Məhkəmə qərarları › İş №1(001)-485/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-485/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-485/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırkı cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Ağdam Rayon Polis Şöbəsində CM-nin 185.2.2-ci maddəsi ilə barəsində aparılan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Baksol yolunda fərdi yaşayış evinin qarşısında müvəqqəti saxladığı faktiki mülkiyyətində olan «VAZ 2101» markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasını yoxlayıb bu barədə məlumatlı olduqdan sonra avtomobilin sürücü üçün nəzərdə tutulan hissəsinə aid qapını açaraq oturacağa əyləşib üzərində olan açarla mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisəni törədərkən içkili olduğunu, avtomobili oğlurlamaq niyyətində olmadığını, Bakı şəhərinə işləmək üçün gəldiyini, Bakı şəhərində yaşamağa yeri olmadığından gündəlik kirayə evlərdə yaşadığını, xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-Baksol yolunda piyada olan zaman sərxoş vəziyyətdə olduğu üçün Dərnəgül market adlanan ünvanın yaxınlığına getmək üçün taksiyə yaxınlaşdığını, kafedə spirtli içki içdiyindən cibində 7-8 manat pul qaldığını, yaxınlaşdığı taksi qeyd olunan ünvana onu aparması üçün 15 manat pul istədiyini, üzərində o qədər pul olmadığından, həmin taksi ilə razılaşmadığını, "Legenda club” adlanan yerin yanından keçərkən arxa məhləyə keçdiyini, həmin məhəllədə çoxlu sayda avtomobil dayandığını gördüyünü, orada dayanan avtomobilərdən VAZ 21011 markalı avtomobilin pəncərəsinin açıq olduğunu və açarının üzərində olduğunu gördüyünü, ətrafa baxıb heç kəsin olmadığını görüb, gedəcəyi ünvana getmək üçün avtomobili işə salıb oradan Dərnəgül marketin yaxınlığına getdiyini, orada avtomobili saxlayaraq gecəni həmin avtomobilin işərisində yatdığını, səhər saatlarında yuxudan oyandıqdan sonra avtomobili idarə edib Binəqədi ərazisində tanımadığı ünvana apararaq orada saxladığını, avtomobilin sahibini əvvəlcədən tanımadığını, daha sonra 4-cü Polis Şöbəsinin əməkdaşları gəlib avtomobili götürdüklərini və onu saxladıqlarını, hazırda zərərçəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsiləndirilən şəxs son sözündə etdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və vurduğu zərəri tam ödədiyini qeyd edərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, etibarnamə əsasında aldığı VAZ 21011 markalı, **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vasitəsi ilə küçələrdən tullantı və ya satılan dəmirləri toplayıb alış mərkəzlərinə aparıb satmaqla məşğul olur. Həmin avtomobili etibarnamə əsasında X2 almışdır, və avtomobilin sənədi Bayramov Elşadın adına olsa da, avtomobilin faktiki mülkiyyətçisi özüdür, vaxtı olmadığı üçün avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 18:00 radələrində avtomobili yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Baksol yolu ünvanında yerləşən fərdi nömrəsiz evin qarşısında saxlamışdır. Avtomobilin açarı maşının işərisində olmuşdur. Avtomobil köhnə olduğundan avtomobilin qapıları kilidlənmədiyindən qapılarını bağlamamışdır. Avtomobili yaşadığı evin yanında saxlayıb evə getmiş, xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində evdən çıxıb işə getmək istədikdə avtomobili saxladığı yerdə aşkar etməmişdir. O, avtomobilin qaçırıldığına əmin olub DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobilini qaçıran Rəşid adlı şəxs 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılıbdır. Avtomobilinin heç bir hissəsi zədələnməmiş və oğurlanmamışdır. Verilmiş suallara cavab olaraq hazırda avtomobilin ona qaytarıldığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirirək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Şahid qismində dindirilmiş Binəqədi rayon polis idarəsinin 4-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ifadəsində göstərmişdir ki, 28 may 2024-cü il tarixdə saat 08 radələrində DİN-nin 102 xidmətindən Bakı şəhəri, Binəqədi rayonu, «Sevgi Palace» restoranının yaxınlığında Zərərçəkmiş şəxs məxsus VAZ 2101 markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Keçirilmiş təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində VAZ 2101 markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil 28 may 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, «Dərnəgül» yanında müəyyən edilmişdir. Həmin zaman avtomobilin içərisində adını sonradan bildiyi Təqsirləndirilən şəxs olmuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs avtomobilin sahibi olmadığını, avtomobili qaçırdığını, qalmağa yeri olmadığından və içkili olduğundan qaçırdığı avtomobildə yatdığını bildirmişdir. Bundan sonra avtomobili və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirib raport tərtib edərək araşdırmanın davam etdirilməsi üçün təhqiqatçı Emil Səfərova təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmış və icraata qəbul edilmişdir. hadisə yerinə baxış keçirilməsi haqqında 28 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidmətinə etdiyi müraciət ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-Baksol yolu, nömrəsiz fərdi evin qarşısında hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin iki ədəd foroşəkili baxış protokoluna əlavə edilmişdir. AD seriyalı 794921 nömrəli şəhadətnamədən görünür ki, 10EP690 dövlət qeydiyyat nişanlı VAZ 2101 minik markalı nəqliyyat vasitəsi X3 adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli ƏN-İX seriyalı 136054 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, 10EP690 dğvlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair X6 tərəfindən Zərərçəkmiş şəxs adına xx.xx.2024-cü il tarixədək sürücülük huququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri barədə etibarnamə verilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 09:45-də şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 10EP690 dövlət qeydiyyat nişanlı VAZ 2101 markalı nəqliyyat vasitəsinə saat 12:00-dan 13:15-dək baxış keçirilmiş və nəqliyyat vasitəsinin ön və arxadan olmaqla iki ədəd fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsiləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə qəsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin X4 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2014-cü il tarixdə Ağdam RPŞ-də barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan araşdırma üzrə Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsili bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzası 2 il 9 ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 2 azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Ağdam Rayon Məhkəmçəsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 186.2.2-ci maddələri ilə təqsili bilinərək həmin məcəllənin 66.2-ci maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 ay 15 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(013)-02/2020 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsili bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başanğıcı xx.xx.2019-cu ildən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqnda” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmiş və hadisə yerinin iki ədəd fotosu protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 10EP690 dövlət qeydiyyat nişanlı VAZ 2101 markalı nəqliyyat vasitəsi maddi sübut hesab edilərək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil berilməsi nəzərə alınmışdır. Ağdam RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Murad Behbudovun 26 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, icraatında olan Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirakına etiraz edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentabr 2024-cü il tarixli 1(001)- 485/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X1 Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs opna dəymiş ziyanı tam olaraq ödəmiş, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin Şəxsin cinayət məsuliyyətin azad edilməsi üçün əsas mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddənin qeydinin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən şəxsin bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi qeyd edilmişdir. Həmin qeyd Cinayət Məcəlləsinə 20 oktyabr 2017-ci il tarixli qanunla əlavə edilmiş, xx.xx.2017-ci il tarixdən isə qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir müddəası hazırkı halda təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır və eyni zamanda həmin müddəa qeyd edilən qanun qüvvəyə mindikdən və cinayət məcəlləsinə əlavə edildikdən sonra yaranan hallara şamil edilməlidir.Təqsirləndirilən şəxsin barəsində Ağdam RPŞ-də Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan araşdırma üzrə Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar həmin qeydin məcəlləyə daxil edilməsindən əvvəl, yəni xx.xx.2014-cü il tarixdə qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı halda təqsiləndirilən şəxsin barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci və Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilməsi mümkündür. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını dair ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 185.1ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində hazırkı cinayət işi üzrə seçilmiş “başqa yerə getməməmə haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut - “VAZ 2101” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və onun barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – “VAZ 2101” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar