Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-490/2023 21.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili (müqavilə üzrə) Müdafiəçi1, Zərərçəkmiş şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «PROSPEKT» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, xx.xx.1963-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti müəyyən edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz və əvəzsiz ələ keçirmə, yəni dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya oğlunun həbs edilməsi barədə yalan məlumatlar verib, oğlunun azad olunması üçün təcili pul lazım olmasını bildirdikdən sonra, Zərərçəkmiş şəxs1 pul əvəzinə qızıl məmulatları verə biləcəyini dedikdə o, oğlu həbsdən azad olunduqdan sonra həmin qızılları qaytaracağına dair yalan vəd verib aldadaraq, bu niyyətlə xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında ümumilikdə dəyəri 12880(on iki min səkkiz yüz səksən) manat dəyərində üzərində qaşlar olan 02 ədəd qızıl sırğa və üzük dəstini, birində açar formalı və digərində qılınc formalı kulon olan 02 ədəd qızıl boyunbağını, 01 ədəd qızıl üzüyü, 02 ədəd İtalyan qızıl boyunbağını, 01 ədəd kardinal adlanan qızıl boyunbağı və qolbağı dəstini, 02 ədəd qızıl qolbağını vahid niyyətlə əhatə olunun qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 12880(on iki min səkkiz yüz səksən) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya oğlunun həbs edilməsi barədə yalan məlumatlar verib, oğlunun azad olunması üçün təcili pul lazım olmasını bildirdikdən sonra, Zərərçəkmiş şəxs2 pul əvəzinə qızıl məmulatları verə biləcəyini dedikdə o, oğlu həbsdən azad olunduqdan sonra həmin qızılları qaytaracağına dair yalan vəd verib aldadaraq, bu niyyətlə 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında ümumi dəyəri 5000(beş min) manat olan 01 ədəd 10 qram çəkidə qızıl bilərziyi, 01 ədəd iri qırmızı tək qaşlı qızıl üzüyü, 01 ədəd 5 qram çəkidə qızıl kulonu, 01 ədəd 9 qram çəkidə qızıl boyunbağını, 01 ədəd 30 qram çəkidə qızıl boyunbağını vahid niyyətlə əhatə olunun qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 5000(beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncuya tanışının banka 4200 manat borclu olması barədə yalan məlumat verib və həmin pulu banka ödədikdən sonra həmin tanışının adına 30.000 manat məbləğində yenidən kredit götürüb pullarını qaytaracağını yalan vəd verib aldadaraq bu niyyətlə xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında 4200(dörd min iki yüz) manat məbləğində pulunu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid 2014-cü ildən tanıyır, onunla qonşuluqda yaşayır, əvvəllər münasibəti yaxşı olub, 2022-ci ilin mart ayından münasibəti pozulmuşdur. Belə ki, oğlu X1 yaşaması, ev alması üçün ona pul lazım olduğunu, pul əldə etməyi üçün çıxış yolu olaraq evinin avadanlığını ona satmağı, evinin əşyalarını almasıyla bağlı onun ona təklif etməsi, əşyaları alandan sonra pulunu verməməsi olmuşdur. Səlbinaz onun evinə gəlib satdığı əşyalara baxıb, yaxın qohumlarına əşyaları satacağını, sonra pullarını ödəyəcəyi barədə ona söz vermişdir. 2021-ci ilin noyabr ayının ortalarında Səlbinaz ondan hər biri 500 manat olan 20 ədəd qazan dəst, hər biri 500 manat olan 10 ədəd elektrik peçi, hər biri 250 manat olan 10 ədəd yorğan dəsti, hər birinin qiyməti 1350 manat olan 02 ədəd Samsung markalı televizor olmaqla ümumilikdə 20200 manat dəyərində məişət əşyası götürmüşdür. Səlbinazın deməsinə görə hər ay 1000 manat ona ödəməli idi. Bundan bir neçə gün sonra X9 adlı bir qadınla 2021-ci ilin noyabr ayında onların yaşadığı evə gəlib evdə olan əşyalarından onun almaq istədiyini bildirmişdir. O, X7 tanımadığını, ona əşyalarını sata bilməyəcəyini demişdir. Səlbinaz ona narahat olma, əşyaları sat, o, pulu alıb verəcək demişdir. O da, Səlbinaza inanıb hər biri 500 manat olan 04 ədəd qazan dəsti, hər biri 250 manat olan 04 ədəd yorğan dəsti, dəyəri 550 manat olan müxtəlif xrustal qabları Arzu Cəfərovaya vermişdir. Arzu Cəfərova hər ay götürdüyü əşyaların pulunu ayda 500 manat olmaqla ödəməli idi. 2022-ci ildə Arzu Cəfərovanın götürdüyü əşyaların pulunu ödəmədiyini görüb ondan ya pulu, yada əşyalarını qaytarmasını tələb etmişdir. Arzu Cəfərova ondan özünün götürdüyü 3550 manat dəyərində olan əşyaları geri qaytarmışdır. Həmin zaman Arzu Cəfərova ona demiş ki, Səlbinaz ondan götürdüyü 20200 manat dəyərində məişət əşyalarının 16000 manatlıq məişət əşyasını ona satmaq üçün veribdir. Arzuda həmin əşyaları satıb pulunu ehtiyacı üçün xərclədiyini, bu səbəbdən Səlbinazda ondan 6-cı PB-nə şikayət edibdir. Arzu ondan xahiş etmiş ki, həmin əşyaların pulunu ona ödəyəcəkdir, o da onun təklifi ilə razlaşmışdır. Təqsirləndirilən şəxs «Zərərçəkmiş şəxs1 tanıyırsınızmı, münasibətiniz necədir» sualına cavab olaraq göstərmişdir ki, o, onu Səlbinazın vasitəsi ilə tanımışdır. Onu bir iki dəfə Səlbinazın yanında görmüşdür. Onun qızıl satdığını eşidib, ondan nisyə ona qızıl verməsini istəmişdir. Lakin, onda balaca çəkidə qızıl olmadığı üçün razılaşmamışlar. Təqsirləndirilən şəxs «Zərərçəkmiş şəxs1 sizə 02 ədəd dəst sırğa və üzük üzərində qaşları, 02 ədəd boyun bağı birində açar formalı klonu, birində qılınc, 01 ədəd üzük, 02 ədəd İtalyan boyunbağı, 01 ədəd kardinal adlanan boyunbağı və qolbağı və 02 ədəd qolbağı verdiyini, həmçinin söhbət zamanı sizin oğlunuz Taleh Əzimovu türmədən qurtarmaq üçün pul lazım olduğunu, ona köməklik etməyini, ona narahat olma, qızıllarını lombarda qoyub pul götürəcəyinizi, yada lom şəklində qızılları satıb pul götürüb oğlunuzun işini qaydasına qoyandan sonra qızıllarını uzağı iki aya qaytaracağınızı dediyinizi, quranı əlinizdə tutub indicə quran oxuduğunuzu, narahat olmamasını, işlərini yoluna qoyub qızıllarını qaytaracağınıza söz verdiyinizi, sizin qurana and içdiyinizə görə inanıb qızılları sizə verdiyini, qızılları hesablayıb 12880 manat dəyərləndirib qızılları götürdüyünüzü göstərmişdir. Bu barədə nə göstərə bilərsiniz» sualına cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 yalan deyir. Ona heç bir qızıl verməyibdir. Onunla belə söhbət olmayıbdır. Lakin nəvəsi üçün ondan qızıl istəmişdir. Zərərçəkmiş şəxs1 ona balaca ölçüdə qızılı olmadığından ona qızıl verməyibdir. Təqsirləndirilən şəxs «Zərərçəkmiş şəxs2 tanıyırsınızmı, münasibətiniz necədir» sualına cavab olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 tanımır, onu bir dəfə Səlbinazın yanında görmüşdür. Onunla heç bir münasibəti olmayıbdır. Təqsirləndirilən şəxs «Zərərçəkmiş şəxs2 2020-ci il sentyabr ayında Səlbinazın ona zəng vuraraq sizinlə birlikdə yaşadığı evə gəldiyinizi, Səlbinaz sizi ona təqdim edib yaxın rəfiqəsi olduğunuzu, oğlun tutulduğu üçün 5000 manat pula ehtiyacınızın olduğunu bildirdiyini, o, sizi tanımadığını, Səlbinaz ona narahat olma sizin onun tanışı olduğundan sizə özü cavabdeh olduğunu, siz evdə ona yalvararaq, ağlayaraq oğlunuz Talehin tutulduğunu, ona təcili pul lazım olduğunu, qısa müddət ərizində pulu qaytaracağınızı dediyinizi, o, sizin Səlbinazla gəldiyiniz üçün sizə inandığını və hal-hazırda pulunun olmadığını və qızıl ziynət əşyalarının olduğunu bildirdiyini, siz isə qızılları sizə verməsini, aparıb lombarda qoyub əvəzində pul götürüb, oğlunuzu türmədən çıxartdıqdan sonra borcunu qaytaracağınızı dediyinizi, o, Səlbinazında sizinlə birlikdə ona israr etdiyinizə görə sizə inandığını, özünə məxsus 01 ədəd 10 qram çəkidə bilərzik, 01 ədəd iri qırmızı tək qaşlı üzük, 01 ədəd 05 qram çəkidə kulon, 01 ədəd 9 qram çəkidə boyunbağı və 01 ədəd 30 qram çəkidə boyunbağını Səlbinazın iştirakı ilə sizə verdiyini, sizin qızılları ondan götürüb, qısa müddət ərizində yəni bir ay müddətinə qızılları qaytarıb gətirəcəyinizi dediyinizi Səlbinazla çıxıb getdiyinizi, bir ay sonra Səlbinaza zəng vurub qızıllarını istədini. lakin Səlbinaz yenə ona narahat olma, sizə inandığını, qızılları gətirib verəcəyinizi bildirdiyini, dəfələrlə Səlbinaza və sizə zəng vurub qızıllarını tələb etsə də, sizin ona narahat olma götürdüyünüz qızılları qaytaracağınızı bildirsənizdə, bu günə kimidə qızıllarını qaytarmadığınızı göstərmişdir. Bu barədə nə göstərə bilərsiniz» sualına cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs2 yalan deyir. Onun göstərdikləri yalandır. Onların arasında belə söhbətlər olmayıbdır. Təqsirləndirilən şəxs «Mikayılova X4 vasitəsi ilə sizə 4200 manat pul verdiyini, lakin sizin onun pulunu qaytarmadığınızı, dəfələrlə evinizə gəlsədə pulunu qaytarmadığınızı bildirmişdir» sualına cavab olaraq göstərmişdir ki, o, ümumiyyət Zərərçəkmiş şəxs3 tanımır. Onu o, ilk dəfə 6-cı PB-də görmüşdür. Ondan heç bir zaman pul almamışdır. Təqsirləndirilən şəxs «Gülmirə Mamayevanı tanıyırsınızmı və münasibətiniz necədir» sualına cavab olaraq göstərmişdir ki, tanıyır, münasibəti yaxşı olubdur. Gülmirə ondan 2017-ci ildə 24000 manatlıq məişət əşyaları nisyə götürmüşdür, əri Mamay Mamayevdə 2022-ci ildə 30000 manat nəğd pul borc götürmüşdür. Mamay Mamayev 10000 manatını ödəsədə, qalan 20000 manatı isə hələ ödəməyibdir. Ümumilikdə ona Gülmirə və əri Mamayın 44500 manat borcları qalır. Razılaşmalarına əsasən 30 oktyabr 2022-ci ildə borclarını bağlamalı idilər. Lakin sonradan münasibətləri Səlbinazın müdaxiləsi nəticəsində pozulmuş və onlar pulunu ödəməkdən imtina etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirsiz olduğunu nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahidı uzun illərdir tanıyır, onlar hər ikisi Ermənistan Respublikasının Vedi rayonundandırlar. Tanışlıqları Ermənistan Respublikasından yaranıb, uzun illər yaxın münasibətləri olduğuna görə onu yaxşı tanıyır və rəfiqəlik edirlər. 2020-ci il sentyabr ayında Səlbinaz ona zəng vuraraq tanışı Tünzalə adında qadınla birlikdə yaşadıqları evə gəlmişdilər. Səlbinaz Tünzaləni ona təqdim edib onun yaxını rəfiqəsi olduğunu, oğlu tutulduğu üçün onun 5000 manat pula ehtiyacı olduğunu bildirmişdi. O, Tünzalə adında qadını tanımadığını bildirmişdi. Səlbinaz ona narahat olma Tünzalə onun tanışı olduğundan ona özü cavabdehdir demişdi. Tünzalə evdə ona yalvararaq, ağlayaraq oğlu Talehin tutulduğunu, ona təcili pul lazım olduğunu, qısa müddət ərizində pulunu qaytaracağını demişdi. O, Tünzalənin Səlbinazla gəldiyi üçün ona inanmış və ona halhazırda pulunun olmadığını və qızıl-ziynət əşyalarının olduğunu bildirmişdi. Tünzalə ona demişdi ki, qızılları ona versin aparıb qoysun lombarda əvəzinə pul götürsün, oğlunu türmədən çıxartdıqdan sonra borcunu qaytaracaqdır demişdi. O, Səlbinazında onunla birlikdə ona israr etdiyinə görə Tünzaləyə inanmış və ona qızıllarını verə biləcəyinə söz vermişdi. Səhəri gün Səlbinaz Tünzalə ilə birlikdə qızının yaşadığı evə gəlmişdilər və o, özünə məxsus ümumilikdə 5000 manat dəyərində olan 01 ədəd 10 qram çəkidə bilərzik, 01 ədəd iri qırmızı tək qaşlı üzük, 01 ədəd 05 qram çəkidə kulon, 01 ədəd 9 qram çəkidə boyunbağı və 01 ədəd 30 qram çəkidə boyunbağını Səlbinazın iştirakı ilə Tünzaləyə vermişdir. Tünzalə qızılları ondan götürüb, qısa müddət ərizində yəni bir ay müddətinə qızılları qaytarıb gətirəcəyini deyib Səlbinazla çıxıb getmişdilər. Bir ay sonra Səlbinaza zəng vurub qızıllarını istəmişdi. Lakin, Səlbinaz yenə ona narahat olma, Tünzaləyə inandığını, qızılları gətirib verəcəyini bildirmişdi. O, dəfələrlə Səlbinaza və Tünzaləyə zəng vurub qızıllarını tələb etsə də, Tünzalə ona narahat olma götürdüyü qızılları qaytaracağını bildirsədə, bu günə kimidə qızıllarını qaytarmayıbdır. Sonradan ona məlum olmuşdu ki, Tünzalə onları aldadıb, qızıllarını ələ keçiribdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona vurulmuş ziyanın ödənilmədiyini bildirmiş və qanuna uyğun şəkildə təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid 2018-ci ildən tanıyır. Bacısı Gülnarə onunla bir məhəllədə yaşayırlar. Sonradan isə bir- birlərini tanıyıb və münasibətləri yaranmışdı. Özü fərdi qaydada ticarətlə məşğul olur. Belə ki, topdan qızıl satan tanışlarından qızıl götürüb tanışlarına nəğd və ya nisyə olaraq satır. Onu tanıyan tanışları satdıqları qızıllarıda ona təklif edirlər, o da onların satdıqları qızılları münasib qiymətə alıb, satır. Səlbinazda onun kimi müxtəlif əşyaların alış-verişi ilə məşğul olurdu. Səlbinazda ona satdığı məhsulların satışında köməklik edirmiş. Təqsirləndirilən şəxs isə 2020-ci ilin avqust ayından Səlbinazın vasitəsi ilə tanımış, onunla heç bir münasibəti olmayıbdır. 2020-ci ilin avqust ayının əvvəllərində Səlbinaz ona Tünzalənin oğlunun tutulduğunu, təcili ona pul lazım olduğunu bildirmişdi. O, Səlbinaza Tünzaləni tanımadığını, ona köməklik edə bilməyəcəyini demişdi. Səlbinaz ona narahat olma, etibarlı adamdır, köməklik etməyini bir daha xahiş etmişdi. O da, Səlbinazın sözlərinə görə 12 avqust 2020-ci ildə özünə məxsus üzərində qaşları olan 02 ədəd qızıl sırğa və üzük dəsti, birində açar formalı və digərində qılınc formalı kulonları olan 02 ədəd qızıl boyunbağını, 01 ədəd qızıl üzüyü, 02 ədəd İtalyan qızıl boyunbağını, 01 ədəd kardinal adlanın qızıl boyunbağı və qolbağı dəstini və 02 ədəd qızıl qolbağı götürüb Səlbinazgilə gəlmişdi. Oradanda Səlbinazla birlikdə Tünzalənin yaşadığı evə getmişdilər. Tünzaləni sifətdən tanısada, yaxın ünsüyyətdə olmamışdı. Söhbət zamanı Tünzalə oğlu Taleh Əzimovu türmədən qurtarmaq üçün pul lazım olduğunu, ona köməklik etməyini, ona narahat olma, qızıllarını lombarda qoyub pul götürəcəyini, yada lom şəklində qızıllarını satıb pul götürüb oğlunun işini qaydasına qoyandan sonra qızıllarını uzağı iki aya qaytaracağını demişdi. Ona quranı əlində tutub indicə quran oxuduğunu, narahat olma, işlərini yoluna qoyub qızıllarını qaytaracağına söz vermişdi. O da, Səlbinazı tanıdığına və Tünzalənin qurana and içdiyinə görə inanıb 12880 manat dəyərində qızılları Tünzalənin yaşadığı Biləcəri qəsəbəsindəki evində Tünzaləyə vermişdi. Tünzalə qızılları ondan alıb bir daha and içib, ona narahat olma, iki ay müddətində qızıllarını qaytaracaq demişdi. Sonra onlar Səlbinazla çıxıb evə getmişdilər. Tünzalənin söz verdiyi vaxtda o, ona zəng vurmuşdu, Tünzalə başlamışdı bəhanələr gətirməyə. O, Tünzalədən qızıllarını qaytarmasını dəfələrlə tələb etsədə, Tünzalə onu evlərinə çağırıb, əlavə qızıl istəmiş, 100 qram ona qızıl verməyini, hansısa fonddan pul götürəcəyini, həmin pulları götürüb onun borcunu bağlayacağını bildirmişdi. O, artıq ondan şübhələndiyi üçün onunla şirin-şirin danışıb qızıl tapacağına söz vermişdi. Lakin, təkrarən ona heç bir qızıl verməmişdi. Halhazırda da Tünzalə onun qızıllarını qaytarmamış, nə də qızılların pulunu ödəməmişdir. Bu günə qədər Tünzalə ona dəfələrlə zəng vurub ona qızıl verməyini xahiş edibdir. Sonradan bilmişdi ki, Tünzalə onları aldadıb, sən demə onun oğlu heç tutulmayıbdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona vurulmuş ziyanın ödənilmədiyini bildirmiş və qanuna uyğun şəkildə təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 05 oktyabr 2020-ci ildə Səlbinaz gilə qonaq getmişdi. Səlbinazla söhbət edərkən, Səlbinaz ona işə düşdüyünü deyib, Tünzalə ilə aralarında olan vəziyyəti danışmışdır. Yəni, Tünzalənin onun tanışlarından qızıl alıb lombarda qoyduğunu və indi qızılları götürə bilmədiyini, Tünzalənin bir nəfər müəllimə tanışının adına bankdan pul götürüb qızılların pulunu qaytarmaq istədiyini, lakin həmin müəllimənin banka borcu olduğunu, imkan varsa ona pul verib bankdan 30000 manat pul götürməkdə onlara köməklik etməyimi xahiş etmişdir. O, Səlbinaza Tünzaləni tanımadığını və ona köməklik edə bilməyəcəyini demişdir. Səlbinazın özünün çətin vəziyyətdə olduğunun və ailəsində həqiqətən problem olduğunu görüb ona yığdığı 4200 manat pulu verib kömək edə biləcəyini bildirmişdir. Onlar, Səlbinazla birlikdə yaşadığı evə gedib həmin pulu götürüb Tünzalənin yaşadığı evə gəlmişlər. Tünzalə həyətdə onları qarşılayıb söhbət eləmişlər. Tünzalə onunla söhbət zamanı özü şəxsən bir nəfər tanışı müəllimənin adına pul götürmək istədiyini, lakin onun banka borcu olduğu üçün pul götürə bilmədiyini demişdir. Ondan ona köməklik edib həmin müəllimənin banka olan borcunu ödəməkdə köməklik etməyini israrla xahiş etmişdir. O, rəfiqəsi Səlbinazın çətin vəziyyətdə qaldığını və Tünzalənin «Quran»a and içib onun ona verəcəyi pulu 10 gün müddətində qaytaracağına söz verdiyinə inanıb evdən götürdüyü 4200 manat pulu sayıb Səlbinaza vermişdir. Səlbinazda həmin pulu elə onun yanında Tünzaləyə vermişdir. Sonra onlar Səlbinazla birlikdə qayıdıb evə gəlmişlər. On gündən sonra o, Səlbinazla əlaqə saxlayıb pulunu istəmişdir. Səlbinaz ona narahat olma, Tünzalə yaxşı adamdır, pulunu qaytaracaqdır deyib onu sakitləşdirmişdir. Sonra o, Səlbinazgilə gəlib ondan Tünzalədən pulunu alıb verməsini tələb etmişdir. Səlbinaz onun yanımda Tünzaləyə zəng vurmuşdur. Tünzalə telefonda narahat olmayın, lotoreya oynadığını, pulunu götürüb onun pulunu qaytaracağını bildirmişdir. Buna baxmayaraq Tünzalə bu günə qədər onun pulunu qaytarmayıbdır. Belə ki, o məhkəməyə təqdim etdiyi dəymiş ziyanın ödənilməsini və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona vurulmuş ziyanın ödənilmədiyini bildirmiş və qanuna uyğun şəkildə təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsinə əsasən məlum olur ki, onunla qonşuluqda, yəni Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, məhəllə 5057/68, ev 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs 7-8 ildir tanıyır. Aralarında normal qonşuluq və dostluq münasibət vardır. Tünzalə ilə bir-birlərinin evinə gediş-gəlişləri vardır. Tünzalənin bir oğlu və iki qızı vardır. Oğlunun adı Taleh, qızlarının adları Gülgün və Aygündür. Təqribən 2020-ci ilin avqust ayının əvvəllərində Tünzalə onun yanına gəlib ağlayaraq demişdi ki, oğlu Taleh Suraxanı rayon məhkəməsində tutulub, onun azad olunması üçün təcili 20000 manat lazımdır, oğlunun işini yoluna qoyub dərhal pulu qaytaracaqdır. O, Tünzaləyə sən bilirsən mənim o qədər pulum yoxdur demişdi. O, isə yalvarmışdı ki, başqasından tapıb ona köməklik eləsin. O da, evə gəlib Rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə bu barədə danışmışdı. Afət demişdi ki, 12800 manat dəyərində müxtəlif predmetdən ibarət qızılları var, ancaq o, Tünzaləni tanımır, qızılları itib-batsa ondan tələb edəcəkdir. Tünzalə özüdə onun telefonuyla Afətlə danışıb, ona yalvarıb, and- aman eləmişdi ki, narahat olma, işini həll edən kimi qızılları qaytaracaqdır. Bundan sonra Afət Tünzaləyə inandığı üçün onunla razılaşmışdı. Sonra Afət qızılları götürüb onlara gəlmiş, onunla birlikdə Tünzalənin yaşadığı evinə gəlmişdilər. Oradan Afət 12800 manat dəyərində olan qızıl zinət əşyalarını Tünzaləyə vermişdi. Tünzalə də qızılları qısa müddətə qaytaracağını bildirmişdi. Təxminən bir ay sonra, yəni 2020-ci ilin sentyabr ayından sonra yaşadığı evə gəlib demişdi ki, bu pul azlıq elədi, əlavə 5000 manat da lazımdır. Tünzalə yenə ona yalvarıb ağlamışdı və oğlu Talehin həbsxanada yatdığını yenə demiş və onu çıxardan kimi pulları qaytaracağına and içərək ona köməklik etməyini xahiş etmişdi. O, yenə demişdi ki, pulu yoxdur, o isə ondan rəfiqələrindən tapmağı xahiş eləmişdi. O da, bu barədə rəfiqəsi Zərərçəkmiş şəxs2 demişdi. Zərərçəkmiş şəxs2 isə ona Tünzalə ilə tanışlığı olmadığını deyib, qızıllarını ona verə bilməyəcəyini demişdi. Tünzalə ondan Nuriyənin nömrəsini götürüb özü Nuriyəyə zəng vurmuşdu, ona da yalvararaq köməklik etməyini xahiş etmişdi. O da, bildirmişdi ki, pulu yoxdur, ancaq qızılları var, onu verə bilər. Tünzalə də Nuriyədən yenə qızılları istəmişdi. Sonra, Tünzalə ilə birlikdə Nuriyyənin qızının evinə getmişdilər. Orada Nuriyyə 5000 manat dəyərində qızıl zinyət əşyalarını Tünzaləyə vermişdi. Tünzalə qızılları bir aya qaytarmağa Nuriyəyə vəd vermiş və oğlunun hələdə buraxılmadığını demişdi. 2020-ci il oktyabr ayının əvvəllərində Tünzalə onlara gəlib demişdi ki, danışıb, qızılları lombarddan çıxartmaq üçün tanış qadın müəllimə bankdan 30 min manat pul götürür, lakin onun bankda 4200 manat borcu qalıb, onu bağlayıb 30000 manatı götürüb, ona verəcək və onlar qızılları girovluqdan çıxararlar. O da, yaxın adamlarının qızıllarının lobbarddan çıxartmaq üçün Tünzalənin növbəti yalanına inanıb razılaşmış və bu dəfə həmyerlisi Fərqanədən ona köməklik etməsini xahiş etmişdi. Fərqanədə ona Tünzaləni tanımadığını, ona görə köməklik edə bilməyəcəyini demişdi. Tünzalə yenə onun telefonuyla Fərqanə ilə danışıb, ona yalvarıb onların qızıllarını götürməsi üçün, 4200 manat tanışı müəllimənin banka olan borcunu ödəyib, həmin müəllimənin adına 30000 pul götürüb, lombarddan qızıllarını götürüb qaytaracağını demişdi. Bundan sonra Fərqanə ilə birlikdə Tünzalənin yaşadığı evə getmişlər və orada Tünzaləyə 4200 manatı vermişdi. Lakin, Tünzalə verdiyi vədə əməl etməyərək nə qızılları, nə dəki pulu qaytarmışdı. Bundan başqa 2021-ci ilin sentyabr ayının ortalarında Tünzalə onun üstünə gəlib əlavə pul lazım olduğunu bildirmişdi. O da, məcbur qalıb Rusiyanın Krasnodar vilayətində yaşayan qohumu Seyham Məmmədovaya zəng vurmuş və düşdüyü vəziyyəti izah edib kömək etməsini xahiş etmişdi. O da, demişdi ki, onun kartına pul vura bilər. O da, Tünzaləyə demişdi ki, onun kartı yoxdur, ancaq qohumu karta pul vura bilər. O da, qızı Gülgünün kartı olduğunu demiş və qızı Gülgünün kartının nömrəsini vermiş və o, bu nömrəni qohumuna göndərmişdi. O da, iki dəfəyə pulu Gülgünün kartına vurmuşdu. Birinci dəfə 18 sentyabr 2021-ci il tarixdə 21967 rubl, ikinci dəfə isə 22 oktyabr 2021-ci il tarixdə 4950 rublu Gülgünün kartına vurmuşdu. Bu pulları da Tünzalə alandan sonra başlamışdı onunla əlaqəsini kəsməyə. Yəni o, nə onlara gəlir, nədə ki, onunla əlaqə saxlamışdı. Aradan xeyli müddət keçməsinə baxmayaraq heç bir məbləğdə pul və ya götürdüyü qızılları qaytarmamışdı. Sonradan onlar öyrənmişdi ki, Tünzalənin oğlu Taleh heç həbs edilməyib, onu da onların pullarını dələduzluqla almaq üçün yalandan uydururmuş. Sonra onlar hammısı ondan pulları və qızılları tələb etməyə başlamış, lakin, Tünzalə bildirmişdi ki, o heç kimə pul qaytaran deyil, nə istəyirsiz edin, onsuz da ona heç nə sübut edə bilməyəcəksiniz. O da 2022-ci ilin mart ayının əvvəllərində Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, vəkilin çıxışını, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cəzalanmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3503 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.4, 320.1-ci maddələri ilə təqsirli bilinərək 03 il şərti sınaq müddəti təyin olunmaqla 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və AR CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmə tərəfindən CM-nin 59.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ağır təzyiq xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Belə ki, AR CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan başqa, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Bundan başqa, bu Qərarda qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Bundan başqa, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumun Qərarında göstərilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərərçəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumun Qərarında təsbit edilmişdir ki, Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir.” Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu, heç bir cəzanı ağırlaşdıran halların olmamasını, bundan başqa qadın olmasını və yaşını nəzərə alaraq təqsirləndirilən şəxsə məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin materialları ilə tam sübut olunduğundan o, ittiham elan olunmuş maddələr üzrə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməməsi onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il saat 17.35 tarixdən 03 dekabr 2022-ci il saat 16.50 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİnin İŞ-nin müstəntiqi Şövqi Əsgərov tərəfindən qəbul edilmiş 01 dekabr 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il saat 17.35 tarixdə tutulmuşdur. Həmçinin, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 1358/2022 saylı qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş, 03 dekabr saat 16.50 tarixdə tutulmadan azad edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1, ev 181 ünvanında çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvə minənədək qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il saat 17.35 tarixdən 03 dekabr 2022-ci il 16.50 tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1, ev 181 ünvanda yerləşən evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-490/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-490/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver