Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-472/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 məhkəməyə müraciət edərək, X6 CMin 147 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, şəhid qardaşı, 1-ci Qarabağ müharibəsi iştirakçısı,23 il vətənə sədaqətlə xidmət etmiş ehtiyatda olan zabitdir. xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də çalışır. Hazırda parklanma xidmətində bölgə müdiri işləyir. Tabeçiliyində olan işçilərə qarşı həm qayğıkeş və həm də qanun çərçivəsində tələbkardır. Vəzifələrinin icrası müddətində daima Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etmiş və hər hansı bir qanun pozuntusuna yol verilməsinə şərait yaratmamışdır. Lakin son vaxtlarda kimlərsə onun adına və karyerasına ləkə salmaq məqsədilə ona qarşı təxribat, qarayaxma xarakterli hərəkətlərə əl atır. Belə ki, Əcəmi ərazisində xidmət aparan bələdçi X1 köməkliyi ilə onun adına ləkə salmaq məqsədilə videoçarx müraciət hazırlamış və şəxsi “Tik-tok” profilində paylaşmışdır. Kənan İlyasov videoçarxda qeyd etmişdir ki. onlara xidmət müddətində guya cəmi 1 dəfə ayaqyolundan istifadəyə vaxt verilir, siqaret çəkməyə məhdudiyyət qoyulur. 4-5 nəfər audit yoxlama onları izləyir, auditlər sürücülərin vaxtını bilərəkdən dayandırır, nəticədə bələdçilər təzyiqlərə məruz qalır, işçilərdən vəzifələrə çəkilmələri üçün rüşvət alınır. X12 çıxışında dövlət başçısına və güc strukturlarına müraciət edərək qeyd etmişdir ki, guya onun həyatı təhlükə qarşısındadır və təhdid olunur. Kənan İlyasovun dediyinə görə bütün bu qeyd elədiyi məsələlərin arxasında xidmət rəisi Yalçın Bəşirov və o, durur, onların barəsində ciddi tədbir görülməlidir. X11 videoçarxda dedikləri şər və böhtandır. Videoçarxdan əlavə Kənan İlyasov digər bələdçilərə “Whatsapp” üzərindən səs ataraq bildirmişdir ki, guya onun barəsində 22-ci polis bölməsində istintaq araşdırması gedir, dediyinə görə o, vətədaşlardan 2-3 min manat almaqla onlara qazi sənədi düzəldir. Kənan bəylə bir növbədə olan bələdçi X3 bəylə aralarında keçən dialoqları telefon vasitəsilə qeydə almış və mənə göndərmişdir. O danışıqlardan açıq aydın görünür ki, Kənan bəy bəzi şəxslər tərəfindən öyrədilib və mənə qarşı təxribat hazırlanıb ki, vəzifəmdən uzaqlaşdırdım və adım ləkələnsin. Kənan bəy Sadiq bəylə danışıqlarındakı səs yazmalarında bunları 5-10 min manat pul əldə etmək məqsədilə etdiyini etiraf etmişdir. O, “Tik-tok” şəbəkəsində paylaşılan səhifədən ekran çəkilişi etmiş və ordan da görünür ki, 9 772 nəfər videonu bəyənmiş, 3 449 nəfər videonu paylaşmışdır. Bu onu göstərir ki, ən azından bir profildən videoya baxış 100 000 nəfərdən çox olmuşdur. Eyni zamanda əlavə etdiyim digər sosial şəbəkədən çıxarışda görünür ki, minlərlə şəxslər tərəfindən Kənan İlyasovun paylaşdığı şər böhtan xarakterli video müraciət paylaşılmış, bəyənilmiş və təhqir xarakterli şərhlər yazılmışdır. Odur ki, X9 barəsində CM-in 147 və 148-ci maddələrinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddələrdə nəzərdə tutulan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, işin məhkəmə baxışına təyin edilməsini və X6 CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Seyfullayev tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməklə xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksına aid olan birinci instansiya məhkəməsində baxılır; CPM-in 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir; CPM-in 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır; CPM-in 302-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir və məhkəmə bu halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətə baxılması zamanı müəyyən edilmişdir ki, X2 ərizəsində göstərdiyi törədilməsi ehtimal edilən cinayət əməli barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 tərəfindən xaricdə qeydiyyata alınmış internet informasiya ehtiyatında törədilmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X9 ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, şəxsin yaşayış yeri onun şəxsiyyət vəsiqəsi üzrə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında işlərə baxılarkən şikayətə mahiyyəti üzrə baxılmazdan əvvəl şikayətin həmin məhkəməyə aid olub-olmaması barədə məsələyə baxılmalı, məhkəməyə aid olduğu halda mahiyyəti üzrə baxılmalı, digər məhkəməyə aid olduqda isə aidiyyəti üzrə göndərilməlidir. Sadalananlara əsasən məhkəmə belə hesab edir ki, X9 barəsində CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X6 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-472/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-472/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver