Məhkəmə qərarları › İş №1(001)-479/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-479/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-479/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Naxçıvan MR Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli – himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü ildə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 döngə 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin ikinci mərtəbəsində olan yataq otağının plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açmaqla, pəncərədən evə qanunsuz daxil olaraq, evin otaqlarında olan hər bir topunun dəyəri 45 manat olmaqla, 180 manat dəyərində 04 top 4-lük mis elektrik naqillərini, 60 manat dəyərində 01 ədəd «Boray» markalı, Z1A 2-24 SE modelli dreli, 30 manat dəyərində 01 ədəd üzərində markalanma göstəriciləri olmayan, kiçik ölçülü dreli, 70 manat dəyərində 01 ədəd elektrik ütü aparatını, 50 manat dəyərində 01 ədəd «Makita» markalı, GA4530R modelli «laqonda» aparatını və 120 manat dəyərində 01 ədəd elektrik «lobzik» aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 510 (beş yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü ildə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin birinci mərtəbəsində olan yataq otağının plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açmaqla, pəncərədən evə qanunsuz daxil olaraq, evin dəhlizində yerdə qoyulmuş 1000 manat dəyərində 01 ədəd kombi istilik sistemi aparatını və 80 manat dəyərində 01 ədəd elektrik tənzimləyicini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1080 (bir min səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü ildə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X3 yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin birinci mərtəbəsində olan yataq otağının plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açmaqla, pəncərədən evə qanunsuz daxil olaraq, evin yataq otağında yerdə qoyulmuş 550 manat dəyərində 01 ədəd «Samsung» markalı televizoru və 200 manat dəyərində 01 ədəd 2,5x1,5 ölçüdə xalçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu yaşayış massivi, Tərtər küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin birinci mərtəbəsində olan yataq otağının plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açmaqla, pəncərədən evə qanunsuz daxil olaraq, evin divarlarına quraşdırılmış hər bir topunun dəyəri 100 manat təşkil edən, 400 manat dəyərində 04 top 4-lük mis elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 döngə 5 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin qarşısına getmiş və həmin evin işıqlarının yanmadığını, evdə yaşayış olmadığına əmin olub evin həyətinə hasardan aşaraq keçmişdir. Evin pəncərələrinin üzərində dəmir barmaqlıqlar olmamış, evin yaxınlığında olan hasarın üstünə çıxıb, əvvəlcədən özü ilə gətirdiyi vintaçanla evin ikinci mərtəbəsində otağın plastik pəncərəsini açaraq, evə daxil olmuşdur. Evdə otaqlarda yerdə 04 ədəd topda mis elektrik naqillərinin, 01 ədəd laqondanın, 02 ədəd elektrik drellərin, 01 ədəd lobzikin və 01 ədəd elektrik ütü aparatının olduğunu gördükdən sonra, həmin əşyaları pəncərədən elektirk naqilə bağlayıb yerə salmış, özü də həmin pəncərədən evi tərk etmişdir. Daha sonra o, oğurladığı əşyaları evin həyətindən tapdığı qum kisələrinə yığıb oradan evinə yollanmışdır. Səhəri gün oğurladığı tikinti alətlərini qəsəbədə yaşayan Tural adlı tanışının vasitəsi ilə aparıb Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Malik adlı şəxsin işlətdiyi tikinti materialları mağazasına 80 manat müqabilində, mis elektrik naqilləri isə həmin gün Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə 40 manat müqabilində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa ünvan 3 ünvandan oğurluğu da o, törətmişdir. Belə ki, xx.xx.2023-cü ildə saat 01 radələrində həmin evin qarşısına getmiş və hasardan aşaraq, həyətə daxil olmuşdur. Həmin evin pəncərələrinin üzərində dəmir barmaqlıqlar olmadığından, özündə olan vintaçanla evin yataq otağının plastik pəncərəsini açaraq, evə daxil olmuş və evin dəhlizində yerdə sol tərəfdə qutunun içərisində elektirk tənzimləyici ilə birlikdə kombi istilik sistemi aparatının olduğunu görüb, həmin qutunu içərisindəkiləri ilə birlikdə evə daxil olduğu pəncərədən çıxarıb, həmin evi tərk etmişdir. Səhəri gün isə oğurladığı əşyaları internet sosial şəbəkə vasitəsi ilə əvvəllər tanımadığı şəxsə 250 manat müqabilində satmışdır. Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yaşayış massivində yerləşən fərdi yaşayış evindən oğurluq da törətmişdir. Belə ki, xx.xx.2023-cü ildə saat 01 radələrində həmin evin qarşısına getmiş və hasardan aşaraq, həyətə daxil olmuşdur. Həmin evin pəncərələrinin üzərində dəmir barmaqlıqlar olmadığından, özündə olan vintaçanla evin bir otağının plastik pəncərəsini açaraq, evə daxil olmuş və yataq otağında yerdə qoyulmuş 01 ədəd «Samsung» markalı televizoru və bir ədəd xalçanı götürüb həmin evə daxil olduğu yerdən çıxaraq, oranı tərk etmişdir. Oğurladığı televizoru Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Fərman adlı tanışına 95 manat müqabilində, xalçanı isə səyyar plastik və metal yığanlara 20 manat müqabilində satmışdır. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu yaşayış massivi, Tərtər küçəsində yerləşən fərdi yaşayış evindən oğurluğu da o, törətmişdir. Belə ki, xx.xx.2023-cü ildə saat 02 radələrində həmin evin qarşısına getmiş və hasardan aşaraq, həyətə daxil olmuşdur. Həmin evin pəncərələrinin üzərində dəmir barmaqlıqlar olmadığından, özündə olan vintaçanla evin bir otağının plastik pəncərəsini açaraq, evə daxil olmuş və həmin ev təmir olunmadığından, evdə heç bir dəyərli əşya olmadığından, evin divarlarına quraşdırılmış mis elektirk naqilləri divardan əli ilə tutub dartaraq, yerindən çıxarıb toparlamışdır. Daha sonra evin həyətində qum kisəsi tapıb həmin mis elektrik naqillərini kisələrə yığıb oranı tərk etmişdir. Səhəri gün oğurladığı mis elektrik naqilləri soyub Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə 30 manat müqabilində satmış, oğurluq yolu ilə əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Zərər çəkmiş şəxslərə vurduğu ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda 0,01 ha torpaq sahəsində özünə divar daşlarından bir mərtəbəli ev tikdirmiş, həmin ev dörd otaq və mətbəxdən ibarətdir. Evin pəncərələrində dəmir barmaqlıqlar qoyulmamışdır. Yeni tikilmiş evin təmiri başa çatmadığından, hal-hazırda orada yaşayış yoxdur. Sözügedən ev dörd tərəfdən divar daşları ilə hasa alınıb, həyətə giriş dəmir darvazadan, evə giriş isə dəmir qapıdan mümkündür. Evdə yaşayış olmasa da, demək olar ki, hər gün evinə gedib baxış keçirir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində evinə gedib baxdığı zaman, hər şey öz qaydasında olmuş, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 12 radələrində evinə gedib baxdığı zaman, evin yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və dərhal özündə olan açarla evin giriş qapısını açaraq, evə daxil olub baxış keçirdikdə, evin dəhlizində sol tərəfdə karton qutunun içərisində yerə qoyduğu 1000 manat dəyərində markası yadında qalmayan 01 ədəd kombi istilik sistemi aparatının və 80 manat dəyərində 01 ədəd cərəyan tənzimləyicinin yerində olmadığını görmüşdür. Bundan sonra o, Binəqədi RPİ-in 6-cı PB-yə ərizə müracitə etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1080 manat dəyərində maddi ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, onun evindən oğurluğu qonşuluqda yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Vurduğu ziyanı ödəmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X3 0,05 ha torpaq sahəsində özünə divar daşlarından bir mərtəbəli ev tikdirmiş, həmin ev üç otaq və mətbəxdən ibarətdir. Evin pəncərələrində dəmir barmaqlıqlar qoyulmamış və hal-hazırda orada yaşayış yoxdur. Sözügedən ev dörd tərəfdən divar daşları ilə hasa alınıb, həyətə giriş dəmir darvazadan, evə giriş isə dəmir qapıdan mümkündür. Evdə yaşayış olmasa da, demək olar ki, hər gün evinə gedib baxış keçirirmiş. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində evinə gedib baxdığı zaman, hər şey öz qaydasında olmuşdur. Növbəti dəfə xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində evinə gedib baxdığı zaman, evin yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və dərhal özündə olan açarla evin giriş qapısını açaraq, evə daxil olub baxış keçirdikdə, evin yataq otağında yerdə qoyduğu 550 manat dəyərində 01 ədəd 55 sm diaqonallı, «Samsung» markalı televizorun və 200 manat dəyərində 2,5x1,5 metr ölçüdə 01 ədəd xalçanın yerində olmadığını görmüşdür. Bundan sonra o, Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə müracitə etmiş və baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 750 manat dəyərində maddi ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, onun evindən oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, bununla belə ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Bləcəri qəsəbəsi, X3 0,05 ha torpaq sahəsində özünə divar daşlarından iki mərtəbəli ev tikdirmiş, evin birinci mərtəbəsində iki otaq, bir qaraj və bir zal yerləşir. Evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə çıxış yoxdur, evin ikinci mərtəbəsinə çöldən pilləkən vasitəsi ilə qalxmaq mümkündür. İkinci mərtəbədə isə dörd otaq və mətbəx yerləşir. Evin pəncərələrində dəmir barmaqlıqlar qoyulmamışdır.Yeni tikilmiş evin təmiri başa çatmadığından, halhazırda orada yaşayış yoxdur. Sözügedən ev dörd tərəfdən divar daşları ilə hasara alınıb, həyətə giriş dəmir darvazadan, evə giriş isə dəmir qapıdan mümkündür. Evdə yaşayış olmasa da, demək olar ki, hər gün evinə gedib baxış keçirir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evinə gedib baxdığı zaman, hər şey öz qaydasında olmuş, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində evinə gedib baxdığı zaman, evin ikinci mərtəbəsində olan yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və dərhal özündə olan açarla evin ikinci mərtəbəsinin giriş qapısını açaraq, evə daxil olub baxış keçirdikdə, evin otaqlarında olan hər bir topunun dəyəri 45 manat olmaqla, 180 manat dəyərində 04 top 4-lük mis elektrik naqillərinin, 45 manat dəyərində 01 ədəd markası yadında qalmayan elektrik drelin, 150 manat dəyərində 01 ədəd markası yadında qalmayan digər drelin, 70 manat dəyərində 01 ədəd markası yadında qalmayan elektrik ütü aparatının, 150 manat dəyərində 01 ədəd «Makita» markalı laqondanın və 120 manat dəyərində 01 ədəd markası lobzikin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində mənə ümumilikdə 715 manat dəyərində maddi ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, onun evindən oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, bununla belə ona qarşı şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu yaşayış massivi,Tərtər küəçində, hal-hazırda yaşadığı evin yaxınlığında 0,02 ha torpaq sahəsində özünə divar daşlarından bir mərtəbəli ev tikdirmiş, həmin ev üç otaqdan və mətbəxdən ibarətdir. Evin pəncərələrində dəmir barmaqlıqlar qoyulmamışdır. Yeni tikilmiş evin təmiri başa çatmadığından, hal-hazırda orada yaşayış yoxdur. Sözügedən ev dörd tərəfdən divar daşları ilə hasara alınıb, lakin darvazası yoxdur, evə giriş isə dəmir qapıdan mümkündür. Evdə yaşayış olmasa da, demək olar ki, hər gün evinə gedib baxış keçirir. Sonuncu dəfə xx.xx.2023-cü ildə saat 15 radələrində evinə gedib baxdığı zaman, hər şey öz qaydasında olmuş, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində evinə gedib baxdığı zaman, evin yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və dərhal özündə olan açarla evin giriş qapısını açaraq, evə daxil olub baxış keçirdikdə, evin otaqlarına quraşdırılmış mis elektrik naqillərinin yerindən çıxarıldığını görmüşdür. Evin divarlarına hər bir topunun dəyəri 100 manat təşkil edən, 400 manat dəyərində 04 top 4-lük mis elektrik naqilləri qurşadırılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 400 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən «Daş bazarı» adlanan yerdə metal qəbulu ilə məşğul olur. 2023-cü ilin təxminən mart ayında iş yerində olarkən, bir nəfər şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək, yanına gəlmişdir. Həmin şəxs ona mis naqillərinin özünə məxsus olduğunu və həmin misi satmaq istədiyini bildirmişdir. O, həmin mis metalı 20 manat müqabilində ala biləcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və həmin misi 20 manat müqabilində ona satmışdır. Təqsirləndirilən şəxs gətirdiyi misi o, sonradan Sumqayıt şəhərində yerləşən metal qəbul edən zavoda aparıb təhvil vermişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən bazarın yaxınlığında məişət avadanlıqların təmiri ilə məşğul olur. 2023-cü ilin təxminən mart ayında iş yerində olarkən, bir nəfər şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək, onun yanına gəlmişdir. Həmin şəxs ona bir ədəd elektrik dreli göstərib özünə məxsus olduğunu və həmin dreli satmaq istədiyini bildirmişdir. O, həmin drelə baxış keçirdikdən sonra 20 manat müqabilində ala biləcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və şəxsiyyət vəsiqəsinin kserosurətini ona verdikdən sonra dreli 20 manat müqabilində satmışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 4 ünvanda yerləşən evin birinci mərtəbəsində tikinti materialları satılan mağazanı işlədir. Bir neçə ay öncə əvvəllər tanımadığı deməsinə görə usta işləyən Təqsirləndirilən şəxs adlı şəxs iş yerinə 01 ədəd «Makita» markalı laqondanı, 01 ədəd «Boray» markalı və 01 ədəd markası məlum olmayan drelləri gətirib özünə məxsus olduğunu və həmin əşyaları satmaq istədiyini bildirmişdir. Eyni zamanda Ramin, həmin alətləri uşaqları xəstə olduğundan dərman alması üçün satmaq istədiyini, pulu olduğu halda 50 manatı ona qaytaracağını, alətlərini isə götürəcəyəni bildirmişdir. Onun həmin şəxsə yazığı gəlmiş və 50 manat məbləğində pulu verib yuxarıda göstərdiyi alətləri almışdır. Həmin vaxtdan bir müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ona təhvil verdiyi alətlərin ardınca gəlməmiş, sonradan ona məlum olmuşdur ki, qeyd olunan əşyaları Təqsirləndirilən şəxs oğurlamışdır. Onun həmin əşyaların oğurluq yolu ilə əldə olunmasından xəbəri olmamışdır. Odur ki, könüllü olaraq həmin 01 ədəd «Makitta» markalı laqondanı, 01 ədəd «Boray» markalı və 01 ədəd markası məlum olmayan drelləri istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.24). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.116-118). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.139-146). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2919 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 140,00 manat müəyyən edilir (cild 1, i.v.162-165). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 götürülmüş 01 ədəd «Makita» markalı laqonda, 01 ədəd «Boray» markalı və 01 ədəd üzərində markalanma göstəriciləri olmayan drellər cinayətin predmetləri olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılmışdır (cild 1, i.v.178,202). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilmişdir (cild 1, i.v.150-157). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 2 azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Belə ki, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun xx.xx.2014-cü il təvəllüdlü Rəvan və xx.xx.2016-cı il təvəllüdlü Qafur adlı uşaqları vardır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Maddi sübutlar – Şahid1 götürülmüş 01 ədəd «Makita» markalı laqondanın, 01 ədəd «Boray» markalı və 01 ədəd üzərində markalanma göstəriciləri olmayan drellərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 23 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübutlar – 01 ədəd «Makita» markalı laqondanın, 01 ədəd «Boray» markalı və 01 ədəd üzərində markalanma göstəriciləri olmayan drellərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar