Məhkəmə qərarları › İş №1(001)-478/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-478/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-478/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: X4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Binəqədi rayonu Motodrom Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “BMW-X4” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini özü ilə gətirdiyi çəkiclə sındıraraq avtomobilin salonunda olan 350 manat dəyərində avtomobil xalçası, avtomobilin saxlanc yerindən dəyəri 150 manat olan dəri materialdan hazırlanmış pul kisəsini və içərisində həmin günün məzənnəsi ilə 4420 manat təşkil edən 2600 ABŞ dolları, 4750 AZN manatı, 250 manat dəyərində açar dəstini, 250 manat dəyərində mühafizə sistemini idarə edən pultu, eləcə də Zərərçəkmiş şəxs AA00339547 №-li şəxsiyyət vəsiqəsini, AC357806 №-li sürücülük vəsiqəsini, “BMW-X4” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid BB215696 №-li qeydiyyat şəhadətnaməsini, “Toyota Camry” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid BB215694 №-li qeydiyyat şəhadətnaməsini, 003/AT00068263 nömrəli tələbə biletini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 10170 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsi və digər mühüm şəxsi sənədləri talamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 177.2.4 və 326.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom YYM-də yaşayan bacısı Yeganənin evinə gələrək orada qalmışdır. Qohumu Zərərçəkmiş şəxs anası Məlahət də onun bacısı ilə qonşuluqda yaşayır. 19 mart 2022-ci il tarixdə səhər tezdən saat 06 radələrində yuxudan oyanıb işə gedəndə Səbinəyə məxsus “BMW-X4” **- SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin anasıgilin evinin qarsısında dayandığını görmüşdür. Ona görə də maşına yaxınlaşmışdır. Orada ayaqaltında kiçik ölçülü xalça görmüşdür. Bacısının evinə qayıdıb oradan kuvalt götürmüşdür. Lakin səhər saatları olduğu üçün onu heçkim görməmişdir. Həmin kuvaltla avtomobilin sağ yan şüşəsini sındırmışdır. Maşının içərisində yerdə olan həmin xalçanı götürmüşdür. Bir qədər kənarda açıb görmüşdür ki, içərisində pul yoxdur. Buna görə də xalçanı tullamışdır. Yenidən avtomobilə yaxınlaşmışdır. Qapını açıb bardaçoka baxmışdır. Orada qəhvəyi rəngli pul kisəsini götürmüşdür. Piyada oradan uzaqlaşmışdır. Bakı Sumqayıt yolunun sağ kənarında pulu götürmüş və içərisindəki bank kartları, eləcə də zərərçəkmiş şəxsə məxsus rəsmi sənədləri pul kisəsinin içərisində saxlayaraq pul kisəsisni hündürmərtəbəli binanın qarşısında yolun kənarında olan daşın üstünə atmışdır. Oradan avtobusa əyləşib DSK yolu adlanan ərazidə avtobusdan enmişdir. Taksi ilə Digah qəsəbəsinə yaşadığı evə gəlmişdir. Pulları sayanda 4750 manat və 2600 ABŞ dolları olmasını bilmişdir. Həmin puldan təxminən 500 manatını xərcləyib özünə paltar almışdır. Bundan sonra axşama yaxın Hökməli qəsəbəsində yaşayan yeznəsi Çingizin evinə getmişdir. Səbinənin avtomobilindən oğurladığı puldan 500 ABŞ dolları və təxminən 1000 manatını yeznəsi Çingizə vermişdir ki, saxlasın. Lakin ona həmin pulu oğurlamağı bərədə heçnə deməmişdir. Çingiz ondan pulu haradan aldığını soruşanda ona bildirmişdir ki, həmin pul onun işlədiyi ət kəsimi və satışı dükanında malın puludur onda qalsın gəlib götürəcəkdir. Həmin gün Çingizgildə qalmışdır. Səhəri günü Çingizin evindən çıxmışdır. Ona demişdir ki, verdiyi pulu saxlasın gəlib götürəcək. Çingizin evindən çıxandan sonra üzərində olan puldan bir hissəsini kafelərdə yeməyə və spirtli içkilərə xərcləmişdir. 21 mart 2022-ci il tarixdə internetdə “Qaz-3110” markalı avtomobilin satılmasını görmüşdür. Həmin avtomobili almaq üçün elanda olan nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs ona Sumqayıt şəhərində yaşadığını demişdir. Ora gedib maşına baxıb bəyənmiş və maşını satan Sənan adlı şəxsə beh kimi ilkin ödəniş 500 manat vermişdir. Pulun qalan hissəsini sonra verib maşını götürəcəkmiş. Sumqayıt şəhərindən çıxıb qohumu Səbinənin avtomobilindən oğurladığı üzərində qalan pulla Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan tanışı Könülün evinə getmişdir. Könül onu görüb təəccüblənmişdir. Sərxan ona Səbinənin avtomobilindən pul oğurladığını demişdir. Könül də bu barədə zəng edib Səbinənin anası Məlahətə xəbər vermişdir. Məlahətlə Səbinə oraya gələndə 1700 ABŞ dolları zərərçəkmişə qaytarmışdır. Bundan başqa Könülgilin evinin yanında gizlətdiyi 400 manat və 100 ABŞ dollarını da polislərə təqdim etmişdir. Bank kartları və sənədlər olan pul kisəsinin yerini polis əməkdaşlarına demişdir ki onlar pul kisəsini Səbinəyə qaytarsınlar. 22 mart 2022-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində olan 1600 ABŞ dollarını və 800 manatı könüllü təqdim etmişdir. O, Səbinənin avtomobilindən götürdüyü bank kartlarından istifadə etməmişdir. Səbinənin avtomobilindən götürdüyü sənədlərlə birlikdə bank kartlarını da qaytarmışdır. Həmin bank kartları və sənədlər pul kisəsinin içərisində olmuşdur. Oğurluğu tək etmişdir. Yanında heç kəs olmamışdır. Oğurluqdan əvvəl və ya sonra bu barədə heç kimə məlumat verməmişdir. Çingiz onun Səbinənin avtomobilindən pul oğurladığını bilməmişdir. Avtomobildən oğurladığı pul kisəsinin içərisində puldan başqa ev açarları və pult da olmuşdur. Pul kisəsini, açarları və pultu, nabk kartılarını, sənədləri pul kisəsinin içində Motodromdan çıxandan sonra Bakı-Sumqayıt yolunun kənarındakı hündürmərtəbəli binanın qarşısında yolda daşın üzərinə atmışdır. Oğurluq etdikdən dərhal sonra etdiyi əməldən peşman olmuş, 02 gün sonra könüllü surətdə zərəçəkmişə pulları qaytardığını, pul kisəsini tulladığı yeri isə 40-cı Polis Bölməsinin əməkdaşlarına dediyini, şəxsiyyət vəsiqəsi və digər sənədləri oğurlamaq niyyətinin olmadığını bildirmişdir. 6 yaşında anasının vəfat etdiyini, atasının isə ağır xəstə olduğunu məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Nərimanov rayonu, G.Qədirbəyova küçəsində yaşayır. Moskva ticarət mərkəzində qızıl-zinət əşyaları satılan polkanı icarəyə götürüb işlədir. xx.xx.2022-ci il tarixdə 9-cu mikrorayonda şəriki Əli ilə görüşüb 2600 ABŞ dolları və 3300 manat pulu alıb avtomobilində olan ona məxsus qəhvəyi rəngli pul kisəsinin içərisinə qoyub saxlanc yerində saxlamışdır və Binəqədi rayonu, Motodrom Yeni yaşayış massivində yaşayan anası Məlahətin evinə getmişdir. Bundan əlavə onun pul kisəsində 1450 manat pul da olmuşdur. Həmin gün saat 22 radələrində anasıgildən çıxıb tarqovu adlanan əraziyə rəfiqəsinin adgününə getmişdir. Oradan gecə saat 03 radələrində çıxmış və spirtli içki qəbul etdiyi üçün ayıq sürücü ilə yenidən anasının evinə qayıtmışdır. Avtomobili evin qarşısında saxlayıb evə getmiş, yatmışdır. Səhər saat 12:30 radələrində yuxudan oyanmış və avtomobilə yaxınlaşanda maşının sağ yan şüşəsinin sındırılmasını görmüşdür. Maşının içərisinə baxan zaman saxlanc yerində olan içərisində ümumilikdə 4750 manat və 2600 ABŞ dolları olan qəhvəyi rəngli dəri materialdan olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Bundan əlavə pul kisəsinin içərisində ona aid sürücülük vəsiqəsi, tələbə bileti, şəxsiyyət vəsiqəsi və iki ayrı-ayrı avtomobillərə məxsus qeydiyyat şəhadətnamələri, mənzlinin açarlarının, Kapitalbank, Respublikabank, Paşabank və Muğanbanka aid kartları olmuşdur. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisədən sonra onun anasının yaşadığı evin video müşahidə kamerasına baxanda görmüşdür ki, anasının bibisi nəvəsi Təqsirləndirilən şəxs əlində kuvalt onların evinə tərəf gəlir və əlində pul kisəsini cibinə qoyub uzaqlaşır. Sərxanın bacısı onlarla qonşuluqda yaşayır. Hadisədən sonra Sərxanın tanışı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Könül onun anası Məlahətə zəng edib Sərxanın onun evinə gəldiyini və onun avtomobilindən pul oğurlamağını ona söylədiyini pulları qaytarmaq istədiyini demişdir. O da anası Məlahətlə Könülün yaşadığı Mehdiabad qəsəbəsindəki evinə getmişlər. Sərxan orada onun avtomobilindən pul oğurladığını demişdir. Sərxan qalan pulu saxlaması üçün yeznəsi Çingizə verdiyini bildirmişdir. Əlavə etmişdir ki, Çingizin bu hadisədən xəbəri olmamışdır. Sərxan Könülün evinin yanında gizlətdiyi 400 manat və 100 ABŞ dollarını, özündə olan 3700 ABŞ dolları onlara təqdim etmişdir. Bundan başqa onun avtomobilindən oğurladığı puldan avtomobil almaq üçün beh verdiyi 500 manat pul da Şahid2 adlı şəxsdən götürülmüşdür. Avtomobilindən oğurlanan pul kisəsinin qiyməti 150 manat, xalçanın qiyməti isə 350 manatdır. O, DİN-nin 102 xidmətinə məlumat verərkən həyəcanlı olmuşdur. Ona görə də maşınından oğurlanan məbləği səhv göstərmişdir. Ona məxsus bank kartlarında pul olmamışdır. Oğurlanan pulun məbləği 9170 manat, pul kisəsinin qiyməti 150 manat və avtomobildə oturacağın üzərində olan xalçanın qiyməti isə 350 manatdır. Pul kisəsində olan məzilinə aid açar dəstinin qiyməti 250 manat, mühafizə sistemini idarə edən pultun qiyməti isə 250 manatdır. Oğurlanmış Kapital, Respublika, Paşa və Muganbankların plastik kartları ona banklar tərəfindən pulsuz verilmişdir. Belə olduqda ona 10170 manat maddi ziyan dəymişdir. Avtomobilinin şüşəsini isə 1800 manata təmir etdirmişdir. Hadisədən sonra Sərxanın atası Mirzağa evlərində ona 1000 (min) manat pul vermişdir. Bundan başqa Sərxanın yeznəsi Çingizin qardaşı Nəzər ona 500 ABŞ dolları (850 manat) və 1300 manat manat pulu qaytarmışdır. 40-cı Polis bölməsinin əməkdaşları isə ona məxsus şəxsiyyət vəsiqəsi, iki avtomobilə aid qeydiyyat şəhadətnaməsi, onun sürücülük vəsiqəsini və içərisində pul olmayan bank kartlarını Sərxanın pul kisəsini atdığı yeri deməsi ilə oradan götürərək ona qaytarmışdırlar. Nəzərlə o, söhbət edərkən bildirdi ki, Sərxan həmin pulu aparıb saxlaması üçün onun qardaşı Çingizə vermişdir. Hadisə nəticəsində ona 10170 manat maddi ziyan dəymişdir. Həmin ziyandan 7740 manat ödənilmişdir. Təqsirləndirilən şəxsla barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənilmiş hesab edilməsini, ondan şikayətinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır. Onunla qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. Bir neçə ildən sonra münasibətləri pozulmuşdur. O, Sərxanın bacısı Yeganəni Mehdiabad qəsəbəsində təndir çörəyi bişirilən yerdən tanımışdır. Sərxan da ora gələndə tanış olmuşlar. Zərərçəkmiş şəxs yaxından tanımasa da, onun anası Məlahəti tanıyır. Məlahətin Sərxanın qohumu olmasını bilir. Onun oğurluq etməsindən məlumatı olmamışdır. 21 mart 2022-ci il tarixdə günorta saatlarında həyətində odun doğramışdır. Bu zaman Sərxanın onların evlərinə tərəf gəlməsini görmüşdür. Onu uzun müddətdir görmədiyi üçün təəccüblənmişdir. Həm də özünə təzə paltar almışdır. O, Sərxandan nə məqsədlə onlara gəlməyini soruşmuşdur. Sərxan ona qohumu Məlahətin qızı Səbinənin avtomobilindən pul oğurladığını demişdir. Onun bu hərəkətini qınamışdır. Sərxanın da pulun bir hissəsini xərclədiyini qalan hissəsinin isə onda olmasını demişdir. O da Sərxana demişdir ki, zəng edək Məlahət gəlsin və pulu qaytar özünə. Bir qədər keçmiş Məlahət gəlmiş və Sərxanla birlikdə getmişlər. Oğurladığı pulu Sərxan Məlahət və Səbinəyə qaytarmışdır. O, Sərxanın əvvəlcədən oğurluq etməyini bilməmişdir. Sərxan onun evinə gəlib Məlahətin qızı Səbinənin maşınından oğurluq etməsini deyən kimi bu barədə Məlahətə zəng etmişdir, çünki Məlahət özü ona qızının pulu oğurlanan günü zəng edib demişdir ki, Sərxan onun yanına gəlsə onlara məlumat versin. Sərxan ona oğurluq puldan heçnə verməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Nərimanov rayonunda yaşayır. Lakin hərdən onun yaşadığı Binəqədi rayonu Motodrom yaşayış massivinə gəlir. Onun özünə məxsus “BMW-X4” markalı avtomobili var. Qızı “Moskva” univermağında qızıl-zinət məmulatlarının satışı ilə məşğul olur, ona görə də onda müəyyən qədər pul olur. 18 mart 2022-ci il tarixdə qızı onun yaşadığı evə gəlmişdir və axşam 22 radələrində idarə etdiyi BMW-X4” markalı avtomobillə şəhərə rəfiqəsinin adgününə getmişdir. Bir neçə saatdan sonra, artıq 19 mart 2022-ci il gecə saat 03 radələrində qızı evlərinə qayıtmışdır. Həmin günü onlarda qalmışdır. Səhər açılanda saat 11-12 radələrində qızı avtomobilə yaxınlaşanda maşının sağ yan şüşəsinin sındırıldığını və avtomobilin saxlanc yerindən pul kisəsinin içərisində olan 2600 ABŞ dolları və 4750 manat pulun oğurlandığını aşkar etmişdir. Qızına məxsus qəhvəyi rəngli pul kisəsinin içərisində puldan başqa bank kartları və sənədləri də olmuşdur. Onlar bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər və qızı həm də ərizə ilə 40-cı polis bölməsinə müraciət etmişdir. Hadisədən sonra evlərinin kamera görüntülərinə baxanda qohumları Təqsirləndirilən şəxs əlində kuvalta oxşayan dəmir alətlə onların evinin pəncərəsindən içəriyə baxmasını və sonra isə qızı Səbinənin avtomobilinə yaxınlaşmasını görmüşdür. Onlar bilmişlər ki, qızının avtomobilindən pulu qohumları Təqsirləndirilən şəxs oğurlamışdır. Belə olduqda o, Sərxanın tanışı olan Mehdiabad qəsəbəsində yaşayan Könüllə əlaqə saxlayaraq bildirmişdir ki, əgər Sərxan onun evinə gəlsə, bu barədə ona məlumat versin. İki gün sonra Könül ona zəng edib Sərxanın onun evinə gəlməsini və üzərində xeyli miqdarda pul olmasını demişdir. O və qızı Səbinə evlərindən çıxıb Könülün yaşadığı evə getmişlər. Orada Sərxan həqiqətən də onun qızının avtomobilindən pul oğurlamasını demişdir. Əlavə olaraq bildirmişdir ki, həmin pulun bir qismini yeznəsi Çingizə vermişdir. Çingizlə də bu barədə danışanda o bizə Sərxanın onun evinə gəlməsini və saxlamaq üçün ona pul verməsini bildirmişdir. Daha sonra pul kisəsini atdığı yerdən içərisində kartlar və sənədlər olan pul kisəsini polis əməkdaşalrının götürərək qızı Səbinəyə verdiklərini bildirmişdir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə şahid kimi dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, ona məxsus “Qaz-3110” markalı avtomobilini elana yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə ona bir nəfər şəxs zəng edib özünü Sərxan kimi təqdim edib Hökməli qəsəbəsində yaşamasını deyib onun satmaq istədiyi avtomobili bəyəndiyini və almaq istədiyini bildirmişdir. O, həmin şəxslə xx.xx.2022-ci il tarixdə günortadan sonra saat 15:30 radələrində Sumqayıt şəhərində görüşmüşdür. O, avtomobilin satış qiymətini 5000 manata demişdir. Sərxan onunla görüşmüşdür və beh olaraq 500 manat vermişdir. O da həmin 500 manatın 400 manatını maşının bəzi detallarının təmirinə xərcləmişdir. O, əvvəllər tanımadığı Hökməli qəsəbəsində yaşayan Sərxan adlı şəxsdən 500 manat pulu beh kimi alandan sonra axşam saat 22:30 radələrində ona Binəqədi RPİ-nin 40-cı PB-dən zəng etdilər məni baş vermiş oğurluq hadisəsi ilə bağlı 40-cı Polis Bölməsinə çağırmışlarlar. O da bölmədə izahat yazmışdır və hadisəni olduğu kimi danışmışdır. Orada bilmişdir ki, ondan Qaz-3110 markalı avtomobili almaq üçün Sərxan tərəfindən verilmiş 500 manat pul oğurluq olmuşdur. Polisdə bilmişdir ki, həmin şəxs Binəqədi rayonu, Motodrom yaşayış massivində qohumuna məxsus X-4 markalı avtomobilin şüşəsini sındırıb saxlanc yerindən 8-9 min məbləğində pul oğurlamışdır. O, Sərxandan beh kimi aldığı 500 manat pulu polis bölməsində könüllü təqdim etmişdir. Həmin pulun oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmayan Şahid3 ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Sərxanla münasibəti normaldır. Arabir onlara gəlib-gedir. Sərxan Abşeron rayonu, Digah qəsəbəsində ət satışı dükanında qəssab işləyir. Zərərçəkmiş şəxs da tanıyır. Səbinənin anası Məlahətlə Sərxanın atası Mirzağa qohumdurlar. Sərxanın bacısı Yeganə Motodrom YYM-də Səbinənin anası Məlahətlə qonşuluqda yaşayır. 19 mart 2022-ci il tarixdə günortadan sonar evində olarkən Sərxan onlara gəldi. Həmin vaxt evdə tək olmuşdur. Sərxan onların evinə gələndən sonra ona təxminən 1000 manat və 500 ABŞ dolları verib bildirmişdir ki, onda qalsın gəlib götürəcək. O, Sərxandan həmin pulu haradan əldə etməsini soruşanda, Sərxan ona həmin pulun işlədiyi ət dükanına aid olmasını dükana kəsim üçün diri heyvan alınmasına görə verildiyini bildirmişdir. O da pulu Sərxandan götürüb saxlamışdır. Həmin gün Sərxan onların evlərində qalmışdır. Səhəri günü evdən çıxıb harasa getmişdir və ona bildirmişdir ki, ya axşama ya da sabaha gəlib pulu ondan götürəcək. Sərxan onun qaynı olduğu üçün o, heçnədən şübhələnməmişdir. Bir gün sonra qohumlardan eşitmişdir ki, Sərxan Binəqədi rayonu, Motodrom YYM-də bacısı Yeganə ilə qonşuluqda yaşayan qohumları Məlahətin qızı Səbinənin avtomobilinin şüşəsini sındıraraq avtomobilin içərisindən xeyli pul və sənədlər oğurlamışdır. Lakin o, Sərxanla əlaqə saxlamaq və hadisə barədə maraqlanmaq istədikdə onu tapa bilməmişdir. Qardaşı Nəzərlə danışandan o Sərxanın həqiqətən də qohumu Səbinənin avtomobilindən dollar və milli manat oğurladığını, avtomobildən götürdüyü sənədlərin və bank kartlarının bir hissəsini ona verdiyini bildirmişdir. O, həmin anda artıq başa düşmüşdür ki, Sərxanın ona saxlamaq üçün verdiyi dollar və 1000 manata yaxın pul da oğurluq olmuşdur. Belə olduqda, o, həmin pulu qardaşı Nəzərə vermişdir ki, sənədlərlə birlikdə Səbinəyə çatdırsın. O, Sərxanın ona verdiyi pulların oğurluq olmasını bilməmişdir. Sərxan bu barədə ona heçnə deməmişdir. Məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmayan Şahid4 ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, ailəsi birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs qardaşı Çingizin qaynıdır. Şəxsi münasibəti normaldır. Hərdən Çingizin evinə gəlib gedəndə orda görüşür. Sərxanın yaşadığı Abşeron rayonu, Digah qəsəbəsində satışı dükanında qəssab işləməsini bilir. Zərərçəkmiş şəxs da tanıyır. Səbinənin anası Məlahətlə Sərxanın atası Mirzağa qohumdurlar. Sərxanın bacısı Yeganə Motodrom YYM-də Səbinənin anası Məlahətlə qonşuluqda yaşayır. 2022-ci ilin mart ayında o, qohumlardan eşitdi ki, Sərxan Binəqədi rayonu, Motodrom YYM-də yaşayan qohumu Zərərçəkmiş şəxs avtomobilindən oğurluq etmişdir. Həmin ərəfədə o, Səbinə ilə danışıb hadisəni soruşanda o bildirdi ki, Sərxan onun BMW-X4 markalı avtomobilinin şüşəsini sındıraraq oradan içərisində sənədlər olan pul kisəsini və 2600 ABŞ dolları, 4750 manat oğurlamışdır. Səbinə qeyd etdi ki, hadisə barədə polisə məlumat vermişdir. O da bu barədə qardaşı Çingizlə danışdı. Çingiz ona bildirdi ki, Sərxan bır gün əvvəl onların evində olmuş və ona saxlaması üçün 500 ABŞ dolları və təqribən 1000 manat pul vermişdir. Sərxan həmin pulun işlədiyi dükanına məxsus olmasını gəlib götürəcəyini bildirmişdir. Onlar başa düşdülər ki, həmin pul Sərxanın qohumu Səbinənin avtomobilindən oğurladığı pulun bir hissəsidir. 21 mart 2022-ci il tarixdə yaşadığı Hökməli qəsəbəsində olarkən Sərxan onun yanına gəldi. Onunla danışanda Sərxan hadisə barədə ətraflı məlumat vermədi. Lakin ona bank kartları, texniki pasport və Səbinəyə aid digər sənədləri verib onlara çatdırmağını dedi. O da zəng vurub Səbinə və onun anasına məlumat verdi. Sərxanın onun qardaşına verdiyi pulu də dolları, eləcə də onda olan sənədləri Səbinəyə qaytardı. Səbinə Sərxanın barəsində polisə ərizə yazmasını bildirdi. O, Sərxanın avtomobildən oğurluq etməsini Səbinə deyəndən sonra bilmişdir. Hadisədən əvvəlcədən məlumatı olmamışdır. Sərxandan sənədləri götürəndən sonra dərhal Səbinə və anası ilə əlaqə saxlayaraq özlərinə qaytarmışdır. Qardaşı Çingizin və onun Sərxanın oğurluq etməsindən əvvəlcədən məlumatları olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 22 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 24 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanmış cinayət işi həmin məcəllənin 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 24 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunaraq barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 11 iyun 2022-ci il tarixli qərara əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələrindən həmin məcəllənin 177.2.4-cü və 326.2-ci maddələrinə tövsif edilmişdir. 13 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə saat 06:16-da oğurluqdan bir neçə dəqiqə əvvəl əlində dəmir alətlə “BMW-X4” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı Binəqədi rayonu, Motodrom YYM-də yerləşən Zərərçəkmiş şəxs anası Şahid1 evinə yaxınlaşaraq pəncərədən baxması müəyyən olunmuşdur. İş üzrə tərtib olunmuş 22 mart 2022-ci il tarixli protokolla iş üzrə şahid qismində dindirilmiş Şahid2 könüllü təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən avtomobil almaq üçün ona beh kimi verilmiş 500 manat pul götürülmüşdür. İş üzrə tərtib olunmuş 22 mart 2022-ci il tarixli könüllü təqdim etmə və götürmə protokolundan göründüyü kimi, Təqsirləndirilən şəxs 1600 ABŞ dolları və 800 manat pulu təqdim edərək həmin pulların zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobildən oğurladığı pulun bir hissəsi olmasını bildirmişdir. İş üzrə tərtib olunmuş 22 mart 2022-ci il tarixli könüllü təqdim etmə və götürmə protokolundan göründüyü kimi, Təqsirləndirilən şəxs tanışı Şahid5 yaşadığı evin arxa tərəfində gizlətdiyi 100 ABŞ dolları və 400 manat pulu təqdim edərək həmin məbləğin zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobildən oğurladığı pulun bir hissəsi olmasını bildirmişdir. İş üzrə tərtib olunmuş 05 aprel 2022-ci il tarixli könüllü təqdim etmə və götürmə protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs plastik bank kartlarını, nəqliyyat vasitələrinə aid qeydiyyat şəhadətnamələrini, şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini təqdim edib həmin sənədlərin və plastik kartların Təqsirləndirilən şəxs tərəfindən ona məxsus avtomobildən oğurlanmasını bildirmişdir. Cinayət işi üzrə götürülmüş 1700 ABŞ dolları və 1700 manat pul maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə təhvil verilmişdir. Cinayət işi üzrə götürülmüş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitələrinə aid iki ədəd qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, bank kartları maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə təhvil verilmişdir. Cinayət işi üzrə götürülmüş video görüntünün olduğu bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Abşeron Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və sonuncunun hərəkətlərində CM-in 326.2-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilməmişdir. Belə ki, CM-in 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla bağlı, məhkəmə ilk növbədə qeyd edir ki, CM-in 326.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni həmin maddə ilə şəxs o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, cinayətin predmeti olan dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədi qanuni sahibindən sonuncunun iradəsinə zidd olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını qabaqcadan görsün və bunları arzu etsin. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Binəqədi rayonu Motodrom Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “BMW-X4” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini özü ilə gətirdiyi çəkiclə sındıraraq avtomobilin salonunda olan 350 manat dəyərində avtomobil xalçası, avtomobilin saxlanc yerindən dəyəri 150 manat olan dəri materialdan hazırlanmış pul kisəsini və içərisində həmin günün məzənnəsi ilə 4420 manat təşkil edən 2600 ABŞ dolları, 4750 AZN manatı, 250 manat dəyərində açar dəstini, 250 manat dəyərində mühafizə sistemini idarə edən pultu, eləcə də Zərərçəkmiş şəxs AA00339547 №-li şəxsiyyət vəsiqəsini, AC357806 №-li sürücülük vəsiqəsini, “BMW-X4” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid BB215696 №-li qeydiyyat şəhadətnaməsini, “Toyota Camry” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid BB215694 №-li qeydiyyat şəhadətnaməsini, 003/AT00068263 nömrəli tələbə biletini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 10170 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsi və digər mühüm şəxsi sənədləri talamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobildən oğurluq edərkən pulla birlikdə sonuncuya məxsus AA00339547 №li şəxsiyyət vəsiqəsini, AC357806 №-li sürücülük vəsiqəsini, “BMW-X4” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid BB215696 №-li qeydiyyat şəhadətnaməsini, “Toyota Camry” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid BB215694 №-li qeydiyyat şəhadətnaməsini, 003/AT00068263 nömrəli tələbə biletini faktiki olaraq gizli yolla götürsə də, həmin şəxsi sənədlərin digər əşyalarla birlikdə təqsirləndirilən şəxsin götürdüyü pul kisəsinin içərisində olması, daha sonra isə onların dəyəri olmayan əşya kimi cinayətin törədildiyi yerdən bir qədər kənarda atılması səbəbindən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini oğurlamaq niyyətində olması, həmin sənədlərin götürülməsinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətinin olması barədə hər hansı bir fikir yalnız ehtimal xarakteri daşıyır. X5 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 326.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gəlmişdir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 326.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından sonuncunun əməlində cinayət tərkibi olmadığı əsası ilə CM-in 326.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Odur ki, yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 326.2-ci maddələri ilə bəraət verilməli, o, CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, oğurladığı əmlakları könüllü təhvil verməsini, zərərçəkmiş şəxslə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsin ondan şikayəti olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi, ev 7 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək tutulmuş və həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut qismində tanımış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd “Kapital Bank”, 2 ədəd “Bank Respublika” plastik kartları, AA00339547 nömrəli şəxsiyyət vəsiqəsi, AC357806 nömrəli sürücülük vəsiqəsi, “BMW-X4” MARKALİ, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid BB215696 nömrəli qeydiyyat şəhadətnaməsi, “Toyoto Camry” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair BB215694 nömrəli qeydiyyat şəhadətnaməsi, 1700 ABŞ dolları və 1700 manat pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən, əməlində cinayət tərkibi olmadığından, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmədiyindən, o, təqsirsiz bilinib, cinayət işinə həmin hissədə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X2 əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək tutulduğu və həbsdə olduğu, 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 08 (ay) 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X1 yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X1 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi, ev 7 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd “Kapital Bank”, 2 ədəd “Bank Respublika” plastik kartları, AA00339547 nömrəli şəxsiyyət vəsiqəsi, AC357806 nömrəli sürücülük vəsiqəsi, “BMW-X4” MARKALİ, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid BB215696 nömrəli qeydiyyat şəhadətnaməsi, “Toyoto Camry” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair BB215694 nömrəli qeydiyyat şəhadətnaməsi, 1700 ABŞ dolları və 1700 manat pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza xərci və mülki iddia yoxdur. X2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar