Məhkəmə qərarları › İş №1(001)-49/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-49/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-49/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 2003-cü ildə İsmayıllı rayonu Qoşakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, "xxxx" MMC-də satıcı-kassir işləmiş, məhkumluğu olmayan, İsmayıllı rayonu Qoşakənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1, 283.1 və 324-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi” markalı “Redmi Note 9S” modelli “**********644232/00, **********64240/00” “İMEİ” kodlu mobil telefonun “Android” əməliyyat sistemində olan proqram təminatı vasitəsilə həmin telefon cihazına yükləyib aktivləşdirdiyi “Telegram” ani mesajlaşma mobil tətbiqi üzərindən +994-51-396-33-92 mobil nömrəsi ilə 2020-ci ilin sonlarında “Eminkhu” saxta istifadəçi adı ilə qeydiyyatdan keçib təxminən 100-ə yaxın aktiv, 2000-ə yaxın passiv sayda şəxsiyyətləri məlum olmayan üzvlərdən ibarət “ermenistanresmi” istifadəçi adı (username) ilə “Ermenistan #9MM” adlı qrupa üzv kimi qəbul olunaraq 2021-ci ilin əvvəllərində adı çəkilən qrupun idarəçiliyini (adminliyini) həyata keçirməyə başlamış, 2021-ci ilin iyun ayında isə sözügedən kanalın “yaradıcı” statusunu almaqla onu idarə etməyə başladıqdan qısa müddət sonra istifadəçi adını “Eminkhu” saxta adından digər saxta “QUO/EGİ” adına dəyişmiş, 2022-ci ilin əvvəllərində “Ermenistan #9MM” qrupu ilə qarşılıqlı əlaqədə “Egi Archive” adlı “Telegram” kanalının “yaradıcı” statusunu da əldə edib həmin vaxtdan 2023-cü ilin fevral ayınadək olan müddətdə internet informasiya ehtiyatı hesab edilən “Telegram” sosial şəbəkəsində qeyd olunan saxta istifadəçi adı, profili və hesabları üzərindən kütləvi nümayiş olunan, yəni məhdudiyyətsiz sayda izləyicilərin baxa biləcəyi qrup və kanallarda alçaq niyyətlə 2022-ci ilin əvvəllərindən “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə 15 iyul 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən respublikanın ən yüksək fərqlənmə dərəcəsinə, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə təltif edilmiş Azərbaycanın Milli X1 şərəf və ləyaqətini alçaldan karikaturasını paylaşmaqla və karikaturanın altında şərəf və ləyaqətini alçaldan şərhlər yazmaqla, bundan başqa 17 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət rəmzi hesab edilən, rəngləri və elementləri 05 fevral 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” ilə müəyyən olunmuş, Azərbaycan dövlətinin suverenliyinin və müstəqilliyinin rəmzi olan Azərbaycan Respublikasının Dövlət bayrağının üzərindən ay-ulduz simvolunu montaj edərək əvəzində heyvan təsvirini əks etdirməklə və təhqiramiz şərhlər yazmaqla, həmçinin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam etdirdiyi hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın meyitlərinin şəkillərini təhqiramiz formada nümayiş etdirməklə və həmin şəkillərin altına Azərbaycan xalqına ünvanlanan təhqiramiz şərhlər yazmaqla, həmçinin bütövlükdə türk milləti barədə digər çoxsaylı təhqiramiz şəkillər və paylaşımlar etməklə həmin əməlləri ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlardan və hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaldaraq təhqir etmiş, mediadan istifadə etməklə aşkar surətdə Azərbaycan və türk millətinin milli ləyaqətinin alçaldılmasına yönələn hərəkətlər etmiş, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1, 283.1 və 324-cü maddələri ilə ona edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi tikilidə yaşamışdır. Atası Şahid1 X12 iştirakçısı, İİİ dərəcəli əlildir. Anası Şahid2 heç bir yerdə işləmir, evdar qadındır. Bacısı Şahid3 Qərbi Kaspi Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində filologiya ixtisası üzrə təhsil alır. Özü Azərbaycan Kooperasiya Universitetinin Biznesin idarə edilməsi fakültəsində təhsil almışdır. 2022-ci ilin avqust ayından "xxxx" MMC-yə məxsus “Bravo” supermarketlər şəbəkəsinin Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən filialında satıcı-kassir işləmişdir. “Telegram” sosial şəbəkəsinə ilk dəfə 2019-cu ilin yay aylarında atası Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçməklə daxil olmuşdur. Öz mobil telefonu olmadığından atasına məxsus “Samsung” markalı “A32” model və anasına məxsus “Samsung” markalı “Galaxy S3” modelli mobil telefonlardan istifadə edərək “Telegram” sosial şəbəkəsinə daxil olmuşdur. Həmin vaxt şəbəkədə istifadəçi adı “Eminkhu” olmuşdur. 2021-ci ilin yay aylarınadək atası və anasının mobil telefonları vasitəsilə sözügedən sosial şəbəkəyə daxil olmuş, yay mövsümündə mərhum babası X13 ona yeni – “Xiaomi” markalı “Redmi S9” model mobil telefon hədiyyə etmişdir. 2020ci ilin sonlarına yaxın “Telegram” sosial şəbəkəsində “Ufohouse” adlı çat qrupuna daxil olmuş və həmin qrupun aktiv üzvü kimi aparılan yazışmalarda iştirak etmişdir. Həmin qrupun hazırda istifadəçi adını xatırlamadığı üzvü qrupun digər üzvlərinə “ermenistanresmi” adlı qrupdakı azərbaycanlı istifadəçilərin şəxsi hesablarında paylaşdıqları profil fotolarının götürülərək təhqiredici formaya salındıqdan sonra paylaşılmaqla təhqir edilmələri barədə məlumat bölüşmüşdür. “Ufohouse” qrupunun üzvlərinə bildirilmişdir ki, həmin vaxt şəxsi istifadəçi adı “Egi”, hazırkı istifadəçi adı isə “Distance” olan X19 adlı şəxsə məxsus “ermenistanresmi” qrupuna daxil olub həmin qrup üzvlərini və idarəedicilərini azərbaycanlıların yaydığı şəkillərə görə təhqir etsinlər və qrupu “Spam”, yəni şikayət etsinlər. Həmin dövrdə “ermenistanresmi” adlı qrupun təxminən 100-ə yaxın aktiv, 2000-ə yaxın passiv üzvü olmuşdur və həmin qrup hazırda fəaliyyət göstərmir. Əvvəlki qrupa daxil olaraq orada Azərbaycan əsilli şəxslərin karikatura edilmiş fotoşəkillərini görmüş, onları paylaşdıqları üçün qrup adminlərini səsli çatda təhqir etməyə başlamışdır. Həmin ərəfədə digər qrup olan “amgsohbet”-də istifadəçi adı “Dərya” olan bir qızla tanış olmuşdur. Həmin qızla aralarında 4 gün müddətində aparılan yazışma zamanı bir-birilərinə intim məzmunlu videolar, yəni masturbasiya edərkən çəkdiyi çılpaq videogörüntülərini, qız da öz növbəsində çılpaq videogörüntülərini ona göndərmişdir. Həmin videogörüntülərdə qızın üzü tam görünməsə də, bədəni görünmüşdür. Əvvəlcə, videogörüntü qız tərəfindən ona göndərilmiş, bundan sonra özü də videolar çəkməklə qıza göndərmişdir. Videogörüntünü göndərdikdən sonra qız onu “Telegram” sosial şəbəkəsində dərhal blok etmiş, əvvəlcə “Dərya”-nın onu hansı səbəbdən blok etdiyini anlaya bilməsə də, bir müddət sonra “Ermenistan #9MM” qrupuna yenidən daxil olduqda qrupun səsli çatında “FAYA” adlı qrup üzvü ona “Dərya”-ya göndərdiyi masturbasiya videosunun əlində olduğunu bildirmiş və videonun yayılmaması üçün ondan 700 türk lirəsi məbləğində pul tələb etmişdir. O, həmin məbləğin olmadığını bildirdikdə yenidən videosunun sosial şəbəkədə yayılacağı ilə bağlı hədələmişlər. O, onlara təkidlə pulu olmadığını səsli çatda bildirdikdən sonra ona qrupun admini olması təklif edilmiş və bu təklifdən imtina edəcəyi halda videosunu paylaşmaqla yayacaqları bildirilmişdir. Bu səbəbdən “FAYA” ilə razılaşıb 2020-ci ilin sonlarınadək həmin qrupun 30-a yaxın adminindən biri olmuşdur. “FAYA” ilə paralel onunla həmin kanalda qrupun yaradıcısı “Ahmet” də danışmışdır. Həmin şəxsdən kim olduğunu soruşduqda, qrup üzvləri tərəfindən yazılanlara əsasən şəxsin X8 şəhəri Mamak məhəlləsində yaşayan X4 öyrənmişdir. 2020-ci ilin sonlarından 2021-ci ilin ortalarınadək qrupun admini kimi funksiyası qrupu aktiv saxlamaqdan, səlahiyyəti isə yalnız qrup üzvlərindən kimisə admin etməkdən, yaxud qrupdan kənarlaşdırmaqdan ibarət olmuşdur. Admin təyin edildikdən sonra “FAYA” ilə dostlaşmış, “FAYA”-nın +79-60-868-58-12 mobil nömrəsi vasitəsilə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma və internet-telefoniya mobil tətbiqi üzərindən də əlaqə saxlayıb yazışmış, artıq təhdid məsələsi aradan qalxmışdır. Həmin vaxt “FAYA”nın Faina Askarova adlı Rusiya Federasiyası vətəndaşı olduğunu bilmişdir. Belə ki, “FAYA” öz şəxsiyyət vəsiqəsinin surətini qrupa göndərmişdir. “Ermenistan #9MM” qrupunun admini olduğu müddətdə qrupda şəhidlərin, milli qəhrəmanların, Azərbaycan Respublikasının Dövlət bayrağının, eləcə də X18 fotoşəkilləri təhqir olunmuş obrazlar əlavə edilməklə digər adminlər tərəfindən paylaşılmış, ancaq onun həmin fotoşəkilləri silmək səlahiyyəti olmamışdır. 2021-ci ilin ortalarında “ermenistanresmi” adlı kanalın yaradıcı statusu ona verildikdən sonra qrupun idarə edilməsi də “FAYA” tərəfindən ona həvalə edilmiş, artıq qrupda paylaşılan bütün məzmunları: fotoşəkilləri, məlumatları, videoları silmək, yaxud onları yenidən paylaşmaq kimi səlahiyyətləri yaranmışdır. Həmin vaxt öz istifadə etdiyi hesabın adını “Eminkhu”-dan “QUO/EGİ”-yə dəyişmişdir. Bundan təxminən 2 ay sonra, yəni 2022-ci ilin əvvəllərində onu artıq “Egi Archive” kanalının yaradıcısı etmişlər. Onu həm kanalda, həm də qrupda “yaradıcı” etməkdə məqsəd qrupu aktiv şəkildə idarə etməsi olmuşdur. “Egi Archive” kanalı “Ermenistan #9MM” qrupu ilə əlaqəli olmuş, kanalda paylaşılan bütün fotoşəkil və videolar avtomatik qrupda da paylaşılmış, bütün qrup üzvləri paylaşımlara şərh yaza bilmişdir. Kanalın təxminən 300-ə yaxın, qrupun isə təxminən 100-ə yaxın aktiv, 2000-ə yaxın passiv üzvü olmuş, onlar əsasən Azərbaycan və Türkiyə əsilli şəxslərdən ibarət olmuşlar. Bundan başqa kanal 15 admin tərəfindən idarə edilmiş, o, “FAYA” və “Ahmet” isə həmin adminlərin rəhbərləri hesab edilmişlər. Qrup və kanal adminləri azərbaycanlı qrup üzvlərinə əslən erməni olduqlarını, türk qrup üzvlərinə isə əslən kürd olduqlarını bildirmiş, bunun edilməsində məqsəd qrup üzvlərini əsəbləşdirməklə qrupu daha da aktiv vəziyyətə gətirməkdən ibarət olmuşdur. “ermenistanresmi” qrupunun və “Egi Archive” kanalının “yaradıcısı” olduğu müddət ərzində “Telegram” qrupunda öz hesabı olan “QUO/EGİ” vasitəsilə “Egi Archive” kanalında paylaşımlar etmiş, bu paylaşımlar əsasən milli dəyərlərin təhqir olunması ilə bağlı fotoşəkillərdən ibarət olmuşdur. Həmin fotoşəkillər “Ahmet” və “FAYA” tərəfindən montajlanmaqla təhqiredici obrazlar əlavə edilmiş, onların özləri, ya da özünün vasitəsilə kanalda paylaşılmışdır. Əslində onun həmin paylaşımları silmək kimi səlahiyyəti olsa da, intim məzmunda videosunun əllərində olmasını bildiyi üçün heç bir paylaşımı silməmişdir. “Egi Archive” kanalı, “ermenistanresmi” qrupundan başqa yeni açılmış “Q U O Archive”, “Staff” və “ARF” kanallarının da “FAYA” vasitəsilə “yaradıcısı” olmuş, açılmış kanallar da analoji funksiyanı yerinə yetirmiş, yəni həmin kanallarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoşəkilləri, Azərbaycan Respublikasının Dövlət bayrağının montajlanaraq təhqiramiz formaya salınmış, Türkiyə Resublikasının vətəndaşlarını qıcıqlandırmaq məqsədilə isə X18 karikatura edilmiş fotoşəkilləri paylaşılmışdır. 2023-cü ilin fevral ayınadək həmin kanallarda “yaradıcı” statusunda olmuş, “Telegram” qruplarına və kanallarına ***-***-**-** mobil nömrəsi və “Q U O/E G İ” şərti adı (“nickname”), ***-***- **-** mobil nömrəsi və “xld777” şərti adı ilə daxil olmuşdur. Əvvəllər adlarını göstərdiyi “Telegram” qruplarında və kanallarında fəaliyyəti şantaj edilməsi ilə əlaqədar olsa da, sonradan boş vaxtları çox olduğundan uşaqlıq edərək qrupdan uzaqlaşmamış və milli dəyərlərin təhqir olunduğu paylaşımların qarşısını almaq üçün heç bir addım atmamışdır. Törətdiyi əməldən peşmandır. Bundan başqa 2022-ci ilin avqust ayında qohumu Ömər ona mobil telefon vasitəsilə zəng edərək “İnstagram” sosial şəbəkəsində olan səhifəsində paylaşdığı bir neçə fotoşəklinin “Tik-Tok” sosial şəbəkəsində olan “ziyachi” adlı hesabda yerləşdirildiyini, həmin fotoşəkillərin altında guya onun şəhidləri, milli qəhrəmanları təhqir etməsi ilə bağlı paylaşımlar etməsi bildirildiyinin qeyd olunduğunu demişdir. Sonradan “FAYA” ona “Telegram” sosial şəbəkəsində mesaj yazaraq həmin paylaşımların onlar tərəfindən edildiyini, onlardan ayrılmaq istədiyindən bu addımı atdığını bildirmişdir. Həmçinin xatırladığı qədəri ilə “WhatsApp” ani mesajlaşma və internet-telefoniya mobil tətbiqində yazışmalar zamanı bir dəfə Bakı şəhəri Səbail rayonunda yerləşən erməni kilsəsinin qarşısında olduğu zaman kilsənin fotoşəklini çəkərək “FAYA”-ya göndərmiş və onu kilsənin içərisinə buraxmadıqlarını yazılı şəkildə “FAYA”-ya bildirmiş, “FAYA” isə cavabında ona Bakı şəhərinə gələcəyini və gəldiyi vaxt birlikdə həmin kilsəyə gedəcəklərini yazmışdır. Şantaj olunması ilə bağlı çəkdiyi videogörüntü “Telegram” sosial şəbəkəsinin videokamerası vasitəsilə çəkilməsinə görə mobil telefonunun yaddaşında saxlanılmamış, “Telegram”-da açdığı hesabları sildiyindən videogörüntü də telefonun yaddaş qurğusunda qalmamış, mobil telefonunda olan bütün yazışmaları sildiyi üçün “Telegram” sosial şəbəkəsində apardığı bütün yazışmaların, o cümlədən “FAYA” adlı “Telegram” istifadəçisinin onu şantaj etməsi ilə bağlı yazışmalar silinmiş, bu səbəbdən həmin yazışmaları təqdim edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 1972-ci ildə Ermənistan SSR Kalinino rayonunda anadan olmuş, 1988-ci ildə həmin rayonun Qızıldaş kəndində Azərbaycan vətəndaşlarına qarşı münasibət dəyişdiyindən orada yaşamaq təhlükəli olmuşdur. Bu səbəbdən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. X12 başlanan kimi könüllü olaraq müharibəyə yollanmış və Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı 26 dekabr 1993-cü il tarixdə minaya düşərək sol ayağının dizdən aşağı hissəsini itirmişdir, İİ dərəcəli əlildir. 2001-ci ildə təsis olunmuş “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin aktiv üzvüdür. İctimai birliyin idarə heyətinin sədri Mehdi Mehdiyevdir. İctimai birliyin hər rayonda filialları mövcuddur. Mütəmadi olaraq şəhər və rayonlarda yaşayan şəhid ailələri, müharibə əlilləri və veteranlarla görüş keçirilir, onların sosial və məişət problemləri dinlənilir və hüquqlarının müdafiəsi üçün tədbirlər görülür. Bir müddət əvvəl kütləvi informasiya vasitəsindən şəhid olmuş Azərbaycan hərbçilərinin internet resurslarında təhqir olunması ilə bağlı Baş Prokurorluqda cinayət işinin istintaq olunduğunu eşitmişdir. “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin üzvü olaraq o, kütləvi informasiya vasitəsində əldə etdiyi məlumatı birliyin yığıncağında səsləndirmiş və yığıncaqda şəhid olmuş Azərbaycan hərbçilərinin hüquqlarını qorumaq məqsədilə istintaq qurumuna müraciət edilməsi qərara alınmışdır. Həmin məlumatı hansı xəbər saytında əldə etdiyini dəqiq xatırlamamış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sadəcə oxuduğu xəbərlərdən şəhidləri təhqir edən şəxsin adının Emin olduğunu bildirmişdir. “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Təqsirləndirilən şəxs şikayətçidir və onun ciddi cəzalandırılmasını tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi şəkildə usta qismində evlərin təmir-bərpası ilə məşğul olmaqla ailəsini dolandırır. 2002-ci ildə Bakı şəhərində Şahid2 ilə ailə qurmuş, həmin nikahdan iki uşağı dünyaya gəlmişdir. Oğlu Təqsirləndirilən şəxs 2003-cü il təvəllüdlü olmaqla Azərbaycan Kooperasiya Universitetinin Biznesin idarə edilməsi fakültəsinin, 2004-cü il təvəllüdlü qızı Şahid3 isə Qərbi Kaspi Universitetinin Filologiya fakültəsinin birinci kurs tələbəsidir. Emin sosial şəbəkələrə maraq göstərsə də, indiyədək onlara hansısa ciddi problem yaratmamışdır. Universitetdə təhsil almağa başladıqdan sonra, yaxud öncəki illərdə heç kimdən Emin barəsində şikayət və ya irad eşitməmiş, oğlu sakit təbiətli, müsbət auralı, ünsiyyətcil biri olmuşdur. Eminin türk millətinin milli ləyaqətini alçaldacaq davranışlara yol verdiyini eşitdikdə bunu heç cür həzm edə bilməmişdir. Hərçənd ki, özü 1992-1994-cü illərdə X6 iştirak etmişdir, müharibə veteranı və üçüncü dərəcəli əlildir. Eminin dövlət rəmzlərini, milli qəhrəmanları və şəhidləri “Telegram” sosial şəbəkəsində açdığı hesab vasitəsilə idarə etdiyi kanallarda təhqir edərək paylaşması qəbuledilməzdir. Oğlunun sosial şəbəkələrdə çox vaxt keçirməsi əxlaqını tamamilə pozmuşdur. Eminin bu qəbildən olan xoşagəlməz paylaşımlar etməsini öyrəndiyi vaxtdan həbs edildiyi tarixədək olan dövrdə daim oğlunu tənbeh edərək bu kimi əməllərin özünün və ailəsinin nüfuzuna xələl gətirdiyini bildirmiş, həmin hərəkətlərdən çəkinməsini tələb etmişdir. Emin adı çəkilən sosial şəbəkədə hesablar açdığından peşmanlıq hissi keçirdiyini, heç bir səbəb olmadan həmin laqeyd hərəkətləri etdiyini demişdir. Dəfələrlə Eminlə danışıb yol verdiyi vicdansız və əxlaqsız davranışlarının səbəbini aydınlaşdırmağa çalışsa da, oğlu onun bu barədə sualına heç bir cavab verməmişdir. Son dövrlərdə Eminin psixoloji problemlərinin olması qənaətindədir. Belə ki, oğlunun özünə qapanması, daxilində yatan problemi kiminləsə bölüşə bilməməsi ciddi psixoloji travmalara gətirib çıxarmışdır.Oğlu Eminin hansı səbəbdən sosial şəbəkədə milli dəyərləri alçaltmağa yönəldilmiş paylaşımlar etməsi, milli qəhrəmanları və dövlət atributlarını təhqir etməsini bilmir. Bu barədə məlumat əldə etdikdən sonra dəfələrlə Eminlə söhbətlər aparmış, Emin onun suallarına konkret cavab verməsə də, hər dəfə etdiklərindən səmimi peşmanlıq hissi keçirdiyini bildirmişdir. Emindən əməlləri müqabilində kimdənsə hər hansı məbləğdə pul alıb-almadığını soruşmuş, oğlu heç kimdən hər hansı məbləğdə pul almadığını, sadəcə uşaqlıq edib bu əməllərə yol verdiyini söyləmişdir. Eminin danışdıqlarına əsasən xarici vətəndaşlarla tanışlığı “PUBG” adlı onlayn oyunda yaranmışdır. Qohumları arasında erməni milliyyətindən olan şəxslər yoxdur. Emin həmişə ***-***-**-** mobil nömrəsindən istifadə etmiş, həbs edilməzdən əvvəlki son 1 ay ərzində özünə yeni ***-***-**-** mobil nömrəsini almışdır. Özünün isə istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmuş, arvadı və uşaqlarının istifadə etdikləri ***-***-**-** və ***-***-**-** mobil nömrələri də onun adına qeydiyyata alınmışdır. Oğlunda heç bir cinsi pozuntu hiss etməmiş, Emin həmişə normal, adekvat insan kimi davranmış, mərhum babası Höküm Məmmədova çox bağlı olmuşdur. Babası öldükdən sonra Emin ağır depressiya keçirmiş, hətta babasının şəkillərini çarpayısının üzərinə düzərək “Mən də gələcəm yanına” sözlərini demişdir. Buna baxmayaraq Eminin vəziyyəti 2023-cü ilin əvvəllərində bir qədər düzəlmişdir. Emin özü işlədiyindən və aylıq 445 manat əməkhaqqı aldığından oğluna xərclik verməmiş, hər ay xərclədiyi pulun təyinatı barədə ona ətraflı məlumat vermişdir. Eminin aylıq məvacibindən artıq miqdarda pul xərclədiyini hiss etməmişdir. Emin yalnız babası tərəfindən hədiyyə edilmiş “Xiaomi” markalı “Redmi Note 9S” model mobil telefon vasitəsilə internetə daxil olmuş, bundan qabaq, yəni 2021-ci ilin yay aylarınadək isə arvadının istifadəsində olmuş “Samsung” markalı mobil telefondan istifadə etməklə internetə daxil olmuşdur. Sonradan həmin mobil telefon xarab olmuş, telefonu yenisi ilə əvəz etmişlər. Köhnə mobil telefon yaşadıqları evdə saxlanılsa da, nasaz və istifadəyə yararsız vəziyyətdədir. Bundan başqa Emin orta məktəbi Cəbrayıl rayonu Daşkəsən kənd tam orta məktəbində oxumuş, qonşuluqda yaşayan Kənan, Sənan və Elşən adlı sinif yoldaşları ilə dostluq etmişdir. Emin ard-arda iki il ali məktəblərə qəbul imtahanını keçə bilməmiş, yalnız üçüncü il müvəffəqiyyət qazanaraq ali məktəbə qəbul olunmuşdur. Universitetə yeni başladığı vaxtlarda Eminin dərsləri səhər saatlarında başladığından əksər vaxt oğlunu özünə məxsus “Kia Optima” markalı Az **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə universitetə aparmış, günün sonunda isə işdən çıxıb universitetə getməklə götürüb evə gətirmişdir. Emin həbs edilməzdən təxminən iki ay əvvəl Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən onunla əlaqə saxlanılaraq həmin idarəyə dəvət edilmişdir. Eminlə birlikdə oraya getdikdə ona oğlunun sosial şəbəkələrdə etdiyi paylaşımlar barədə məlumat verilmişdir. Həmin materiallara və təqdim olunan fotoşəkillərə baxmış, Emin fotoşəkillərdəki təsvirləri şantaj adlandırmaqla intim videosu paylaşılmasın deyə məcburiyyət qarşısında qalıb bu əməlləri törətdiyini söyləmişdir. Ancaq oğlunun həmin paylaşımları hansı üsulla montaj etməsi, bunu haradan öyrənməsi, həmin fotoşəkilləri haradan əldə etməsi heç bir məlumatı olmamışdır. Eminin öz millətinin və bütövlükdə türk millətinin milli ləyaqətini alçaldaraq digər millətlərə rəğbətlə yanaşmasının səbəbini anlaya bilməmişdir. Həbs edilməzdən təxminən yeddi-on gün əvvəl oğluna ümumiyyətlə sosial şəbəkələrdən uzaq durmasını, və bütün hesablarını silməsini tapşırmışdır. Bundan başqa “WhatsApp” sosial şəbəkəsində ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçməklə istifadə etdiyi hesabı və “Facebook” sosial şəbəkəsində hesabı var. Ancaq Eminin əməlləri ifşa edildikdən sonra hesablarına daxil ola bilməmişdir. Özü və ailə üzvləri heç vaxt xarici ölkədə olmamış, yalnız oğlunun polis idarəsində “FAYA” adlı Rusiya Federasiyasında yaşayan qızla əlaqəsi olduğunu öyrənmişdir. Erməni dilində ancaq “salam” və “sağ ol” sözlərini bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və X9 tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi fakültəsində üçüncü kurs tələbəsidir. Təqsirləndirilən şəxs orta məktəbdə oxuduğu vaxtdan tanıyır. Eminlə qonşu olmuş, həmçinin eyni sinifdə təhsil almışlar. Ümumiyyətlə, sinif yoldaşlarının dördü: özü, Şahid5, Kənan Hüseynov və Təqsirləndirilən şəxs yaxın dost və qonşu olmuşlar. Kənan hazırda işləri ilə əlaqədar Polşa Respublikasında yaşayır. Emini sakit təbiətli biri kimi tanımış, orta məktəbdə oxuduqları dövrdə Emin, demək olar ki, evdən çölə çıxmamış, yalnız məktəbə gedib evə qayıtmışdır. Qəbul imtahanından kəsildiyi üçün valideynləri Emini cəzalandırmaq məqsədilə İsmayıllı rayonuna göndərmiş və Emin bir müddət rayonda babasıgillə birlikdə yaşamışdır. Son bir il ərzində Eminin bir neçə dəfə telefonda türk dilində qızlarla danışmasının şahidi olmuşdur. Emindən kimlərlə danışdığını soruşduqda ona konkret bir söz deməmiş, qızlarla “PUBG” oyununda tanış olduğunu demişdir. Eminin qızlarla hansı məzmunda söhbət apardığını bilməmiş, dostu bu barədə ona heç nə danışmamışdır. Universitetə qəbul olunduqdan sonra Emin onlarla vaxt keçirməyi azaltmış, mobil telefonuna bağlı adam olmuş, görüşdükləri vaxtlarda belə başını telefonun ekranına baxmaqdan qaldırmamışdır. Lakin Eminin konkret hansı səbəbdən həbs olunması barədə məlumatı yoxdur. Bundan başqa Eminin “İnstagram”, “Telegram” və digər sosial şəbəkələrdə hesablarının olmasını bilsə də, türk millətinin milli ləyaqətini alçaldan paylaşımlar etməsi barədə məlumatı olmamış, özü “Telegram” sosial şəbəkəsindən istifadə etmədiyi üçün “Egi Archive”, “Q U O Archive”, “Staff”, “ARF” və “ermenistanresmi” adlı teleqram kanallarının kim tərəfindən idarə olunduqlarını bilməmişdir. Emin həqiqətən də özünə “Egi” təxəllüsünü götürmüş, həmin təxəllüsü haradan götürməsi ilə bağlı heç nə danışmamış, hətta onun və Yelşənin mobil telefonlarının “Kontakt” bölmələrində mobil nömrəsini “Egi” adı ilə qeydə almışdır. Emin ***-***-**-** mobil nömrəsindən istifadə etmiş, bir-iki dəfə onunla “Gənclik Mall” alış-veriş mərkəzindəki görüşə qulağına sırğa taxıb gəlmiş, Eminə sırğanı çıxarmasını bildirsə də, dostu “Mənə belə yaraşır” ifadəsi ilə cavab vermişdir. Bütün bunlara baxmayaraq Eminin psixi durumu yerində olmuşdur. Emin “Bravo” supermarketlər şəbəkəsinə aid mağazada satıcı işləmiş, aldığı əməkhaqqı ilə dolanmış, bildiyi qədəri ilə ailəsinə də maddi köməklik göstərmiş, əlavə gəliri olmamışdır. Çünki ayın sonu yaxınlaşanda Emin onlardan pul borc istəmiş və əməkhaqqını alanda qaytarmışdır. Əvvəllər Emin tərəfindən türk millətinin milli ləyaqətinin alçaldılmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, anası Karolina Ağakişiyeva və kiçik qardaşı Elmir Ağakişiyevlə birlikdə yaşayır. X15 o uşaq ikən anasından boşanmış və bildiyi qədəri ilə Rusiya Federasiyasında yaşayır.Anası “Park Bulvar” alış-veriş mərkəzində “Derimod” ayaqqabı mağazasının meneceri işləyir. 2022-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinə qəbul olunmuşdur, hazırda həmin ali məktəbin ikinci kursuna keçir. 2022-ci ilin oktyabr ayında universitetdə “Bir könüllü” tələbə təşkilatının üzvü olmuşdur. Həmin ayın ortalarında Bakı Konqres Mərkəzində təşkilatın üzvlərinin görüşü təşkil edilmiş, həmin tədbirdə Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Eminlə, əvvəlcə, “İnstagram” sosial şəbəkəsində dost kimi yazışmış, birbirilərinə qarşı simpatiyaları yaranmışdır. Aralarında olan dostluq münasibəti 2023-cü ilin mart ayında sevgi münasibətlərinə çevrilmiş, real həyatda təxminən üç-dörd dəfə “28 Mall” alış-veriş mərkəzində görüşmüşlər. Emini saf, sakit təbiətli biri kimi tanımış, aktiv sosial şəbəkə istifadəçisi olduğunu bilmiş, amma “Telegram” sosial şəbəkəsindən istifadə etməsindən xəbəri olmamışdır. Emin onu ailə üzvləri ilə tanış etdiyindən atası, anası və bacısını tanımış, özü isə anasına Emin barəsində heç nə danışmamışdır. “İnstagram” sosial şəbəkəsində Eminin bir-iki dəfə qulağında sırğa olan fotoşəklini paylaşdığını görmüş, sırğa taxmamasını xahiş etdikdən sonra Emin bir daha sırğa taxmamışdır. Eminin sosial şəbəkələrdə türk millətinin milli ləyaqətini alçaldan paylaşımlar etməsinin şahidi olmamış, “Telegram” sosial şəbəkəsindən istifadə etdiyini və həmin sosial şəbəkədə idarəedicisi olduğu kanallarda türk millətinin milli ləyaqətini alçaldan paylaşımlar etməsini istintaq zamanı öyrənmişdir. Emin ***-***-**-** mobil nömrəsindən istifadə etmiş, həbs edilməzdən təxminən bir ay əvvəl özünə yeni ***-***-**-** mobil nömrəsini almışdır. Eminin cinsi pozuntusunun olduğunu hiss etməmiş, normal adekvat insan kimi tanımış, hər hansı psixi xəstəlikdən əziyyət çəkdiyini eşitməmiş, özünü qeyriadi aparmasının şahidi olmamışdır. Eminin iş yerindən aldığı aylıq əməkhaqqıdan artıq pul xərcləməsini hiss etməmişdir. Eminlə ünsiyyətdə olarkən türk millətinə mənfi münasibət bəsləməsini hiss etməmiş, münasibətdə olduqları dövrdə Emin heç vaxt ondan karikatura, mənfi obraz tərtib etməkdə köməklik göstərməsini istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1975-ci ildə Azərbaycan Politexnik Universitetini bitirmiş, 1979-cu ildə Gəncə Texnologiya Universitetində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1998-ci ildə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş, Azərbaycan Kooperasiya Universitetində müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 2015-ci ildə işlədiyi universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir. Hazırkı vaxtadək həmin vəzifədə işləyir. Yeni tədris ilinin əvvəlində universitetə qəbul olunan tələbələrlə görüşmüş, onları ali təhsil müəssisəsinə qəbul olunmaları münasibətilə təbrik etmişdir. Təqsirləndirilən şəxs 2022- 2023-cü tədris ilində İdarəetmə fakültəsinin birinci kursuna qəbul olunan tələbələrin sırasında olmuş və həmin fakültənin “319A” qrupunda təhsil almağa başlamışdır. Təhsil müddətində Eminin davranışlarında qeyri-adilik və narahatlıq hiss etməmişdir. Emin birinci semestrin sonunda 6 fənn üzrə verdiyi imtahanları müvəffəqiyyətlə keçmiş, heç birindən kəsilməmişdir. Oxuduğu müddətdə Eminin tələbə yoldaşlarına qaynayıbqarışmaması onun diqqətini çəkmiş, özünə qapanıq tələbə olduğunu hiss etmişdir. 2022- 2023-cü tədris ilinin ikinci semestrində Eminin dərslərə davamiyyəti pozulmuş, bir ay müddətində ümumiyyətlə universitetə gəlməmişdir. Həmin vaxt Eminin valideynləri ilə əlaqə saxlayıb nə baş verdiyini soruşduqda valideynləri oğullarının polis əməkdaşları tərəfindən saxlandığını bildirmişlər, ancaq hansı səbəbdən saxlanılması barədə məlumat verməmişlər. Universitetə gəldikdən sonra Emini qəbul edib nə baş verdiyini soruşmuş, Emin şər atıldığını demiş, başqa heç nə deməmişdir. İkinci yarımildə Eminin “qaib”-ləri çox olduğundan fənlərin bir neçəsindən kəsilmiş və imtahanlara buraxılmamışdır. İyun ayının ortalarında Eminin atası ilə əlaqə saxlayaraq oğlunu kəsrlərə görə yay məktəbinə yazdırmaq üçün ərizə ilə müraciət etməli olduğunu söyləmişdir. Atası X12 veteranı olduğu üçün Eminə universitet rəhbərliyi tərəfindən müəyyən imtiyazlar verilmişdir. Belə ki, Eminin illik təhsilhaqqısı dövlət tərəfindən tam olaraq ödənilmişdir. Eminin atasını universitetə dəvət etmiş və kəsrlərinə görə ərizə ilə müraciət etməsini bildirmişdir. Eminin atası Canan oğlunun həbs olunduğunu bildirmiş, atasından oğlunun hansı əməlinə görə həbs olunduğunu soruşan zaman Eminin atası heç nə deməmişdir. Sonradan məlumat almışdır ki, Emin sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət bayrağını təhqir etdiyinə görə həbs edilmişdir. Bu barədə məlumatı ona tələbələr vermişdir. Eminin sosial şəbəkə istifadəçisi olub-olmaması ilə bağlı məlumatı olmamış, cinsi pozuntusu olubolmamasını hiss etməmiş, Emini normal adekvat insan kimi xarakterizə etmişdir. Bundan başqa təhsil aldığı müddətdə Eminin türk millətinin milli ləyaqətini alçaldan hərəkətlər, digər millətlərə rəğbətlə yanaşmasını hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2005-ci ildə Xaçmaz rayonu Arzu qəsəbəsində anadan olmuşdur. X27 fərdi əməklə məşğul olur. X23 evdar qadındır. X16 və X24 rayonunda valideynləri ilə birlikdə yaşayırlar. Orta məktəbi Quba rayonu Barlı kənd tam orta məktəbində oxumuş, universitetə ali məktəblərə qəbul imtahanında 197 bal toplayaraq Azərbaycan Kooperasiya Universitetinin Biznesin idarəetmə fakültəsinə daxil olmuş və 2022-2023-cü tədris ilində orada təhsil almağa başlamışdır. Universitetə qəbul olunanadək Xaçmaz rayonunda valideynlərinin yanında yaşamışdır. Universitətdə təhsil aldığı vaxtdan bibisigilin Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən evinə köçmüş və onlarda birlikdə yaşamağa başlamışdır. Universitetin “319A” qrupunda təhsil alır. Həmin qrup 5 qız və 21 oğlandan ibarətdir. Qrup nümayəndəsidir. Təqsirləndirilən şəxs onun tələbə yoldaşıdır. Emin təhsil aldığı müddətdə sakit, heç kimlə işi olmayan, insanlara qaynayıbqarışmayan biri olmuşdur. Eminin təhsilə marağı az olmuş, dərslərə cavab verməyə çətinlik çəkmişdir. Dərs zamanı tək oturmuş, kimsə ilə yaxından dostluq etməmişdir. 2022-2023-cü tədris ilinin ikinci semestrində Eminin dərslərə davamiyyəti pozulmuş, bir ay universitetə gəlməmişdir. Həmin vaxt dekanlıqdan Eminin valideynləri ilə əlaqə saxlanılmış və polis tərəfindən saxlanıldığını öyrənmişlər. İkinci yarımildə Eminin davamiyyətsizliyi çox olduğu üçün semestr imtahanlarının bir neçəsindən kəsilmiş və növbəti imtahanlara buraxılmamışdır. Bir müddət əvvəl Eminin valideyni onunla əlaqə yaradıb oğlunun həbs olunduğunu bildirmiş, ancaq bunun səbəbi barədə heç nə deməmişdir. Emin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” mobil tətbiqindən istifadə etmiş, həmin mobil tətbiqdə “319A” adlı qrup yaratmış, Emin həmin qrupun üzvü olmuşdur. Buna baxmayaraq Emin qrupdakı yazışmalarda iştirak etməmiş və aparılan söhbətlərə qoşulmamışdır. Eminin başqa hansı sosial şəbəkələrdə qeydiyyatdan keçməsi ilə bağlı məlumatı olmamış, cinsi pozuntusu olduğunu hiss etməmişdir. Emin nə ona, nə də digər tələbə yoldaşlarına qaynayıb-qarışmamış, təhsil aldığı müddətdə Eminin türk millətinin milli ləyaqətini alçaldan hərəkətlərə yol verdiyini, digər millətlərə rəğbətlə yanaşdığını hiss etməmişdir. “Telegram” sosial şəbəkəsindən istifadə etmədiyi üçün “Egi Archive”, “Q U O Archive”, “Staff”, “ARF” və “ermenistanresmi” adlı teleqram kanallarına daxil olmamışdır. Emin özünə “Egi” təxəllüsünü götürmüş, hətta “İnstagram” sosial şəbəkəsindəki istifadəçi adını bir müddət əvvəl “Egi”-yə dəyişmiş, lakin həmin təxəllüsü haradan götürməsi ilə bağlı heç nə danışmamışdır. Emin “Bravo” supermarketlər şəbəkəsinin mağazalarının birində satıcı işlədiyini desə də, aylıq məvacibindən artıq pul xərcləməsini hiss etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 148-1, 283.1 və 324-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 148-1, 283.1 və 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.126-127). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.175- 178). Məhkəmə-linqvistik ekspertizasının 06 iyun 2023-cü il tarixli 4/902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Telegram” sosial şəbəkəsində müxtəlif kanallarda paylaşdığı fotoşəkillərdə və internet-diskurs mətnlərdə milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlərin, eyni zamanda təhqir elementinin əlamətlərinin mövcud olduğu müəyyən edilmişdir (cild 1, i.v.116-122). Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 21 iyul 2023cü il tarixli 1977 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs psixi inkişafı normaya uyğundur. Təqsirləndirilən şəxs ətrafında baş verən hadisələri anlamaq və qavramaq qabiliyyətinə malikdir (cild 2, i.v.123-126). Məhkəmə kompüter-texniki ekspertizasının 17 iyul 2023-cü il tarixli 5/937 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “X28 9S” markalı “M2003J6A1G” modelli “**********64232,**********64240” “İMEİ” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “X28 9S” markalı “M2003J6A1G” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp”, “Snapchat” proqram təminatları, “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadilələri, “Telegram” proqram təminatına aid izlər və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuş və rəyə əlavə olunmuş xarici yaddaş qurğusuna köçürülmüşdür (cild 2, i.v.112-113). Mobil telefona baxış keçirilməsi haqqında 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi” markalı “Redmi Note 9S” model mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin mobil telefon açıq mavi rənglidir, arxa hissəsi qırıqdır, smartfon tiplidir. Ekran kilidi açıldıqdan sonra mobil telefonun İMEİ nömrəsinin “**********64232”, “**********64240” olduğu məlum olmuşdur. Mobil telefonun “Zənglər” bölməsinə baxış zamanı zənglərin detallaşmasında cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən heç bir xüsusat aşkar edilməmişdir. Daha sonra mobil telefonun “Kontaktlar” bölməsinə baxış zamanı axtarış yerinə “FAYA” yazılmaqla axtarış aparılmış və mobil telefonun yaddaş qurğusunda Rusiya Federasiyasında fəaliyyət göstərən mobil operatorlardan birinə məxsus +**********2 mobil nömrəsinin “FAYA” adı ilə saxlanıldığı və həmin istifadəçi ilə Təqsirləndirilən şəxs arasında “Telegram” sosial şəbəkəsində yazışma aparıldığı və sonuncu tərəfindən ünvan 1 ünvanında yerləşən “Erməni kilsəsi” kimi tanınan X10 fotoşəklinin göndərildiyi, “FAYA” adlı istifadəçinin Təqsirləndirilən şəxs ilə birlikdə kilsəyə daxil olmaq arzusunda olmasını ifadə edən məzmunda ismarıclar yazdığı müəyyən edilmişdir. Bundan sonra mobil telefona quraşdırılmış “Telegram” sosial şəbəkəsinin mobil tətbiqinə daxil olunmuş, istifadəçinin +99***-***-**-** mobil nömrəsi ilə “@xld777” adı ilə qeydiyyatdan keçdiyi və aralarında “groupa_armenia”, “Ermenistan”, “A.S.A.L.A WA Chat”, “Q U O Archive”, “ARF”, “Admin Alımı”, “(Ermənistan bayrağının təsviri) SLAYBER”, “(Ermənistan bayrağının təsviri) War” adlı kanalların da olduğu 100-dən çox sayda səhifə, kanal və qrupa abunəliyinin olduğu, həmçinin “FAYA” adı ilə istintaqa məlum olan, şəxsiyyəti tam müəyyənləşdirilməmiş hesabın istifadəçi ilə yazışma apardığı müəyyənləşdirilmişdir. Daha sonra mobil telefona quraşdırılmış “WhatsApp” sosial şəbəkəsinin mobil tətbiqinə daxil olunmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə +**********95 mobil nömrəsindən istifadə edən şəxslə arasında aparılan yazışma zamanı sonuncu tərəfindən Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə saat 15:48-dən 15:50-dək “abi ermenistanı açsana tekrar, nolur aç şunu amk, patladı mı qrup” məzmununda ismarıc göndərildiyi müəyyən edilmişdir. Bundan sonra mobil telefonun “Galeri” bölməsinə daxil olunaraq yaddaş qurğusunda saxlanılan fotoşəkillərə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəçisi olduğu hesablardan “Telegram” sosial şəbəkəsində paylaşımlarının, apardığı yazışmalarının ekran görüntülərinin, Ermənistan bayrağının rəngləri formasında hazırlanmış qarışıq meyvə boşqabının, dirəkdən asılmış Ermənistan bayrağının və həmin ölkənin paytaxtı İrəvan şəhərinin mərkəzində yerləşən “Yerevan Mall” adlı iri ticarət mərkəzinin fotoşəkilləri aşkar edilmiş, həmin fotoşəkillər kağız halında çap edilməklə protokola əlavə edilmişdir (cild 1, i.v.49-101). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş diskə baxış keçirilməsi haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə 11 may 2023-cü il tarixdə 23-0000xx-xx-000179 nömrəsi ilə qeydiyyata alınmış xidməti məktubla daxil olmuş kompakt diskə (“CD”-yə) baxış keçirilərkən diskin içərisində müxtəlif adda 25 (iyirmi beş) ədəd “JPG” və “JPEG” uzantılı fotoşəkillər olan “emin” adlı qovluq aşkar edilmişdir. Baxış zamanı “İMG- 20230429-WA0019” adlı fotoşəkildə “Telegram” sosial şəbəkəsində “Q U O” istifadəçi adı ilə yazışma aparan hesabın “ermeniyim” və “Ermenistanın Kurucusuyum ben” məzmunlu yazılar yazmaqla özünü erməni adlandırdığı, “photo********** (2)” adlı fotoşəkildə həmin sosial şəbəkədə “Egi Archive” istifadəçi adı ilə yazışma aparan hesabın şəxsiyyəti istintaqa məlum olmayan şəxsin fonundakı Azərbaycan Respublikasının Dövlət bayrağının və “KÖNLÜM KEÇİR QARABAĞDAN!” yazısının olduğu paylaşımın altında təhqiredici ifadə yazdığı, “photo********** (3)” adlı fotoşəkildə həmin hesabın Azərbaycan Respublikasının Dövlət bayrağının elementləri olan ay və ulduzun montajlanmaqla qoyun simvolunun əlavə edildiyi, “photo**********” adlı fotoşəkildə həmin hesabın Azərbaycanın Milli X1 Azərbaycan Respublikasının Dövlət bayrağı fonundakı fotoşəklinə təhqiredici element etiketlədiyi, “İMG-20230429-WA0017” adlı fotoşəkildə həmin hesabın Mübariz İbrahimovun şəhid olduqdan sonra çəkilmiş fotəşəklinin altında xüsusi qərəzlilik və düşmənliyin ifadə olunması ilə müşayiət olunan yazılar yazdığı müəyyən edilmişdir. Həmin fotoşəkillər kağız halında çap edilməklə protokola əlavə edilmişdir (cild 1, i.v.04-29). Mobil rabitə vasitəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Baş Prokurorluğun İstintaq idarəsinə 27 iyul 2023-cü il tarixdə 16701 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd kompakt diskə (“CD”-yə) “HP” markalı xidməti kompüterdə baxılmış, baxış zamanı diskin içərisində “12914” adlı “ZİP” uzantılı bir ədəd arxivləşdirilmiş qovluq aşkar edilmişdir. Həmin faylı açdıqda içərisində “509845758_SMS.txt”, “513963392_SMS.txt”, “515769288_SMS.txt”, “516898683_SMS.txt”, “**********58.txt”, “**********92.txt”, “**********88.txt”, “**********83.txt”, “abuneciler12914.xls”, “antena12914- 2020.xls”, “antena12914-2021.xls”, “antena12914-2022.xls”, “antena12914-2023.xls”, “antena12914data-2020.xls”, “antena12914data-2021.xls”, “antena12914data-2022.xlsx” və “antena12914data-2023.xlsx” adlı 17 (on yeddi) ədəd faylların olduğu müəyyən edilmişdir. “abuneciler12914.xls” adlı faylı açıb baxış keçirən zaman açılan “Sheet 1” adlı cədvəldə qeyd olunan məlumatlara əsasən 50-984-97-58 mobil nömrəsinin İsmayıllı rayonu Qoşakənd kəndində qeydiyyatda olan xx xxxxx 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs, 51-396-33-92 və 51-689-86-83 mobil nömrələrinin isə İsmayıllı rayonu Qoşakənd kəndində qeydiyyatda olan xx xxxxxx 1974-cü il təvəllüdlü Şahid1 adına qeydə alındığı müəyyən olunmuşdur (cild 2, i.v.148-150). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 01 iyun 2023-cü il tarixli 3-39/2-24/2-2030/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və onun yaxın münasibətdə olduğu şəxslərin erməni milliyyətli şəxslərlə əlaqələrinə dair məlumatlar qeydə alınmamışdır. Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı “Redmi Note 9S” model telefonun tədqiqatı zamanı istifadəçinin “Telegram” mesencerində ***-***-**-** nömrəsindən və “@xld777” şərti adından istifadə etdiyi məlum olmuşdur. “Messenger” vasitəsilə aparılan yazışmalarda bəzi məqamlar diqqət çəkmişdir. Belə ki, o, “zehraonown” adlı istifadəçiyə erməni olduğunu, dini mənsubiyyətinin olmadığını, 24 apreldə doğulduğunu, mağazada müdir vəzifəsində çalışdığını bildirmiş, babasını erməni milliyyətli X25 kimi təqdim etmişdir. Onun internet resurslarında xaç formasında sırğa alışı ilə maraqlanması qeydə alınmışdır. Təqsirləndirilən şəxs “FAYA” adlı istifadəçi ilə (01 mart 2000-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı X17, erməni olması istisna edilmir) yazışmalarında təhlükəsizlik orqanları tərəfindən guya iş yerində saxlanıldığını, pul qarşılığında sərbəst buraxıldığını qeyd etmiş, əlaqəsi isə cavabında “vətən xainlərini niyə pul qarşılığında buraxırlar” ifadəsini işlətdikdə, “bunun üçün birinci Ermənistana informasiya verməsinin lazım olduğunu” bildirmiş (telekanalı nəzərdə tutur), saxlanılmasının səbəbini sosial mediadakı bir sıra fəaliyyətləri ilə əlaqələndirmişdir. O, ünvan 2 ünvanında yerləşən X10 (“Erməni kilsəsi” kimi tanınır) fotoşəklini “FAYA”-ya göndərərək oraya girmək istəyərkən mühafizəçinin maneəsi ilə rastlaşdığını yazmış, hətta həmin vaxt ona erməni olduğunu söyləyərək oradan uzaqlaşdığını bildirmiş, əlaqəsi isə ona “gələrəm birlikdə gedərik” ifadəsi ilə cavab vermişdir. Mobil telefonun yaddaşındakı fotoşəkillərdən ***-***-**-** nömrəsi ilə “Telegram” resursunda qeydiyyatı və profil şəklinin “Q U O Archive” profilindəki ilə eyni olması aşkarlanmışdır. Araşdırma zamanı istifadəçinin “İnstagram” sosial şəbəkəsində “4eemin” və “b4f2f”, “Twitter” sosial şəbəkəsində “whoisatabey”, “Tik-Tok” sosial şəbəkəsində “atabeyem”, “Snapchat” sosial şəbəkəsində “egi_helios20”, “Facebook” sosial şəbəkəsində isə “Kurtoğlu EGi” (FB İD: **********532256) adlı profillərinin, habelə mobil telefonda “Elektron ünvan 1”, “Elektron ünvan 2”, “Elektron ünvan 3”, “Elektron ünvan 4” adlı “Google” hesablarının olduğu müəyyənləşdirilmişdir. Eyni zamanda onun “Telegram” mesencerində yaradıcı olmaqla yanaşı, admin səlahiyyətinin də olduğu kanallar aşkar edilmişdir. Belə ki, “Egi Archive” (kanalın yaradıcısıdır – owner, 77 üzvü var, fonunda Ermənistan bayrağı vardır) – kanalda Milli Qəhrəmanımız Mübariz İbrahimovun və 44 günlük Vətən müharibəsi zamanı şəhid olan əsgərin şəklinə, eyni zamanda fondakı Azərbaycan bayrağına yazdığı təhqiramiz şərhləri, o cümlədən dövlət atributlarını – bayraq və gerbi təhqiramiz obrazlar əlavə etməklə paylaşmışdır; “Q U O Archive” (kanalın profilinə Nikol Paşinyanın fotoşəkli yerləşdirilmişdir, 30 üzvü var) – qrupun qurucusu olduğunu, məhkəməlik vəziyyət yaranacağı təqdirdə, sahib və qurucular “Ege”, “Bor”, “Rashid” və “Hulo”-nun da məsuliyyət daşıyacağına işarə etmişdir. Həmin qrupda “korkusuz” adlı istifadəçi ilə yazışmasında erməni, eləcə də “Ermənistan” telekanalının qurucusu olduğunu yazmışdır. X18 fotoşəkillərini təhqiramiz formada şərhlər yazmaqla paylaşmışdır; “ERMENİSTAN #9MM” (admin səlahiyyəti vardır, 3000-ə yaxın üzvü var) – Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun fotosu təhqiramiz formada yayılmışdır; “Staff” (kanalda admin səlahiyyəti vardır, 9 üzvü var) – kanalın profilində Ermənistan bayrağı vardır; “SÜRMENE PAVYON PİÇİ” (USERNAME: @Ermenistan_568, başqa bir istifadəçi isə “egi” deyə müraciət edir) – kanalın profilində Ermənistan bayrağı vardır; “ARF” (kanalın yaradıcısıdır – owner, 10 üzvü var) (cild 1, i.v.105-107). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14 iyun 2023-cü il tarixli 3-13/2- 46068/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış və əməliyyat-texniki tədbirlərin keçirilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş əməliyyat tapşırığına Bakı Şəhər Baş Polis İdarəsində baxılmışdır. Keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə İsmayıllı rayonunda anadan olduğu, həmin rayonun Qoşakənd kəndində qeydiyyatda olduğu, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşadığı müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs atası Şahid1 xx xxxxxx 1974-cü il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olub, İsmayıllı rayonu Qoşakənd kəndində qeydiyyatdadır, ev təmiri ilə məşğuldur, anası Şahid2 xx xxxxxx 1982-ci il tarixdə Ağdaş rayonunda anadan olub, Ağdaş rayonu H.Əliyev prospekti 1/12 ünvanında qeydiyyatdadır, evdar qadındır, bacısı Şahid3 xx xxx 2004-cü il tarixdə İsmayıllı rayonunda anadan olub, həmin rayonun Qoşakənd kəndində qeydiyyatdadır. Bundan əlavə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “Egi Archive” və “Ermenistan #9MM” adlı “Telegram” kanallarına “X28 9S M2003J6A1G” markalı mobil cihazla daxil olmuş, eləcə də “Facebook” sosial şəbəkəsində “X26”, “Canan Humbətov” və “İnstagram” sosial şəbəkəsində “cananhumbetov” adlı hesablar ona məxsusdur (cild 1, i.v.202). Azərbaycan Kooperasiya Universitetinin 04 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “Biznesin idarə edilməsi” ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul olunmuşdur. Birinci kursun payız semestrində dərslərdə fəal iştirak etmiş və qış imtahan sessiyasını müvəffəqiyyətlə başa vurmuşdur. Cari tədris ilinin yaz semestrində aprel ayınadək dərslərdə müntəzəm olaraq iştirak etmişdir. Ancaq aprel ayından etibarən bir ay müddətində üzrsüz səbəbdən dərslərdə iştirak etməmiş və yaz imtahan sessiyasına buraxılmamışdır. Tələbə Təqsirləndirilən şəxs təhsil aldığı dövrdə universitetdə qeyri-adi hərəkətlərə yol verməmiş və tələbə yoldaşları ilə ünsiyyəti zəif olmuşdur (cild 2, i.v.52). Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 iyul 2023-cü il tarixli 5-10-4/2-105/2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (xx xxxxxx 1974-cü il təvəllüdlü atası Şahid1; xx xxxxxx 1982-ci il təvəllüdlü anası Şahid2 və xx xxx 2004-cü il təvəllüdlü bacısı Şahid3) ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 2, i.v.181). Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 19 iyun 2023-cü il tarixli 23-03-xx-xx-000580 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır (cild 2, i.v.195). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 148-1, 283.1 və 324-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində “Telegram” sosial şəbəkəsində idarəedicisi (admini) olduğu internet kanallarında Azərbaycan və türk millətlərinin milli ləyaqətinin alçaldılmasını, şəhid olmuş Azərbaycan hərbçilərinin, habelə Azərbaycan Respublikasının dövlət atributu olan Azərbaycan Respublikasının Dövlət bayrağının təhqir edilməsini əks etdirən məlumatları şantaja məruz qaldığı üçün paylaşmağa məcbur olduğunu, bunu etməyəcəyi təqdirdə özünün intim videosunun digər istifadəçilər tərəfindən internetdə yayılacağı ilə hədələndiyini, məhz bundan qorxub ehtiyatlandığı üçün qeyd olunan cinayət əməllərini törətdiyini özünü müdafiə kimi qiymətləndirilməklə rədd edir. Belə ki, Təqsirləndirilən şəxs intim xarakterli videosu ilə şantaj olunduğuna görə həmin əməlləri törətdiyini göstərsə də, onun “Telegram” sosial şəbəkəsində “EGİ”, “Q U O/E G İ” və “xld777” saxta istifadəçi adlar və hesablar vasitəsilə +**********2 mobil nömrəsi ilə istifadə edilən “FAYA” adlı hesabın sahibi ilə yazışmalarından görünür ki, təşəbbüskar özü olmuş, “FAYA” adlı istifadəçi onu belə videolar paylaşmağa təhdid və ya təhrik etməmiş, əksinə həmin əməlinə görə onun həbs olunacağını bildirmişdir. Bundan başqa “intim” videosunun yayılmasından guya ”qorxan” şəxsin öz millətinin, bütövlükdə Türk dünyasının, onun milli liderinin uzun müddət ərzində milli ləyaqətini alçaltması, öz milli qəhrəmanını, milli atributunu təhqir etməsi inandırıcı və məntiqli deyil və bu barədə hər hansı bir şəxsə, dövlət qurumuna uzun dövr ərzində məlumat verməməsi, eyni zamanda guya “təhdid edildiyi şəxs” tərəfindən “təhdidi” təsdiq edən heç bir sübutu özündə saxlamaması ağlabatan və inandırıcı dəlil kimi qiymətləndirilə bilməz. Bu baxımdan həmin paylaşımların guya qeyriləri tərəfindən hazırlanmaqla edilməsi, təhdid altında özünün də məcbur olub səhifənin “admini” olsa da silməməsi Təqsirləndirilən şəxs öz niyyətini bir daha pərdələmək, özünü müdafiə etmək məqsədilə törətməsini sübut edir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan və türk millətlərinin milli ləyaqətinin alçaldılmasını, şəhid olmuş Azərbaycan hərbçilərinin, habelə Azərbaycan Respublikasının dövlət atributları olan Azərbaycan Respublikasının Dövlət bayrağının təhqir edilməsini əks etdirən məlumatları intim videosunun yayılması ilə bağlı şantaja məruz qaldığı üçün paylaşmağa məcbur olması barədə göstərdiyi xüsusatlar işdə toplanmış sübutlarla təkzib edilmiş, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan və türk millətlərinin milli ləqayətinin, Azərbaycan Respublikasının şəhid olmuş hərbçilərinin şərəf və ləyaqətinin alçaldılmasını, Azərbaycan Respublikasının Dövlət bayrağının təhqir edilməsini özündə ehtiva edən paylaşımları kütləvi informasiya vasitəsi hesab olunan internetdə “Telegram” sosial şəbəkəsində idarəedicisi (admini) olduğu qruplarda və kanallarda paylaşaraq onları qeyri-müəyyən şəxslər dairəsinə bildirməklə yayıb şərəf və ləyaqəti alçaldan və onu nüfuzdan salan məlumatları həmin qrup və kanalların üzvlərinin qavraya biləcəyi formada ifadə etməklə ona istinad edilən cinayət əməllərini törətmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları özünü müdafiə etməsi kimi qiymətləndirməklə rədd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən cinayəti alçaq niyyətlə törətməsini, həmin Məcəllənin 61.1.8-ci maddəsinə əsasən cinayəti öz qulluq borcunu yerinə yetirmiş şəxsə qarşı törətməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirkar şəxsin islah olunmasına mümkün təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə qəti cəzanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 380 (üç yüz səksən) manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “X28 9S” markalı mobil telefon onun ailə üzvünə (atası Şahid1) qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 50 (əlli) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 283.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 324-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 1 (bir) ədəd “X28 9S” markalı mobil telefon Şahid1 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 380 (üç yüz səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X5, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar