seymurun idarə etdiyi mopedin oğurluq olması ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22.05.2021-ci il tarixli qərardan görünür ki, naməlum şəxsin 20 aprel 2021-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanındakı qarajdan Kocyigit Fatihə məxsus RKS Blazer XR 50 markalı mopedi gizli olaraq talaması üzrə fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 20.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 20.04.2021-ci il tarixdə olan oğurluq hadisəsi ünvan 2 ünvanında baş vermişdir. 23.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi bir ədəd moped ibtidai istintaq zamanı götürülmüşdür. 30.05.2021-ci il tarixli protokoldan və fotoşəkildən görünür ki, bir ədəd RKS Blazer XR 50 markalı moped zərərçəkmiş şəxs X5 tanınmaya təqdim olunmuş və sonuncu əmlakını tanıyaraq mopedin ona məxsus olduğunu bildirmişdir. 07.06.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 17.06.2021-ci il tarixli, 9/3790 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ağ-qara rəngli 2021-ci il buraxılışlı, «RKS Blazer XR 50» markalı mopedin istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 2000 manat müəyyən olunur. 17.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 12.07.2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12.07.2021-ci il tarixdə tutularaq saxlanma yerinə təhvil verilmişdir. 14.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. 15.07.2021-ci il tarixli protokoldan görünür ki, X8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X8 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 01.09.2021-ci il tarixli iş üzrə zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı verdiyi ərizəsindən görünür ki, mopedini oğurlayan Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və iddiası yoxdur, sonuncudan şikayətçi deyildir. 01.09.2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X2 oğurlanmış «RKS Blazer XR 50» markalı moped iş üzrə maddi sübut kimi tanınmışdır. 05.09.2021-ci il tarixli qəbzdən görünür ki, «RKS Blazer XR 50» markalı moped saxlanılması üçün sahibi iş üzrə zərərçəkmiş şəxs X6 təhvil verilmişdir. 05.11.2021-ci il tarixli iş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər ödnildiyindən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli ictimai işlər cəzasının çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 47.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü ictimai işlər növündə cəzanın səkkiz saatı hesabı ilə hesablanıb, ona təyin ediləcək ictimai işlər cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «RKS Blazer XR 50» markalı mopedin saxlanılması üçün sahibi zərərçəkmiş şəxs X6 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü ictimai işlər növündə cəzanın səkkiz saatı hesabı ilə hesablanmaqla, ona təyin edilmiş ictimai işlər cəzasından çıxılaraq, üzərində qəti olaraq 384 (üç yüz səksən dörd) saat ictimai işlər cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli ictimai işlər cəzasının çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «RKS Blazer XR 50» markalı mopedin saxlanması üçün sahibi zərərçəkmiş şəxs X6 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-471/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-471/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver