Məhkəmə qərarları › İş №1(001)-475/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-475/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-475/2023 28.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə,

1. xx.xx.1982-ci il tarixdə Qubadlı rayonu, Xanlıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 53 nömrəli uşaq bağçasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.1994-cü il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 14 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

3. xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 14 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

4. xx.xx.1973-cü il tarixdə Qubadlı rayonu, Xanlıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 12 ünvanında yerləşən Geoloji Kəşfiyyat İdarəsinin yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 hasarın sağ yan tinində, o, isə işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 5.962 manat dəyərində 270 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış onun və Təqsirləndirilən şəxs4 köməkliyi ilə hasardan keçirib gizli talayaraq birlikdə özünə məxsus **-DU-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilinə yerləşdirib aparıb satdıqdan sonra əldə etdikləri pulları aralarında bölərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 5.962 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2023-cü il tarixə keçən gecə saat 01:15 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 hasarın sağ yan tinində, o, isə işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınaşdılqarı halda məlumat vermək üçün pusquda dayanmış, cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 9.108 manat dəyərində 414 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış onun və Təqsirləndirilən şəxs4 köməkliyi ilə hasardan keçirib gizli talayaraq birlikdə sonuncuya məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı “QAZel” markalı avtomobilinə yerləşdirib aparıb satdıqdan sonra əldə etdikləri pulları aralarında bölərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 9,108 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 fevral 2023-cü il tarixə keçən gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 hasarın sağ yan tinində, o, özü isə işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 11.220 manat dəyərində 510 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış onun və Təqsirləndirilən şəxs4 gözlədikləri sahəyə hasardan keçirib gizli talamaq istəyərkən "xxxx" MMC-nin mühafizəçisi Şahid6 tərəfindən aşkar edildiyindən anbardan çıxarmış olduqları mis boruları hadisə yerində atıb oradan uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərdən başa çatdırmadan özgənin əmlakını bir qrup şəxs halında gizli olaraq ələ keçirib zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 11,220 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir.

2. Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 hasarın sağ yan tinində, Təqsirləndirilən şəxs1 işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, o, özü isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3la həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 5.962 manat dəyərində 270 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 köməkliyi ilə hasardan keçirib gizli talayaraq birlikdə Təqsirləndirilən şəxs1 məxsus **-DU-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilinə yerləşdirib aparıb satdıqdan sonra əldə etdikləri pulları aralarında bölərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 5.962 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2023-cü il tarixə keçən gecə saat 01:15 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 hasarın sağ yan tinində, Təqsirləndirilən şəxs1 işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, o, özü isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3la həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 9.108 manat dəyərində 414 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 köməkliyi ilə hasardan keçirib gizli talayaraq birlikdə sonuncuya məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı “QAZel” markalı avtomobilinə yerləşdirib aparıb satdıqdan sonra əldə etdikləri pulları aralarında bölərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 9,108 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 fevral 2023-cü il tarixə keçən gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 hasarın sağ yan tinində, Təqsirləndirilən şəxs1 işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, o, özü isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3la həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx"MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 11.220 manat dəyərində 510 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 gözlədikləri sahəyə hasardan keçirib gizli talamaq istəyərkən "xxxx" MMC-nin mühafizəçisi Şahid6 tərəfindən aşkar edildiyindən anbardan çıxarmış olduqları mis boruları hadisə yerində atıb oradan uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərdən başa çatdırmadan özgənin əmlakını bir qrup şəxs halında gizli olaraq ələ keçirib zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 11.220 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir.

3. Təqsirləndirilən şəxs3 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakım gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 hasarın sağ yan tinində, Təqsirləndirilən şəxs1 işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, o, özü isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2la həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 5.962 manat dəyərində 270 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 köməkliyi ilə hasardan keçirib gizli talayaraq birlikdə Təqsirləndirilən şəxs1 məxsus **-DU-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilinə yerləşdirib aparıb satdıqdan sonra əldə etdikləri pulları aralarında bölərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 5.962 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2023-cü il tarixə keçən gecə saat 01:15 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 hasarın sağ yan tinində, Təqsirləndirilən şəxs1 işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, o, özü isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2la həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 9.108 manat dəyərində 414 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 köməkliyi ilə hasardan keçirib gizli talayaraq birlikdə sonuncuya məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı “QAZel” markalı avtomobilinə yerləşdirib aparıb satdıqdan sonra əldə etdikləri pulları aralarında bölərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 9,108 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 fevral 2023-cü il tarixə keçən gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 hasarın sağ yan tinində, Təqsirləndirilən şəxs1 işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, o, özü isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2la həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 11.220 manat dəyərində 510 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 gözlədikləri sahəyə hasardan keçirib gizli talamaq istəyərkən "xxxx" MMC-nin mühafizəçisi Şahid6 tərəfindən aşkar edildiyindən anbardan çıxarmış olduqları mis boruları hadisə yerində atıb oradan uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərdən başa çatdırmadan özgənin əmlakını bir qrup şəxs halında gizli olaraq ələ keçirib zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 11.220 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir.

4. Təqsirləndirilən şəxs4 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakım gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, hasarın sağ yan tinində, Təqsirləndirilən şəxs1 isə işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 5.962 manat dəyərində 270 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış onun və Təqsirləndirilən şəxs1 köməkliyi ilə hasardan keçirib gizli talayaraq birlikdə Təqsirləndirilən şəxs1 məxsus **-DU-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilinə yerləşdirib aparıb satdıqdan sonra əldə etdikləri pulları aralarında bölərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 5.962 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2023-cü il tarixə keçən gecə saat 01:15 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, hasarın sağ yan tinində, Təqsirləndirilən şəxs1 isə işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıları halda məlumat vermək üçün pusquda dayanmış, cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 9,108 manat dəyərində 414 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış onun və Təqsirləndirilən şəxs1 köməkliyi ilə hasardan keçirib gizli talayaraq birlikdə özünə məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı “QAZel” markalı avtomobilinə yerləşdirib aparıb satdıqdan sonra əldə etdikləri pulları aralarında bölərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 9,108 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 fevral 2023-cü il tarixə keçən gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz rollarını qabaqcadan aralarında bölüşdürməklə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, hasarın sağ yan tinində, Təqsirləndirilən şəxs1 isə işlədiyi gözətçi köşkündə kənar şəxslərin yaxınlaşdıqları halda məlumat vermək üçün pusquda dayanmış, cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin ünvanda yerləşən "xxxx" MMC-nin ərazisinə hasardan keçməklə qanunsuz daxil olub orada həmin ərazidə icarə əsasında fəaliyyət göstərən əlvan metal alğı-satqısı ilə məşğul olan "xxxx" MMC-nin əlvan metal saxlanılan saxlanc yeri hesab olunan anbarının plastik pəncərəsini açıb anbara qanunsuz daxil olaraq anbarda taxta qutularda saxlanılan hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramının qiyməti 22 manat olmaqla 11.220 manat dəyərində 510 kiloqram çəkidə kondisioner və havalandırma sistemlərinə aid 19 diametrlik mis boruları anbardan çıxarıb pusquda dayanmış onun və Təqsirləndirilən şəxs1 gözlədikləri sahəyə hasardan keçirib gizli talamaq istərkən "xxxx" MMC-nin mühafizəçisi Şahid6 tərəfindən aşkar edildiyindən anbardan çıxarmış olduqları mis boruları hadisə yerində atıb oradan uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərdən başa çatdırmadan özgənin əmlakını bir qrup şəxs halında gizli olaraq ələ keçirib zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 11,220 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “BNR-Residenz” tikinti-inşaat şirkətində mühafizəçi işləmişdir. Təqsirləndirilən şəxs4 ilə həmkəndli olduqlarından birbirini kiçik yaşlarından tanımışlar. Ara-sıra məclis və mərasimlərdə görüşdüklərindən Rövşən onun “BNR-Residenz” şirkətində mühafizəçi işlədiyini onun özündən eşitmişdir. Rövşənin isə qara və əlvan metal qəbulu və satışı ilə məşğul olduğunu özündən eşidib bilmişdir. 15 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 onun iş yerinə gələrək qonşuluqda, yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 5-ci Döngə ünvanında yerləşən Metal Əritmə zavodunun ərazisindəki anbarda kondisioner və havalandırma sistemlərinə aid mis metal borularının olduğunu gördüyünü, həmin anbardan mis metal borulardan oğurluq etmək istədiyini demiş, anbarın arxa hissəsindən keçmək üçün onun mühafizə etdiyi ərazidən keçmək lazım olduğunu bildirərək onun razılığını və bu işdə köməklik göstərməsini xahiş etmiş, nəticədə ona pul veriləcəyini demişdir. Rövşənin təklifi ilə razı olduqdan sonra sonuncu Elvin və Hilal adlı tanıdığı şəxsləri də onun iş yerinə çağırmış, orada birlikdə danışıb oğurluq etmək barədə rollarını bölüşdürmüşlər. O, özünün mühafizəçi köşkündə, Rövşən isə anbarın əhatəyə alındığı daş hasarın sağ yan tinində pusquda dayanıb kənar şəxslərin yaxınlaşdıqları təqdirdə məlumat verməyi, Hilalla Elvin isə hasardan keçməklə anbara daxil olub mis metal boruları oğurlayaraq hasardan onlara ötürməyi öhdələrinə götürmüşlər. 16 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində qabaqcadan razılaşdıqları kimi Elvinlə Hilal anbarın pəncərəsindən içəri daxil olmuş və 2 saatdan sonra çıxaraq sonradan çəkisini Rövşəndən öyrəndiyi 270 kiloqram mis boru oğurlayıb hasardan onlara ötürmüşlər. Həmin boruları Rövşənlə qəbul edib özünün iş yerində kiçik hissələrə bölməklə idarə etdiyi **-DU-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilinin yük yerinə yığmış və birlikdə Rövşənə məxsus obyekt dediyi Cantəpə deyilən ərazidəki yerinə aparıb düşürərək özünün iş yerinə qayıtmışdır. Növbəti gün Rövşən onun iş yerinə gələrək mis boruların satışından əldə etdikləri puldan ona 200 manat pul vermişdir. Təxminən bir həftə sonra Rövşən təkrar onun iş yerinə gələrək oturub birlikdə yeyib içmiş və təkrar oğurluq etmək niyyətinin olduğunu deməklə Elvinlə Hilala zəng edib olduqları yerə çağırmışdır. 24 yanvar 2023-cü il tarixə keçən gecə əvvəl olduğu kimi Rövşənlə özü işlədiyi ərazidə o, isə gözətçi köşkündə və Rövşən hasarın digər sağ yan tinində pusquda dayanıb gözləmiş və Hilalla Elvin hasardan keçərək anbarın pəncərəsindən içəri daxil olmuşdur. Sonradan çəkisini bildiyi 414 kiloqram çəkidə mis boru metal oğurlayıb hasardan onlara ötürmüş və bu dəfə Rövşənin idarə etdiyi “QAZel” markalı avtomobillə mis boruları aparmış, bir gün sonra Rövşən onun iş yerinə gələrək ona 300 manat pul vermişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Rövşən təkrar onun iş yerinə gəlmiş, oturub yeyib içmiş və axşam əvvəlki kimi zəng edib Hilalla Elvini olduqları yerə çağırmışdır. xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində Elvinlə Hilal anbara daxil olmuş və müəyyən vaxt sonra mühafizəçinin onları görməsi səbəbindən mis metal boruları ataraq hasardan aşıb qaçmışlar. Bir neçə gün sonra Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-yə təqdim olunmuş və törətdiyi əməli etiraf etmişdir. Onlar tərəfindən "xxxx" MMC-yə məxsus olduğunu sonradan bildiyi mis borulardan başqa latun çubuq (bolvanka) mis şin oğurlamamışdır. Anbarlara aid qapıların onlarda açarı olmamış, açarı həvalə olunmuş mühafizəçi və digər şəxslərlə əlbir olmamış, yalnız MMC-nin böyük anbarına Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 anbarın pəncərəsindən daxil olmuş və eyni yolla anbarı tərk etmişlər. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin onlar tərəfindən ödənilməsini, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmamasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, metal qəbulu, satışı ilə məşğul olan Təqsirləndirilən şəxs4 yanında fəhlə işləmişdir. 15 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 onunla və günəmuzd fəhlə işləyən Təqsirləndirilən şəxs3la görüşərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 5-ci döngə ünvanında yerləşən metal əritmə zavodunun ərazisindəki anbardan kondisioner və havalandırma sistemlərinə aid mis metal boruları oğurlamaq təklifini etmişdir. Təqsirləndirilən şəxs4 onlara bildirmişdir ki, həmin anbara daxil olmaq üçün qonşuluqda yerləşən “BNR-Residenz” ev tikmə şirkətində işləyən həmyerlisi Arzumanla söhbət edib razılaşmış və sonuncu özü də bu işdə onlara yardımçı olacağına söz vermişdir. Təqsirləndirilən şəxs3la hər ikisinin maddi ehtiyacları olduğundan Rövşənin təklifi ilə razılaşmış və 16 yanvar 2023-cü il tarixə keçən gecə Rövşənin zəngi ilə Arzumanın işlədiyi əraziyə gəlmiş, orada dördlükdə rolları aralarında bölüşdürmüşlər. Arzumanla Rövşən bir-birindən aralı olmaqla anbarın yerləşdiyi ərazinin hasarının müxtəlif tinlərində, yəni Arzuman özünün mühafızəçi olduğu köşkdə, Rövşən isə sağ yan tində pusquda dayanıb gözləmiş, Elvinlə o, isə hasardan içəri keçib anbarın pəncərəsindən anbara daxil olmaqla mis metal oğurlamağı öhdələrinə götürmüşlər. 16 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Elvinlə birlikdə, sonradan "xxxx" şirkətinə məxsus olduğunu bildikləri anbarın yerləşdiyi həyətə daxil olmuş, anbarın plastik pəncərəsini açıb pəncərəsindən anbara daxil olaraq oradakı taxta qutularda saxlanılan, sonradan çəkisini bildikləri 270 kiloqram kondisioner mis boruları oğurlayıb pəncərədən çölə və oradan da hasardan Arzumanla Rövşənə ötürməklə keçirib Arzumanın idarə etdiyi “Opel” markalı avtomobilə yükləmişlər. Həmin boruları Rövşənə məxsus Cantəpə deyilən ərazidəki icarə əsasında işlətdiyi obyekt adlandırdığı yerə apararaq gizlətmiş və növbəti gün aparıb Zeynal deyilən alıcıya hər kiloqramını 11 manatdan 2970 manata satmışlar. Əldə etdikləri pulun 150 manatı ona, 100 manatı Elvinə, 200 manatı Arzumana, qalanı isə Rövşənə çatmışdır. Bundan təxminən bir həftə sonra eyni qaydada və tərkibdə oğurluq etmək qərarına gəlmiş və Rövşənin təklifi ilə Arzumanın iş yerində görüşərək 24 yanvar 2023-cü il tarixə keçən gecə "xxxx" MMC-yə məxsus anbardan sonradan çəkisini bildikləri 414 kiloqram çəkidə mis boru metal oğurlayaraq Hüseyn və Qnyaz adlı şəxslərə satmış, əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bundan başqa, xx.xx.2023-cü il tarixdə təkrar eyni tərkibdə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 iş yerində görüşərək xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində Elvinlə birlikdə anbara daxil olaraq taxta qutularda olan 4 metrlik mis borulardan hər birində 15 ədəd olmaqla 17 bağlama hazırlayaraq anbarın pəncərəsindən çıxarıb divarın tininə yığmış, bir neçəsini hasardan çöldə pusquda dayanmış Rövşənlə Arzumana ötürmək üçün yerini dəyişərkən mühafizəçi tərəfindən aşkar edilmişlər. Bundan sonra dərhal hasardan aşıb oradan uzaqlaşmış və bir neçə gün sonra Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təqdim olunmuşlar. Onlar eyni tərkibdə cəmi 2 dəfə "xxxx" MMC-nin anbarından oğurluq etmiş, 3-cü dəfə anbardan çıxarmış olduqları mis metal boruları mühafizəçi tərəfindən aşkar edildiklərindən oğurlaya bilməmiş, anbarın yerləşdiyi ərazidə atıb qaçmışlar. "xxxx" MMC-yə aid anbardan yalnız iki dəfəyə ümumilikdə 684 kiloqram çəkidə mis metal boru oğurlamış, başqa latun çubuq, (balvanka, mis, şin) və buna bənzər metal onlar tərəfindən oğurlanmamışdır. "xxxx" MMCnin rəhbərinin oğurlandığını iddia etdiyi latun çubuqlar, mis şin metalları onlar tərəfindən oğurlanmamış, həmin oğurluğun onlara aidiyyəti olmamışdır. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin onlar tərəfindən ödənilməsini, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmamasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, metal qəbulu, satışı ilə məşğul olan Təqsirləndirilən şəxs4 yanında fəhlə işləmişdir. 15 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 onu və Təqsirləndirilən şəxs2 görüşə dəvət edərək Bakı şəhəri, Binəqədi rayonu. Binəqədi şossesi, 5-ci döngə ünvanında yerləşən metal əritmə zavodunun ərazisindəki anbardan kondisioner və havalandırma sistemlərinə aid mis metal boruları oğurlamaq təklifini etmiş, həmçinin həmin anbara daxil olmaq üçün qonşuluqda yerləşən “BNR-Residenz” ev tikmə şirkətində işləyən həmyerlisi Arzumanla söhbət edib razılaşdığını və sonuncunun onlara kömək edəcəyini demişdir. Təqsirləndirilən şəxs2la hər ikisinin maddi ehtiyacları olduğundan Rövşənin təklifi ilə razılaşmış və 16 yanvar 2023-cü il tarixə keçən gecə Rövşənin zəngi ilə Arzumanın işlədiyi əraziyə gəlmiş, orada görüşüb dördlükdə rolları aralarında bölüşdürmüşlər. Arzumanla Rövşən bir-birindən aralı olmaqla anbarın yerləşdiyi ərazinin hasarının müxtəlif tinlərində, yəni Arzuman özünün mühafızəçi olduğu köşkdə, Rövşən isə sağ yan tinində pusquda dayanıb gözləməyi, Hilalla o, isə hasardan içəri keçib anbarın pəncərəsindən anbara daxil olmaqla mis metal oğurlamağı öhdəsinə götürmüşdür. 16 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Hilalla birlikdə hasardan keçərək, sonradan "xxxx" şirkətinə məxsus olduğunu bildikləri anbarın yerləşdiyi həyətə daxil olmuş, orada anbarın plastik pəncərəsini açıb pəncərəsindən anbara daxil olaraq taxta qutularda saxlanılan, sonradan çəkisini bildikləri 270 kiloqram kondisioner mis boruları oğurlayıb pəncərədən çölə və oradan da hasardan Arzumanla Rövşənə ötürməklə keçirib Arzumanın idarə etdiyi “Opel” markalı avtomobilində Rövşənə məxsus Cantəpə deyilən ərazidəki icarə əsasında işlətdiyi obyekt adlandırdığı yerə apararaq gizlətmiş, növbəti gün Rövşənlə Hilal həmin boruları satdıqdan sonra ona 100 manat pul vermişlər. Bundan təxminən bir həftə sonra eyni qaydada və tərkibdə oğurluq etmək qərarına gəlmiş və Rövşənin təklifi ilə Arzumanın iş yerində görüşərək 24 yanvar 2023-cü il tarixə keçən gecə "xxxx" MMC-yə məxsus anbardan sonradan çəkisini bildikləri 414 kiloqram çəkidə mis boru metal oğurlayaraq Hüseyn adlı şəxsə satmış, əldə olunan puldan ona 200 manat, Arzumana 300 manat Hilala 900 manat çatmış və qalan hissəsini isə Rövşən özünə götürmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə təkrar eyni tərkibdə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 iş yerində görüşərək xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində Hilalla birlikdə anbara daxil olaraq taxta qutularda olan 4 metrlik mis borulardan hər birində 15 ədəd olmaqla 17 bağlama hazırlayaraq anbarın pəncərəsindən çıxarıb divarın tininə yığmış, bir neçəsini hasardan çöldə pusquda dayanmış Rövşənlə Arzumana ötürmək üçün yerini dəyişərkən mühafizəçi tərəfindən aşkar edilmişlər. Həmin vaxt dərhal hasardan aşıb oradan uzaqlaşmış və bir neçə gün sonra Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təqdim olunmuşlar. Onlar eyni tərkibdə cəmi 2 dəfə "xxxx" MMC-nin anbarından oğurluq etmiş, 3-cü dəfə anbardan çıxarmış olduqları mis metal boruları mühafizəçi tərəfindən aşkar edildiklərinə görə oğurlaya bilməmiş, anbarın yerləşdiyi ərazidə atıb qaçmışlar. "xxxx" MMC aid anbardan yalnız iki dəfəyə ümumilikdə 684 kiloqram çəkidə mis metal boru oğurlamışlar. "xxxx" MMC-yə aid 2-ci anbarın olduğundan məlumatsız olmuş və həmin anbara onlardan hər hansı biri daxil olmamış, hər hansı metal və digər qiymətli əşya oğurlamamışlar. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduqları zərəri tam ödədiklərini və barışdıqlarını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1993-cü ildən başlayaraq yaşadığı ərazi üzrə metal tullantıları toplayıb satmaqla ailəsinin maddi təminatını qarşılamışdır. Təxminən 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Şossesi,5-ci Döngə ünvanında yerləşən Metal Əritmə zavodu kimi tanıdığı zavodun ətrafında tanışı Təqsirləndirilən şəxs2 ilə tullantı metal yığarkən həmin yerdə işləyən, tanımadığı bir nəfər fəhlədən tullantı qara metal qırıqları almış və həmin metal qırıqlarını apararkən ərazidə kondisioner və havalandırma sistemləri üçün mis boru və digər metalların olduğunu görmüşlər. O, metal satışı ilə məşğul olduğundan həmin anbara gizli yolla daxil olub oradan əlvan metal oğurlamaq qərarına gəlmişdir. Bunun üçün anbarın arxa tərəfində yerləşən “BNR-Residenz” evtikmə şirkətinin yerləşdiyi ərazidən keçməyin mümkün olduğunu anlayaraq həmin şirkətin mühafizəçisindən razılıq alıb keçməyi düşünmüşdür. 15 yanvar 2023-cü il tarixdə “BNR-Residenz” şirkətinin mühafizəçisi, əvvəllər tanıdığı həmkəndlisi Təqsirləndirilən şəxs1 yaxınlaşıb mühafizəçisi olduğu şirkətin divar qonşuluğunda yerləşən anbara daxil olmaq və oğurluq etmək istədiyini, oğurluqdan əldə etdiyi puldan verəcəyini deyib razılığını almışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zəng edərək Təqsirləndirilən şəxs1 iş yerinə çağırmışdır. Orada dördlükdə razılaşıb rollarını bölüşdürmüş və Arzumanla o, sonuncunun işlədiyi şirkətin həyətində müxtəlif tində bir-birindən uzaq məsafədə pusquda dayanıb ətrafa nəzarət etməyi, Hilalla Elvin isə hasardan aşıb anbarın yerləşdiyi əraziyə daxil olaraq oradakı mis boruları götürməyi öhdəsinə götürmüşdür.16 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 özünün gözətçi olduğu köşkdə, özü isə hasarın digər başında pusquda dayandıqdan sonra Hilalla Elvin anbarın yerləşdiyi əraziyə daxil olmuş və təxminən 2 saat ərzində sonradan 270 kiloqram çəkidə kondisionerin mis borularını hasardan onlara ötürmüş və özləri də anbarın ərazisindən çıxaraq onların olduqları yerə gəlmişlər. Orada birlikdə həmin mis boruları qatlayıb bükərək Təqsirləndirilən şəxs1 məxsus “Opel” markalı avtomobilinin yük yerinə yığıb Cantəpə deyilən ərazidəki icarə əsasında işlətdiyi obyekt adlandırdığı kiçik əraziyə aparıb gizlətmişlər. Növbəti gün Təqsirləndirilən şəxs2la birlikdə həmin mis metal boruları Zeynal deyilən şəxsə hər kiloqramını 11 manatdan 2970 manata satmışdır. Əldə etdikləri pulun 200 manatını Arzumana, 100 manatını fəhlə kimi apardıqları Elvinə vermiş və qalan pulları Hilalla aralarında bölmüşlər. Bundan bir həftə on gün sonra təkrar eyni qaydada və tərkibdə oğurluq etmək qərarına gəlmiş və 24 yanvar 2023-cü il tarixdə 414 kiloqram çəkidə mis boru metal oğurlamış və onun 350 kiloqramını 11 manatdan Hüseyn adlı şəxsə sataraq 3850 manat pul əldə etmiş və həmin pulun 300 manatını Arzumana, 100 manatını Elvinə verdikdən sonra qalanını öz aralarında bölmüşlər. 350 kiloqramdan sonra qalan 64 kiloqramını isə Hilal Knyaz adlı başqa bir şəxsə satmış və əldə etdikləri pulları öz aralarında bölmüşlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə təkrar eyni tərkibdə həmin anbardan oğurluq etməyə getmiş və əvvəlki qaydada Arzumanla o, hasarın çölündə pusquda dayandıqdan sonra xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində Hilalla Elvin anbara daxil olaraq təxminən 500 kiloqram çəkidə 4 metrlik mis metal boruları anbardan çıxarsalar da onları mühafizəçi gördüyündən qaçıb ərazini tərk etmişlər. Bir neçə gün sonra Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təqdim edilmişlər. İş üzrə Təqsirləndirilən şəxs4, həmçinin bildirmişdir ki, onlar eyni tərkibdə cəmi 2 dəfə "xxxx" MMC-nin anbarından oğurluq etmiş,3-cü dəfə anbardan çıxarmış olduqları mis metal boruları mühafizəçi tərəfindən aşkar edildiklərindən oğurlaya bilməmiş, anbarın yerləşdiyi ərazidə atıb qaçmışlar. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduqları zərəri tam ödədiklərini və barışdıqlarını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 elan edilmiş CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən əlvan metalların alışsatışı ilə məşğul olan "xxxx" MMC-nin qanuni təmsilçisi, hüquqşünasıdır. Təmsil etdiyi MMC hüquqi şəxs olaraq Bakı şəhəri, 2 saylı Ərazi vergilər Baş İdarəsində xx.xx.2004-cü ildən qeydiyyatdadır. Hüquqi ünvanı Sumqayıt şəhəri, Tuq zavod kəndi, ev qeyri-yaşayış sahəsidir. xx.xx.2018-ci ildən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Şossesi 5-ci Döngə ünvanında yerləşən "xxxx" MMC-yə məxsus əvvəllər kabel zavod kimi adlandırılan yer anbar kimi icarəyə götürülərək Türkiyə Respublikasından alınmış latun balvankalar və mis borular həmin anbara yığılmışdır. Həmin anbarlara nəzarət anbardar Şahid7 həvalə etmişdir. 2023-cü il fevralın ayının əvvəlində anbarda olan latun balvankaları (çubuqlar) satan zaman 1 ton çəkidə banvanka (latun çubuq) əskik olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində həmin anbarın yerləşdiyi yerdə anbara və bina tikintisinə nəzarət edən Şahid6 anbardan mis boruların oğurlandığını və oğurluq edən bir nəfər şəxsin MMC-yə məxsus anbarın pəncərəsindən düşərək mis boruları anbarın həyətinə ataraq qaçıb getməsi barədə məlumat vermişdir. Bundan sonra anbarın yerləşdiyi yerə gələrək baxdıqda böyük anbarın sol yan pəncərəsinin çöl tərəf hasarla olan tininə, eləcə də yaxınlıqdakı şüşəsiz kiçik taxta pəncərəsi olan çöl divara bir neçə 4 metrlik mis borulardan ibarət bağlamaların söykəndiyinin şahidi olmuşlar. Həmin bağlamalara baxdıqda onların sayının 17 olduğu və hər bağlamada 15 ədəd 4 metrlik mis borunun olduğu, ümumilikdə 510 kiloqram çəkisinin olduğu məlum olmuşdur. Anbara nəzarət edən Şahid7 ilə hər iki anbara baxış keçirərkən 2-ci kiçik anbarda olan kondisioner üçün istifadə olunan 11 kağız qutu, hər qutunun içərisində 100 metr və 50 kiloqram olan mis 19 diametrlik borunun əskik gəldiyi və böyük anbardan taxta qutularda saxlanılan uzunluğu 4 metr olan müxtəlif diametrli mis boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı məlum olmuşdur. Oğurluq baş verməsinə əmin olduqdan dərhal sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verilmiş və həmin məlumat əsasında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Sonradan məlum olmuşdur ki, ümumilikdə hər iki anbardan oğurlanmış mis metal boruların çəkisi 2766 kiloqram, hər kiloqramı 22 manat olmaqla 60,852 manat, 1023 kqiloqram latun çubuq, hər kiloqramı 13 manat olmaqla 13.299 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin ibtidai istintaq zamanı məlum olmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ümumilikdə hər iki anbardan dəyəri 15.070 manat olan mis borular oğurlanmışdır. Anbardan oğurlanmış digər mallarla bağlı ibtidai istintaq orqanı tərəfindən cinayət işi ayrılmışdır. Anbardan cəmiyyətə məxsus məhsullar hissə-hissə istifadə olunduqca Türkiyə Respublikasından gətirilərək həmin anbarlara yığılmış və anbarların kilidinin açarları Şahid7 həvalə olunmuşdur. Bundan başqa anbarların yerləşdiyi ərazidə inşa edilmiş binalara Arif və Vüqar adlı şəxslər növbə əsasında nəzarət etmişlər. Hal-hazırda onlara dəymiş zərər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən ödənilmiş, onlarla barışmış, təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi- Xırdalan şossesində yerləşən əlvan və qara metal qəbulu məntəqəsi işlətmişdir. O, metal gətirən şəxslərdən orada şəxsiyyət vəsiqələrini tələb etmiş və yaxud adı, mobil telefon nömrəsini özündə olan dəftərdə qeydiyyatını aparmışdır. Metal tullantıların satışı və qəbulu ilə məşğul olan Rövşən və Hilal adlı şəxsləri əvvəllər tanımışdır. 25 yanvar 2023-cü il tarixdə axşam radələrində Rövşən özünə məxsus avtomobil ilə onun işlədiyi məntəqəyə gələrək mis metal boru kəsiklərindən ibarət bağlamanı göstərərək hər kiloqramını 11 manatdan satmasını təklif etmiş və oğurluq olmadığına onu əmin etmişdir. O, əvvəllər Rövşəni tanıdığından inanaraq təklif olunan təxminən 350 kiloqram mis metal boru kəsiklərini alaraq hər kiloqramı üçün 11 manatdan pulunu ödəmiş və sonra həmin mis metalın müəyyən hissəsini tanımadığı səyyar müştəriyə 11.5 manatdan satmış, 40 kiloqramlıq hissəsi onun işlədiyi, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi ünvanında yerləşən əlvan metal alğı-satqı məntəqəsində qalmışdır. xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə dəvət edilərkən Rövşəndən almış olduğu əlvan mis metal borularının oğurluq olduğu məlum olmuş və almış olduğu 350 kiloqram mis metaldan qalmış 40 kiloqramlıq hissəsini istintaq orqanına könüllü təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, səyyar şəkildə enerji içkilərinin qabı, dəmir qırıntıları, əlvan və qara metal toplayaraq metal əritmə məntəqələrinə təhvil verməklə pul qazanmışdır. 25 yanvar 2023cü il tarixdə günorta saatlarında əvvəllər tanıdığı Hilal ona yaxınlaşaraq Binəqədi rayonu, Xırdalan şossesi, Cantəpə deyilən ərazidəki obyektində mis boru metal məmulatının olduğunu və həmin malı satdığını bildirmiş, ona malları almağı təklif etmişdir. Təklif əsasında o, Hilalla birlikdə həmin mallara baxmış və 49.8 kiloqram çəkisi olduğu və oğurluq olmadığı bildirildikdən sonra hər kiloqramının qiymətinin 11 manata razılaşmış və Hilala 550 manat pul vermişdir. Sonradan Binəqədi RPİ-nin 6-cı polis bölməsinə dəvət olunarkən həmin mis boruların oğurluq olduğu ona məlum olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə Zeynal adlı tanışı ona zəng edərək satmaq üçün əlvan metalı olduğunu bildirmiş və almaq istəyib-istəməməsini soruşmuşdur. O, həmin metalı almaq və ona baxmaq üçün Binəqədi rayonu, Xırdalan şossesində yerləşən “Nihad” marketin yaxınlığına getmişdir. Orada Zeynal ona hissələrə bölünmüş mis metal borularını göstərmiş və 50 kiloqram çəkidə olduğunu, hər kiloqramını 11 manat 20 qəpiyə satdığını bildirmişdir. Təklif edilən məhsulun oğurluq olub olmadığını soruşmuş və Zeynal həmin mis boruların oğurluq olmadığını, əminliklə almasını dedikdən sonra sonuncuya 560 manat pul vermişdir. O, həmin boruların oğurluq olduğunu, kimə məxsus olduğunu, haradan, kimlər tərəfindən oğurlandığını bilməmiş və sonradan Binəqədi RPİ-yə dəvət olunarkən həmin mis metal boruların oğurluq olduğunu bilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində uzun müddət xidmət aparmış və təqaüdə çıxdıqdan sonra Bakı şəhəri, Binəqədi-Xırdalan şossesi 5 ünvanında yerləşən metal qəbulu sexi açaraq işlətməyə başlamışdır. Həmin sexdə ondan başqa X3 və Yusifov Ələsgər adlı işçilər fəaliyyət göstərmişlər. 02 fevral 2023-cü il tarixdə axşam saatlarında əvvəllər onun sexinə müxtəlif çeşidli metal tullantıları təhvil vermiş Hilal adlı şəxs işlədiyi məntəqəyə gələrək 64,8 kiloqram çəkidə kiçik hissələrə bölünmüş mis boru metal qırıntılarını təklif etmiş,1 kiloqramının qiymətinin 12 manat 60 qəpik olduğunu, oğurluq olmadığını bildirmişdir. Hilalın əvvəllər ona metal satdığı və həmin günədək heç bir probleminin olmadığına görə o, inanaraq həmin metalı qəbul edib Hilala ümumilikdə 816 manat 50 qəpik pul ödəmişdir. Təxminən 2 gün sonra həmin metalı metaləritmə zavodunun nümayəndəsi kimi tanıdığı Elsevər adlı şəxsə hər kiloqramı üzərinə 50 qəpik əlavə etməklə satmışdır. xx.xx.2023-cü il tarixdə Səbuhi şəxs əlində olan əlvan metal nümunəsi ilə onun iş yerinə gələrək yaxın günlərdə ona həmin mis metal borudan satılıbsatılmadığını soruşduqda, Hilal adlı şəxsin ona bir neçə gün əvvəl həmin mis metaldan satdığını və ondan qəbul etdiyi metalı isə metaləritmə zavodunun nümayəndəsinə satdığını demişdir. O, həmin mis metal boruların cinayət yolu ilə əldə edilərək ona satıldığından məlumatsız olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 10 il olar ki, “Çıraq İnşaat MMC”-də tədarükçü sürücü vəzifəsində işləyir. Şirkət tərəfindən ona verilmiş etibarnamə əsasında **-XL-*** dövlət qeydiyyat nömrə nişanlı “Ford Transit” markalı avtomobili idarə edir. O, əlvan metal tullantılarını metal qəbulu məntəqələrindən təhvil alaraq işlədiyi zavoda aparıb təhvil verməklə məşğul olmuşdur. İşlədiyi zavod kabel istehsalı ilə məşğul olduğundan məntəqələrdən yalnız mis tərkibli metal almışdır. 08 fevral 2023-cü il tarixdə günorta radələrində Binəqədi rayonu, Xırdalan şossesi, 1-ci mədən ərazisində yerləşən Qnyaz adlı şəxsin işlətdiyi metal qəbulu sexinə getmiş və orada əlvan metal olub-olmadığını soruşmuşdur. Sexdə olan Ələsgər adlı işçi onların sexində mis metal qırıntıları olduğunu və satıldığını demişdir. O, 64.8 kiloqram çəkidə olan metalın sahibi Qnyazla danışmış, metalın oğurluq olmadığına əmin olduqdan sonra hər kiloqramı üçün 12 manat 80 qəpik, ümumilikdə 829 manat pul ödəyərək həmin metalı alıb işlədiyi zavoda hər kiloqramı 13 manatdan satmışdır. 11 fevral 2023-cü il tarixdə Səbuhi adlı şəxs ona zəng edərək Qnyazdan almış olduğu mis metal boru ilə maraqlanmış və o, həmin metalı metal əritmə zavoduna təhvil verdiyini ona demişdir. O, Zərərçəkmiş şəxs MMC-nin təsisçilərindən olmuş Səbuhi ilə danışdıqdan sonra həmin mis metal boruların oğurluq mal olduğunu bilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 20 ilə yaxındır ki, "xxxx" MMC kimi tanıdığı şirkətdə mühafizəçi işləyir. Şahid8 ilə növbəlilik əsasında mühafizə xidmətini yerinə yetirir. Həmin şirkətə aid olan torpaq sahəsinin sol yanında hündür mərtəbəli evlər inşa olunmaqla sağ yanında şirkətə məxsus anbarlar və ofis yerləşir. xx.xx.2023-cü il tarixdə saat 07-də Şahid8 növbəni, yəni anbarın qapısının ağzında olan kilidləri, ofisi və binanı təhvil almış və xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində mühafizə etdiyi şirkətin ərazisinə nəzarət edərkən bir şəxsin çiynində mis borular olan bağlamanı apardığını görərərk səs-küy salmış və həmin şəxs borular olan bağlamanı yerə ataraq fərdi evlər olan istiqamətə hasardan tullanaraq qaçıb getmişdir. Ərazidə başqa şəxsin də olub-olmamasını yoxlamaq üçün kənarda gizlənib müşahidə etsə də başqa şəxs və şəxsləri görə bilməmişdir. Bundan sonra mühafizə etdiyi anbarda mah olan Zərərçəkmiş şəxs MMC-nin rəhbəri Turala bu barədə məlumat vermiş və sonuncu hadisə yerinə gəldikdən sonra anbardan mis metal borular oğurlandığını aşkar edib bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, mühafizə etdiyi şirkətin anbarlarında hansı mal və məhsulun saxlandığını bilməmiş, ona yalnız anbarın kilidinin açarı təhvil verilib təhvil alınmış, anbarın ərazisinə və anbara daxil olmuş şəxs və ya şəxsləri tanımamış, növbədə olarkən yalnız bir nəfər şəxsin çiynində metal boru bağlama olduğunu görmüş, şəxs onu görərək heç bir müqavimət göstərmədən bağlamanı ataraq qaçıb ərazini tərk etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2021 -ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına qədər Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən Nümayəndə1 rəhbəri olduğu Zərərçəkmiş şəxs MMC-yə məxsus dükanda satıcı işləmişdir. O, həmin dükanda işləyərkən Tural və Asim Türkiyə Respublikasından kondisioner və havalandırma sistemləri üçün mis borular sifariş etmiş, lakin həmin sifariş gec gəldiyindən və dükanı təhvil verdikləri üçün həmin sifariş ilə gələn mallar "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 5-ci Döngə ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, əvvəllər kabel zavod kimi adlandırılan ərazidə icarəyə götürdükləri anbara yığılmışdır. Orada bir böyük və bir kiçik anbar olmuş və hər iki anbarda kondisioner və havalandırma üçün mis borular və latun balvankalar yığılmışdır. Həmin anbarların klidlərinin açarları onda olmuşdur. 2023-cü ilin yanvar ayının ortalarında anbarda olan latun bolvankaları evakuatora yığaraq Masazır qəsəbəsində Uğur şadlıq sarayının altında yerləşən 1001 xırdavat yerinə Hafıs adlı şəxsin işçilərinə təhvil vermiş və çəkisi barədə MMC-nin rəhbərliyinə məlumat verdikdən sonra anbara yığılan bolvankalardan 1 ton çəkidə əskik olması barədə məlumat verilmişdir. Növbəti gün böyük anbardan malları kiçik anbara yığarkən latun bolvankaların əskik olan hissəsini aşkar etməmiş və bu barədə rəhbərliyə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində həmin anbara mal qəbul edərkən 11 qutu hər qutunun içərisində 100 metr və 50 kiloqram ümumi çəkisi 550 kiloqram olan kondisioner üçün mis boruların balaca anbarda olmadığını rəhbərliyə bildirmişdir. Bundan sonra Asim və Turalın təşəbbüsü ilə anbarların kilidlərinin açarları dəyişdirilərək yeni açarlar ona verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Asim ona zəng edərək anbardan mis boruları oğurlayan zaman mühafizəçinin oğrulardan birini gördüyünü və oğrunun qaçdığını demişdir. O, bu məlumatdan sonra dərhal anbara gəlmiş və orada Tural və Səbuhini görmüş, Nümayəndə1 anbara baxdıqdan sonra oğurluq baş verdiyinə əmin olaraq DİN-nin 102 xidmətinə məlumat vermişdir Sonradan anbardan oğurluq edən şəxslərin polis əməkdaşları tərəfindən tutulduqları bilmiş, lakin həmin şəxslərin kimlər olduğunu bilməmişdr. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2017-ci ildə "xxxx" MMC-də və 2021-ci ildən isə "xxxx" MMC-də mühafizəçi işləmişdir. O, Şahid6 ilə növbəlilik əsasında mühafizə xidməti aparmışdır. Şirkətə aid olan torpaq sahəsinin sol yan hissəsində hündür mərtəbəli evlər inşa olunmaqla sağ yanında şirkətə məxsus anbarlar və ofis yerləşmişdir. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində növbəni Şahid6 anbarın qapısının ağzında olan kilidləri, ofisi və binanı təhvil verərək yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 04-05 radələrində Arif ona zəng edərək mühafizə etdiyi əraziyə oğru daxil olduğunu, oğrunun hasardan aşıb qaçdığını gördüyünü demişdir .Bundan sonra o, özü də iş yerinə getmiş Arifin ərazini müşahidə etdiyinin şahidi olmuşdur. O, Ariflə birlikdə şirkətin ərazisini gəzib müşahidə etmiş, lakin başqa kimsənin olmasını aşkar edə bilməmiş, "xxxx" MMC-nin böyük anbarının sol yan tinində divara söykənmiş vəziyyətdə hər bağlamada 4 metrlik 15 ədəd mis borudan ibarət 17 bağlamanın olduğunu aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, anbarın ərazisinə oğurluq üçün daxil olmuş şəxs və ya şəxslər Arifi gördükdən sonra həmin bağlamaları atıb ərazini tərk etməklə qaçmışlar. Bundan sonra anbarın icarədarı və əmlakın sahibi Tural gələrək hadisə ilə tanış olmuş, DİN-in 102 xidmətinə zəng etmişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və anbara, əraziyə baxış keçirərkən anbarın qapısından daxil olma aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nümayəndə1 Rəfael oğlunun müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanında yerləşən anbarda baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi döngə 5 ünvanda yerləşən, Nümayəndə1 direktoru olduğu "xxxx" MMC tərəfindən icarə götürülmüş anbarın hasar divarına söykənmiş vəziyyətdə hər birində 15 ədəd 4 metrlik mis metal boru olmaqla 10 ədəd bağlama və anbarın arxasında divara söykənmiş vəziyyətdə hər bağlamada 15 ədəd 4 metrlik mis metal boru olmaqla 7 bağlama, ümumilikdə 17 bağlama aşkar edilmişdir. Qeyd edilən mis metal boruları maddi sübut əhəmiyyətli olduğu üçün saxlanmasından ötrü Nümayəndə1 təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 fevral 2023cü il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 fevral 2023cü il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 13 fevral 2023-cü il tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 13 fevral 2023cü il tarixdə saat 22:55-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs4 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Şahid1 tərəfindən 40 kiloqram çəkidə mis metal borular istintaq orqanına könüllü təqdim edilmişdir xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən təqsirləndirilən şəxs X2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “OPEL” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə məxsus mis boruları xx.xx.2023-cü il tarixdə həmin avtomobilə yükləyib apardıqlarını bildirmişdir. xx.xx.2023-cü il protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs4 idarə etdiyi “QAZel” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs4 "xxxx" MMC-yə məxsus mis boruları xx.xx.2023-cü il tarixdə həmin avtomobilə yükləyib apardıqlarını bildirmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 5000 manat, Təqsirləndirilən şəxs4 tərəfindən 3000 manat və Təqsirləndirilən şəxs2 Fikrət oğlu tərəfindən 1000 manat olmaqla, cəmi 9000 manat pul zərərçəkmiş şəxsə ödənilməsi üçün istintaq orqanına təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Nümayəndə1 Rəfael oğlu tərəfindən təqsirləndirilən şəxslərin istintaq orqanına təqdim etdiyi 9000 manat təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli, 9/1804 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən metalların istehsala yararlı, hazır məhsul halında 2023-cü ilin yanvar-fevral aylarına olan orta bazar qiyməti nəzərə hesablama yolu ilə təxminən 01 kq latun çubuq (balvanka) -13,00 manat, 01 kq 19 mm mis boru - 22,00 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hər birində 15 ədəd 4 metrlik mis metal boru olan 17 ədəd bağlama cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmış, Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş 40 kiloqram çəkidə mis metal boru maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən dəymiş ziyanın tam şəkildə ödənilildiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını və sonunculardan heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. AZ-İV № 229111 və AZ-İV № 229112 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2019-cu il təvəllüdlü X5 və X6 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 53 nömrəli uşaq bağçasını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla saxlanıldığı MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 14 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla saxlanıldığı MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 14 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla saxlanıldığı MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3, hazırkı cinayət işi ilə bağlı 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs4 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs4 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 12 ünvanında yerləşən Geoloji Kəşfiyyat İdarəsinin yataqxanasını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla saxlanıldığı MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4, hazırkı cinayət işi ilə bağlı 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, hər birində 15 ədəd 4 metrlik mis metal boru olan 17 ədəd bağlamanın saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalı, üzrə maddi sübut kimi tanınmış, Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş, Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan 40 kiloqram çəkidə mis metal boru sahibinə qaytarılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 12.5 (on iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs1,12.5 (on iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs2, 12.5 (on iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs3 və 12.5 (on iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs4 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 58 (əlli səkkiz) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə ümumilikdə 58 (əlli səkkiz) saat və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsinə ümumilikdə 59 (əlli doqquz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 58 (əlli səkkiz) saat, Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 60 (altmış) saat, Müdafiəçi3 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 58 (əlli səkkiz) saat və Müdafiəçi4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 59 (əlli doqquz) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 58 (əlli səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 348 (üç yüz qırx səkkiz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 58 (əlli səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 348 (üç yüz qırx səkkiz) manat və Təqsirləndirilən şəxs4 göstərdiyi cəmi 59 (əlli doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 354 (üç yüz əlli dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 53 nömrəli uşaq bağçasını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 14 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 14 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 12 ünvanında yerləşən Geoloji Kəşfiyyat İdarəsinin yataqxanasını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, hər birində 15 ədəd 4 metrlik mis metal boru olan 17 ədəd bağlamanın saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üz maddi sübut kimi tanınmış, Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş, Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan 40 kiloqram çəkidə mis metal boru sahibinə qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 12.5 (on iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs1,12.5 (on iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs2, 12.5 (on iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs3 və 12.5 (on iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs4 tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 58 (əlli səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 348 (üç yüz qırx səkkiz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 58 (əlli səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 348 (üç yüz qırx səkkiz) manat və Təqsirləndirilən şəxs4 göstərdiyi cəmi 59 (əlli doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 354 (üç yüz əlli dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar