Məhkəmə qərarları › İş №1(001)-477/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-477/2020

27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-477/2020 27.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində gözətçi kimi işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 225 nömrəli bağ evində olan zamanı evin həyətində yerləşən saxlanc yeri hesab edilən tikilinin qapısının kilidini yerdən götürdüyü dəmir linglə sındırıb içəri qanunsuz daxil olaraq oradan 1 ədəd 25 manat dəyərində diametri 25 mm olan 5 metrlik metal əsaslı borunu, 1 ədədi 20 manat olmaqla 2 ədəd 40 manat dəyərində diametri 15 mm olan 4 metrlik metal əsaslı borunu, 1 ədədi 15 manat olmaqla 5 ədəd 75 manat dəyərində diametri 10 mm olan 4 metrlik metal əsaslı borunu, 1 ədədi 5 manat olmaqla 20 ədəd 10 manat dəyərində diametri 25 mm olan 2 metrlik metal əsaslı borunu, 1 ədəd 60 manat dəyərində polad əsaslı ərintidən hazırlanmış şvelleri, 1 ədədi 20 manat olmaqla 5 ədəd 100 manat dəyərində diametri 20 mm olan 4 metrlik metal əsaslı armaturu, 1 ədədi 5 manat olmaqla 10 ədəd 50 manat dəyərində metal künclüyü, 1 ədəd 315 manat dəyərində “Moskviç-403” markalı mühərriki və 1 ədəd 700 manat dəyərində “Moskviç-407” markalı ehtiyat hissələri üzərində olan komplekt mühərrik dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1465 (bir min dörd yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət əməlini törədildiyi yerin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olduğunun, iş üzrə aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən pozuntulara, o cümlədən həmin Məcəllənin 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verilmədiyini, iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyini, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə və ya ləğv edilməsinə məhkəmənin hazırlıq iclasında əsasların olmadığını qeyd edərək, məhkəmədən həmin qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını, eləcə də təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinayət işinin məhkəmə baxışına təyin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon X1 şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham təhlil edilərkən aşağıdakı kobud pozuntu və ziddiyyətli hallar aşkar edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə sonuncunun oğurladığı əşyaların hesablanması zamanı ibtidai istintaq orqanı tərəfindən səhvə yol verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində gözətçi kimi işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 225 nömrəli bağ evində olan zamanı evin həyətində yerləşən saxlanc yeri hesab edilən tikilinin qapısının kilidini yerdən götürdüyü dəmir linglə sındırıb içəri qanunsuz daxil olaraq oradan 1 ədəd 25 manat dəyərində diametri 25 mm olan 5 metrlik metal əsaslı borunu, 1 ədədi 20 manat olmaqla 2 ədəd 40 manat dəyərində diametri 15 mm olan 4 metrlik metal əsaslı borunu, 1 ədədi 15 manat olmaqla 5 ədəd 75 manat dəyərində diametri 10 mm olan 4 metrlik metal əsaslı borunu, 1 ədədi 5 manat olmaqla 20 ədəd 10 manat dəyərində diametri 25 mm olan 2 metrlik metal əsaslı borunu, 1 ədəd 60 manat dəyərində polad əsaslı ərintidən hazırlanmış şvelleri, 1 ədədi 20 manat olmaqla 5 ədəd 100 manat dəyərində diametri 20 mm olan 4 metrlik metal əsaslı armaturu, 1 ədədi 5 manat olmaqla 10 ədəd 50 manat dəyərində metal künclüyü, 1 ədəd 315 manat dəyərində “Moskviç-403” markalı mühərriki və 1 ədəd 700 manat dəyərində “Moskviç-407” markalı ehtiyat hissələri üzərində olan komplekt mühərrik dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1465 (bir min dörd yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə oğurlanmış əmlak dəqiq hesablanan zaman ümumilikdə Zərərçəkmiş şəxs 1375 (bir min üç yüz yetmiş beş) manat məbləğində ziyan dəyməsi müəyyən edilir. Lakin ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan 1465 (bir min dörd yüz altmış beş) manat məbləğində göstərilmişdir. Buna səbəb ibtidai istintaq orqanı tərəfindən 20 ədəd diametri 25 mm olan 2 metrlik metal əsaslı borunun 1 ədədinin dəyəri 5 manatdan olmaqla 100 manat olaraq deyil, 10 manat olaraq hesablanması (20x5=100) olmuşdur. Bundan başqa iş materialları təhlil edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 225 nömrəli bağ evində yaşayaraq orada gözətçi işləmiş, həmin müddət ərzində Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində sərbəst hərəkət etməsinə Zərərçəkmiş şəxs tərəfindən icazə verilmiş, Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd 315 manat dəyərində “Moskviç-403” markalı avtomobilə məxsus mühərriki və 1 ədəd 700 manat dəyərində “Moskviç-407” markalı avtomobilə məxsus ehtiyat hissələri saxlanc yerindən götürülsə də, həmin əşyalardan başqa oğurlanmış digər əmlak sonuncu tərəfindən evin həyətyanı sahəsindən götürülmüşdür. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində gözətçi kimi işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 225 nömrəli bağ evində olan zamanı evin həyətində yerləşən saxlanc yeri hesab edilən tikilinin qapısının kilidini yerdən götürdüyü dəmir linglə sındırıb içəri qanunsuz daxil olaraq oradan ümumilikdə 1465 (bir min dörd yüz altmış beş) manat məbləğində müxtəlif adda əşyaları oğurlamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Göründüyü kimi, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs yalnız avtomobilə aid mühərrik və ehtiyat hissələrini saxlanc yerindən, digər əşyaların isə evin həyətyanı hissəsindən oğurlanması müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən əməlin tövsifində səhvə yol verilərək Təqsirləndirilən şəxs verilmiş ittihamda və iş üzrə tərtib edilmiş ittiham aktında sonuncunun zərərçəkmiş şəxsə məxsus bütün əşyaları saxlanc yerindən oğurladığı göstərilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivi, Zeynəb küçəsində 225 nömrəli bağ evində baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 14720 (on dörd min yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, sonuncu 2020-ci ilin iyun ayının əvvəllərində təxminən 2-3 gün ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlayaraq tanımadığı şəxslərə satmışdır. Lakin ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlamaqla sonuncuya ümumilikdə 1465 (bir min dörd yüz altmış beş) manat məbləğində maddi ziyan vurması göstərilmişdir. Bununla bağlı ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən xx xxxxxx 2020-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərar qəbul edilərək, ********* nömrəli cinayət işindən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işini ayrılmışdır. xx xxxxxx 2020-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə istintaq tamamlanmaq üzrədir və Təqsirləndirilən şəxs ilə cinayət işi üzrə bütün istintaq hərəkətləri keçirilərək onun oğurluq etməsi ilə bağlı CM-in 177.2.3-cü maddəsi ilə törətmiş olduğu cinayət əməli tam sübut olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə məhkəmə məsuliyyətinə verilməli, Zərərçəkmiş şəxs məxsus bağ evindən 12720 manat dəyərində metal əşyaların və avtomobil mühərriklərinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı epizod kifayət qədər sübuta yetirilmədiyi üçün həmin epizod üzrə istintaq aparılan ********* nömrəli cinayət işindən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaq aparılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs məxsus bağ evindən 12720 manat dəyərində metal əşyaların və avtomobil mühərriklərinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı epizod üzrə ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən düzgün nəticəyə gəlinməyərək kifayət qədər sübutun olmaması səbəbindən ayrıca cinayət işi ayrılmışdır. Qeyd edilməlidir ki, şəxsin əməlində sübut olmadıqda və ya toplanmış sübutlar şəxsin məsuliyyətə cəlb edilməsi üçün kifayət etmədikdə iş üzrə icraata həmin hissədə xitam verilir. Lakin müstəntiq tərəfindən kifayət qədər sübutun olmaması əsası ilə cinayət işindən digər cinayət işi ayrılması onu göstərir ki, gələcəkdə Təqsirləndirilən şəxs qeyd olunan əməli törətməsi sübuta yetirildiyi təqdirdə sonuncunun vahid niyyətlə törətməsi ehtimal edilən əmələ görə iki dəfə məsuliyyətə cəlb olunması ilə nəticələnəcəkdir. Yuxarıda sadalananlardan müəyyən edilmişdir ki, müstəntiq tərəfindən Cinayət və Cinayət-Prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, CPM-in 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək, hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayəthüquqi tədbirlər tətbiq etməkdən ibarətdir. CPM-in 9-cu maddəsinə əsasən bu Məcəllənin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri olmaqla cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir və hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. CPM-in 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 34.1-ci maddəsinə əsasən heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəmə onu da qeyd edir ki, cinayət işi üzrə qəbul edilmiş prosessual qərarlar və protokollar, eləcə də, ittiham aktı cinayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənədlər olmaqla təqsirləndirilən şəxs barəsində yekun nəticəyə gəlməyə əsas verən sübutlar və ittihamın sübuta yetirilməsi öz əksini tapmalı, habelə ittiham aktı mühüm prosessual sənəd kimi cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 289-cu maddəsinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.6-cı maddəsinə müvafiq olaraq cinayət işi üzrə ittiham aktının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını onun tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə məsələyə də baxmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 (bir) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılsın.

3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon X1 şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılsın.

4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçiyə, təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinə göndərilsin.

Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar