Məhkəmə qərarları › İş №1(001)-477/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-477/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-477/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi5, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Nəsirov Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs4, xx.xx.1989-cu ildə Astara rayonu Pensər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, orta təhsilli, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, 245-ci kvartal nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Nəsirov Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonu Padar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 1 azyaşlı uşağı olan, məhkumlıığu olmayan, fərdi əməklə məşğul olan, orta təhsilli, Xaçmaz rayonu Padar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, 245-ci kvartal nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1987-ci ildə Sabirabad ravonu Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, orta təhsilli, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1997-ci ildə Hacıqabul rayonu Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, orta təhsilli, Hacıqabul rayonu Qubalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi yeni sahədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayon, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində heç kimin olmadığına əmin olduqdan sonra qrupun üzvləri ilə aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni Nəsirov Təqsirləndirilən şəxs1 yaşayış evindən kənarda dayanıb müşahidə etməklə kiminsə gəldiyi təqdirdə məlumat verməsi və qrupun digər üzvləri olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə yaşayış evinə daxil olmalarından ibarət razılaşmalarına uyğun olaraq sonuncular hasardan keçməklə qeyd olunan yaşayış evinin mətbəx otağının plastik pəncərəsini fiziki güc tətbiq etməklə çıxarıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evdə olan 1 ədəd 800 manat dəyərində “Zilli” markalı dəri materiallı kişi gödəkçəsini, 1 ədəd 100 manat dəyərində “The GUOS” markalı, XXL ölçülü kişi gödəkçəsini, 1 ədəd 250 manat dəyərində “X3” markalı ətiri, 1 ədəd 280 manat dəyərində “Dior Sauvage” markalı ətiri, 1 ədəd 300 manat dəyərində “Delina la Rosee” markalı ətiri, 1 ədəd 400 manat dəyərində “X4 gone Bad extreme” markalı ətiri, 1 ədəd 2000 manat dəyərində brilliant qaşlı, 3.6 qram çəkidə, 750 əyarlı qızıl üzüyü və 1 ədəd 650 manat dəyərində 6,85 qram çəkidə, 583 əyarlı “Cartier” markalı qızıl qolbağı gizli olaraq talayıb qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Nəsirov Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs ümumilikdə 4.780 (dörd min yeddi yüz səksən) manat ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, fəhləlik edərək, eləcə də “Wolt” internet tətbiqində sifarişlərin çatdırılması üzrə kuryer işləyir. 19 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ordubadi küçəsinə dəqiq xatırlamadığı evə yemək sifarişi aparmışdır. Telefonun naviqasiya sistemi ilə həmin ünvana getmiş və bu vaxt yaxınlıqda evlərin birində toy mərasiminin olduğunu, toy iştirakçılarının evdən çıxdığını görmüşdür. Bundan sonra yaşadığı evin yaxınlığına gəlmiş və tanışı Təqsirləndirilən şəxs1 zəng etmişdir. Təqsirləndirilən şəxs1 onun yaşadığı evin yaxınlığında yaşayır və aralarında dostluq münasibətləri vardır, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 telefonla bu barədə məlumat verdikdən və həmin evin boş olacağını, oradan oğurluq etməyiin əlverişli olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs1 demişdir ki, “buna razıyam, mən indi Saray qəsəbəsinə Məhəbbət və Mirkamalın yaşadığı evdəyəm, onlarla birlikdə gəlirəm.” Məhəbbət və Mirkamal onun tanışlarıdır, onlar da fəhləlik edirlər, Saray qəsəbəsində bir evdə kirayə yaşayırlar. Saat 19:30 radələrində Təqsirləndirilən şəxs1, Məhəbbət, Mirkamal və o həmin evin yaxınlığında görüşmüşlər. O həmin evi digər 3 şəxsə göstərmiş və razılaşmışlar ki, Təqsirləndirilən şəxs1 çöldə gözləsin ki, evə kimsə gəlsə xəbər etsin. Çünki Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunduğu üçün onun əl-barmaq izləri ilə cinayətin kimin tərəfindən törədilməsi məlum ola bilərdi. O, Məhəbbət, Mirkamal hasardan aşıb evə daxil olmuşlar. Evin giriş qapısının yanında olan plastik pəncərəni həyətdə olan yer belinin dəmir hissəsi ilə yerindən çıxarmış və oradan içəri, yəni evin mətbəxinə daxil olmuşlar. Bundan sonra mətbəxdən dəhlizə keçmiş və oradan otaqları axtarmağa başlamışlar. Evdə 4 otaq var idi və əşyaların əksəriyyəti təzə idi. Üçü də tez otaqlara baxırmışlar ki, pul, yaxud qızıl tapsınlar. Dolablarda olan geyim və digər əşyaları çıxarıb yoxlayır, sonra da çarpayının, döşəmənin üstünə atırmışlar. Evdə pul tapmamışlar. Məhəbbət yataq otağında olan çantanın içinə baxdıqda orada 01 ədəd qadın qızıl üzüyünü və 01 ədəd qadın qızıl qolbağını götürmüşdür. O yataq otağında güzgünün qarşısında olan 04 ədəd ətiri götürmüşdür. Mirkamal isə 02 ədəd kişi gödəçəsini götürmüşdür. Bundan sonra cəld mətbəxdən həyətə, oradan da hasardan aşıb küçəyə çıxmışlar. Evə daxil olub çıxmaları ümumilikdə 10-12 dəqiqə vaxt ərzində baş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onları hasarın yanında gözləyirmiş. Təqsirləndirilən şəxs1 hər hansı şəxslərin onu görüb-görmədiyini, içəridə olduqları müddətdə kimlərinsə Təqsirləndirilən şəxs1 yaxınlaşıb-yaxınlaşmadığını soruşmuşlar. Çünki oğurluq etdikləri ev kənar yerdə yerləşdiyi üçün məhəllədə yad adam dərhal nəzərə çarpır. Təqsirləndirilən şəxs1 demişdir ki, yox, heç bir problem yoxdur. Onlar Təqsirləndirilən şəxs1 evdən oğurladıqları əşyalar barədə məlumat vermiş və oradan nömrəsini xatırlamadığı taksi ilə Saray qəsəbəsinə Mirkamal və Məhəbbətin yaşadığı evə getmişlər. 4 ədəd ətiri hərəsinə biri olmaqla aralarında bölmüşlər. 2 ədəd kişi gödəkçəsini Məhəbbət və Mirkamal götürmüşdür. Razılaşmışlar ki, 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl qolbağı satıb pulunu aralarında bölərlər. O qara rəngli qabda və üzərində ilan təsviri olan ətiri götürmüş və onu evə gətirib yataq otağında güzgünün qarşısında qoymuşdur. Ertəsi gün, yəni xx.xx.2023cü il tarixdə o Mirkamalla birlikdə Sumqayıt şəhərinə getmiş və orada qızıl alışı-satışı univermağına daxil olmuşdur. İçəri girdikdə üzbəüz yerləşən o sol, Mirkamal sağ tərəfdə yerləşən vitrinə yaxınlaşmışlar. O qızıl üzüyü satıcıya təqdim etmiş və ailəsinə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Mirkamal da eyni qaydada digər satıcıya müraciət etmişdir. Vitrinin arxasında duran təxminən 55-60 yaşlarında kişi üzüyü yoxlamış, daha sonra bir daha onun kimə məxsus olduğunu soruşmuşdur. O bildirmişdir ki, üzük arvadına məxsusdur. Həmin şəxs üzüyə 280 manat pul verə biləcəyini bildirmiş və o bu qiymətlə razılaşmışdır. Həmin şəxs şəxsiyyət vəsiqəsini tələb etmiş və o özünə məxsus şəxsiyyət vəsiqəsini satıcıya vermişdir. Satıcı öz qeydiyyat kitabında onun anket məlumatlarını, telefon nömrəsini, eləcə də qızıla aid məlumatları, hansı qiymətə aldığını oraya qeyd etmişdir. Bundan sonra həm o, həm də satıcı kitabda imzalar etmişlər. Bundan sonra satıcı ona 280 manat pul vermişdir. Mirkamal da eyi qaydada 01 ədəd qızıl qolbağı 280 manata satmışdır. Onlar ümumilikdə 680 manat pul əldə etmişlər. Mirkamal 400 manatdan 60 manat ona pul vermiş və bildirmişdir ki, “səndə olan pulla ümumilikdə 340 manat pul edir, bu pulu Təqsirləndirilən şəxs1lə bölərsiz, məndə qalan 340 manatı Məhəbbətlə bölərəm.” O həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1lə görüşmüş və 170 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Qalan 170 manat pul ona qalmış, həmin pulu şəxsi ehtiyaclarına, eləcə də ev üçün xərcləmişdir. 22 noyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində tək olan zaman polis əməkdaşları onu saxlamışlar və oğurluq cinayətində şübhəli olduğumu bildirib onu polis bölməsinə gətirmişlər. Orada ona məlum olmuşdur ki, onunla eyni anda birlikdə oğurluq etdiyi digər şəxslər Təqsirləndirilən şəxs1, Məhəbbət və Mirkamal da müxətlif yerlərdə saxlanılıblar. Zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində 1 azyaşlı uşağın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Saray qəsəbəsində Məhəbbət ilə evdə imişlər. Həmin vaxt digər tanışı Təqsirləndirilən şəxs1 də orada imiş. Bu zaman digər ortaq tanışları Elmin Təqsirləndirilən şəxs1 zəng etmiş, Binəqədi rayonu, Ordubadi küçəsində bir evdə toy olduğunu, bir azdan evin boş olacağını, oradan oğurluq etməyin əlverişli olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs1 demişdir ki, “buna razıyam mən indi Saray qəsəbəsinə Məhəbbət və Mirkamalın yaşadığı evdəyəm, onlarla birlikdə gəlirəm.” Təqsirləndirilən şəxs1 oğurluq etmək planı barədə onlara məlumat vermiş, əvvəlcə bundan çəkinsə də, lakin sonradan razılıq vermişdir. Saat 19:30 radələrində Təqsirləndirilən şəxs1, Elmin, Məhəbbət və o həmin evin yaxınlığında görüşmüşlər. Elmin həmin evi onlara göstərmiş və razılaşmışlar ki, Təqsirləndirilən şəxs1 çöldə gözləsin ki, evə kimsə gəlsə xəbər etsin. Çünki Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunduğu üçün onun əl-barmaq izləri ilə cinayətin kimin tərəfindən törədilməsi məlum ola bilərdi.O, Elmin, Məhəbbət hasardan aşıb evə daxil olmuşlar. Evin giriş qapısının yanında olan plastik pəncərəni həyətdə olan yer belinin dəmir hissəsi ilə yerindən çıxardıq və oradan içəri, yəni evin mətbəxinə daxil olmuşlar. Bundan sonra mətbəxdən dəhlizə keçmiş və oradan otaqları axtarmağa başlamışlar. Evdə 4 otaq var idi və əşyaların əksəriyyəti təzə idi. Üçü də tez otaqlara baxmışlar ki, pul, yaxud qızıl tapsınlar. Dolablarda olan geyim və digər əşyaları çıxarıb yoxlayır, sonra da çarpayının, döşəmənin üstünə atırmışlar. Evdə pul tapmamışlar. O, 02 ədəd kişi gödəkçəsini götürmüş, Məhəbbət yataq otağında olan çantanın içinə baxdıqda orada 01 ədəd qadın qızıl üzüyünü və 01 ədəd qadın qızıl qolbağını götürmüşdür. Elmin isə yataq otağında güzgünün qarşısında olan 04 ədəd ətiri götürmüşdür. Bundan sonra cəld mətbəxdən həyətə, oradan da hasardan aşıb küçəyə çıxmışlar. Evə daxil olub çıxmaqları ümumilikdə 10-15 dəqiqə vaxt ərzində baş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onları hasarın yanında gözləyirmiş. Təqsirləndirilən şəxs1 hər hansı şəxslərin onları görüb-görmədiyini, içəridə olduqları müddətdə kimlərinsə ora yaxınlaşıb-yaxınlaşmadığını soruşmuşlar Çünki oğurluq etdikləri ev kənar yerdə yerləşdiyi üçün məhəllədə yad adam dərhal nəzərə çarpır. Təqsirləndirilən şəxs1 demişdir ki, “yox, heç bir problem yoxdur.” Onlar Təqsirləndirilən şəxs1 evdən oğurladıqları əşyalar barədə məlumat vermiş və oradan nömrəsini xatırlamadığı taksi ilə Saray qəsəbəsinə Mirkamalla kirayə yaşadıqları evə getmişlər. 4 ədəd ətiri hərəsinə biri olmaqla bölmüşlər. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə o Elminlə birlikdə Sumqayıt şəhərinə getmiş və orada qızıl alışı-satışı univermağına daxil olmuşlar. İçəri girdikdə üzbəüz yerləşən o sağ, Mirkamal sol tərəfdə yerləşən vitrinə yaxınlaşmışlar. O qızıl qolbağı satıcıya təqdim etmiş və ailəsinə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Elmin də eyni qaydada digər satıcıya müraciət etmişdir. Vitrinin arxasında duran təxminən 35-40 yaşlarında oğlan qolbağı yoxlamış, daha sonra bir daha onun kimə məxsus olduğunu soruşmuş, o bildirmişdir ki, qolbaq anasına məxsusdur. Alıcı həmin qolbağa üzüyə 440 manat pul verə biləcəyini bildirmiş və bu qiymətlə razılaşmışdır. Həmin şəxs şəxsiyyət vəsiqəsini tələb etmiş və özümə məxsus şəxsiyyət vəsiqəsini satıcıya vermişdir. Satıcı öz qeydiyyat kitabında anket məlumatlarını, telefon nömrəni, eləcə də qızıla aid məlumatları, hansı qiymətə aldığını oraya qeyd etmişdir. Bundan sonra həm o, həm də satıcı kitabda imzalar etmişlər. Qolbağın və şəxsiyyət vəsiqəsinin şəklini də telefonu ilə çəkmişdir. Bundan sonra satıcı ona 440 manat pul vermişdir. Elmin də eyni qaydada 01 ədəd qızıl üzüyü 280 manata satmışdır. Ümumilikdə 680 manat pul əldə etmişlər. 400 manatdan 60 manat Elminə pul vermiş və bildirmişdir ki, “səndə olan pulla ümumilikdə 340 manat pul edir, bu pulu Təqsirləndirilən şəxs1lə bölərsiz, mən də qalan 340 manatı Məhəbbətlə bölərəm.” Evə gəlmiş və 170 manat pulu Məhəbbətə vermişdir. Qalan 170 manat pul özünə qalmışdır, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 22 noyabr 2023cü ildə saat 16:00 radələrində Saray qəsəbəsində Məhəbbətlə evə gedən zaman polis əməkdaşları onları saxlamış və oğurluq cinayətində şübhəli olduqlarını bildirib onları polis bölməsinə gətirmişlər. Orada məlum olmuşdur ki, onlarla birlikdə oğurluq edən digər şəxslər Elmin və Məhəbbət müxtəlif yerlərdə saxlanılmışlar. Zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, İİ Qarabağ müharibəsində iştirak edərək bir neçə medalla təltif olunduğunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 noyabr 2023-cü ildə saat 18 radələrində Saray qəsəbəsində Mirkamal ilə evdə imişlər. Həmin vaxt digər tanışları Təqsirləndirilən şəxs1 də orada imiş. Bu zaman digər ortaq tanışları Elmin Təqsirləndirilən şəxs1 zəng etmiş, Binəqədi rayonu, Ordubadi küçəsində bir evdə toy olduğunu, bir azdan evin boş olacağını, oradan oğurluq etməyin əlverişli olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs1 demişdir ki, “buna razıyam, mən indi Saray qəsəbəsinə Məhəbbət və Mirkamalın yaşadığı evdəyəm, onlarla birlikdə gəlirəm.” Təqsirləndirilən şəxs1 oğurluq etmək planı barədə onlara məlumat vermiş, əvvəlcə bundan çəkinmiş, lakin sonradan razılıq vermişdir. Saat 19:30 radələrində Təqsirləndirilən şəxs1, Elmin, Mirkamal və o həmin evin yaxınlığında görüşmüşlər. Elmin həmin evi onlara göstərmiş və razılaşmışlar ki, Təqsirləndirilən şəxs1 çöldə gözləsin ki, evə kimsə gəlsə xəbər etsin. Çünki Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunduğu üçün onun əl-barmaq izləri ilə cinayətin kimin tərəfindən törədilməsi məlum ola bilərdi. O, Elmin, Mirkamal hasardan aşıb evə daxil olmuşlar. Evin giriş qapısının yanında olan plastik pəncərəni həyətdə olan yer belinin dəmir hissəsi ilə yerindən çıxardıq və oradan içəri, yəni evin mətbəxinə daxil olmuşlar. Bundan sonra mətbəxdən dəhlizə keçmiş və oradan otaqları axtarmağa başlamışlar. Evdə 4 otaq var idi və əşyaların əksəriyyəti təzə idi. Üçü də tez otaqlara baxmışlar ki, pul, yaxud qızıl tapsınlar. Dolablarda olan geyim və digər əşyaları çıxarıb yoxlayır, sonra da çarpayının, döşəmənin üstünə atırmışlar. Evdə pul tapmamışlar. Mirkamal 02 ədəd kişi gödəkçəsini götürmüş, o yataq otağında olan çantanın içinə baxdıqda orada 01 ədəd qadın qızıl üzüyünü və 01 ədəd qadın qızıl qolbağını götürmüşdür. Elmin isə yataq otağında güzgünün qarşısında olan 04 ədəd ətiri götürmüşdür. Bundan sonra cəld mətbəxdən həyətə, oradan da hasardan aşıb küçəyə çıxmışlar. Evə daxil olub çıxmaqları ümumilikdə 10-15 dəqiqə vaxt ərzində baş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onları hasarın yanında gözləyirmiş. Təqsirləndirilən şəxs1 hər hansı şəxslərin onları görüb-görmədiyini, içəridə olduqları müddətdə kimlərinsə ora yaxınlaşıb-yaxınlaşmadığını soruşmuşlar Çünki oğurluq etdikləri ev kənar yerdə yerləşdiyi üçün məhəllədə yad adam dərhal nəzərə çarpır. Təqsirləndirilən şəxs1 demişdir ki, “yox, heç bir problem yoxdur.” Onlar Təqsirləndirilən şəxs1 evdən oğurladıqları əşyalar barədə məlumat vermiş və oradan nömrəsini xatırlamadığı taksi ilə Saray qəsəbəsinə kirayə yaşadıqları evə getmişlər. 4 ədəd ətiri hərəsinə biri olmaqla bölmüşlər. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə Mirkamal Elminlə birlikdə Sumqayıt şəhərinə getmiş və orada qızılları satıb 680 manat pul əldə etmişlər. Həmin puldan hərəyə 170 manat pul düşmüşdür. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 22 noyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Binəqədi rayonu, Sarqy qəsəbəsində Mirkamalla evə gedən zaman polis əməkdaşları onları saxlamışlar və oğurluq cinayətində şübhəli olduğunu bildirib polis bölməsinə gətirmişlər. Orada məlum olmuşdur ki, onlarla birlikdə oğurluq edən digər şəxslər Elmin və Məhəbbət müxtəlif yerlərdə saxlanılmışlar. Zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində 2 azyaşlı uşağın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Nəsirov Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 noyabr 2023-cü ildə saat 18 radələrində Saray qəsəbəsində tanışları Mirkamal və Məhəbbətin evində olan zaman digər ortaq tanışları Elmin ona zəng etmiş, Binəqədi rayonu, Ordubadi küçəsində bir evdə toy olduğunu, birazdan evin boş olacağını, oradan oğurluq etməyin əlverişli olduğunu dedikdən sonra o demişdir ki, “buna razıyam, mən indi Saray qəsəbəsinə Məhəbbət və Mirkamalın yaşadığı evdəyəm, onlarla birlikdə gəlirəm.” Məhəbbət və Mirkamal tanışlarıdır, onlar da fəhləlik edirlər, Saray qəsəbəsində bir evdə kirayə yaşayırlar. Saat 19:30 radələrində o, Məhəbbət, Mirkamal birlikdə Elminin dediyi yerə gedib çatmış və Elminlə həmin evin yaxınlığında görüşmüşlər. Elmin həmin evi göstərmiş və razılaşmışlar ki, Elmin, Məhəbbət, Mirkamal evə daxil olsun, o çöldə gözləsin ki, evə kimsə gəlsə digər 3 şəxsə məlumat versin. Çünki o əvvəllər məhkum olunduğu üçün əl-barmaq izləri ilə cinayətin kimin tərəfindən törədilməsi məlum ola bilərdi. Elmin, Məhəbbət, Mirkamal hasardan aşıb evə daxil olmuşlar, o çöldə gözləmişdir. Təxminən 12- 15 dəqiqə sonra onlar çölə çıxmışlar. Ondan hər hansı şəxsin onu görüb-görmədiyini, içəridə olduqları müddətdə kimlərinsə ona yaxınlaşıb-yaxınlaşmadığını soruşmuşlar. Çünki oğurluq etdikləri ev kənar yerdə yerləşdiyi üçün məhəllədə yad adam dərhal nəzərə çarpır. O demişdir ki, yox, heç bir problem yoxdur. Onlar evdən oğurladıqları əşyalar barədə məlumat vermişlər və oradan nömrəsini xatırlamadığı taksi ilə Saray qəsəbəsinə Mirkamal və Məhəbbətin yaşadığı evə getmişlər. 4 ədəd ətiri hərəsinə biri olmaqla aralarında bölmüşlər. 2 ədəd kişi gödəkçəsini Məhəbbət və Mirkamal götürmüşlər. Razılaşmışlar ki, 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl qolbağı satıb pulunu aralarında bölsünlər. O, “Chanel” markalı ətiri götürmüş və onu kirayə yaşadığı evə gətirib dolaba qoymuşdur, özü istifadə etsin. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Elmin onunla görüşmüş, qızılların satışından 680 manat pul əldə edildiyini bildirmiş və 170 manat pulu ona vermişdir. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 22 noyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində işdən çıxan zaman polis əməkdaşları onu saxlamışlar və oğurluq cinayətində şübhəli olduğunu bildirib polis bölməsinə gətirmişlər. Orada məlum olmuşdur ki, onunla eyni anda birlikdə oğurluq etdiyi digər şəxslər Elmin, Məhəbbət və Mirkamal da müxətlif yerlərdə saxlanılmışlar. Zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1, nömrəsiz ev ona məxsusdur. Həmin evi 2023-cü ildə almışdır və 19 noyabr 2023-cü il tarixdə ailə qurduqdan sonra arvadı ilə orada yaşamağı planlaşdırırmış. Toyu ilə əlaqədar olaraq evi təmir etmiş və oraya əşyalar alıb yerləşdirmişdir. 19 noyabr 2023-cü il tarixdə toy mərasimi baş tutacaqmış. Bununla əlaqədar olaraq həmin gün Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1, nömrəsiz evə qohumları və ailə dostları gəlmişdir. Saat 16:10-da həmin şəxslərlə birlikdə evi tərk etmiş və birlikdə toy mərasiminin baş tutacağı şadlıq sarayına getmişlər. Evi tərk edən zaman o açarla evin qapısını kilidləmişdir. Toy mərasimi başa çatdıqdan sonra ailə üzvləri ilə birlikdə evə qayıtmışlar və 20 noyabr 2023-cü il tarixdə saat 01:00-də evə çatmışlar. Darvazanı açarla açıb həyətə daxil olan zaman görmüşdür ki, evin mətbəxinin pəncərəsi yerindən çıxarılıb. Bu vaxt başa düşmüşdür ki, evdən oğurluq edilib. Bundan sonra o, DİN-in 102 xidməti zəng mərkəzinə zəng elmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra evə daxil olmuş və ailə üzvləri ilə birlikdə otaqları yoxlayan zaman görmüşdür ki, evin otaqları dağınıq vəziyyətdədir. Bundan sonra evdə olan əşyaların tamlığını yoxlayan zaman ona məlum olmuşdur ki, evdən 800 manat dəyərində 01 ədəd kişi dəri gödəkçəsi, 100 manat dəyərində 01 ədəd kişi gödəkçəsi, 120 manat dəyərində 01 ədəd “Chanel” markalı, 280 manat dəyərində 01 ədəd “Sauvage” markalı, 250 manat dəyərində 01 ədəd “Delina la Rosee” markalı və 400 manat dəyərində 01 ədəd “Kilian” markalı ətirlər, 2000 manat dəyərində brilliant qaşlı, 3,6 qram çəkidə, 750 əyarlı 01 ədəd qızıl üzük və 550 manat dəyərində 6,85 qram çəkidə, 583 əyarlı 01 ədəd “Cartier” markalı qızıl qolbaq oğurlanmışdır. Qeyd olunan əşyaların hamısı ona məxsus olmuşdur. Qızıl-zinyət əşyaları və qadın ətirlərini özü almışdır ki, toydan sonra arvadına hədiyyə versin. Həmin əşyalar hamısı təzə vəziyyətdə olmuş və qutuların içində imiş. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4500 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan iş üzrə təqsirləndirilən şəxslərin yaxınları tərəfindən ona tam qaytarıldığından təqsirləndirilən şəxslərin heç birinə qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxslərin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Nəsirov Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşlar (cild 1, i.v.28-30, 44-46, 61-63, 78-80). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Nəsirov Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.145-146, 146-147, 168- 169, 180-181, 191-192). Təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi və onların MSYdən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Nəsirov Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və onlar həmin tarixdə saxlandıqları Binəqədi RPİ-in MSY-dən azad edilmişlər (cild 1, i.v.207-218). Kompleks məhkəmə-fiziki və məhkəmə-əmtəəşünashq ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 3-16-xx/xx/6566-9/10032 npmrəli rəyindən görünür ki, 3,34 qram kütləli “Cartier” yazısı və “585” damğası olan 01 ədəd sarı rəngli, qolbaq 583/585 əyarlı qızıldan hazırlanmışdır (cild 2, i.v.5-8). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5588 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş misin metal qırıntı kimi 2022-ci ilin iyul ayına olan orta baza qiyməti 69,93 manat müəyyən edilir. Təqdim edilməyən əlvan metalların qırıntı kimi orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1141,00 manat müəyyən edilir (cild 2, i.v. 71-74). Maddi sübut qismində tanıma barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Zilli” markalı dəri materiallı kişi gödəkçəsi, 01 ədəd “The GUOS” markalı, XXİ ölçülü kişi gödəkçəsi, 01 ədəd “X3” markalı ətir, 01 ədəd “Dior Sauvage" markalı ətir, 01 ədəd “Delina la Rosee” markalı ətir, 300 manat dəyərində 01 ədəd “X4 gone Bad extreme” markalı ətir və 6,85 qram çəkidə, 583 əyarlı 01 ədəd “Cartier” markalı qızıl qolbaq iş üzrə sübut əhəmiyyətini nəzərə alaraq maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır (cild 2, i.v.10). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Nəsirov Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Nəsirov Təqsirləndirilən şəxs1 təqsirliliyi öz ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Nəsirov Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur (cild 2, i.v.245-249). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Nəsirov Təqsirləndirilən şəxs1 əvvəllər Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, i.v.251-253). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs1 əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişlər. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, zərər çəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 himayəsində 1, Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı uşaq var. Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs4 İİ Qarabağ müharibəsinin iştirakçısıdır, ölkə Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə, habelə Azərbaycan Respublikasının Baş Nazirinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlar olmasını, CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Nəsirov Təqsirləndirilən şəxs1, habelə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla İİ Qarabağ müharibəsində iştirakını, ölkə rəhbərliyinin Sərəncamları ilə bir neçə medalla təltif olunmasını Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması, təqsirləndirilən şəxs Nəsirov Təqsirləndirilən şəxs1 isə təqsirləndirildiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Nəsirov Təqsirləndirilən şəxs1 təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınaraq təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs4 İİ Qarabağ müharibəsində iştirakı xüsusi olaraq nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasının həddi digər təqsirləndirilən şəxslərin cəzasından aşağı müddətə müəyyən edilməli, barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə müvafiq Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadıqları şəhərin (rayonun) hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Nəsirov Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Maddi sübutlar – 01 ədəd “Zilli” markalı dəri materiallı kişi gödəkçəsinin, 01 ədəd “The GUOS” markalı, XXİ ölçülü kişi gödəkçəsinin, 01 ədəd “X3” markalı ətirin, 01 ədəd “Dior Sauvage” markalı ətirin, 01 ədəd “Delina la Rosee’’ markalı ətirin, 300 manat dəyərində 01 ədəd “X4 gone Bad extreme” markalı ətirin və 6,85 qram çəkidə, 583 əyarlı 01 ədəd “Cartier” markalı qızıl qolbağın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi4, Müdafiəçi1 və Müdafiəçi3 cinayət işi üzrə təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Nəsirov Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Nəsirov Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs3 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Sabirabad rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Abşeron rayon Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs4 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar – 01 ədəd “Zilli” markalı dəri materiallı kişi gödəkçəsinin, 01 ədəd “The GUOS” markalı, XXİ ölçülü kişi gödəkçəsinin, 01 ədəd “X3” markalı ətirin, 01 ədəd “Dior Sauvage” markalı ətirin, 01 ədəd “Delina la Rosee’’ markalı ətirin, 300 manat dəyərində 01 ədəd “X4 gone Bad extreme” markalı ətirin və 6,85 qram çəkidə, 583 əyarlı 01 ədəd “Cartier” markalı qızıl qolbağın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslər Nəsirov Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxslər Nəsirov Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 göstərdikləri cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi4, Müdafiəçi1 və Müdafiəçi3 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ayrı-ayrılıqda xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar