Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-474/2025 06.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X11 Novruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M ÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, xüsusi ittihamçı X4 tərəfindən məhkəməyə göndərilmiş xüsusi ittiham qaydasında şikayətin məzmunu aşağıdakı kimidir: "X9 mənim şərəf və ləyaqətim ləkələyən və məni nüfuzdan salan məlumatları kütləvi informasiya ehtiyatı olan "Getcontact” tətbiqində dəfələrlə yaymışdır... "Getcontact”ın ünvanı Rua Dos llheus n6, 9000-176 Funchal, Madeira, Portugal ünvanıdır ”. X9 halhazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Belə ki, X5 şəxsiyyət vəsiqəsi məlumatlarının əks olunduğu "Mygov” tətbiqindən götürülmüş ekran görüntüsündə onun Abşeron rayonu, Hökməli Qəsəbə Ə/D, Hökməli qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 193A ünvanında qeydiyyatda olduğu görünür. Həmçinin, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, Hökməli Qəsəbə Ə/D, Hökməli qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 193A saylı evdə yaşayır. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətin özündə də xüsusi ittihamçı X4 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 ünvanı ünvan 3stərilmişdir. Qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Abşeron rayonu, Hökməli Qəsəbə Ə/D, Hökməli qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 193A ünvanında qeydiyyatda olmaqla, orada yaşaması işin mübahisəsiz halıdır. Buna görə də X5 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin materiallarının məhkəmə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi zərurəti vardır. Hüquqlarını müdafiə etdiyi X5 barəsində verilmiş onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətin materiallarının məhkəmə aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 və onun müdafiəçisi Müdafiəçi vəsatəti müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, sözügedən xüsusi ittiham qaydasında şikayətə baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid deyil və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X5 yaşayış yeri ünvan 1 ünvanıdır. Həmçinin, təqdim edilmiş X12 Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 193A ünvanında yaşayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə də baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir:.. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.3-cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir.. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə müəyyən edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir xarakterli məlumatların “Getcontact” adlı kütləvi informasiya ehtiyatında yayılması ilə bağlıdır. “Getcontact” tətbiqinin qeydiyyat ünvanı Portuqaliya Respublikasında yerləşdiyindən, bu halda cinayətin törədildiyi yerin müəyyən edilməsi mümkün deyildir və belə hallarda Plenum qərarına uyğun olaraq cinayətin törədildiyi yer deyil, təqsirləndirilən şəxsin sonuncu yaşayış yeri əsas götürülməlidir. X5 hal-hazırda Abşeron rayonu ərazisində yaşaması nəzərə alınmaqla, işə Abşeron Rayon Məhkəməsində baxılması prosessual cəhətdən doğru hesab olunur. Çünki Plenum qərarına görə bu kateqoriya işlərdə həlledici meyar cinayətin törədildiyi yer deyil, məlumatı yayan şəxsin sonuncu yaşayış yeridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, X5 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında şikayətə baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid deyil və şikayət baxılması üçün ərazi aidiyyəti üzrə (X5 yaşayış yeri üzrə) Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 cəmi 10 (on) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74-75 və 300-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 110 (yüz on) manat ödənilsin. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-474/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-474/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver