Məhkəmə qərarları › İş №1(001)-491/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-491/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-491/2025 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, müdafiəçi “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs Əbülfəz oğlu iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Hacıqabul rayonu, Muğan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, taksi sürücüsü, məhkumluğu olmayan, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Əbülfəz oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətində qaynatası Zərərçəkmiş şəxs uşaqları ilə görüşməsinə icazə verməməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişə zamanı yumruq zərbələri ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən vuraraq ona çənənin hər iki mental və sol oynaq çıxıntısının yerdəyişən sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxış iclasında dindirilmiş Təqsirləndirilən şəxs Əbülfəz oğlu CM-in 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 onun atası, Şahid2 anası, X4 bacısı, Zərərçəkmiş şəxs qaynatası, Şahid3 qaynanasıdır. O, 2016-cı ildə Şahid6 Marif qızı ilə ailə qurmuşdur. Həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. 2025-ci ilin yanvar aylarından başlayaraq onun Rəqsanə ilə arasında münasibətlər kəskinləşmiş və onlar arabir mübahisələr etməyə başlamışdırlar. Rəqsanə 2025-ci ilin fevral ayında uşaqları həkimə aparmaq bəhanəsi ilə evdən çıxmış, atası Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş və geri qayıtmamışdır. Dəfələrlə o, Rəqsanə ilə telefonla danışıb barışıb Rəqsanəni və uşaqlarını geri qaytarmaq istəsə də Rəqsanə buna razı olmamışdır. 2025-ci ilin mart ayının 6-da o, evdə 8 mart bayramına görə arvadı ilə barışmaq istədiyini ailəsinə bildirmiş, yenə də danışıq və barışıq üçün Zərərçəkmiş şəxs yaşadığı ünvana getməyi təklif etmişdir. 2025-ci ilin mart ayının 6-da atası Xosrov, anası Gülnaz, bacısı Aygün və o, barışıq üçün Hacıqabul rayonundan Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisinə getmişlər. Onlar Bakı şəhərinə çatmamışdan öncə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşayan dayısının yoldaşı Yaqut və oğlu Nadir də Zərərçəkmiş şəxs və onun arvadı Şahid3 onlar gələnə kimi danışıb yumşaltmaq üçün yaşadıqları ünvana getmişlər. Həmçinin, o, Nadir və anası oraya çatdıqdan sonra Nadirə zəng etmiş və Mariflə danışıb oraya gəldiklərini bildirmişdir. Onlar 06 mart 2025-ci il tarixdə saat 11-12 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Meşəli küçəsində yerləşən fərdi həyət evinə çatmışlar. Onlar çatan vaxt dayısının yoldaşı Yaqut və oğlu Nadir Marifgildə olmuşlar. Onlar evə çatanda evin həyət darvazası bağlı olmuşdur. Həyətə daxil olmaq üçün darvazanı döymüşlər. Zərərçəkmiş şəxs və oğlu Mahir qapını açmışlar. Zərərçəkmiş şəxs oğlu Mahirin əlində bıçaq olmuşdur. Zərərçəkmiş şəxs qapını açan kimi onların üstünə qışqırıb onları oradan qovmaq istəmiş və onların həyətə buraxmamışdır. Onlar Zərərçəkmiş şəxs barışıq üçün gəldiklərini, Rəqsanə ilə 3 övladının olduğunu, barışmaq lazım olduğunu deyib bir az onunla söhbət etdikdən sonra Zərərçəkmiş şəxs onları həyətə buraxmışdır. Lakin evə daxil olmamışlar. Onlar həyətdə ayaq üstündə Zərərçəkmiş şəxsla söhbət edib barışmaq istədiklərini, yoldaşını və uşaqlarını aparmaq istədiklərini qarşıda 8 mart bayramı olduğunu bildirmişlər. Təxminən 1 saat, 1 saat yarım barışmaq üçün ayaq üstə həyətdə Zərərçəkmiş şəxsla və arvadı Zülfiyyə ilə söhbət etmişlər. Bu sırada bacısı Aygün artıq söhbətin mənasız olduğunu görüb həyətdən çıxıb gəlmiş, avtomobilə əyləşmişdir. Bundan sonra o, daha Mariflə barışıq əldə etməyin mümkün olmadığını görmüşdür. Onlar də çıxıb evə getməyi qərarlaşdırmışlar ki, bir müddət sonra yenidən gəlib barışığa cəhd edərlər. Həmin vaxt o, 3 övladı da həyət evinin pəncərəsindən ona baxıb ağlamışlar. Onu görmək istəmişlər. O, evdən çıxıb getməmişdən əvvəl son olaraq övladları ilə görüşüb getmək istədiyini bildirmişdir. Lakin Marif buna imkan verməmişdir. Uşaqları ona baxıb ağlayır, lakin Zərərçəkmiş şəxs ona uşaqları ilə görüşməyə imkan verməmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs onun qolundan tutub itələmişdir. Həmin vaxtı anası Zərərçəkmiş şəxs və onu sakitləşdirmək üçün onlara tərəf getmək istəyən zaman Zərərçəkmiş şəxs oğlu Mahir onun anasını itələyib yerə yıxmışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs da onu boğazından tutub itələyən zaman o, əsəbləşib əlinin içi ilə Zərərçəkmiş şəxs sinəsindən itələmək istəmiş, bu zaman Marif də ona əl-qol atdığı üçün əli Zərərçəkmiş şəxs çənəsindən dəymişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs xəsarət alması bilinməmişdir. Həmçinin o da elə güclü zərbə vurmamışdır ki, həmin zərbənin təsirindən insana ciddi nəsə olsun. Sadəcə Zərərçəkmiş şəxs yaşı ilə əlaqədar və ağzında dişi olmadığı üçün çənəsi həmin təsirdən zədələnmişdir. Hətta anası ayağa qalxdıqdan sonra atası onları sakitləşdirmiş və evdən çıxmışlar ki, barışıq istəklərinə gələn dəfə nail olsunlar. Evdən çıxıb avtomobilə əyləşib rayona geri qayıtmışlar. Zərərçəkmiş şəxs çənəsindən xəsarət almasını heç biri bilməmişlər. Hətta Nadir və dayısının yoldaşı Yaqut onlar getdikdən sonra Mariflə oturub xeyli müddət barışıq üçün danışıq aparmışdır. Bundan sonra onlar Zərərçəkmiş şəxs ondan şikayət etdiyini öyrənmişdirlər. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. O, baş vermiş hadisə zamanı heç bir xəsarət almamışdır. O, Marifi vurmamışdır. Marif sadəcə olaraq onu itələyən zaman o da Marifi sinəsindən itələmiş, lakin Marif tərpəndiyi üçün əli Marifin çənəsinə dəymişdir. Həmin vaxtı ətrafda atası Xosrov, anası Gülnaz, qaynatası Marif, yeznəsi Mahir, dayısının yoldaşı Yaqut, Yaqutun oğlu Nadir olmuşdur. Hadisə Zərərçəkmiş şəxs həyətinin içərisində baş vermişdir və ətrafda onlardan, yəni ailələrindən başqa heç kim olmamışdır. Mahir heç kimə bıçaqla xəsarət yetirməmişdir. Sadəcə olaraq anası Gülnazı itələmişdir və Gülnaz yerə yıxılmış, lakin heç bir xəsarət almamışdır. O, hadisə zamanı qeyd etdiklərindən başqa heç kimə heç kəsə xəsarət yetirməmişdir. Onlar Zərərçəkmiş şəxs ilə evinə çatmamışdan əvvəl telefon vasitəsilə danışığında o, sadəcə evinə gəldiklərini bildirmişdir. Marifə qarşı söyüş işlətməmişdir. Həmçinin, o, evə daxil olan zaman Marifi təhqir etməmiş, lakin dava başladıqdan sonra təhqir işlətmiş ola biləcəyini, dəqiq xatırlamadığını bildirmişdir. O, Marifi vurmamışdır. Marif sadəcə olaraq onu itələyən zaman o da Marifi sinəsindən itələmiş, lakin Marif tərpəndiyi üçün əli Marifin çənəsindən dəymişdir. Marif yerə yıxılmamışdır. Mahirin üzərində aşkar olunmuş xəsarətlər ilə bağlı bildirmişdir ki, həmin zaman Mahir onları araladığı üçün hər ikisinin əl qolu Mahirin bədən səthinə dəymiş ola bilər. Qaynanası Zülfiyyənin üzərində aşkar olunmuş xəsarətlər ilə bağlı bildirmişdir, həmin zaman Zülfiyyə də orada olduğu üçün hər ikisinin əl qolu Zülfiyyənin bədən səthinə dəymiş ola bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü CMnin 127.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlində səmimi peşman olduğunu və zərərçəkmiş şəxsin əməliyyat xərclərini könüllü olaraq tam ödədiyini nəzərə alaraq, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid3 onun arvadıdır. O, Zülfiyyə ilə 1990-cı ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onun 3 övladı var. Şahid6 Marif qızı, Şahid5 Marif qızı və Şahid5 onun övladlarıdır. Qızı Şahid6 Marif qızı 9 ildir ki, Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Həmin nikahdan da qızının iki yaşlı, dörd yaşlı, və səkkiz yaşlı, 3 övladı vardır. Təxminən 2025-ci ilin yanvar ayının sonlarında qızı Rəqsanə əri Nurlanla aralarındaki münasibətlər soyumuşdur. Qızı Şahid6 əri Təqsirləndirilən şəxs ilə ailə münasibətləri kəskin xarakter aldığı üçün məcburiyyət qarşısında qalaraq həkimə getmək bəhanəsi ilə üç övladını da götürərək onun yanına gəlmişdir. Əvvəllər də qızı Rəqsanənin əri Nurlanla aralarında mübahisə olduğu üçün küsüb gəlmişdir. Həmin vaxtdan 2025-ci ilin mart ayının 6-na qədər Nurlan övladlarının arxasınca gəlməmişdir. 2025-ci ilin mart ayının 6-da o, evdə olan zaman evin həyət darvazası döyülmüşdür. Arvadı Şahid3 darvazanı açmağa getmişdir. Həmin vaxtı gələn şəxslərin Təqsirləndirilən şəxs dayısının arvadı Yaqut və dayısının oğlu Nadir olduğunu görmüşdür. Arvadı onun yanına gələrək qapını açıb açmamağı ondan soruşmuşdur. O, Zülfiyyəyə həmin şəxslərin nə üçün gəldiyini öyrənmək üçün qapını açmasını bildirmişdir. Bundan sonra Yaqut və Nadir onun yanına gələrək nəvələrini görmək üçün gəldiklərini bilmişdirlər. Masa başında əyləşdikdən sonra Yaqut və Nadir qızı Rəqsanəni əri Nurlanla barışdırmaq üçün bu mövzuda söhbətlər aparmağa başlamışlar. O da həmin şəxslərə qızını və uşaqları özü geri aparacağını bildirmişdir. Həmçinin onların getməklərini istəmişdir. Lakin Yaqut və Nadir söhbəti uzadıb getməkdən imtina etmişlər. Həmin vaxtı Nurlan Nadirin mobil telefonuna zəng etmişdir. Nadir telefonu açaraq səsucaldana qoymuşdur. Onlar hamısı danışığı eşitmişlər. Nurlan özü də evə gəlmək istədiyini bildirmişdir. Nadir isə onun Nurlanı evə qoymadığını bildirmişdir. Həmin vaxtı Nurlan onun ünvanına nalayiq söz demişdir. Bundan sonra telefon danışığı sonlandırılmışdır. Nadir ona bildirmişdir ki, gedib Nurlanı yola salsın gəlsin. Bundan sonra Nadir çölə çıxmaq üçün ayağa qalxmışdır. O da Nadirlə birlikdə ayağa qalxmışdır ki, Nadiri həyətdən yola salsın və darvazanı bağlasın. Bundan sonra o, darvazaya çatdıqda darvazanın qapısını açmışdır ki, Nadiri yola salsın. Onda görmüşdür ki, Nurlan qapının ağzında dayanmışdır. O, qapını açan kimi Nurlan onun ünvanına nalayiq söyüşlər söyərək onun üz nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxtı Nurlanın atası Xosrov, Gülnaz, Aygün də orada olmuşdur. Xosrov həmin vaxtı Nurlanın onu vurduğunu gördüyü üçün araya girərək Nurlanla onu ayırmışdır. Bu zaman o, Nurlanın atası Xosrova bildirmişdir ki, Nurlanı götürüb aparsın, bir neçə gündən sonra ara sakitləşdikdən sonra uşaqları özü gətirib evə qoyacaq. Bundan sonra Xosrov qayıdıb Nurlanla nəsə danışmışdır. Nurlan bundan sonra yenidən əsəbləşib ona tərəf gəlmiş və onun üz nahiyyəsinə yumruqla bir neçə dəfə vurmuşdur. Bundan sonra o, huşunu itirərək yerə yıxılmışdır. Qızı Rəqsanə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Nurlangil onların polisə zəng vurduqlarını görüb oradan çıxıb getmişdirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs ona verilmiş sularra cavab olaraq təqsirləndirilən şəxsin onun əməliyyat xərcini ödədiyini, lakin hazırki vaxta qədər təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmədiyini, bu səbəbdən təqsirləndirilən şəxsə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs isə oğludur. X4 isə qızıdır. Oğlu Nurlan 2016-cı ildə Şahid6 Marif qızı ilə ailə qurmuşdur. Həmin nikahdan oğlunun 3 övladı vardır. Gəlini Rəqsanə 2025-ci ilin fevral ayında uşaqları həkimə aparmaq bəhanəsi ilə evdən çıxmış atası Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş və geri qayıtmamışdır. Dəfələrlə oğlu Rəqsanə ilə telefonla danışıb barışıb geri qaytarmaq istəsə də Rəqsanə buna razı olmamışdır. 2025-ci ilin mart ayının 6-da oğlu evdə qarşıda 8 mart bayramı olduğuna görə arvadı ilə barışmaq istədiyini bildirmiş yenə də danışıq üçün barışıq üçün Zərərçəkmiş şəxs yaşadığı ünvana getməyi təklif etmişdir. 2025-ci ilin mart ayının 6-da o, arvadı Gülnaz, qızı Aygün, oğlu Nurlan barışıq üçün Hacıqabul rayonundan Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisinə getmişlər. Onlar Bakı şəhərinə çatmamışdan öncə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşayan qudaları Zərərçəkmiş şəxs və arvadı ilə Zülfiyyə ilə də qohum olan qaynı arvadı Yaqut və oğlu Nadiri də Zərərçəkmiş şəxs və onun arvadı Şahid3 onlar gələnə kimi danışıb yumşaltmaq üçün yaşadıqları ünvana getmişlər. Onlar təxminən 06 mart 2025-ci il tarixdə saat 11-12 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Meşəli küçəsində yerləşən fərdi həyət evinə çatmışlar. Onlar çatan vaxt qaynı arvadı Yaqut və Nadir Marifgildə olmuşlar. Onlar evə çatanda evin həyət darvazası bağlı olmuşdur. Onlar həyətə daxil olmaq üçün darvazanı döymüşlər. Zərərçəkmiş şəxs və oğlu Mahir qapını açmışlar. Zərərçəkmiş şəxs oğlu Mahirin əlində bıçaq olmuşdur. Zərərçəkmiş şəxs qapını açan kimi onların üstünə qışqırıb onları oradan qovmaq istəmiş və onları həyətə buraxmamışdır. Onlar Zərərçəkmiş şəxs barışıq üçün gəldiklərini Nurlanın və Rəqsanənin 3 övladı olduğunu, bunları barışdırmaq lazım olduğunu deyib bir az Mariflə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs onları həyətə buraxmışdır. Lakin evə daxil olmamışlar. Onlar həyətdə ayaq üstündə Zərərçəkmiş şəxsla söhbət edib barışmaq istədiklərini, gəlinlərini aparmaq istədiklərini 8 mart bayramı olduğunu bildirmişlər. Təxminən 1 saat, 1 saat yarım barışmaq üçün ayaq üstə həyətdə Zərərçəkmiş şəxsla və arvadı Zülfiyyə ilə söhbət etmişlər. Bu sırada qızı Aygün artıq söhbətin mənasız olduğunu görüb həyətdən çıxıb gəldikləri avtomobilə əyləşmişdir. Bundan sonra oğlu Nurlan daha Mariflə barışıq əldə etməyin mümkün olmadığını görmüşdür. Onlar da çıxıb evə getməyi qərarlaşmışdırlar ki, bir müddət sonra yenidən gəlib barışığa cəhd edərlər. Həmin vaxt Nurlanın 3 övladı da həyət evinin pəncərəsindən atalarına baxıb ağlamışlar. Atalarını görmək istəmişdər. Nurlan evdən çıxıb gedən zaman son olaraq övladları ilə görüşüb getmək istədiyini bildirmişlər. Lakin Marif buna imkan verməmişdir. Uşaqlar atalarına baxıb ağlamış, lakin Zərərçəkmiş şəxs Nurlana uşaqları ilə görüşməyə imkan verməmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs Nurlanın qolundan tutub itələmişdir. Həmin vaxtı arvadı Gülnaz Zərərçəkmiş şəxs və Nurlanı sakitləşdirmək üçün onlara tərəf getmək istəyən zaman Zərərçəkmiş şəxs oğlu Mahir Gülnazı itələyib yerə yıxmışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs da oğlu Nurlanı boğazından tutub itələyən zaman Nurlan əsəbləşib əlinin içi ilə Zərərçəkmiş şəxs sinəsindən itələmək istəmiş, bu zaman Marifdə onun oğluna əl-qol atdığı üçün Nurlanın əli Zərərçəkmiş şəxs çənəsindən dəymişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs xəsarət alması bilinməmişdir. X5 da elə güclü zərbə vurmamışdır ki, həmin zərbənin təsirindən insana ciddi nəsə olsun. Sadəcə Zərərçəkmiş şəxs yaşı ilə əlaqədar və ağzında dişi olmadığı üçün çənəsi həmin təsirdən zədələnmişdir. Hətta onun arvadı ayağa qalxdıqdan sonra onlar Marifgili sakitləşdirmiş və evdən çıxmışlar ki, barışıq istəklərinə gələn dəfə nail olsunlar. Evdən çıxıb avtomobilə əyləşib rayona geri qayıtmışlar. Zərərçəkmiş şəxs çənəsindən xəsarət almasını heç biri bilməmişlər. Hətta Nadir biz getdikdən sonra Mariflə oturub xeyli müddət barışıq üçün danışıq aparmışdır. Bundan sonra onlar Zərərçəkmiş şəxs onlardan şikayət etdiyini öyrənmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs isə oğludur. X4 isə qızıdır. Oğlu Nurlan 2016-cı ildə Şahid6 Marif qızı ilə ailə qurmuşdur. Həmin nikahdan oğlunun 3 övladı vardır. Gəlini Rəqsanə 2025-ci ilin fevral ayında uşaqları həkimə aparmaq bəhanəsi ilə evdən çıxmış, atası Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş və geri qayıtmamışdır. Dəfələrlə oğlu Rəqsanə ilə telefonla danışıb barışıb geri qaytarmaq istəsə də Rəqsanə buna razı olmamışdır. 2025-ci ilin mart ayının 6-da oğlu evdə iki gün sonra 8 mart bayramına görə arvadı ilə barışmaq istədiyini bildirmiş, yenə də danışıq üçün barışıq üçün Zərərçəkmiş şəxs yaşadığı ünvana getməyi təklif etmişdir. 2025-ci ilin mart ayının 6-da o, yoldaşı Xosrov, qızı Aygün, oğlu Nurlan barışıq üçün Hacıqabul rayonundan Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu ərazisinə getmişlər. Onlar Bakı şəhərinə çatmamışdan öncə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşayan qudaları Zərərçəkmiş şəxs və onun arvadı Zülfiyyə ilə də qohum olan qardaşım arvadı Yaqut və oğlu Nadir də Zərərçəkmiş şəxs və onun arvadı Şahid3 onlar gələnə kimi danışıb yumşaltmaq üçün onların yaşadığı ünvana getmişdir. Onlar təxminən 06 mart 2025-ci il tarixdə saat 11-12 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Meşəli küçəsində yerləşən fərdi həyət evinə çatmışlar. Onlar çatan vaxt qardaşı arvadı Yaqut və Nadir Marifgildə olmuşdur. Onlar evə çatanda evin həyət darvazası bağlı olmuşdur. Həyətə daxil olmaq üçün darvazanı döymüşdürlər. Zərərçəkmiş şəxs və oğlu Mahir qapını açmışlar. Zərərçəkmiş şəxs oğlu Mahirin əlində bıçaq olmuşdur. Zərərçəkmiş şəxs qapını açan kimi onların üstünə qışqırıb onları oradan qovmaq istəmiş və həyətə buraxmamışdır. Zərərçəkmiş şəxs barışıq üçün gəldiklərini, Nurlanın və Rəqsanənin 3 övladı olduğunu bunları barışdırmaq lazım olduğunu deyib bir az söhbət etdikdən sonra Zərərçəkmiş şəxs onları həyətə buraxmışdır. Lakin evə daxil olmamışdırlar. Onlar həyətdə ayaq üstündə Zərərçəkmiş şəxsla söhbət edib barışmaq istədiklərini, gəlini aparmaq istədiklərini, qarşıda 8 mart bayramı olduğunu bildirmişdirlər.Təxminən 1 saat, 1 saat yarım barışmaq üçün ayaq üstə həyətdə Zərərçəkmiş şəxsla və arvadı Zülfiyyə ilə söhbət etmişlər. Bu sırada qızı Aygün artıq söhbətin mənasız olduğunu görüb həyətdən çıxıb gəldikləri avtomobilə əyləşmişdir. Bundan sonra oğlu Nurlan artıq Mariflə barışıq əldə etməyin mümkün olmadığını görmüşdür. Onlar da çıxıb evə getməyi qərarlaşmışlar ki, bir müddət sonra yenidən gəlib barışığa cəhd edərlər. Həmin vaxt Nurlanın 3 övladı da həyət evinin pəncərəsindən atalarına baxıb ağlamışlar. Atalarını görmək istəmişdirlər. Nurlan evdən çıxıb gedəndə son olaraq övladları ilə görüşüb getmək istədiyini xahiş etmişdir. Lakin Marif buna imkan verməmişdir. Uşaqlar atalarına baxıb ağlamış, lakin Zərərçəkmiş şəxs Nurlana uşaqları ilə görüşməyə imkan verməmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs Nurlanın qolundan tutub itələmişdir. Həmin vaxtı o, Zərərçəkmiş şəxs və Nurlanı sakitləşdirmək üçün onlara tərəf getmək istəyən zaman Zərərçəkmiş şəxs oğlu Mahir onu itələyib yerə yıxmışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs da oğlu Nurlanı boğazından tutub itələyən zaman Nurlan əsəbləşib əlinin içi ilə Zərərçəkmiş şəxs sinəsindən itələmək istəmiş bu zaman Marif də onun oğluna əl-qol atdığı üçün Nurlanın əli Zərərçəkmiş şəxs çənəsindən dəymişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs xəsarət alması bilinməmişdir. X7 elə güclü zərbə vurmamışdır ki, həmin zərbənin təsirindən insana ciddi nəsə olsun. Sadəcə Zərərçəkmiş şəxs yaşı ilə əlaqədar və ağzında dişi olmadığı üçün çənəsi həmin təsirdən zədələnmişdir. O, ayağa qalxdıqdan sonra onları sakitləşdirmiş və evdən çıxmışlar ki, barışıq istəklərinə gələn dəfə nail olsunlar. Evdən çıxıb avtomobilə əyləşib rayona geri qayıtmışlar. Zərərçəkmiş şəxs çənəsindən xəsarət almasını heç biri bilməmişlər. Hətta Nadir onlar getdikdən sonra Mariflə oturub xeyli müddət barışıq üçün danışıq aparmışdır. Bundan sonra onlar Zərərçəkmiş şəxs onlardan şikayət etdiyini öyrənmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. O, Mariflə 1990-cı ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onun 3 övladı var. Şahid6 Marif qızı, Şahid5 Marif qızı və Şahid5 onun övladlarıdır. Qızı Şahid6 Marif qızı 9 ildir ki, Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Həmin nikahdan da qızının iki yaşlı, dörd yaşlı, və səkkiz yaşlı, 3 övladı vardır. Təxminən 2025-ci ilin yanvar ayının sonlarında qızı Rəqsanə əri Nurlanla aralarındaki münasibətlər soyumuşdur. Qızım Şahid6 əri Təqsirləndirilən şəxs ilə ailə münasibətləri kəskin xarakter aldığı üçün məcburiyyət qarşısında qalaraq həkimə getmək bəhanəsi ilə üç övladını da götürərək evdən çıxıb onların yanına gəlmişdir. Əvvəllər də qızı Rəqsanənin əri Nurlanla aralarında mübahisə olduğu üçün küsüb gəlmişdir. Həmin vaxtdan 2025-ci ilin mart ayının 6-na qədər Nurlan övladlarının arxasınca gəlməmişdir. 2025-ci ilin mart ayının 6-da o, evdə olan zaman evin həyət darvazası döyülmüşdür. O, darvazanı açmaq üçün qapıya gedən zaman gələnlərin Nurlanın dayısının arvadı Yaqut və Yaqutun oğlu Nadir olduğunu görmüşdür. Qapını açıb-açmamaqda tərəddüd etdiyi üçün əri Marifdən qapını açıb açmamağı soruşmuşdur. Marif qapını açmağa icazə verdiyi üçün qapını açıb Yaqutgili evə qəbul etmişdir. Yaqut və Nadir evə gəlib Mariflə qızı ilə Nurlanı barışdırmaq üçün söhbətlər aparmışdır. Marif Yaqutgilə qızını və uşaqları özünün geri aparacağını bildirmişdir. Həmçinin onlardan getməsini istəmişdir. Lakin Yaqut və Nadir söhbəti uzadıb getməkdən imtina etmişdirlər. Həmin vaxtı Nurlan Nadirin mobil telefonuna zəng etmişdir. Nadir telefonu açaraq səsucaldana qoymuşdur. Onlar hamısı danışığı eşitmişdirlər. Nurlan özü də evə gəlmək istədiyini bildirmişdir. Nadir isə Nurlana Marifin evə qoymadığını bildirmişdir. Həmin vaxtı Nurlan onun ünvanına nalayiq söz demişdir. Bundan sonra telefon danışığı sonlandırılmışdır. Nadir bildirmişdir ki, gedib Nurlanı yola salsın gəlsin. Bundan sonra Nadir çölə çıxmaq üçün ayağa qalxmışdır. Marif də Nadirlə birlikdə ayağa qalxmışdır ki, Nadiri həyətdən yola salsın və darvazanı bağlasın. Bundan sonra Marif darvazaya çatdıqda darvazanın qapısını açmışdır ki, Nadiri yola salsın. Onun əri Marif qapını açan kimi Nurlan onun ünvanına nalayiq söyüşlər söyərək Marifin üz nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxtı Nurlanın atası Xosrov, Gülnaz, Aygün də orada olmuşdir. Xosrov həmin vaxtı Nurlanın onun ərini vurduğunu gördükləri üçün araya girərək Nurlanla və Marifi ayırmışdırlar. Bu zaman Marif Nurlanın atası Xosrova bildirmişdir ki, Nurlanı götürüb aparsın, bir neçə gündən sonra ara sakitləşdikdən sonra uşaqları özü gətirib evə qoyacaqdır. Bundan sonra Xosrov qayıdıb Nurlanla nəsə danışmışdır. Nurlan bundan sonra yenidən əsəbləşib Marif tərəfə gəlmiş və Marifin üz nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Bundan sonra Marif huşunu itirərək yerə yıxılmışdır. Qızı Rəqsanə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Nurlangil onların polisə zəng vurduqlarını görüb oradan çıxıb getmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atası, Şahid3 anası, Şahid6 Marif qızı və Şahid5 Marif qızı bacılarıdır. Şahid6 Marif qızı 9 ildir ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan da bacısının iki yaşlı, dörd yaşlı və səkkiz yaşlı 3 övladı vardır. Təxminən 2025-ci ilin yanvar ayının sonlarında bacısı Rəqsanə ilə əri Nurlan aralarındaki münasibətlər soyumuşdur. Bacısı Şahid6 əri Təqsirləndirilən şəxs ilə ailə münasibətləri kəskin xarakter aldığı üçün məcburiyyət qarşısında qalaraq həkimə getmək bəhanəsi ilə üç övladını da götürərək evdən çıxıb onların yanına gəlmişdir. Əvvəllər də bacısı Rəqsanənin əri Nurlanla aralarında mübahisə olduğu üçün küsüb gəlmişdir. Həmin vaxtdan 2025-ci ilin mart ayının 6-na qədər Nurlan övladlarının arxasınca gəlməmişdir. 2025-ci ilin mart ayının 6-da o, evdə olan zaman evin həyət darvazası döyülmüşdür. Atası darvazanı açmaq üçün qapıya gedən zaman gələnlərin Nurlanın dayısının arvadı Yaqut və Yaqutun oğlu Nadir olduğunu görmüş qapını açıb onları evə qəbul etmişdir. Yaqut və Nadir evə gəlib Mariflə, Rəqsanə ilə Nurlanı barışdırmaq üçün söhbətlər aparmışdır. X3 və uşaqları özünün geri aparacağını bildirmişdir. Həmçinin onlardan getməsini istəmişdir. Lakin Yaqut və Nadir söhbəti uzadıb getməkdən imtina etmişdirlər. Həmin vaxtı Nurlan Nadirin mobil telefonuna zəng etmişdir. Nadir telefonu açaraq səsucaldana qoymuşdur. Onlar hamısı danışığı eşitmişdirlər. Nurlan özü də evə gəlmək istədiyini bildirmişdir. Nadir isə Nurlana Marifin evə qoymadığını bildirmişdir. Həmin vaxtı Nurlan Marifin ünvanına nalayiq söz demişdir. Bundan sonra telefon danışığı sonlandırılmışdır. Nadir bildirmişdir ki, gedib Nurlanı yola salsın gəlsin. Bundan sonra Nadir çölə çıxmaq üçün ayağa qalxmışdır. Marif də Nadirlə birlikdə ayağa qalxmışdır ki, həyətdən yola salsın və darvazanı bağlasın. Bundan sonra Marif darvazaya çatdıqda darvazanın qapısını açmışdır ki, Nadiri yola salsın. Marif qapını açan kimi Nurlan onun ünvanına nalayiq söyüşlər söyərək Marifin üz nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxtı Nurlanın atası Xosrov, Gülnaz, Aygün də orada olmuşdurlar. Xosrov həmin vaxtı Nurlanın Marifi vurduğunu gördükləri üçün araya girərək Nurlanla və Marifi ayırmışdırlar. Bu zaman Marif Nurlanın atası Xosrova bildirmişdir ki, Nurlanı götürüb aparsın, bir neçə gündən sonra ara sakitləşdikdən sonra uşaqları özü gətirib evə qoyacaqdır. Bundan sonra Xosrov qayıdıb Nurlanla nəsə danışmışdır. Nurlan bundan sonra yenidən əsəbləşib Marif tərəfə gəlmiş və üz nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Bundan sonra Marif huşunu itirərək yerə yıxılmışdır. Rəqsanə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Nurlangil onların polisə zəng vurduqlarını görüb oradan çıxıb getmişdirlər. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Hadisə zamanı, yəni Nurlan ilə Marif dalaşan zaman Nurlan bir neçə dəfə onun da üzünə və sol qulağına bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. O, həmin vaxtı orada heç kimə xəsarət yetirməmişdir. Dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə yaşadıqları evin həyətində baş vermişdir və ətrafda onlardan, yəni ailədən başqa heç kim olmamışdır. Hadisə zamanı onun əlində bıçaq və ya heç bir əşya olmamışdır. Hadisə zamanı Nurlanın anası Gülnaz dava-dalaş edənləri aralamaq istəyəndə Nadir görmədən Gülnaza dəymiş və yıxmışdır. Hadisə zamanı orada ifadəsində qeyd etdiyi şəxslərdən başqa heç kim olmamışdır. Sadəcə Nurlan ilə Rəqsanənin azyaşlı uşaqları evin içərisindən hadisəyə baxmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Marif qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs mənim atası, Şahid3 anası, Şahid5 qardaşı və Şahid5 Marif qızı bacısıdır. O, 9 ildir ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan da iki yaşlı, dörd yaşlı və səkkiz yaşlı 3 övladı olmuşdur. Təxminən 2025-ci ilin yanvar ayının sonlarında onunla əri Nurlan arasındakı münasibətlər soyumuşdur. Təqsirləndirilən şəxs ilə ailə münasibətləri kəskin xarakter aldığı üçün məcburiyyət qarşısında qalaraq həkimə getmək bəhanəsi ilə üç övladını da götürərək evdən çıxıb atasının evinə getmişdir. Əvvəllər də Nurlanla aralarında mübahisə olduğu üçün küsüb getmişdir. Həmin vaxtdan 2025-ci ilin mart ayının 6-na qədər Nurlan övladlarının arxasınca gəlməmişdir. 2025-ci ilin mart ayının 6-da günorta saatlarında o, evdə olan zaman evin həyət darvazası döyülmüşdür. Atası darvazanı açmaq üçün qapıya gedən zaman gələnlərin Nurlanın dayısının arvadı Yaqut və Yaqutun oğlu Nadir olduğunu görmüş qapını açıb onları evə qəbul etmişdir. Yaqut və Nadir evə gəlib Mariflə, onunla Nurlanı barışdırmaq üçün söhbətlər aparmışdır. Marif Nurlangilə onu və uşaqları özünün geri aparacağını bildirmişdir. Həmçinin onlardan getməsini istəmişdir. Lakin Yaqut və Nadir söhbəti uzadıb getməkdən imtina etmişdirlər. Həmin vaxtı Nurlan Nadirin mobil telefonuna zəng etmişdir. Nadir telefonu açaraq səsucaldana qoymuşdur. Onlar hamısı danışığı eşitmişdirlər. Nurlan özü də evə gəlmək istədiyini bildirmişdir. Nadir isə Nurlana Marifin evə qoymadığını bildirmişdir. Həmin vaxtı Nurlan Marifin ünvanına nalayiq söz demişdir. Bundan sonra telefon danışığı sonlandırılmışdır. Nadir bildirmişdir ki, gedib Nurlanı yola salsın gəlsin. Bundan sonra Nadir çölə çıxmaq üçün ayağa qalxmışdır. Marif də Nadirlə birlikdə ayağa qalxmışdır ki, Nadiri həyətdən yola salsın və darvazanı bağlasın. Bundan sonra atası darvazaya çatdıqda darvazanın qapısını açmışdır ki, Nadiri yola salsın. Marif qapını açan kimi Nurlan Marifin ünvanına nalayiq söyüşlər söyərək üz nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxtı Nurlanın atası Xosrov, Gülnaz, Aygün də orada olmuşdur. Xosrov həmin vaxtı Nurlanın Marifi vurduğunu gördükləri üçün araya girərək Nurlanla və Marifi ayırmışdırlar. Bu zaman Marif Nurlanın atası Xosrova bildirmişdir ki, Nurlanı götürüb aparsın bir neçə gündən sonra ara sakitləşdikdən sonra uşaqları özü gətirib evə qoyacaqdır. Bundan sonra Xosrov qayıdıb Nurlanla nəsə danışmışdır. Nurlan bundan sonra yenidən əsəbləşib atası tərəfə gəlmiş və Marifin üz nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Bundan sonra atası huşunu itirərək yerə yıxılmışdır. O, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Nurlangil onun polisə zəng vurduğunu görüb oradan çıxıb getmişdirlər. Şahid6 Marif qızı verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı onu qaçıracaqlarından qorxduğu üçün uşaqları ilə birlikdə evə daxil olub həyətdə baş verən dava- dalaşa baxdığı üçün o, hər hansı bir xəsarət almamışdır. O, həmin vaxtı orada heç kimə xəsarət yetirməmişdir. Dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə yaşadıqları evin həyətində baş vermişdir və ətrafda onlardan, yəni ailədən başqa heç kim olmamışdır. Hadisə zamanı qardaşının əlində bıçaq və ya heç bir əşya olmamışdır. Hadisə zamanı Nurlanın anası Gülnaz dava- dalaş edənləri aralamaq istəyəndə Nadir görmədən Gülnaza dəymiş və yıxmışdır. Hadisə zamanı orada ifadəsində qeyd etdiyi şəxslərdən başqa heç kim olmamışdır. Sadəcə onun azyaşlı uşaqları evin içərisindən hadisəyə baxmışdırlar. Məhkəmə iclasına çağrılmış şahidlər Şahid4 və Şahid7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətində baş vermişdir. xx.xx.2025-ci il tarixli, 422 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X2” X10 rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxsn bədənində aşkar olunmuş xəsarətlər – çənənin hər iki mental və sol oynaq çıxıntısının yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsi (yumruq və s.) ilə endirilmiş zərbənin (zərbərlərin) təsirindən əmələ gələ bilərdilər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrində baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nümayəndə ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmaqla cinayət prosesində iştirakı təmin edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Əbülfəz oğlu xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci ildə CPM-noin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün etirafı qeyd olunan təqsirləndirilən şəxs qismində ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri,üzləşdirmədə dindirmə zamanı alınmış ifadələr, hadisə yerinə baxış protokolu, məhkəmə ekspertizalarının rəyləri və digər prosessual sənədlər işin faktiki hallarını təsdiq edən sübutlar kimi qiymətləndirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin qeyd edilən maddənin sanksiyasına nəzər saldıqda görünür ki, həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü CMnin 127.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlində səmimi peşman olduğunu və zərərçəkmiş şəxsin əməliyyat xərclərini könüllü olaraq tam ödədiyini nəzərə alaraq, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9 və 23.5-ci bəndlərini və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12 və 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Əbülfəz oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar