Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-488/2025 26.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına etap olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 08 iyun 2025-ci il tarixdə və 09 iyun 2025ci il tarixdə 2 halda vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində yerləşən fərdi yaşayış evinə zirzəminin giriş qapısının qıfılını sındırma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, orada divara bərkidilmiş 1 metrinin dəyəri 0,75 manat, ümumi uzunluğu 1000 metr təşkil edən “Göktel” markalı, 4 mm qalınlıqda cəmi dəyəri 750 manat olan elektrik naqilini və 1 metrinin dəyəri 1,15 manat ümumi uzunluğu 600 metr təşkil edən “Göktef’ markalı, 6 mm qalınlıqda cəmi dəyəri 690 manat olan elektrik naqilini fiziki güc tətbiq etməklə sökərək çıxarmaqla gizli olaraq talayıb, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 1.440 (bir min dörd yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında Binəqədi rayonu ərazisində su sayağacları oğurladığına görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə həbs edilmiş və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2024-cü ilin iyun ayında təyin olunmuş cəza başa çatdığı üçün azadlığa çıxmışdır. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, qonşuluqda yaşayır. İlqarla əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Heç yerdə işləmədiyi üçün gəlir yeri yoxdur. Borcları yarandığı üçün oğurluq etmək qərarına gəlmişdir. İlqarın qonşuluqda yerləşən evində təmir işləri gedirdi. Həmin evdə heç kim yaşamırdı. 8 iyun 2025-ci ildə saat 12 radələrində həmin evə yaxınlaşmışdır. Evdə heç kim yox idi. Ev kürsülü bir mərtəbəli idi. Həmin evin zirzəmisinə taxta qapısının üzərində olan dəmir qıfılı əlində olan dəmir parçası ilə sındırıb açıb daxil olmuşdur. Daha sonra zirzəmidən evin içinə daxil olmuşdur. Evin divarına plasmas boruların içərisində elektrik naqilləri bərkidilmişdir. Həmin naqilləri divardan çıxarıb daha sonra əridib əlvan metal qəbulu məntəqəsinə satmaq qərarına gəlmişdir. Təxminən 1000 metr uzunluğunda elektrik naqilini əli ilə divardan çıxarmışdır. Orada naqillər yenə qalmışdı və o, fiziki cəhətdən naqilləri götürməyə gücü çatmadığından qalan naqilləri sonradan gəlib götürmək qərarına gəlmişdir. Daha sonra evin otaqlarından birində olan pəncərədən çıxıb getmişdir. Evdən təxminən 500-600 metr uzaqlıqda boş sahədə həmin naqilləri yandırmış və əritmişdir. Həmin misi Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan yolunun üzərində yerləşən əlvan metal qəbulu məntəqəsinə aparmışdır. Orada sonradan adını Tofiq kimi bildiyi şəxs ondan misi qəbul etmiş, tərəzi vasitəsi ilə çəkərək 3 kq 600 qram olması müəyyən edilmişdir. Buna görə sonradan adını Qnyaz olaraq bildiyi şəxs ona 40 manat pul vermişdir. Daha sonra oradan uzaqlaşmışdır. 9 iyun 2025-ci ildə yenidən İlqarın evinin yaxınlığında olan zaman qalan elektrik naqillərini oğurlamaq qərarına gəlmişdir. Belə ki, birinci dəfə oradan oğurluq edərkən həmin elektrik naqillərinin orada qalmasını görmüşdür. Həmin gün saat 12 radələrində həmin evə yaxınlaşmışdır. Evdə heç kim olmamışdır. Həmin evin zirzəmisinə taxta qapısının açıb daxil olmuşdur. Daha sonra zirzəmidən evin içinə daxil olmuşdur. Evin divarına plasmas boruların içərisində bərkidilmiş qalan elektrik naqillərini götürüb evin pəncərəsindən çıxmışdır. Həmin naqillərin uzunluğu təxminən 600 metr olmuşdur. Eyni qaydada həmin elektrik naqillərini 500-600 metr məsafədəki boş sahədə yandıraraq əritmişdir. Həmin əritdiyi misi isə həmin metal qəbulu məntəqəsinə aparmışdır. Metal qəbulu məntəqəsinə çatdığı zaman yenə də Tofiq kimi tanıdığı şəxs misi tərəzi vasitəsi ilə çəkərək 6 kq 400 qram olmasını müəyyən etdi. Buna, görə Qnyaz ona 79 manat pul vermişdir. Daha sonra oradan çıxmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizə verdiyini, göstərilən halın da nəzərə alınmasını bidirərək barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yeni inşa etdiyi fərdi yaşayış evini 2024-cü ilin dekabr ayında üst işlərini bitirmişdir. 2025-ci ilin mart ayında isə yeni inşa eldiyi evin daxilindəki təmir işlərinə başlamışdır, ilkin olaraq evin elektrik xətlərini və naqilini çəkdirmişdir. Həmin ərəfələrdə “Göktel” firmasına məxsus 04 mm və 06 mm-lik elektrik naqilini rubilniklə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazadan pul verib almışdır. Bundan sonra öz şəxsi işləri ilə əlaqədar olaraq doğulduğu İsmayıllı rayonuna getmişdir. Bakı şəhəri, Binəqədi rayonunda yeni inşa etdiyi evdə 15-20 gün əvvəl olmuşdur. Həmin vaxt yeni inşa etdiyi evdə hər şey öz qaydasında olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yeni inşa etdiyi fərdi yaşayış evinə gəldikdə, evin zirzəminin taxta qapısının asma kilidinin qırılaraq yerdə olduğunu görmüşdür. Lakin zirzəmidə heç bir əşya olmadığından oradan oğurluq olmadığını aşkar etmişdir. Bundan sonra giriş qapısının kilitini açıb evə daxil olduqda görmüşdür ki, evin bütün otaqlarının və dəhlizin divarına usta tərəfindən quraşdırılmış 1600 (min altı yüz) metr elektrik naqilləri yerindən sökülərək çıxardılmışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı yaşadığı ünvana hadisə yerinə 43-cü PB-nin əməkdaşları gəldikdən sonra araşdırma başlanılmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1440 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasına çağırılmış Şahid xx.xx.2026-cı il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcyini bildirmiş, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmədə Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilən fakt üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli raport və ərizədən görünür ki, Zərərçəkmiş şəxs 11 iyun 2025ci il tarixdə saat 20:00 radələrində AR DİN 102 zəng xidməti mərkəzinə və yazılı ərizə ilə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edərək naməlum şəraitdə yaşayış olmayan fərdi evinə daxil olub, elektrik naqillərinin oğurlanması barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində M.Ələkbərov küçəsinin yaxınlığında Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:05-də Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı istintaqa vermiş olduğu ifadəsini hadisə yerində əyani göstərərək bir daha təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-447/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində işə cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-595/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində işə cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti istintaq müddətinin sonunadək, yəni 16 noyabr 2025-ci il tarixədək uzadılmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Kərimov X1 rayon Məhkəməsinin 1(001)-441/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-733/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində işə cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 (iyirmi) gün, yəni 06 dekabr 2025-ci il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3 az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Kərimov X1 rayon Məhkəməsinin 1(001)-441/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətin törədilməsinə görə məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən AR CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), zərər çəkmiş şəxsə vurulmuş ziyandan qismən ödəniş etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 16 iyun 2025-ci il tarixdə, saat 15:05-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 18 iyun 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 447/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-595/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, təqsirləndirilən şəxs qismində işə cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti istintaq müddətinin sonunadək, yəni 16 noyabr 2025-ci il tarixədək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-733/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 (iyirmi) gün, yəni 06 dekabr 2025-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 16 iyun 2025-ci il tarixdən bugünədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablanmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 385 (üç yüz səksən beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 385 (üç yüz səksən beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-488/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-488/2025
26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver