Məhkəmə qərarları › İş №1(001)-487/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-487/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-487/2023 29.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs «X7» MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.1980-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə 02 ilə endirilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladı olan, (1 (bir) yetkinlik yaşına çatmayan övladı onkoloji xəstəlikdən əziyyət çəkən) işləməyən, ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair və xx.xx.1987-ci ildə Laçın rayonu, Alıqulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, (həyat yoldaşı hamilə), işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, Laçın rayonu, Alıqulu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 2-ci döngə yeni tikilidə yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 20 dekabr 2022-ci il tarixdə saat 10 radələrində «X7» şirkətinin inzibati ərazisi olan 1-ci mədənin 5-ci sahəsini əhatə edən hasara yaxınlaşıb orada 151454 saylı quyunun yaxınlığında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Elnur Əmrəliyev yerdən götürdüyü dəmir parçası ilə boruların bir birinə qaynaq edilmiş hissəsinə vurmuş, o isə fiziki güc tətbiq edərək əlləri ilə ayrı hissələrə bölünmüş boruları dartıb qopararaq ümumilikdə 73 mm diamterli 57, 5 metr uzunluğunda dəmir borunu və ümumilikdə 7/8x25 mm diametrli 200 metr uzunluğunda mili qoparıb hasarın yanına yığmış, 73 mm diamterli 57, 5 metr dəmir borunun 32.5, metrini 7/8x25 mm diametrli 200 metr uzunluğunda mili gizli taladıqdan sonra həmin günü saat 18 radələrində boruların qalan 73 mm diamterli 25 metr hissəsini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, birlikdə zərərçəkmiş hüquqi şəxs X7 şirkətinə ümumilikdə 1,407 (bir min dörd yüz yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 20 dekabr 2022-ci il tarixdə saat 10 radələrində «X7» şirkətinin inzibati ərazisi olan 1-ci mədənin 5-ci sahəsini əhatə edən hasara yaxınlaşıb orada 151454 saylı quyunun yaxınlığında əvvəlcədən aralarında olan razılaşmaya əsasən o yerdən götürdüyü dəmir parçası ilə boruların bir birinə qaynaq edilmiş hissəsinə vurmuş, Təqsirləndirilən şəxs2 isə fiziki güc tətbiq edərək əlləri ilə ayrı hissələrə bölünmüş boruları dartıb qopararaq ümumilikdə 73 mm diamterli 57, 5 metr uzunluğunda dəmir borunu və ümumilikdə 7/8x25 mm diametrli 200 metr uzunluğunda mili qoparıb hasarın yanına yığmış, 73 mm diamterli 57, 5 metr dəmir borunun 32.5, metrini 7/8x25 mm diametrli 200 metr uzunluğunda mili gizli taladıqdan sonra həmin günü saat 18 radələrində boruların qalan 73 mm diamterli 25 metr hissəsini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, birlikdə zərərçəkmiş hüquqi şəxs X7 şirkətinə ümumilikdə 1,407 (bir min dörd yüz yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 -ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də özünə məxsus «Kia-Rio» markalı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən iki ildir tanıyır, belə ki, onunla qonşu olmuş, münasibətləri normal olmaqla aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, Elnur ailəli olmuş, əvvəllər məhkum olunmamış, heç bir yerdə işləməmiş, lakin qardaşına məxsus «Saipa» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Eləcə də o, göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə səhər saat 10 radələrində qonşusu Təqsirləndirilən şəxs1lə birlikdə onun idarə etdiyi «Saipa» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə evə gedərkən «X7» şirkətinin inzibati ərazisi olan 1-ci Mədən 5-ci sahədə olan quyunun yaxınlığından keçərkən 73 mm diametrli təxminən 50-60 metr uzunluğunda dəmir borunun və 7/8x25 mm diametrli təxminən 200 metr uzunluğunda milin olmasını və bir-birinə yüngül qaynaq edilməsini görmüş, həmin turbalar bir, iki və üç metrəlik olmuş, yəni turbalar hissəhissə bir-birinə yüngül qaynaq edilmiş, bu zaman Elnura həmin turbaları qaynaqdan qoparıb oğurlamağı və maşına qoyub apararaq metal qəbulu yerlərindən birinə satıb pul qazanmalarını təklif etmiş, Elnur da onunla razılaşmış və ətrafda heç kəsin olmadığını görüb maşını saxlamış, hər ikisi maşından düşüb köməkləşərək dəmir turbaları və milləri qaynaqdan qoparmış, belə ki, Elnur yaxınlıqdan tapdığı dəmir parçası ilə turbaların qaynaq olunduğu yerə zərbə ilə vurmuş, özü isə güc göstərib turbaları özünə tərəf dartıb çəkməklə yüngül qaynaq edilmiş yerlərindən asanlıqla qoparmış, sonra həmin turbaları və milləri səliqə ilə hasarın çöl tərəfində bir yerə yığmış, daha sonra turbaların və millərin bir hissəsini köməkləşərək Elnurun idarə etdiyi avtomobilin yük yerinə qoymuş, baqaj bağlanmadığı üçün Elnur maşını asta sürətlə sürərək oradan uzaqlaşmış və yolüstü «Emin» adlı şəxsin işlətdiyi Binəqədi şossesində yerləşən metal qəbulu məntəqəsinin qarşısında maşını saxlamış, orada Elnurla birlikdə köməkləşib turbaları baqajdan düşürb həmin metal qəbulu məntəqəsinə aparmış, Eminə həmin turbaları tapdıqlarını və satmaq istədiklərini deyib kiloqramını 0,40 qəpikdən razılaşmış, turba 150 kq olduğu üçün Emin ona cəmi 60 (altmış) manat pul vermiş, sonra oradan uzaqlaşmış və həmin məbləği Elnurla tən yarı bölmüş, hərəsinə 30 manat pul düşmüş, həmin vaxt Elnurla «X7» şirkətinin inzibati ərazisi olan 1-ci Mədən 5-ci sahədə olan quyunun yaxınlığında hasarın dibinə qaynaqdan qoparıb yığdıqları qalan turbaları da axşam gedib oğurlayıb satmaq qərarına gəlmişdir. Bundan başqa o, göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə axşam saat 18-19 radələrində Elnurla birlikdə yenə də onun idarə etdiyi Saipa» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə «X7» şirkətinin inzibati ərazisi olan 1-ci Mədən 5-ci sahədə olan quyunun yaxınlığına gəlmiş və çöl tərəfdən hasarın dibinə səliqə ilə yığdıqları 73 mm diametrli dəmir turbanın qalan hissəsini də götürmüş, həmin turbalar da bir, iki və üç metrəlik olmuş, hər ikisi maşından düşüb köməkləşərək dəmir turbaların qalan hissəsini də Elnurun idarə etdiyi avtomobilin yük yerinə yığmış, sonra Elnur maşını sürərək oradan uzaqlaşmış və bu dəfə də «Emin» adlı şəxsin işlətdiyi Binəqədi şossesində yerləşən metal qəbulu məntəqəsinə getmiş, orada Elnurla birlikdə turbaları baqajdan düşürb həmin metal qəbulu məntəqəsinə aparmış, Emin adlı şəxs turbaları tərəzidə çəkmiş və bu dəfə də 0,40 qəpikdən olmaqla turba 100 kq gəldiyi üçün Emin ona cəmi 40 (qırx) manat pul vermiş, həmin məbləği Eminlə bölmək istəyərkən «X7» şirkətinin əməkdaşları onları yaxalamış və polisə məlumat vermiş, sonra satdıqları turbanı geri götürmüş və 40 manatı qaytarmış, polislər onları və turbaları götürüb Binəqədi RPİ-nin 6-cı PB-nə aparmış, orada törətdikləri cinayət əməlini etiraf etmişdir. Daha sonra o, göstərmişdir ki, oğurladıqları turbanın «X7» şirkətinə məxsus olmasını bilmiş, «X7» şirkətinə məxsus dəmir turbanı gördükdə qaynaqdan qoparıb sataraq qazanc əldə etmək barədə Elnura təklif etmiş, Elnur da onunla razılaşmış, əvvəllər Emin adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə dəmir aparıb satmamış, lakin əvvəllər məişət tullantıları olan sellofan torbalar, enerji içkiləri qabları və plastmas əşyalar aparıb satmış, Emin adlı şəxsə satdıqları dəmir turbaların və millərin «X7» şirkətinə məxsus olmasını və oğurladıqlarını bildirməmiş, əksinə Emini aldadıb özlərinə məxsus olmasını və tapdıqlarını bildirmiş, Emin də onları tanıdığına görə inanıb həmin oğurluq turbaları onlardan almışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 02 (iki) azyaşlı övladının olduğunu, övladlarından birinin onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ailənin yeganə qazanc gətirən şəxs olmasını, oğurlanmış boruların qaytarılmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də təxminən on ilə yaxındır Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən iki ildir tanıyır, belə ki, onunla qonşu olmaqla münasibətləri normal olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, Elşən ailəli olmuş, əvvəllər məhkum olunmuş, heç bir yerdə işləməmiş, lakin əvvəllər öz maşını ilə taksi fəaliyyəti ildə məşğul olmuş, hazırda isə işsizdir. Eləcə də o, göstərmişdir ki, təxminən iki ay əvvəl qardaşı Elməddinə məxsus ağ rəngli, «Saipa» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Eləcə də o, göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə səhər saat 10 radələrində qonşusu Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi «Saipa» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə evə gedərkən «X7» şirkətinin inzibati ərazisi olan 1-ci Mədən 5-ci sahədə olan quyunun yaxınlığından keçdikdə orada 73 mm diametrli təxminən 50-60 metr uzunluğunda dəmir borunun və 7/8x25 mm diametrli təxminən 200 metr uzunluğunda milin olmasını və bir-birinə yüngül qaynaq edilməsini görmüş, həmin turbalar bir, iki və üç metrəlik olmuş, bu zaman Elşən həmin turbaları qaynaqdan qoparıb oğurlamağı və maşına qoyub apararaq metal qəbulu yerlərindən birinə satıb pul qazanmağı təklif etmiş, Eminin təklifi ilə razılaşmış və ətrafda heç kəsin olmadığını görüb maşını saxlamış, hər ikisi maşından düşüb «X7» şirkətinin inzibati ərazisinə girmədən köməkləşərək dəmir turbaları və milləri qaynaqdan qoparmış, belə ki, yaxınlıqdan tapdığı dəmir parçası ilə turbaların qaynaq olunduğu yerə zərbə ilə vurmuş, Elşən isə güc göstərib turbaları özünə tərəf dartıb çəkmiş və yüngül qaynaq edilmiş yerlərindən asanlıqla qoparmış, sonra həmin turbaları hasarın çöl tərəfindən səliqə ilə bir yerə yığmış, daha sonra turbaların və millərin bir hissəsini köməkləşərək idarə etdiyi avtomobilin yük yerinə yığmış, qalanlarını isə sonra gəlib aparmaları üçün hasarın çöl tərəfindən dibinə səliqə ilə yığmış, həmin vaxt baqaj bağlanmadığı üçün maşını asta sürətlə sürərək oradan uzaqlaşmış və yolüstü «Emin» adlı şəxsin işlətdiyi Binəqədi şossesində yerləşən metal qəbulu məntəqəsinin qarşısında maşını saxlamış, Elşənlə birlikdə turbaları baqajdan düşürüb həmin metal qəbulu məntəqəsinə aparmış, Emin adlı şəxsə həmin turbaları tapdıqlarını və satmaq istədiklərini deyib kiloqramını 0,40 qəpikdən razılaşmış, turba 150 kq olduğu üçün Emin Elşənə cəmi 60 (altmış) manat pul vermiş, sonra oradan uzaqlaşmış və Elşən həmin məbləği onunla tən yarı bölmüş, yəni hərəsinə 30 manat pul düşmüş, həmin vaxt Elşənlə «X7» şirkətinin inzibati ərazisi olan 1-ci Mədən 5-ci sahədə olan quyunun yaxınlığında hasarın dibinə yığdıqları qalan turbaları da axşam gedib oğurlamaq qərarına gəlmişdir. Bundan başqa o, göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə axşam saat 18-19 radələrində Elşənlə birlikdə yenə də idarə etdiyi «Saipa» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə «X7» şirkətinin inzibati ərazisi olan 1-ci Mədən 5-ci sahədə olan quyunun yaxınlığına gəlmiş və çöl tərəfdən hasarın dibinə səliqə ilə yığdıqları qalan 73 mm diametrli dəmir turbanın qalan hissəsini də götürmüş, həmin turbalar da bir, iki və üç metrəlik olmuş, hər ikisi maşından düşüb yenə də köməkləşərək hasarın dibinə yığdıqları dəmir turbaların qalan hissəsini də idarə etdiyi avtomobilin yük yerinə qoymuş, bu dəfə də baqaj bağlanmadığı üçün maşını asta sürətlə sürərək oradan uzaqlaşmış və yenə də «Emin» adlı şəxsin işlətdiyi Binəqədi şossesində yerləşən metal qəbulu məntəqəsinə getmiş, orada Elşənlə birlikdə turbaları baqajdan düşürüb həmin metal qəbulu məntəqəsinə aparmış, Emin adlı şəxs turbaları tərəzidə çəkmiş və bu dəfə də 0,40 qəpikdən olmaqla turba 100 kq olduğu üçün Emin yanında Elşənə cəmi 40 (qırx) manat pul vermiş, Elşən həmin məbləği onunla bölmək istəyərkən «X7» şirkətinin mühafizəçiləri onları yaxalamış və polisə məlumat vermiş, sonra satdıqları turbanı geri götürmüş və 40 manatı qaytarmış, polislər onları və turbaları götürüb Binəqədi RPİ-nin 6-cı PB-nə aparmış,orada törətdikləri cinayət əməlini etiraf etmişdir. Daha sonra o, göstərmişdir ki, oğurladıqları turbanın «X7» şirkətinə məxsus olduğunu bilmiş, əvvəllər Emin adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə dəmir aparıb satmamış, lakin əvvəllər məişət tullantıları olan sellofan torbalar, enerji içkiləri qabları və plastmas əşyalar aparıb satmış, Emin adlı şəxsə satdıqları dəmir turbaların və millərin «X7» şirkətinə məxsus olmasını və oğurladıqlarını bildirməmiş, əksinə onu aldadıb özlərinə məxsus olmasını və tapdıqlarını bildirmiş, Emin də onları tanıdığına görə inanıb həmin oğurluq turbaları onlardan almışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, arvadının hamilə olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, oğurlanmış boruların qaytarılmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, 23 aprel 2019-cu ildən «X8» şirkətində hüquqşunas vəzifəsində çalışır. Bundan başqa o, göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə «X8» şirkətinin saziş ərazisi hüdudlarında yerləşən Binəqədi rayonu, 1-ci Mədən ərazisindən oğurluq olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında şirkətin aidiyyəti şöbələri tərəfindən araşdırma aparılmış və 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151454 saylı quyunun yaxınlığında ərazinin mühafizə hasarının üzərinə qaynaq olunmuş 57,5 metr uzunluğunda 73 mm diametrli borunun oğurlanmasına görə 445 manat, 200 metr uzunluğunda dəmir millərin oğurlanmasına görə 962 manat, təmir bərpa işləri üçün nəzərdə tutulan xərc isə 860 manat olmaqla, ümumilikdə şirkətə 2.267 (iki min iki yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurulması müəyyən edilmiş, bu səbəbdən «X8» şirkətinin rəhbəri Sergey Neymeşev tərəfindən yuxarıda qeyd edilən oğurluq hadisəsinin araşdırılması və oğurluq edənlərin qanun çərçivəsində cəzalandırlması və dəymiş ziyanın ödənilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə rəsmi məktubla müraciət edilmişdir. Daha sonra o, göstərmişdir ki, hüquqşunası olduğu «X8» şirkətinin 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151454 saylı quyunun yaxınlığında ərazinin mühafizə hasarının üzərinə qaynaq olunmuş 57,5 metr 73 mm borunun oğurlanmasına görə 445 manat, 200 metr millərin oğurlanmasına görə 962 manat, təmir bərpa işləri üçün nəzərdə tutulan xərc 860 manat olmaqla, ümumilikdə şirkətə 2.267 manat məbləğində maddi ziyan dəymiş, «X7» şirkətinin inzibati ərazisi olan 1-ci Mədən 5-ci sahədə olan quyunun yaxınlığında olan 73 mm diametrli dəmir turba və 7/8x25 mm diametrli mil iki nəfər şəxs tərəfindən «X7» şirkətinin inzibati ərazisinə daxil olunmadan, hasarın çöl tərəfində dayanmaqla qaynaq yerindən qoparılıb qırılmış və hasarın çöl tərəfdən dibinə yığılmış, sonra isə həmin şəxslər dəmir turbaları və milləri «Saipa» markalı maşına yükləyib oğurlamışdır. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş hüquqi şəxsin Nümayəndə bildirmişdir ki, oğurlanmış boruların geri qaytarılsa da, onlara dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilməmişdir, buna görə də, şikayətçidirlər və qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, ünvan 5 ünvanda yaşayır, 2019-cu ildən «Titan D» mühafizə şirkətində mühafizəçi kimi çalışır, işlədiyi şirkət «X7» şirkəti ilə bağladığı müqaviləyə əsasən «X7 Şirkətinin» inzibati ərazisini mühafizə etmişdir. Bundan başqa o, göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə saat 18 radələrində «X7» şirkətinin xidməti ərazisində olarkən 1-ci mədənin 5-ci sahəsində mühafizəni təşkil edən zaman «Saipa» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin ərazidə dayandığını və həmin avtomobildən iki nəfər şəxsin düşərək hasardan içəri daxil olmadan çöl tərəfdə Şirkətə məxsus mühafizə hasarının üzərinə qaynaq edilmiş dəmir boruları və milləri qaynaq yerindən qopardaraq qeyd edilən nəqliyyat vasitəsinə yüklədiyini aşkar etmiş, dərhal bu barədə onunla brilikdə xidmət aparan növbə rəisi, Şahid2 məlumat vermiş, verdiyi məlumat əsasında Şahid2 hadisə yerinə gəlmiş, bu zaman həmin şəxslər nəqliyyat vasitəsinə əyləşərək hadisə yerindən uzaqlaşmağa başlamış, Cavanşirlə birlikdə həmin şəxsləri təqib etməyə başlamış və təqib zamanı həmin şəxslərin oğurladıqları dəmir boruları və milləri Xırdalan yolunun sağ hissəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə satmaq istədiklərini müəyyən etmiş, çünki həmin şəxslər metal qəbulu məntəqəsinin qarşısında maşını saxlayıb dəmir boruları satmaq məqsədi ilə tərəziyə boşaltdıqdan sonra onların olduğu yerə yaxınlaşmış, həmin şəxslər onları görüb qaçmaq istəsələr də buna mane olub onları saxlamış, sonra bu barədə Binəqədi RPİ-nin 6-cı Pois Bölməsinə məlumat vermişdir. Daha sonra o, göstərmişdir ki, oğurluq edən şəxslər dəmir boruları və milləri qaynaqdan qoparan zaman, həmçinin dəmir boruları oğurlayıb maşına yükləyərkən və onları təqib edən zaman bundan xəbərləri olmamış, həmin şəxslər onları yalnız əlvan metal qəbul məntəqəsində görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olsa da təxminən iki ildir Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, nömrəsiz fərdi yaşayış evində kirayə yaşayır, subaydır, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç bir yerdə işləməsə də təxminən 2-3 ildir Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən «əlvan metal qəbulu» məntəqəsini icarəyə götürüb işlədir, icarəyə götürüb işlətdiyi Binəqədi şossesində yerləşən «əlvan metal qəbulu» məntəqəsi yolun kənarında yerləşmiş, məntəqə hər gün səhər 09:00-dan axşam saat 20:00-a kimi açıq olmuş, orada əlvan və qara metallarını, eləcə də plastmas və tullantı polietilen məhsullarını çəki ilə qəbulunu həyata keçirmiş, Təqsirləndirilən şəxs2 təxminən bir ildir tanıyır, Təqsirləndirilən şəxs1 isə təxminən iki aydır Elşənə görə tanıyır, onların heç biri ilə qohumluq əlaqəsi və yaxın münasibətləri olmamış, eləcə də aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, Elşəni və Elnuru tanıdığı müddət ərzində onlar ayrı-ayrılıqda bir neçə dəfə işlətdiyi metal qəbulu məntəqəsinə gələrək 10-20 manat dəyərində plastmas əşyalar (yağ və şampun qabları, plastik stullar, lambirin və s.), məişət tullantısı hesab edilən polietilen məhsulları (yararsız selofan torbalar), enerji içkilərinin qabları (hell və bizon) və kiçik ölçülü metal qırıntıları gətirib çəki ilə satmış və pulunu da nağd alıb getmiş, bu səbəbdən onların hər ikisi ilə münasibət yaranmışdır. Bundan başqa o, göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə səhər saat 10.30-da iş yerində olan zaman Elşən və Elnur birlikdə məntəqəyə gəlmiş, həmin vaxt Elnurun idarə etdiyi «Saipa» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajında bir, iki və üç metr uzunluğunda dəmir turbaların və millərin olmasını görmüş, onlar həmin turbaları tapdığını bildirərək satmaq istədiklərini demiş, turbalara və millərə baxıb istifadə olunmuş və pastlı turbalar olmasını görmüş, sonra onların ikisi də köməkləşib tubaları maşından düşürərək məntəqənin içinə aparıb tərəziyə yığmış və həmin turbları çəkərək 150 kq olduğunu görmüş və həmin çəkiyə uyğun olaraq şəxsən Elşənə 60 manat pul verərək onları yola salmış, sonra Elşən Elnurun maşınına oturub məntəqənin qarşısından uzaqlaşıb getmişdir. Eləcə də o, göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə axşam saat 18-19 radələrində iş yerində olan zaman Elşən və Elnur yenə də birlikdə məntəqəyə gəlmiş, həmin vaxt Elnurun idarə etdiyi «Saipa» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajında bir, iki və üç metr uzunluğunda dəmir turbaların və millərin olmasını görmüş, onlar həmin turbaları da satmaq istədiklərini bildirmiş, turbalara baxdıqda əvvəlki turbalar kimi istifadə olunmuş və pastlı turbalar olmasını görmüş, bu dəfə onların ikisi köməkləşib tubaları maşından düşürərək məntəqənin içinə aparıb tərəziyə yığmış və həmin turbaları çəkərək 100 kq olduğunu görmüş və həmin çəkiyə uyğun olaraq bu dəfə də şəxsən Elşənə kiloqramı 0,40 qəpikdən cəmi 40 manat vermiş, bu zaman onlar məntəqədən çıxmaq istədikdə «X7» şirkətinin mühafizəçiləri onları tutmaq istəmiş, lakin Elşən qaçıb getsə də mühafizəçilər Elnuru tutub saxlaya bilmiş, sonra mühafizəçilər Binəqədi RPİ-nin 6-cı PB-nə zəng vurmuş və polis əməkdaşları gəlib Elnuru polis bölməsinə aparmış, onların satdıqları turbaları isə polis əməkdaşlarına təhvil vermiş, həmin vaxt Elşənlə Elnurun səhər və axşam ona gətirib satdıqları bir, iki və üç metr uzunluğunda dəmir turbaların və millərin oğurluq olmasını, onların həmin turbaları «X7» şirkətinin inzibati ərazisi olan 1-ci Mədən 5-ci sahədə olan quyunun yaxınlığından oğurlamasını bilmişdir.Daha sonra o, göstərmişdir ki, Elşən və Elnur onu aldadaraq satdıqları turbanın özlərinə məxsus olmasını, yəni tapdıqlarını bildirmiş, Elşəni və Elnuru tanıdığı üçün, yəni müştərisi olduqları üçün onlara inanmış, Elşəni və Elnuru tanıdığı müddət ərzində onlar ilk dəfə dəmir turba və mil gətirib satmış, ancaq onlar əvvəllər məişət tullantıları olan polietilen sellofan torbalar, enerji içkilərinin qablarını və palstmas əşyaları gətirib satmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 da analoji ifadə verərək Şahid1 ifadəsini təsdiq etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs «X7» MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış borular geri qaytarılsa da, şirkətə dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə 02 ilə endirilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, lakin məhkumluğu ödənilməmişdir və əməlində cinayətin residivi vardır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2023-cü il tarixli 9/2803 nömrəli rəyi alınaraq müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1202,50 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, diametri 73 mm, 07 ədəd 57,5 metr dəmir boru – 402,5 manat, diametri 7/8x25 mm 04 ədəd 200 metr dəmir mil – 800 manat, cəmi 1202,50 manat təşkil etmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, oğurlanmış boruların geri qaytarlmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, övladlarından birinin onkoloji xəstə olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə az ağır cinayət törətməsini, həyat yoldaşının hamilə olmasını, oğurlanmış boruların geri qaytarlmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələri düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 –ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi olduğuna görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Həsənbəy Şərifov tərəfindən qəbul olunmuş 12 aprel 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 12 aprel 2023-cü il tarixdə tutulmuşdur.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-394/2023 saylı, xx.xx.2023 –cü il tarixli qərarına əsasən məlum olur ki, həbs etmənin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.Daha sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli və onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. O, məhkəmə iclas zalından həbs edilməli və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə az ağır cinayət törətməsini, həyat yoldaşının hamilə olmasını, oğurlanmış boruların geri qaytarlmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 12 aprel 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixədək “həbs”də və “ev dustaqlığı”nda olduğu 07 (ay) 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Həsənbəy Şərifov tərəfindən qəbul olunmuş 12 aprel 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 12 aprel 2023-cü il tarixdə tutulmuşdur.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-395/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, həbs etmənin əvvəli 12 aprel 2023cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Daha sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 2ci döngə yeni tikilidə çəkməlidir.Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – diametri 73 mm 25 metr dəmir boru maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün sahibi zərərçəkmiş şəxs “X9” şirkətinin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Cinayət işi üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 60 saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 60 saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli həbs olunduğu tarixdən, yəni 12 aprel 2023-cü il tarixdən hesablansın. 2.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 12 aprel 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixədək «həbsdə» və ev dustaqlığında olduğu 07 (ay) 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 2-ci döngə yeni tikilidə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübutlar – diametri 73 mm 25 metr dəmir borunun sahibi zərərçəkmiş şəxs “X9” şirkətinin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi2 Məhəmməd Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 60 (altmış) saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********,m/hAZ37NABZ********************S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48 AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə müdafiəçi X2 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 60 (altmış) saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ******************** VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar