Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-474/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri X4 Yardım Stansiyası 9 saylı X12 Stansiyasında tibb bacısı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin yataqxanası 106 nömrəli mənzildə yaşayan, barəsində “başqa yerə etməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.3 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib ziyan vurmaqla dələduzluq etmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri X4 Yardım Stansiyası üzrə 1349 nömrəli, xx.xx.2015-ci il tarixli əmrlə Bakı şəhəri 9 saylı X4 Yardım Stansiyasında tibb bacısı təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirtmək məqsədilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin ödəniş etməklə sığorta şəhadətnaməsi əsasında “Covid 19” virusuna yoluxma halında sığortalıya 900 manat sığorta haqqının verilməsi barədə sosial şəbəkələrdən və tanışlarından məlumat əldə edərək 05 dekabr 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək müddətdə özü və ailə üzvlərinin adından özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “WhatsApp” tətbiqetməsi vasitəsi ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə müraciət edib hər bir şəxsin adından ödəniş edərək, göstərilən şəxslərin hər birinin adına elektron qaydada sığorta şəhadətnaməsi əldə etməklə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs tərəfindən işlədiyi Bakı şəhəri Təcili və X5 Stansiyasının 9 saylı bölməsinə verilmiş, qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab olunan özünün və tanışlarının adına tərtib edilmiş “X1 Covid-19 göndəriş forması” blanklarına özü və adları qeyd olunan şəxslərə məxsus ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin nömrə və FİN kodu, doğum tarixi və yaşadıqları ünvan barədə məlumatları qeyd edib həmin blankda xəstənin ilkin simptomları haqqında məlumatları, yəni “qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı və yüksək temperatur”dan ibarət əlamətləri yalandan qeyd edərək guya həmin şəxslərdən “burun yaxması” nümunəsi götürülməsi barədə yalan məlumatları Bakı şəhəri Təcili və X5 Stansiyasının 9 saylı bölməsinin yerləşdiyi ünvan 3 ünvanında inzibati binada göy rəngli diyircəkli qələmlə qeyd edərək, həmin blankı doldurmaq səlahiyyətinə malik həkimlərin əvəzindən imzalayaraq qanunsuz olaraq hazırlayıb işlədiyi müəssisəyə “Covid 19” virusuna yoluxması ilə bağlı müraciət etmiş ayrı-ayrı şəxslərdən əlavə nümunələr götürüb özündə saxlamaqla həmin şəxslərə məxsus “per test” çubuqlarını mərkəzi laboratoriyaya göndərilməsini təmin edib adı qeyd edilən şəxslərin mobil telefonlarına “Covid 19” virusuna yoluxmaları ilə SMS məlumatı gəldikdən sonra özünün və tanışlarının adına TƏBİB-in “Covid 19” informasiya portalında açdığı şəxsi kabinetlərinə daxil olaraq virusa yoluxmaları ilə bağlı məlumatları əldə etdikdən sonra həmin məlumatları Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-yə təqdim etməklə sığorta şirkəti tərəfindən özünün və həmin şəxslərin adına "xxxx" ASC-də olan bank hesablarının hər birinə 900 manat olmaqla, o cümlədən, özü və cinayətdən xəbərsiz ailə üzvləri - Şahid1, Şahid2 və Şahid3 olmaqla, 4 nəfər şəxsin adından özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “WhatsApp” tətbiqetməsi vasitəsi ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə müraciət edib hər bir şəxsin adından ödəniş edərək, göstərilən şəxslərin hər birinin adına elektron qaydada sığorta şəhadətnamələrini, o cümlədən, öz adına olan xx.xx.2021-ci il tarixli LA-8864647-CO nömrəli, X3 adına olan xx.xx.2021-ci il tarixli LA-8864652-CO, Şahid2 adına olan xx.xx.2021-ci il tarixli LA- 8929747- CO nömrəli və Şahid3 adına olan xx.xx.2022-ci il tarixli LA-8958858-CO nömrəli sığorta şəhadətnamələrini əldə etməklə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən işlədiyi Bakı şəhəri Təcili və X5 Stansiyasının 9 saylı bölməsinə verilmiş rəsmi sənəd hesab olunan özünün adına olan **********, Şahid1 adına olan **********, Şahid2 adına olan ********** və Şahid3 adına olan ********** nömrəli “X1 Covid-19 göndəriş forması” rəsmi blanklarına özü və adları qeyd olunan şəxslərə məxsus ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin nömrə və FİN kodu, doğun tarixi və yaşadıqları ünvan barədə məlumatları qeyd edib həmin blankda xəstənin ilkin simptomları haqqında məlumatları, yəni “qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı və yüksək temperatur”dan ibarət əlamətləri yalandan qeyd edərək guya həmin şəxslərdən “burun yaxması” nümunəsi götürülməsi barədə bilə-bilə yalan məlumatları Bakı şəhəri Təcili və X5 Stansiyasının 9 saylı bölməsinin yerləşdiyi ünvan 3 ünvanında göy rəngli diyircəkli qələmlə qeyd edərək, həmin nümunəni götürmək səlahiyyətinə malik həkimlərin əvəzindən imzalayaraq işlədiyi müəssisəyə “Covid 19” virusuna yoluxması ilə bağlı müraciət etmiş şəxslərdən əlavə nümunələr götürüb özündə saxlamaqla həmin şəxslərə məxsus “per test” çubuqlarını mərkəzi laboratoriyaya göndərilməsini təmin edib adı qeyd edilən şəxslərin mobil telefonlarına “Covid 19” virusuna yoluxmaları ilə bağlı SMS məlumatı gəldikdən sonra özünün və ailə üzvləri olan cinayətdən xəbərsiz Şahid1, Şahid2 və Şahid3 olmaqla, 4 nəfər şəxsin adına TƏBİB-in “Covid 19” informasiya portalında açdığı şəxsi kabinetlərinə daxil olaraq virusa yoluxmaları ilə bağlı məlumatları əldə etdikdən sonra həmin məlumatları Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-ə təqdim etməklə sığorta şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə özünün "xxxx" ASC-də olan AZ61HAJCFCRAZN**********3001 saylı, xx.xx.2022-ci il tarixdə Şahid1 "xxxx" ASC-də olan AZ94HAJCFPRAZN**********7001, xx.xx.2022-ci il tarixdə Şahid2 "xxxx" ASC-də olan AZ71HAJCFCRAZN**********0001 saylı və xx.xx.2021-ci il tarixdə Şahid3 "xxxx" ASC-də olan AZ39HAJCFCRAZN**********6001 saylı bank hesablarının hər birinə 900 manat olmaqla, Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə köçürülmüş 3.600 manat pul vəsaitini "xxxx" ASC-nin Bakı şəhərində yerləşən müxtəlif bank filiallarından həmin şəxslər vasitəsi ilə, o cümlədən, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Şahid3 "xxxx" ASC-də olan AZ39HAJCFCRAZN**********6001 saylı bank hesabından sonuncu vasitəsi ilə qeyd edilən bankın Yasamal rayonu Moskva prospekti 67 ünvanında yerləşən filialından 900 manat pul vəsaitini çıxarıb həmin tarixdə yaşadığı ünvan 5 ünvanında Şahid3 alıb əldə edərək, qeyd edilən pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-yə məxsus cəmi 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri vahid niyyətlə qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.2.3 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 9 saylı X6 Yardım Stansiyasında tibb bacısı işləyir. O, Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-də “Antikoronavirus” sığorta məhsulu barədə eşitdikdən sonra 2021-ci ilin dekabr ayının əvvəllərində istifadəsində olan 055- ***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçən “WhatsApp” tətbiqetməsi vasitəsi ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin istifadəsində olan 051-207- 84-42 saylı mobil nömrəyə müraciət etmiş, şirkətdən ona 119 manat ödəməklə “Antikoronavirus” sığorta məhsulunu ələ edə bilməsi, eyni zamanda sığorta müqaviləsi qüvvəyə mindikdən, yəni müqavilə bağlanan gündən 14 gün sonra 6 ay ərzində “COVİD-19”virusuna yoluxma halı baş verdikdə şirkət tərəfindən 900 manat sığorta ödənişi əldə edə bilməsi barədə bildirilmişdir. O, da həmin vaxt həm özünün, həm də qızı Şahid1 şəxsiyyət vəsiqələrinin şəklini “WhatsApp” tətbiqetməsi vasitəsi ilə şirkətə göndərmiş və şirkət tərəfindən ona deyilən hesaba həm özünə, həm də qızı Sevincə görə 119 manat pul ödəmiş, daha sonra şirkət ona müqavilənin şəklini göndərmişdir. 14 gün keçdikdən sonra işlədiyi X12 stansiyasına test verməyə gələn tanımadığı xəstələrin birindən bir deyil iki nümunə götürmüş, həmin nümunənin birini həmin xəstə ilə bağlı laboratoriyaya göndərmək üçün qablaşdırmışdır. Digər nümunəni isə qızı Sevincin adından laboratoriyaya göndərmək üçün qablaşdırmışdır. Nümunə verməyə gələn şəxslərin şikayətlərindən, yəni dad bilmə qabiliyyətlərinin itməsindən, boğulma, öskürək, hərarətin yüksəlməsi və sair əlamətlərindən həmin şəxsin “COVİD-19” virusuna yoluxmasını bilmişdir. Buna görə də əlavə nümunəni məhz həmin şəxsdən götürmüşdür. Nümunəni götürdükdən sonra Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs tərəfindən işlədiyi Bakı şəhəri Təcili və X5 Stansiyasının 9 saylı bölməsinə verilmiş “X1 Covid-19 göndəriş forması” blankına qızı Sevincə aid şəxsi məlumatları yazmış və korona xəstəsinə aid nümunəni onun adı ilə laboratoriyaya göndərmişdir. Həmin blankı doldurmaq və günün sonunda həmin blankları və götürülən nümunələri laboratoriyaya göndərmək həkimlərin səlahiyyətində olmuşdur. O, həkimlərin xəbəri olmadan blankı götürüb özü doldurmuş və onların əvəzindən imzalamış, yəni imzalarını oxşadaraq icra etmiş və özünün doldurduğu blankların arasına qoymuşdur. İki gün sonra cavab çıxanda həqiqətən də qızı Sevincin virusa yoluxması ilə bağlı sms gəlmişdir. İki nümunə götürdüyü həmin xəstədən nümunə götürməmişdən əvvəl qızı Sevincə marketdə satıcı işlədiyinə görə çoxlu sayda müştəri ilə ünsiyyətdə olduğu üçün yoluxma riskinin yüksək olmasını, buna görə də tez-tez analiz verməli olmasını deyərək sonuncudan yaşadığı evdə yaxma üsulu ilə nümunə götürmüşdür. Buna görə də qızı Sevincə “COVİD-19” virusuna yoluxması ilə bağlı sms gəldikdə, sonuncu bunun qanunsuz olmasını bilməmişdir. Bundan bir müddət sonra, yəni qızı Sevinc “COVİD-19” virusu ilə bağlı karantində qalma müddətini başa vurduqdan sonra sonuncuya işi ilə əlaqədar “COVİD-19” xəstələri ilə tez-tez təmasda olduğuna görə sığorta şirkəti tərəfindən ona əmək haqqından əlavə pul veriləcəyini, lakin vaxtı olmadığına görə gedib həmin pulu bankdan çıxara bilmədiyini deyərək Sevincdən xahiş etmişdir ki, öz adına bank hesabı açdırsın və pul həmin hesaba vurulsun, daha sonra həmin pulu çıxarıb ona versin. Qızı da onunla razılaşmış və adına "xxxx" ASC-də hesab açdırmışdır. Bundan sonra o, qızının xəstələnməsi ilə bağlı məlumatları və hesab nömrəsini Zərərçəkmiş şəxs Sığorta Şirkətinə göndərmiş və tez bir zamanda həmin hesaba 900 manat pul köçmüş, qızı Sevinc də həmin pulu çıxarıb yaşadığı evdə ona vermişdir. Bundan sonra özü üçün də eyni qaydada, yəni xəstə şəxslərdən əlavə nümunə götürüb öz adı ilə laboratoriyaya göndərmişdir. Bundan sonra sığorta şirkətindən 900 manat pul almışdır. Həmçinin həm əri Şahid2 həm də bacısı Şahid3 da şəxsiyyət vəsiqələrinin şəklini götürüb öz nömrəsi ilə sığorta şirkətinə onların adından müraciət etmiş və “Antikoronavirus” sığorta məhsulunu əldə etmişdir. Lakin onların heç birinə bu barədə heç nə deməmişdir. Həm ərindən həm də bacısından nümunələri öz yaşadığı evdə götürmüş, daha sonra həmin nümunələri xəstə şəxslərin nümunələri ilə dəyişdirmişdir. Yoldaşı taksi sürücüsü olduğundan, bacısı isə evlərdə qadınlara saç kəsimi xidməti göstərdiyindən onlara da demişdir ki, “COVİD-19” virusuna yoluxma ehtimalları olduğuna görə test versinlər. Həm ərinin, həm də bacısının adının TƏBİB-in sistemində “Covid 19” virusuna yoluxmuş şəxslərin siyahısına düşməsini təmin etdikdən sonra onlara da qızına dediyi kimi demişdir ki, işi ilə əlaqədar ona sığorta şirkətindən pul köçəcək, lakin pulu çıxartmağa vaxtı yoxdur, onlardan hesab açdırıb həmin hesabı ona vermələrini, daha sonra hesaba pul köçəndə həmin pulu onlardan götürəcəyini xahiş etmişdir. Qızından sonra həyat yoldaşı Samiri, daha sonra isə bacısı Xəyalənin adının TƏBİB-in sistemində “COVİD-19” virusuna yoluxmuş şəxslərin siyahısına düşməsini təmin etmiş və bunun da nəticəsində həm həyat yoldaşı Samirin adından, həm də bacısı Xəyalənin adından sığorta şirkətindən 900 manat pul almışdır. O, ümumilikdə özü də daxil olmaqla dörd nəfərin adından şirkətə müraciət etmiş, “COVİD-19” testinin cavabını saxtalaşdırmaqla şirkətdən ümumilikdə 3.600 manat pul əldə etmişdir. O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmış, bundan əlavə ziyanın 25 faizini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Qeyd edilən halların nəzərə alınaraq törətdiyi cinayət əməllərindən peşman olduğunu bildirib, CM-in 178.2.3-cü ilə cinayət məsuliyyətindən azad edilməsini, barəsində həmin maddə ilə olan təqibinə xitam verilməsini və CM-in 320.1-ci maddəsi ilə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Sığorta şirkəti ASC-nın baş hüquqşünası işləyir. Zərərçəkmiş şəxs Sığorta şirkəti ASC 2020-ci ilin aprel ayından başlayaraq “COVİD-19” infeksiyasının nəticələrindən sığortalanmaq istəyən fiziki şəxslər üçün nəzərdə tutulan “Antikoronavirus” sığorta məhsulunu Respublikada ilk dəfə olaraq təqdim etməyə başlamışdır. Məhsul təqdim olunan ilk vaxtlardan çoxlu saylı vətəndaşların razılığına səbəb olmuşdur. Buna baxmayaraq 2022-ci ilin əvvəllərindən başlayaraq tərəflərindən aparılmış təhlükəsizlik araşdırmaları nəticəsində qeyd olunan məhsuldan suiistifadə hallarının olması aşkar edilmişdir. Belə ki, dələduzluq niyyəti ilə və saxta yolla müştərilərin “COVİD-19” virusuna yoluxmalarını təsdiqləyən sənədlər əldə edilmiş, daha sonra şirkətdən ödənişlər alaraq ziyan vurmuşlar. Bununla bağlı 9 saylı X6 Yardım Stansiyasında təsərrüfat bacısı X7 şirkətdən qanunsuz yolla sığorta ödənişləri əldə etdiyi üçün məhkəmə məsuliyyətinə verilmiş və barəsində məhkəmənin ittiham hökmü də çıxmışdır. Bundan başqa araşdırma zamanı həmin stansiyanın tibbi bacısı işləyən Təqsirləndirilən şəxs da eyni əməlləri törədərək özünün, qızı Şahid1, əri Şahid2 və bacısı Şahid3 adına sığorta müqaviləsi əldə etməsi və qanunsuz yolla sığorta ödənişi əldə etməsinə şübhələr yaranmış və bununla bağlı istintaq orqanına məlumat verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz istifadəsində olan mobil nömrənin qeydiyyatdan keçdiyi “WhatsApp” tətbiqetməsi vasitəsi ilə adları çəkilən şəxslərin şəxsiyyət vəsiqələrinin şəklini şirkətə göndərək sığorta müqaviləsi əldə etmişdir. Həmin şəxslərin hər birinin sığorta müqaviləsi qüvvəyə mindikdən, yəni müqavilə bağlanan gündən 14 gün keçən kimi onların hamısının “COVİD-19” virusuna yoluxması ilə bağlı şirkətə müraciət etmələri müəyyən edilmişdir ki, bu da artıq şirkətdə şübhə doğurmuşdur. Qeyd etmişdir ki, adları qeyd edilən şəxslərin hamısı müqavilə bağlanan gündən 16-20-ci gün aralığında “COVİD-19” virusuna yoluxmuşdur. Bundan başqa həmin şəxslərin hamısının eyni bankda hesab açdırması, eyni yerdə analiz vermələri də şübhəni artırmışdır. İbtidai istintaq və məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Sığorta şirkəti ASC-yə vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələb qalmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. O, “Atəşgah Sığorta” şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etməmiş, həmçinin anası Təqsirləndirilən şəxs da onun adından Zərərçəkmiş şəxs Sığorta şirkətinə müraciət etməsindən xəbəri olmamışdır. O, 21 dekabr 2021-ci il tarixdə “COVİD-19” virusuna yoluxmuşdur. Belə ki, anası Təqsirləndirilən şəxs Bakı şəhəri 9 saylı Təcili və X5 Stansiyasında tibb bacısı işləmiş, anası həmin ərəfələrdə ona “COVİD-19”virusunun sürətlə yayılmasını deyərək marketdə işlədiyi üçün profilaktik olaraq ondan “COVİD-19” analizi götürəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra anası ondan evdə test götürərək iş yerində yoxlatdıracağını demişdir. Həmin testin də nəticəsi pozitiv çıxmış, yəni onun virusa yoluxması müəyyən edilmiş, lakin o, bununla bağlı müalicə almamış, çünki onda virusun heç bir əlaməti olmamış, anası da ona virusun mutasiyaya uğradığını bildirərək, hər kəsin xəstəliyi yüngül keçirdiyini demişdir. Anası tibb bacısı işlədiyinə görə bir başa “COVİD-19” xəstələri ilə təmasda olduğu üçün ona dövlət tərəfindən əlavə əmək haqqı verilmişdir. 2022-ci ilin əvvəllərində anası ona “COVİD-19” virusu olan xəstələrlə işlədiyinə görə sığorta şirkətindən də pul verildiyi, lakin vaxtı olmadığı üçün həmin pulu gedib götürə bilmədiyini deyərək, ondan adına bank hesabı açdırmasını və həmin hesaba pul köçəndə çıxarmasını xahiş etmişdir. Təxminən 2-3 gün sonra anası hesaba pul köçdüyünü demiş, o da həmin pulu çıxardıb yaşadığı evdə anasına vermişdir. O, anası Təqsirləndirilən şəxs onun “COVİD-19” virusuna aid testinin nəticələrini saxtalaşdırdığını bilməmiş, ümumiyyətlə Zərərçəkmiş şəxs Sığorta şirkətinə həyat sığorta ilə bağlı müraciət etməmiş, hesabına köçən 900 manat pulun da anasının işi ilə bağlı köçməsini bilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun arvadıdır. O, "xxxx" şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etməmişdir. O, arvadı Aygünün onun adından Zərərçəkmiş şəxs Sığorta şirkətinə müraciət etməsini bilməmişdir. O, 04 fevral 2022-ci il tarixdə “COVİD-19” virusuna yoluxmuşdur. Belə ki, arvadı Təqsirləndirilən şəxs Bakı şəhəri 9 saylı Təcili və X5 Stansiyasında tibb bacısı işləyir, həmin ərəfələrdə yoldaşı ona “COVİD-19” virusunun sürətlə yayılmasını, onun da taksi fəaliyyəti ilə məşğul olduğu üçün çox insanla təmasda olduğunu deyərək profilaktik olaraq evlərində ondan “COVİD-19” analizi götürərək iş yerinə aparıb yoxlatdıracağını demişdir. Həmin testin də nəticəsi pozitiv çıxmış, yəni onun virusa yoluxması müəyyən edilmiş, lakin onda virusun heç bir əlaməti olmadığından müalicə almamışdır. Aygün də ona virusun mutasiyaya uğradığını deyərək, hər kəsin xəstəliyi yüngül keçirdiyini bildirmişdir. Aygün bir başa “COVİD-19” xəstələri ilə təmasda olduğuna görə ona dövlət tərəfindən əlavə əmək haqqı verilmişdir. 2022-ci ilin əvvəlində Aygün ona “COVİD-19” virusu olan xəstələrlə işlədiyinə görə sığorta şirkətindən pul verildiyini, lakin vaxtı olmadığı üçün həmin pulu gedib götürə bilmədiyini deyərək ondan xahiş etmişdir ki, adına bank hesabı nömrəsi açsın və həmin hesaba pul köçəndə çıxarıb ona versin. Bir müddət sonra Aygün ona hesaba pulun köçdüyünü bildirərək gedib pulu çıxarmasını xahiş etmiş, o da "xxxx" ASC-nin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən filialından 900 manat pulu çıxardıb, Aygünə vermişdir. O, arvadı Təqsirləndirilən şəxs ona aid “COVİD-19” virusuna aid testin nəticələrini saxtalaşdırdığını bilməmiş, həmçinin adına açdırdığı hesaba köçürülən 900 manat pulun "xxxx" Şirkəti ASC tərəfindən köçürüldüyünü bilməmiş, o, həmin pulun arvadının işi ilə bağlı köçməsini bilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. O, “Atəşgah Sığorta” şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etməmiş, bacısı Aygünün də onun adından Zərərçəkmiş şəxs Sığorta şirkətinə müraciət etməsindən xəbəri olmamışdır. 2022-ci ilin yanvar ayının sonlarında bacısı Aygün ona “COVİD-19” virusu olan xəstələrlə işlədiyinə görə sığorta şirkətindən pul verildiyini, lakin vaxtı olmadığı üçün həmin pulu gedib götürə bilmədiyini deyərək ondan xahiş etmişdir ki, adına bank hesabı nömrəsi açsın və həmin hesaba pul köçəndə çıxarıb ona versin. Təxminən 1 aydan sonra bacısı ona hesaba pulun köçdüyünü bildirərək gedib pulu çıxarmasını xahiş etmiş, o da "xxxx" ASC-nin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən filialından 900 manat pulu çıxardıb, həmin gün axşam bacısı Aygünün yaşadığı ünvan 5 ünvanında bacısına vermişdir. O, 21 fevral 2021-ci il tarixdə “COVİD-19” virusuna yoluxmuşdur. Belə ki, bacısı Təqsirləndirilən şəxs Bakı şəhəri 9 saylı Təcili və X5 Stansiyasında tibb bacısı işləyir, bacısı həmin ərəfələrdə ona “COVİD-19” virusunun sürətlə yayılmasını bildirərək onun da saç ustası olduğuna görə evlərdə xidmət göstərdiyini, buna görə daha çox adamla ünsiyyətdə olduğunu deyərək profilaktik olaraq ondan “COVİD-19” analizi götürəcəyini söyləmiş, o da bacısı ilə razılaşmış, bundan sonra bacısı Aygün öz evində ondan test götürərək nümunəni iş yerinə aparıb yoxlatdıracağını demişdir. Həmin testin də nəticəsi pozitiv çıxmışdır, yəni onun virusa yoluxmağı müəyyən edilmiş, lakin onda virusun heç bir əlaməti olmadığına görə o, müalicə almamış, bacısı Aygün də ona virusun mutasiyaya uğradığını deyərək, hər kəsin xəstəliyi yüngül keçirdiyini demişdir. O, bacısı Təqsirləndirilən şəxs ona aid “COVİD-19” virusuna aid testin nəticələrini saxtalaşdırdığını bilməmiş, həmçinin adına açdırdığı hesaba köçürülən 900 manat pulun "xxxx" Şirkəti ASC tərəfindən köçürüldüyünü bilməmiş, o, həmin pulun bacısının işi ilə bağlı köçməsini bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından CM-in 178.2.1, 178.2.2, 178.2.3, 308.1, 313 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1 Sami qızı, Şahid3 və Şahid2 Fəraməz oğlu "xxxx" şirkətindən “Antikoronovirus” sığorta məhsulu əldə etmişlər və hər birinə 900 manat olmaqla sığorta ödənişi hesablarına ödənilmişdir. xx.xx.2021-ci il tarixli LA-8864652-CO nömrəli həyat sığortası şəhadətnaməsindən görünür ki, Şahid1 "xxxx" şirkəti tərəfindən “COVİD-19” virusuna yoluxma halı ilə bağlı sığortalanmışdır. xx.xx.2021-ci il tarixli LA-8864647-CO nömrəli həyat sığortası şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" şirkəti tərəfindən “COVİD-19” virusuna yoluxma halı ilə bağlı sığortalanmışdır. xx.xx.2021-ci il tarixli LA-8929747-CO nömrəli həyat sığortası şəhadətnaməsindən görünür ki, Şahid2 "xxxx" şirkəti tərəfindən “COVİD-19” virusuna yoluxma halı ilə bağlı sığortalanmışdır. xx.xx.2022-ci il tarixli LA-8958858-CO nömrəli həyat sığortası şəhadətnaməsindən görünür ki, Şahid3 "xxxx" şirkəti tərəfindən “COVİD-19” virusuna yoluxma halı ilə bağlı sığortalanmışdır. xx.xx.2022-ci il tarixli 6598 nömrəli ödəniş tapşırığından görünür ki, 14 yanvar 2022ci il tarixdə Şahid1 "xxxx" ASC-də olan AZ94HAJCFPRAZN**********7001 nömrəli hesabına 900 manat pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 6598 nömrəli ödəniş tapşırığından görünür ki, 24 yanvar 2022ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan AZ61HAJCFCRAZN**********3001 nömrəli hesabına 900 manat pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 6598 nömrəli ödəniş tapşırığından görünür ki, 23 fevral 2022-ci il tarixdə Şahid2 "xxxx" ASC-də olan AZ71HAJCFCRAZN**********0001 nömrəli hesabına 900 manat pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 6598 nömrəli ödəniş tapşırığından görünür ki, 23 fevral 2022-ci il tarixdə Şahid3 "xxxx" ASC-də olan AZ39HAJCFCRAZN**********6001 nömrəli hesabına 900 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Şahid1 "xxxx" ASC-də olan AZ94HAJCFPRAZN**********7001 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə bankın Binəqədi rayonunda yerləşən “Elit” Ticarət Mərkəzindəki bankomatından 850 manat pul vəsaiti çıxarılmışdır. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan AZ61HAJCFCRAZN**********3001 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə həmin bankın Yasamal rayonunda yerləşən “20 Yanvar” filialından 900 manat pul vəsaiti çıxarılmışdır. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Şahid2 "xxxx" ASC-də olan AZ71HAJCFCRAZN**********0001 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə həmin bankın Yasamal rayonunda yerləşən “20 Yanvar” filialından 900 manat pul vəsaiti çıxarılmışdır. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Şahid3 "xxxx" ASC-də olan AZ39HAJCFCRAZN**********6001 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə həmin bankın Yasamal rayonunda yerləşən “20 Yanvar” filialından 900 manat pul vəsaiti çıxarılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “X1 Covid-19 göndəriş forması” blanklarına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli, Şahid1 adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli, Şahid2 adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli və Şahid3 adına olan xx.xx.2022-ci il tarixli ********** nömrəli “X1 Covid-19 göndəriş forması” blanklarına adları qeyd olunan şəxslərə məxsus ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin nömrə və FİN kodu, doğum tarixi, yaşadıqları ünvan, xəstənin ilkin simptomları haqqında məlumatlar, yəni “qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı və yüksək temperatur”dan ibarət əlamətlər, o cümlədən “burun yaxması” nümunəsi götürülməsi barədə qeydlər yazılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli, Şahid1 adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli, Şahid2 adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli və Şahid3 adına olan xx.xx.2022-ci il tarixli ********** nömrəli “X1 Covid-19 göndəriş forması” blankları, "xxxx" ASC-də olan Təqsirləndirilən şəxs AZ61HAJCFCRAZN**********3001 saylı, Şahid1 AZ94HAJCFPRAZN**********7001 saylı, Şahid2 AZ71HAJCFCRAZN**********0001 saylı və Şahid3 AZ39HAJCFCRAZN**********6001 saylı hesablardan çıxarışlar, Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin "xxxx" ASC-də olan AZ13AZRT******************** saylı hesabından Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 bank hesablarına 900 manat pulun köçürülməsi ilə əlaqədar tərtib edilmiş ödəniş tapşırıqları və Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixli LA-8864647-CO nömrəli, X3 adına olan xx.xx.2021-ci il tarixli LA- 8864652-CO, Şahid2 adına olan xx.xx.2021-ci il tarixli LA-8929747-CO nömrəli və Şahid3 adına olan xx.xx.2022-ci il tarixli LA-8958858-CO nömrəli Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin sığorta şəhadətnamələri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl 178.2.1, 178.2.2, 178.2.3, 308.1, 313 və 320.2-ci maddələrindən həmin məcəllənin 178.2.3 və 320.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli, O-H-2023-0258 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-yə dəymiş zərərlə bağlı 2.000 manat pul vəsaiti ödənmişdir. xx.xx.2023-cü il tarixli 2-2-02/5/3-522/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.3 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Cəbrayıl şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Səfərova X8 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin yataqxanasında 106 nömrəli mənzildə yaşayır, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, sonuncudan heç bir şikayət və tələblərinin olmadığını, barışıq əldə edildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli, 7886 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC vasitəsilə X2 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 900 (doqquz yüz) manat məbləğində pul keçirilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cinayət hadisəsi nəticəsində tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq dövlət büdcəsinə ödənilmişdir. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 18 iyul 2023-cü il tarixli, 1(001)-474/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 320.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 320.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alıb məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli, Şahid1 adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli, Şahid2 adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli və Şahid3 adına olan xx.xx.2022-ci il tarixli ********** nömrəli “X1 Covid-19 göndəriş forması” blankları, "xxxx" ASC-də olan Təqsirləndirilən şəxs AZ61HAJCFCRAZN**********3001 saylı, Şahid1 AZ94HAJCFPRAZN**********7001 saylı, Şahid2 AZ71HAJCFCRAZN**********0001 saylı və Şahid3 AZ39HAJCFCRAZN**********6001 saylı hesablardan çıxarışlar, Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin "xxxx" ASC-də olan AZ13AZRT******************** saylı hesabından Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 bank hesablarına 900 manat pulun köçürülməsi ilə əlaqədar tərtib edilmiş ödəniş tapşırıqları və Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixli LA-8864647-CO nömrəli, X3 adına olan xx.xx.2021-ci il tarixli LA- 8864652-CO, Şahid2 adına olan xx.xx.2021-ci il tarixli LA-8929747-CO nömrəli və Şahid3 adına olan xx.xx.2022-ci il tarixli LA-8958858-CO nömrəli Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin sığorta şəhadətnamələri cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli, Şahid1 adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli, Şahid2 adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli və Şahid3 adına olan xx.xx.2022-ci il tarixli ********** nömrəli “X1 Covid-19 göndəriş forması” blankları, "xxxx" ASC-də olan Təqsirləndirilən şəxs AZ61HAJCFCRAZN**********3001 saylı, Şahid1 AZ94HAJCFPRAZN**********7001 saylı, Şahid2 AZ71HAJCFCRAZN**********0001 saylı və Şahid3 AZ39HAJCFCRAZN**********6001 saylı hesablardan çıxarışlar, Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin "xxxx" ASC-də olan AZ13AZRT******************** saylı hesabından Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 bank hesablarına 900 manat pulun köçürülməsi ilə əlaqədar tərtib edilmiş ödəniş tapşırıqları və Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixli LA-8864647-CO nömrəli, X3 adına olan xx.xx.2021-ci il tarixli LA- 8864652-CO, Şahid2 adına olan xx.xx.2021-ci il tarixli LA-8929747-CO nömrəli və Şahid3 adına olan xx.xx.2022-ci il tarixli LA-8958858-CO nömrəli Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin sığorta şəhadətnamələri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-474/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-474/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver