Məhkəmə qərarları › İş №1(001)-472/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-472/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-472/2023 25.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Tərcüməçi (gürcü dili üzrə) X2 iştirakı ilə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM-nin) 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM-nin) 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 19 iyun 2023-cü il tarixdə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Dövlət ittihamçısı vəsatət verərək göstərmişdir ki, həmin cinayət işi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır.xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd olunan maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan görünür ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Ramil Bairamovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar planına uyğun olaraq Ramil Bairamov ona, Tamasha Bairamovaya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi ev 105, mənzil 12 saylı evin giriş qapısının kildinin açarının nüsxəsini verdikdən sonra o, əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin açarını qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş və sonuncu ilə birlikdə həmin açardan istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı paltar dolabında olan dəyəri 20 manat təşkil edən, taxta materialdan hazırlanmış daxılı-içində olan dəyəri 300 manat təşkil edən, təxminən 6 qram çəkidə bir cüt qızıl sırqa, dəyəri 150 manat təşkil edən, tünd qırmızı rəngli «qranat» materialdan qaşı olan, təxminən 5 qram çəkidə bir ədəd gümüş üzük, dəyəri 100 manat təşkil edən, təxminən 5 qram çəkidə bir ədəd gümüş boyunbağı, dəyəri 100 manat təşkil edən, təxminən 5 qram çəkidə ayağa taxılan bir ədəd gümüş bilərzik, dəyəri 50 manat təşkil edən, boyunbağı, iki cüt sırqa, bilərzik, iki ədəd üzükdən ibarət, adi dəmir materialdan hazıranmış «bujiteriya» komplekti, dəyəri 75 manat təşkil edən 01 ədəd qırmızı flakonda Fransa istehsallı, 50 ml-lik, istifadə olunmuş «X7» markalı qadın ətirini, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat təşkil edən, 02 ədəd «Soel Parfum» markalı 50 ml-lik kişi ətirini, dəyəri 10 manat təşkil edən 01 ədəd «X10 Seathalasso» markalı, 100 ml- lik qadın ətirini, həmin yataq otağındakı paltar dolabının gözlüyündə olan 01 ədəd 100 manat dəyərində SSRİ-istehsalı olan «Zenit» markalı, TTL model helios-44 mm-lik fotoparatı və 01 ədəd 120 manat dəyərində SSRİ istehsallı, «Tento» markalı, 10x50 ölçülü binoklu, mənzilin digər yataq otağındakı dolabın gözlüyündən dəri materialdan hazırlanmış, Türkiyə istehsallı, dəyəri 70 manat təşkil edən 01 ədəd pul qabını içindəki 12 ədəd 1 ABŞ dollarlıq əskinaslardan ibarət 12 ABŞ dolları, 03 ədəd 100 ABŞ dollarlıq əskinaslardan ibarət 300 ABŞ dollarını, ümumilikdə 312 ABŞ dollarını-milli pul vahidi ilə 530 manat 40 qəpik nağd pulu gizli olaraq talayaraq, zərərçəkmiş Tamasha Bairamovaya ümumilikdə 1.631 manat 40 qəpik (bir min altı yüz otuz bir manat qırx qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 22 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Sutikinti xəstəxana»sının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Elvin» adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,644 qram çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 23 aprel 2022-ci il tarixdə saat 00:15-də Binəqədi RPİ-nin 7ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 15-də yerləşən «Omid tikinti materialları satışı mağazası»nın yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağ-qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,644 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan görünür ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Ramil Bairamovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar planına uyğun olaraq X5 Bairamovaya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi ev 105, mənzil 12 saylı evin giriş qapısının kilidinin açarının nüsxəsini Təqsirləndirilən şəxs1 verdikdən sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin açarı ona vermiş və Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin açardan istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı paltar dolabında olan dəyəri 20 manat təşkil edən, taxta materialdan hazırlanmış daxılı-içində olan dəyəri 300 manat təşkil edən, təxminən 6 qram çəkidə bir cüt qızıl sırqa, dəyəri 150 manat təşkil edən, tünd qırmızı rəngli «qranat» materialdan qaşı olan, təxminən 5 qram çəkidə bir ədəd gümüş üzük, dəyəri 100 manat təşkil edən, təxminən 5 qram çəkidə bir ədəd gümüş boyunbağı, dəyəri 100 manat təşkil edən, təxminən 5 qram çəkidə ayağa taxılan bir ədəd gümüş bilərzik, dəyəri 50 manat təşkil edən, boyunbağı, iki cüt sırqa, bilərzik, iki ədəd üzükdən ibarət, adi dəmir materialdan hazıranmış «bujiteriya» komplekti, dəyəri 75 manat təşkil edən 01 ədəd qırmızı flakonda Fransa istehsallı, 50 ml-lik, istifadə olunmuş «X7» markalı qadın ətirini, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat təşkil edən, 02 ədəd «Soel Parfum» markalı 50 ml-lik kişi ətirini, dəyəri 10 manat təşkil edən 01 ədəd «X10 Seathalasso» markalı, 100 ml- lik qadın ətirini, həmin yataq otağındakı paltar dolabının gözlüyündə olan 01 ədəd 100 manat dəyərində SSRİ-istehsalı olan «Zenit» markalı, TTL model helios-44 mm-lik fotoparatı və 01 ədəd 120 manat dəyərində SSRİ istehsallı, «Tento» markalı, 10x50 ölçülü binoklu, mənzilin digər yataq otağındakı dolabın gözlüyündən dəri materialdan hazırlanmış, Türkiyə istehsallı, dəyəri 70 manat təşkil edən 01 ədəd pul qabını içindəki 12 ədəd 1 ABŞ dollarlıq əskinaslardan ibarət 12 ABŞ dolları, 03 ədəd 100 ABŞ dollarlıq əskinaslardan ibarət 300 ABŞ dollarını, ümumilikdə 312 ABŞ dollarını-milli pul vahidi ilə 530 manat 40 qəpik nağd pulu gizli olaraq talayaraq, zərərçəkmiş Tamasha Bairamovaya ümumilikdə 1.631 manat 40 qəpik (bir min altı yüz otuz bir manat qırx qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 22 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Sutikinti xəstəxana»sının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Elvin» adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,644 qram çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 23 aprel 2022-ci il tarixdə saat 00:15-də Binəqədi RPİnin 7- ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 15-də yerləşən «Omid tikinti materialları satışı mağazası»nın yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağ-qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,644 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixdə iş üzrə tərtib edilmiş ittiham aktı Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmaqla, CPM-nin 303.3.6-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmişdir. Belə ki, CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən isə qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. CPM-nin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar, təqsirləndirilən şəxsi səciyyələndirən hallar, zərər çəkmiş şəxsi səciyyələndirən hallar və təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı cinayət işinin materiallarında və tərtib edilmiş ittiham aktında isə cinayətin törədilmə vaxtı göstərilməmişdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yenidən ittiham elan edilməsi haqqında 14 may 2023-cü il tarixli qərarlarda, o cümlədən ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində ittiham olunduqları oğurluq (CMnin 177.2.1, 177.2.3-cü maddələri) cinayətinin törədilmə vaxtı göstərilməmişdir. Halbuki, qeyd olunanlar həm CPM-in 223.3.2-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın, həm də CPM-in 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməli olan mühüm hallardır. Göründüyü kimi, müstəntiq tərəfindən CPM-nin 303.3.6-ci maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinin tələblərinə əsasən cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, dövlət ittihamçısı - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz edərək, vəsatətin rədd edilməsini xahiş etdilər. Məhkəmə vəsatətin dəlillərini və cinayət işinin materiallarını nəzərdən keçirib, proses iştirakçılarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tərtib olunmuş ittiham aktında aradan qaldırılması mümkün olmyan nöqsanlar m müəyyən edildiyinə görə dövlət ittihamçısının vəsatəti təmin olunmalı və irəli sürülmüş ittiham üzrə cinayət işinin materiallarının baxılmasına xitam verilməklə, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: - cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; CPM-nin 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən isə qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. CPM-nin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar, təqsirləndirilən şəxsi səciyyələndirən hallar, zərər çəkmiş şəxsi səciyyələndirən hallar və təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı cinayət işinin materiallarında və tərtib edilmiş ittiham aktında isə cinayətin törədilmə vaxtı göstərilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinin tələblərinə əsasən cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, dövlət ittihamçısının vəsatəti təmin edilməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, bu hal təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını zəruri edir. Həmçinin, məhkəmə hesab edir ki, ittiham aktında yol verilmiş nöqsanlara görə cinayət işi istintaqa geri qaytarıldığından, ittiham aktında yol verilmiş nöqsanların aradan qaldırılması və cinayət işinin yenidən məhkəməyə göndərilməsi vaxt tələb etdiyindən təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti - 01 ay müddətinə, yəni 25 oktyabr 2023-cü ilədək uzadılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 8, 10, 289, 303 və 307-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinə baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, 1 ay müddətinə, yəni 25 oktyabr 2023cü il tarixədək üzadılsın. Qərarın sürəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçilərə, təqsirləndirilən şəxslərə və həbsdə saxlanma yerinə göndərilsin. Sədrlik edən Hakim: Abbas Rzayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar