Məhkəmə qərarları › İş №1(001)-494/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-494/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-494/2024 21.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu Məhkəmə iclas katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.436 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 04 aprel 2024-cü il, saat 01:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov 91 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 04:55-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0.436 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.429 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 27 aprel 2024-cü il, saat 18:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerin yaxınlığında saxlanılaraq ünvan 5 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0.429 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda göstərilənlərin hamısı səhvdir. Ona hədə-qorxu gəlmişlər, tarixlər tam dəqiq yadında qalmasa da, onun saxlanmış olduğu hər iki epizod üzrə saxlanılan zaman üzərində heç nə olmamışdır. 1-ci epizodda onu 5-ci polis bölməsinin əməkdaşları Gülməmməd Ramazanov küçəsində saxlamışlar. Lakin, ittihamda qeyd olunur ki, guya onu Azadlıq metrosu yaxınlığında saxlayıblar. Bu doğru deyil, onun saxlanıldığı yer ilə ittihamda qeyd edilən yer arasında 10 km-ə yaxın məsafə var. Hər 2 epizodda telefonu üzərində olmuşdur. Eyni qaydada onu bölməyə aparmışlar, orada polis əməkdaşı ona bildirmişdir ki, “nəyin var?” 2 ədəd telefonu stolun üstünə qoyaraq polis əməkdaşı bildirmişdir ki, “adamın var, zəng elə gəlsin, danışaq.” O da bildirmişdir ki, onun dalınca heç kim gəlmir. Məhkumluğun olub-olmamasını soruşmuş, o isə əvvəllər məhkum olunmasını təsdiq etmişdir. Orada polis əməkdaşına bildirmişdir ki, üzərində heç nə olmamışdır, qabağına gətirib qoymuşlar və bildirmişlər ki, “razılaşmalısan”. O isə xəstə balasının, problemlərinin olmasını bildirmişdir. Həmçinin ona əgər sonra məhkəmə də problem yaradarsa yenidən tutulacağı bildirilmişdir. İkinci epizod üzrə isə onu 43-cü bölmənin əməkdaşları saxlamışlar, həmin vaxtı da üzərində heç nə olmamışdır. Məhkəməni gözləyərək heç kimə heç nə deməmiş, niyyəti hər şeyi məhkəmədə danışmaq olmuşdur. Məhkəmə olmamış onu yenidən tutmuşlar və “səni harada görsək, götürüb aparacağıq” demişlər. Verilmiş suallara cavab olaraq onu döymədiklərini, sadəcə üzərindən narkotik vasitə çıxmasını etiraf etməsi üçün hədə-qorxu gəldiklərini, onu saxlayan şəxslər arasında Şahid1 və Şahid2dan başqa üçüncü şəxsin də olduğunu, ona hədə qorxunu həmin şəxslər deyil, yanlarında olan üçüncü bir şəxsin etdiyini, Şahid4 və Şahid3 onun saxlanılmasında iştirak etmədiklərini, Şahid4 bölmədə onun üzərində axtarış aparılarkən gördüyünü, lakin Şahid3 bölmədə də görmədiyini, onun üzərində axtarış aparılarkən istirak etmədiyini bildirmişdir. Verilmiş digər suallara cavab olaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətə prokuror tərəfindən baxılarkən prokuror tərəfindən qəbul edildiyini, qeyd edilən hallarla bağlı prokurora, habelə ibtidai istintaq zamanı hüquqlarını müdafiə edən vəkillərə qeyd edilənlərlə bağlı heçnə demədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Təxminən bir ildir ki, narkotik vasitə heroin istifadə edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. Əldə etdiyi narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sağ cibinə qoymuşdur ki, sonra istifadə etsin. xx.xx.2024-cü il tarixdə təxminən saat 01:30 radələrində ünvan 6 ünvanında yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman tanımadığı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Üzərində narkotik vasitə gəzdirməyi ilə bağlı onlarda əsaslı şübhə olduğunu və bu səbəblə üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə onlarla birlikdə Binəqədi RPİ-nin 5ci polis şöbəsinə getməyini təklif etmişlər. Onlar, birlikdə polis şöbəsinə getmişdir. Orada o öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Axtarış keçirilməmişdən öncə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarın sağ cibində saxladığı 1 ədəd şəffaf selofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşlarına həmin maddəni öz istifadəsi üçün 03 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə tərəzidə çəkildikdə çəkisinin 0,49 qrama yaxın olması müəyyən edilmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmışdır, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmişdir və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Daha sonra o Binəqədi Rayon Polis İdarəsinə gətirilmişdir. Orada ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə ittiham elan edilmişdir və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. Bundan başqa o, 27 aprel 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata psixotrop maddə hesab olunan metamfetamini alıb istifadə etmək üçün üzərində saxlamışdır. 27 aprel 2024-cü il tarixdə saat təxminən 18:30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerin yaxınlığında piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə, psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir və o təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 43-cü PB- nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş altında baxış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükümü cibindən çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən şəffaf sellofan büküm açıldıqda içindən psixotrop maddə metamfetamin olduğu müəyyən edimişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə “şüşədir”, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni 27 aprel 2024-cü il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alıb üzərində saxlamışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmışdır, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkisi ölçüldü və çəkisi 0.429 qram oldu. Daha sonra üzərimdən aşkar edilmiş 01 ədəd şəffaf sellofan büküm metamfetamin şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmişdir və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişimin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, onun saxlanıldığı iki epizodda da üzərində heç bir şey olmamışdır. Ailəlidir, himayəsində az yaşlı övladı vardır. Ailəsi də onun himayəsindədir. O, narkotikdən istifadə etsə də, tutulduğu hər 2 epizod üzrə həmin zaman üstündə heç nə olmamışdır. Tutulduğu vaxtdan indiyədək narkotik vasitələrdən istifadə etməmişdir. Deyilənlərin nəzərə alınaraq barəsində bəraətverici hökmün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 5ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 04 aprel 2024-cü il tarixdə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 aprel 2024-cü il tarixdə saat 01:30 radələrində o Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov 91 ünvanının yaxınlığında saxlayaraq polis bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, sonuncuya hər hansı bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs da hər hansı bir müqavimət göstərməmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə onlarda məlumat olmuş, lakin şəxsin üzərində narkotik vasitənin olması təhqiqatçının otağında, yəni şəxsi axtarış zamanı müəyyən edilmişdir. Saxlanılan zaman da şəxs üzərində narkotik vasitə olub-olmaması barədə heç bir şey bildirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 04 aprel 2024-cü il tarixdə gecə saat təxminən 01:00-02:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov 91 ünvanının yaxınlığında saxlayaraq polis bölməsinə gətirmişlər. Bölmədə video çəkiliş ilə üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitəyə bənzər maddə heroin aşkar edilmişdir. Narkotik vasitəni Kubinka adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki, psixoloji təsir və təzyiq olmamış, özü onlarla birlikdə bölməyə gəlmiş və bölmədə üzərində olan narkotik vasitəni şəxsən özü könüllü olaraq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 27 aprel 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində o Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerin yaxınlığında saxlayaraq polis bölməsinə gətirmişlər. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsində Təqsirləndirilən şəxs şəxsin üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni təqdim etmiş, həmin maddəni tanımadığı şəxsdən 10 (on) manata aldığını bildirmişdir. Odur ki, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə çıxmamasına dair bildirdikləri yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 27 aprel 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 18:30 radələrində polis əməkdaşı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerin yaxınlığında saxlayaraq Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmiş, həmin zaman Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni könüllü surətdə təqdim etmiş və həmin maddəni Binəqədi rayonu, Mərkəz adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən o şəxsən iştirak etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində o və Şahid4 tərəfindən saxlanıldığını, bölmədə onun üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən özünün və Şahid4 şəxsən iştirak etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metafetaminin aşkar olunması faktı əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 18:30-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin “büküm”ün nə olduğu soruşulduqda, o həmin bükülüdə “patı” olmasını bildirərək, həmin “patı”nı 27 aprel 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi mərkəz deyilən ünvanında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlənin çəkisi 0.53 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 243 saylı möhürü ilə möhürlənmiş, həmin qabıaşdırma və bu barədə tərtib edilmiş protokol şübhəli şəxs Təqsirləndirilən şəxs, iştirakçılar-Şahid3, Şahid4 Rafail oğlu, X7 və təhqiqtaçı Rəvşən Xanbabayev tərəfindən imzalanmışdır. Həmin protokola əlavə edilmiş bir ədəd video diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə olan video-görüntülər xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol uyğundur. 28 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2350 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243” dairəvi möhür əksləri, “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.429 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,429 qram maddə qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş, 0,379 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraata birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:45-də şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 01:30-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm çıxardaraq masanın üzərinə qoymuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş o, 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin "heroin” narkotik vasitə olduğunu bildirmiş, verilmiş suallara cavab olaraq həmin bükümü xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Kubinka adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şeffaf sellofana bükülmüş büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0.49 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 174 saylı möhürü ilə möhürlənərək götürülmüş, həmin qablaşdırma və bu barədə protokol şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin protokola əlavə edilmiş bir ədəd video diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə olan video-görüntülər xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol uyğundur. 04 aprel 2024-cü il tarixli 3- 16-16/2-6/1827 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 174” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs ...” və s. Ad, soyad imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,436 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,436 qram maddə qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş, 0,386 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus tədqiqata sərf edildikdən sonra qalmış 0,386 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasına otağna təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2209 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus tədqiqatdan sonra qalmış 0,379 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 182.1, 331.2, 332.2.1, 332.2.2, 332.2.3, 331.3, 341.1, 32,341.2.1, 32,311.3.1, 32,311.3.2-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri hökmdən xaric edilmiş, xx.xx.2013-cü ildə o cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü ildə cəzasının çəkilməmiş 1 il, 1 ay, 19 gününü çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-436/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkmə müddətinin əvvəli 20 mart 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1024/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il, 1 (bir) ay, 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən iki ədəd “CD” disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Elektron məhkəmə informasiya sistemindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitə və psixotrop maddələrin həmin zaman üzərində olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun sözügedən məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında hər iki epizod üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs şəxs qismində saxlayaraq onun üzərində şəxsi axtarış və götürmədə iştirak etmiş Şahid1, Şahid2, Şahid4 və Şahid3 şahid qismində dindirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şahid4 onun saxlanılmasında iştirak etmədiyini, sadəcə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən polis bölməsində həmin şəxsi görməsini bildirmiş, Şahid3 isə ümumiyyətlə nə olnun şübhəli şəxs qismində saxlanılması zamanı, nə də üzərində şəxsi axtarış və götürmə aparılan zaman iştirak etməməsini bildirmişdir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş həmin şəxslər Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təkzib edərək onun şübhəli şəxs qismində saxlanılmasında və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsində şəxsən iştirak etmələrini bildirmişlər. Bundan əlavə xx.xx.2024-cü il tarixdə şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən qeydə alınmış videogörüntüdən Şahid4 və Şahid3, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən qeydə alınmış videogörüntüdən isə Şahid1 və Şahid2 həmin istintaq hərəkətinin aparılmasında iştirak etmələri müəyyən edilmiş, eyni zamanda bu barədə tərtib edilmiş protokollar Təqsirləndirilən şəxs və həmin şəxslər tərəfindən imzalanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokollara imza etmiş, həmçinin məhkəmə iclasında bildirdiyi xüsusatlarla bağlı nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də müdafiəçisinə hər hansı məlumat bildirməmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsiləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrində Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Müdafiə hüququnun təməl insitutu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra onlar dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, şahidlərin ifadələri ilə məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1.4-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, AR CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə iclasında AR CM-nin 59-cu maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs 2 azyaşlı övladının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və sonuncunun əməllində cinayətlərin resdivi vardır. Məhkəmə AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs əməlində residivin müəyyən edilməsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli hökmlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının çəkilməmiş 1 il, 1 ay, 19 gününü çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Hazırki halda məhkumluğun ödənilməsi müddəti əsas cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablandığı üçün Təqsirləndirilən şəxs qeyd olunan azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu xx.xx.2025-ci il tarixdə ödənilmiş hesab olunacaqdır. Lakin Təqsirləndirilən şəxs məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilməsindən 2 il müddət keçməmiş yenidən qəsdən cinayət törətmiş, bununla da sonuncunun əməlində cinayətlərin residivi yaranmışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan üzərində qanunsuz olaraq narkotik vasitə heroini saxlayaraq daşıdığına görə xx.xx.2024-cü il tarixdə, saat 01:30-da saxlanılaraq polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 04:45-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 17:00-dan 17:40-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2024-cü il tarixdə, saat 10:30-dan 11:00dək təqsirləndirilən şəxs qismində dindirilmiş, elə həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi, qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs 2 (iki) gün tutulmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0.429 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımasına dair epizod üzrə xx.xx.2024-cü il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 18:30-dan hesablanmış, xx.xx.2024-cü il tarixdə saat 10:00-dan 10:30-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Bu epizod üzrə də təqsirləndirilən şəxsin azadlığı 2 (iki) gün məhdudlaşdırılmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ümumilikdə 4 (dörd) gün həbsdə saxlanılmışdır. Beləlilklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətdiyindən barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1024/2023 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməli (AR CM 76.6.3), residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmayaraq cəza təyin edildiyindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli (AR CM 65.2), Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-436/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli (AR CM 67.1), Təqsirləndirilən şəxs hazırkı cinayət iş üzrə tutulduğu ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (AR CM 69.3), Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (AR CM 56.1.3), cəzanın çəkilmə müddəti hazırki hökmün çıxarıldığı gündən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli (AR CM 93.1.2), iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatın sonra qalıq qalmış 0,386 qram narkotik vasitə heroin və 0,379 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM 132.1.1), iş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı (CPM 132.1.6), iş üzrə ekspert xərci Təqsirləndirilən şəxs tutularaq müvafiq xərc çəkmiş dövlət orqanının hesabına keçirilməlidir (CPM 198.1). «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə ediləsi əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1024/2023 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-436/2022 nömrəli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il, 1 (bir) ay 19 (on doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)- 436/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il, 1 (bir) ay 19 (on doqquz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il, 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il, 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona Cinayət Məcəlləsinin 67.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 4 (dörd) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,379 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,386 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar