Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-480/2024 30.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında verilmiş şikayəti imzalayan Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətinə cəlb edilməsinə dair X2 adından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə imzalayaraq məhkəməyə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə X2 adından X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumedilməsinə dair ittiham hökmünün çıxarılması barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X1 bir neçə aydır ki, keçmiş əri X19 tərəfindən təkrar-təkrar sosial şəbəkələrdə yalan və böhtan xarakterli qondarma şikayətləri ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X19 2024-cü ilin yanvar ayından bu vaxta kimi “Az Politika”, “Hüriyyəf’, “Azad söz” və digər mətbu orqanlarında o cümlədən müxtəlif saytlarda onun adını, şərəfini, heysiyyətini qərəzli şəkildə alçaldır, təhqir edir. Birtərəfli olaraq, qarşı tərəfi dinləmədən həqiqət olubolmadığını araşdırmadan onun heysiyyətini sual altına qoyduğuna görə həmin mətbu orqanlarına təzminat davası açılaraq ən azından xalqın gözündə güvənsiz və doğru olmayan mətbuat kimi tanınacaq. xx.xx.2024-cü il tarixdə “Azpolitika info” sayıtında yayımlanan böhtan olan yalan məlumatda nəinki onun şərəf ləyaqətini, həmçinin Azərbaycan Dövlətinin qonşu dövlətlərlə olan münasidətlərinə də insanlarda şübhə yaratmışdır. “Səfirlikdəki hadisənin oxşarını törətməyimi istəyirlər” başlığı altında Azər Ağayev və “Azpolitika info” nə demək istəyir? Onlar bir müddət əvvəl İran İslam Respublikasında Azərbaycan səfirliyinin binasında baş vermiş teror aktınamı işarə edirlər? xx.xx.2024-cü il tarixdə “Azərbaycan saatı” verlişi ilə əlaqə saxlayıb həm öz övladlarının anası həm də öz dövləti üçün şər böhtan xarakterli məlumatlar vermişlər. Azər Ağayev xx.xx.2024-cü il tarixdə 81 yaşlı anası Səmayə Ağayevanın adından “Hüriyyət az” sayıtına məlumat verərək, onu böhtan yalan sözlərlə təhqir etdikdən sonra X14 kömək istəyir. Halbu ki, anası Səmayə arvadın bu söhbətdən heç xəbəri yoxdur. 19 yanvar 2024-cü il tarixdə Azər Ağayevin təkidi ilə Qənimət Zahid həm Azərbaycan Dövlətinin həm də onun ünvanına təkrar-təkrar böhtan xarakterli çıxışlar edir. Azər Ağayev 25 yanvar 2024-cü il tarixdə xaricdə yaşayan bloger Teymur Eminbəylinin sayıtına müraciət etmişdir. Eynilə onu təhqir və rüsvay edən böhtan sözlərlə çıxışlar edilmişdir. Özünə aid olan tik-tok nömrələrində çox ağır formada alçaldıcı sözlərlə təhqir edir, maşınını hərracdan geri aldıqdan sonra onu və övladlarını açıq-açıq hədələyir. Ona atılan iftiralar və böhtanlar aşağıdakılardan ibarətdir. Onun 4 övladı ilə birgə əvvəla saxta sənədlərdən istifadə edərək ölkədən çıxmağı bildirilir. Bu söhbət tamamilə yalan və böhtandır. Azər Ağayevlə evli olduğu müddətdə dəfələrlə İran İslam Respublikasına səfər etmişlər. Azər özü onu Qum şəhərinə aparıb, onlar 9 ildən çox İran İslam Respublikasının Qum şəhərində yaşamışlar. O da, uşaqları da orda təhsil almışlar. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Ağayev Azərin ona verdiyi etibarnamə əsasında 4 uşağı ilə İrana gəlmiş, Azər Ağayerin 3 saylı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X7 iştirakı ilə xx.xx.2017-ci il tarixdə verdiyi etibarnaməyə əsasən övladlarının hamısını Azərbaycan Respublikasından kənar istənilən xarici ölkəyə aparmağa icazəsi var. İkinci böhtan odur ki, güya o, Azərlə evli olduğu halda özündən 15 yaş (bəzi saytlarda 10 yaş) kiçik olan Cəfər adlı şəxslə İrana qaçaraq siğə elətdirmişdir. Bu da tamamilə yalan şər və böhtandır. Cəfər adlı şəxs ondan 3 ya 4 yaş kiçik olar, öz ailəsi və uşaqları var. Sakit tərbiyəli ailədirlər, onlar ailəvi dostdur. Ailəliklə ona kömək ediblər, indi də yardım edirlər, əgər o, kiminləsə siğə niyyəti ilə İrana getsəydi uşaqlarını valideynlərinin yanında qoyub gedərdi. 4 uşaqla siğə olar. Cəfərgil ailəliklə onlardan 1 il qabaq İrana köçüblər. Azərbaycan Dövlətində Cəfərin axtarışda olması xəbəridə yalandır, əgər bu deyilənlər barədə sübutu varsa məhkəməyə təqdim etsin. Üçüncü böhtan o, güya uşaqlarla onun görüşməsinə maneə olur. Buda yalandır, onlar ayrıldıqdan sonra o, övladları ilə üç il atasının evində yaşamışdır. Azərin evi ilə atasıgilin evinin arasında 15 metrdən az məsafə var. 3 il ərzində 1 dəfə də olsun uşaqlarını görmək üçün gəlməmişdir. 1 manat da olsun pul xərcləməmişdir. Bunu qonşuları, qohumları, valideynləri təsdiq edərlər. Yalnız özü evlərdə baxıcı xadimə işləyib övladlarına baxmışdır. Ona heç bir maddi kömək etməyib. Ayrılma səbəbinə gəldikdə isə o, Azərdən ayrılmamış, Azər ona 5 uşaqla (Etibar adlı oğlan əvvəlki arvadından) evindən çıxarıb ki, səni istəmirəm təzə arvad gətirəcəm. Övladlarının gözü qabağında bu cür alçalmaq ən ağrı verici prosesdir. O, bunu yaşamışam. Atasıgildə yaşadığı müddətdə aliment üçün Binəqədi rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi- Zəhra Azər qızı və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X13 hər ay, hər bir uşaq üçün 170 manat olmaqla cəmi 680 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Həmin vaxtdan bu günə kimi Azər aliment ödəmir, ödəmək fikri də yoxdur. Alimentdən imtina etməsini tələb edir, onu hədələyir, maşınla vurub öldürəcəyini ya da öldürtdürəcəyini deyir. Onu izləyirmiş, bir neçə dəfə hüquq mühafizə orqanlarına şikayət etsə də baxan olmamışdır. Azər ona demişdir ki, “sən mənə nə edə bilərsən polisdə mən gələndə ayağının altına xalça salırlar. Səni elə itirəcəm ki, heç kim mən elədiyimi sübut edə bilməyəcək”. O, Azərin onu həqiqətən öldürmək fikrində olduğunu hiss etdikdən sonra uşaqlarını da götürüb ölkədən çıxıb İran İslam Respublikasına gəlmişdir. Onun Azərbaycanı tərk edib İran İslam Respublikasına gəlməyinin əsas səbəbi budur. Azər onu rahat buraxmır, İrana da gəlmiş, yaşadığı Qum şəhərində uşaqlarını da məktəbə qoymuş, özü də təhsilini davam etdirirmiş. Azər, oxuduğu məktəbdə onu da uşaqlarını da hədələyərək rüsvay edən sözlərlə onları təhqir etməyə başlamış, idarələrə şikayət edərək güya onun nikahlı ola-ola uşaqlarını götürüb Cəfər adlı özündən 15 yaş kiçik olan bir şəxslə siğə elətdirərək ona ərə getdiyini və s. yalan böhtan sözlər deyərək idarələrin diqqətini özünə çəkmiş, onların gününü qara etmişdir. Məktəbdə etdiyi rüsvayçılıqdan sonra onu və uşaqlarını məktəbdən çıxartmışlar. Onların maddi təminatını ödəmək üçün toyuq fermasında fəhlə işləyən oğlunu işdən çıxartmışlar. Onları hələ yaxından tanımayan yerli qonşuları yanında böhtan sözləri ilə rüsvay etmişdir. X22 Respublikasında aidiyyati orqanlar onun şikayətinə baxmışdır. Sübut olunmuşdur ki, dedikləri yalan və böhtandır. Onlar, sərhəddi tam qanuni yolla keçib gəlmişlər, özünün imzaladığı sənəd var. Cəfər adlı şəxslə heç bir evlənmə, nikah, siğə söhbəti yoxdur. O İran məmurlarına yalvarmağa başlamışdır ki, “xanım bir kağız versin ki, alimentdən imtina edir” o da çıxıb getsin Azərbaycana. O tək başıma 4 uşağa necə baxa bilər. O səbəbdən istədiyi alimentdən imtina etməyi barədə sənəd verməmişdir. Aliment ödəmədiyinə görə məhkəmənin qərarı ilə borclu X15 mülkiyyətində olan “X23” Prado markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac yolu ilə satılaraq əldə olunan pul uşaqların alimentinə verilməli idi. Həmin maşın hərracdan geri alınması üçün hədə qorxu ilə ondan sənəd tələb etməyə başlamışdır. Yoxsa onu bütün dünyada yaşayan Azərbaycanlılar qarşısında rüsvay edəcəyi ilə təkrar hədələmişdir. İndi o, valideynləri, övladları onları tanıyan hər kəsin qarşısında Azərin yalan və böhtan dediyi sözlərə görə rüsvay olmuşlar. Qohumları onları danışdırmır, uşaqları da ayrı psixoloji təsir və mənəvi gərginlik, mənəvi iztirab keçirirlər. Anası xeyli müddət evdə ürək xəstəsi olmuş və müalicə almışdır. Anasını da başqa adlarla zəng edib hədələmişdir. İran İslam Respublikasında da onları nüfuzdan salan hər şey edib. O və uşaqları normal işləyib oxuyub yaşaya bilmir. Azərbaycana gəlməyə də qorxurlar. Onun həyatı təhlükə qarşısındadır. Azər özü açıqaşkar deyir, həm də yuxarı orqanlarda adamı olduğu üçün güvənir və heç nədən qorxmur. Utanmadan Binəqədi rayon məhkəməsində aliment tələbindən azad olunması barədə 2023-cü ilin axırında iddia qaldırmış, Apellyasiya məhkəməsi də daxil olmaqla onun iddiası rədd olunmuşdur. Bu ilin aprel ayında Ali Məhkəmədə işə baxılıb yenidən baxılmaq üçün Bakı Apellyasiya məhkəməsinə işi qaytarıblar. Hansısa bir qanunsuz yolla maşınını hərracdan çıxarıb. Bu münasibətlə yenə ona ən ağır təhqiredici qadının şərəf və ləyaqətini alçaldan nalayiq əxlaqsız sözlərlə hədə-qorxu gəlib. Bütün dediklərinin düzgün olduğunu sübut edən diskləri məhkəməyə təqdim edir. Odur ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumedilməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X19 məhkəmə iclasınının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbardar edilməsinə baxmayaraq təyin edilmiş hazırlıq iclaslarında məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırlıq iclasını X15 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət ərizəsini imzalayan Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini imzalayan Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında üsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi. 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yer göstərilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iş materiallarında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayətini imzalamış Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bu səlahiyyəti verən etibarnamə mövcud deyildir. İş materiallarına əlavə edilmiş X2 anası X3 Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə müraciət etmək hüququ verən etibarnaməsi mövcuddur ki, bu etibarnamə əsasında da yalnız X2 anası X3 məhkəmədə təmsil olunması, habelə onun adından məhkəməyə şikayətlə müraciət edilməsi səlahiyyətinin Nümayəndə verilməsi mövcuddur. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayəti imzalamış Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə X2 adından məhkəməyə şikayətlə müraciət etmək səlahiyyətini təsdiq edən etibarnamədə verilməmiş, vəkil tərəfindən həmin şikayət səlahiyyəti olmadan imzalanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş etibarnamədə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə cinayət işləri üzrə məhkəməyə şikayətlə müraciət etmək səlahiyyəti də əks olunmamışdır. Bundan başqa Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli N0388419 nömrəli oderdə “Tapşırığın məzmunu və işin mərhələsi” qrafasında “Şərəf və ləyaqətin təhqir olunması ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair” qeydi edilmişdir. Məhkəmə bununla bağlı isə qeyd edir ki, həmin tapşırıq təmsil edilənin adından mülki mühakimə qaydasında aparılan icraat üçündür. Xüsusi ittiham qaydasında verilən şikayət üzrə ərizəyə baxılmasında nümayəndə qismində iştirak edəcək vəkiliə verilmiş orderdə “tapşırığın məzmun və işin mərhələsi” qrafasında tapşırığın məzmunu və işin mərhələsi də düzgün göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, eləcə də şikayətin forma və məzmununa riayət edilmədiyindən, CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.2, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-480/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-480/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver