Məhkəmə qərarları › İş №1(001)-473/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-473/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-473/2023 27.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonu, Daşveysəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəbrayıl rayonu, Minbaşılı Ə/D, Daşveysəlli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan X4 məxsus «Daewoo Gentra» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ilə 80 km/saat sürətlə hərəkətdə olarkən, həmin küçədə yerləşən «Məmmədoğulları» adlanan avtoservisin yaxınlığında yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobili yaşayış məntəqsində 60 km/saatdan artıq sürətlə hərəkət etdirməməli, üfuqi nişanlama xəttini (qoşa bütöv xətti) kəsib keçməməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yolun ortasında olan qoşa bütöv xətti kəsərək avtomobili qarşı sol əks hərəkət zolağına çıxarmış, bu zaman əks istiqamətdə 45-50 km/saat sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Zaz» markalı, «Lanos TF 69YO» modelli **-CU-*** dövlət qeydiyatı nişanlı avtomobilin ön hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsi toqquşaraq, ehtiyyatsızlıqdan «Zaz» markalı, «Lanos TF 69YO» modelli **-CU-*** dövlət qeydiyatı nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 döş sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin qançırı, sağ dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları, qarın nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ diz oynağı nahiyəsinin dərialtı hematomaları, sol dirsək çuxurunun kəsilmiş yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, həmin avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin yerdəyişən sınığı ilə müşayiət olunan burun əsası və burun ucunun sıyrıqları, sol tərəfli İ,İİ qabırğaların sınıqları, alın nahiyəsinin, sol üst göz qapağının, sağ yanaq nahiyəsinin, sol almacıq nahiyəsinin, üst və alt dodağın dərisinin, çənə nahiyəsinin, sağ və sol diz oynağı nahiyələrinin, sol said nahiyəsinin sıyrıqları, üst dodağın dərisinin səthi əzilmiş sıyrıqları, sol baldır nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid və Zərərçəkmiş şəxs3 sol bazu sümüyünün cərrahi boynunun qapalı sınığı və sol bazu oynağının çıxığı, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin, döş qəfəsinin sol-yan səthinin, döş qəfəsinin sağ yan səthinin, qarın nahiyəsinin, sol sağrı nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sol ayağın bayır topuğunun, sol ayaq pəncəsinin, sol ayağın İİ,İİİ,İV,V barmaqlarının dərialtı hematomaları, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin qançırları, sol dirsək oynağı nahiyəsinin, sol baldır nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, «Zaz» markalı, «Lanos TF 69YO» modelli **-CU-*** dövlət qeydiyatı nişanlı avtomobilin deformasiyaya uğraması nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 5640 (beş min altı yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla, avtomobili idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü il istehsallı «Daewoo Gentra» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili dostu Niyazi adlı şəxs 22 ay ərzində ayda 500 manat ödəməklə, kredit şərtləri ilə Sənan adlı şəxsdən almışdır. xx.xx.2022-ci il tarixdə azyaşlı uşağının qızdırması olduğundan, həmin tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən apetkə getmiş, lakin orada ona lazım olan dərman olmamışdır. Həmin vaxt təsadüfən dostu Niyazini yuxarıda göstərdiyi avtomobili idarə etdiyini görmüşdür. Niyazi onu gördükdə avtomobilini saxlayıb onunla görüşərək, həmin yerdə işinin olduğunu bildirmişdir. Həmin zaman Niyazinin idarə etdiyi avtomobildə əvvəllər tanımadığım iki nəfər şəxslər də olmuş, həmin şəxslər avtomobilin arxa oturacağında oturubmuşlar. O, Niyaziyə uşağının xəstə olduğunu, uşağına dərman almaq lazım olduğunu bildirib, sonuncudan avtomobilin açarlarını istəmişdir. Niyazi ondan sürücülük vəsiqəsinin olub-olmaması barədə soruşduqda o, yalandan Niyaziyə sürücülük vəsiqəsinin olmasını bildirmişdir. Bundan sonra Niyazi ona idarə etdiyi «Daewoo Gentra» markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını vermiş və o, avtomobili işə salaraq, oradan aptekə yollanmışdır. Həmin gün təxminən saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən «Məmmədoğulları» adlanan avtoservisin yaxınlığında avtomobili 80 km/saat idarə etdiyi zaman, qarşında dövlət qeydiyyat nişanını xatırlamadığı «Kamaz» markalı yük avtomobilin dönmə əməliyyatını apardığını görmüş və həmin yük avtomobilin arxasından yolun mərkəzində olan qoşa xətti keçməklə qarşı hərəkət zolağına çıxmış və idarə etdiyi avtomobilin qabaq ön hissəsi əks istiqamətdə hərəkətdə olan «Lanos TF 69YO» modelli **-CU-*** dövlət qeydiyatı nişanlı avtomobilin qabaq ön hissəsi ilə toqquşmuş və nəticədə o, huşunu itirmişdir. Bundan sonra o, Bakı şəhəri ərazisində yerləşən KTM-də ayılmışdır. Maddi imkanı zəif olduğundan zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəyə bilməmiş və bu səbəbdən zərərçəkmiş şəxslərlə barışıq əldə olunmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı övladının olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xeyli müddət olar ki, avtomobili adına olan xx.xx.2013-cü il tarixli «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə 179044 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında «Zaz» markalı, «Lanos TF 69YO» modelli **-CU-*** dövlət qeydiyat nişanlı avtomobili almış və həmin avtlomobili yalnız özü idarə edirmiş. O, heç bir zaman spirtli içki qəbul etmir və hadisə günü də həmçinin hər hansı bir spirtili içki qəbul etməmişdir. Özü təqaüdçü olmaqla, yuxarıda göstərdiyi avtomobillə fərdi qaydada taksi fəaliyti ilə muşğul olurmuş. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən «Mələk» şadlıq evində toy mərasimi olduğundan o, həmin şadlıq evinin qarşısında özünə məxsus «Zaz» markalı, «Lanos TF 69YO» markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi qismində dayanmışdır. Həmin gün saat 23 radələrində iki nəfər əvvəllər tanımadığı, sonradan adlarını Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 kimi bildiyi şəxslər avtomobilinə yaxınlaşaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getmək istədiklərini bildirmişlər. Həmin şəxslər avtomobilin salonunda arxada, Zərərçəkmiş şəxs1 sağ, Zərərçəkmiş şəxs3 isə sol tərəfdə əyləşmişlər. Bundan sonra o, avtomobili həmin yerdən hərəkətə gətirib avtomobillə 45-50 km/saat sürətlə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən hissəsində Ordubadi küçəsi ilə Biləcəri qəsəbəsi istiqamətində «Məmmədoğluları» avtoservisinin qarşısını keçidikdə, «Daewoo Gentra» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən əks istiqamətdə hərəkətdə olan «Kamaz» markalı, dövlət qeydiyyat nişanını xatırlmadığı avtomobilin arxasından çıxaraq, idarə etdiyi avtomobilin hərəkət zolağına keçmiş və «Daewoo Gentra» markalı avtomobilin qabaq ön hissəsi, hərəkətədə olduğu avtomobilin qabaq ön hissəsi ilə toqquşmuş, nəticədə «Daewoo Gentra» markalı avtomobilinin ön tərəfi qoşa xəttə doğru olmaqla, onların hərəkət zolağımızda dayanmışdır. Onun idarə etdiyi avtomobildə eyni formada dayanmışdır. «Daewoo Gentra» markalı avtobilin sürücüsünün adının sonradan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İdarə etdiyi avtomobildə o, Qıztamam və Minarə xanım xəsarət almış, arxadan gələn avtomobillərin sürcüləri köməkli göstərib onları avtomobildən düşürmüş və bundan sonra hadisə yerinə TTY-ın avtomobilləri gədib onları xəstəxəanaya aparmışlar. Hadisə nəticəsində ona vurulmuş maddi ziyan ödənilməmiş və o, təqsirləndirilən şəxslə barışmamışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində olan dərzi sexində xeyli müddət olar ki, dərzi işləyir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən Heydər Əliyev parkının yaxınlığında olan «Mələk» şadlıq evində iş yoldaşının qızının toy mərasimində o, digər iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə iştirak etmişdir. Zərərçəkmiş şəxs1 ilə hər ikisi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşadıqlarından, həmin gün axşam saat 23 radələrində toydan çıxıb şadlıq evinin qarşısından sonuncu ilə birlikdə taksi sürücüsü, sonradan adını Zərərçəkmiş şəxs2 olduğunu bildiy şəxsin idarə etdiyi «Lanos» markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxada əyləşmişlər. Bundan sonra Zərərçəkmiş şəxs2 avtomobili həmin yerdən hərəkətə gətirib Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu ilə Biləcəri qəsəbəsi istiqamətində «Məmmədoğluları» avtoservisin qarşısını keçidikdən sonra, «Daewoo Gentra» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış və «Daewoo Gentra» markalı avtomobilin qabaq ön hissəsi, hərəkətədə olduqları avtomobilin qabaq ön hissəsi ilə toqquşmuş və «Daewoo Gentra» markalı avtomobilinin ön tərəfi qoşa xəttə doğru olmaqla, onların hərəkət zolaqlarında dayanmışdır. «Daewoo Gentra» markalı avtobilin sürücüsünün adının sonradan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsindən sonra hadisə yerinə TTY-nın avtomobilləri gəlmiş və xəsarət alanları xəstəxanaya aparmışlar. Hadisə yerində olan tanımadığı şəxslər onu avtomobildən çıxarıb bir kənara çəkmiş, TTY-nın avtomobilləri xəsarət alanları xəstəxanaya apardıqlarından, onu hadisə yerinə gəlmiş polis avtomobilinə mindirmişlər və bu zaman toydan çıxan digər iş yoldaşları onu görüb tanıdıqlarından öz avtomobilləri ilə KTM-ə aparmışlar. Hadisə nəticəsində ona vurulmuş maddi ziyan ödənilməmiş və o, təqsirləndirilən şəxslə barışmamışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində olan dərzi sexində xeyli müddət olar ki, dərzi işləyir. 09 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən Heydər Əliyev parkının yaxınlığında olan «Mələk» şadlıq evində iş yoldaşının qızının toy mərasimində o, digər iş yoldaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə iştirak etmişdir. Zərərçəkmiş şəxs3 ilə hər ikiləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşadıqlarından, həmin gün axşam saat 23 radələrində toydan çıxıb şadlıq evinin qarşısından sonuncu ilə birlikdə taksi sürücüsü, sonradan adını X6 olduğunu bildiyi şəxsin idarə etdiyi «Lanos» markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxada əyləşmişlər. Bundan sonra Zərərçəkmiş şəxs2 avtomobili həmin yerdən hərəkətə gətirib Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu ilə Biləcəri qəsəbəsi istiqamətində «Məmmədoğluları» avtoservisin qarşısını keçidikdən sonra, «Daewoo Gentra» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış və «Daewoo Gentra» markalı avtomobilin qabaq ön hissəsi, hərəkətədə olduqları avtomobilin qabaq ön hissəsi ilə toqquşmuş və «Daewoo Gentra» markalı avtomobilinin ön tərəfi qoşa xəttə doğru olmaqla, onların hərəkət zolağında dayanmışdır. «Daewoo Gentra» markalı avtobilin sürücüsünün adının sonradan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerinə TTY-ın avtomobilləri gəlmiş və xəsarət alanları xəstəxanaya aparmışlar. Hadisə nəticəsində ona vurulmuş maddi ziyan ödənilməmiş və o, təqsirləndirilən şəxslə barışmamışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli, 2/33974 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 09 oktyabr 2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə baş verən ərazidə avtomaşın yolu asfaltbeton örtüklü olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində baş vermişdir. Həmin küçədə yol örtüyünün ümumi eni 12 metr, hərəkət zolaqlarının sayı, zolaqların eni 6 metrdir. M.S.Ordubadi küçəsini qarşı – qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti var. M.S.Ordubadi küçəsi asfalt örtüyü hamar, hadisə zamanı quru olmuşdur. Hadisə yerində avtomaşına məxsus tormozlanma izi və təkərlərin sürtünmə izləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx.xx.2022-ci il tarixli, 2210 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər – döş sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin qançırı, sağ dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları, qarın nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ diz oynağı nahiyəsinin dərialtı hematomaları bərk küt əşyanın (əşyaların) təsirindən, sol dirsək çuxurunun kəsilmiş yarası isə kəsici kənara malik əşyanın təsirindən onun tibbi yardım üçün «X11» PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 01:20-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa Az ağır zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə idarə etdiyi minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər bədəninin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx.xx.2022-ci il tarixli, 59/2225 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin yerdəyişən sınığı ilə müşayiət olunan burun əsası və burun ucunun sıyrıqları, sol tərəfli İ,İİ qabırğaların sınıqları, alın nahiyəsinin, sol üst göz qapağının, sağ yanaq nahiyəsinin, sol almacıq nahiyəsinin, üst və alt dodağın dərisinin, çənə nahiyəsinin, sağ və sol diz oynağı nahiyələrinin, sol said nahiyəsinin sıyrıqları, üst dodağın dərisinin səthi əzilmiş sıyrıqları, sol baldır nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün «X11» PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 01:05-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa Az ağır zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişini olduğu minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qüsur aktından görünür ki, «Zaz Lanos» markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən güclü zərbə nəticəsində avtomobilin dəyişməli hissələrin və bərpa işlərinin qiyməti 5640 (beş min altı yüz qırx) manat təşkil edir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx.xx.2023-cü il tarixli, 08/2223 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər – sol bazu sümüyünün cərrahi boynunun qapalı sınığı və sol bazu oynağının çıxığı, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin, döş qəfəsinin sol-yan səthinin, döş qəfəsinin sağ yan səthinin, qarın nahiyəsinin, sol sağrı nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sol ayağın bayır topuğunun, sol ayaq pəncəsinin, sol ayağın İİ,İİİ,İV,V barmaqlarının dərialtı hematomaları, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin qançırları, sol dirsək oynağı nahiyəsinin, sol baldır nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün «X11» PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 01:45-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa Az ağır zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişini oğlduğu minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər bədəninin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx.xx.2023-cü il tarixli, 09/2272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin əzilməsi və diffuz aksonla zədələnmə (İİ dərəcə) bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün «X11» PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 01:33-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Vət. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə idarə etdiyi minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Vət. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər bədəninin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/989 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Daewoo Gentra markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəktlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü C.Q.X5 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü C.Q.X5 markalı avtomobili yaşayış məntəqsində 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Zaz Lanos markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-noqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AC013063 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış və sonuncu müsbət xarakterizə olunmuşdur. AA3740439 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə «Lanos TF 69YO» markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı və «Daewoo Gentra» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmündək saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməməsi və barışıq əldə edilməməsi, habelə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Lanos TF 69YO» modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «Daewoo Gentra» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üzrə maddi sübut kimi tanınmış «Lanos TF 69YO» modelli **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «Daewoo Gentra» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar