Məhkəmə qərarları › İş №1(001)-493/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-493/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-493/2023 22.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Qəbələ rayonu, Ziring kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK 3 fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 28 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK 3 ünvanında qonşuları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun oğlu Şahid1 avtomobili küçədə Zərərçəkmiş şəxs1 qapısının qarşısında saxlamasına görə irad bildirmələrini bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən , şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən , ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, ictimai yer hesab olunan həmin ünvandakı küçədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib əl və ayaqla vuraraq yerə yıxmaqla alın nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sol bazu nahiyəsinin qançırı, sol said nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmayan xəsarətlər və digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edib əl zərbələri ilə vurmaqla sağ dirsək oynağı nahiyəsinin qançırı və sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onunla qonşuluqda yaşamışlar. Reyhan tək, Tahirə isə qızı ilə yaşayır. X1 özünə məxsus ** OX *** qeydiyyat nişanlı Mercedes markalı avtomobili təmir etdirmək üçün rayondan Bakı şəhərinə gətirmişdir və yaşadıqları evin həyətinin yanında saxlamışdır. Əlisəmit rayona gedəndə maşının açarını evdə qoymuşdur. O da oğlu Vüqara demişdir ki, həmin avtomobili sürüb Reyhanın qapısının qarşısında saxlasın ki, avtomobil göz qabağında olsun. Özünün qapısının ağzındakı küçə dar olduğu üçün maşın saxlamağa yer olmur. Reyhanın qapısının ağzı bir az genişdir və maşını orada saxlamaq olar. Reyhan heç vaxt ona deməmişdir ki, nəyə görə maşını onun qapısının ağzında saxlayır. Sadəcə olaraq bir dəfə ona demişdir ki, rayondan gələndə ona qoz gətirsin. O da rayondan qoz gətirib oğlu Vüqara vermişdir ki, aparıb Reyhana versin. 28 oktyabr 2022-ci il tarixdə axşam saat 17 radələrində evdə olmuş və küçədən səs-küy eşitmişdir. Reyhan qışqırmışdır ki, “bezmişəm sizin əlinizdən gələn-gedən maşınlar qapının ağzında olan kanalizasiya sisteminin borusunun üstündən keçib dağıdır”. Reyhanın qapısının ağzında yerdə kanalizasiya xəttinin borusu olduğundan, avtomobillər arabir oradan keçəndə həmin kanalizasiya borusunun üstündən keçib borunu əzmişdir. Buna görə də, Reyhan həmişə deyinmişdir. O, çölə çıxanda görmüşdür ki, X4 üstünə cumur və Vüqar da tez qaçıb evə girmişdir. O, Reyhanla Tahirəyə yaxınlaşıb iradını bildirərək əllərindən tutub hər ikisini arxaya itələyərək demişdir ki, çıxıb getsinlər, qonşulardan ayıbdır, burada hay qışqırış salmasınlar. Bundan sonra Reyhan və Tahirə daha da qışqıraraq ona irad bildirdiyindən o bərk əsəbiləşib özündən çıxmış və qonşularını əl və ayaq zərbələri ilə bir neçə dəfə vurmuşdur. Həmin zaman o, özündə olmamışdır. Daha sonra qonşular səs-küyə bayıra çıxadığından o, dərhal evə girmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış və ona qarşı heç bir şikayətləri, tələbləri yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngl cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Əfqan onunla qonşuluqda yaşayır, Tahirə də qonşusudur.Əfqanın oğlu Vüqar Mercedes markalı avtomobili onun qapısının ağzında saxlayır. Evin qarşısındakı küçə dar olduğu üçün naməlum maşınlar oradan dövrə vurub keçəndə və maşını arxaya verəndə onun evinin qapısını cızmışlar. Bundan əlavə də onun qapısının ağzında yerdə kanalizasiya xəttinin borusu var, avtomobillər aradabir oradan keçəndə həmin kanalizasiya borusunun üstündən keçib borunu əzmişlər. O da konkret olaraq hansı maşın tərəfindən borunun əzilməsini görə bilməmiş, belə ki, obayıra çıxanadək maşınların sürücüləri avtomobili sürüb getmişlər. Vüqara da demişdir ki, maşını onun qapısının ağzında saxlayanda ehtiyatlı olsun, həm qapını cızmasın, həm də ki kanalizasyia borusunun üstündən keçməsin. Lakin Vüqar ona demişdir ki, maşını müvəqqəti orada saxlayıb, maşını oradan götürəcək. 28 oktyabr 2022-ci il tarixdə axşam saat 17 radələrində o küçədən maşın səsi eşitmişdir. Görmüşdür ki, qonşusu Tahirə qızıyla taksi avtomobili ilə gələrək keçib küçənin o başından dövrə edib geri qayıtmışlar. Taksi maşını saxlamış, Tahirə qızı ilə maşından düşmüşlər. Tahirənin qızı içəri keçmiş və taksi sürücüsü də maşını sürüb çıxıb getmişdir. Həmin taksi sürücüsü avtomobillə kanalizasiya borusunun üstündən keçmişdir. Bu zaman Vüqar bayıra çıxanda Tahirə ona demişdir ki, sən maşını Reyhanın qapısının ağzında saxlamasaydın taksi maşını eləcə qapısının ağzından dövrə edib qayıdacaqdı, bir də küçənin o başından dövrə vurub yerdəki kanalizasiya borusunu da əzməyəcəkdi. Həmin vaxt o da Vüqara demişdir ki, dəfələrlə ona deyib ki, maşını onun qapısının ağzında saxlamasın. Bu zaman yaranmış səs-küyə Vüqarın atası Əfqan küçəyə çıxmışdır. Əfqan onun üstünə qışqıraraq demişdir ki, küçə hamınındır, tək onun deyil, maşını harada istəsə orada da saxlayacaq. O və Tahirə Əfqana irad bildirərək demişlər ki, bura ümumiyyətlə maşın saxlamaq yeri deyil, dar küçədir. Həmin vaxt Əfqan əlləri və ayaqları ilə onu da Tahirəni də vurmağa başlamışdır. O Əfqanın vurduğu zərbədən müvaizənitini saxlaya bilməməiş və yerə yıxılaraq başı asfalta dəymişdir. Həmin vaxt yaranmış səs-küyə qonşular bayıra çıxmışlar. Bundan sonra Əfqan qaçıb evə girmiş və elə mənzərə yaratmaq istəmişdir ki, guya onları vurmamışdır. Münaqişə təxminən 10 dəqiqə davam etmiş, orada o, Əfqan, Vüqar və Tahirə olmuşlar. Tahirənin qızı taksidən düşüb evə getmiş, münaqişəni görməmiş, münaqişədən sonra yaranmış səs-küyə qonşular bayıra çıxmışlar. Qonşular da münaqişəni görməmişlər, həmin vaxt münaqişə qurtarmış və o Tahirə ilə evə girmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda qızı Xatirə ilə birlikdə yaşayır. Onunla qonşuluqda Əfqan yaşayır, Reyhan da qonşusudur. 28 oktyabr 2022-ci il tarixdə axşam saat 17 radələrində o qızı Xatirə ilə taksi maşını ilə evə gəlmişdir. Evin qarşısı dar olduğu üçün taksi bir az irəliyə gedərək dövrə vurub geri qayıtmış və maşını qapının ağzında saxlamışdır.O və qızı Xatirə maşından düşmüşlər. Xatirə əşyaları maşından düşürüb evə girmiş, taksi sürücüsü də maşını sürüb getmişdir. Bu zaman Əfqanın oğlu Vüqar da orada olmuş və maşının yanında durmuşdur. Vüqar maşını Reyhanın qapısının ağzında saxlamışdır. Bu zaman Reyhan bayıra çıxaraq Vüqarın üstünə qışqırmışdır ki, nəyə görə maşını onun qapısının ağzında saxlayıb? O Vüqara demişdir ki, o maşını onun qapısının ağzında saxlamasaydı taksi maşını eləcə onların qapısının ağzından dövrə edib qayıdacaqdı, bir də küçənin o başından dövrə vurub yerdəki kanalizasiya borusunu da əzməyəcəkdi. Belə ki, Reyhan evinin qarşısındakı kanalizasiya borusunun da zədələndiyini Vüqara bildirmişdir. Reyhan Vüqara demişdir ki, maşını onun qapısının ağzında saxlamasın. Vüqar dönub evə gedəndə yaranmış səs-küyə Vüqarın atası Əfqan küçəyə çıxmışdır. Əfqan Reyhanla və onunla mübahisə etməyə başlamışdır. Belə ki, o heç bir şeyə müdaxilə etməsə də Əfqan onu söyüb təhqir etməyə başlamışdır. Daha sonra Reyhanın üstünə hücum çəkərək onu əl zərbələri ilə vurub yerə yıxmışdır. Eyni zamanda onu da əl zərbələri ilə vuraraq demişdir ki, girsin evə, az danışsın. O Əfqana etirazını bildirərək demişdir ki, oğlu Vüqar maşını Reyhanın qapısının ağzında saxlaması bəs deyilmiş kimi hələ bizi də vurursan? Həmin vaxt yaranmış səs-küyə qonşular çıxmışlar. Onu konkret olaraq Vüqarın atası Əfqan əlləri ilə vurmuşdur. Əfqan yerdən daş götürmək istəsə də onu da Reyhanı da daşla vurmamışdır. Münaqişə təxminən 10 dəqiqə davam etmişdir, qonşular sonradan ora gəlmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu DSK 3 ünvanında anası Tahirə ilə birlikdə yaşayır. Onunla qonşuluqda Əfqan yaşayır, Reyhan da qonşularıdır. 28 oktyabr 2022-ci il tarixdə axşam saat 17 radələrində o anası Tahirə ilə taksi maşını ilə evə gəlmişlər. Evin qarşısı dar olduğu üçün taksi bir az irəliyə gedərək dövrə vurub geri qayıtmış və maşını qapılarının ağzında saxlamışdır. O və anası maşından düşmüşlər.O əşyaları maşından düşürüb evə girmiş, taksi sürücüsü maşını sürüb getmişdir. O evə girib əşyaları yerbəyer etmiş, lakin anasının evə girdiyini görməmiş, küçədən səs-küy eşitmişdir. Təxminən 10 dəqiqədən sonra çölə çıxanda görmüşdür ki, anası evə girir və onun əli qızarmış, özü də bərk əsəbi olmuşdur. Ona demişdir ki, Vüqarın maşın saxlaması üstündə Reyhanla mübahisələri olmuş və Vüqarın atası Əfqan onları söyərək təhqir etmişdir. Daha sonra anası şikayət ərizəsi ilə Binəqədi RPİ 5-ci Polis Bölməsinə şikayət etmişdir. Anası ona demişdir ki, Əfqan onu da, Reyhanı da döyüb. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Yaşadığı evin yanında qonşuluqda Reyhan və Tahirə adlı qadınlar yaşayır. Reyhan tək, Tahirə qızı ilə yaşayır. X2 özünə məxsus ** OX *** qeydiyyat nişanlı Mercedes markalı avtomobili təmir etdirmək üçün rayondan Bakı şəhərinə gətirmişdir və onların həyətinin yanında saxlamışdır. O da həmin avtomobili sürərək Reyhanın qapısının qarşısında saxlamışdır ki, avtomobil gözünün qabağında olsun. Onun qapısının ağzındakı küçə dar olduğu üçün maşın saxlamağa yer olmamışdır. Belə ki, Reyhanın qapısının ağzı bir az genişdir və maşını orada saxlamaq olar. Reyhan heç vaxt ona deməmişdir ki, nəyə görə maşını onun qapısının ağzında saxlayır. Sadəcə olaraq bir dəfə ona demişdir ki, rayondan gələndə ona qoz gətirsin. O əslən Qəbələ rayonundandır, tez-tez rayona gedə bilməmiş, lakin atası Əfqan tez-tez Qəbələyə gedib gəlmişdir. O atasına demişdir ki, rayondan gələndə Reyhan üçün qoz gətirsin. 27 oktyabr 2022-ci il tarixdə təxminən 2 kiloqram qozu evdən götürmüş və Reyhan gilə aparmışdır. Reyhana gozu verəndə götürməyərək üstümə atıb demişdir ki, bu nədi çürük qozları gətirmirsən? Hiss etmişdir ki, Reyhan qozun az olmasına görə belə ettmiş və qozu götürməmişdir. O da çıxıb getmişdir. 28 oktyabr 2022-ci il tarixdə axşam saat 17 radələrində küçədə olmuş , əmisinin avtomobili də Reyhanın qapısının ağzında durmuşdur. O bir neçə gündür ki, maşını orada saxlamışdır. Bu zaman Tahirə qızı ilə taksi avtomobili ilə gələrək keçib küçənin o başından dövrə edib geri qayıtmış , taksi sürücüsü maşını saxlamış, Tahirə qızı ilə maşından düşəndən sonra taksi sürücüsü maşını sürüb çıxıb getmişdir. Bu zaman Reyhan çölə çıxaraq demişdir ki, bezmişəm sizin əlinizdən gələn-gedən maşınlar onun qapısının ağzında olan kanalizasiya sisteminin borusunun üstündən keçib dağıdırlar. Reyhanın qapısının ağzında yerdə kanalizasiya xəttinin borusu var, avtomobillər aradabir oradan keçəndə həmin kanalizasiya borusunun üstündən keçib borunu əzmişlər. Buna görə də Reyhan həmişə deyinmişdir Reyhan Tahirə gilin gəldiyi həmin taksi avtomobilinin sürücüsünün arxasınca deyinmişdir. Həmin vaxt artıq sürücü Tahirə gili düşürüb sürüb getmişdir. Taksi sürücüsü sürüb getdiyinə görə də Reyhan acığını onun üstünə ataraq demişdir ki, nəyə görə o maşını onun qapısının ağzında saxlamışdır. Reyhan yenə də ona demişdir ki, əyər maşını onun qapısının ağzında saxlamasaydı taksi maşını eləcə onların qapısının ağzından dövrə edib qayıdacaqdı, bir də küçənin o başından dövrə vurmayacaqdı. Bu zaman Tahirənin qızı içəri girmiş, Tahirə özü isə Reyhana qoşularaq onunla mübahisə etməyə başlamışlar. Tahirə də ona demişdir ki,maşını Reyhanın qapısının ağzında saxladığı üçün gələn avtomobillərin gediş-gəlişinə mane olur. Bu zaman o Tahirə və Reyhana demişdir ki, maşının orada durması müvəqqətidir, əmisi iki-üç günə gəlib maşınını aparacaq. Həmin vaxt Tahirə və Reyhan onun üstümə cummuşlur. Reyhanın əlində oxlov olmuşdur. Onlar onu vurmağa çalışsalar da o cəld hərəkətlərlə evə girmişdir. Bu zaman yaranmış səs-küyə atası Əfqan bayıra çıxmışdır. Tahirə və Reyhanın onun üstünə cumduqlarını görüb hər ikisinin qarşısına çıxmış və əlləri ilə onları tutmuşdur. Hər ikisindən soruşmuşdur ki, nəyə görə mübahisə yaradırlar. Bu zaman Reyhan atası Əfqana bildirmişdir ki, maşını onun qapısının ağzında saxlamasın, gəlib gedən maşınlara maneçilik törədir. Atası isə onlara demişdir ki, maşın müvəqqəti olaraq orada durub və bir-iki günə qardaşı gəlib maşını aparacaq. Buna baxmayaraq Reyhan və Tahirə sakitləşmədikləri üçün atası onların hər ikisinin qolundan tutaraq arxaya itələmiş və bildirmişdir ki, dağılışın öz evinizə. Bundan sonra Reyhanla Tahirə çıxıb getmişlər.Münaqişə təxsminən 10 dəqiqə davam etmiş, orada o, atası Əfqan, Reyhan, Tahirə olmuşlar. Tahirənin qızı taksidən düşüb evə getmiş, münaqişəni görməmiş, münaqişədən sonra yaranmış səs-küyə qonşular bayıra çıxmışlar. Qonşular da münaqişəni görməmiş, həmin vaxt münaqişə qurtamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, 28 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində olan hadisə Bakı şəhəri, Binəqədi rayonu, DSK-3 adlanan ərazidə baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 2289 nömrəli rəyindən görünür ki, müayinəsi aparılan 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol bazu nahiyəsinin qançırı, sol said nahiyəsinin sıyrığı sağ göz nahiyəsinin qançırı və sıyrığı, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (əl yumruq və s.) və daşla endirilmiş zərbələr nəticəsində onun yıxılaraq yerin bərk səthinə və eləcə də bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən əmələ gələ bilmələri az inandırıcıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 2290 nömrəli rəyindən görünür ki, müayinəsi aparılan 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin qançırı və sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnağı, yumruq və s.) və daşla endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən əmələ gələ bilmələri az inandırıcıdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilərək onun şübhəli şəxs statusu ləğv edilmişdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona xx.xx.2023-cü il tarixdə həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Üzləşdirmədə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmədə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışı əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, onun cəzasını ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, DSK 3 fərdi yaşayış evi ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 fevral 2023-cü il tarixdə şübhəli şəxs statusu ləğv edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 11 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək, yəni 1 (bir) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 33 (otuz üç) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 33 (otuz üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 (otuz üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 (yüz doxsan səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, DSK 3 fərdi yaşayış evi ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 (otuz üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 (yüz doxsan səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar