Məhkəmə qərarları › İş №1(001)-486/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-486/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-486/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Örənqala kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş və özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 4a ünvanında yerləşən “Bayka” restoranında masanın üzərində qoyulmuş Zərərçəkmiş şəxs6 məxsus üzərində 15 manat dəyərində üzlüyü və daxilində 6 manat dəyərində mobil nömrəsi olan 1 ədəd 1.175 manat dəyərində “Samsung A73” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 1.196 (bir min yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 fevral 2023-cü il tarixdə "xxxx" MMC-dən icarəyə götürdüyü bir ədəd «Tufan CUB50S» markalı mopedin 800 manat müqabilində satışına dair internet şəbəkəsində «www.tap.az» saytında elan yerləşdirmiş və həmin gün saat 23 radələrində ünvan 3 ünvanında yerləşən 93 nömrəli tam orta məktəbin qarşısında qeyd olunan mopedi satın almaq istəyən müştəri Zərərçəkmiş şəxs4 özünü yalandan "xxxx" MMC-ə məxsus «Tufan CUB50S» markalı həmin mopedin mülkiyyətçisi kimi təqdim etməklə mopedi satın aldıqdan sonra 20-25 dəqiqə müddətində yaşadığı ünvandan mopedə dair sənədləri gətirib ona təqdim edəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün özünə məxsus şəxsiyyət vəsiqəsini ona nümayiş etdirib özgəsinə məxsus mopedin satışı müqabilində həmin pul vəsaitini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 fevral 2023-cü il tarixdə, saat 06 radələrində ünvan 4 ünvanında yerləşən “Altus” otelində 217 nömrəli otaqda kənar şəxslərin olmamasından və əylənmək bəhanəsi ilə həmin otelə dəvət etdiyi Zərərçəkmiş şəxs1 hamam otağında olmasından istifadə edərək qeyd olunan otaqda stolun üzərindən Zərərçəkmiş şəxs1 məxsus üzlüyündə 200 manat nağd pul vəsaiti olan 1 ədəd 1.600 manat dəyərində “iPhone 11” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1.800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 mart 2023-cü il tarixdə, saat 01 radələrində ünvan 5 ünvanında yerləşən “NRS” otelində əylənmək bəhanəsi ilə həmin otelə dəvət etdiyi Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək iş yoldaşından borc pul almaq üçün zəng etmək bəhanəsi ilə çölə çıxaraq bir neçə dəqiqə sonra geri qayıdıb qaytaracağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 1 ədəd 950 manat dəyərində “Samsung A33” markalı mobil telefonunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 950 (doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin fevral ayında internet vasitəsilə “Tik-tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs5 onu sevdiyinə və onunla ailə qurmaq niyyətində olduğuna inandırıb bir müddət sonra geri qaytaracağına dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2023-cü ilin fevral ayının sonlarından 17 mart 2023-cü il tarixədək Bakı şəhərində istintaqa məlum olmayan tarixdə və ünvanlarda 1500 manat pulunu, 16 mart 2023-cü il tarixdə, saat 23 radələrində isə onu evlənmək məqsədi ilə taksi avtomobili ilə Füzuli rayonuna aparacağına inandırıb Füzuli rayonuna çatdıqdan sonra geri qaytaracağına dair yalandan vəd verib aldatmaqla sonuncunun könüllü olaraq təqdim etdiyi anası Şahid2 məxus "xxxx" ASC-ə məxsus bank hesab kartından istifadə etməklə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən bankomatdan 300 manat məbləğində pul vəsaitini çıxarıb nağdlaşdıraraq ələ keçirmiş, nəticədə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə 1.800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 mart 2023-cü il tarixdə, saat 23 radələrində ünvan 7 ünvanında yerləşən «Nine» otelində 103 nömrəli otaqda əylənmək bəhanəsi ilə həmin otelə dəvət etdiyi X2 hamam otağında olmasından istifadə edərək qeyd olunan otaqda stolun üzərindən Zaida Məmmədovaya məxsus 540 manat dəyərində “X14 11” markalı mobil telefonu və pul qabının içərisindən 100 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb, zərərçəkmiş şəxs X3 ümumilikdə 640 (altı yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 8 ünvanında yerləşən “Labirint” restoranında masanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs8 məxsus içərisində 620 manat məbləğində pul vəsaiti olan 300 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 920 (doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi olaraq kuryer kimi işlədiyi Bakı şəhəri, ünvan 10 ünvana çatdıracağına dair yalandan vəd verib aldatmaqla həmin aptekdə əczaçı vəzifəsində işləyən Şahid3 22 oktyabr 2023-cü il tarixdə, saat 00:34-də ünvan 11 ünvanında yerləşən “Rahat supermarket” mağazasında yerləşirilmiş “Milliön” elektron ödəmə terminalı vasitəsilə onun təqdim etdiyi, Şahid4 məxsus 4098********8657 nömrəli bank hesab kartına köçürdüyü Zərərçəkmiş şəxs7 məxsus 800 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsi yaxınlığında Şahid4 almaqla ələ keçirib, Zərərçəkmiş şəxs7 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 178.2.2ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanında yerləşən “Bayka” restoranına xidmətçi kimi işə qəbul edilmiş, orada cəmi 3 gün işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində “Bayka” restoranında işləyən Zərərçəkmiş şəxs6 özünə məxsus “Samsung A73” markalı mobil telefonu bar masasının üzərinə qoyub oradan kənarlaşmışdı. O, bundan istifadə edərək həmin telefonu oradan götürüb restorandan uzaqlaşıb getmişdir. Daha sonra 20 yanvar metrostansiyası yaxınlığına gələrək telefonu mağazalardan birinə satmaq istəmiş, bu zaman mağazanın qarşısında bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və telefonu hansı qiymətə satdığını soruşmuşdur. O, həmin şəxslə bazarlıq edərək 220 manata satmışdır. Bundan başqa 01 fevral 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində fəaliyyət göstərən "xxxx" MMC-nin ofisinə gedib Bakıda kuryer kimi işləmək istədiyini bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim edərək icarə müqaviləsi bağladıqdan sonra aylıq 50 (əlli) manat icarə haqqı müqabilində bir il müddətinə «Tufan» markalı mopedi icarəyə götürmüşdür. Xərcləmək üçün pula ehtiyacı olduğundan elə həmin gün mopedi satmaq qərarına gəlib bu barədə internetdə saytında elan yerləşdirərək mopeddə 800 (səkkiz yüz) manat qiymət qoyub mobil telefon nömrəsi qeyd etmişdir. Həmin gün axşam saatlarında Sahib adlı şəxs ona zəng vurub həmin mopedi almaq istədiyini demiş və sonuncu ilə görüşmüşlər. Sahib mopedə baxıb bəyənərək mopedin sənədlərinin harada olduğunu soruşmuşdur. O, yalandan mopedin sənədlərini yaşadığı evdə unutduğunu bildirib uzağı 20-25 dəqiqəyə sənədləri gətirib ona təqdim edəcəyini vəd etmişdir. Bu zaman Sahibin şübhələndiyini görüb onu inandırmaq üçün öz şəxsiyyət vəsiqəsini çıxarıb ona təqdim edərək narahat olmaması üçün şəxsiyyət vəsiqəsinin fotoşəkilini çəkməsini təklif etmişdir. Sahib mobil telefonu ilə onun şəxsiyyət vəsiqəsinin fotoşəkilini çəkdikdən sonra mopedə görə ona 800 (səkkiz yüz) manat pul vermişdir. Pulu sayıb cibinə qoyduqdan sonra Sahibdən gözləməsini xahiş etmiş və 20-25 dəqiqə sonra mopedin sənədlərini yaşadığı evdən gətirib ona verəcəyini vəd edərək çıxıb getmişdir. Sahib mopedlə birlikdə onu gözləsə də, geri qayıtmamış və Sahibin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa 16 fevral 2023-cü il tarixdə axşam saatlarında bir müddət əvvəl təsadüfən tanış olduğu Bəsti adlı qadını birlikdə əylənmək və yeyib-içmək üçün Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Altus» otelinə dəvət etmişdir. Oteldə Bəsti ilə birlikdə 217 nömrəli otaqda gecələməyi qərara almışlar. 17 fevral 2023-cü il tarixdə səhər saat 06 radələrində Bəstinin çimmək üçün hamam otağına keçməsindən istifadə edib otaqda stolun üzərində olan ona məxsus «iPhone 11» markalı mobil telefonu götürüb oğurlayaraq sakitcə oteli tərk etmişdir. Elə həmin gün, yəni 17 fevral 2023-cü il tarixdə həbs olunacağından qorxub Bəstiyə məxsus «iPhone 11» markalı mobil telefonu sındırıb tullamışdır. Bundan başqa 12 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərində təsadüfən tanış olduğu Rəsmiyyə adlı qadını əylənmək üçün Nərimanov rayonu, M.Nərimanov küçəsində yerləşən «NRS» otelinə dəvət etmişdir. Bir neçə saat oteldə Rəsmiyyə ilə birlikdə əyləndikdən sonra 13 mart 2023-cü il tarixdə gecə saat təxminən 02 radələrində Rəsmiyyə gecəni onunla birlikdə keçirdiyi üçün ondan 300 (üç yüz) manat pul istəmişdir. Etiraz etidiyi üçün aralarında mübahisə yaranmış və bu səbəbdən oteli tərk etmişdir. Rəsmiyyənin hər hansı əşyasını, pulunu və mobil telefonunu oğurlamamışdır. Bundan başqa Zərərçəkmiş şəxs5 ilə 2023-cü ilin fevral ayında «Tiktok»da tanış olmuşdur. Tanışlıqdan bir neçə gün sonra Amiləyə ondan xoşlandığını və onunla ailə qurmaq istədiyini bildirib görüşməyi təklif etmişdir. Amilə də ondan xoşlandığı üçün həmin ərəfələrdə Bakı şəhərində hazırda ünvanını və adını xatırlamadığı oteldə görüşüb cinsi əlaqədə olmuşlar. Həmin ərəfələrdə xərcləmək üçün pula ehtiyacı olan zaman Amilədən müxtəlif məbləğrdə borc pul alıb özü üçün xərcləmişdir. 16 mart 2023-cü il tarixdə gecə saatlarında Amiləyə zəng vurub ailə qurmaq üçün birlikdə Füzuli rayonuna getməyi təklif etmişdir. Amilə razılaşmış və birlikdə Füzuli rayonuna getmək bəhanəsi ilə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə Amiləni Xətai rayonu, NZS qəsəbəsində yerləşən yaşadığı evdən götürüb Nərimanov rayonuna aparmışdır. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində avtomobili saxlatdırıb Füzuli rayonuna getmək üçün Amiləyə 300 (üç yüz) manat pula ehtiyac olduğunu demişdir. Bu məqsədlə Amilə həmişə öz üzərində gəzdirdiyi anasına məxsus pensiya kartını ona verib kartın balansında olan 300 (üç yüz) manat pulu çıxarıb götürməsini təklif etmişdir. Həmin kartdan 300 (üç yüz) manatı çıxarıb cibinə qoymuşdur. Bundan sonra Amiləni bəhanə ilə NZS qəsəbəsində yeləşən yaşadığı evə aparıb taksidən düşürdükdən sonra çıxıb getmişdir. Amilə tez-tez zəng edərək onu bezdirdiyi üçün sonradan onunla əlaqə və ünsiyyəti kəsmişdir. Bundan sonra Zaida adlı Qusar şəhər sakini ilə 2023-cü ilin mart ayının ortalarında internetdə tanış olmuşdur. Tanşılıqdan bir neçə gün sonra Zaida onun dəvəti ilə Qusar şəhərindən Bakı şəhərinə gəlmişdir. Bir neçə saat Zaida ilə birlikdə gəzişdikdən sonra Zaidanın telefonunu ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə onu birlikdə əylənmək bəhanəsi ilə Nərimanov rayonu, Kral Hüseyn küçəsində yerləşən «Nine» otelinə dəvət etmişdir. Zaida ilə birlikdə təxminən saat 22 radələrində «Nine» otelinə getmişlər. Orada saat 23 radələrində birlikdə gecələdikləri otaqda Zaidanın çimmək üçün hamam otağına keçməsindən istifadə edib otaqda stolun üzərində olan Zaidaya məxsus «X14 11» markalı mobil telefonu götürüb oğurlayaraq sakitcə oteli tərk etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə tap.az elan səhifəsində işçi elanı ilə bağlı qeyd edilən nömrə ilə əlaqə saxlayıb işə qəbul olmaq istədiyini bildirmişdir. Həmin şəxs onu restorana dəvət etmişi və həmin şəxslə şərtləri danışmışlar. Şərtlərlə razılaşdıqdan sonra ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş və ona bildirmişdir ki, şəxsiyyətini təsdiq edən sənədi yoxdur, əvəzində sürücülük vəsiqəsini verə bilər. Növbəti gün yəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o restorana gələrək nəzarətçi Ayhan adlı şəxsin oraya gəlməsini gözləmişdir. O, kassanın yaxınlığında oturmuş və kassanın yanında pul kisəsi olduğunu görmüşdür. Ətrafa göz gəzdirmiş və heç kəsin baxmadığını gördükdən sonra pul kisəsini götürüb oradan uzaqlaşıb getmişdir. Daha sonra pul kisəsinin içərisinə baxdıqda orada 600 manat pul olduğunu görmüşdür. Həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra yenə də iş elanı ilə bağlı xx.xx.2023-cü il tarixdə tap.az elan səhifəsində olan elanla bağlı zəng vurmuş və “Dərmançı” aptekə kuryer kimi qəbul olunmaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o həmin şəxslə görüşərək iş şərtlərini danışmışlar və həmin şəxs ondan şəxsiyyətini təsdiq edən sənəd istədikdə, şəxsiyyət vəsiqəsinin asan xidmət mərkəzində olduğunu bildirirək növbə kağızını həmin şəxsə göstərmişdir. Onlar şərtlərdə razılaşmış və o xx.xx.2023-cü il tarixdə qeyri-rəsmi işə başlamışdır. O əvvəlcə bir neçə sifarişi ünvanlara çatdırmışdır. Daha sonra aptekin nəzarətçisi Zaur adlı şəxs ona zəng vuraraq şirkətə pul çatdırmaq lazım olduğunu bildirmiş və ondan kart göndərməyini istəmişdir. O tanışı Şahid4 məxsus kartı göndərmiş və Zaur həmin karta 800 manat pul göndərmişdir. Növbət gün yəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o Dilarə ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, avtovağzal dairəsi yaxınlığında görüşərək 800 manat pulu Dilarədən götürmüşdür. Dilarə ondan nə pul olduğunu soruşduqda o, işlə bağlı olan pul olduğunu demişdir. Dilarədən pulu aldıqdan sonra öz şəxsi ehtyacları üçün xərcləmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ildən etibarən tanımışdır. Röyal 17 mart 2023-cü il tarixdə Bakı şəhərindən Qusar rayonuna yaşadığı ünvana gəlmişdir. Röyal ondan xoşlandığını və onunla ailə qurmaq niyyətində olduğunu bildirib həmin gecə onun evində qalmışdır. Növbəti gün, yəni 18 mart 2023-cü il tarixdə Röyal səhər saatlarında onunla sağollaşıb Bakıya getmişdir. Röyal Bakıya yola düşdükdən sonra ona sms yazaraq Bakı şəhərində onunla görüşmək istədiyini bildirmişdir. Razılaşaraq həmin gün saat 19 radələrində taksi avtomobili ilə Qusar rayonundan Bakı şəhərinə yola düşmüşdür. Saat 21 radələrində Röyalla «Nine» otelində görüşmüşlər. Otaqda olan zaman Röyal onun icazəsi ilə mobil telefonunu götürərək tanımadığı yaşlı bir kişi ilə «WhatsApp» proqramı vasitəsilə onun haqqında görüntülü danışaraq onunla ailə qurmaq istədiyini bildirmişdir. Röyaldan həmin şəxsin kim olduğunu soruşduqda Röyal həmin şəxsi qohumu kimi təqdim etmişdir. Saat 23 radələrində özünə məxsus «X14 11» markalı mobil telefonu və pul qabını stolun üstünə qoyub əl-üzünü yumaq üçün hamam otağına keçmişdir. Röyal isə otaqda əyləşib onu gözlədiyini demişdir. Təxminən 10-15 (on-on beş) dəqiqə sonra əl-üzünü yuyub hamamdan çıxan zaman Röyalın çıxıb getdiyini görmüşdür. Bu zaman narahat olaraq stolun üstünə baxdıqda özünə məxsus «X14 11» markalı mobil telefonunun yerində olmadığını görüb Röyalın telefonu oğurladığını başa düşmüşdür. Stolun üstündə olan pulqabını açıb içərisinə baxdıqda Röyalın pulqabında olan 100 (bir yüz) manat pulunu da götürüb oğurladığını aşkar etmişdir. Cəld birinci mərtəbəyə düşüb qeydiyyat bölməsində işləyən şəxsdən Röyalın barəsində soruşduqda həmin şəxs Röyalın bir qədər əvvəl ona mağazaya getdiyini bildirərək oteli tərk etdiyini demişdir. Səhərə qədər oteldə qalıb Röyalı gözləmiş, lakin Röyal gəlib çıxmamışdır. Ona görə də səhər saatlarında oteli tərk edib Qusar rayonuna qayıtmışdır. 23 mart 2023-cü il tarixdə hadisə ilə bağlı «102» xidmətinə şikayət etmişdir. Dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, ondan pulunu tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayından etibarən tanımışdır. Tanışlıqdan bir neçə gün sonra Röyal onu sevdiyini və onunla ailə qurmaq niyyətində olduğunu bildirib görüşməyi təklif etmişdir. Razılaşmış və Röyalla ilk dəfə 2023-cü ilin fevral ayının sonlarında Bakı şəhəri dənizkənarı bulvar ərazisində görüşüb yaxından tanış olmuşlar. Bu görüşdən 2-3 gün sonra Xətai rayonda yerləşən adını xatırlamadığı oteldə Röyalla növbəti dəfə görüşüb cinsi əlaqədə olmuşlar. Növbəti gün Röyal «WhatsApp» vasitəsilə ona zəng edərək bir-iki həftə sonra qaytaracağını vəd etməklə ondan 400 manat borc pul istəmişdir. Etiraz etməyib razılaşaraq anası Şahid2 özünə pal-paltar almaq bəhanəsi ilə 400 manat pul alıb elə həmin gün Röyalla vermişdir. Bu minvalla 16 mart 2023-cü il tarixədək Röyal ondan Bakı şəhərində hazırda xatırlamadığı müxtəlif tarixlərdə və ünvanlarda hissə-hissə olmaqla ümumilikdə 1500 manat pul almışdır. 16 mart 2023-cü il tarixdə günorta saatlarında Röyal «WhatsApp» vasitəsilə ona zəng edərək ailə qurmaq məqsədi ilə gecə ona qoşulub birlikdə yaşadığı Füzuli rayonuna getməyi təklif etmişdir. Röyalı sevdiyi üçün razılaşmışdır. Həmin gecə saat 23 radələrində Röyal yaşadığı ünvana gəlmiş, o, valideynlərindən gizlin Röyalla görüşüb onun gəldiyi taksi avtomobilinə əyləşmişdir. Avtomobilə əyləşən zaman Röyal təcili 300 manat pula ehtiyacı olduğunu bildirib Füzuliyə çatdıqdan sonra qaytaracağını vəd edərək ondan 300 manat borc pul istəmişdir. Röyala inandığı üçün etiraz etməyib razılaşaraq evdən çıxarkən hər ehtimala qarşı anası Xanımın icazəsi ilə özü ilə götürdüyü ona məxsus balansında 300 manat pul olan "xxxx" ASC-yə aid plastik bank kartını Röyala vermişdir. Röyal kartı ondan aldıqdan sonra taksi sürücüsünə avtomobili Nərimanov parkına sürməsini söyləmişdir. Sürücü avtomobili Nərimanov parkına sürmüşdür. Orada Röyal avtomobili tərk edib ondan kartın parolunu soruşaraq yaxınlıqdakı bankomata doğru getmişdir. Orada Röyal anası Xanıma məxsus bank kartını bankomata daxil edib balansındakı 300 manat pulu çıxarıb götürərək geri qayıtmışdır. Röyal avtomobilə əyləşdikdən sonra taksi sürücüsünə avtomobili NZS qəsəbəsinə onun yaşadığı ünvana sürməsini söyləmişdir. Bunu eşidib Röyala etirazını bildirdikdə Röyal anasının bank kartını ona verib təkidlə kartı anasına qaytarmağı tələb edərək məhz bundan sonra birlikdə Füzuli rayonuna yola düşəcəklərini bildirmişdir. Daha etiraz etməyib razılaşmışdır. Bundan sonra Röyal taksi avtomobili ilə onu yaşadığı ünvana aparmışdır. Orada avtomobili tərk edib bank kartını anasına vermək üçün yaşadığı evə daxil olmuşdur. Təxminən 5-6 dəqiqə sonra geri qayıtdıqda taksi avtomobilinin küçədə olmadığını və Röyalın artıq çıxıb getdiyini görmüşdür. Narahat olub «WhatsApp» vasitəsilə Röyala zəng edərək harada olduğunu soruşmuşdur. Röyal təcili getməli olduğunu bildirib geri qayıdacağını vəd etmiş, lakin bir neçə saat gözləsə də, Röyal geri qayıtmamışdır. Bundan sonra Röyalın onu aldatdığını başa düşüb yaşadığı evə qayıtmışdır. Sonradan bir neçə dəfə Röyala zəng vuraraq pulunu qaytarmasını tələb etsə də, Röyal onu söyüb təhqir edərək pulunu qatarmaqdan imtina etmişdir. Bir müddət sonra isə Röyal ümumiyyətlə onun telefon zənglərinə cavab verməmişdir. Röyal borc adı ilə bir müddət sonra geri qaytaracağını vəd edib onu aldadaraq ümumilikdə 1800 manat pulunu ələ keçirmişdir. Bu səbəbdən Röyalın barəsində «102» xidmətinə zəng edib şikayət etmişdir. Dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, ondan pulunu tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanında yerləşən “Bayka” restoranında təxminən 1 ay ərzində barmen işləmişdir. Restoranda Röyal adlı şəxs də işləmişdir. 08 iyul 2022-ci il tarixdə saat 16 radələrində ö özünə məxsus 01 ədəd “Samsung Galaxy A73 5G” markalı, masanını üzərinə qoymuşdur. Daha sonra o nahar etmək üçün Röyalı axtarmış, tapa bilməmiş, Röyala zəng etmək üçün telefonu götürmək istəmiş, lakin telefonun yerində olmaıdğını müəyyən etmişdir. Sonradan restoranın kamerasına baxdıqda Röyalın mobil telefonu götürüb getdiyini görmüşdür. Bundan sonra polisə şikayət etmişdir. Dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, ondan pulunu tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü ildən etibarən tanımışdır. O “Dərmançı” apteklər şəbəkəsinin müdiri işləmişdir. Aptekin Ak.H. Əliyev küçəsi 9 ünvanında yerləşən Nəsimi filialına kuryer xidmətinə işə qəbul üçün Tap.az elan səhifəsinə elan yerləşdirmişdir. Elanla bağlı xx.xx.2023-cü il tarixdə bir nəfər tanımadığı şəxs zəng vurmuş və işə qəbul olmaq istədiyini bildirmişdir. O həmin şəxsdən sənədlərin qaydasında olub-olmadığını soruşmuş, həmin şəxs isə şəxsiyyət vəsiqəsinin Asan Xidmətdə olduğunu bildirmiş və növbə qəbzinin şəklini ona göndərmişdir. xx.xx.2023-cü il tarixdə o həmin şəxsi iş görüşməsinə dəvət etmiş və onunla Nərimanov rayonu, Ə.Rəcəbli 2/1 ünvanında görüşüb işlə bağlı şərtləri müzakirə etmişlər. O həmin şəxsə bütün iş şərtlərini bildirmiş və həmin şəxs razılaşmışdır. Daha sonra o Röyaldan kuryer işləyəcəyi üçün mopedi olub-olmadığını soruşmuş və Röyal mopedin hal-hazırda təmirdə olduğunu və xx.xx.2023-cü il tarixdə təmirdən çıxaracağını bildirmişdir. Röyal xx.xx.2023-cü il tarixdə işə başlamışdır. İlk əvvəl üç sifarişin ünvanlara çatdırılmasını həyata keçirmiş və müştərilərin nağd ödənişlərini onlara təqdim etmişdir. Həmin gün apteklərin nəzarətçisi Zaur adlı şəxsə zəng vurub H.Əliyev 9 nüvanında yerləşən Nəsimi filialından aptekin kassasında olan iri pulları götürməsini demiş, Zaur da bildirmişdir ki, götürər. Növbəti gün, o, tanış Radik adlı taksi sürücüsünə demişdir ki, başqa yerdən dərman var onu götürüb Nəsimi filialına çatdırsın və oradan 800 manat pulu götürüb dərmanı götürdüyü yerə versin. Radik adlı taksi sürücüsü ona zəng vurub demişdir ki, aptekdə deyiblər ki, kassada pul yoxdur. O Zaura zəng vurub bu barədə soruşmuş və Zaur demişdir ki kassadan ümumi 2000 manat götürüb və 800 manat pulu Röyala göndərib ki dərmanın pulunu çatdırsın. Lakin daha sonra dəfələrlə rlərlə Röyala zəng vursa da telefonu söndürüldüyü üçün onu tapmaq mümkün olmamış və onualdatdığını bildikdən sonra bu barədə polisə şikayət etmişdir. Dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, ondan pulunu tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdən tanımışdır. O xx.xx.2023-cü il tarixədək Nərimanov rayonunda yerləşən “Labirint” restoranında nəzarətçi işləmişdir. Tap.az elan səhifəsinə işçi axtarışı ilə bağlı elan yerləşdirmişdir. Elanla bağlı xx.xx.2023-cü il tarixdə bir nəfər tanımadığı şəxs zəng vurmuş və o həmin şəxsi işlədiyi restorana işlə bağlı danışmaq üçün dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında həmin şəxs restorana gəlmiş və o həmin şəxsə işin şərtlərini bildirdikdən sonra razılaşmışlar. Daha sonra bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə sənədlərini götürüb gəlsin işə başlasın. Özünü Röyal həmçinin “Miri” kimi təqdim edən şəxs ona demişdir ki şəxsiyyətini təsdiq edən sənəd yoxdur, onun əvəzinə sürücülük vəsiqəsini gətirsin. O da bildirmişdir ki, gətir problem yoxdur. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Röyal saat 14:00-da restorana gələrək onun ora gəlməyini gözləmişdir. Röyal həmin ərəfədə kassanın yaxınlığında olan pul kisəmi götürüb restorandan uzaqlaşıb getmişdir. Pul kisəsinin içərisində 620 manat pul olmuşdur. Onun işə gəlməyinə 5 dəqiqə qalmış işçilərdən bir nəfər ona zəng vuraraq demişdir ki pul kisəsi kassanın yanında yoxdur. Görüntülərə baxan zaman məlum olmuşdur ki, pul kisəsini yeni işçi adı ilə gələn Röyal adlı şəxs oğurlayıb gedir. Dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, ondan pulunu tələb edir. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kuryer xidməti üçün moped və motosikletlərin icarəyə verilməsi və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 01 fevral 2023-cü ildən etibarən tanımışdır. 01 fevral 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ofisinə müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim etməklə bir ədəd moped icarəyə götürmək istədiyini bildirmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs ilə icarə müqaviləsi bağlayaraq ona markalı mopedi aylıq 50 (əlli) manat icarə haqqı müqabilində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə vermişdir. Təqsirləndirilən şəxs mopedi icarəyə götürərkən Bakı şəhərində kuryer kimi fəaliyyət göstərəcəyini bildirsə də, həmin gün ona icarəyə verilmiş mopedə quraşdırılmış nəqliyyat vasitələrini izləmək və nəzarət etmək üçün istifadə olunan GPS cihazı vasitəsilə mopedin hərəkət trayektoriyasını yoxladıqda mopedin gün ərzində çox qısa məsafə qət etdiyini görüb nə baş verdiyini aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs mobil telefonuna zəng vurmuşdur. Bir neçə dəfə zəng vurmasına baxmayaraq, Röyal telefon zənglərinə cavab verməmişdir. Bir neçə gün sonra GPS cihazı vasitəsilə mopedin yerini müəyyənləşdirərək mopedin ünvan 17 ünvanında olmasını müəyyən edib həmin ünvana getmişdir. Həmin ünvanda Təqsirləndirilən şəxs icarə verilmiş mopedin Zərərçəkmiş şəxs4 olduğunu aşkar edib müvafiq sənədləri ona təqdim edərək mopedi ondan təhvil almışdır. Zərərçəkmiş şəxs4 həmin mopedi nə vaxt və kimdən əldə etdiyini soruşduqda o, 01 fevral 2023-cü il tarixdə gecə saatlarında Nərimanov rayonunda yerləşən 93 nömrəli orta məktəbin qarşısında Röyalın mopedi ona 800 manata satdığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Röyalı çoxdan tanıyır. xx.xx.2023-cü il tarixdə Röyalın xahişi il o özünə məxsus bank kartının nömrəsini Röyala göndərmiş, sonradan kartın balansına 800 manat pul kçürülmüş və xx.xx.2023-cü il tarixdə Röyalla Biləcəri dairəsinin yaxınlığında görüşüb 800 manat pulu Röyala vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, «Dərmançı» Apteklər Şəkəbəsinin işləyir, hazırda ünvan 19 ünvanında fəaliyyət göstərən «Dərmançı» aptekin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayından «Dərmançı» Apteklər Şəbəkəsində kuryer işlədiyi vaxtdan tanıyır. Təqsirləndirilən şəxs işə «Dərmançı» Apteklər Şəbəkəsinin müdiri Zərərçəkmiş şəxs7 götürmüşdür. Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə səhər saatlarında onun iş yerinə gələrək 800 manat pulu ondan təhvil almalı və aptek deposuna gedərək həmin pulu orada ödəyib sifariş verilmiş dərman vasitələrini götürüb onlara gətirməli olmuşdur. Bu barədə 21 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs7la telefonla danışarkən ona tapşırmışdı ki, Röyala 800 manat pul versin. Bu məqsədlə də o, Röyalın mobil nömrəsinə zəng vuraraq əlaqə saxlamış, Röyal «WhatsApp» proqramı vasitəsilə ona «Leobank»a aid kart nömrəsini sms şəklində yazaraq göndərmişdir. O, 22 oktyabr 2023-cü il tarixdə gecə saatlarında «Rahat» supermarketə gəlib orada olan «E-manat» ödəmə terminalında Royalın ona göndərdiyi bank kartına 800 manat pul göndərmişdir. 22 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs7la telefonla danışarkən o, Röyalın pulu ələ keçirdiyini demişdir. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə olan oğurluq hadisəsi ünvan 8 ünvanda yerləşən “Labirint” restoranında baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, həmin Məcəllənin 177.2.2 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və X4 müraciətləri əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə olan oğurluq hadisəsi ünvan 20 ünvanda yerləşən “Altus” otelində baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə olan oğurluq hadisəsi ünvan 21 ünvanda yerləşən “Nine” otelində baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30-da cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 465/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, sonuncu məhkəmə iclas zalından azad olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış material CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə olan oğurluq hadisəsi ünvan 22 ünvanda baş vermişdir. xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, X8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X8 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti əsasında toplanmış material CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3788 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların komplektləşdirilməsinə aid olan aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1350,00 manat müəyyən edilir. O cümlədən: 1 ədəd “İphone 11” markalı mobil telefon – 650,00 manat, 1 ədəd “Samsung” A 33 markalı mobil telefon 350,00 manat, 1 ədəd “X14 11” markalı mobil telefon 350,00 manat. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da cinayət işi üzrə tutulmuşdur. xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs5 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti əsasında fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2022-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanında yerləşən “Bayka” restoranında baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CMin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum oilunmamışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:00-da saxlanılaraq Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanında yerləşən “Bayka” restoranında baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən disk götürülərək baxış keçirilmiş və bir nəfər şəxsin bar masasının arxa hissəsinə yaxınlaşaraq ətrafda heç kim olmamasından istifadə edib orada olan mobil telefonu götürüb həmin yeri tərk etməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntülərdəki şəxsin özü olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 müraciəti əsasında toplanmış material CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30-da saxlanılaraq Nərimanov RPİ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanında yerləşən “Labirint” restoranında baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən disk götürülərək baxış keçirilmiş və bir nəfər şəxsin restoranın kassasının yaxınlığında oturduqdan sonra orada olan pul kisəsini götürüb həmin yeri tərk etməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntülərdəki şəxsin özü olduğunu bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1727/2023 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaqa verdiyi ifadəsini təsdiq etməklə dələduzluq hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-123/2024 nömrəli qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 ay müddətinə uzadılmışdır. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununda dəyişikliklər və əlavələr edilməklə ona CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-355/2024 nömrəli qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirnin müddəti 02 ay uzadılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən 02 ədəd DVD formatlı disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-542/2024 nömrəli qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirnin müddəti 20 gün uzadılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il tarixdə doğulmuş bir azyaşlı uşağı - X7 vardır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə müraciət edərək ona elan edilmiş ittihamda birinci epizod üzrə müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs etiraf edici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs elan edilmiş 08 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 4a ünvanında yerləşən “Bayka” restoranında masanın üzərində qoyulmuş Zərərçəkmiş şəxs6 məxsus üzərində 15 manat dəyərində üzlüyü və daxilində 6 manat dəyərində mobil nömrəsi olan 1 ədəd 1.175 manat dəyərində “Samsung A73” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 1.196 (bir min yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodu üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. CM-in 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən yeddi keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın 1-ci epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilməsi barədə razılığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə 1-ci epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 1.196 (bir min yüz doxsan altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq əməlini 08 iyul 2022-ci mil tarixdə törətdiyindən, onun qeyd edilən 1-ci epizod üzrə əməli CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır və həmin əmələ görə də cinayət məsuliyyətinə cəlb etmə müddəti iki il olduğundan hazırda CM-in 75.1.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs verilmiş ittihamın zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 1.196 (bir min yüz doxsan altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq etməsi epizodu üzrə CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən həmin epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs verilmiş ittihamın birinci epizodu üzrə cinayət təqibinə xitam verildiyindən təqsiləndirilən şəxsə 2-ci epizod üzrə, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu 01 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodundan təkrarlıq müddəası da çıxarılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, digər əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 178.2.2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını, cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 178.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarix 01:00-dan xx.xx.2023-cü il tarixədək 2 (iki)) gün, xx.xx.2023-cü il tarix saat 13:30-dan xx.xx.2023-cü il tarix saat 18:50-dək 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün, cəmi 5 (beş) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1727/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-355/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay uzadılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 542/2024 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 20 gün uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 dekabr 2023-cü il tarixdən hal hazıradək həbsdə saxlanılır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki)) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün, cəmi 5 (beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs verilmiş ittihamın Zərərçəkmiş şəxs6 ümumilikdə 1.196 (bir min yüz doxsan altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq etməsi epizodu üzrə o, müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ona elan edilmiş ittihamdan təkrarən sözü xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 6 (altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 2 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar