Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-487/2024 12.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sonuncu dəfə Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsilə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü ildə, saat 04 radələrində Zərərçəkmiş şəxs5 kirayədə yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə giriş qapısının açıq olmasından istifadə edib, evin ikinci mərtəbəsində yerləşən yaşayış sahəsinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs5 yatdığı çarpayının üzərindən sonuncuya məxsus 630 manat dəyərində 1 ədəd “Redmi 10” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 630 (altı yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü ildə saat 05:12-də Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 kirayədə yaşadıqları ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə giriş qapısının açıq olmasından istifadə edib, evin birinci mərtəbəsində yerləşən yaşayış sahəsinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs2 yatdığı çarpayının üzərindən sonuncuya məxsus 350 manat dəyərində 1 ədəd “İnfinix P smart 7” markalı mobil telefonu, Zərərçəkmiş şəxs4 yatdığı çarpayının üzərindən sonuncuya məxsus 550 manat dəyərində 1 ədəd “Oppo A38” markalı mobil telefonu, Zərərçəkmiş şəxs1 yatdığı çarpayının üzərindən sonuncuya məxsus 400 manat dəyərində 1 ədəd “İphone X” markalı mobil telefonu və 40 manat dəyərində 01 ədəd üzərində “Bovet 1823” markalanma göstəriciləri olan mexaniki qol saatını və Zərərçəkmiş şəxs3 yatdığı çarpayının üzərindən sonuncuya məxsus 1.100 manat dəyərində 1 ədəd “Mi 13 lite” markalı mobil telefonu, evdən çıxarkən ayaqqabı rəfindən Zərərçəkmiş şəxs2 məxsus 30 manat dəyərində 1 cüt qara rəngli ayaqqabını və Zərərçəkmiş şəxs4 məxsus 3 manat dəyərində 1 cüt qara-ağ rəngli üzərində markalanma göstəriciləri olmayan, 43 ölçülü kişi ayaqqabısını gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ümumilikdə 380 (üç yüz səksən) manat, Zərərçəkmiş şəxs4 553 (beş yüz əlli üç) manat, Zərərçəkmiş şəxs1 440 (dörd yüz qırx) manat və Zərərçəkmiş şəxs3 1.100 (bir min yüz) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamlarda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə gecə saat 04:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 7-cı sıra adlanan ərazidə olduğu zaman, orada gəzərək oğurluq etməyə münasib ev axtarmışdır. Həmin ərazidə evlərin qapıları küçəyə açılır. O, 7-ci sırada olarkən əvvələr kirayə yaşadığı iki nömrəli evin qapısının açıq olub-olmadığını yoxlamışdır. Qapı açıldıqdan sonra içəri daxil olmuşdur. Həyətə daxil olduqda sağ tərəfdə bir mərtəbəli, sol tərəfdə isə iki mərtəbəli binanın olduğunu görüb, ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbəyə qalxdıqdan sonra orada sol tərəfdə yerləşən otağa daxil olmuşdur. Otağa səssiz şəkildə daxil olmuş və orada bir nəfər şəxsin çarpayıda yatdığını görmüşdür. Həmin şəxsin yastığının yanında bir ədəd mobil telefon olduğunu görmüş və götürdükdən sonra evdən çıxaraq oradan uzaqlaşmışdır. Daha sonra 05:10 radələrində Rəsulzadə qəsəbəsində yerləşən 8-ci sıra adlanan küçəyə keçmişdir. Həmin küçədə də əvvəllər kirayədə yaşadığı ev olmuş, həmin ev 8-ci sırada yerləşən 45 nömrəli evdir. Həmin evin qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. İçəri daxil olduqda sağ tərəfdə ikinci mərtəbəyə qalxan taxta materialdan hazırlanmış pilləkənlər vardır. Birinci mərtəbədə isə otaqlara açılan iki qapı vardır. O, ilk əvvəl sol tərəfdə yerləşən qapının açıq olub-olmamasını yoxlamışdır. Qapının açıq olduğunu görüb içəri daxil olmuşdur. Həmin otaqdan başqa bir otağa da qapı açılır. O, ilk əvvəl birinci otaqda yatan şəxsin yanında olan “İnfinix P samart 7” markalı mobil telefonu götürmüş və həmin otaqdan digər otağa daxil olmuş, orada yatan şəxsin yanında olan “Oppo A38” markalı mobil telefonu götürərək otaqdan çıxmışdır. Daha sonra isə birinci mərtəbədə yerləşən sağ tərəfdəki mətbəxə açılan qapının açıq olub-olmamasını yoxlamışdır. Qapının açıq olduğunu gördükdən sonra mətbəxə daxil olmuş, oradan da içəri hissədə yerləşən otağa keçmişdir. Həmin otaqda iki nəfər şəxsin yatdığını görmüş və səssizcə içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra ətrafa baxış keçirmiş və içəri hissədə pəncərənin üzərində olan 01 ədəd “İphone X” markalı mobil telefonu, 01 ədəd “Mi 13 lite” markalı mobil telefonu və 01 ədəd “Bovet” markalı qol saatını götürərək otaqdan çıxmışdır. Çıxarkən orada olan ayaqqabı rəfindən 02 ədəd qara rəngli ayaqqabıları götürərək giriş qapısından çıxmış və yaşadığı evə getmişdir. Elə həmin gün saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «3-cü mikrorayon dairəsi» adlanan yerin yaxınlığında yerləşən mobil telefonların alqı-satqısı mağazasına gedərək şəxsiyyət vəsiqəsini təqdim etməklə oğurladığı “Redmi 10” markalı və “Mi 13 lite” markalı mobil telefonları 120 manat qarşılığında satmışdır. Həmin mağazanı işlədən şəxs “Redmi 10 “ markalı mobil telefona 50 manat, “Mi 13 lite” markalı mobil telefona isə 70 manat pul ödəmişdir. Oğurladığı digər telefonları itirmiş, ayaqqabıların bir cütünü xatırlamadığı yerdə məişət tullantıları qutusuna atmış, digər bir cütünü isə istifadə etmək üçün yaşadığı evdə saxlamışdır. Oğurladığı 01 ədəd “Bovet” markalı saatı isə üzərində saxlamışdır ki, istifadə etsin. Həmin 01 ədəd “Bovet” markalı saatı və 01 cüt qara rəngli ayaqqabıları təhqiqat orqanlarına təhvil vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində kirayədə yaşayr. Həmin ev iki mərtəbəlidir və o, həmin evdə taniş olduğu Zərərçəkmiş şəxs2la birlikdə birinci mərtəbədə yaşayır. 22 fevral 2024-cü il tarixdə axşam evə gəldikdən sonra yorğun olduğundan dərin yuxuya getmişdir. 23 fevral 2024-cü il tarixdə səhər yuxudan oyandıqdan sonra özünə məxsus olan 550 manat dəyərində 01 ədəd “Oppo A38” markalı mobil telefonu və 30 manat dəyərində 01 cüt qara rəngli ayaqqabıları naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Eyni zamanda ona məıum olmuş ki, otaq yoldaşı Zərərçəkmiş şəxs2 və digər otaqda yaşayan iki nəfər şəxsin də mobil telefonları da oğurlanmışdır. Daha sonra evdə quraşdırılmış video müşahidə kameralara baxış keçirdiyi zaman məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 05:12-də tanımadığı bir nəfər şəxs, giriş qapısından həyətə daxil olduqdan sonra yatdıqları otağa və digər otağa daxil olaraq oğurluq edir və otaqdan çıxarkən də iki ədəd ayaqqabıları götürərək uzaqlaşır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 580 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində kirayədə yaşayr. Həmin ev iki mərtəbəlidir və o, həmin evdə taniş olduğu Zərərçəkmiş şəxs3la birlikdə birinci mərtəbədə yaşayır. 22 fevral 2024-cü il tarixdə axşam evə gəldikdən sonra yorğun olduğundan dərin yuxuya getmişdir. 23 fevral 2024-cü il tarixdə səhər yuxudan oyandıqdan sonra özünə məxsus olan 01 ədəd 400 manat dəyərində «İphone X» markalı mobil telefonunun və 01 ədəd 250 manat dəyərində «Bovet» markalı qol saatının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Eyni zamanda məlum olmuş ki, otaq yoldaşı Zərərçəkmiş şəxs3 və digər otaqda yaşayan iki nəfər şəxsin də mobil telefonları oğurlanmışdır. Daha sonra evdə quraşdırılmış video müşahidə kameralara baxış keçirdiyi zaman, məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 05:12-də tanımadığı bir nəfər şəxs giriş qapısından həyətə daxil olduqdan sonra yatdıqları və digər otağa daxil olaraq oğurluq edir və çıxarkən də iki ədəd ayaqqabıları götürərək uzaqlaşır.Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 650 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində kirayədə yaşayr. Həmin ev iki mərtəbəlidir və o, həmin evdə taniş olduğu Zərərçəkmiş şəxs1lə birlikdə birinci mərtəbədə yaşayır. 22 fevral 2024-cü il tarixdə axşam evə gəldikdən sonra yorğun olduğundan, dərin yuxuya getmişdir. 23 fevral 2024-cü il tarixdə səhər yuxudan oyandıqdan sonra özünə məxsus olan 01 ədəd 1100 manat dəyərində «Mİ 13 Lite» mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Eyni zamanda mənə məıum oldu ki, otaq yoldaşım Zərərçəkmiş şəxs1 və digər otaqda yaşayan iki nəfər şəxsin də mobil telefonları oğurlanmışdır. Daha sonra evdə quraşdırılmış video müşahidə kameralara baxış keçirdiyi zaman məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 05:12-də tanımadığı bir nəfər şəxs giriş qapısından həyətə daxil olduqdan sonra, yatdıqları otağa və digər otağa daxil olaraq, oğurluq edir və çıxarkən də iki ədəd ayaqqabıları götürərək uzaqlaşır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1100 manat məbləğində maddi ziyan dəymişdir.Dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 Xamnıəd oğlu ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində kirayədə yaşayr. Həmin ev iki mərtəbəlidir və o, həmin ikinci mərtəbəsində yerləşən otaqda yaşayır. 22 fevral 2024- cü il tarixdə axşam evə gəldikdən sonra yorğun olduğundan, dərin yuxuya getmişdir. 23 fevral 2024-cü il tarixdə səhər 05 radələrində yuxudan oyandıqdan sonra özünə məxsus olan 01 ədəd 630 manat dəyərində «Redmi 10» mobil telefonum naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra evdə quraşdırılmış video müşahidə kameralara baxış keçirdiyi zaman məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 05:12-də tanımadığı bir nəfər şəxs giriş qapısından həyətə daxil olduqdan sonra yatdığı otağa və digər otağa daxil olaraq oğurluq edir və çıxarkən də iki ədəd ayaqqabıları götürərək uzaqlaşır.Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 630 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində kirayədə yaşayr. Həmin ev iki mərtəbəlidir və o, həmin evdə taniş olduğu Zərərçəkmiş şəxs4lə birlikdə birinci mərtəbədə yaşayır. 22 fevral 2024-cü il tarixdə axşam evə gəldikdən sonra yorğun olduğundan dərin yuxuya getmişdir. 23 fevral 2024-cü il tarixdə səhər yuxudan oyandıqdan sonra özünə məxsus olan 350 manat dəyərində 01 ədəd “İnfinix P smart 7” markalı mobil telefonunun və 01 cüt qara rəngli ayaqqabılarım naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Eyni zamanda məıum olmuş ki, otaq yoldaşı Zərərçəkmiş şəxs4 və digər otaqda yaşayan iki nəfər şəxsin də mobil telefonları oğurlanmışdır. Daha sonra evdə quraşdırılmış video müşahidə kameralara baxış keçirdiyi zaman məlumdur olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 05:12-də tanımadığı bir nəfər şəxs giriş qapısından həyətə daxil olduqdan sonra, yatdıqları otağa və digər otağa daxil olaraq oğurluq edir və çıxarkən də iki ədəd ayaqqabıları götürərək uzaqlaşır.Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 380 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, «3-cü mikrorayon dairəsi» adlanan yerin yaxınlığında yerləşən telefon alqı-satqı dükanında satıcı işləyir. Onun vəzifəsi dükana gətirilən telefonları yoxlayıb qiymət çıxarıb qəbul etməkdən ibarətdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində işdə olduğu zaman, dükana bir nəfər əvvəllər tanımadığı 30-35 yaşında bir cavan oğlan daxil olmuşdur. Həmin şəxs ona işlənmiş vəziyyətdə olan bir ədəd «Mİ 13 Lite» və bir ədəd «Redmi 10» markalı mobil telefonları satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin təqdim etdiyi mobil telefonlara baxdıqdan sonra, ekranlarının qırıq vəziyyətdə olduqlarını müəyyən edib, həmin telefonları ehtiyat hissəsi kimi ala biləcəyini bildirmişdir. Həmin şəxs ondan telefonları hansı qiymətə ala biləcəyimi soruşduqda, o, hər iki telefona ümumilikdə 120 manat məbləğində pul verə biləcəyini bildirmişdir. Bundan sonra müştəri öz şəxsiyyət vəsiqəsinin kserosurətini ona təqdim etmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Daha sonra sonuncu əlyazma ilə şəxsiyyət vəsiqəsinin kserosurətinin üzərinə «Xiaomi 13 lite satdım, ekranı qırıq, özümündür, oğurluq, girov deyil, İmei: **********04260/00866» sözlərini yazaraq, altından imza atmışdır. Həmçinin müştəridən telefonların kimə məxsus olduğunu soruşmuş, müştəri isə mobil telefonların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçünü satmaq istədiyni bildirmişdir. O, Təqsirləndirilən şəxs inanıb mobil telefonları təhvil alıb əvəzində isə sonuncuya 120 manat məbləğində pul vermişdir. Mobil telefonların cinayət yolu ilə əldə olunmasından xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 01 mart 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Binəqədi RPİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). “Götürmə və baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir cüt qara-ağ rəngli kişi ayaqqabısını və bir ədəd «Bovet» markalı qol saatını diqqətlə nəzərdən keçirdikdən sonra Zərərçəkmiş şəxs1 bildirmişdir ki, «Bovet» markalı qol saatını tanımış onun özünə məxsusdur və həmin saat xx.xx.2024-cü il tarixdə yaşadığı ünvandan oğurlanmışdır. Eyni zamanda baxışda iştirak edən Zərərçəkmiş şəxs4 da təqdim olunmuş bir cüt ayaqqabıları nəzərdən keçirib həmin ayaqqabıları tanıdığını, onun özünə məxsus olduğunu və xx.xx.2024-cü il tarixdə yaşadığı ünvandan oğurlandığını bildirmişdir (cild 1, i.v 33). “Götürmə və baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid təqdim etdiyi bir ədəd A4 formatlı kağız parçasına baxış keçirirəkən, üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti və «Xiaomi 13 lite satdım, ekranı qırıq, özümündür, oğurluq girov deyil, İmei: **********04260/00866» sözlərinin altından imzanın olduğu müşahidə olunur. Baxış keçirilməsində iştirak edən Şahid həmin kağız parçasının üzərində olan yazıların və imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunduğunu bildirmişdir. Eyni zamanda baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin kağız parçasının üzərində olan yazılrı və imzanı özü qeyd etdiyni bildirmişdir (cild 1, i.v 36). Şübhəli şəxsin tutulması haqqında 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 93). Cinayət əməlinin tövsif edilməsi haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v 106-107). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 110-111). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 129-133). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 04:50-dən saat 04:52-dək olan müddəi ərzində qeydə alınmış video görüntüdə otaqda 04 ədəd çarpayıların olduğu, bir nəfər əynində gödəkçəsi olduğu şəxsin otaqda axtarış apardığı müşahidə olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 05:12dən saat 05:14-dək olan müddət ərzində qeydə alınmış video görüntüdə bir nəfər əynində qara rəngli gödəkçəsi, göy rəngli şalvarın olduğu şəxsin evin dəhlizində 02 cüt ayaqqabıları götürərək həmin yeri tərk etdiyi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan və göstərilən yerlərdən oğurluq edən şəxsin özü olduğunu bildirmişdir (cild 1, i.v 153). Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/5482 nömrəli rəyindən görünür ki, 01 cüt uzun müddət istifadə olmuş, qara-ağ rəngli, üzərində markalanma göstəriciləri olmayan, 43 ölçülü kişi ayaqqabısı 3 manat, 01 ədəd üzərində «Bovet 1823» markalanma göstəriciləri olan mexaniki qol saatı 40 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması və üzərindəki qüsurların nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 43 manat müəyyən edilmişdir (cild 1, i.v 191-194). Sübutların qiymətləndirilməsi haqqında 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, bir cüt qara-ağ rəngli 43 ölçülü kişi ayaqqabısı cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, sahibinə qaytarılmışdır. Bir ədəd «Bovet» markalı qol saatı cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, saxlanılması üçün Binəqədi RPİ-in saxlan yerinə təhvil verilmişdir. Üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti və «Xiaomi 13 lite satdım, ekranı qırıq, özümündür, oğurluq girov deyil, İmei: **********04260/00866» sözlərinin altından imzanın olduğu bir ədəd A4 formatlı kağız parçası və cinayət hadisəsinin əks olunduğu bir ədəd «CD» disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 205-206). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun həmin hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrilə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. Daha sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən 1 il 7 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsilə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum olunmuşdur (cild 1, i.v.168-170). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.3.1-ci, 83.3.2 və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində xüsusilə təhlükəli residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən, qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin xüsusilə təhlükəli residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun, yəni həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az olmayan həddə təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı müəyyən edilmiş xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 3000 manat cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə tamamilə birləşdirilərək üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı müəyyən edilmiş xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir cüt qara-ağ rəngli 43 ölçülü kişi ayaqqabısının sahibi – Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalı, bir ədəd «Bovet» markalı qol saatı sahibi – Zərərçəkmiş şəxs1 qaytarılmalı, üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti və «Xiaomi 13 lite satdım, ekranı qırıq, özümündür, oğurluq girov deyil, İmei: **********04260/00866» sözlərinin altından imzanın olduğu bir ədəd A4 formatlı kağız parçası və cinayət hadisəsinin əks olunduğu bir ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 3000 manat cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə tamamilə birləşdirilib üzərində qəti cəza 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – bir cüt qara-ağ rəngli 43 ölçülü kişi ayaqqabısının sahibi – Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın, bir ədəd «Bovet» markalı qol saatı sahibi – Zərərçəkmiş şəxs1 qaytarılsın, üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti və «Xiaomi 13 lite satdım, ekranı qırıq, özümündür, oğurluq girov deyil, İmei: **********04260/00866» sözlərinin altından imzanın olduğu bir ədəd A4 formatlı kağız parçası və cinayət hadisəsinin əks olunduğu bir ədəd «CD» disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-487/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-487/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver