Məhkəmə qərarları › İş №1(001)-473/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-473/2025

12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-473/2025 12.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Şahtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Şahtaxtı Ərazi Dairəsi, Şahtaxtı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən “Ləlvər” marketlə üzbə-üz yolun kənarında müvəqqəti saxladığı sonuncunun faktiki mülkiyyətində olan “Azsamand” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasını yoxlayıb, bu barədə məlumatlı olduqdan sonra özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 avtomobilin sərnişin üçün nəzərdə tutulan hissəsinə əyləşib, qardaşı Təqsirləndirilən şəxs2 isə sürücü üçün nəzərdə tutulan qapını açaraq oturacağa əyləşib avtomobilin üzərində olan açarla mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən “Ləlvər” marketlə üzbə-üz yolun kənarında müvəqqəti saxladığı sonuncunun faktiki mülkiyyətində olan “Azsamand” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasını yoxlayıb, bu barədə məlumatlı olduqdan sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 avtomobilin sərnişin üçün nəzərdə tutulan hissəsinə əyləşib, özü isə sürücü üçün nəzərdə tutulan qapını açaraq oturacağa əyləşib avtomobilin üzərində olan açarla mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o, dostlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən “Ləlvər” marketlə üzbə-üz yolun kənarında müvəqqəti saxladığı sonuncunun faktiki mülkiyyətində olan “Azsamand” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasını yoxlayıb, bu barədə məlumatlı olduqdan sonra özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 avtomobilin sərnişin üçün nəzərdə tutulan hissəsinə əyləşib, Təqsirləndirilən şəxs2 isə sürücü üçün nəzərdə tutulan qapını açaraq oturacağa əyləşib üzərində olan açarla mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). İşin halları və dəlilləri: Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Mahir onun qardaşı, Firudin isə dostudur. 11 iyul 2025-ci il tarixdə axşam saat 19:00 radələrində özü, qardaşı Mahir və dostları Firudin ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu deyilən ərazidə yerləşən kafelərin birində oturub, pivə içmişlər. Kafedən çıxdıqdan sonra yaxınlıqda yerləşən marketlərin birindən “Yaquar” içkisi və bir neçə ədəd pivə alaraq, içmişlər. Həmin vaxt bütün pullarını xərclədiklərindən, evlərinə qayıtmağa pulları qalmamışdır. Bu zaman yolun kənarında yerləşən “Ləlvər” marketlə üzbə-üz yolun qarşı tərəfində tünd qırmızı rəngli “Azsamand” avtomobilinin dayandığını görmüşlər. Hər üçü ortaq qərara gələrək, həmin avtomobili götürüb evə getməyə qərar vermişlər. Avtomobilə yaxınlaşdıqda avtomobilin açarlarının üzərində olmasını görmüşlər. Sürücülük vəsiqəsi olduğundan sükan arxasına qardaşı Mahir əyləşərək avtomobili işə salmış, avtomobilin arxa qapıları açılmadığından o və Firudin qabaq sağ oturacaqda əyləşmişlər. Onlar həmin avtomobillə yaşadıqları evə qayıtmış, avtomobili isə yaşadıqları məhlədə evlərindən biraz aralıda saxlamışlar. Təxminən 2-3 gün sonra polis əməkdaşları onu yaşadığı evin yaxınlığında saxlayaraq, polis bölməsinə aparmışlar. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə baxışında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırtmaq təklifini ilk öncə özünün verdiyini, digər təqsirləndirilən şəxslərin isə onunla razılaşdıqlarını bildirdi. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, digər təqsirləndirlən şəxslərin ifadəsinə uyğun ifadə verdi. Məhkəmə baxışında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobili ilk öncə Təqsirləndirilən şəxs2 gördüyünü, avtomobili qaçırmaq təklifini Mahirin etdiyini, o və Elxanın isə Mahirlə razılaşdıqlarını bildirdi. Sonda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəməyə dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclaslarında iştirak etməyən zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə vermiş olduğu ifadə elan olunaraq, tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); • “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda vətəndaş Zərərçəkmiş şəxs məxsus **-ZN- *** D/Q/N-lı “Azsamand” markalı avtomaşının qaçırıldığı yerə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək, protokola əlavə olunmuşdur (i.v. 6- 8); • “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 16 iyul 2025-ci il tarixdə, saat 22:10-da tutulmuşdur (i.v. 66-67); • “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 16 iyul 2025-ci il tarixdə, saat 23:30-da tutulmuşdur (i.v. 92-93); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 107); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 123); • “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 146); • “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 151); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 165); • “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v. 151); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 185); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 186); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Ağayev X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir (i.v. 187-188); • Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (i.v. 227); • “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən “Azsamand” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahibinə qaytarılmışdır (i.v. 235- 242); • “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2022-ci il təvəllüdlü və xx.xx.2023-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 139-cu maddəsinə əsasən cinayət hadisəsinin başvermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti,mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.3-cü maddəsinin tələbindən əsasən məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. CPM-in 349.4-cü maddəsinə uyğun olaraq məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnızməhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Repsublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməl Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 33.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlandıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq himayəsində 2 azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə CM-nin 61.1.4-cü maddəsinə uyğun olaraq cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal qismində nəzər alır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırki cinayət əməlinin törədilməsini digər təqsirləndirilən şəxslərə Təqsirləndirilən şəxs2 təklif etmiş, habelə qaçırdıqları avtomobili məhz o, idarə etmişdir. Məhkəmə CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs3 məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsində hər birinin faktiki iştirakının xarakterini və dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılmas cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin tələbinə görə şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə törətdiklərə əməlin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza növü olan azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə 16 iyul 2025-ci il tarixdən 18 iyul 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduqları 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzalarını yaşayış yeri üzrə çəkməli, cəzalarının icrası müddətinin əvvəli isə onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Eyni zamanda təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, hökmün icrası onların yaşayış yerləri üzrə probasiya idarəsinə həvalə edilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu baxımdan iş üzrə maddi sübut qismində tanınaraq sahibinə qaytarılmış “Azsamand” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin istifadəsində saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı təqsirləndirilən şəxslərə məhkəmə iclaslarında ayrı-ayrılıqda göstərdikləri 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 440 (dörd yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə 16 iyul 2025-ci il tarixdən 18 iyul 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə 16 iyul 2025-ci il tarixdən 18 iyul 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınaraq, sahibinə qaytarılmış “Azsamand” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 440 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 440 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 440 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar