Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-478/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(001)- 310/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Stansiya Qaradağ, ev 12 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 42 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı və döyüş sürsatını əldə edib daşıyaraq üzərində saxlamaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxt, ərazi və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları ərazisində olan dəniz kənarında istintaqa məlum olmayan mənbədən odlu silahı və döyüş sursatını qanunsuz olaraq əldə etmiş, daşımış və üzərində saxlamaqla gəzdirmiş və Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 26 ünvanında yerləşən «Kənan» marketin yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 17:30-da üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarının arxasında kəmərə keçirilmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd kustar üsulu ilə hazırlanmış yivsiz odlu silah hesab edilən 5,6 mm kalibrli revolver və həmin şalvarın sağ yan cibindən atəş açmaq üçün nəzərdə tutulmuş istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli «Marqolin» konstruksiyalı tapançalardan və «TOZ» modelli yivsiz tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 10 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 26 mart 2023-cü il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 26-ci korpusda yerləşən “Kənan” marketin yaxınlığında piyada getdiyi zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim etmişlər və üzərində odlu silahın olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər.Bundan sonra o, könüllü olaraq polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmiş və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək, video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyriqanuni əşyanın olub-olmadığı barədə soruşulduqda, o, əynində olan göy rəngli cins şalvarının arxasında kəmərə keçirilmiş bir ədəd tapancanı və həmin şalvarın sağ yan cibindən həmin tapança üçün nəzərdə tutulmuş 10 ədəd patronları masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual edildikdə, o, üzərində digər dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra əynində olan paltarların cibləri və ayağında olan ayaqqabıların içərisi yoxlanılmış, lakin təqdim etdiyi əşyalardan başqa heç bir əşya aşkar olunmamışdır. Qeyd etmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd tapançanı və 10 ədəd patronları təxminən bir il bundan öncə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlarında olan dəniz kənarından tapmışdır və özünü qorumaq üçün üzərində gəzdirirmiş. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, evli olduğunu, himayəsində 1 (bir) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 43-cü PB-nin ə/m polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman ona xx.xx.1985-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 26-cı Korpus yeni sahədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət etmişdir.Bununla bağlı əməliyyat qrupu yaradılmış və qrupa ondan başqa Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi Şahid2 da daxil olunmuşdur.Daxil olmuş mötəbər məlumat əsasında Şahid2la birlikdə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 26-cı Korpusda yerləşən Kənan marketin yaxınlığına getmişlər.Orada həmin gün, saat 15:40-da qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona odlu silahın qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlarla birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 43-cü PB-nə getməsini təklif etmişlər.Həmin şəxs təkliflərindən imtina etməsə də, narahatçılıq hissi keçirib onlarla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmişdir.Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan silahı atması, gizlədə bilməsinə, istifadə etməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar.Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Nahid Məmmədova həvalə olunmuşdur. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxasında kəmərə keçirilmiş 01 ədəd tapancanı və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd patronları çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin tapançanı təxminən bir il əvvəl Novxanı bağlarında dəniz kənarında gəzərkən yerdən tapdığını, öz müdafiəsi üçün üzərində gəzdirdiyni bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar olunmuş tapança və 10 ədəd patronlar qablaşdırılaraq, müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin bu barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, daha sonra bütün iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında ifadə verən Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi polis mayoru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli, 23/244R nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: 1. Tədqiqata təqdim edilmiş 01 ədəd silah, kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli revolverdir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 2. Tədqiqata təqdim edilmiş 10 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modülli yivsiz tüfənglərdən atəş açmaq üçün nzərədə tutulmuş döyüş sursatıdır, istifadə və atəş üçün yararlıdır. 3. Tədqiqata təqdim edilmiş silahdan eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-501/2021 nömrəli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azdlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Bundan başqa, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(001)- 310/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il (bir) 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 228.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(001)-310/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-310/2023 saylı, 04 iyul 2023cü il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, həmin iş üzrə Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdən -25 oktyabr 2022-ci il tarixədək və 19 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Binəqədi rayon Məhkəməsinin 1(001)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli axtarış qərarı əsasında 19 fevral 2023-cü il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş və 21 fevral 2023-cü il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılaraq, sonuncu Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 oktyabr 2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək və 19 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək, yəni ümumilikdə 4 (dörd) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli baxılan iş üzrə tutulduğu tarixdən, yəni 26 mart 2023-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Nahid Məmmədov tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.Daha sonra, Binəqədi rayon Məhkəməsinin 1(001)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 26 mart 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin CM-nin 56.1.3cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində 01 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Bakı şəhər Baş Polis İdarəsində saxlanılan – təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd darağı ilə birlikdə «Marqolin» kostruksiyalı tapança və «TOZ» modelli yivsiz tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı olan 10 ədəd patron istifadə üçün yararlı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut – iş üzrə görüntülərin əks olunduğu DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 30 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur, məhkəmə xərci, xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs İsrafil oğluna Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(001)-310/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs İsrafil oğlunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(001)-310/2023 saylı hökmü ilə məhkum olunduğu cinayət işi üzrə 23 oktyabr 2022-ci il tarixdən -25 oktyabr 2022-ci il tarixədək və 19 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək tutulduğu cəmi 4 (dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hazırkı iş üzrə tutulduğu tarixdən, yəni 26 mart 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan – Bakı şəhər Baş Polis İdarəsində saxlanılan – təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd darağı ilə birlikdə «Marqolin» kostruksiyalı tapança və «TOZ» modelli yivsiz tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı olan 10 ədəd patron istifadə üçün yararlı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut – iş üzrə görüntülərin əks olunduğu DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37 NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-478/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-478/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver