Məhkəmə qərarları › İş №1(001)-489/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-489/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-489/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X19 və X7, şikayət vermiş şəxslərin nümayəndəsi 06 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X8 və X13, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X8, X23 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında X19 və X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X19 və X21 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8, X23 və X4 CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, 2023-cü ilin ortalarından X21 ilə həyat yoldaşı Əlizadə (Talıbova) Fərqanə Nərman qızının arasında münasibətlər korlanmışdır. Əlizadə (Talıbova) X6 Rüstəm Əziz oğlu ilə Bakı 11 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixində MŞB/11/2023-01994 saylı mediasiya sazişi imzalamış və daha sonra Binəqədi Rayon Məhkəməsinə nikahın pozulması məqsədilə iddia ilə müraciət olunmuşdur. Qeyd edilən mediasiya sazişinin 10-cu bəndinə əsasən tərəflər razılığa gəlmişdir ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəklər. Lakin buna baxmayaraq, Əlizadə (Talıbova) X12 Talıbovun və atası Ə.Talıbovun barəsində Azərbaycan Respublikasının Prezidentinə, Daxili İşlər Nazirliyinə, Baş X39 İdarəsinə, eləcə də digər dövlət və hakimiyyət orqanlarına heç bir əsası olmayan böhtan xarakterli şikayət ərizələri ünvanlamışdır. Etdiyi şikayət ərizələri ilə bağlı Əlizadə (Talıbova) Fərqanə Nərman qızı dəfələrlə Daxili İşlər Nazirliyi Baş X39 İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilmiş, ona hüquq və vəzifələri barədə ətraflı məlumat verilmiş, R.Talıbovun xidməti fəaliyyəti ilə bağlı qeyd olunanların təsdiqini tapmadığını, eləcə də həqiqətəuyğun olmaması nəzərinə çatdırılaraq, müraciətlərdə qeyd olunan digər məsələlərlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və bu barədə ona dəfələrlə yazılı cavablar verilmişdir. Lakin Əlizadə (Talıbova) Fərqanə Nərman qızı R.Talıbov barəsində etdiyi böhtan xarakterli şikayət ərizələrini dayandırmamışdır. Əlizadə (Talıbova) Fərqanə Nərman qızı yazdığı ərizələrdə xüsusi ittihamçılar X14 və X9 böhtanlar ataraq göstərmişdir: “R.X38 ASC-də çalışan evli və uşaqları olan xanımla bilə-bilə intim münasibətlərə girmiş, onunla yaşamış və ona görə məni təhqir etmişdir”. Əlizadə (Talıbova) Fərqanə Nərman qızı ərizələrində həmçinin göstərmişdir ki, ailəsinin dağılmasına gətirib çıxaran digər hal da onun uzun aylar evə gecə gəlməsi olmuşdur. Səbəbini soruşanda isə demişdir ki, “Mən etibarlı adamam, Kamran müəllim mənə etibar edir, işdən sonra onun paketlərini (pul məbləğlərini) müəyyən şəxslərə çatdırıram, ona görə gec gələcəm”. Əlizadə (Talıbova) Fərqanə Nərman qızı daha sonra ərizəsində göstərmişdir: “Əməkdaşınız atası, istefada olan polis polkovniki Əziz Talıbovun şəxsi nüfuzu və münasibətlərindən hər yerdə istifadə edir və mənə qarşı təzyiqləri dayandırmır. Hətta bu ad altında məni qorxudaraq bağ evini əlimdən almış, sonra isə yaşadığım evdən uşaqla bərabər çıxarmaqla hədələmişdir. Xahiş edirəm ki, Əziz Talıbovun sizə və digər şəxslərə olan təzyiqlərini neytrallaşdırın və obyektiv araşdırılma aparılsın.” Bundan əlavə R.Talıbovun mülkiyyətində olan “Land Cruiser” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili “onun qohumu X15 etibarnamə ilə satdığını, pulunu əldə etdiyini, bir müddət sonra isə adına keçirəcəyini bildirsə də, bunu etməkdən imtina etməsi”, sonralar isə “R.Talıbov öz övladına qarşı əxlaqa zidd hərəkətlər etməsi, ona söyüş öyrətməsi, eləcə də uşağın yanında onun yaxın qohumlarını nəlayiq ifadələrlə təhqir edərək tərbiyəsinə neqativ təsir edir” kimi həqiqətəuyğun olmayan məlumatlar vermişdir. Sonuncu qeyd olunan böhtan xarakterli eyniməzmunlu ərizələri əsasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Daxili İşlər Nazirliyində, eləcə də Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu tərəfindən aparılmış araşdırmalar zamanı R.Talıbovun keçmiş həyat yoldaşı F.Əlizadəyə və ya övladı X5 qarşı hər hansı qanunazidd hərəkətlərə yol verməsi təsdiqini tapmamış, F.Əlizadənin etdiyi müraciətlərinin əsassız olduğunu və bu barədə ona xx.xx.2024-cü il tarixli, 5-10/2-J-24- 129/2024 nömrəli məktublar yazılı cavab verilmişdir. Əlizadə (Talıbova) X12 Talıbova qarşı böhtan və təhqir xarakterli hərəkətlərini başqa istiqamətlərdə də davam etdirərək "xxxx" ASC-də çalışan Nigar Dustiyeva və R.Talıbovun guya intim münasibətlərdə olduqları barədə böhtan dolu ərizələr yazmış və qeyd olunan bankın inzibati binasına gedərək orada N.Dustiyevanın aşağı düşməsini tələb etmiş, o buna nail olmadıqda “Whatsapp” vasitəsilə “sevgilin ilə danışarsan və o evdən imtina edir, yoxsa əks halda sən, Vaqif (həyat yoldaşı), atan, şöbə rəisin və bir çox Dustiyevlər məhkəməyə dəvət olunacaqsız...” mətnli mesajı yazaraq, açıq şəkildə hədə qorxu gəlmişdir. F.Əlizadə guya R.Talıbovla N.Dustiyevanın yaxın münasibətlərinin olması barədə N.Dustiyevanın həyat yoldaşına, anasına və digər qohumlarına “Whatsapp” və “İnstagram” sosial şəbəkələri vasitəsilə mesajlar göndərmişdir. Yuxarıda qeyd edilən əməllər Əlizadə (Talıbova) Fərqanə və atası X10 əvvəlcədən qurduqları plana əsasən həyata keçirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində F.Əlizadə və atası Həsənov Nəriman xüsusi ittihamçı R.Talıbova hədə-qorxu gələrək ondan mülkiyyət hüququndan imtina etməsini tələb etmişlər. Onlar R.Talıbova bildirmişlər ki, əgər mülkiyyət sahibi olduğu mənzildən (Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ev 64, mənzil 31) imtina etməsə, onu nüfuzdan salacaqlar, işdən qovduracaqlar, sağlamlığına ağır xəsarətlər yetirmək və ya öldürmək üçün guya görüşdüyü xanımın həyat yoldaşına və yaxınlarına məlumatlar verəcəklər. F.Əlizadə və atası X10 bu əməlləri barədə səs yazısı vardır və şikayətə əlavə olunmuşdur. X21 ilə Əlizadə (Talıbova) Fərqanə Nərman qızı arasında nikah Binəqədi rayon məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə pozulsa da, F.Əlizadə R.Talıbov və onun atası Ə.Talıbov barəsində böhtan və təhqir dolu qanunsuz şikayətlərindən əl çəkməmişdir. Bütün yuxarıda göstərilənlərlə Əlizadə (Talıbova) X6 Rüstəm Əziz oğlunu işdən qovdurmaq, eyni zamanda həyatını təhlükə qarşısında qoymaq məqsədi güdməklə bərabər, onu təhqir etmiş, həmçinin ona böhtan atmaqla işgüzar nüfuzuna xələl gətirmişdir.Bundan əlavə X8 və onun atası X22 R.Talıbovun mülkiyyətində olan “X34” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya N.Həsənova məxsus olması, Rüstəm və Əziz Talıbovların həmin maşını zorla, hədə qorxu ilə və onu aldatmaqla ələ keçirməsi barədə videoçəkiliş apararaq internet informasiya ehtiyatında yerləşdirərək yaymışlar. Həmin videoçəkilişlərdə onlar Əziz Talıbovu və Rüstəm Talıbovu cinayətlər törətməkdə ittiham edərək onları oğru, başqasının malını zorla ələ keçirən şəxslər adlandıraraq onlara böhtan atmışlar. Qeyd edilən çəkilişlər Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 64 saylı binanın həyətində “X34” markalı, 77-FT- 019 dövlət qeydiyyat nişanlı avtomobilin saxlandığı yerdə xx.xx.2024-cü il tarixində həyata keçirilmiş, həmin yerdən və həmin tarixdə internet informasiya ehtiyatında, əsasən də “Tik-tok” sosial şəbəkəsində yerləşdirərək, həmçinin “Whatsapp” tətbiqi üzərindən paylaşmaqla Əziz Talıbova və Rüstəm Talıbova özləri böhtan atıb təhqir etməklə bərabər, həmçinin onlar barəsində təhqiredici və böhtan xarakterli müzakirələrin açılmasına səbəb olmuşlar. “Tiktok” sosial şəbəkəsində yayılmış videolara ümumilikdə 200.000-dən (iki yüz min) artıq insan baxmışdır. Bundan əlavə, X8 çəkdikləri videoları çoxlu insanların, o cümlədən Ə.Talıbovun qohumlarının “Whatsapp” ünvanlarına göndərmiş, habelə özünün statusunda yerləşdirərək kütləvi şəkildə yaymışdır. Bakı şəhər sakini X1 Fərqanə Nərman qızının və X10 böhtan və təhqir dolu çəkilişlərin müzakirəsi zamanı müzakirələrə qoşularaq “Tik-tok” sosial şəbəkəsində dəfələrlə X11, X16 və onun ailəsini təhqir etmiş və onlara böhtan atmışdır. X17 internet informasiya ehtiyatında Rüstəm Talıbovu “alçaq polis”, Əziz Talıbovu “plagiatla məşğul olan”, “şərəfsiz ata, şərəfsiz də oğlu” və digər təhqirlər yazaraq onları təhqir etmiş, “məhkəməyə o qədər rüşvət Talıbovlar soxurlar ki” yazaraq internet informasiya ehtiyatları vasitəsilə onlara böhtan atmışdır. X8 da bu müzakirələrdə iştirak edərək öz təhqir və böhtanlarını davam etdirmişdir X1 Fərqanə Nərman qızının xalası qızıdır. Əməli törədən şəxslər bu əməli əvvəlcədən planlaşdırmış və əlbir olaraq planlı şəkildə törətmişlər. Qeyd edilənlərdən məlum olur ki, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan X8 və atası ünvan 2 mənzil 3-də yaşayan X23 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü Y/Y massivi, X. Məlikaslanov küçəsi, ev 23A-də qeydiyyatda olan X17 internet informasiya ehtiyatlarında X9 və X14 böhtan atmaqla və onları təhqir etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrin də nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Cinayət hadisəsinin baş verməsi və hadisənin X8, X23 və X17 tərəfindən törədilməsi təhqir və böhtan dolu videoların çəkilərək sosial şəbəkələrdə yerləşdirilməsi, habelə həmin şəbəkələrdəki müzakirələrdə iştirak edərək təhqir və böhtan xarakterli yazılar yazmaları ilə təsdiq edilir. Həmin sosial şəbəkələrdə yerləşdirilmiş videoların çıxarışları, onların müzakirə mətnlərinin çıxarışları göstərilən cinayət hadisəsini və əməlin yuxarıda göstərilən şəxslər tərəfindən törədildiyini təsdiq edir. X23, X8 və X17 göstərilən hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 88-ci, 293-cü maddələrinin tələblərinə uyğun olaraq X3, X13 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalanmaları xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin nümayəndəsi 06 saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayət ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, hal-hazırda məhkəmə iclasında iştirak edən tərəflər arasında ayrı-ayrı məhkəmələrin icraatında xeyli sayda mülki mübahisələr var. Hüquqlarını müdafiə etdiyi Rüstəm Talıbov Baş X39 İdarəsinin İmtahan Qeydiyyat şöbəsində operator vəzifəsində işləyir. Hətta X28, Dövlət Başçısına qədər müxtəlif instansiyalarda alçaldıcı və kifayət qədər nüfuzdan salan məktublar yazılmışdır. Başqa bir xanımın iş yerinə gedilib, orada təhqir edici ifadələr, hətta həmin xanımın əri ilə də əlaqə yaradılaraq, xanımın Rüstəmlə intim əlaqədə olması bildirilmişdir. Bütün bunlar Rüstəmin həyatına qəsd olunmağa gətirib çıxaran hərəkətlərdir, öldürmə həddinə gətirib çıxarmışdır. X30 Nazirliyində mötəbər vəzifələrdə işləmiş və “Tik-tok” sosial şəbəkəsində olan 80 faiz hərbiçilər onu tanıyır, hətta bir neçə nəfəri Əziz müəllimə zəng edərək, oğru adlandırılmasının və bu məsələlərin nə demək olduğunu soruşmuşlar. Onlar məhkəməyə ərizəni verdikləri dövrdə “Tik-tok” şəbəkəsində yayılmış videoya 200-300 min adam baxmışdır. Əziz müəllim həm yol hərəkəti qaydaları haqqında kitab yazmış, həm də AYNAda işə başlamışdır. Həmçinin hərbi akademiyanın professorudur. Yəni ki, hüquqlarını müdafiə etdiyi şəxslərin dairəsi genişdir. İttiham olunan şəxslər sosial şəbəkələrdə maşının kənarında dayanaraq, guya hüquqlarını müdafiə etdiyi şəxslərin bu maşını hədə qorxu yolu ilə, oğurluq yolu ilə ələ keçirdiklərini qeyd etmişlər. Qarşı tərəf Əziz Talıbovu, Rüstəm Talıbovu birbaşa oğru adlandırmışlar. Eyni zamanda Əlizadə Fərqanə hüquqlarını müdafiə etdiyi şəxsləri təhqir etmişdir. Əlizadə Fərqanə “uşağı atıb gedibdir”, “evimizi əlimizdən alır”, “var dövlət hərisi” kimi böhtan, təhqir xarakterli çıxışlar edir. Abbasova Günel adlı şəxs də onlara qoşulub hüquqlarını müdafiə etdiyi şəxsləri “şərəfsiz polis işçisi”, “şərəfsiz ata” “şərəfsiz oğul” kimi ifadələrdən işlədərək təhqir etmişdir. Qeyd etdiklərini təsdiq edən bütün sübutları məhkəməyə təqdim etmişlər. Həmin şəxslər CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmişlər. Ona görə də məsuliyyətə cəlb olunmalıdırlar. Odur ki, xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə uyğun verildiyi üçün icraata qəbul edilməsini, məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 şikayət ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, oğlu X20 Əlizadənin nikahının pozulması arzuolunmaz bir hadisədir, hər iki ailə üçün faciə kimi qəbul edilmişdir. Amma bu hal baş vermişdir. Nikah pozulan zaman mülk varsa mülk bölünür və tərəflər normal şəkildə ayrılırlar. Amma burada vəkilinin qeyd etdiyi kimi mənzilin tam şəkildə ələ keçirilməsi üçün planlı şəkildə işlər aparılmış, hədə-qorxular gəlinmiş, oğlu Rüstəmin işdən qovulması, Rüstəmin guya görüşdüyü qadının əri tərəfindən öldürülməsi kimi məsələlər öz əksini tapmışdır. Bundan başqa, onu və oğlu Rüstəmi dəfələrlə təhqiredici, alçaldıcı, böhtan xarakterli ifadələrlə Azərbaycan Respublikasının Prezidentinə, X28, Vergilər Nazirliyinə əsassız şikayətlər olunmuşdur. Bütün bunların başında mənzilin ələ keçirilməsi məqsədi olmuşdur. Sonda da sosial şəbəkələrdə təhqir edici, alçaldıcı və böhtan xarakterli məlumatların yayılması onun nüfuzuna ciddi xələl gətirmişdir. Mən əvvəllər 40 ilə yaxın silahlı qüvvələrdə xidmət etmişəm. Silahlı qüvvələrin zabit korpusunun əksər hissəsi demək olar ki, onu tanıyır. Bundan başqa, o, elmlər doktoru professordur. 100 dən çox elmi əsəri var, yetişdirdiyi elm adamları var. Həmçinin o, bəzi kitabların müəllifidir, həmin kitablara görə onun soyadını, özünü tanıyırlar. “Alçaq Talıbov”, “Alçaq ilə başçısı”, “Şərəfsiz oğul” kimi nalayiq ifadələrlə ailəsini də təhqir etmişlər. Onun özünü, elmi fəaliyyətini plagiatçı adlandırmışlar. Bu kimi təhqiredici sözlər onun nüfuzuna mənfi təsir göstərmişdir. Ona bu məsələ ilə bağlı tanıdığı və tanımadığı şəxslər zəng etmiş və bu məsələlərlə bağlı dəqiqləşdirmə aparmışlar. O, hesab edir ki, təhqir olunmuş, əsasız olaraq alçaldılmışdır. Odur ki, xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə uyğun verildiyi üçün xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini, məhkəmə baxışına təyin edilməsini xahiş edirəm. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X21 xüsusi ittiham qaydasında verdikləri şikayətin məhkəmə baxışına təyin edilməsini və X8, X23 və X4 CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, hazırki işə xüsusi ittiham qaydasına baxıla bilməz. Burada yeganə mübahisəsiz məsələ “Tik-tok” sosial şəbəkəsində olan video görüntüdür. Orada isə nə şəxsi təhqir, nə də böhtan yoxdur. Şəxs cənab Prezidentə müraciət edərək, öz mülkiyyətini qanunsuz olaraq sahibliyə keçirilmiş şəxsdən alınması ilə bağlı olan müraciət etmişdir. Bu müraciət nə vaxtdan təhqir, böhtan sayılır? Onda belə çıxır ki, hüquqları pozulan şəxs hüquqlarının pozulmasına səbəb olan halları ölkə başçısına müraciət edərək bildirirsə, o zamanda məsuliyyətə cəlb olunmalıdır? Əziz Talıbovun izahatında göstərdiyi təhqirlə bağlı olan hissələr xüsusi ittiham qaydasında şikayət verilmiş Günel Abbasova ilə bağlıdır. Həmin yazıların onun hüquqlarını müdafiə etdiyim şəxsə heç bir aidiyyatı yoxdur. X25 Xidmətindən daxil olmuş məlumatdan da görünür ki, Günel Abbasova həmin yazıları yazan vaxt Azərbaycan Respublikasının ərazisində olmamışdır. Belə olan halda, Azərbaycan Respublikasının ərazisində olmayan şəxs başqa yerdə bu hadisəni törədibsə həmin şəxs bu məhkəmədə mühakimə oluna bilməz. Bu hüquqi cəhətdən də belə olmalıdır. Bugünkü məhkəmə prosesində də yazılmış xüsusi ittihamla bağlı müvafiq şikayətin mahiyyətindən də məhz müdafiə etdiyi şəxsin əməllərində hansı məsələyə münasibətdə böhtanın olması və təhqirin hansı formada və hansı ifadədə işlədilməsi ilə bağlı heç bir nüansa rast gəlinməmişdir. Ona görə də hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət baxışa təyin oluna bilməz və məhkəmə hazırlıq iclasında icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 bildirmişdir ki, “Tik-tok”la bağlı şikayətdə qeyd edilmişdir ki guya orada cinayət xarakterli müraciət edilmişdir. O, orada heç bir cinayət xarakterli məlumat görməmişdir. O, sadəcə olaraq atasının mülki ilə bağlı prezidentə müraciət etmiş və atasının haqqını istəmişdir. Odur ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X23 bildirmişdir ki, maşına görə pulu o, vermişdir. Maşını dövlət yol polis idarəsində işləyəişləyə öz vəzifəsindən poqonundan istifadə edərək öz adına keçirtmək bu hara sığa bilər. Bu mülk onundur, pulunu o, vermişdir. Maşını o, tapmış, o almışdır. Maşın sənədləşəndə maşın sahibi ilə yol polisi idarəsində görüşəcəklərini razılaşmışlar. Lakin maşın satan adam orada sənədləşmə üçün köməklik edilməsi ilə bağlı ona müraciət etmişdir. Maşını satan şəxs Rüstəmdən onu soruşmuş, Rüstəm də onun gələ bilməyəciyini deyib, maşını öz adına keçirəcəyini bildirmişdir. Maşını satan şəxs də Rüstəmlə razılaşmışdır. Bundan başqa onun çəkdiyi videoda təhqiredici, tənqidedici bir şey yoxdur. O, nə professor, nə də hərbiçi deyil. Lakin o, ali təhsillidir və vətən torpağı uğrunda döyüşmüş sadə bir vətəndaşdır. Ona Füzuli şəhərindən ev təklif olunsa da, o, qızını belə bir vəziyyətdə buraxıb, yurduna qayıda bilməmişdir. O, ölkə başçısına, X28 dəfələrlə müraciət etmişdir. Çünki 25.000 manata aldığım maşını əlindən almışlar. 11 aydır həmin maşın onun yaşadığı binanın qarşısında qalmışdır. Maşın orada çürüyür. Onun heç bir hüququ yoxdur ki, həmin maşına yaxın dursun. Odur ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X19 və X21 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.3-cü maddəsinə əsasən şikayət vermiş şəxs yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərməli olduğu halda, xüsusi ittiham qaydasında şikayətə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin X17 tərəfindən törədilməsi ilə bağlı sübut əlavə edilməməmişdir. Sosial şəbəkələrdə qeydiyyat zamanı fərqli (həmçinin saxta) adlarla qeydiyyatın mümkünlüyü nəzərə alınaraq şikayətə əlavə edilmiş, “Tiktok” sosial şəbəkəsindən çıxarışlarda şərh yazmış - “Günel Abbasova” adı ilə qeydiyyatdan keçmiş şəxsin məhz X17 olmasını təsdiq edən hər hansı sübut şikayətə əlavə edilməmişdir. Həmçinin məhkəmə tərəfindən Dövlət Sərhəd Xidmətinə verilmiş sorğuya alınmış cavabdan müəyyən edilmişdir ki, X17 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. Bu səbəbdən X4 məhkəmə iclasına dəvət edilərək barəsində olan xüsusi ittiham qaydasında şikayətə münasibətini öyrənmək mümkün olmamışdır. Bundan başqa X19 və X21 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, əməli törədən şəxslər əməli əvvəlcədən planlaşdırmış və əlbir olaraq planlı şəkildə törətmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hallardan biridir. X2 və X21 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş əməllərin X8, X23 və X17 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı heç bir sübut əlavə edilməmişdir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “İnstagram” və “Whatsapp” sosial şəbəkəsində aparılmış şəxsi yazışmalara dair məhkəmə qeyd edir ki, CM-in 147 və 148-ci maddələrində təhqir və böhtan xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin məlumatlar internet informasiya vasitəsinə kütləvi nümayiş etdirilməmişdir. Bundan başqa X19 və X21 ərizəsində X3 onların barəsində Azərbaycan Respublikasının Prezidentinə, Daxili İşlər Nazirliyinə, Baş X39 İdarəsinə, eləcə də digər dövlət və hakimiyyət orqanlarına müraciət etməsini, müraciətində onların barəsində böhtan xarakterli məlumatlar əks etdirdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 və X21 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X8, X23 və X17 barəsində CM-in 147.2 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X8, X23 və X4 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X19 və X7 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8, X23 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında X19 və X7 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar