Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-481/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X14, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:14-də «B,C, D,E» kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-ə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «X24» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1 küçəsində yol ayrıcında işıqforun qırmızı işığında dayanaraq, işıqforun yaşıl işığı yandıqdan sonra isə avtomobili dayandığı yerdən hərəkətə gətirərək, sola 10 may küçəsi istiqamətinə dönmə əməliyyatı etmək istəyərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, dönmə, yerdəyişmə və s. zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili hərəkətə gətirməzdən əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı və sola doğru manevr apararkən hərəkət təhlükəsizliyini təmin etməli, hərəkətə başlamazdan əvvəl piyadanın yolu keçməkdə olmasını nəzərə almalı və piyadanın hərəkətin təhlükəsizliyin təmin olunacağı məsafədə uzaqlaşdıqdan sonra hərəkətə başlamalı olduğu halda həmin tələblərə riayət etməməklə yolu keçən piyada X8 ehtiyatsızlıqdan vuraraq, ona baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qanszıma ilə müşayiət olunan alın-təpə sümüyünün hər iki yarısının kəllə əsasına keçən çoxqəlpəli sınıqları, burun sümüklərinin sınıqları, döş sümüyünün cisminin sınığı, sağdan İ-İİ-İİİ, soldan İİ-İİİ qabırğaların sınıqları, sağ bud sümüyünün açıq sınığı, burun belinin, sol qaş nahiyəsinin əzilmiş yaraları, alın nahiyəsinin, sol yanaq nahiyəsinin, çənə nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, qarın nahiyəsinin, sol bud nahiyəsinin, sağ və sol baldır nahiyələrinin sıyrıqları, sol bazu oynağı nahiyəsinin, döş qəfəsi nahiyəsinin qançırları ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 hadisə yerində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 1991-ci ildən sürücü olaraq müxtəlif şirkətlərə məxsus yük avtomobilini idarə edir. xx.xx.2025-ci il tarixdən isə “Sahil MMC”-yə məxsus 2008-ci il buraxılışlı «Mersedes-Axor» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomoibilini şirkət tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə edir. Şirkət tərəfindən ona bildirilən müxtəlif zavodlardan yükləri götürüb deyilən ünvanlara çaldırır. Həmin avtomobili idarə etmək üçün «B,C,D,E» kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində sözügedən «Mersedes-Axor» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı yük avlomobili ilə şirkət tərəfindən ona bildirilən Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən “Norm” adlanan sement zavodundan sement yükləyib, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Norm” adlanan sement zavodunun anbarına həmin yükü boşaltdıqdan sonra, oradan çıxıb Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən “Holcim” adlanan sement zavodu istiqamətinə doğru hərəkət edirmiş ki, həmin zavoddan da yük götürüb deyilən ünvana çatdırsın. xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1 küçəsində işıqforun qırmızı işığında avtomobili dayandırmışdır. Yaşıl işıq yandıqdan sonra ilk olaraq adəti üzrə yük avtomobilinin hərəkət etməsini sağda və solda dayanan görə bilməyəcəyi kor nöqtədə dayanan digər avtomobillərin və piyadaların bilməsi üçün avtomobili hərəkətə gətirib dayandırdıqdan sonra hərəkətə başlamışdır. Hərəkətə başlamazdan əvvəl önə, sağa və sola baxmış lakin piyadanın olmasını görməmişdir. Təxminən 2 metr 5-10 km/saat hərəkət edib «DSK» yolu deyilən istiqamətində dönmə işığını yandırıb dönmə etmək istəyirmiş və dönmədən hərəkətdə olduğu zaman, anidən avtomobilin qoşqusunun sağ ön hissəsindən “taqqıltı” səsini eşidib, qoşqunun yük boşaltmaq üçün açılan hissəsinin açıldığını güman edib əyləci sıxıb hərəkəti dayandırmışdır. İlk öncə güman etmiş ki, onun sağ tərəfindən avtomobil keçə bilmədiyi üçün hansısa motoskiletin, həmin dayanıqlı vəziyyətdə olan yük avtomobilinin qoşqusu ilə toqquşmuşdur. Lakin sağ qapını açıb arxa hissəyə baxan zaman idarə etdiyi yük avtomobilinin arxa təkərinin arxa hissəsində insan olmasını görüb dərhal avtomobildən enmiş və baxan zaman bir nələr qadın cinsli şəxsin təkərin altında qalıb əzildiyini görmüşdür. Sonuncuya köməklik göstərmək istəmiş, lakin həmin şəxs ona cavab vermədiyindən dərhal TTYS-na 103 xidmətinə zəng etmiş, daha sonra isə DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Piyadanı hansı istiqamətdən gəlməsini görməmiş, görmədiyi üçün onun hansı şəraitdə avtomobilin təkərinin altında qalmasını bilmir. Hadisə zamanı avtomobil yüksüz və texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə həmin vaxt tək olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxsin hüquqi varisi X12 ilə barışıq əldə etməsinin, ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, mərhum xx.xx.1995-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, fərdi əməklə məşğul olmuş, Ağsu rayonu, Qaradağ kəndində qeydiyyatda olan X9 onun qızıdır. Səbuhə ailəli olub boşanmış və həmin nikahdan övladı olmamışdır. Təxminən 5-6 ay olarmış, Səbuhə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində kirayədə tək yaşayırmış və fərdi qaydada həmin ərazidə təndirxanaların birində işləyirmiş. xx.xx.2025-ci ıl tarixdə mobil nömrəsinə zəng olunmuş və polis əməkdaşı olmasını bildirib Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1 küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qızı Səbuhə Mahmudovanın ölməsi barədə məlumat vermişdir. «Mersedes-Axor» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsünü əvvəllər tanımamış, bu səbəbdən sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X17 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur, bununla bağlı yazılı ərizəni də məhkəmənin dəftərxanasına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə baş verən ərazidə avtomaşın yolu asfalt-beton örtüklü olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1 küçəsində baş vermişdir. Həmin küçədə yol örtüyünün ümumi eni 10 metr, hərəkət hissəsinin eni 10 metrdir. Hadisə yerində avtomaşına məxsus tormozlanma izi və təkərlərin sürtünmə izləri aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə “Səhiyyə Nazirliyinin Respublika X20 Hüquqi şəxsin tərəfindən tərtib edilmiş 2/35393 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 zərərçəkmiş şəxs qismində tanınmış, zərərçəkmiş şəxs X5 atası X12 isə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 127 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki:
1. X2 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - Baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızına ilə müşayiət olunan alın-təpə sümüyünün hər iki yarısının kəllə əsasına keçən çoxqəlpəli sınıqları; - Burun sümüklərinin sınıqları; - Döş sümüyünün cisminin sınığı, sağdan İ-İİ-İ11. soldan 1İ-İ1İ qabırğaların sınıqları; - Sağ bud sümüyünün açıq sınığı; - Burun belinin, sol qaş nahiyəsinin əzilmiş yaraları; - Alın nahiyəsinin, sol yanaq nahiyəsinin, çənə nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, qarın nahiyəsinin, sol bud nahiyəsinin, sağ və sol baldır nahiyələrinin sıyrıqları; - Sol bazu oynağı nahiyəsinin, döş qəfəsi nahiyəsinin qançırları; Qeyd olunan xəsarətlər həyatı olub, onun ölümündən az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.
2. X2 ölümünə səbəb alın-təpə sümüyünün hər iki yarısının kəllə əsasına keçən çoxqəlpəli sınıqları nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızına olmuşdur. Beləliklə, X2 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, X6 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2025-ci il tarixdə, saat 10.15-də başlanmışdır) 8-12 saat əvvəl baş vermişdir.
3. X1 meyitində aşkar olmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan yük avtomobilinin onu vurması nəticəsində əmələ gələ bilərdilər.
4. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, giiclütəsiredici və narkotik maddələr aşkar olunmamışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2025-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, üzərində «TŞ8-086» qeydləri olan «Verbatim» markalı DVD-R formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd video fayl olduğu müəyyən edilmişdir. Baxış zamanı həmin faylda 60 dəqiqə 00 saniyədən ibarət görüntünün olduğu müəyyən edilmişdir. Video görüntünün yuxarı sol hissəsində tarix və saat qeydə alınmışdır. Həmin tarix və saat qeydinə əsasən görüntünün xx.xx.2025-ci il saat 00:00-dan xx.xx.2025-ci il 01:00-a qədər olan müddəti əhatə edildiyi müəyyən edilmişdir. Görüntülər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1 küçəsində quraşdırılmış «Təhlükəsiz şəhər» - stasionar müşahidə kamerası ilə qeydə alınmışdır. Müşahidə kamerası ilə qeydə alınmış görüntünün 14-cü dəqiqə 32-ci saniyəsində X5 Mədən-1 küçəsini işıqforun sarı işığında yolu soldan sağa keçdiyi və həmin anda «X24» markalı, 77-JA- 406 dövlət qeydiyyat nişanlı yük avtomobilin işıqforun yaşıl işığında 10 may küçəsi istiqamətinə doğru bir neçə metr hərəkət edib dayandığı müşahidə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-8/1772/2025 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «X25» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadanın hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in X13 Xidmətindən daxil olmuş 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, “X24” markalı, **- JA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanılması üçün sahibinə qaytarılmışdır. xx.xx.2025-ci il tarixli, 8İ-3584 nömrəli ərizədən görünür ki, X3 Rövşən Mövlud oğlu ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2035-ci il tarixədək etibarlı olan BB287039 nömrəli sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X25 1840 LS yük” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında xx.xx.2026-cı ilədək qüvvədə olan əmək müqaviləsi imzalanmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi ifadə, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli, 8İ-3584 nömrəli zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Qaradağ rayon MKTB 119 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddətdə qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. Bundan başqa, "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. xx.xx.1998-ci il tarixli, 020065 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı statusu verilmişdir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunmasını və müharibə veteranı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in X13 Xidmətindən daxil olmuş 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, “X24” markalı, **- JA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in X13 Xidmətindən daxil olmuş 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı və “X24” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in X13 Xidmətindən daxil olmuş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın və “X24” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X11 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aynurə Sadıqova