Məhkəmə qərarları › İş №1(001)-488/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-488/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-488/2023 23.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi, Ağayev Taleh Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 09 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, tamah niyyəti ilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasına köçərək orada yaşayan tanışı X9 ilə müxtəlif vaxtlarda mobil telefon nömrələri vasitəsi ilə əlaqə saxlayan zamanı Vüsal Rəhimova ixtisasca hüquqşünas olduğunu, eləcə də prokurorluq orqanlarında müxtəlif vəzifəli şəxslərin yanında ictimai köməkçi kimi fəaliyyət göstərdiyini, bu əsasla da prokurorluq orqanlarında müxtəlif vəzifəli şəxsləri tanıdığını bildirməklə özünü müəyyən nüfuza malik şəxs kimi təqdim etmişdir. Vüsal Rəhimov 2022-ci ilin dekabr ayında istifadəsində olan +90 532 133 92 98 mobil telefon nömrəsi üzərindən qeydiyyatdan keçirilmiş “WhatApp” tətbiqi proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********01 mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən X2 adlı şəxsin Vüsal Rəhimovun atası Zərərçəkmiş şəxs aldadaraq 57.800 manat pulunu ələ keçirdiyini, həmin işdə atası Zərərçəkmiş şəxs köməklik etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Yaranmış şəraitdən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X11 rayon prokurorluğunda işləyən tanışlarından kömək istəyəcəyini bildirməklə Vüsal Rəhimovun xahişi əsasında 15 dekabr 2022-ci il tarixdə sonuncunun atası Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanında görüşüb birlikdə ünvan 4əri Nəsimi rayon prokurorluğuna gedərək Zərərçəkmiş şəxs şikayət ərizəsini prokurorluğa təqdim etmişlər. Daha sonra 2022-ci ilin dekabr ayının sonuncu ongünlüyündə Zərərçəkmiş şəxs istifadəsində olan 050(***)******* mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq Mircavad Mahmudovun dələduzluq etməsi faktı ilə əlaqədar rayon prokurorluğunun müəyyən vəzifəli şəxsləri ilə guya görüşərək söhbət etdiyini, təqdim etdikləri şikayət ərizəsinin Bakı şəhəri Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilməsi və Mircavad Mahmudovun barəsində cinayət işinin başlanması məqsədlə Bakı şəhəri Nəsimi rayon prokurorluğunun vəzifəli şəxslərinə 5000 manat məbləğində pulun verilməli olduğunu bildirmiş, həmin məbləğin çox olması əsası ilə Zərərçəkmiş şəxsla 2100 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3.570 manat pul vəsaiti ilə razılığa gəlmişlər. 2023-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs razılaşdırılmış 2100 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3.570 manat pul vəsaitini Zərərçəkmiş şəxs tapşırığı əsasında sonuncunun qızının əri Şahid3 Nəsimi rayon prokurorluğunun əməkdaşlarına çatdırılması adı ilə ünvan 3 ünvanında götürməklə ələ keçirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs özünə daha da inandırmaq məqsədilə 30 yanvar 2023-cü il tarixdə özünün yaşadığı ünvan 6 ünvanında “HP” markalı notebookdan istifadə etməklə əvvəlcə Azərbaycan Respublikası CPM-nə əsasən ibtidai istintaq aparmaq, prosessual hərəkətlər icra etmək hüququ verən rəsmi sənəd hesab edilən Bakı şəhəri Nəsimi rayon prokurorunun adından guya X1 Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək külli miqdarda əmlakını ələ keçirməsi faktı üzrə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 30 yanvar 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərarı qanunsuz hazırlayıb Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 9 ünvanında yerləşən “kseroks, printer” xidmətləri göstərən obyektdə kağız üzərində çap etdikdən sonra yaşadığı yuxarıda qeyd olunan mənzilə gətirərək həmin qərara Bakı şəhəri Nəsimi rayon prokurorunun adından imza etməklə saxtalaşdırmış, daha sonra isə həmin qərarın fotoşəklini çəkərək 30 yanvar 2023-cü ildə saat 16:28-də “WhatApp” tətbiqi proqramı vasitəsi ilə özünün +994 99 305 50 01 mobil nömrəsindən Zərərçəkmiş şəxs çatdırılması məqsədilə Vüsal Rəhimovun istifadəsində olan +90 532 133 92 98 mobil nömrəsinə göndərməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 2100 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3570 manat məbləğində pul vəsaitini ələ keçirərərk dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 178.1 və 320.1-ci maddələri ilə olan ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. 2009-cu ildən etibarən bir çox prokurorluq işçilərinin yanında ictimai əsaslarla qeyri-rəsmi köməkçi işləmişdir. Vüsal Rəhimovu ortaq dostları vasitǝsi ilə tanımışdır. 2022-ci ilin təxminən may-iyun aylarından etibarən Vüsalın özünün təklifi ilə birlikdə səyyar maşın alqı-satqısı ilə məşğul olmuşlar. Vüsal 2022-ci ilin təxminən dekabr ayının əvvəllərində ona zəng edərək atası Zərərçəkmiş şəxs adına Kənan Əliyev adlı şəxsdən 2022-ci ilin aprel ayında 57.800 manata aldığı «X13» markalı avtomaşını Micavad Mahmudovun dələduzluq edərək başqa adama satdığını və pulunu mənimsədiyini, bununla əlaqədar Mircavad Mahmudov barəsində polisə şikayət ərizəsi vermək istədiyini demişdir. O, Vüsaldan 57.800 manat pula aldığı «X13» markalı avtomaşının pulunu hansı ərazidə ödədiyini soruşmuş, Vüsal atası Zərərçəkmiş şəxs Vüsala bildirməsinə görə həmin pulu Bakı şəhəri, Nəsimi rayonu 19-cu polis bölməsinin inzibati ərazisində verdiyini demişdir. Danışıq zamanı Vüsala Nəsimi rayon prokurorluğunda prokuror köməkçisi Şahid1 tanıdığını demişdir. Belə ki, Şahid1 əvvəllər Nərimanov rayon prokurorluğunda işlədiyi vaxtlarda yanında köməkçi kimi işləmişdir. Elfanə ilə danışacağını, Mircavadın barəsində Nəsimi rayon prokurorluğuna atası Zərərçəkmiş şəxs ərizə yazacağını, tanışı Elfanǝ Bayramovanın həmin ərizə üzrə araşdırmanın obyektiv aparılmasına nəzarət edəcəyini demişdir. Daha sonra, Vüsalın xahişinə əsasən 15 dekabr 2022-ci il tarixdə atası Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna getmiş, oradan o, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “WhatsApp” tətbiqi vasitəsi ilə Şahid1 zəng edərək bir nəfər dostunu Nəsimi rayonu, 19-cu polis bölməsinin inzibati ərazisində aldadaraq 57.800 manat pulunu dələduzluqla ələ keçirdiklərini, dostunun atası ilə Nəsimi rayon prokurorluğuna gəldiklərini, bununla əlaqədar şikayət ərizəsi vermək istədiklərini bildirmişdir. Şahid1 Zərərçəkmiş şəxsla birlikdə Nəsimi rayon prokurorluğuna şikayət etmək üçün gəldiyini bildirdikdə, sonuncu telefon danışığı zamanı 19-cu polis bölməsinin onun nəzarət etdiyi inzibati ərazi olmadığını, həmin əraziyə prokurorluğun digər prokuror köməkçisi Şahid2 nəzarət etdiyini, yaxınlaşaraq ərizələrini ona təqdim etmələrini bildirmişdir. Daha sonra o, və Zərərçəkmiş şəxs Şahid2 xidməti otağına daxil olmuş və orada Sulduz Həsənov onun yanında baş vermiş hadisələri, yəni Mircavad Mahmudovun 57.800 manata aldıqları «X13» markalı avtomaşını necə və hansı qaydada dələduzluq yolu ilə əldə edərək digər üçüncü şəxsə satmasını danışmış, daha sonra danışdığı şikayət əsasında Şahid2 onun adından ərizə yazmasını xahiş etmişdir. Bundan sonra Şahid2 xidməti komputerində Zərərçəkmiş şəxs danışdıqlarının əsasında ərizə tərtib edərək çap edib onun yanında Zərərçəkmiş şəxs təqdim etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin ərizəyə imza etmiş və onlar birlikdə Şahid2 xidməti otağından çıxmışlar. Daha sonra Zərərçəkmiş şəxs imzaladığı ərizəsini Nəsimi rayon prokurorluğunun dəftərxanasına təqdim etmişdir. Bundan 3-4 gün sonra Zərərçəkmiş şəxs səhhətində yaranmış problemlərlə əlaqədar Türkiyəyə Vüsalın yanına getmişdir. Zərərçəkmiş şəxs Türkiyəyə getdikdən bir neçə gün sonra Vüsalın xahişinə əsasən Nəsimi rayon prokurorluğuna Şahid2 yanına gedərək Zərərçəkmiş şəxs verdiyi ərizənin aqibəti ilə maraqlanmış, Şahid2 ona Zərərçəkmiş şəxs şikayət ərizəsini ərazi aidiyyəti üzrə nəzarət etdiyi 19-cu polis bölməsinə göndərdiyini demişdir. Daha sonra o, 19-cu polis bölməsinə gedərək Zərərçəkmiş şəxs şikayəti əsasında araşdırma aparan təhqiqatçı Şahid4lə görüşmüş, həmin görüş zamanı Şahid4 araşdırmanı davam etdirdiyini demişdir. Bundan bir neçə gün sonra Vüsalın xahişi ilə yenidən 19-cu polis bölməsinə gedərək Zərərçəkmiş şəxs şikayəti əsasında araşdırmanın hansı yerdə olmasını təhqiqatçı Şahid4 soruşmuş, təhqiqatçı şikayətçi Zərərçəkmiş şəxs yerini müəyyən edə bilmədiyi üçün, şikayətçi çağrışlara gəlib izahat vermədiyini, buna görə cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul etdiyini demişdir. Bundan sonra o, Vüsal ilə telefon əlaqəsi yaradaraq təhqiqatçının ona dediklərini Vüsala bildirmiş, Vüsal Nəsimi rayon prokurorluğuna gedərək tanışı Elfanədən bir daha xahiş edib Şahid2 tapşırmağını xahiş etmişdir. Həmin vaxt Vüsala gedib Nəsimi rayon prokurorluğunda Şahid1 xahiş edəcəyinə dair söz vermiş, lakin, Elfanǝ Bayramovadan heç bir xahiş etmədən təxminən 2023-cü ilin yanvar ayının ortalarında Nəsimi rayon prokurorluğuna gedərək Şahid2 qəbuluna düşmüş, dostu Vüsalın atası Zərərçəkmiş şəxs yazdığı şikayət ərizəsi əsasında araşdırma aparan 19-cu polis bölməsinin təhqiqatçısı Şahid4 araşdırma üzrə şikayətçinin yerini müəyyən etməməsi əsası ilə cinayət işinin rədd olunmasına dair qərar qəbul etdiyini demişdir. Həmin zaman o, Şahid2 materialları tələb edib öyrənməsini əsassız qərar qəbul olunubsa ləğv edərək yenidən araşdırmaya verməsini xahiş etmişdir. Həmin zaman Şahid2 ona materialı tələb edərək öyrənəcəyini, material üzrə əssasız qərar qəbul olunduğunu müəyyən edərsə, həmin qərarın ləğv olunmasını və material üzrə yenidən araşdırma aparılmasını təşkil edəcəyini demişdir. Mircavadın əməlində dələduzluq cinayətinin tərkibi olduğunu, hər bir halda yekunda cinayət işinin başlanacağını düşünmüşdür. Ona görə Zərərçəkmiş şəxs guya Nəsimi rayon prokurorluğunun işçisi Şahid1 vermək üçün pul almaq qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin dekabr ayının sonlarında Vüsalla telefonda əlaqə saxlayaraq bildirmişdi ki, cinayət işinin başlanması və Mircavadın məsuliyyətə cəlb olunması üçün prokurorluğa 5 min manat pul çatdırmaq lazımdır. O, bunu Sulduzgili aldadıb pulunu ələ keçirmək məqsədilə yalandan demişdir. Bundan sonra, 2023-cü ilin yanvar ayının ortalarında Sulduzun deməsinə əsasən o, ünvan 3 ünvanında Vüsalın yeznəsi Əzizdən gedib 2.100 ABŞ dolları götürmüş, pulu götürdükdən sonra prokurorluq işçilərinə verdiyini demiş, lakin pulu heç kimə verməyərək özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra da Sulduz və Vüsal ondan dələduzluqla bağlı işin aqibəti barədə maraqlanmış, teztez soruşmuşdur. Yanvar ayının ikinci yarısında, onlara cinayət işi başlanması məsələsində köməklik edəcəyini dediyi üçün qərara gəlmişdi ki, özü yalandan qərar tərtib edib inandırmaq üçün onlara göndərsin. Çünki onsuz da obyektiv olaraq Mircavadın dələduzluq etməsi faktı ilə bağlı cinayət işi başlanacağını düşünmüş, sadəcə vaxt qazanmaq məqsədilə bu qərara gəlmişdir. Bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 8 ünvanında yerləşən evində, özünə məxsus HP markalı noutbukda X7 Rəhimova qarşı dələduzluq etməsi faktı ilə bağlı guya Nəsimi rayon prokuroru tərəfindən cinayət işinin başlanması haqqında qərar hazırlamışdır. Əvvəllər prokurorluq orqanlarında qeyri-rəsmi ictimai köməkçi işlədiyi üçün prosessual sənədlərin hazırlanması qaydasını bilmişdir. O, öz notbukunda həmin qərarı hazırladıqdan sonra, flaşkarta köçürüb “Əcəmi” metro stansiyasının yaxınlığında Hüseynbala Əliyev küçəsində yerləşən “Kseroks, printer” xidmətləri göstərilən yerdə imzanı çəkərkən oxşada bilməsə, yenidən cəhd edib yoxlaya bilməsi üçün 4-5 nüsxədə çıxartmışdır. Nəsimi rayon prokurorluğunda içəri tərəfdə növbətçi hissənin yanındakı divarda olan lövhədə Nəsimi rayon prokuroru Həsən Hənəfiyevin imzası ilə olan sənədlər olmuş, o prokurorluğa gedəndə imzaya baxıb yadında saxlamış və prokurorun adından tərtib etdiyi qərara da prokurorun imzasına oxşadaraq imza çəkmişdir. Onun istifadə etdiyi X14 markalı mobil telefonunun kamerası işləmədiyi üçün anasının istifadə etdiyi İphone 6 markalı telefonla qərarın şəklini evdə çəkərək 055 696-44-16 mobil nömrəsinin votsap tətbiqi ilə öz votsapına göndərmiş, daha sonra özündən də onu Vüsalın +90 532 133 92 28 türk nömrəsi ilə qeydiyyatdan keçdiyi votsapına göndərib, guya həmin faktla bağlı prokurorluqda cinayət işinin başlanması haqqında qərar qəbul edildiyini demişdir. Daha sonra hər iki telefondan qərarın şəklini silmişdir. Vüsal bundan sonra sevinmiş və ona öz minnətdarlığını bildirmişdir. Faktiki olaraq o, Şahid1, Şahid2 və ya təhqiqatçıya, eləcə də kiməsə Zərərçəkmiş şəxs şikayəti əsasında Mircavadın barəsində dələduzluq faktına görə cinayət işinin başlanılması üçün pul verməmişdir, eləcə də, bu iş üçün ondan pul istəyən olmamışdır. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamlıqla ödəmişdir. O,daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Vüsal Rəhimov onun oğludur, 8 ildir ki Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır və orada fərdi bizneslə məşğuldur. Vüsal ünvan 9 ünvanında “Şahin 005” adlı avto salonu olmuş, orada tələbə yoldaşı və yaxından inandığı Masallı rayon sakini, X2 ilə birlikdə işləmişdir. Bu səbəbdən o və bütün ailə üzvləri uzun müddətdir ki, Mircavadı tanımışlar. Mircavad oğlunun dostu olduğu üçün Vüsal Türkiyədə olarkən mütamadi olaraq bizneslə bağlı Bakı şəhərinə aid müəyyən tapşırıqlar vermiş və bunun müqabilində Mircavada ödənişlər etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs adlı şəxs də oğlu Vüsalın dostu olmuş və ona da Vüsal müəyyən tapşırıqlar vermiş və yoldaşlıq münasibətləri olmuşdur. 2022-ci ilin aprel ayında Mircavad Mahmudovun köməkliyi ilə Kənan Əliyev adlı şəxsdən etibarnamə ilə 57.800 manata 2013-cü il buraxılışı «X13» markalı avtomaşın almış, M.Mahmudov avtomobili təmir etdirmək adı ilə götürərək özündə saxlamış, 2022-ci ilin iyun ayında Kənan Əliyev tərəfindən başqa şəxslə alqı-satqı müqaviləsi bağlanmasına və «X13» markalı avtomaşının başqa şəxsə satılmasına nail olmuşdur. 2022-ci ilin dekabr ayının əvvəllərində oğlu Vüsal telefon əlaqəsi yaradaraq ona oğlunun dostu Təqsirləndirilən şəxsla əlaqə yaratmağı tapşırmışdır. Mustafanı da o, əvvəllər oğlunun yanında görmüş, mədəni, alicənab sakit oğlan kimi tanımışdır. Vüsal ona Mustafanın Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda tanışları olduğunu və Mustafa ilə birlikdə Nəsimi rayon prokurorluğuna gedib Mircavadın onlara qarşı etdiyi dələduzluq əməllərindən Nəsimi rayon prokurorluğuna şikayət etməsini demişdir. Bundan sonra o, oğlu Vüsalın deməyinə əsasən, istifadə etdiyi 050/055 ***-**-** mobil telefon nömrəsindən oğlunun ona verdiyi, Mustafanın istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onunla əlaqə saxlamış, Mircavadın bu hərəkəti barəsində danışmış, Mustafa dələduzluq faktının Bakı şəhəri, Nəsimi rayonun ərazisində olduğu üçün məhz Nəsimi rayon prokurorluğuna müraciət etməli olduqlarını demiş, həmçinin həmin söhbət zamanı Mustafa tanışı Şahid1 Nəsimi rayon prokurorluğunda prokuror köməkçisi işlədiyini, şikayətləri əsasında cinayət işi açılmasına köməklik etməsi üçün sonuncudan xahiş edəcəyini demişdir. Bundan sonra 15 dekabr 2022-ci il tarixdə günün birinci yarısı o və Mustafa Bakı şəhəri Nəsimi rayon prokurorluğunun inzibati binasının qarşısına getmiş, orada Mustafa ilə birlikdə prokuror köməkçisi Abbas müəllimin qəbulunda olmuş, baş verənləri Abbas müəllimə danışmışlar. Abbas müəllim burada açıq-aşkar dələduzluq faktı olduğunu demiş, ərizə və izahatını almışdır. Bundan təxminən bir ay sonra 2023-cü il yanvar ayının ortalarında Mustafa ona zəng edərək guya Elfanə xanımın ona ərizələrini Nəsimi rayon polis idarəsinin tabeliyində olan bölməyə deyil, istintaq idarəsinə göndərilməsini və orada da faktla bağlı cinayət işinin başlanılmasını təşkil edəcəyini dediyini bildirmiş, bunun edilməsi müqabilində Şahid1 5.000 manat pul verməli olduqlarını demişdir. 2023-cü ilin yanvarında o Türkiyədə oğlu Vüsalın yanında olanda Hüseynova (Rəhimova) Ləmana 2.100 ABŞ dolları göndərərək Mustafanın gəlib onlardan götürəcəyini demiş, bir neçə gün sonra Mustafa artıq qızı Ləmanla əlaqə yaradaraq 2.100 ABŞ dollar pulu gedib Ləmanın evinin qarşısında qızının əri Şahid3 götürmüşdür. Bir müddət sonra o və oğlu Vüsal növbəti dəfə Mustafa ilə telefon əlaqəsi yaratdıqda Mustafa ona və oğluna artıq şikayət ərizəsi əsasında 30 yanvar 2023-cü il tarixdə Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən Mahmudov Mircavadın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması üçün aidiyyəti üzrə Nəsimi RPİ-nin İstintaq idarəsinə göndərilməsini demiş və bununla bağlı qərarın şəklini atmışdır. Bundan sonra, o və oğlu Vüsal Mircavadın barəsində cinayət işi başlanılması, məsuliyyətə cəlb olunarkən yəqin ki, vurduğu ziyanı ödəyəcəyini düşünüb rahatlaşmışlar. Qərarı gördükdən sonra Mustafaya yenidən inanmışlar. Lakin, aradan bir müddət keçsə də, onu və ya oğlu Vüsalı Nəsimi RPİ-nin İstintaq idarəsindən çağıran olmamışdır. Bundan sonra, o, müəyyən tanışlarının vasitəsi ilə Nəsimi RPİ-nin İstintaq idarəsi ilə əlaqə saxladıqda məlum olmuşdur ki, onun müraciəti heç oraya göndərilməmiş və Mircavadın barəsində heç bir cinayət işi başlanılmamışdır. Bundan sonra o və oğlu Vüsal Mustafanın da öz növbəsində Mircavad kimi onlara qarşı dələduzluq etdiyini, Nəsimi rayon prokurorunun adından onlara saxta cinayət işinin başlanılması haqqında qərar göndərdiyini anlamışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Lakin, Təqsirləndirilən şəxs ilə barışmamışdır, sonuncudan şikayətçidir, xahiş edir ki, şikayəti nəzərə alınsın. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınatası, Vüsal Rəhimov isə qaynıdır. Təqsirləndirilən şəxs və X8 ortaqlığı ilə tanımışdır. Belə ki, Vüsal maşın alverini özü Türkiyədə olduğu üçün burada Mircavad və Mustafa ilə görmüşdür. Pul söhbətlərində də Zərərçəkmiş şəxs Bakıda olmadıqda həmin şəxslər ona verir, o, ya köçürmə yolu ilə, ya oraya gedən şəxs olduqda onun vasitəsilə göndərir, yaxud hər hansı işinə pul vermək lazım olduqda verirdi. 2023-cü ilin yanvar ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Mustafa gəlib onun yaşadığı ünvan 3 ünvanının qarşısında ondan 2100 dollar götürmüşdür. Maşınla bağlı Vüsal tez-tez ondan xahiş edirdi ki, Mustafa gəlib pul götürəcək. Vüsalın maşın alverindən əldə etdiyi pulların bir qismi onda olduğu üçün Mustafa da tez-tez ondan gəlib pul götürürdü. Bu səbəbdən 2100 dolların da hansı adla götürülməsini ilk öncə bilməmiş, lakin sonradan Zərərçəkmiş şəxs öyrənmişdir ki, Mustafa guya Mircavad barəsində cinayət işinin başlanmasını təşkil edəcək və bunun qarşılığında prokurorluq işçilərinə vermək adı ilə 2100 dolları almış, lakin pulu heç kimə verməmiş, dələduzluq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayından Bakı şəhəri Nəsimi RPŞ-nin 19-cu PB-də təhqiqatçı işləyir. Zərərçəkmiş şəxs Nəsimi rayon prokurorluğuna yazmış olduğu xx.xx.2022-ci il tarixli ərizəsi xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin HK-1 kitabında 4143 sayla qeydiyyata alınaraq icrası ona həvalə edilmiş, materialın icrası zamanı Zərərçəkmiş şəxs izahatının alınması məqsədilə dəfələrlə onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə zəng etmiş, lakin mobil telefon əhatə dairəsinin xaricində olmuş, bu barədə tərtib olunmuş protokollar materiala əlavə edilmişdir. Materialda adı çəkilən digər şəxslərin izahatının alınması məqsədilə Nəsimi RPİ-nin 19-cu PŞ-nin müvafiq aidiyyatı əməkdaşlarına tapşırıq verilsə də, təhqiqat müddətində müsbət cavab alınmamışdır. xx.xx.2023-cü il tarixdə xidməti otağına Zərərçəkmiş şəxs adından dövlət orqanlarında çıxış etməsi üçün Təqsirləndirilən şəxs gələrək etibarnamə təqdim etmiş və bundan sonra qeyd olunan məsələ ilə bağlı Zərərçəkmiş şəxs adından X5 izahatı alınmışdır. Daha sonra o materialda mənimsəmə faktı olması və AR CM-nin 179-cu maddəsinin prokurorluğun aidiyyəti olması qənaətinə gələrək xx.xx.2023-cü il tarixdə materialın aidiyyəti üzrə Nasimi rayon prokurorluğuna göndərilməsinə dair qərar qəbul etmiş, həmin tarixdə materialın aidiyyat qərarı ilə birlikdə Nəsimi rayon prokurorluğuna göndərilməsi təmin olunmuşdur. Qəbul edilmiş qərar xx.xx.2023-cü il tarixdə Nəsimi rayon prokurorluğu tərəfindən ləğv edilərək aidiyyəti üzrə geri qaytarılmış və xx.xx.2023-cü il tarixdə təkrar icraatına daxil olmuşdur. Təhqiqat müddətində yenə də müraciət müəllifi Zərərçəkmiş şəxs izahatını almaq mümkün olmamışdır. Həmin müddət ərzində materialda adı şahid kimi çəkilən Vüqar Qasımovun izahatı alınaraq materiala əlavə edilmişdir. Sözü gedən materialla bağlı xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar Nəsimi rayon prokurorluğunda ləğv edilmiş, araşdırmanın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Nəsimi rayon prokurorunun sabiq böyük köməkçisi Elfanǝ Bayramova və ya prokurorun köməkçisi Şahid2 ondan heç kimə görə heç bir xahiş etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2014-cü ildən Azərbaycan Respublikası Prokurorluq orqanlarında xidmət edir. xx.xx.2021ci ildən xx.xx.2023-cü ilədək Nəsimi rayon prokurorunun böyük köməkçisi vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs tanımamış, onu əvvəllər heç vaxt görməmiş, onunla heç bir münasibəti olmamışdır. 2016-cı ildən Nərimanov rayon prokurorluğunda çalışdığı müddətdən Təqsirləndirilən şəxs ictimai köməkçi kimi işləməsi ilə əlaqədar tanımışdır. 2022-ci ilin sonlarında Mustafa əvvəl telefonla əlaqə saxlayıb daha sonra Nəsimi rayon prokurorluğunun inzibati binasına onun qəbuluna gəlmiş, o, Mustafanı qəbul etmiş, həmin zaman Mustafa şifahi olaraq Türkiyədə yaşayan qohumunun Azərbaycan Respublikasında avtomaşın alqı-satqı biznesi ilə məşğul olduğunu və bir nəfərin onlara qarşı dələduzluq etdiyini bildirmişdir. O Mustafaya rəsmi qaydada müraciət etməsini demiş, 2022-ci ilin dekabr ayının ortalarında Mustafanı Nəsimi rayon prokurorluğunun inzibati binasının ikinci mərtəbəsində dəhlizdə görmüş, Mustafa həmin vaxt müraciətinin rayon prokurorluğunun köməkçisi Şahid2 tərəfindən araşdırıldığını və bu səbəbdən Şahid2 yanına gəldiyini demişdir. O, dəhlizdə onunla sağollaşaraq öz işlərinin arxasınca getmişdir. Daha sonra o, Mustafanı bir daha görməmiş, bundan bir müddət sonra, xx.xx.2023-cü ildə +**********98 nömrəsindən tanımadığı şəxs istifadəsində olan ********** nömrəsinə “WhatApp” tətbiqi proqramı vasitəsilə zəng edərək özünü Zərərçəkmiş şəxs oğlu Vüsal kimi təqdim etmiş, həmin vaxt o, zəng edən şəxsə nə onun özünü və ya Zərərçəkmiş şəxs tanımadığını demiş, daha sonra ona zəng edən şəxs Mustafanın qohumu olduğunu və Mustafanın ona qarşı dələduzluq edib, onun adından etdiyi müraciətlə bağlı cinayət işi başlamaq üçün ona vermək adıyla 2500 dollar pul aldığını, Mustafanın müəyyən biznes işlərində də ona qarşı dələduzluq etdiyini, Mustafanın ona verəcəyi adı ilə aldığı pullarının qaytarılmasında köməklik etməyini xahiş etmişdir. O, da həmin şəxsə Mustafa ilə aralarında pulla bağlı hər hansı razılaşma olmadığını, sonuncudan pul istəmədiyini, Mustafa da ona hər hansı məbləğdə pul vermədiyini, Mustafanın yalan danışdığını, Mustafanın dələduz olduğunu, istədiyi zaman şikayət edə biləcəyini demişdir. O, daha sonra Mustafa ilə telefon vasitəsilə əlaqə saxlayaraq onun adından istifadə edərək vətəndaşdan pul almasına görə iradını bildirmiş, vətəndaşdan aldığı pulları qaytarmasını demiş, Mustafa da işləri qaydasına qoyacağını, pulu qaytaracağını bildirmişdir. O, Mustafa ilə xx.xx.2023-cü il tarixdə aparılan danışığının səsini öz telefonunda yazmış, həmin səs yazısını ifadəsinə əlavə edir. Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar cinayət işinin başlanması üçün Şahid2 hər hansı xahişi, eləcə də Şahid2la aralarında qeyd olunan məsələ ilə bağlı hər-hansı bir danışığı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 01 dekabr 2022-ci il tarixdən Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs, X9, Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamış, münasibəti olmamışdır. 15 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs adlı şəxslər şikayətçi kimi Nəsimi rayon prokurorluğunda onun qəbulunda olmuş, əsas şikayətçi Zərərçəkmiş şəxs olmuş, Təqsirləndirilən şəxs onun xahişi ilə yanında iştirak etmiş, Zərərçəkmiş şəxs danışanda yaşlı olduğu üçün unutduğu məqamları yanında olan Təqsirləndirilən şəxs düzəliş edərək onu yönləndirmişdir. Zərərçəkmiş şəxs ona qarşı dələduzluq edildiyini demiş, o, Zərərçəkmiş şəxs ərizə ilə rəsmi qaydada prokurorluğa və ya Nəsimi rayon polis idarəsinə müraciət etmələrini bildirmiş, Zərərçəkmiş şəxs ərizəni yazmaqda köməklik etməyi xahiş edərək, ərizəsini rayon prokurorluğuna yazmaq istədiyini demiş, həmin vaxt o, Zərərçəkmiş şəxsla razılaşaraq onun sözlərindən istifadəsində olan kompyuterdə ərizəsini tərtib edərək özünə təqdim etmiş, Zərərçəkmiş şəxs isə ərizəsinə imza ataraq ərizəni hara verəcəyini ondan soruşmuş, həmin zaman o, Zərərçəkmiş şəxs ərizəsini dəftərxanaya verə biləcəyini və ya aşağıda girişdə poçt qutusuna ata biləcəyi barədə məlumat verərək onları xidməti otağından yola salmışdır. Bundan sonra, o, Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs bir daha görməmiş, onlarla hər hansı bir əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs müraciəti dəftərxanadan ona təqdim olunmuş, o isə öz növbəsində xx.xx.2022-ci il tarixdə həmin ərizənin ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin 19-cu PŞ-ə göndərilməsini təmin etmişdir. Daha sonra, həmin ərizə üzrə araşdırma Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 tapşırılmış, təhqiqatçı Şahid4 tərəfindən araşdırma zamanı həmin materialda CMnin 179-cu maddəsinin tərkibi əlamətlərinin olması qənaətinə gəlməklə 09 yanvar 2022-ci il tarixdə materialın aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul olunaraq materiallar qərarla birlikdə Nəsimi rayon prokurorluğuna təqdim olunmuş, həmin materiallar onun tərəfindən öyrənildikdən sonra material üzrə qəbul olunmuş qərarın əsassız olması müəyyən olunmuş və onun təşəbbüsü ilə Nəsimi rayon prokurorunun müavini Fərid Dadaşov tərəfindən materialların aidiyyəti üzrə göndərilməsinə dair qərar 23 yanvar 2023cü il tarixdə ləğv olunaraq yenidən araşdırmanın aparılması üçün Nəsimi RPİ-nin 19-cu PŞ-ə qaytarılmışdır. Daha sonra həmin materiallar üzrə araşdırma Şahid4 tərəfindən davam etdirilmiş və material üzrə cinayət işinin başlanılmasının rədd olunmasına dair qərar qəbul olunmuşdur. Bundan sonra qeyd olunan material öyrənilməsi üçün prokurorluğa götürüldükdə Şahid4 tərəfindən həmin material üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd olunmasına dair qərarın əsassız və qanunsuz qəbul olunduğu müəyyən edilmiş, bu səbəbdən onun təşəbbüsü ilə Şahid4 tərəfindən material üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərar prokuror müavini Fərid Dadaşovun 12 aprel 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş, Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar toplanmış material daha sonra rayon polis idarəsinin İstintaq şöbəsinə verilmişdir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla arasında heç bir pul söhbəti olmamışdır. Zərərçəkmiş şəxs cəmi bir dəfə qəbulda olarkən görmüş, Mustafa isə ərizə verdikdən sonra bir dəfə tək ərizə ilə bağlı maraqlanmaq üçün gəlmişdi. O, həmin vaxt ərizələrini 19-ci polis şöbəsinə göndərdiyini, bununla bağlı çağrılacaqlarını, 19-cu polis bölməsinə gedib oradan maraqlanmasını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş materialları, o cümlədən məhkəmə –fonoskopik ekspertizasının rəyi ilə də, tam sübuta yetirilir. Məhkəmə tərəfindən sorğu göndərilərək alınmış və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarının 171-173-cü vərəqlərindəki Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi X3 13 iyun 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarındakı Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 05 iyul 2023-cü il tarixli, 1(001)-488/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarının 106-110-cu vərəqlərindəki "xxxx" ASC-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəmə qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 3.570 manat maddi ziyanı qismən, 3.070 manatını Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci və 320.1-ci maddələri ilə düzğün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini lazım bilir. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 500 (beş yüz) manat hissəsinin qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 3070 (üç min yetmiş) manat hissəsi Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə aparılmış məhkəmə fonoskopik ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut - cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus səs yazılarının əks olunduğu audioyazının qeydə alındığı elektron daşıyıcı iş materiallarına əlavə olunmalıdır, Təqsirləndirilən şəxs götürülmüş Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd “Samsung” markalı mobil telefon sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci və 320.1-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 178.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 320.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci madəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından həbs edilsin, cəzasının əvvəli həbs edildiyi 23 oktyabr 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 500 (beş yüz) manat hissəsinin qaytarılması nəzərə alınsın, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 3070 (üç min yetmiş) manat hissəsi Zərərçəkmiş şəxs verilsin. İş üzrə aparılmış məhkəmə fonoskopik ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut - cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus səs yazılarının əks olunduğu audioyazının qeydə alındığı elektron daşıyıcı iş materiallarına əlavə olunsun, Təqsirləndirilən şəxs götürülmüş Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd “Samsung” markalı mobil telefon sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərdiyi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellysiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar