Məhkəmə qərarları › İş №1(001)-482/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-482/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-482/2025 27.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi “Alyans” vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçilər - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə İmişli rayonu Çahar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMMC-in sədri işləyən, İmişli rayonu Çahar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3123 məhəllə, “Union Park” yaşayış kompleksi, buna 1, mənzil 1610 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, «Union park» adlanan yaşayış kompleksində yerləşən binanın sakinləri tərəfindən yaradılmış "xxxx" adlanan Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin sədri olaraq, binanın sakini olan mülkiyyətçi Zərərçəkmiş şəxs binanın normal saxlanılması üçün ödəniş etməkdən imtina etməsini cuzi səbəb kimi göstərib xx.xx.2025-ci il tarixdə saat 21:20-də Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, «Union park» adlanan yaşayış kompleksində yerləşən 1 saylı binanın qarşısında çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs ilk öncə sinəsindən itələyib və həmin nahiyəsinə yumruqla zərbə endirib boynundan tutaraq yerə yıxmaqla, sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, daha sonra da bununla sakitləşməyib öz cinayət hərəkətlərini davam etdirərək, yenidən Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək təpiklə diz nahiyəsinə, yumruqla isə sifət nahiyəsinə zərbələr vuraraq, Zərərçəkmiş şəxs alt dodağın sol yarısının dərialtı hematoması və selikli qişasının kəsilmiş yarası, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin, sağ said nahiyəsinin, sol ayağın qançırları, sol bazu nahiyəsinin, sağ və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun, hər hansı qeyri-qanuni əməl və yaxud cinayət törətmək niyyəti və məqsədi olmamışdır. Yəni, bu hadisə iki nəfər arasında birinin içkili vəziyyətdə aqressiv davranışı, ağır söyüşlər söyməsi, onun isə yaranmış durumda qəflətən keçirdiyi sarsıntı və əsəb nəticəsində baş vermiş şəxsi zəmində olan bir xoşagəlməz insidentdir. O bu əməli əvvəlcədən planlaşdırmamışdır. O, böyüklük edib bu halın baş verməməsinə çalışmalı idi. Artıq bu hadisə baş verib, hazırda etdiyi əmələ görə peşmandır. Gərək qonşular arasında bu baş verməz idi. O hətta məhkəmə proseslərində də barışığa hazır olduğunu və olub keçəni unutmağı da təklif etmişdir. Bildirir ki, həm özü, həm də zərərçəkmiş şəxs müəyyən həyat təcrübəsi, savadı olan şəxslərdir və nə zərərçəkmiş nə də o bu insidentin yaranmasına imkan verməməli idilər. Özü də bu hadisənin baş verməsinə çox peşmandır, zərərçəkmişin xəsarət almasında özünü təqsirli bilir. Məhkəmə istintaqı gedən mərhələdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarı qəbul olunmuşdur və hesab edir ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ona tətbiq edilməsinə əsaslar müəyyən olunmuşdur. Ona görə də yuxarıda qeyd etdiklərinə əsaslanaraq cinayət təqibi üzrə icraata xitam verilməklə onun barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçilər - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi “Alyans” vəkil bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3123 məhəllə, «Union Park» Yaşayış kompleksi bina 1, blok 2 mənzil 1207 yaşayır. Bina 2021-ci ilin yanvar ayından mülkiyyətçilərin ümumi yığıncağı tərəfindən təsis edilmiş "xxxx" MMMCnin idarəçiliyindədir. 2023-cü ilin noyabr ayından o, idarə heyətinin üzvüdür, 2024-cü ilin fevral ayından başlayaraq hüquqşunas vəzifəsində çalışır. Fəaliyyət dövründə idarə heyəti uzun illər ödəniş etməyən sakinlərlə aparılan izahat işləri nəticəsində borcların yığılmasına və ödəniş mədəniyyətinin formalaşmasına nail olmuşdur. Toplanmış pul vəsaitləri hesabına binada abadlıq və cari təmir işləri görülmüşdür. Fəaliyyətə başladıqları ilk günlərdən idarə heyətinin üzvləri ilə birlikdə illərlə həll edilməyən, sakinləri narahat edən problemlərin araşdırılması və həlli edilməsi istiqamətində çoxlu işlər görülmüşdür. Araşdırma zamanını binada ciddi qüsurların və çatışmazlıqların olduğu aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, binanı inşa edən “Everest Konstruktion" MMC tikinti və binanın istismara qəbul edilməsi mərhələlərində ciddi qanun pozuntularına yol vermiş, müqavilə öhdəliklərini tam həcmdə yerinə yetirməmiş, sakinlərin ümumi mülkiyyətinə aid olan ümumi istifadə sahələrinin bir hissəsini qanunsuz olaraq satmış və layihədən kənar dəyişikliklər etmişdir. Bu səbəbdən 2023-cü ilin dekabr ayından etibarən tərəfindən müvafiq dövlət qurumlarına müraciətlər edilmiş, faktlar təsdiq olunduqdan sonra isə Binəqədi Rayon Məhkəməsinə bir neçə mülki iddia ərizəsi təqdim edilmişdir. xx.xx.2025 cil il tarixidə binanın həyətində qərəzli xuliqanıq hadisəsi törədən 1808 saylı mənzilin mülkiyyətçisi A.Mirzəmmədov öz vədini yerinə yetirmişdir. Belə ki, A.Mirzəmmədov mütamadi olaraq qruplarda idarə heyətinin dəstəkləyən sakinlərin, idarə heyətinin üzvlərinin, onun sədrinin əsasən də onun özünün ünvanına təhqiramiz ifadələr işlətmişdir. Onlar çalışırmışlar ki, qrupda cavab verməsinlər. Zərərçəkmiş şəxs bu hərəkətlərinə son qoyması ilə bağlı bir neçə dəfə telefon vasitəsi ilə söhbət etmişdir. Lakin sonuncu bir neçə gün qruplarda heç bir paylaşım etməmiş, sonradan isə yenə bu cür hərəkətlərini davam etdirmişdir. Bu hərəkətlərinə görə sakinlərin tələbi əsasında A.Mirzəmmədov yaradılmış “Yolumuz bir amalımız bir" qrupundan çıxarıldıqdan sonra da bu əməllərini davam etdirirdi. Hadisə baş verən günü təxminən saat 20 radələrində o, binada yerləşən ofisə gəlmişdir. Vasif müəllim ilə borclar barədə danışmış və sonuncu borcu olan sakinlərə yazılı mesajlar göndərdiyini, borcların qısa müddətdə ödənilməsini təklif etmiş, o cümlədən bu cür mesajın A.Mirzəmmədova göndərildiyini demişdir. O, həmin binada yerləşən mənzilə qalxmış, yemək yeyəndən sonra təxminən saat 21 radələrində təkrarən ofisə getmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs onun mesajına cavab olaraq, bir neçə söyüş və təhqirlərlə dolu mesaj göndərdiyi barədə bildirmişdir. Lakin Vasif müəllim cavab verməmiş və həmin mesajları siləndən sonra A.Mirzəmmədova təkrarən mesaj göndərərək, bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib onu söhbət etmək üçün ofisə dəvət etdiyini bildirmişdir. О, Təqsirləndirilən şəxs bu mesajların silinməsinin səbəbini soruşdurduqda sonuncu bildirmiş ki, çox təhqiramiz ifadələr işlədildiyindən istəməmiş ki, o, həmin mesajları oxuyub əsəbləşsin. Təxminən 21:15 radələrində A.Mirzəmmədovun binanın həyətinə gəldiyini görmüş və Təqsirləndirilən şəxs A.Mirzəmmədovla borclar barədə söhbət etmək məqsədilə binanın birinci girişinin qarşısında duran A.Mirzəmmədova yaxınlaşaraq, sonuncudan borcları nə vaxt ödəyəcəyini soruşub. A.Mirzəmmədov cavabında, ödəniş etməyəcəyəni bildirmiş və yenə də söyüşlər və xoşa gəlməz ifadələr işlətməyə başlamışdır. Vəziyyətin bu cür olduğunu və Təqsirləndirilən şəxs A.Mirzəmmədova yaxınlaşarkən eyni anda, Şahid2 adlı binanın digər sakinin ora yaxınlaşdığını görüb dərhal ora yaxınlaşmışdır. O, həmin yerə çalanda A.Mirzəmmədovun ucadan danışdığını və ödəniş etməyəcəyini söyləməsinin şahidi olmuşdur. O, A.Mirzəmmədova həyətdə çoxlu sayda qadın və uşaqların olmasını, söyüş söyməməsini bildirmiş, lakin A.Mirzəmmədov buna məhəl qoymayaraq dahada ucadan danışmağa, söyüşlər söyməyə davam etmişdir. Onun hərəkətlərindən alkoqollu içkilər qəbul etdiyi bəlli olmuşdur. Təqsirləndirilən şəxs də öz növbəsində Zərərçəkmiş şəxs qışqırmamağı, sakit danışmağı təklif elsə də A.Mirzəmmədov dahada aqressivləşmiş idarə heyətinin və onların ünvanlarına söyüşlər söyərək əl-qol atmağa başlamışdır. Yaxınlıqda çoxlu qadın və uşağın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşdırmağa çalışmış, bu zaman A.Mirzəmmədov onlar istiqmətdə yumruq ataraq zərbə vurmaq istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, A.Mirzəmmədovun əlindən tutaraq itələmiş və çalışmışdır ki, kənara çəkilsin. Bundan qəzblənən A.Mirzəmmədov ətrafdakılara, yanında olan həyat yoldaşına məhəl qoymadan çox ağır söyüşlər söyməyə davam edirdi. Nəticədə qarşıdurma baş vermiş onlar hər ikisi yerə yıxılmış, özü və həyətdə olan digər sakinlər Təqsirləndirilən şəxs aralayaraq ofis istiqamətində aparmaq istədikdə, A.Mirzəmmədov çox ağır formada söyüşlər söymüş və bu söyüşlər arasında ana ünvanına söylənən ağır şöyüşlərdən sonra Təqsirləndirilən şəxs təkrarən A.Mirzəmmədova yaxınlaşıb, «dur söyüş söymə» səsləndi. A.Mirzəmmədov isə dayanmadan söyüşlər söyürmüş bu vəziyyətdə bərk hirslənən Təqsirləndirilən şəxs A.Mirzəmmədovu bir neçə dəfə yenidən vurmuşdur. Böyük çətinlikə qarşılıqlı savaşmanın qarşısını almış və Təqsirləndirilən şəxs ofis otağına getməsinə nail olmuşlar. Lakin A.Mirzəmmədov dayanmırdı, onu aralaşdırmağa çalışan sakinlərin əlindən çıxaraq bir neçə dəfə ofis otağının istiqamətinə gələrək, ofis otağına daxil olmağa çalışırmış, sakinlərin səyi nəticəsində ofisə daxil ola bilməmişdir. Bundan qəzəblənən A.Mirzəmmədov onun Təqsirləndirilən şəxs və idarə heyətinin üzvlərinin ünvanına çox ağır söyüşlər söyməyi davam etmişdir. Bundan sonra vəziyyət daha da gərginləşmiş, həyətdə olan qadınların övladları, gənc nəvələri, uşaqların valideyinləri A.Mirzəmmədovun qadınların və uşaqların gözü qarşısında bu cür hərəkətlər etməsindən, söyüşlər söyməsindən bərk qəzəblənərək sonuncu ilə danışmağa cəhd etmişlər. A.Mirzəmmədov özünü qeyri adekvat hərəkətləri ilə insanlara qarşı kobud davranması hadisənin məcradan çıxması ehtimalını nəzərə alaraq, həyətdə olan qadınların təkidi ilə 102 Polis xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, qeydiyyatda olduğu və yaşadığı ünvanda 2012-ci ildən ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həmin binanın sakinindir və sonuncu bina sakinləri tərəfindən "xxxx" adlanan MMMC-yə sədr seçilmişdir. Təqsirləndirilən şəxs vəzifəsi binanın normal saxlanılması üçün sakinlər tərəfindən verilən ödənişləri yığmaqdan ibarətdir. Bunun müqabilində Təqsirləndirilən şəxs cəmiyyətin büdcəsindən maaş ayrılmışdır. Şahid1 isə "xxxx" adlanan MMMC-nin hüquqşünasıdır. Zərərçəkmiş şəxs da mülkiyyətçi olaraq, binanın sakinidir. Zərərçəkmiş şəxs binanın normal saxlanılması üçün ödəniş etməkdən imtina etmişdir. Belə ki, sakinlər tərəfindən yığılan pullar səmərəli və düzgün xərclənmirdi. Eyni zamanda onlar və binanın digər sakinləri təklif etmişlər ki, bununla bağlı audit keçirilsin. Şahid1 isə auditi özü keçirəcəyini bildirmiş və audit rəyi ilə narazı qaldıqları halda məhkəməyə verə biləcəklərini demişdi. Bundan sonra Şahid1 auditin keçirilməsini özü təşkil etmiş, lakin rəyi hazırki vaxtadək təqdim etmədiyindən özü və binanın bir qrup digər sakinləri buna etiraz etməyə başlamışdılar. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı binanın həyətində olduğu zaman, Zərərçəkmiş şəxs mobil telefonla danışaraq, binanın həyətinə daxil olduğunu görüb, sonuncuya yaxınlaşaraq şəxsi işi ilə əlaqədar məlumat almaq istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq, aqresiv formada binanın saxlanılması üçün ödənişləri hansı səbəbdən etmədiyini soruşmuşdur. Anar isə Vasifə cavab olaraq, bir ayın ödənişini etdiyini, qalan ayları isə imkan olduqca ödədəyəcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs Anardan məbləğin hamısının dərhal ödənilməsini tələb etmişdir. Anar isə belə olduğu halda ümumiyyətlə ödəniş etməyəcəyini demiş, Vasif isə Anarı məhkəməyə verəcəyini dedikdə, Anar cavab olaraq “hara verirsən ver” sözlərini demişdir. Həmin ərəfədə ora binanın sakini, həmçinin "xxxx" adlanan MMMC-nin hüquqşünası Şahid1 yaxınlaşmış və sonuncu Anara barmağı ilə işarə edərək, «hamısını ödəyəcəksən, yoxsa səninlə başqa tərzdə danışacayıq» sözlərini demiş, bundan sonra Anarla Vasif və Natiq arasında sözlə mübahisə yaranmışdır. Həmin zaman o, Anarı oradan kənarlaşdırmağa çalışmışdır. Zərərçəkmiş şəxs Şahid1 adekvat və sərt cavab verdiyindən, Vasif bunu qəbul etməmiş və ilk öncə Anarı sinə nahiyəsindən itələdi və sinə nahiyəsinə yumruqla zərbə endirdikdən sonra, Anarın boynundan tutaraq yerə yıxmış, yerdə sifət nahiyəsinə bir neçə yumruq zərbəsi endirmişdir. Daha sonra Anar, onun köməkliyi ilə ayağa qalxmış, həmin yerə yığışmış digər şəxslər isə Vasifi Anardan uzaqlaşdırmağa çalışmışlar. Lakin Vasif sakitləşməyərək yenidən Anarın üzərinə hücum etmiş və nalayiq ifadələr işlədib təpiklə diz nahiyəsinə, yumruqla isə sifət nahiyəsinə zərbələr endirməyə başlamışdır. Həmin zərbələr nəticəsində Anar bir anlıq özünü itirmiş, həmin yerə yığışmış digər şəxslər onları aralaşdırmış və daha sonra dalaşanlar həmin yeri tərk etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, qeydiyyatda olduğu və yaşadığı ünvanda 2015-ci ildən ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşadığı binanın sakinindir və sonuncu bina sakinləri tərəfindən "xxxx" adlanan MMMC-yə (Mənzili Mülkiyyətçilərin Müştərək Cəmiyyəti) sədr seçilmişdir. Təqsirləndirilən şəxs vəzifəsi binanın normal saxlanılması üçün sakinlər tərəfindən verilən ödənişləri yığmaqdan ibarətdir. Bunun müqabilində Təqsirləndirilən şəxs cəmiyyətin büdcəsindən maaş ayrılmışdır. Şahid1 isə "xxxx" adlanan MMMC-nin hüquqşünasıdır. Zərərçəkmiş şəxs da mülkiyyətçi olaraq, həmin binanın sakinidir. 2025-ci ilin iyul ayının sonunda Zərərçəkmiş şəxsla liftdə rastlaşdığı zaman, söhbət əsnasında sonuncu ona Təqsirləndirilən şəxs və Şahid1 gördükləri işlərindən narazı olduğunu, lakin tez bir zamanda buna son qoyacağını bildirmişdir. Bu söhbətlə Zərərçəkmiş şəxs nə demək istədiyini anlamamış və sonuncuya təmkinli olmasını tövsiyə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində evdə olduğu zaman, həyətdən səs-küy gəldiyini eşilmiş və bundan sonra aşağı düşmüşdür. Aşağı düşdükdən sonra binanın qarşısında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs mübahisə etdiklərini görmüş, həmin vaxtı Anar Vasif müəllimin üzərinə hücum çəkirdi o, isə həmin şəxsləri aralaşdırmışdır. O, gələn zaman Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında dava-dalaş artıq bitmişdir. Odur ki, kimin kimi vurmasının birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayından «Vətən» Mühafizə Xidmətində mühafizəçi kimi çalışır, hal hazırda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi məhəllə 31/23, «Union Park» Yaşayış kompleksini mühafizə edir. Onun işi həmin yaşayış komleksində təhlükəsizliyi təmin etməkdən ibarətdir. Təqsirləndirilən şəxs mühafizə etdiyi binanın sakinindir və sonuncu bina sakinləri tərəfindən "xxxx" adlanan MMMC-yə (Mənzili Mülkiyyətçilərin Müştərək Cəmiyyəti) sədr seçilmişdir. Təqsirləndirilən şəxs vəzifəsi binanın normal saxlanılması üçün sakinlər tərəfindən verilən ödənişləri yığmaqdan ibarətdir. Bunun müqabilində Təqsirləndirilən şəxs cəmiyyətin büdcəsindən maaş ayrılmışdır. Şahid1 isə "xxxx" adlanan MMMC-nin hüquqşünasıdır. Zərərçəkmiş şəxs da mülkiyyətçi olaraq, binanın sakinidir. xx.xx.2025-ci il tarixdə xidmətdə olduğu zaman, saat 21 radələrində binanın qarşısında Zərərçəkmiş şəxs dayandığını görmüş, həmin zaman sonuncu spirtli içki təsiri altında olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq, sonuncudan hansı səbəbdən binanın normal saxlanılması üçün ödəniş etmədiyini soruşmuş. Anar Mirzəmmədov cavabında Təqsirləndirilən şəxs ödəniş etməyəcəyəm bildirmiş və xoşa gəlməz ifadələr işlətməyə başlamışdır. Bundan sonra o, həmin şəxslərə yaxınlaşmış və Anar Mirzəmmədova həyətdə çoxlu sayda qadının və uşaqların olmasının, söyüş söyməməsini bildirmişdir. X3 buna məhəl qoymayaraq daha da ucadan danışmağa, söyüşlər söyməyə davam edirdi. Təqsirləndirilən şəxs də öz növbəsində Anara qışqırmamağı, sakit danışmağı təklif etsə də Anar Mirzəmmədov daha da aqressivləşmiş, idarə heyətinin və onların ünvanlarına söyüşlər söyərək əl-qol almağa başlamışdır. Yaxınlıqda çoxlu qadın və uşağın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs onu bu yerdən uzaqlaşdırmağa çalışmış, bu zaman Anar Mirzəmmədov əl-qol atmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun əlindən tutaraq itələmiş və çalışmışdır ki, biraz kənara çəkilsin. Bundan qəzblənən Anar Mirzəmmədov ətrafdakılara, məhəl qoymadan çox ağır söyüşlər söyməyə davam etmişdir. Nəticədə qarşıdurma baş vermiş və dalaşanların hər ikisi yerə yıxılmış, özü və həyətdə olan digər sakinlər Təqsirləndirilən şəxs aralayaraq ofis istiqamətində aparmaq istədikdə Anar Mirzəmmədov çox ağır formada söyüşlər söymüş və bu söyüşlər arasında ana ünvanına söyülən ağır şöyüşlərdən sonra Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs yaxınlaşıb, «dur söyüş söymə» səslənmişdir. Anar Mirzəmmədov isə dayanmadan söyüşlər söydüyünə görə bu vəziyyətə bərk hirslənən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla zərbələr endirmişdir. Özü və binanın digər sakinləri dalaşanları aralaşdırmış və bundan sonra həmin şəxslər oranı tərk elmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qeydiyyatda olduğu və yaşadığı ünvanda 2016-cı ildən ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşadığı binanın sakinindir və sonuncu bina sakinləri tərəfindən "xxxx" adlanan MMMC-yə (Mənzili Mülkiyyətçilərin Müştərək Cəmiyyəti) sədr seçilmişdir. Təqsirləndirilən şəxs vəzifəsi binanın normal saxlanılması üçün sakinlər tərəfindən verilən ödənişləri yığmaqdan ibarətdir. Bunun müqabilində Təqsirləndirilən şəxs cəmiyyətin büdcəsindən maaş ayrılır. Şahid1 isə "xxxx" adlanan MMMC-nin hüquqşünasıdır. Zərərçəkmiş şəxs da mülkiyyətçi olaraq, həmin binanın sakinidir. Zərərçəkmiş şəxs binanın normal saxlanılması üçün ödəniş etməkdən imtina etmişdir. Belə ki, sədr, sakinlər tərəfindən yığılan pullar səmərəli və düzgün xərclənmirmiş. Eyni zamanda onlar və binanın digər sakinləri təklif etmişdir ki, bununla bağlı audit keçirilsin. Şahid1 isə auditi özü keçirəcəyini bildirmiş və audit rəyi ilə narazı qaldıqları halda məhkəməyə verə biləcəklərini demişdir. Bundan sonra Şahid1 auditin keçirilməsini özü təşkil etmiş, lakin rəyi hazırki vaxtadək təqdim etmədiyindən özü və binanın bir qrup digər sakinləri buna etiraz etməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı mənzildə olduğu zaman, həyətdən səs-küy eşidib eyvana çıxmış və binanın həyətində Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs və Şahid1 sözlə mübahisə etdiklərini görmüşdür. Həmin zaman binanın digər sakini olan Şahid2 Anarı oradan kənarlaşdırmağa çalışmışdır. Zərərçəkmiş şəxs Şahid1 adekvat və sərt cavab verdiyindən, Vasif bunu qəbul etməmiş və ilk öncə Anarı sinə nahiyəsindən itələmiş və sinə nahiyəsinə yumruqla zərbə endirdikdən sonra, Anarın boynundan tutaraq yerə yıxmış, yerdə sifət nahiyəsinə bir neçə yumruq zərbəsi endirmişdir. Daha sonra Anar Yaşarın köməkliyi ilə ayağa qalxdı, həmin yerə yığışmış digər şəxslər isə Vasifi Anardan uzaqlaşdırmağa çalışmışlar. Lakin Vasif sakitləşməyərək yenidən Anarın üzərinə hücum etmiş və nalayiq ifadələr işlədib təpiklə diz nahiyəsinə, yumruqla isə sifət nahiyəsinə zərbələr endirməyə başlamışdır. Həmin zərbələr nəticəsində Anar bir anlıq özünü itirmiş, həmin yerə yığışmış digər şəxslər onları aralaşdırmış və daha sonra dalaşanlar həmin yeri tərk etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qeydiyyatda olduğu və yaşadığı ünvanda 2015-ci ildən ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həmin binanın sakinindir və sonuncu bina sakinləri tərəfindən "xxxx" adlanan MMMC-yə (Mənzili Mülkiyyətçilərin Müştərək Cəmiyyəti) sədr seçilmişdir. Təqsirləndirilən şəxs vəzifəsi binanın normal saxlanılması üçün sakinlər tərəfindən verilən ödənişləri yığmaqdan ibarətdir. Bunun müqabilində Təqsirləndirilən şəxs cəmiyyətin büdcəsindən maaş ayrılmışdır. Şahid1 isə "xxxx" adlanan MMMC-nin hüquqşünasıdır. Zərərçəkmiş şəxs da mülkiyyətçi olaraq, binanın sakinidir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində evdən aşağı düşmüşdür. Aşağı düşdükdən sonra binanın qarşısında Zərərçəkmiş şəxs sərxoş halda çoxsaylı bina sakinlərinin gözləri qarşısında yüksək səslə nalayiq ifadələr işlətdiyini eşidib sonuncuya yaxınlaşaraq, binanın həyətində bu cür hərəkətlərin yolverilməz olduğunu, həyətdə qadın və uşaqların olduğunu bildirib, həyəti tərk etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs isə sakitləşməyərək "xxxx" adlanan MMMC-nin üzvlərinə qarşı nalayiq ifadələr işlətməsini davam etdirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs yanıda olan həyat yoldaşı Təranə xanım da Zərərçəkmiş şəxs sakitləşməsini sonuncudan xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs həyat yoldaşı ilə birlikdə binanı tərk edərək, həmin yerdən çıxıb getmişlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları gələrək, hadisə yerini müayinə etmiş və Zərərçəkmiş şəxs zəng edərək, onu hadisə yerinə dəvət elmiş, lakin sonuncu həmin zaman Bakı şəhərində olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1173 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - alt dodağın sol yarısının dərialtı hematoması və selikli qişasının kəsilmiş yarası kəsici kənaramalik əşyanın (alətin) təsirindən, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin, sağ said nahiyəsinin, sol ayağın qançırları, sol bazu nahiyəsinin, sağ və sol diz oynağı nahiyələrinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət göstərilən tarixdə və şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq, ləpik və s.) ilə endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdilər. Alt dodağın sol yarısının dərialtı hematoması və selikli qişasının kəsilmiş yarası yumruqla endirilmiş zərbə zamanı dişin tac hissəsinin kəsici kənarının alt dodağa dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri nəticəsində əmələ gəlmələri üçün xarakterik deyildir (cild 1, i.v 25-28). Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 33). Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, üzərində heç bir qeydi olmayan disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd video fayl olduğu müəyyən edilmişdir. «VİD-20250808-WA0026» adlı fayla baxış keçirilmiş və baxış zamanı həmin faylda 07 dəqiqə 28 saniyədən ibarət video görüntünün olduğu müəyyən edilmişdir. Görüntü Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, «Union park» adlanan yaşayış kompleksində binanın fasadına quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Video görüntünün yuxarı sol hissəsində tarix və saat qeydə alınmışdır. Həmin tarix və saat qeydinə əsasən görüntünün xx.xx.2025-ci il saat 21:18-dən 21:26-ya qədər olan müddəti əhatə edildiyi müəyyən edilmişdir. Müşahidə kamerası ilə qeydə alınmış görüntülərin ilkin saniyələrində Anar Mizəməmmədovun binanın qarşısında mobil telefonla danışdığı və görüntünün- 47ci saniyəsində ona Təqsirləndirilən şəxs yaxınlaşaraq, aralarında söhbət etdikləri müşahidə olunmuşdur. Daha sonra isə həmin yerə Şahid1, Şahid2 və digərlərin yaxınlaşdıqları, saat 21:20-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinə nahiyəsindən itələdiyi və həmin nahiyəsinə yumruqla zərbə endirdikdən sonra, boynundan tutaraq yerə yıxdığı və yerdə sifət nahiyəsinə bir neçə yumruq zərbələrini endirdiyi müşahidə olunmuşdur. Daha sonra Zərərçəkmiş şəxs ayağa qalxdığı, həmin yerə yığışmış digər şəxslərin isə Təqsirləndirilən şəxs ondan uzaqlaşdırmağa çalışdıqları, lakin Təqsirləndirilən şəxs sakitləşməyərək yenidən Zərərçəkmiş şəxs üzərinə hücum etdiyi və təpiklə diz nahiyəsinə, yumruqla isə sifət nahiyəsinə zərbələr endirdiyi və daha sonra həmin yerə yığışmış şəxslərin dalaşanları aralaşdırdıqları müşahidə olunmuşdur (cild 1, i.v 46). Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, üzərində «Sony» yazısı olan bir ədəd disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 13 ədəd video fayl, 01 ədəd audio fayl və 01 ədəd mətnli faylın olduğu müəyyən edilmişdir. «**********0803057» adlı fayla baxış keçirilmiş və baxış zamanı həmin faylda 04 dəqiqə 18 saniyədən ibarət video görüntünün olduğu müəyyən edilmişdir. Görüntü Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi. «Union park» adlanan yaşayış kompleksində binanın fasadına quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Video görüntünün yuxarı sol hissəsində tarix və saat qeydə alınmışdır, həmin tarix və saat qeydinə əsasən görüntünün 01,08.2025-ci il saat 21:18-dən 21:22-yə qədər olan müddəti əhatə edildiyi müəyyən edilmişdir. Müşahidə kamerası ilə qeydə alınmış görüntülərin ilkin saniyələrində Anar Mizəməmmədovun binanın qarşısında mobil telefonla danışdığı və görüntünün 51-ci saniyəsində ona Təqsirləndirilən şəxs yaxınlaşaraq, aralarında söhbət eldikləri müşahidə olunmuşdur. Daha sonra isə həmin yerə Şahid1, Şahid2 və digərlərin yaxınlaşdıqları, saat 21:20-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinə nahiyəsindən itələdiyi və həmin nahiyəsinə yumruqla zərbə endirdikdən sonra, boynundan tutaraq yerə yıxdığı və yerdə sifət nahiyəsinə bir neçə yumruq zərbələrini endirdiyi müşahidə olunmuşdur. Daha sonra Zərərçəkmiş şəxs ayağa qalxdığı, həmin yerə yığışmış digər şəxslərin isə Təqsirləndirilən şəxs ondan uzaqlaşdırmağa çalışdıqları, lakin Təqsirləndirilən şəxs sakitləşməyərək yenidən Zərərçəkmiş şəxs üzərinə hücum etdiyi və təpiklə diz nahiyəsinə, yumruqla isə sifət nahiyəsinə zərbələr endirdiyi və daha sonra həmin yerə yığışmış şəxslərin dalaşanları aralaşdırdıqları müşahidə olunmuşdur. «**********1401832; **********2544969 və **********3443733» adlı fayllarda həmin hadisəni ayrı-ayrı rakurslardan əks etdirən video görüntülər olduğu «**********5052669; **********5359081; **********5641158; **********0627586; **********4809284; **********5901822; «PTT-20250703-WA0086» adlı fayllarda isə istintaq üçün sübut kəsb edən hər hansı bir məlumat aşkar edilmədiyi, «VİD- 20250802-WA0036 əsas səsli» adlı fayla baxış keçirilərkən, 01 dəqiqə 06 saniyədən ibarət video görüntünün olduğu, həmin görüntüdə Zərərçəkmiş şəxs əlində mobil telefonla çəkiliş edərək, çoxsaylı şəxslərin qarşısında «Bax bunlar mənə əl-qol atan Natiq fahişə, fahişə yığmağı və s.» sözlərdən ibarət ifadələri işlətdiyi müşahidə olunmuşdur. «Çat WhatsApp s kontaktom ‘'BİNƏQƏDİ-23” MMMC» adlı fayla baxış keçirilərkən, içərisində istintaqa sübut kəsb etməyən mətnlərin olduğu müşahidə olunmuşdur (cild 1, i.v 211-213). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli T696/2026 nömrəli rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs alt dodağın sol yarısının dərialtı hematoması ilə müşayiət edilən selikli qişasının kəsilmiş yarası sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin, sağ said nahiyəsinin, sol ayağın qançırları, sol bazu nahiyəsinin, hər iki diz oynağının sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlərdən alt dodağın sol yarısının dərialtı hematoması ilə müşayiət edilən selikli qişasının kəsilmiş yarası kəsici kənara malik əşyanın (alətin) təsirindən, ola bilsin ki, dişin tac hissəsinin kəsici kənarının alt dodağa dəyməsindən, sağ bazu oynağın, döş qəfəsinin, sağ saidin, sol ayağın qançırları, sol bazun, hər iki diz oynağının sıyrıqları isə bərk kül əşyanın (əşyaların) təsirindən törəmiş, göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxslər tərəfindən yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə alt dodağın sol yarısının dərialtı hematoması ilə müşayiət edilən selikli qişasının kəsilmiş yarası sağlamlığını qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığı zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1173 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir (cild 1, i.v 237-239). Azərbaycan Respublikası DİN-dən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v 234). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v 9-10). Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 2, i.v 29). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı cinayət işinin materiallarına əlavə olunmuş hadisənin video görüntüsünün olduğu iki ədəd disk, cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i.v 41-53). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Lakin cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 19-cu bəndinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir: 19.5. məhkəmələr – bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o barəsində olan cinayət işi üzrə icraata sözügedən amnistiya aktına əsasən xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə görə aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):.. 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1ci maddəsi ilə amnistiya aktı (“Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli) tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. İş üzrə mülki iddia verilməmiş, məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut – hadisənin video görüntüsünün olduğu 2 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli 315-VİİQR saylı Azərbaycan Respublikası Milli Məclisi Qərarının 5.1-ci və 19.5-ci bəndilərinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Maddi subut – hadisənin video görüntüsünün olduğu 2 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 330 (üç yüz otuz) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar