Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-485/2022 16.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2an və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə Baş İdarəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla, ilkin olaraq 26 avqust 2021-ci il tarixdə, saat 18:43-də ünvan 3 ünvanında yerləşən «Cavad» marketdə Zərərçəkmiş şəxsnm anası Şahid 7.000 (yeddi min) manat, daha sonra isə Zərərçəkmiş şəxsm qeyd olunan işə düzəltmək üçün müəyyən sənədlərin toplanılması adı ilə yalan vəd verib aldatmaqla ünvan 3 ünvanında yerləşən «Cavad» marketdə 19 sentyabr 2021-ci il tarixə kimi olan müddət ərzində hissə-hissə olaraq Zərərçəkmiş şəxs 3.000 (üç min) manat pulu alıb, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 10.000 (on min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərindən qeyri-rəsmi olaraq X3 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra Vəfanın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Şövkət Məmmədova küçəsi 3 saylı binada olan evində yaşamışdır. Yaşadıqları müddətdə 28 yanvar 2021- ci il tarixdə onların bir qız övladları doğulmuşdur. Qızının doğum xərcləri və yığılmış borcları ilə əlaqədar təxminən 10.000 manat pula ehtiyacı olmuşdur. Vəfa ilə birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 3 saylı yaşayış binasının alt hissəsində «Cavad» market olmuş və Zərərçəkmiş şəxs həmin marketdə satıcı işləmişdir. Həmin ərəfələrdə o, marketdən alış-veriş edən zaman Nərmin və sonuncunun anası Familə ilə aralarında səmimi münasibət yarandığından Nərmin ali təhsilli olduğunu, habelə ondan onu harasa işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Nərmingilin market işlətdiyini və pullarının ola biləcəyini düşündüyü üçün o, qərara gəlmişdir ki, ehtiyacı olan məbləğdə pulu Nərmin və sonuncunun ailəsindən alaraq işlərini həll etsin. Bu məqsədlə də o, alandan guya özünün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini demiş və guya Dövlət Təhlükəsizlik Xidmətində hazırda maliyyəçi yerinin boş olmasını bildirib, Nərmini həmin işə düzəltməyi təklif etmişdir. Həmçinin Nərminə demişdir ki, onu qeyd olunan işə zabit kimi 7.000 manata, gizir kimi isə 5.000 manata düzəldə bilər. Lakin onun məqsədi Nərminə bu cür yalan deməklə, onu şübhələndirmədən hissə-hissə sonuncudan ehtiyacı olan məbləği almaq olmuşdur. Nərmin ailəsi ilə məsləhətləşdikdən sonra ona cavab deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, «Cavad» marketə gedən zaman Nərmin ailəsi ilə məsləhətləşdiyini və zabit kimi həmin işə düzəlmək istədiyini demişdir. O da Nərminə bildirmişdir ki, verəcəyi 7.000 manatdan əlavə də digər sənədləşmə işləri üçün pul lazım olacaqdır. Nərmin onunla razılaşmış və 26 avqust 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində onu «Cavad» marketə dəvət etmişdir. O, marketə daxil olduqdan bir qədər sonra, Nərminin anası Familə Nərminin iştirakı ilə içərisində 7.000 (yeddi min) manat məbləğində pul, Nərminə məxsus şəxsiyyət vəsiqəsi, diplom və Familənin özünə məxsus şəxsiyyət vəsiqəsi olan ağ rəngli sellofan torbanı ona vermişdir. O isə bildirmişdir ki, bir ay müddətində Nərmin barəsində araşdırma aparılacaq, bundan sonra digər sənədlər toplanacaq və işə qəbul baş tutacaqdır. Bundan təxminən iki həftə sonra o, yenidən «Cavad» marketə gedərək, Familənin ona pulla birlikdə verdiyi sonuncuya və Nərminə məxsus şəxsiyyət vəsiqələri, həmçinin Nərminə məxsus diplomu qaytarmış, eyni zamanda guya sağlamlıq və məhkumluq haqqında arayışlar alınması, habelə digər sənədlərin toplanması üçün əlavə pul vermələrini bildirmişdir. Bundan sonra Nərmin bununla əlaqədar hissə-hissə olmaqla «Cavad» marketdə ona əlavə olaraq ümumilikdə 3.000 manat məbləğində pul vermişdir. Beləliklə o, Nərmindən ümumilikdə 10.000 (on min) manat məbləğində pul alıb özü şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin onun Nərminə söz verdiyi müddət bitdiyindən sonuncu ondan işin nə yerdə olduğunu soruşduqda, o, Nərminə hər dəfə bugün-sabah deyərək aldatmağa başlamışdır. Belə ki, pulu şəxsi ehtiyaclarına sərf etmiş və qaytarmaq üçün pulu olmamışdır. Bu səbəbdən o, bir daha “Cavad” marketə getməmiş, telefon zənglərinə cavab verməmiş və nömrəsini söndürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Nərmin onun barəsində ərizə ilə Binəqədi RPİ-yə müraciət etmişdir. O, ümumiyyətlə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işləməmiş və orada işləyən hər hansı tanışı yoxdur. Onun ümumiyyətlə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə hər hansı işə düzəltmək fikri olmamışdır. Həmin ərəfədə ona təxminən 10.000 manat məbləğində pul lazım olduğu üçün və Nərmingilin mağazaları olduğundan düşünmüşdür ki, sonuncunu bu yolla aldadıb həmin məbləği hissə-hissə almaqla öz işlərini həll edə bilər. Bu səbəbdən də yalan uyduraraq özünün də Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işlədiyinə və bu işi bacardığına inandırmışdır. O, ilkin olaraq Nərmin və sonuncunun anasından xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 3 ünvanında yerləşən “Cavad” marketdə 7.000 (yeddi min) manat məbləğində pul almış, bundan başqa yenə də “Cavad” marketdə 19 sentyabr 2021-ci il tarixə kimi olan müddət ərzində hissəhissə olmaqla ümumilikdə 3.000 (üç min) manat məbləğində pul almışdır. Həmin pulları verən zaman orada, o, Nərmin və sonuncunun anası Şahid başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, hal-hazırda dəymiş ziyanı tam olaraq ödəməsini, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, yaşadığı ünvan 4 ünvanın məhəlləsində ailəsinə məxsus “Cavad” adlı market mövcuddur. Marketdə mütəmadi olaraq anasına kömək edən zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs qonşu kimi marketə gəlib-getmişdir. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Oruc marketə gəlib-gedən zaman ondan haradasa işləyib-işləmədiyini soruşmuşdur. O isə ali təhsilli olsa da, heç yerdə işləmədiyini demişdir. Oruc özünü ona və demişdir ki, Dövlət Təhlükəsizlik Xidmətində maliyyəçi yeri boşdur, həmin yerə xanım işçi axtarırlar. Həmçinin ona bildirmişdir ki, onu həmin işə düzəldə bilər. Danışıq zamanı Oruc ona bildirmişdir ki, onun zabit kimi işə düzəlməsi üçün 7.000 (yeddi min) manat, gizir kimi işə düzəlməsi üçün isə 5.000 (beş min) manat pul lazımdır. O, anası ilə məsləhətləşmiş və qonşu olduqları üçün Oruca inanmışlar. Bundan sonra o, zabit kimi Dövlət Təhlükəsizlik Xidmətinə işə düzlmək istədiyini Oruca bildirmiş və 26 avqust 2021-ci il tarixdə, təxminən saat 18:40 radələrində Oruc «Cavad» marketdə olan zaman, anası onun iştirakı ilə içərisində 7.000 (yeddi min) manat məbləğində pul, ona məxsus şəxsiyyət vəsiqəsi, diplomu və anasına məxsus şəxsiyyət vəsiqəsi olan ağ rəngli sellofan torbanı Oruca vermişdir. Oruc isə bildirmişdir ki, bir ay müddətində onun barəsində araşdırma aparılacaq, bundan sonra digər sənədlər toplanacaq və onun işə qəbulu baş tutacaqdır. Bundan təxminən iki həftə sonra Oruc yenidən ailələrinə məxsus «Cavad» marketə gələrək, pulla birlikdə verdiyi ona və anasına məxsus şəxsiyyət vəsiqələri, həmçinin ona məxsus diplomu qaytarmış, eyni zamanda sağlamlıq və məhkumluq haqqında arayışlar alınması, habelə digər sənədlərin toplanması üçün əlavə xərc tələb olunduğunu bildirmişdir. O yenə də Orucla razılaşmış və bununla əlaqədar hissə-hissə olmaqla «Cavad» marketdə Oruca əlavə olaraq ümumilikdə 3.000 (üç min) manat məbləğində pul vermişdir. Beləliklə o, Oruca ümumilikdə 10.000 (on min) manat məbləğində pul vermişdir. Lakin Orucun ona söz verdiyi müddət bitmiş və o, Orcudan işin nə yerdə olduğunu soruşduqda, sonuncu ona hər dəfə bugün-sabah deyərək aldatmağa başlamışdır. Bundan sonra isə Oruc ailələrinə məxsus «Cavad» marketə gəlməmiş, telefon zənglərinə cavab verməmiş və nömrəsini söndürmüşdür. O, artıq Orcun onu aldatdığını başa düşüb bu barədə ərizə ilə polisə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadə verərək iş üzrə Zərərçəkmiş şəxs ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan ********* №-li cinayət işi 01 aprel 2021 -ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanmış və icraata qəbul edilərək istintaq edilmişdir. 02 aprel 2022-ci il il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir. 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan kespublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan olunmuşdur. 04 aprel 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hakimi X2 qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixədən hesablanmışdır. 12 aprel 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hakimi X2 qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş 03 ay müddətinə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. 18 iyun 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın 25 faizi miqdarında məbləğini, yəni 2500 manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs və şahid ifadəsi, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə görə onu məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməli, habelə barəsində seçilmiş «başqa yerə getməmək» haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-485/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-485/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver