Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-49/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, 2-ci qrup əlil, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» barədə qətimkan tədbiri seçilmiş Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sultanov (Talıbov) Xəqani Xanlar oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Sultanov (Talıbov) Xəqani Xanlar oğlu xx xxxx 2020-ci il tarixdə axşam satlarında satış məqsədi olmadan Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan yerdə istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,182 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış və xx xxxx 2020-ci il tarixdə saat 10:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən «Aşıqlar» kafesinin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağız parçasına bükülmüş təmiz çəkisi 0,182 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs Sultanov (Talıbov) Xəqani Xanlar oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Heppatit C xəstəsidir, təxminən 2-3 il müddət olar ki, ağrıları ilə bağlı olaraq narkotik vasitə olan heroindən istifadə edir.Narkotik vasitəni əsasən inyeksiya yolu ilə qəbul edir.xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Papanin adlanan yerdə tanımadığı şəxs ona yaxınlaşaraq onda narkotik vasitə heroin olduğunu və bir çetini (bükümünü) 10 manata satdığını bildirmişdir.Onunla razılaşaraq 10 manat müqabilində ondan bir çet narkotik vasitə heroin almış, lakin çatdırıb istifadə edə bilməmişdir. Narkotik vasitə heroini aldığı şəxs təxminən 45-50 yaşlarında, orta bədən quruluşlu, orta boylu, qarabəniz şəxs olmuşdur.Onun adını və başqa anket məlumatlarını bilmir.xx xxxx 2020-ci il tarixdə saat 10.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi yaxınlığında “Aşıqlar” kafesinin qarşısı ilə piyada olaraq gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getməli olduğunu bildirmişlər.O, hər hansı bir etiraz etmədən həmin iki nəfər mülki geyimli şəxslə birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gəlmişdir.İnzibati binada yerləşən xidməti otaqların birində ona narkotik vasitələrin qəbulu, istifadəsi, saxlanması və gəzdirilməsi ilə məşğul olmaqla şübhəli olduğu barədə əməliyyat məlumatı olduğu bildirilərək şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur.Hüquqlarının dövlət hesabına müdafiəsi üçün öz razılığı ilə ona müdaifəçi təyin edilmiş və o, həmin müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etirazının olmadığını bildirmişdir.Daha sonra isə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində və geyim əşyalarında şəxsi axtarış aparılmağa başlanmışdır.Şəxsi axtarış aparılmazdan əvvəl üzərində və geyim əşyalarında olan qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif olunmuşdur.Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ağ kağız bükümünü çıxarıb masanın üzərinə qoyub həmin bükülünün içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir.Büküm açılan zaman o, həmin bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olmasını bildirmişdir.Daha sonra isə cibindən bir ədəd 5 manatlıq və iki ədəd 1 manatlıq pul əskinazları olmaqla 7 manat pulu masanın üzərinə qoymuşdur.Polis əməkdaşları ondan həmin narkotik vasitə heroini kimdən, nə vaxt və hansı məqsədlə əldə etmsini soruşduqda xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Papanin adlanan yerdə tanımadığı şəxsdən aldığını bildirmişdir.Daha sonra geyim paltarlarında, əşyalarında və bədənində aparılmış şəxsi axtarış zamanı üzərindən hər hansı bir digər əşya və ya predmet aşkar olunmamışdır.Üzərində saxladığı bir ədəd ağ rəngli kağız bükümündə olan narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılmışdır.Zərfin üzəri möhürlə möhürlənmiş və şəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol da axtarışda iştirak etmiş polis əməkdaşları və tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəsni satmaq niyyəti olmamışdır.Məhkəmə baxışı zamanı Sultanov (Talıbov) Xəqani Xanlar oğlu təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, 2-ci qrup əlil olmasını və Heppatit C xəstəsi olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 Elburus oğlu bildirmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır.Əməliyyat aparatına Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun Binəqədi rayon polis idarəsinin inzibati ərazisi olan Biləcəri qəsəbəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur.Məlumat əsasında onun və Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən “Aşıqlar” kafesinin qarşısında Xəqani Sultanova (Talıbova) yaxınlaşmışlar.Özlərini polis əməkdaşı olaraq təqdim edərək həmin şəxsi yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər.Bundan sonra onunla birlikdə RPİ-nin 6-cı PB-nə gəlmişlər. Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis baş leytenantı Tural Məmmədov tərəfindən Binəqədi RPİ-nin 6-cı PB-nin xidməti otaqların birində Xəqani Sultanov (Talıbov) qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və daşımasında şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur.Daha sonra həmin xidməti otaqda X.Sultanovun (talıbovun) üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirib ona üzərində dövriyyəsi məhdudlaşdırılmış eləcədə qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş və o, heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ kağız bükümünü çıxarıb masanın üzərinə qoymuşdur.Büküm açılan zaman o, həmin bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olmasını bildirmişdir.Daha sonra isə cibindən bir ədəd 5 manatlıq və iki ədəd 1 manatlıq pul əskinazları olmaqla 7 manat pulu masanın üzərinə qoymuşdur.Ondan həmin narkotik vasitə heroini kimdən, nə vaxt və hansı məqsədlə əldə etməsi soruşulduqda o, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Papanin adlanan yerdə tanımadığı şəxsdən aldığını bildirmişdir.Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır.Üzərində saxladığı bir ədəd ağ rəngli kağız bükümündə olan narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılmışdır.Zərfin üzəri möhürlə möhürlənmiş və şəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Həmçinin,X.Sultanovun (Talıbovun) üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol da axtarışda iştirak etmiş hər bir şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 eyni məzmunlu ifadə verərək digər Şahid2 Elburus oğlunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1135 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №175” dairəvi möhür əksi olan adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1885 nömrəli rəyinə əsasən məlum olur ki, müayinə zamanı Sultanov (Talıbov) Xəqani Xanlar oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Sultanov (Talıbov) Xəqani Xanlar oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İN № 026268 saylı «adın, ata adının, soyadının dəyişdirilməsi» haqqunda şəhadətnaməyə əsasən məlum olur ki, X1 «Soltanov» dan «Talıbov» a dəyişdirmişdir.Beləliklə də, məlum olur ki, hal-hazırda təqsirləndirilən şəxsin tam adı, ata adı və soyadı Təqsirləndirilən şəxsdur. Göründüyü kimi, təqsirləndirilən şəxs Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X.Sultanovun (Talıbovun) törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, 2-ci qrup əlil olmasını, Heppatit C xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 və 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən təqsirləndirilən şəx Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X.Sultanova (Talıbova) cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməyə görə məhkum olunur, təqsirini etiraf edir, əməlindən peşmandır, gəncdir, ailəlidir, himayəsində 2 (iki) azyaşlı övladı var, 2-ci qrup əlildir, istintaq müddətində həbs olnmamışdır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur.Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azıdlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» xx xxxxxx 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və X.X.Sultanova qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİnin 6-cı PB-nin təhqiqatçısı, polis leytenantı Tural Məmmədovun xx xxxx 2020-ci il tarixli protokoluna əsasən məlum olur ki, Sultanov (Talıbov) Xəqani Xanlar oğlu xx xxxx 2020-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun xx.xx.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, təqsirləndirilən şəxs Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsinə dair xx.xx.2020-ci il tarixli vəsatəti rədd edilmişdir. Sultanov (Talıbov) Xəqani Xanlar oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Sultanov (Talıbov) Xəqani Xanlar oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəza çəkdiyi bütün dövr ərzində Sultanov (Talıbov) Xəqani Xanlar oğlu elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Sultanov (Talıbov) Xəqani Xanlar oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Abşeron rayonu (yaşadığı) və Bakı şəhərinin (işlədiyi) inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Sultanov (Talıbov) Xəqani Xanlar oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Sultanov (Talıbov) Xəqani Xanlar oğlu barəsində seçilmiş “polis nəzarəti altına vermə” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Sultanov (Talıbov) Xəqani Xanlar oğlu qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır.Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1885 nömrəli rəyinə əsasən ha-hazırda, Sultanov (Talıbov) Xaqani Xanlar oğlunun İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,132 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd CD farmatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Sultanov (Talıbov) Xəqani Xanlar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Sultanov (Talıbov) Xəqani Xanlar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Sultanov (Talıbov) Xəqani Xanlar oğlunun xx xxxx 2020-ci il tarixdən – 21 iyun 2020ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və X.X.Sultanova (Talıbova) qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Sultanov (Talıbov) Xəqani Xanlar oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Sultanov (Talıbov) Xəqani Xanlar oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Sultanov (Talıbov) Xəqani Xanlar oğlu elektron nəzarət vasitəsi tətbiq edilsin. Sultanov (Talıbov) Xəqani Xanlar oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Abşeron rayonu (yaşadığı) və Bakı şəhərinin (işlədiyi) inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Sultanov (Talıbov) Xəqani Xanlar oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Sultanov (Talıbov) Xəqani Xanlar oğlu barəsində seçilmiş “polis nəzarəti altına vermə” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Sultanov (Talıbov) Xəqani Xanlar oğlu qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,132 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd CD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Sultanov (Talıbov) Xəqani Xanlar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-49/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-49/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver