Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-487/2025 06.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 20 avqust 1997-ci il tarixdə Gədəbəy rayonu, Zamanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, supermarketdə nəzarətçi işləyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Mormor ərazi dairəsi Zamanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 16-cı mədən küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs polis orqanlarında işə qəbul olunmasına köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 08 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 23 saylı binanın qarşısında 1.400 manat pul vəsaitini Zərərçəkmiş şəxs alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs 1.400 (min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bir müddət “Bravo” supermarketdə meyvə bölməsində satıcı işləmişdir. Zərərçəkmiş şəxs da həmin marketdə işləmiş və onların tanışlığı həmin marketdə birgə işləyərkən yaranmışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. 2025-ci ilin aprel ayında Sahibə ona X2 (ÇPA) işə düzəlmək istədiyini bildirmiş və onunla birlikdə ÇPA-nın Xətai rayonunda yerləşən binasına getməyi xahiş etmiş, o, isə bununla razılaşmışdır. Onlar birlikdə Sahibənin iş müraciəti ilə bağlı həmin ünvana getmişlər, lakin orada Sahibənin işi alınmamışdır. Həmin ünvandan qayıdarkən o, Sahibədən 1.400 (min dörd yüz) manat borc pul istəmiş, Sahibə də həmin pulu ona verməyə razılaşmışdır. Həmin gündən təxminən bir həftə keçdikdən sonra onlar Sahibənin yaşadığı evin yaxınlığında görüşmüşlər və Sahibə evlərinin qarşısında ona 1.400 (min dörd yüz) manat borc pul vermişdir. O, aldığı pulu qaytara bilmədiyindən, Sahibə ondan polisə şikayət etmişdir. Sahibənin şikayəti əsasında 5-ci polis bölməsinin təhqiqatçısı onu bölməyə çağırmış və pulu qaytarmasını demişdir. O, isə təhqiqatçıya pulu qaytarmaq üçün maddi imkanının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı işi müstəntiqə vermişdir. O, Sahibəyə işə düzəldilməsi ilə bağlı hər hansı vəd verməmiş, onu aldatmamış, aldığı pulu isə borc kimi almışdır. Sonda Təqsirləndirilən şəxs hazırda işlədiyini və zərərçəkmiş şəxsdən aldığı pulu hissə-hissə ödəyəcəyini bildirmiş, əvvəllər məhkum olunmamasının nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaqda verdiyi ifadələrdə özünü verilmiş ittihamla tam təqsirli bilməsi ilə bağlı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs işi aparan müstəntiqin onu çağıraraq, qarşısına sənədlər qoyduğunu və həmin sənədləri imzalamağını tələb etdiyini, ifadəsini oxumadan imzaladığını bildirmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə birlikdə “Bravo” marketdə işləmişlər və işlədikləri müddətdə aralarında dostluq münasibətləri yaranmışdır. 2025-ci ilin əvvəllərində işlədiyi marketdə aldığı əmək haqqı onu qane etmədiyindən işə düzəlmək üçün X2 müraciət etmək qərarına gəlmişdir. Alayın inzibati binasının harada yerləşdiyini bilmədiyindən, o, bu barədə Kənandan soruşmuş, Kənan isə Alayın yerini bildiyini və onu ora aparacağını bildirmişdir. 04 aprel 2025-ci il tarixdə səhər saatlarında o, Azadlıq metrostansiyasında Kənanla görüşmüş, onlar birlikdə Xətai rayonunun ərazisində yerləşən ÇPA-nın inzibati binasına getmişlər. O, binaya daxil olmuş, Kənan isə onu çöldə gözləmişdir. Binada onu kadr şöbəsində əməkdaşlardan biri qəbul etmiş, anket məlumatlarını öyrəndikdən sonra yaşı az olduğundan və boy standartlarına uyğun gəlmədiyindən bir müddət gözləməli olduğunu bildirmişdir. Qayıdarkən yolda Kənan ona adını demək istəmədiyi yaxın qohumunun yüksək vəzifədə işlədiyini, pul müqabilində həmin vəzifəli şəxsin köməyi ilə onu serjant rütbəsində işə düzəldə biləcəyini demişdir. O, əvvəlcə Kənana inanmamış və təklifdən imtina etmişdir. Lakin, Kənan demək olar ki, hər gün işdə olarkən həmin təklifi ona təkrarlayaraq, narahat olmamağını, işlə təmin olunacağını deyərək onu inandırmağa çalışmışdır. O, sonunda Kənana inanmış və bu işin neçə manata başa gələcəyini soruşmuşdur. Kənan isə qohumu ilə maraqlandıqdan sonra ona cavab verəcəyini bildirmişdir. Bir gün sonra Kənan ona zəng edərək, qohumu ilə danışdığını və 3.500 (üç min beş yüz) manat müqabilində onu serjant rütbəsi ilə işə düzəldə biləcəyini demişdir. O, Kənana o qədər pulu olmadığını bildirmiş və məbləğin aşağı salınmasını xahiş etmişdir. Kənan yenə qohumu ilə danışıb xəbər edəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Kənan “Whatsapp” vasitəsilə onunla əlaqə saxlayaraq, tələb olunan pulu iki dəfəyə ödəməyə imkanının olub-olmamasını soruşmuş, o, isə bu təkliflə razılaşmışdır. 08 aprel 2025-ci il tarixdə o, Kənanla əlaqə saxlamış və 1400 (min dörd yüz) manat pul düzəltdə bildiyini demiş, Kənan isə ilkin olaraq həmin pulu gətirməsini bildirmişdir. Həmin gün saat 17:00 radələrində bacısı Şahid ilə birlikdə yaşadığı Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 23 nömrəli binanın qarşısında Kənanla görüşmüş və pulu ona vermişdir. Pulu verərkən o, Kənanın ondan pulu almasını özünə məxsus mobil telefon vasitəsilə videogörüntüyə almışdır. 09 aprel 2025-ci il tarixdə Kənan ona “Whatsapp” vasitəsilə səs göndərərək, pulu yüksək vəzifədə işləyən Qabil adlı qohumuna verdiyini və saat 12:00-da görüşüb rəisin qəbuluna gedəcəklərini bildirmişdir. Lakin, daha sonrakı günlərdə Kənan müxtəlif bəhanələr gətirərək verdiyi sözə əməl etməmişdir. O, aldadıldığını başa düşüb, polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu 1.400 manat ziyanın 100 manatını ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Kənandan şikayətçidir və pulunun qaytarılmasını tələb edir. Məhkəmə baxışında Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Bacısı Sahibənin əməkhaqqı aşağı olduğu üçün Sahibə dövlət işinə qəbul olmaq istəmişdir. Sahibə ona “Bravo” marketdə Kənan adlı şəxsin işlədiyini, Kənanın ona dövlət işinə qəbul olunmaqda köməklik göstərəcəyini və bunun üçün pula ehtiyacı olduğunu demişdir. 08 aprel 2025-ci il tarixdə Sahibə ona Kənanla görüşəcəyini və işə düzəltmək üçün Kənana 1400 (min dörd yüz) manat pul verəcəyini bildirmişdir. O, bacısını tək qoymamaq üçün onunla birlikdə gedəcəyini demiş, Sahibə də razılaşmışdır. Həmin gün onlar təxminən saat 17:00 radələrində yaşadıqları Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən binanın qarşısında Kənanla görüşmüşlər. O, özü Kənandan bacısının işə düzəlmə məsələsinin real olub-olmamasını soruşmuş, Kənan isə onlara narahat olmamalarını, dəfələrlə şərəfi üzərinə and içərək Qabil adlı qohumu vasitəsilə Sahibənin iş məsələsinin həll olunacağını, iş alınmazsa pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra onlar Kənana inanmışlar. Daha sonra o, uşağını məktəbdən götürməli olduğundan, oradan ayrılmışdır. Məktəb yaxınlıqda yerləşdiyindən o, uzaqdan bacısı ilə Kənanı izləmiş və bacısının Kənana pul verməsini görmüşdür. Sahibənin Kənana verdiyi pul işə düzəldilməsi ilə bağlı olmuş, Sahibə pulu Kənana borc olaraq verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); • “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 1.400 manat pul verdiyini bildirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvanı küçəsi, bina 23-ün qarşısına baxış keçirilmiş və baxış yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 6-8); • “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən cinayət nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21); • “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Protokola əsasən Zərərçəkmiş şəxs təqdim etdiyi CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskin yaddaşında 01 ədəd “WhatsApp Video 2025-09-08 at 03.59.06” adlı fayl vardır. Həmin fayl 35 saniyədə bitir. Həmin faylda olan video-görüntüdən görünür ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əlində – 8 ədəd 100 manatlıq, 10 ədəd 50 manatlıq və 10 ədəd 10 manatlıq pul əsginaslarını sayaraq, ümumilikdə 1400 (min dörd yüz) manat pulu Zərərçəkmiş şəxs adlı şəxsdən aldığını bildirir (i.v. 33); • Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi və maddi sübut kimi tanınaraq məhkəmə baxışında tədqiq edilmiş CD diskdən görünür ki, həmin diskin yaddaşında video və foto görüntülərdən, habelə səs yazılarından ibarət fayllar vardır. Fayllara baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin fayllarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1.400 manat pulu almasınının görüntüləri, habelə tərəflər arasında olan yazışmalar və səs yazıları mövcuddur. Həmin yazışmalarda və səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulu Zərərçəkmiş şəxs işə düzəlməsi üçün qohumuna verdiyini bildirir və Zərərçəkmiş şəxs işinin qısa müddətdə düzələcəyinə dair vədlər verir (Cild İ); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i.v. 44); • “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində “Azneft” dairəsi yaxınlığında saxlanılmışdır (i.v. 47); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 72); • “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 88); • “sübutların qiymətləndirilməsi və maddi sübut tanıması haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd ağ zərfdə qablaşdırılmış disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v.125-131). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, zərərçəkmiş şəxsin ibtidai istintaqa və məhkəməyə təqdim etdiyi disklərdə olan görüntülər və yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək, Zərərçəkmiş şəxs 1400 (min dörd yüz) manat pulu borc aldığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutur. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir (8-ci bənd); dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun (30-cu bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət nəticəsində vurmuş olduğu ziyanı qismən ödəməsini (CM 59.1.14), habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM 59.2) Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar qismində nəzər alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudılaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudılaşdırılması cəzasını təyin etsin. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarati altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CM-in 99-1.2-ci maddəsinin tələblərinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı təqsirləndirilən şəxs X1 məhkəmə iclaslarında göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 385 (üç yüz səksən beş) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə nəzərə alaraq, habelə CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 30 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 16-cı mədən küçəsində yerləşən nömrəsiz fərdi evi hər gün saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 385 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-487/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-487/2025
06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver