Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-479/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsindən bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Piçənis ərazi dairəsi, Xaçınyalı kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Qiyaməddinli kəndində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəməklə talama cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ünvan 1 ünvanında fəaliyyət göstərən “Camal LTD” şirkətində 05 yanvar 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində satış təmsilçisi vəzifəsində işləyərkən, həmin şirkətlə bağlanılmış xx.xx.2022-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əsasən, ona şirkət tərəfindən etibar edilmiş əmlakı, maddi və ya digər sərvətləri salamat saxlamaq, o cümlədən qəbul edilmiş ümumi qaydalara əsasən qəbul etdiyi malın hərəkəti barədə mühasibatlığa vaxtaşırı mal-pul hesabatlarını təqdim etmək, satılmış malın dəyərini alıcılardan aldığı gündən gec olmayaraq şirkətə təhvil vermək və digər səlahiyyətlərə malik maddi-məsul şəxs olmaqla, ona etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talama məqsədilə, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişmə sənədi ilə 405,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 1367,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişmə sənədi ilə 3066,00 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişmə sənədi ilə 2927,80 manat, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişmə sənədi ilə 1746,40 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 697,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişmə sənədi ilə 1549,30 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 582,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişmə sənədi ilə 558,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 1378,00 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişmə sənədi ilə 1624,80 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişmə sənədi ilə 1128,60 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişmə sənədi ilə 468,00 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişmə sənədi ilə 525,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 3612,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişmə sənədi ilə 496,50 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 630,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 570,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişmə sənədi ilə 474,80 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişmə sənədi ilə 1474,80 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişmə sənədi ilə 898,20 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişmə sənədi ilə 999,60 manat, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişmə sənədi ilə 892,50 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 2333,40 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişmə sənədi ilə 1277,20 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişmə sənədi ilə 1506,30 manat, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişmə sənədi ilə 2917,80 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişmə sənədi ilə 2413,20 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 731,60 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişmə sənədi ilə 1933,90 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişmə sənədi ilə 325,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişmə sənədi ilə 2078,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişmə sənədi ilə 1316,50 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 1334,00 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişmə sənədi ilə 691,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişmə sənədi ilə 403,50 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 715,00 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişmə sənədi ilə 595,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 1193,50 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 1751,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 1289,80 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 1703,00 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişmə sənədi ilə 1359,90 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişmə sənədi ilə 1364,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişmə sənədi ilə 1230,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişmə sənədi ilə 892,50 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişmə sənədi ilə 1367,10 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişmə sənədi ilə 633,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişmə sənədi ilə 522,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 996,00 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişmə sənədi ilə 651,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişmə sənədi ilə 945,00 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişmə sənədi ilə 1101,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 1447,80 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 1097,20 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişmə sənədi ilə 930,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişmə sənədi ilə 1471,60 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişmə sənədi ilə 223,16 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişmə sənədi ilə 1708,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişmə sənədi ilə 985,60 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişmə sənədi ilə 1779,20 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişmə sənədi ilə 1888,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişmə sənədi ilə 2278,80 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişmə sənədi ilə 970,00 manat olmaqla, cəmi 80.420,86 manat məbləğində dondurma və dondurulmuş məhsulları maddi məsuliyyətə götürməklə Bakı şəhəri ərazisində olan müştərilərə 05 yanvar 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində sataraq həmin məhsulların satışından əldə edilmiş pul vəsaitinin ümumilikdə bir hissəsini- 61.702,50 manatını şirkətin xəzinəsinə mədaxil etmiş, müştərilərə satılmış mallara görə 5.046,90 manat məbləğdə pulun faktiki mal qalığı-borc şəklində ödənilməmiş qalması nəzərə alınmaqla, göstərilən dövr ərzində müxtəlif vaxtlarda satışdan əldə etdiyi ümumilikdə xeyli miqdar təşkil edən 13.671,46 manat məbləğində pul vəsaitini isə şirkətin xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına xərcləyib, ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Camal LTD” şirkətində işləmişdir. O, dəymiş ziyanı ödəyəcəyi ilə bağlı şirkətlə də danışmış ,sadəcə olaraq həmin vaxt maddi imkanı yaxşı olmadı üçün ödəyə bilməmiş, barəsində olan cinayət işi prokurorluğa, ondan sonra isə məhkəməyə verilmişdi. Məhkəmə dövrünə qədər də, yəni istintaq dövründə pulu tam şəkildə ödəyib bağlamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmidir ki, “Camal LTD” şirkətində hansı tarixdən işləməyini xatırlamır. O, “Camal LTD” şirkətində satış təmsilçisi işləmiş, yəni anbardan məhsulları götürmək, müştərilərə çatdırmaq və məhsullar üçün ödənilən pulu şirkətin mühasibatlığına çatdırmaq işi ilə məşğul olmuşdur. O, mənimsədiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. O, bir müddət işsiz qaldığı üçün mənimsədiyim pulları vaxtında ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Cinayət hadisəsi nəticəsində vurulmuş ziyanı ödənmiş, bununla yanaşı həmin maddi ziyanın iyirmi beş faizi tərəfindən dövlət nəfinə keçirilmişdir. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə “Camal LTD” arasında heç bir problem qalmamışdır. Belə ki, dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi yaxşı əməkdaş kimi tanımışdır. Hadisənin üstü audit yoxlama nəticəsində açılmışdır. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə iclasına çağırılmış Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 oğlu, Şahid8, Şahid9 Ələsgər oğlu, Şahid10, Şahid11, Şahid12, Şahid13 və Şahid14 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən və əmək müqaviləsinin bildirişindən görünür ki, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Camal LTD” şirkəti ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2132/2024 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabı üzrə yaranan çatışmazlıq 13.671,46 manat məbləğində müəyyən olunur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş məbləğin 4000 manatı “Camal LTD” şirkətinə ödənilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X4 anası tərəfindən 3000 manat pul “Camal LTD” şirkətinə ödənilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və barəsində CM-in 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Camal LTD” şirkətinə vurulmuş 13.671,46 manat məbləğində maddi ziyan tam ödənilmişdir. Həmin ərizənin nəzərə alınmağı xahiş edilmişdir. AZ-İV nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı uşağı var. xx.xx.2024-cü il tarixli, 50278 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Milliön” elektron ödəmə sistemi vasitəsilə X1 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 3418 (üç min dörd yüz on səkkiz) manat ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində tərəfindən vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq ödənilmişdir. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, ekspertiza rəyi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan qərar çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-479/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-479/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver