Məhkəmə qərarları › İş №1(001)-48/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-48/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-48/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1989-cu ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, rəsmi subay (faktiki olaraq evli), himayəsində 1 (bir) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Qobu qəsəbəsi, Ağamalıoğlu küçəsi, ev 45-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində nömrəsiz evdə yaşayan Binəqədi Rayon Məhkəməsinin 1(001)-416/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi rayon məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış yerinə qanunsuz daxil olaraq təkrarən oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, cinayət işi üzrə aparılmış ibtidai araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə gecə saat 03.00 radələrində ünvan 1 ünvanın qarşısına gələrək ətrafda heç kimin olmamasından istifadə edib saxlanc yeri kimi sayılan həmin binanın birinci mərtəbəsində yerləşən 5 saylı mənzilə aid olan eyvanına qanunsuz daxil olub eyvanda quraşdırılmış Zərərçəkmiş şəxs1 məxsus olan bir ədəd“Zimmer” markalı kombi aparatını gizli talayıb ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq zərəçəkmiş Zərərçəkmiş şəxs1 630 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə gecə saat 03.00 radələrində Bakı şəhəri, Yasamal rayonu Xarici Dairəvi yolu 8 bina 27 ünvanın qarşısına gələrək ətrafda heç kimin olmamasından istifadə edib saxlanc yeri kimi sayılan həmin binanın birinci mərtəbəsində yerləşən 4 saylı mənzilə aid olan eyvanına qanunsuz daxil olub eyvanda quraşdırılmış Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd 630 manat dəyərində «Zimmer» markalı kombi aparatını və bir ədəd 30 manat dəyərində «Sonifer» markalı termos tipli elektrik su qızdırıcını gizli talayıb ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq zərəçəkmiş Zərərçəkmiş şəxs2 660 manat zəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,247 qram çəkidə psixotrop maddə metamfetami əldə edib saxlayaraq daşımış,xx xxxx 2020 -ci il tarixdə saat 15.00 radələrində Binəqədi rayonu Binəqədi şossesi döngə 6 ünvanda Binəqədi RPİ-nin 6 -cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən Binəqədi RPİ-nin 6-cı polis bölməsinin inzibati binasına gətirilərək orada üstünə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin kağızına bükülmüş iki bükümdə ümumi çəkisi 0,247 qram olan (0,206 qram və 0,041 qram) kustar usulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxil olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2; 177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonun ərazisində yerləşən «My Avto» avtoservisində slesar vəzifəsində işləmişdir.Belə ki, o, avtomobil ustasıdır.Təxminən 1 il yarım olar ki, o, həmin servisdən işdən çıxmışdır.Maddi vəziyyəti ağır olduğuna və müəyyən problemləri olduğuna görə o, el arasında «şüşə» deyilən psixotrop maddə olan metamfetamini qəbul etməyə başlamışdır.Psixotrop maddə metamfetamini o, təxminən bir ildir ki, istifadə edir.O, özünə «Nikoil» X9 markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobili götürüb idarə etməyə başlamışdır.xx xxxx 2020-ci il tarixdə saat 18.00 radələrində o, psixotrop maddə metamfetamini almaq məqsədi ilə «Papanin» deyilən yerə gedib oradan tanımadığı şəxsdən 2 bükümdə siqaretin ağ-qara kağızına bükülmüş psixotrop maddə metamfetamini 40 manata almışdır.Həmin maddənin bir hissəsini o siqaretə doldurub onu çəkmişdir.Əldə etdiyi psixotrop maddəni o əynində olan qara cins şalvarının sağ yan cibinə qoymuşdur.Psixotrop maddəni o evdə saxlamağa ehtiyyat etmiş, buna görə də həmin maddəni şalvarının cibinə qoymuşdur ki, ailə üzvləri onu tapa bilməsinlər.xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə o oğurluq etmək məqsədi ilə idarə etdiyi Daewoo Centra markalı, ** GP *** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri,Yasamal rayonun ərazisinə gəlmişdir.Evdən çıxanda o avtomobilin əsl nömrə nişanlarını, yəni ** GP *** nömrələrini avtomobiln üzərindən çıxarıb avtomobilin üzərinə başqa ölkəyə aid olan «HH 1086 C» nömrəni taxmışdır ki, oğurluq edəndən sonra onu tapan olmasın.Həmin avtomobillə o, Bakı şəhəri, Yasamal rayonun ərazisinə gəlib oradan yanbayan dayanmış hündürmərtəbəli binanın birinci mərtəbəsinə yaxınlaşmışdır.Həmin binanın eyvanının üzərində dəmir barmaqlılar quraşdırılmamışdır və eyvanda o görmüşdür ki, divara bir ədəd «Zimmer» markalı kombi aparatı quraşdırılmışdır.Həmin kombi aparatını oğurlamamışdan qabağ o ətrafa baxıb əmin olmuşdur ki, onu orada heç kim görmür və buna görə də özü ilə gətirdiyi qaz açarı ilə və bıçaqla mənzilin eyvanına daxil olub oradan kombi aparatını plastmass borulardan ayırıb həmin apparatı oğurlamışdır.Aparatı oğurlayandan sonra o, onu yaxınlıqda saxladığı avtomobilin yük hissəsinə yerləşdirmiş və yenə də oğurluq etmək məqsədi ilə qonşu binaya yaxınlaşıb həmin üsulla binanın birinci mərtəbəsində yerləşən mənzilin eyvanında divara quraşdırılmış Zimmer markalı kombi aparatını oğurlamışdır.İkinci oğurluq edəndən sonra o, həmin eyvanda bir ədəd «Sonifer» markalı su qızdırıcı da oğurlamışdır.Oğurladığı əşyaları o, avtomobilin yük hissəsinə yükləmiş və hadisə yerindən uzaqlaşmışdır.Avtomobili bir qədər idarə edərkən o psixotrop maddə metamfetamini qəbul etmək üçün avtomobilini yolun kənarında saxlamışdır.Saat 04-05 radələrində o xatırlamadığı ərazidə üzərində olan «Şüşə» deyilən psixotrop maddəni siqaretə doldurub istifadə etmişdir. Yorğun olduğuna görə o, avtomobilin içərisində yatmışdır.Bir neçə saatdan sonra o yuxudan oyanmış və görmüşdür ki, artıq günorta saatlarıdır.Evə qayıtmaq üçün o avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonunu ərazisinə daxil olub Binəqədi şossesi ilə hərəkət edən zaman onun avtomobilini polis əməkdaşları saxlamışdırlar.Karantin vaxtı olduğuna görə polis əməkdaşları ondan çölə çıxmaq üçün rəsmi icazəsinin olub-olmaması barədə soruşmuşdurlar.O,polis əməkdaşlarına bildirmişdir ki, onun rəsmi icazəsi yoxdur və polis əməkdaşları onun şübhəli vəziyyətini görüb ondan narkotik vasitələrin qəbulu ilə məşqul olduğundan şübhələnib onu 6-cı polis bölməsinə dəvət etmişdirlər.Bölmənin xidməti otağında ona huquqları izah olunmuş və dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirilmişdir.Axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki bükümdə siqaretin ağ-qara kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar olunmuşdur.O,polis əməkdaşlarına etiraf etmişdir ki, həmin psixotrop maddəni özü üçün almışdır, həmin maddəni digər şəxsə satmağa fikri olmamışdır.Bundan sonra, polis əməkdaşları ondan aşkar edib götürülmüş psixotrop maddəni qablaşdıraraq götürmşdürlər və yoxlanılması üçün ekspertizaya göndərmişdirlər.Bundan sonra, polis əməkdaşları onun avtomobilinə baxış keçirtmişdirlər və avtomobilindən xx xxxx 2020-ci il tarixdə saat 03.00 radələrində Bakı şəhəri, Yasamal rayonun ərazisindən oğurladığı kombi aparatları, su qızdırıcı və digər özünə məxsus olan əşyalar aşkar olunaraq götürülmüşdür.Əvvəllər Bakı şəhəri, Nizami rayonun ərazisində «My Avto» adlı avtoservisdə işləyəndə o, oradan «HH 1086 C» nömrəli nişanı tapmışdır və nömrəni özündə saxlamışdır.Avtomobilin yük hissəsindən aşkar olunaraq götürülmüş 2 ədəd Zimmer markalı kombi aparatlarını borularla birlikdə və Sonifer markalı su qızdırıcını o, xx xxxx 2020-ci il tarixdə gecə saat 03.00 radələrində Bakı şəhəri, Yasamal rayonun ərazisində yerləşən hündür mərtəbəli binanın 1 -ci mərtəbəsində olan mənzillərin eyvanlarından oğurlamışdır.Bir ədəd bıçaq, bir ədəd qaz açarı onun özünə məxsusdur, həmin alətləri o, oğurluq vaxtı istifadə edirdi.O, alətləri evindən götürüb avtomobilinə qoymuşdur.Bir ədəd avtomobil üçün nəzərdə tutulmuş «HD 6,2 İNCH WiDE SCREEN TFT» markalı monitoru o, Bakı şəhəri, Xətai rayonun ərazisində təxminən 2020-ci ilin may ayının əvvəllərində albalı rəngli, Vaz 2107 markalı avtomobildən oğurlamışdır. Avtomobil üçün nəzərdə tutulmuş 3 ədəd Pioneer markalı maqnitafonları ona məhəllədə kirayədə yaşayan adını xatırlamadığı şəxs hədiyyə vermişdir.Həmin maqnitafonlar yararsız halda olduğundan o, onları da sata bilməmişdir.**-GP-*** dövlət nömrə nişanı idarə etdiyi Daewoo Gentra markalı avtomobilə məxsusdur, həmin nömrəni o, özü avtomobilin üzərindən çıxartmışdır ki, oğurluq cinayətlərini törədən zamanı onu görən olmasın.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, 2020-ci ilin fevral ayından ünvan 4-də yaşamağa başlamışdır.Həmin ev ona məxsusdur.Evin təmirini bitirəndə o, evə 840 manat dəyərində kombi aparatını quraşdırmışdır.Evi binanın birinci mərtəbəsində yerləşir.Aldığı kombi aparatı «Zimmer» markalıdır.Kombi aparatını o, eyvana quraşdırmışdır. Eyvanın üzərində dəmir barmaqlıqları o, quraşdırmamışdır.Evin təmirini bitirdiyinə baxmayaraq bina hələ də sakinlərə tam təhvil verilmədiyinə görə o, çox vaxtı qeydiyyatda olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır.xx xxxx 2020-ci il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu Xarici Dairəvi yolu 8 bina 25 mənzil 5-də olmuşdur. Həmin vaxtı mənzilə nəzarət etmiş və müəyyən etmişdir ki, mənzil qaydasındadır. Eyvana çıxdıqda kombi aparatı da yerində olmuşdur.xx xxxx 2020-ci il tarixdə axşam saatlarında o, nəzarət qaydada ünvan 4 ünvanda yerləşən mənzilinə gəlib orada eyvanda kombi aparatının olmadığını müəyyən etmişdir.Oğurluq hadisəsinin baş verdiyini başa düşdükdə o, səhərisi günü yəni, xx xxxx 2020-ci il tarixdə oğurluq barədə 28-ci polis bölməsinə məlumat vermişdir.Oğurluq nəticəsində ona 840 manat dəyərində maddi ziyan dəymişdir.Belə ki, oğurlanmış «Zimmer» markalı kombi aparatının qiyməti 840 manat təşkil edir.xx xxxx 2020-ci il tarixdə saat 03.00 radələrində o, qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu 2944-cü məhəllə M.Hadi küçəsi giriş 3 ev 92 B mən 74-də ailəsi ilə birlikdə olmuşdur.xx xxxx 2020-ci il tarixdə saat 03.00 radələrində ünvan 1 mənzil 5 ünvanda heç kim olmamışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2020-ci ilin fevral ayından o, ipoteka ilə ünvan 5 ünvanda yerləşən evi almışdır.Həmin mənzil ona 2020-ci ilin fevral ayından təhvil verilməsinə baxmayaraq oraya o tam köçməmişdir.Belə ki, evin xırda təmir işlərini bitirməklə məşğul olmuşdur.Həmçinin, həmin ev ona məxsusdur.Həmin evin təmirini bitirəndən sonra o, evə 800 manat dəyərində kombi aparatını quraşdırmışdır.Onun evi binanın birinci mərtəbəsində yerləşir.Aldığı kombi aparatı “Zimmer” markalıdır.Kombi aparatını o eyvana quraşdırmışdır.Eyvanın üzərində dəmir barmaqlıqlar quraşdırmamışdır.Evin təmirini bitirdiyinə baxmayaraq bina hələ də sakinlərə tam təhvil verilmədiyinə görə o, çox vaxtı ailəsi ilə birlikdə hərbi şəhərliyicində yaşamışdır.Sonuncu dəfə o, xx xxxx 2020 -ci il tarixdə ünvan 5-də olmuşdur.Həmin vaxtı mənzilə nəzarət etmiş və müəyyən etmişdir ki, mənzil qaydasındadır.Eyvana çıxdığı zaman kombi aparatı da yerində olmuşdur.xx xxxx 2020-ci il tarixdə ona polis bölməsindən zəng vurub bildirmişdirlər ki, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu Xarici dairəvi yolu 8 bina 27 mənzil 4 ünvanda yerləşən mənzilindən Cavid adlı şəxs daxil olub orada kombi aparatını oğurlamışdır.Oğurluq nəticəsində ona ümumilikdə 840 manat dəyərində maddi ziyan dəymişdir.Oğurlanmış «Zimmer» markalı kombi aparatının qiyməti təxminən 80 manat təşkil edirdi, kombi aparatından başqa isə onun evini təmir edən ustalar üçün bir ədəd 40 manata «Sonifer» markalı su qızdırıcı aparatını almışdır.xx xxxx 2020-ci il tarixdə saat 03.00 radələrində Bakı şəhəri, Yasamal rayonu Xarici Dairəvi yolu 8 bina 27 mənzil 4 ünvanda heç kim olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Düyamalı oğlunun məhkəməyə ünvanladığı ərizəyə əsasən məlum olur ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə günorta saatlarında 6-cı polis bölməsinin əməkdaşları ilə birlikdə xüsusi ilə sərtləşdirilmiş karantin rejimində Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi döngə 6da xidmətdə olarkən, yolda bir nəfər şəxsin idarə etdiyi «Daewoo Centra» markalı üzərində xarici ölkəyə məxsus olan «HH 1086 C» nömrə nişanlı avtomobil saxlanılmışdır.Həmin şəxsin karantin qaydalarına əsasən icazəsinin olub-olmamasını yoxlayan zamanı müəyyən olnmuşdur ki, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur.Təqsirləndirilən şəxs avtomobildə tək olmuşdur və küçəyə çıxmaq üçün rəsmi icazəsinin olub-olmamasını yoxlayan zaman Cavidin narkotik vasitələrin təsiri altında olduğu müəyyən olunmuşdur.Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, el arasında «şüşə» deyilən psixotrop maddəni qəbul etmişdir.Bu səbəbdən Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmişdir. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Cavidin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağız parçasına bükülmüş iki bükümdə spesifik iyli maddə aşkar olunaraq götürülmüşdür.Suallara cavab verən Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunaraq götürülmüş maddə el arasında «şüşə» deyilən psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni o öz istifadəsi üçün xx xxxx 2020-ci il tarixdə saat 18.00 radələrində «Papanin» deyilən yerdə tanımadığı şəxsdən almışdır.Bundan sonra, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmişdir.Keçirilmiş baxış zamanı müəyyən olmuşdur ki, həmin avtomobil «Daewoo Centra» markalıdır, avtomobilin üzərinə xarici ölkəyə məxsus olan «HH 1086 C» nömrə nişanı taxılmışdır. Avtomobilin yük hissəsində yük hissəsindən iki ədəd Zimmer markalı kombi aparatları, boruları ilə birlikdə, bir ədəd «Sonifer» markalı su qızdırıcı apparatı, bir ədəd bıçaq, bir ədəd qaz açarı, bir ədəd avtomobil üçün nəzərdə tutulmuş «HD 6,2 İNCH WİDE SCREEN TFT» markalı monitor, avtomobil üçün nəzərdə tutulmuş 3 ədəd pioner markalı avtomaqnitafonlar,**-GP-*** dövlət nömrə nişanı aşkar olunaraq götürülmüşdür.Suallara cavab verən Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər Nizami rayonun ərazisində «My Avto» adlı avtoservisdə işləyən zamanı oradan «HH 1086 C» nömrəli nişanı tapmışdır və həmin nömrə nişanı özündə saxlamışdır, avtomobilin yük hissəsindən aşkar olunaraq götürülmüş 2 ədəd Zimmer markalı kombi aparatlarını borularla birlikdə və Sonifer markalı su qızdırıcını xx xxxx 2020-ci il tarixdə gecə saat 03.00 radələrində Bakı şəhəri, Yasamal rayonun ərazisində yerləşən hündür mərtəbəli binanın 1-ci mərtəbələrində olan mənzillərin eyvanlarından oğurlamışdır.Bir ədəd bıçaq, bir ədəd qaz açarı isə özünə məxsusdur, həmin alətləri oğurluqda istifadə etmişdir.Alətləri evindən götürüb avtomobilinə qoymuşdur.Bir ədəd avtomobil üçün nəzərdə tutulmuş «HD 6,2 İNCH WİDE SCREEN TFT» markalı monitoru Xətai rayonun ərazisində təxminən 2020-ci ilin may ayının əvvəllərində albalı rəngli Vaz 2107 markalı avtomobildən oğurlamışdır.Avtomobil üçün nəzərdə tutulmuş 3 ədəd Pioneer markalı maqnitafonları məhəllədə kirayədə yaşayan adını xatırlamadığı şəxs ona hədiyyə vermişdir.99- GP-258 dövlət nömrə nişanı isə idarə etdiyi Daewoo Gentra markalı avtomobilinə məxsusdur, həmin nömrəni özü avtomobilinin üzərindən çıxartmışdır ki, oğurluq cinayətlərini törədən zamanı onu görən olmasın.Bundan sonra bu barədə protokol tərtib olunmuş və ucadan oxunaraq imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 öz ifadəsində digər Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1080 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs oğlundan götürülmüş təmiz çəkisi - 0.247 qram olan spesifik iyli maddə kustar usulla hazırlanmış narkotik vasitə metamfetamindir, ekspertizanın tədqiqatından sonra xalis çəkisi 0, 147 qrama bərabərdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/791 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq küstar üsulla hazırlanmışdır, bir tərəfi kəsici deşici xassəyə malik mətbəx bıcağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1985 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar, onun narkomaniyadan müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının xx xxxx 2020-ci il tarixli, 205 saylı qərarına əsasən məlum olur ki, ekspertiza təyini barədə xx.xx.2020-ci il tarixli qərarda sadalanan 4 adda əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla təxmini orta bazar qiyməti ilə ümumi dəyəri 1370 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2 və 177.2.3-cü və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını,vurulmuş ziyanın tam ödənilməsini və təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin miqdarını, 8 aydan artıq həbsdə və ev dustaqlığına qaldığını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.2 və 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməyə görə məhkum olunur, təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, gəncdir, himayəsində 1 (bir) azyaşlı övladı vardır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur, vurulmuş ziyanı tam ödəmişdir, üzərindən aşkar olunmuş psixotrop maddə - metamfetaminin miqdarı – 0.247 qram olmaqla şəxsi istehlak miqdarından bir qədər ( təxminən 1,6 dəfə) artıqdır. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azıdlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» xx xxxxxx 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X2 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs 14 iyun 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə olduğu və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu, cəmi 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Siyafər Cəfərli tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi Rayon Məhkəməsinin 1(001)-416/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində nömrəsiz evdə yerləşən mənzildə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ehtiyacı olmadığına görə o, yalnız qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0,147 qram metamfetaminin qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- iki ədəd «Zimmer» markalı kombi aparatları, boruları ilə birlikdə və bir ədəd «Sonifer» markalı su qızdırıcı aparatınının sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut –cərimə meydançasında saxlanılan «Daevvoo Centra» markalı avtomobil sahibinə qaytarılmalı, iş üzrə maddi sübut – Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan «HH 1086 C» nömrə nişanı AR DİN-nin DYPİ-nə, bir ədəd bıçaq, bir ədəd qaz açarı, **-GP-*** dövlət nömrə nişanı sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına, həmçinin, iş üzrə aparılmış müstəqil ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat isə Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının hesabına – Kapital Bank ASC Gənclik Mall filialı, kod 201025, VÖEN **********, SVVİFT kod AİİBAZ2X, m/h AZ 37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB380600 **********5142 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X8 oğluna təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 14 iyun 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə olduğu və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu, cəmi 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını –Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində nömrəsiz evdə yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs oğlu qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0,147 qram metamfetamin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut- iki ədəd «Zimmer» markalı kombi aparatları, boruları ilə birlikdə və bir ədəd «Sonifer» markalı su qızdırıcı aparatınının sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut –cərimə meydançasında saxlanılan «Daevvoo Centra» markalı avtomobil sahibinə qaytarılsın. İş üzrə maddi sübut – Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan «HH 1086 C» nömrə nişanı AR DİN-nin DYPİ-nə, bir ədəd bıçaq, bir ədəd qaz açarı, **-GP-*** dövlət nömrə nişanı sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə aparılmış müstəqil ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının hesabına – Kapital Bank ASC Gənclik Mall filialı, kod 201025, VÖEN **********, SVVİFT kod AİİBAZ2X, m/h AZ 37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB380600 **********5142 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim:Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar